cinayətlərində məsuliyyəti ağırlaşdıran halların tövsifi məsələləri” adlanır. Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində insanla-
rın həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə
törədilən soyğunçuluq, yəni zorakı soyğunçuluq əməli bu cinayətin əsas
tərkbinin məsuliyyəti ağırlaşdıran hallarından biri sayılır. CM-nin 181.2-ci
maddəsində quldurluq cinayətinin aşağıda göstərilən məsuliyyəti ağırlaş-
dıran halları nəzərdə tutulmuşdur: 1) qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə; 2) təkrar törədildikdə; 3) yaşayış sahəsinə, habelə
binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə
törədildikdə; 4) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla
törədildikdə; 5) silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq
edilməklə törədildikdə.Məhkəmə-istintaq təcrübəsinin materialları əsasında
bu növ cinayətlərin tövsifi məsələləri araşdırılır, tövsifdə yol verilən səhvlər
müəyyən edilir. Qrup halında zor tətbiq etməklə özgə əmlakının talanması
cinayətlərinin törədilməsində bilavasitə iştirak etməyən təşkilatçıların,
təhrikçilərin və ya köməkçilərin əməllərinin birgə icraçı kimi tövsif
olunması, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə
törədilən özgə əmlakının talanması cinayətlərinin mütəşəkkil dəstə
tərəfindən törədilən bu növ cinayətlər ilə qarışıq salınması hallarına rast
gəlinir. Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə
törədilən talama cinayətlərinin məcmu qaydada tövsif edilib edilməməsi ilə
də bağlı səhvlərə yol verildiyi müəyyən edilir. Bəhs edilən cinayətlərin
tövsifində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq,
soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3
mart 2005-ci il tarixli 1 nömrəli qərarının əhəmiyyətli rol oynadığı xüsusi
olaraq vurğulanır. Bununla belə, həmin qərara talama cinayətlərinin düzgün
tövsifi üçün əhəmiyyətli olan bir sıra əlamətlərin (məsələn, basqın, hücum,
hədə-qorxu, zor tətbiq etmə, əmlakı ələ keçirmə və s.) izahını nəzərdə tutan
əlavələrin edilməsi təklif edilir.
Üçüncü yarımfəsil “Zor tətbiq etməklə özgənin əmlakını talama