38
istifadə ilə yanaşı, ümumi institusional və sosial mühit qəbul edilmişdir.
Beynəlxalq Menecment və İnkişaf İnstitutu bir qayda olaraq, bütün ölkələrin
məlumatlarını təhlil edərək, rəqabət qabiliyyəti sahəsində araşdırmalar. Bu
istiqamətdə dünya iqtisadiyyatının əsas oyunçularının – 49 aparıcı ölkənin
iqtisadiyyatının konkret vəziyyəti daha ətraflı təhlil edilir. Rəqabət qabiliyyəti
reytinqinin müəyyən edilməsi üçün 290 meyardan istifadə edilir. İndeksin
hesablanması üçün 8 qrup amillər istifadə edilir: iqtisadiyyat, beynəlmilləşmə,
hökümət, maliyyə,
infrastruktur, menecment, elm və texnologiyalar, insanlar.
“İnsanlar” bloku 43 meyarla xarakterizə olunur: əhalinin xarakteristikası, işçi
qüvvəsinin xarakteristikası, məşğulluq,
işsizlik, tədris infrastrukturu, həyatın
keyfiyyəti, cəmiyyətdəki durum və s.”
8
(4.səh 54)
Daha tam şəkildə rəqabət qabiliyyətinə yanaşma Ümumdünya İqtisadi
Forumun (ÜİF) “Rəqabət qabiliyyəti Qlobal icmal” tədqiqat layihəsində təqdim
edilmişdir. Beynəlxalq ÜİF təşkilatının ekspertləri ölkələrin iqtisadiyyatının
rəqabət qabiliyyətinə təsir edən müxtəlif iqtisadi amillər göstərirlər. Bunlarla
bərabər, onlara aşağıdakılar aid edilir:
-
Sənayenin istehsalının səmərəliliyi;
-
Bazar istiqamətinin dərəcəsi;
-
Maliyyə sisteminin dinamikliyi;
-
Insan resursları;
-
Təbii ehtiyatlar;
-
Iqtisadi sosial – siyasi sabitlik və s.
İƏİT ölkələri tərəfindən qəbul edilmiş rəqabət
qabiliyyətinin ümumi
tərəfində onun təkamülünün yeni mərhələsi əks edilir. İƏİT tərəfindən qəbul
edilmiş rəqabət qabiliyyətinin belə tərif edilmişdir rəqabət qabiliyyəti –
şirkətlərin, sənaye sahələrinin, regionların və millətlərin beynəlxalq rəqabət
üçün açıq olmaqla, gəlirlərin və əmək haqqının
nisbətən yüksək səviyyəsini
yaratmaq qabiliyyətidir. Belə ki, əvvələr milli səviyyədə ön planda ənənəvi
olaraq, ekstensiv inkişaf amilləri- zəngin təbii ehtiyyatlara sahib olma, istehsala
daha çox işçi qüvvəsinin cəlb olunması əlverişli qiymətinin formalaşmasııdır hal
39
– hazırda əsas diqqət yüksək məhsuldarlıq, həyatın keyfiyyəti, ən yeni
texnologiyalara
sahib olma, eləcə də qlobal rəqabət qabiliyyəti strategiyasının
işlənməsinə səbəb olan biləcək iqtisadi mühit formalaşması kimi məsələlər əsas
götürülür.
Müasir şəraitdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gələcəkdə
gücləndirilməsi insan resurslarının rəqabət qabiliyyətinin yüksəlməsini, insan
kapitalına investisiyaya qoyuluşunun artıran və işçilərin özünü reallaşdırması
üçün şəraitin yaradılmasını əks etdirən insan kapitalının inkişafını nəzərdə tutur.
Qeyd edək ki, respublikamız işçi qüvvəsinin keyfiyyəti XX əsrin 90- cı
illərində beyinlərin və müxtəlif səbəblərdən siyasi nəticələrdə aşağı düşmüşdür.
Müasir şəraitdə işçi qüvvəsinin rəqabət qabiliyyətinin
yüksəldilməsi
perspektivdə yalnız xammal iqtisadiyyatından həm neft, həm də qeyri – neft
emaledici sənaye sahələrini inkişafı yüksək inkişaf etmiş innovasiya yönümlü
iqtisadiyyata keçid yolu ilə mümkündür. Belə iqtisadiyyat rəqabət qabiliyyətli
əmtəə və xidmətlər istehsal etməyə imkan yaradır ki, bu da öz növbəsində əmək
bazarında keyfiyyətcə yeni səviyyəli işçi qüvvəsinin olmasını tələb edir.
İşçi qüvvəsinin keyfiyyəti hər şeydən əvvəl əhalinin
təhsil səviyyəsi və
kadrların peşə-ixtisas səviyyəsi ilə xarakterizə olunur. İşçilərin peşə - ixtisas
səviyyəsinin əsas xüsusiyyəti onun iqtisadi fəaliyyət növləri üzrə məşğulluqdur.
Dostları ilə paylaş: