AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
huq n aai 30 11 17

anlayışlarının ümumi səciyyəsi” adlanır. Cinayət hüququnda zorakılıq 
həm müstəqil kateqoriya, həm də ayrı-ayrı cinayət tərkiblərinin əlaməti 
qismində nəzərdən keçirilir. Zorakılıqla bağlı formalaşmış mövqelər, 
əsasən, iki qrupa ayrılır. Bir qrup müəlliflər zorakılığı fiziki zərər yetirmə, 
təcavüz, qəddarlıq, adam öldürmə anlayışları vasitəsi ilə izah etməyə 
üstünlük verir. Digər qrup müəlliflər isə zorakılığın inkişafında iki istiqamət 
ayırır, bir istiqamət kimi güçlü tərəfin öz iradəsini rəqib tərəfə diktə 
erməsini, aqressiv davranış nümayiş etdirilməsini, ikinci istiqamət kimi isə 
tərəflər arasında dialoqun, kompromisin təmin edilməsini göstərirlər. Hər 
bir cəmiyyətin nəzarət və dəf etməli olduğu zorakılığa qarşı çıxmaq dövlət 
orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. 
Müəllif zorakılığın anlayşına zərər çəkmiş şəxsin qəsdən öldürülməsindən 
tutmuş sağlamlığına zərər vurulması, qanunsuz həbsə alınması və tutulması, 
işgəncə verilməsi, vurulması, döyülməsi, əzab verilməsi, bir sözlə, hər cür 
fiziki zorakılıq aktlarının göstərilməsi, habelə bu cür zorakılıq aktlarının 
tətbiq ediləcəyi, rüsvay ediləcəyi, mənafeyi ona əziz olan yaxın adamların, 
onların əmlakının məhv ediləcəyi ilə hədələmə əməllərinin daxil edilməsi 
mövqeyini dəstəkləyir.
Bu yarımfəsildə cinayət hüquq nəzəriyyəsi və qanunvericiliyində 
talama anlayışının yaranma tarixinə də ekskurs edilir və mülkiyyət əleyhinə 
olan bəzi cinayətlərə münasibətdə «talama» termininin cinsi ifadə kimi 
formalaşdığı müəyyən edilir. “Talama” termininə ilk dəfə Avropa hüquq 
məkanında rast gəlinsə də, Rusiya İmperiyasının 1845-ci il və 1903-cü il 


15 
Cinayət Qanunnamələrində də bu termindən istifadə olunmuşdur. Sovet 
cinayət qanunvericiliyində talama anlayışı ilk olaraq dövlət və ictimai 
mülkiyyət əleyhinə, daha sonra isə şəxsi mülkiyyət əleyhinə olan 
cinayətlərə münasibətdə 
tətbiq edilmişdir. Ölkəmizin cinayət 
qanunvericiliyində talamanın anlayışı təsbit olunmamışdır. Lakin 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, 
soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 
mart 2005-ci il tarixli 1 nömrəli qərarının birinci bəndinə talamaya anlayış 
verilmişdir. İşdə Ali Məhkəmənin plenumu tərəfindən talamaya verilmiş 
anlayışda onun bəzi obyektiv və subyektiv əllamətləri ilə bağlı (məsələn, 
təqsirkarın talanmış əmlakı başqa şəxslərin xeyrinə əvəzsiz olaraq 
keçirməsi, talamanın yalnız tamah məqsədi ilə törədilməsi və s.) cinayət 
hüququ nəzəriyyəsində və təcrübəsində vahid mövqeyin olmadığı və bunun 
həmin cinayətlərinin tövsifində çətinliklər yaratdığı qeyd edilir.
Yarımfəsildə həmçinin cinayətin tövsifi anlayışına nəzər yetirilir, 
cinayət və cinayət-proseessual hüquq sahələrində buna dair irəli sürülmüş 
mövqelər ümumiləşdirilir. Hesab edilir ki, cinayətin tövsifi cinayət-hüquqi 
normaların tətbiqinin ilk mərhələsi olub, hüquqtətbiqetmə subyektlərinin 
(müstəntiqin, hakimin) şüurunda baş verən məntiqi idrak prosesidir. Bu 
proses ardıcıllıqla həyata keçirilən aşağıdakı hərəkətlərin məcmusundan 
ibarətdir: 1) törədilmiş əməlin (hadisənin) faktik hallarının müəyyən 
edilməsi; 2) əmələ görə məsuliyyət nəzərdə tutan cinayət-hüquqi normanın 
seçilməsi; 3) tördilmiş əməlin əlamətləri ilə seçilmiş cinayət-hüquqi 
normada (və ya normalarda) nəzərdə tutulan cinayət tərkibinin (və ya 
tərkiblərinin) əlamətləri arasında dəqiq uyğunluğun müəyyən edilməsi; 4) 
törədilmiş əməlin cinayət-hüquqi qiymətinin cinayət-prosessual aktda öz 
əksini tapması.
Dissertasiyanın ikinci fəsli “Azərbaycan Respublikasında zor 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin