AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   2   3   4   5   6   7   8   9   ...   18
huq n aai 30 11 17

Tədqiqatın obyektini zor tətbiq etməklə özgə əmlakını talama 
cinayətlərinin tövsifi, mülkiyyətin ictimai təhlükəli qəsdlərdən cinayət-
hüquqi mühafizəsi problemləri təşkil edir.
Tədqiqatın predmetini bü növ əməllərlə mübarizənin cinayət-
hüquqi əsasları, Azərbaycan Respublikasının qüvvədən düşmüş cinayət 
qanunları və hazırda qüvvədə olan cinayət qanunu, istintaq və məhkəmə 
təcrübəsinin materialları, mövzunun ayrı-ayrı istiqamətlərinə həsr olunmuş 
xüsusi hüquq ədəbiyyatları və rəsmi statistik məlumatlar təşkil etmişdir. 
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya tədqiqatının məqsədi 
zor tətbiq etməklə özgə əmlakını talama cinayətlərinin tövsifi məsələlərinin 
öyrənilməsi, bu sahədə mövcud nəzəri və təcrübi problemlərin 
ümumiləşdirilərək kompleks qaydada tədqiqi, cinayət hüququ nəzəriyyəsinin 
zənginləşdirilməsi, qanunvericiliyin və 
məhkəmə 
təcrübəsinin 
təkmilləşdirilməsi ilə bağlı təkliflərin işlənib hazırlanmasından ibarətdir. 
Tədqiqatın məqsədinə nail olmaq üçün qarşıya aşağıdakı vəzifələr 
qoyulmuşdur: 
- Azərbaycan Respublikasında zor tətbiq etməklə özgənin əmlakını 
talama cinayətlərinin ümumi hüquqi xarakteristikasının nəzərdən 
keçirilməsi; 
- Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tarixində zor 
tətbiq etməklə özgənin əmlakını talama əməllərinə görə məsuliyyətin 
tənzimlənməsi vəziyyətinin öyrənilməsi; 
- cinayət hüquq nəzəriyyəsində zorakılıq, talama və tövsif 
anlayışlarının ümumi səciyyəsinin tədqiq edilməsi; 
- Azərbaycan Respublikasında zor tətbiq etməklə özgənin əmlakını 
talama cinayətlərinə görə məsulyyətin hüquqi tənzimlənməsi vəziyyətinin 
öyrənilməsi; 
- zor tətbiq etməklə özgənin əmlakını talama cinayət tərkiblərinin 
obyektiv əlamətlərinin araşdırılması; 
- zor tətbiq etməklə özgənin əmlakını talama cinayət tərkiblərinin 
subyektiv əlamətlərinin araşdırılması; 
- zor tətbiq etməklə özgənin əmlakını talama əməllərinin oxşar 
cinayətlər ilə müqayisəli təhlilinin aparıması; 

- Azərbaycan Respublikasının istintaq və məhkəmə təcrübəsində 
zor tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinin tövsifi 
problemlərinin müəyyən edilməsi; 
- zor tətbiq etməklə özgənin əmlakını talamaya görə məsuliyyət 
nəzərdə cinayət-hüquqi normaların əsas tərkiblərinin tövsifi məsələlərinin 
araşdırılması; 
- təcrübi materiallar əsasında zor tətbiq etməklə özgənin əmlakını 
talama cinayətlərində məsuliyyəti ağırlaşdıran və xüsusilə ağırlaşdıran 
halların tövsifi məsələlərinin araşdırılması; 
- cinayət hüququnun yeni elmi müddəalar ilə zənginləşdirilməsi, 
müvafiq qanunvericiliyin, habelə məhkəmə təcrübəsinin təkmilləşdirilməsi 
üzrə təkliflərin verilməsi. 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin