60
III Fəsil. Əmək potensialının artırılmasının səmərəliliyi
3.1. İşin və əməyin keyfiyyətinin əmək potensialının artması ilə qarşılıqlı
əlaqəsi.
Əmək potensialı, yəni işçinin qabiliyyəti, bacarığı, biliyi, imkanı social –
psixoloji və bioloji səciyyəsi, işçinin əmək fəaliyyəti prosesində özünü göstərir.
İnsanın əmək qabiliyyəti isə hər bir şəxsin, kadrların əməyə münasibətində,
intizamında peşəkarlığında təşəbbüskarlığında, işgüzarlığında öz əksini tapır.
Eyni zamanda əmək qabiliyyəti işçinin həyat tərzində social dəyərlərində, əməyə
vicdanla yanaşmasında özünü büruzə verir. Əmək potensialı təkcə əmək
resurslarının kəmiyyəti, yəni iqtisadi fəal əhalinin sayı ilə məhdudlaşmır. Eyni
zamanda hər bir şəxsin, işçinin zəruri əmək potensialının artırılması nəzərə
alınmalıdır.Əmək potensialının müəyyənləşdirən, formalaşdıran amillərin özü
yüksək səviyyədə təşkil olunmuşdur. Bunlar da öz növbəsində işçinin peşə, peşə
- ixtisas səviyyəsinin yüksəlməsi ilə şərtlənir.
İşçinin yüksək əmək potensialına tələbat aşağıdakılarla bağlıdır;
a) elmi – texniki və texnoloji amillərlə. Belə ki, yüksək səviyyəli texniki-
texnoloji proseslər daha çox dəqiqlik, müstəqillik yüksək sürətli və ketfiyyətli
fəaliyyət tələb edir;
b) sürətli amartizasiya konsepsiyası, texnologiyanın yeniləşməsi ilə bağlı
bilik və intellectual potensialında yüksəlməsi, işçinin mobilliyi, çevikliyi;
c) bazar konyukturası şəraitində istehsal olunan məhsulun, göstərilən
xidmətlərin çeşidinin qeyri – sabitliyi;
d) bazarda rəqabətin güclənməsi;
e) iqtisadiyyatın bazar modeli şəraitində iş yerlərinin məhdudluğu, işsizlik
probleminin kəskinləşməsi, işçilərə qarşı tələbatların daha da sərtləşməsi və s.
Müasir dövrdə dövıətin qarşısında davam sosial- iqtisadi vəzifələrin həll
edilməsinin başlıca vəzifələrindən biri iqtisadiyyatın bütün sahələrində əməyin
və məhsulun keyfiyyətinin hər vasitəsilə yaxşılaşdırılmasıdır. Məhsulun
keyfiyyətinin idarə olunması, yaxşılaşdırılması məhsul istehsalında fəal və
61
həlledici rol oynayan əməyin keyfiyyətində xeyli dərəcədə asılıdır. Deməli
məhsulun keyfiyyətinin yüksəldilməsi istehsal prosesinin bütün mərhələlərində
məşğul olan kadrların əməyinin keyfiyyətindən asılıdır. Buna görə də əməyin,
keyfiyyətinin ictimai- iqtisadi mahiyyətinin izahı məhsulun keyfyyətinin
yüksəltməyin formalarını tapmaq, onların arasındakı qarşılıqlı əlaqə və nisbəti
aydınlaşdırmaq üçün çox zəruridir.
Əməyin keyfiyyətli əmək potensialının artması ilə bilavasitə əlaqəlidir.
Əməyin keyfiyyəti və bu əməklə yaradılan məhsulun keyfiyyəti bir – birilə
əlaqədar olsalarda, həm də fərqli kateqoriyalardır. Əməyin keyfiyyəti dedikdə
onun ictimai istehlak dəyəri yaratmaq xassəsi başa düşülməlidir. Əməyin
keyfiyyəti konkret olaraq işçinin ixtisası, peşəkarlığı, biliyi, bacarığı, qabiliyyəti,
bir sözlə onda formalaşan əmək potensialının reallaşması nətiəsində yaranan
məhsulun keyfiyyətli kimi də çıxış edə bilər.
Peşə - ixtisas təhsilinin artması nəticəsində ixtisaslı əmək mücərrəd əmək
olmaqla əlavə ictimai istehlak dəyəri yaradır. Əməyin keyfiyyəti artdıqca,
habelə fərdi istehlak dəyəri ictimai istehlak dəyərinə yaxınlaşır və nəticədə
ictimai əməyə qənaət olunur. Əməyin məhsuldarlığının artması da onun
keyfiyyətinin yüksəlməsinin göstərir. Belə ki, konkret əməyin keyfiyyətinin
göstəriciləri onun məhsuldarlığı, intensivliyi, ictimai əməyin keyfiyyətinə
uyğunluq dərəcəsi, onun yaratdığı məhsulların dövlət standartlarına, texniki
norma və şərtlərə və başqa normativlərə uyğunluğu ola bilər. Əməyin keyfiyyəti
və məhsulun keyfiyyətinin yüksəlməsi əməyə qənaet etməyin bir formasıdır.
Əməyin keyfiyyətinə iki qrup amillər təsir göstərir. Birinci qrup amillərə
əməyin səmərəli tətbiq olunmasının şərtləri, yəni əməyin texniki silahlanma
səviyyəsi, maddi – texniki təchizat, istehsalın və əməyin idarəedilməsinin
düzgün təşkili maddi və mənəvi həvəsləndirmə sistemi, istehsalın sanitary-
gigiyenik və sanitary – məişət şəraiti və s. daxildir. Bu amillər bilavasitə
müəssisələrin və cəmiyyətin qazandığı nailiyyətlərin təzahürüdür. İkinci qrup
amillərə isə biavasitə işçilərin özlərindən asılı olan amillər aiddir: bura işçinin
peşə - ixtisas hazırlığı, işgüzarlığı, mütəşərkilliyi, təşəbbüskarlığı,
62
məsuliiyətliliyi, öz üzərində daima işləmək bacarığı, işlətdiyi istehsal vasitələrini
təkmilləşdirmək bacarığı və s. daxildir. Bütün bu amillər əməyin keyfiyyətini
yüksəldir ki, buda öz əksini istehsal edilən məhsulun keyfiyyətində tapır.
Sosioloji tədqiqatlar göstərir ki, işçilər öz peşə və ixtisasına, bilik bacarıq
və qabiliyyətlərinə uyğun işlə təmin edilmədikdə, onların işinin keyfiyyəti aşağı
olur, məhsuldarlığı enir, kadr axıcılığı daha çox olur. Məlumdur ki, orta və ali
təhsilli işçilər eyni şərait daxilində aşağı ixtisaslı və az təhsilli işçilərə nisbətən
daha yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə nail olurlar. Ona görə də belə
işçilərdən fəallıq, yaradıcılıq, səy yüksək peşə - ixtisas hazırlığı və uyğun bilik
səviyyəsi tələb edən işlərdə istifadə etmək lazımdır.
İşin keyfiyyəti əmək proseslərini, həmçinin əmək potensialının
xüsusiyyətlərini və əlamətlərinin tezləşməsi səviyyəsidir. İşçinin peşə- ixtisas
səviyyəsi, görülən işin mürəkkəbliyi və dəqiqliyi, yüksək məsuliyyət tələb
etməsi işin və əməyin keyfiyyətinə öz təsirini göstərir. Əməyin keyfiyyəti öz
əksini işdə, xidmətdə və məhsulda tapır. Əməyin və işin məzmunu müəyyən
edən ünsürlər və daxili – xarici amillər tamamilə eyni olmurlar. Əksər
iqtisadçılar belə hesab edirlər ki, əməyin keyfiyyəti işin keyfiyyətini müəyyən
edir. İşin və əməyin keyfiyyəti xarakteristikası kompleks, sistemli və çox
meyarlıdır. Keyfiyyətli əmək fəaliyyəti, peşəkarlıq qabiliyyəti, işçinin özünün
bacarığı görülən işlərin, məhsulun istehsalı zamanı istifadə ediləcək texnoloji
proseslərin, aqroqatların, maşın və avadanlıqların texniki göstəricilərinə və
tələblərinə uyğun olaraq lazımi səviyyədə icra etməyə şərait yaradır.
Əməyin və işin keyfiyyətinin idarə edilməsi kompleks və sistemli xarakter
daşıyır. Əməyin keyfiyyəti müvafiq amillər və şərtlərə bərabər, əmək
ehtiyyatlarının keyfəyyitindən və əmək potensialının səviyyəsindən asılıdır.
Elmi – texniki inkişaf nəticəsində əmək bölgüsündə, əməyin xarakteri və
məzmununda işçilərin peşə - ixtisas quruluşunda dəyişikliklər baş verir.
İnsanların ümumi peşə - ixtisas təhsili ilə bağlı xərcləri mütəmadi olaraq artır,
peşəkar, ixtisaslı bazarın tələblərinə uyğun gələn kadrların hazırlanması forma
və sistemlərinin təkmilləşdirilməsi zərurəti meydana gəlir.
63
Odur ki, mürəkkəb, ixtisaslı əməyin səmərəliliyinin müəyyənləşdirilməsi,
əmək potensialının yüksəlməsi, nəticədə bunların milli gəlirin artmasına və
iqtisadi göstəricilərin yüksəlməsinə təsirinin öyrənilməsi çox əhəmiyyətli
problemlərdən biridir. İxtisaslı əməyin ölçülməsinin iki tərəfi vardır: kəmiyyət
və keyfiyyət. Əmək məhsuldarlığı ixtisaslı əməyin kəmiyyətini müəyyən edən
əsas göstəricisidir. Əməyin keyfiyyət tərəfi kifayyət qədər öyrənilməmişdir.
İctimai əməyin müxtəlif növlərinin mürəkkəbliyinin ölçülməsi, onun reduksiya
olunması, yəni mürəkkəb əməyin sadə əməklə qarşılıqlı müqayisə olunması
zəruridir. Burada ən mühüm problemlərdən biri sadə əməyə nisbətən mürəkkəb
əməyin əlavə dəyər yaratması funksiyasının müəyyən edilməsindən ibarətdir.
Mürəkkəb əməyin reduksiyasında əsas məqsəd az miqdar mürəkkəb
əməyin, çox miqdar sadə əməyə bərabər əməyə bərabər olmasını
müəyyənləşdirmədən, daha sonra isə reduksiya əmsallarını hesablamaqdan
ibarətdir. Mürəkkəb əməyin reduksiyası real iqtisadi prosesdir. Bəllidir ki, əmək
sosioloji, ictimai və fizioloji, momentlərin məcmusundan ibarətdir. İctimai
istehsalda əməyin həmin tərəfləri konkret və mücərrəd əmək kimi özünü
göstərir. Bütün bunlar mürəkkəb əməyin iş vaxtının sadə əməyin iş vaxtın
cevrilməsi yolu ilə baş verir. Mürəkkəb əməyin reduksiyasının mühüm
problemlərindən biri reduksiya əmsallarının tarif konkret əmək haqqı üzrə
hesablanmasından ibarətdir. Mürəkkəb əməyin reduksiyası əmək haqqındakı
fərqləri səciyyələndirən əmsallarla yox, əksinə işin və işçilərin dərəcələr və
əmək
haqqının
səviyyəsinə
görə
fərqlənməsinə,
bölüşdürülməsinə
əsaslanmalıdır.
Mürəkkəb əmək ixtisaslı işçi qüvvəsinin fəaliyyəti ilə əlaqədar olur.
Əməyin mürəkkəbliyi isə konkret işin, əmək və istehsal proseslərinin
mürəkkəbliyindən irəli gəlir. Əməyin reduksiyası əmsallarının hesablanmasının
mühüm istiqamətlərindən biri ixtisaslı işçi qüvvəsinin təkrar istehsalı üçün tələb
olunan xərclərin müəyyən edilməsidir. Mürəkkəb əməyin reduksiyasının əsas
şərtlərindən biri də əməyin indensivlik səviyyəsinin nəzərə olunmasındır.
Mürəkkəb əməyin reduksiyasıın əmək haqqı üzrə hesablanmasının bilavasitə
64
böyük əhəmiyyəti vardır və bu əmsalların hesablanmasının aşağıdakı variantları
vardır:
1. tarif əmsallarında, dərəcələr üzrə tarif maaşlarında olan nisbətə əsasən
müəyyən edilən əmsallar, əslində bu variantda tarif əmsalları əməyin reduksiyası
əmsalları ilə eyniləşdirilir;
2. müəyyən ixtisaslar üzrə işçilərin şərti sayını, yaxud onlar tərəfindən
yaradılmış dəyərin kəmiyyətinin müəyyən edilməsi.
3. tarif sistemi vasitəsilə hər bir peşə - ixtisas qrupu üzrə əmək tutumluğunu
və dəyəri müəyyən etməklə müvafiq reduksiya əmsallarının hesablanması da
mümkündür.
Mürəkkəb əməyin reduksiya əmsalları bilavasitə əmək haqqına təsir edən
bütün amillər, həmçinin əməyin mürəkkəbliyi ilə əlaqədar olan amillər nəzərə
alınaraq müəyyən olunmalıdır. Başqa sözlə, tarif maaşı, 1-cı dərəcə, sadə əmək
sərfinin ölçü vahidi, etalonu olmaqla işçinin ixtisas səviyyəsi; ona təsir edən
amillər nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu cür yanaşma prosesi zamanı
əməyin keyfiyyətindəki fərqlər əməyin özünün ixtisas səviyyəsilə müəyyən
etmək mümkündür.
İşçi qüvvəsinin formalaşması və təkrar istehsalı prosesi həm konkret- tarixi,
həm də dinamik proses və problemdir. İqtisadi qanunlar sırasına aid edilən əmək
fəaliyyətinin dəyişilməsi qanunu, onun fəaliyyət mexanizmləri iqtisad elmi ilə
yanaşı, fəlsəfə, sosialogiya, psixologiya elmlər tərəfindən də öyrənilir. Bu
qanunun əsas fəaliyyət sahələri işçilərin əmək fəaliyyətləri, kadrların
yerdəyişməsi, iş yerinin dəyişməsi, kadr axıcılığı kimi məsələlər daxildir. Əmək
fəaliyyətinin dəyişməsi qanunu universal xarakter daşıyan müxtəlif təzahür
formaları vardır. Prof. T.Ə.Quliyev bunu aşağıdakı kimi qruplaşdırır:
a) köhnə peşə və ixtisasların yenilərilə əvəz olunması ilə əlaqədar əmək
fəaliyyətinin dəyişilməsi;
b) tələbatın dəyişilməsi, işçi qüvvəsinin hərəkəti və yerləşməsi ilə əlaqədar
əmək fəaliyyətinin dəyişilməsi;
65
c) əl əməyinin mexanikləşdirilməsi, peşələrin qovuşması inteqrasiyası ilə
əlaqədar olan dəyişikliklər;
d) əmək vərdişləri və xüsusi bilik sahələrinin daima təkmilləşməsi ilə
əlaqədar olan dəyişiklikləri (13.səh.36).
Müasir istehsalın texniki- texnoloji səviyyəsinin dəyişilməsi əmək
funksiyalarının dəyişilməsinə səbəb ola bilər. Odur ki, əmək fəaliyyətinin
dəyişilməsi qanunu insanla texnikanın vəhdətliyi çərçivəsində baş verən proses
kimi qəbul etmək lazımdır. Belə bir vəhdətlik əsasında işçinin əmək fəaliyyəti
daima öz miqyasını və məzmununu dərinləşdirir, genişləndirir və inteqrasiya
olunur. Əmək fəaliyyətinin dəyişilməsi qanunu bir – biri ilə vəhdətlik təşkil edən
maddi – texniki və sosial- iqtisadi proseslərlə əlaqədardır.
Eyni zamanda işçi qüvvəsinin mobilliyi, hərəkəti axıcılığı, onun sosial
çevikliyi ümumi – sosioloji problemdir. Belə ki, işçi öz əmək fəaliyyətini
dəyişərkən təkcə peşəsini, ixtisasını və vəzifəsini deyil, işlədiyi əmək
kollektivlərində və cəmiyyətdə malik olduğu möqeyini, sosial statusunu da
dəyir.
Cəmiyyətin əmək potensialının yüksəlməsi, nəticədə bütün səviyyələrdə
əmək məhsuldarlığının artmasına təsir göstərir. Əmək məhsuldarlığının
artırılması qanunu ümumi formada məhsul istehsalına, xidmətə daha az ictimai –
zəruri vaxt sərf edilməsini xarakterizə edir. Əmək məhsuldarlığının artırılması
qanuna canlı və əşyalaşmış əmək arasında əlaqə qarşılıqlı təsiri xarakterizə
etməklə mövcud istehsal münasibətlərinin mahiyyəti ilə bağlıdır. Əmək
məhsuldarlığının artımı canlı əməyin xüsusi çəkisinin azalması və keçmiş
əməyin xüsusi çəkisinin artması vasitəsilə təmin edilir. Bu qanun belə bir
məsələnin həllini təmin etməlidir: əmək məhsuldarlığının səviyyəsi və artım
sürəti yüksəldikcə işçilərin, bütövlükdə bütün əhalinin maddi və mənəvi
tələbatları bir o qədər tam ödənilməlidir.
Əmək məhsuldarlığı ilə əməyin məhsuldar qüvvəsini və əməyin
intensivliyini bir – birində fərqləndirmək lazımdır. Əməyin məhsuldar qüvvəsi
onun məhsuldarlığının mahiyyətinin açılmasında mühüm yer tutur. Əməyin
66
məhsuldar qüvvəsi onun məhsuldarlığının mahiyyətinin açılmasında mühüm yer
tutur. Əməyin məhsuldar qüvvəsi onun məhsuldarlığının istifadə olunmamış
imkandır və əmək potensialı ilə bağlıdır. Bu istifadə olunmamış imkanda,
potensialdır. əmək potensialının səviyyəsi nə qədər yüksək olarsa əməyin
məhsuldar qüvvəsi də artmış olar.
Əməyin məhsuldar qüvvəsi istehsalın obyektiv şəraiti daxilində və istehsal
vasitələrinin mövcud səviyyəsində əmək məhsuldarlığının artırılmasının
potensial imkanıdır. Bu da obyektiv amillərlə müəyyən edilir. Bu isə dəyişilməz
əmək intensivliyi daxilində əməyin məhsuldarlığı imkanlarını xarakterizə edir.
Əmək məhsuldarlığı isə əməyin məhsuldar qüvvəsi ilə yanaşı əmək
intensivliyindən də bilavasitə asılıdır.
Əmək intensivliyi vahid vaxt ərzində sərf olunan əməklə xarakterizə
olunur. əməyin intensivliyinin getdikcə artması üçün eyni müddət ərzində
əvvəlkindən artıq əməyin sərf olunması zəruridir. Odur ki, əməyin intensivliyi
əməyin məhsuldarlığının mühüm bir amili kimi, özünü göstərir. Əməyin
məhsuldar qüvvəsinin artması əmək məhsuldarlığının artmasına, iş gününün
davamının qısalmasına və əməyin intensivliyinin yüksəlməsinə səbəb olur. Bu o
deməkdir ki, əməyin məhsuldar qüvvəsi nə qədər çox artırsa, iş günü bir o qədər
qısaldıla bilər, iş günü nə qədər çox qısaldılarsa, əməyin intensivliyi bir o qədər
yüksələ bilər. Bu isə hər bir işçinin əmək potensialının təcəssümü olan əmək
qabiliyyətinin tam açılması üçün mühüm şərtidir.
Əməyin intensivliyi vaxt vahidi ərzində sərf edilən zehni, fiziki və əsəbi
enerjisinin kəmiyyəti ilə ölçülür. Əməyin intensivliyi çoxaldıqca istehlak dəyəri
və onda cəmləşmiş dəyərin kəmiyyəti artır. əksinə əmək məhsuldarlığı
yüksəldikcə istehsal olunan hər bir məhsulun dəyəri azalır, əmək sərfi isə azalır.
Bu o deməkdir ki, əməyin intensivliyi ilə məhsulun maya dəyəri arasında düz
mütənasiblik, əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri arasında tərs
mütənasiblik əlaqəsi vardır. əməyin məhsuldar qüvvəsi ilə əmək
məhsuldarlığının səviyyəsi arasındakı fərq, əmək məhsuldarlığının artırılması
ehtiyatlarını təşkil edir:
67
E=Ə
mq
-Ə
m
, Burada
e- əmək məhsuldarlığının ehtiyyatları;
Ə
mq
- əməyin məhsuldar qüvvəsi;
Ə
m
- əmək məhsuldarlığıdır.
Dostları ilə paylaş: |