I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları


Təhsilin keyfiyyətinin yüksəldilməsinin əmək potensialına təsiri



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
H-seynzad-Ceyhun

 
2.2. Təhsilin keyfiyyətinin yüksəldilməsinin əmək potensialına təsiri. 
Sosial bölmənin vacib komponenti hesab edilən təhsil sahəsinin inkişafına 
yönəldilən şəraitlər ölkəmizə nisbətən inkişaf etmiş ölkələrdə daha yüksəkdir. 
Buna görə də həmin ölkələrin elm, təhsil, texnologiya və innovasiya imkanları 
daha genişdir və keyfiyyətlidir. İnsan potensialının yüksəlməsinə yönəldilmiş 
təhsil xərcləri bir müddətdən sonra bu ölkələrin iqtisadiyyatının sosial yönümlü 
tərəqqisinə öz əvəzsiz təsirini göstərir. Məhz bu səbəbdən Azərbaycan 
Respublikası digər inkişaf etməkdə olan ölkələr kimi təhsilin inkişafına son illər 


42 
xüsusi diqqət verir, onun maddi – texniki bazasını, keyfiyyətini yüksəltmək üçün 
lazım olan bütün tədbirləri görür və bu istiqamətdə investisiya xərclərini artırır. 
Hər bir ölkənin sosial – iqtisadi inkişafında təhsil sisteminin rolu əksər 
iqtisadçılar tərəfindən çox yüksək qiymətləndirilir və bunu həlledici amil hesab 
edirlər. Bunun sübutu kimi üç əsas səbəb göstərilir: 
1. Neoklassiklərin irəli sürdüyü insan kapitalı konsepsiyasıdır ki, burada 
istehsal amilləri içərisində insan amili digərləri ilə müqayisədə daha əsas və 
aparıcı olduğu vurğulanır. Doğrudan da keyfiyyətli təhsil almaq imkanı hər bir 
ölkə daxilində insanların əmək potensialını daima yüksəldir. Nəticədə ölkədə 
yüksək rəqabət qabiliyyətli, bazarın tələblərinə cavab verən mal və xidmətlərin 
istehsal olunmasına gətirib çıxarır. Dediklərimizi ölkələrin sosial iqtisadi inkişaf 
səviyyəsinə və əhalinin rifah halının artımına nəzər yetirsək görərik ki, artıq 
uzun müddətdir ki, Yaponiya, Cənubi Koreya, Skandinaviya ölkələri tərəfindən 
sübut edilmişdir. 
2. Təhsilin inkişafı ölkələrin sosial- iqtisadi inkişafının, innovasiyaların, 
istehsalın texniki – texnoloji səviyyəsinin yüksəldilməsinin əsas lokomotivi 
qəbul edilmişdir. Belə ki yüksək texnologiyaların istehsal proseslərinə tətbiqi 
nəticəsində məhsuldarlıq artır, məhsullar daha keyfiyyətli və ucuz olur. 
Məhsuldarlığın əhəmiyyətini və mahiyyətini dəqiq başa düşmək üçün Cobba- 
Duqlas düsturuna diqqət yetirək: 
У=А х L
β
x K
a
, burada 
A- məhsuldarlığı, 
K- kapital qoyuluşunu 
L- iş qüvvəsinin imkanlarını ifadə edir. 
Göstərilən düsturda a və β ifadələr istehsal proseslərində istifadə edilən 
investisiyanın (k) və işçi qüvvəsinin (L) arasında bölgüsünü göstərir. 
Məhsuldarlığın əsas tərkib hissəsi kimi təhsilli, savalı, təcrübəli və bacarıqlı 
əmək ehtiyatları və yüksək texnoloji imkanlar nəzərdə tutulur. Bu onu sübut edir 


43 
ki, insan kapitalı ilə bilavasitə əlaqədar olan iqtisadi inkişafın təməlində işçilərin 
təhsil səviyyəsi dayanır. 
3. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir ölkədə təhsil 
səviyyəsinin yüksəlməsi səbəbi ilə formalaşan bacarıqlı, savadlı və geniş 
dünyagörüşlü işçi qüvvəsi vasitəsilə digər ölkələrdə yeni yaranan texnika, 
texnologiya və elmi inkişafın nəticələrini tez bir zamanda öz ölkələrinə gətirir 
və yeni kəşflərdən faydalana bilərlər. Əks halda bu proseslər ya gecikir, ya da 
xarici ölkələrdən mütəxəssislərin cəlb edilməsi hesabına keçirilməlidir. Bu ölkə 
iqtisadiyyatı üçün daha az səmərəli olacaqdır. 
Göstərilən hər üç vacib yanaşmanı nəzərə alsaq təhsil sisteminin, təhsil 
səviyyəsinin sosial yönümlü iqtisadi inkişafında necə böyük əhəmiyyət kəsb 
etdiyini görərik. Azərbaycan Respublikasının dövləti höküməti ölkədə təhsilin 
inkişafı, insanların əmək potensialının yüksəlməsinə yönəldilmiş ciddi fəaliyyət 
tədbirləri həyata keçirir, bilikli, bacarıqlı, hərtərəfli inkişaf etmiş kadrların 
hazırlanmasına xüsusi diqqət yetirir. 
Ölkələrdə təhsil sektoru sosial sahələr nəzərində daha sürətlə inkişaf edən 
sahədir. Dövlət büdcəsindən təhsilə yönəldilən xərclərin hər il artırılması bu 
sektorun keyfiyyətcə yeniləşməsi üçün sistemli, kompleks işlərin görüldüyünü 
təsdiq edir. Respublikamızda 2005- ci ildə təhsilə dövlət büdcəsində 372,5 
milyon manat vəsait yönəldilmişdirsə, , 2014- - ci ildə bu rəqəm 1 milyard 
553,9 milyon mata yüksəlmişdir. Bu 10 ildə Dövlət büdcəsində ayrılan 
vəsaitlərin miqdarı 1 milyard 1814 milyon manat, başqa sözlə 4,2 dəfə artmışdır. 
2015- ci ildə təhsilə Dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmin daha da 
artaraq 1 milyard 605,1 milyon manata çatmışdır. 
Dövlət büdcəsindən ayrılmış vəsaitlər “Azərbaycan Respublikasının təhsil 
sahəsində islahat Proqramı” na və “2011-2021 – ci illərdə Azərbaycan təhsilinin 
inkişafı üzrə milli strategiya” ya uyğun olaraq təhsil sisteminin inkişafına 
yönəldilmiş dövlət lahiyələri və proqramlarının yerinə yetirilməsinə, təhsilinin 
infrastrukturunun müasir tələblərinə müvafiq qurulmasına, təhsilin 
məzmununun yeniləşməsinə, informasiya – kommunikasiya texnologiyalarının 


44 
tətbiqinə geniş maliyyə təminatı yaratmışdır. Sözügedən dövlət strategiyasında 
qarşıya qoyulan məqsədlərdən biri növbəti illərdə təhsilin maliyyələşdirilmsəi 
xərclərinin ÜDM – da nisbətinin mərhələlərlə 5-6% - ə çatdırılmasından 
ibarətdir. İnkişaf etmiş ölkələrıə xas olan bu standarta əməl edilməsi nəticəsində 
ölkələrində işçilərin əmək potensialının yüksəlməsinə, sonda sosial- iqtisadi 
inkişafa və əhalinin rifah halının yüksəlməsinə səbəb olacaqdır.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin