Problemin elmi işlənilmə səviyyəsi. Cinayət hüququ
nəzəriyyəsində zor tətbiq etməklə özgə əmlakını talama cinayətlərinin
müxtəlif aspektləri üzrə elmi-nəzəri araşdırmalar aparılmışdır. MDB-nin
bəzi üzv dövlətlərində, xüsusən, Rusiya Federasiyasında bu sahədə
tədqiqatlar daha intensiv olmuşdur. Rusiyada qüvvədə olan 1996-cı il CM-
nin qəbulundan sonra D.V.Borçenkov, İ.X.Qalimov, V.M.Vyunov,
İ.Q.Barsukova, V.Y.Kazankov və qeyrilərinin dissertasiya tədqiqatları zor
tətbiq etməklə özgə əmlakını talama cinayətlərinin ayrı-ayrı problem
məsələlərinin tədqiqinə həsr olunmuşdur.
Milli hüquq nəzəriyyəmizdə isə zor tətbiq etməklə özgə əmlakını
talama cinayətlərinə həsr olunan elmi əsərlərin, dissertasiya tədqiqatlarının
sayının çox olmadığı qeyd edilməlidir. Bu əsərlər içərisində
Ç.F.Mustafayevin hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün
1995-ci ildə müdafiə etdiyi “Проблемы уголовно-правовой борьбы с
хищениями имущества” adlı dissertasiya işini vurğulamaq lazımdır.
Lakin həmin elmi iş, ümumən, Azərbaycan Respublikasında sovet
hakimiyyəti dövründə qəbul edilmiş 1960-cı il CM-nin müddəaları
əsasında yazılmışdır. Azərbaycan Respublikasının sonuncu CM-nin
qüvvəyə minməsindən sonra hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almaq üçün N.K.Əliyev 2005-ci ildə “Qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə”, 2007-ci
ildə F.A.Sayadav “Quldurluq əməlləri ilə mübarizənin cinayət-hüquqi
problemləri”, N.T.Əliyev 2011-ci ildə “Soyğunçuluq əməlləri iıə
mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri”, O.R.Aslanov 2015-
ci ildə “Mülkiyyət əleyhinə cinayətlərə görə sanksiyaların qurulmasının
problem məsələləri” mövzularında dissertasiya işləri müdafiə etmişlər.
Göründüyü kimi, həmin əsərlərdə talama cinayətlərinin ayrı-ayrı
aspektləri tədqiq edilsə də, zor tətbiq etməklə özgə əmlakını talama
cinayətlərinin tövsifi məsələləri bilavasitə tədqiqat mövzusu olmamışdır.
7
Ona görə də müdafiəyə təqdim edilən dissertasiya işi milli hüquq
nəzəriyyəsində zor tətbiq etməklə özgə əmlakını talama cinayətlərinin
tövsifi problemlərinin kompleks və monoqrafik tədqiqi istiqamətində ilk
cəhd sayıla bilər.