AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ


cinayətlərində məsuliyyəti xüsusilə ağırlaşdıran halların tövsifi



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   ...   10   11   12   13   14   15   16   17   18
huq n aai 30 11 17

cinayətlərində məsuliyyəti xüsusilə ağırlaşdıran halların tövsifi 
məsələləri” adlanır. CM-nin 181.3-cü maddəsində quldurluq cinayətinin 
aşağıda göstərilən məsuliyyəti xüsusilə ağırlaşdıran halları nəzərdə tutul-
muşdur: 1) mütəşəkkil dəstə tərəfindən törədildikdə; 2) külli miqdarda 
əmlak əldə etmək məqsədi ilə törədildikdə; 3) zərərçəkmiş şəxsin sağlam-
lığına ağır zərər vurulmaqla törədildikdə; 4) əvvəllər talama və ya hədə-
qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs 
tərəfindən törədildikdə. Burada da məhkəmə-istintaq təcrübəsinin material-
ları əsasında bu növ cinayətlərin tövsifi məsələləri araşdırılır, tövsifdə yol 
verilən səhvlər müəyyən edilir. CM-nin 180.3.3, 181.3.4-cü və 182.3.4-cü 
maddələrində müvafiq olaraq soyğunçuluq, quldurluq və hədə-qorxu ilə 
tələb etmə cinayətlərinin xüsusilə tövsifedici əlaməti qismində təsbit 
olunmuş əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və 
ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədilməsi əlamətinin 
məsuliyyəti xüsusilə ağırlaşdıran hal qismində deyil, məsuliyyəti 
ağırlaşdıran hal qismində nəzərdə tutulması məqsədəuyğun sayılır. Bu 
zaman şəxsin törətmiş olduğu cinayətə görə mühakimə edildiyinin və 
cəzasını faktik olaraq çəkməsinin nəzərə alınmasının vacib olduğu qeyd 
edilir. Odur ki, həmin əlamətin CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü 
maddələrində yerləşdirilməsi, CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü maddə-
lərinin hazırkı redaksiyalarında təsbit olunmuş əlamətlərin isə (yaşayış 
sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz 
olaraq girməklə törədildikdə; zor tətbiq etmə ilə törədildikdə) 180.2, 181.2, 
182.2-ci maddələrin sıra ardıcıllığı üzrə gələn hissələrində yerləşdirilməsi 
təklif edilir.  
Dissertasiya işinin nəticə hissəsində tədqiqat zamanı əldə olunmuş 
elmi nəticələr, cinayət hüququ nəzəriyyəsini yeni elmi müddəalar ilə 
zənginləşdirə bilən müddəalar, qanunvericiliyin və məhkəmə təcrübəsinin 
təkmilləşdirilməsinə yönəlmiş təkliflər yığcam şəkildə verilmişdir. 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin