5
dəyişilməsi, ilk növbədə, yeni iqtisadi sistemin təzahürü ilə müşayiət
olunur. İqtisadi amillər ölkənin siyasi sistemini öz ardınca aparır. Hər hansı
yeni quruluşa keçid öz göstəricilərini ilk növbədə iqtisadi münasibətlərdə
büruzə verir. Mülkiyyət əleyhinə olan cinayətlər isə cəmiyyəti və dövləti
iqtisadi cəhətdən zəiflədən, bəzən hətta onu sarsıda bilən ictimai təhlükəli
əməllər sayılır.
Müasir dövrdə cinayətkarlığı səciyyələndirən əsas əlamətlərdən biri
onun zorakı təzahür formalarının dinamikasında artım tempinin olmasıdır.
Ölkəmizdə cinayətkarlığın ümumi əmsalına nisbətdə özgənin əmlakını zor
tətbiq etməklə törədilən talama əməllərinin sayının az olmadığını qeyd
etmək lazımdır. Belə ki, respublikamızda 1995-ci ildə 453, 2000-ci ildə
200, 2005-ci ildə 165, 2006-cı ildə 160, 2007-ci ildə 142, 2008-ci ildə 202,
2009-cu ildə 184, 2010-cu ildə 172, 2011-ci ildə 153, 2012-ci ildə 132,
2013-cü ildə 132, 2014-cü ildə 160, 2015-ci ildə 211, 2016-cı ildə isə 165
quldurluq cinayəti törədilmişdir. Soyğunçuluq cinayətlərinin sayı isə 1995-
ci ildə 296, 2000-ci ildə 145, 2005-ci ildə 196, 2006-cı ildə 238, 2007-ci
ildə 218, 2008-ci ildə 369, 2009-cu ildə 354, 2010-cu ildə 294, 2011-ci ildə
306, 2012-ci ildə 252, 2013-cü ildə 227, 2014-cü ildə 241, 2015-ci ildə
338, 2016-cı ildə 325 olmuşdur.
1
Göründüyü kimi, bu növ cinayətlərin
dinamikasında müəyyən illərdə azalma halları müşahidə olunsa da, bu
meyl daimi xarakter daşımamış, müəyyən illərdə yenə də artım faktları
qeydə alınmışdır. Ona görə də mövzunun aktuallığı həm də ölkəmizdə
özgə əmlakını zor tətbiq etməklə talama cinayətlərinin dinamikasında qeyri
sabitliyin olması ilə müəyyən edilir.
Mülkiyyət əleyhinə olan cinayətlər, xüsusən, zor tətbiq etməklə
törədilən talama əməlləri cinayət hüququnun mürəkkəb problemlərindən
sayılır. İstinaq və məhkəmə təcrübəsində bu növ cinayətlərin tövsifində
tez-tez səhvlərə yol verilməsinə rast gəlinir. Səhv tövsif olunmuş cinayətə
görə isə ədalətli cəzanın təyin edilməsi qeyri-mümkündür.
Eyni zamanda göstərmək lazımdır ki, Azərbaycan Respublikasının
qüvvədə olan Cinayət Məcəlləsində talama cinayətlərinə görə məsuliyyət
nəzərdə tutan normalar digər növ cinayətlərə görə məsuliyyət müəyyən
edən normalar ilə müqayisədə nisbətən stabilliyi ilə seçilir. Bununla belə,
yeni CM-də bəhs edilən əməllərə görə məsuliyyət sovet dövründə qəbul
edilmiş cinayət qanunlarından bir qədər fərqli şəkildə müəyyən edilmişdir.
1
Cinayətkarlıq və hüquqpozmalar /
http://www.stat.gov.az/source/crimes/
6
Belə ki, Azərbaycan Respublikasının qüvvədə olan CM-də mülkiyyətin
konstitusiya ilə müəyyən olunmuş bütün formalarının (xüsusi mülkiyyət,
dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti) eyni səviyyədə cinayət-hüquqi
mühafizəsi nəzərdə tutulmuş, talama cinayətlərinin qanunvericilik
konstruksiyasının, əsas tərkiblərinin və məsuliyyəti yüngülləşdirən, habelə
ağırlaşdıran hallarının qurulmasında yeni əlamətlərdən istifadə
olunmuşdur. Cinayət qanunvericiliyinə gətirilən bu yeniliklərin elmi
cəhətdən tədqiq edilməsinə zərurət vardır.
Dostları ilə paylaş: