Tədqiqatın metodologiyası və metodları. Müəllif tədqiqatın
metodoloji əsası kimi dialektik idrak təliminin müddəalarını rəhbər
tutmuşdur. Dissertasiya tədqiqatı zamanı tarixi-hüquqi, müqayisəli-hüquqi,
sistemli və kompleks yanaşma, analiz və sintez, məntiqi və statistik təhlil,
ümumiləşdirmə və s. metodlardan istifadə olunmuşdur.
Tədqiqatın nəzəri əsasını həm ölkəmizin, həm də xarici ölkə
alimlərinin cinayət hüququ üzrə yazdıqları elmi əsərlər təşkil etmişdir.
Bundan başqa tədqiqat üçün ayrı-ayrı müəlliflərin dövlət və hüquq
nəzəriyyəsi, konstitusiya hüququ, mülki hüquq, cinayət-prosessual hüquq
və s. hüquq sahələrinə aid elmi əsərlər də faydalı olmuşdur. Bu sırada milli
müəlliflərimizdən F.Y.Səməndərov,
İ.M.Rəhimov, X.C.Ələkbərov,
T.E.Qarayev, B.S.Zahidov, Ç.F.Mustafayev, M.B.Əhmədov,
K.N.Səlimov, H.S.Qurbanov, M.Ə.Cəfərquliyev, S.Ə.Vəliyev,
Ş.T.Səmədova, N.K.Əliyev, R.İ.Quliyev, İ.B.Ağayev, R.Ə.Şəmsizadə,
xarici ölkə müəlliflərindən N.S.Taqansev, M.A.Şneyder, M.D.Şarqorodski,
Q.A.Kriqer, V.N.Kudryavsev, N.F.Kuznetsova, P.İ.Qrişayev, N.Q.İvanov,
A.V.Naumov, B.A.Kurinov, L.D.Qauxman, A.İ.Raroq, Q.N.Borzenkov,
A.N.Krasikov, B.V.Voljenkin, N.A.Lopaşenko, S.V.Maksimov,
Q.N.Borzenkov, V.P.Verin, V.A.Vladimirov, L.D.Qauxman,
V.V.Yeraksin, V.T.Kalmıkov, V.F.Kriçenko, B.A.Kurinov, Y.İ.Lyapunov,
B.S.Nikoforov, E.A.Frolov, V.S.Proxorov, V.V.Veklenko və başqalarının
əsərlərini xüsusilə qeyd etmək lazımdır.
Tədqiqatın normativ əsasını beynəlxalq hüquqi aktlar,
Azərbaycan Respublikasının Konstitusiyası, qüvvədən düşmüş və hazırda
9
qüvvədə olan cinayət qanunları, bəzi xarici dövlətlərin cinayət
qanunvericilik aktları təşkil etmişdir.
Tədqiqatın empirik əsasını Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin
plenumlarının qərarları, Azərbaycan Respublikası məhkəmələrinin zor
tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinə dair işlər üzrə qəbul
etdikləri qərarlar təşkil etmişdir.
Dostları ilə paylaş: |