Cəsvəl 10
Əhalinin təhsili səviyyəsi (ilin əvvəlinə, 15 və ondan yuxarı yaşda hər
1000 nəfərə hesabla)
Təhsilin səviyyəsi
İLLƏR
2001 2006 2008 2010 2011 2013 2014 2015
50
Ali və ümumi orta
təhsilə malik olanlar, o
cümlədən,
939
946
955
966
968
969
971
971
Ali
108
118
120
123
124
125
126
126
Orta ixtisas
114
93
86
85
85
85
85
85
Tam orta
572
601
616
626
628
629
630
630
Ümumi
(natamam)
orta
145
134
133
132
131
130
130
130
Azərbaycan statistik göstəriciləri – 2015, DSK
Qeyd etmək lazımdır ki, 2009- cu il əhalinin siyahıya almamasını
məlumatlarına görə ölkədə savadlılıq səviyyəsi 99,8 faiz təşkil etmişdir.
Cədvəldən göründüyü kimi Respublikamızda ali və ümumi orta təhsildə
malik olanlar 2001- ci ildə 93,9% təşkil etdiyi halda 2010- cu ildə usə 97,1%
olmuşdur.2001- ci illə müqayisədə ali və orta təhsilli şəxslərin sayı 2010- cu ildə
17 nəfər, 2015- ci ildə isə 32 nəfər artmışdır. Ali təhsillərin sayı isə 2001- ci ilə
nisbətən 2010- cu ildə 15 nəfər, 2015 – ci ildə isə 18 nəfər artmışdır.
İnkişaf etmiş ölkələrdə milli sərvətin əsas hissəsi insan kapitalı hesablna
formalaşır və iqtisadi artımda intellektual əməyi üstün xüsusi çəkiyə
yüksəlir.Azərbaycanda da iqtisadiyyatın ölkənin dayanıqlı inkişafını təmin
etmək məqsədilə insan potensialının formalaşdırılması və ondan səmərəli
istifadə əsas prioritet hesab edilir, Son illər ərzində insan kapitalının inkişafı
ilə bağlı tədbirlər müəyyən edilərək bu problem dövlət proqramları və
konsepsiyalarda öz əksini tapmışdır. “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf
Konsepsiyasında və “ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan
inkişaf əsas təşkil edir. Həmçinin təhsil haqqında və “Elm haqqında Azərbatcan
Respublikasının qanunları da ölkədə insan kapitalının inkişafına xidmət edən
mühüm dövlət sənədləridir.”
51
Əmək və insan keyfiyyətyinin yüksəldilməsi və ondan səmərəli istifadə
elmin və biliktutumlu istehsal (xidmət) sahələrinin inkişafına əmək
məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə birbaşa təsir
göstərir. Hazırda Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, qeyri – neft
sektorunun inkişafı, biznes mühitinin sağlamlaşdırılması, iqtisadiyyatın
şaxələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi işlər
görülür. Bu islahatların davam etdirilməsi orta və uzunmüddətli dövrdə təhsilin
(xüsusilə təhsilin ixtisaslı kadr hazırlığı pillərində) keyfiyyətinin yüksəldilməsi
infrastrukturun və “elm-təhsil-istehsal” əlqələrinin çevik idarəedilməsi
mexanizminin yaradılması həmçinin müəsissələrin qlobal dəyər zəncirinə
qoşilmaqla dünya bazarlarına inteqrasiya etməsi üçün əhəmiyyətlidir.
Ölkəmizdə insan potensialının inkişafında fasiləsizliyin (ömürboyu
öyrənmək) təmin edilməsi, məktəbəqədər və orta təhsil də daxil olmaqla, peşə
təhsilli
və
ixtisaslı
kadr
hazırlığının
əməkbazarının
tələblərinə
uyğunlaşdırılması,həmçinin elm-təhsil-istehsal“ zənginliliyinj təkmilləşdirilməsi
baxımından məqsədli proqramların hazırlanması və həyata kecirilməsi daima
davam etdirilməlidir. Yüksək keyfiyyətli insan kapitalının formalaşdırılması
daha çox maddi və mənəvi fayda əldə etməyə və rəqabətqabiliyyətliyi
yüksəltməyə imkan yaradan əsas məsələlərdəndir.
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol
xətlərində nəzərdə tutulan orta və uzunmüddətli hədəflərə, catmaqla ümumim
təhsilin keyfiyyıətinin yüksəldilməsi çox böyük rol oynayırdılar. Belə ki
ümumi təhsilin (ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsil) insan
kapitalının formalaşmasında strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, ümumi
təhsil sistemində idarəetmənin şəffaflığı və demokrativliyi, təhsilin keyfiyyitinə
yönəlmiş əlverişli şəraitin yaradılması bilikli cəmiyyət quruculuğunun mühüm
inkişaf istiqamətləri hesab olunur. Azərbaycanda ümumi təhsildə infrastruktrun
və keyfiyyətin yüksəldilmədi məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
2003-2015 – ci illərdə yeni məktəb binlarının tikilməsi və mövcud məktəblərin
əsaslı təmiri ilə bağlı ciddi işlər görülmüşdür. Orta təhsil pilləsində təhsilin
52
keyfiyyətinin yüksəldilməsi üçün pedoqoji kadrların hazırlığının və tədrisinin
müasir təhsilvermə və təhsilalma texnolgiyasına uyğunlaşdırılması,
metodlarinanın təkmilləşdirilməsi ilə bağlı tədbirlər göcürülməlidir.
Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə
keçilməsi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının hazırlanması və
səmərəli tətbiqi müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə
onların nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər zəruridir. Keyfiyyətli
insan protensialının formalaşdırılması üçün mövcud resurslardan səmərəli
istifadə edilməsi istiqamətində islahatlar davam həyatla kecirilməlidir.
İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin,
müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması və müəllimin nüfuzunun
artırılması istiqamətində ciddi işlər görülməlidir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” na
uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata
keçirilməsinə başlanmışdır. 12 illik təhsil ümumi təhsilin son iki ilində
təmayülləşməni nəzərdə tutur ki, peşə - ixtisas təhsili və ali təhsillə əhatəolunma
səviyyəsini yüksəldəcək, həmçinin əmək bazarına daxil olan gənclərin işsizlik
riskindən qorunmasına kömək edəcək, Azərbaycan təhsil sisteminin Avropa
təhsil sisteminə inteqrasiyasınasını sürətləndirəcəkdir
İlk peşə və orta ixtisas təhsili insan potensialının formalaşmasında, eləcə də
insan kapitalına investisiya qoyuluşunda müstəsna rol oynayır. İlk peşə və orta
ixtisas təhsilinin inkişafı iqtisadi artım, əməkk məhsuldarlığının yüksəldilməsi,
əmək bazarında, tələb və təklifin uzlaşdırılması, məşğulluğun təmin edilməsi
baxımından vacibdir. XXI əsrin əvvələrində sürətlə yeniləşən texnologiya və
elm- texniki tərəqqi nəticəsində yeni peşə və ixtisasların yaranması ilk peşə -
ixtisas təhsili və treninqlərin rolunu daha da artırır. Bu baxımdan, ilk peşə və
orta ixtisas təhsili ölkənin, strateji yol xəritəsinin bir hissəsi kimi nəzərdə
tutulmuşdur. Ölkəmizdə texniki peşə təhsilinin inkişafı ilə bağlı bir sıra
tədbirlər görülmüşdür.
53
Lakin 2007- ci ildə qəbu edilmiş “Azərbaycan Respublikasında texniki
peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” cərcivəsində
peşə müəssisələrində qəbul səviyyəsinin yüksəlməsinə baxmayaraq, gözlənilən
nəticə əldə olunmamışdır. Eyni zamanda Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin yaradılması peşə təhsilinin inkişaf etdirilməsi və
müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından böyük əhəmiyyəti
vardır.
Respublikamızda “İlk peşə - ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın
əmək bazarının tələblərinə uyğunlaşdırılması, işəgötürənlərin kadr hazırlığını
həyata keçirən ilk peşə-ixtisas müəssisələrinin optimal əlaqələndirilməsi,
maraqlı tərəflərin, nümayəndələrinin ilk peşə-ixtisas təhsili müəssisələrinin idarə
olunmasına cəlb edilməsi vacibdir.
Əmək bazarının keyfiyyət tələblərini – bilik və bacarıqlara olan tələbləri
müəyyənləşdirmək üçün müəssisələrin nümayəndələri və sosial tərəfdaşlar ilə
birlikdə prioritet sahələr üzrə peşə standartlarının işlənilməsi də vacib məsələdir.
İlk peşə və orta ixtisas təhsilli müəssisələrinin mövcud vəziyyəti
araşdırılacaq, onların infrastruktur, maddi – texniki baza, müəllim – pedoqoji
heyətinin potensialının qiymətləndirilməsi kimi vacib işlərin həyata keçirilməsi
günün tələbidir.
Ali təhsil əmək potensialının formalaşmasında və inkişafında ən vacib
mərhələdir. Onun əmək potensialının formalaşmasına və inkişafına təsiri özünü
iki istiqamətdə göstərir. 1. İnsan kapitalının formalaşmasında birbaşa iştirak
edən ixtisaslı mütəxəssislərin hazırlaması. 2. Yeni biliklərin yaranmasında,
tətbiqində və ötürülməsində bilavasitə iştirak.
Ali təhsil müəssisələrində hazırlanan mütəxəssislər dövlətin, müəssisə və
təşkilatların idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi
artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Odur ki,
Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin
formalaşdırılması çox vacibdir. Bunun üçün ali təhsilin keyfiyyətinin
yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın
54
əmək ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə
əsaslanan bazarına tələblərinə uyğunlaşdırılması istiqamətində işlər
aparılmalıdır. Hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma
səviyyəsi çox da yüksək deyildir. Bu da uzaq perspektivdə ölkənin
rəqabətqabiliyyətli və dayanıqlı inkişafına əngəl ola bilər.
Yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq
ixtisas
təsnifatına
uyğunlaşdırılması,
uzunmüddətli
proqnozlaşdırma
mexanizminin işlənməsi, əmək bazarında diferensial əməkhaqqı və
stimullaşdırma sisteminin təşkili müasir dövrün əsas tələblərindən biridir.
Universitet klasterlərinin yaradılması “təhsil – tədqiqat- innovasiya”
zəncirinin səmərəliliyini artıra bilər. Odur ki, ölkədə ilk növbədə, bəzi
ixtisaslaşmış universitetlərdə klasterin yaradılması məqsədəuyğundur. Ali təhsil
sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli əmək
potensialı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaqdır.
Universitet klasterlərinin yaradılması bu istiqamətdə tədqiqatların
aparılmasını elm nəticələrin istehsala tətbiqini stimullaşdıra “təhsil – elm-
istehsal” əlaqələrinin səmərəliliyini yüksəldillər.
Elmin inkişafı yüksəkkeyfiyyətli insan potensialının formalaşmasında
inkişafında, istehsal olunan məhsul göstərilən xidmətlərin rəqabət qabiliyyətinin
yüksəldilməsində, əmək məhsuldarlığının artırılmasında mühüm əhəmiyyət kəsb
edir. Azərbaycanda elmin inkişafı, elmi tədqiqatların keyfiyyətinin
yüksəldilməsi, tədqiqqatların nəticələrinin istehsala tətbiqinin təşvişi ilə bağlı
tədbirlər həyata keçiriləcəkdir.
Elmin inkişafı təşviq ediləcək, özəl sektor tərəfindən araşdırma və
təkmilləşdirmələrə investisiya qoyuluşunu təmin etmək üçün stimullaşdırıcı
tədbirlər görüləcəkdir. Bu, Azərbaycanın qlobal dəyər zəncirinə qoşulmasını
sürətləndirə bilər. Beynəlxalq istehsal zəncirinə qoşulma özlüyündə “təhsil –
elm-istehsal”
əlaqələrinin
təkmilləşməsinə,
əmək
məhsuldarlığının
yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.
55
Azərbaycan Milli Elmlər Akademiyası “elm-təhsil-istehsal” zəncirində
aktiv iştirak etməklə ölkəmizin qlobal istehsal zəncirində iştirakına öz payını
verə bilər. AMEA “elm- təhsil-istehsal” zəncirini qurmaq məqsədilə tədqiqat
universitetinin yaradılması ilə bağlı bsıra addımlar atmışdır.
Biznes mühitinin yaxşılaşdırılması müəssisələr tərəfindən konkret
tədqiqatları
investisiya
qoyuluşunu
stimullaşdırmaqla,
elmin
maliyyələşdirilməsində özəl sektorun xüsusi çəkisini artıra bilər.
Bütün təhsil pillələrində innovativ təlim metodologiyasının və müvafiq
resursların yaradılması məqsədilə müsabiqə mexanizminin hazırlanması və
müsabiqələrin, kecirilməsi insan kapitalının inkişafı üçün vacibdir. Əlavə təhsil
sahəsində keyfiyyətin yüksəldilməsi və rəqabət mühitinin formalaşdırılması
üçün mülkiyyət formasından asılı olmayaraq, əlavə təhsil verən müəssisələrin
potensialının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi
dəstəklənəcəkdir.
Bütün təhsil müəssisələrində müəllimlərinin peşəkarlıq səviyyəsinin
artırılması üçün innovativ modellərin işlənib hazırlanması, ali təhsil
müəssisələrində əlavə təhsil üzrə bölmələrin yaradılması, ixtisasartırma
təhsilinin stimullaşdırılması mexanizminin hazırlanması və tətbiqi vacibdir.
Dostları ilə paylaş: |