I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları


Cədvəl 11  Mənbə Dünya İqtisadi Forumu. “İnsan Kapitalı Hesabatı 2015”



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   ...   16   17   18   19   20   21   22   23   24
H-seynzad-Ceyhun

Cədvəl 11 
Mənbə Dünya İqtisadi Forumu. “İnsan Kapitalı Hesabatı 2015” 
Finlandiya 
85,9 
Norveç 
84,6 
İsveçrə 
84,6 
Yaponiya 
83,4 
İsveç 
83,3 
Yeni Zellendiya 
82,8 
Danimarka 
82,5 
Hollandiya 
82,2 
Belçika 
81,6 
Almaniya 
81,6 
Avstriya 
81,5 
Sinqapur 
80,9 
Fransa 
80,3 
Avstraliya 
80,1 
Birləşmiş Krallıq 
80,0 
İsrail 
79,0 
ABŞ 
78,9 
Cənubi Koreya 
76,9 
Azərbaycan 
70,7 
İnsan kapitalı indeksi, 2015- ci il 
 
 


69 
Cədvəl 12 
Mənbə Dünya İqtisadi Forumu Qlobal Rəqabətlilik Hesabatı, 2016-2017 
İsveçrə 
5,8 
Sinqapur 
5,7 
ABŞ 
5,7 
Hollandiya 
5,6 
Almaniya 
5,6 
İsveç 
5,5 
Birləşmiş Krallıq 
5,5 
Yaponiya 
5,5 
Finlandiya 
5,4 
Norveç 
5,4 
Danimarka 
5,3 
Yeni Zellandiya 
5,3 
Kanada 
5,3 
Belçika 
5,3 
Avstriya 
5,2 
Fransa 
5,2 
Avstraliya 
5,2 
Koreya 
5,0 
Çin 
5,0 
Azərbaycan 
4,6

Cədvəl Qlobal Rəqabətlilik İndeksi 2016-2017-cı il 
Bunun üçün insan potensialının inkişaf etdirilməsi, insan kapitalının 
keyfiyyətinin və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı məsələlərə 
xüsusi diqqət verilməlidir. 


70 
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli, və dayanaqlı iqtisadi 
inkişafı istiqamətində qarşıya, qoyulan əsas tələb, əmək potensialının inkişafına 
və əmək üçün qısa və ortamüddətli perspektivdə iqtisadi artımda intensiv əməyi 
stimullaşdıran sahələrin yaranması üstünlük təşkil etməlidir. Orta və 
uzunmüddətli perspektivdə iqtisadi artımda intensiv əməyi stimullaşdıran 
sahələrin yaranması üstünlük təşkil etməlidir. Orta və uzunmüddətli 
perspektivdə isə biliktutumlu modelə keçid təmin edilməlidir. Əmək 
məhsuldarlığının və insan potensialının inkişaf etdirilməsi iki səbəbdən 
əhəmiyyətli amil hesab olunur. Birincisi intensiv əmək tələb edən inkişaf 
modelində əmək məhsuldarlığının yüksəldilməsi ölkə iqtisadiyyatında birbaşa 
əlavə dəyər yaratmaqla iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olmalıdır. 
İkincisi yalnız əmək məhsuldarlığının yüksəldilməsinə nail olmaqla daha 
intensiv bilik tələb edən inkişaf modelinə əngəlsiz keçid təmin edilməlidir.. 
Bütün 
bunlar 
Azərbaycan 
məhsullarının 
qlobal 
bazarlarda 
rəqabətqabiliyyətiliyini təmin edəcək, eyni zamanda insan potensialına 
investisiya qoyuluşuna daha cəlbedici edilməsi çox aktualdır. 
Son 15 ildə Azərbaycanda sürətli inkişaf təmin olunmuş və əmək 
məhsuldarlığı üç dəfədən çox artmışdır. Azərbaycanda 2000-2008-cı illərdə 
əmək məhsuldarlığının artımı orta hesabla ildə 13,6 faiz olmuşdur lakin 2008- 
ci ildən etibarən əmək məhsuldarlığının artımtam ki, davam etsə də hər il artım 
sürəti orta hesabla 2 faizə qədər aşağı düşmüşdür. 
Ölkələrin inkişaf səviyyəsini nəzərə almaqla aparılan müqayisə
Azərbaycanda əmək məhsuldarlığın yüksəldilməsi üçün geniş imkanların 
mövcuddur. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə 2015- ci ildə 
Rusiyada bir məşğul əhali üzrə ÜDM 46 min ABŞ dolları, Türkiyədə 57 min 
ABŞ dolları. Azərbaycanda isə 36 min ABŞ dolları olmuşdur.
Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xətlərində əhatə olunan 
bütün sahələrində əmək məhsuldarlığının yüksəltmək üçün insan potensialının
inkişafına investisya qoyuluşunun stimullaşdırılması əsas məsələlərdən biridir. 


71 
Azərbaycan aqrobiznes sahələrində əmək məhsuldarlığının artırılmasına 
istehsalın və innovasiya fəaliyyətinin stimullaşdırılmasına təmin etməklə nail 
olmaq mümkündür. Müxtəlif sektorlarda çalışan ixtisaslı işçilərlə təlimlər 
vermək, sahibkarlara daha çox mənfəət əldə etməkdə kömək etmək üçün təlim 
– tədris mərkəzləri və aqroklasterlər yaradılmalıdır. 
Mərkəzlərin əsas hədəfi kiçik və orta sahibkarlıq subyektlərinin 
qarşılaşdığı problemlərin həlli istiqamətində təklidlər irəli sürmək və onların 
müxtəlif şəbəkələrə çıxış imkanını yaxşılaşdırmaqdır. 
Müəssisələrin elmi tədqiqat işləri ilə məşğul olmasını və innovasiyalı 
inkişafını təmin etmək və stimullaşdırmaq üçün onlara nəticələrə əsaslanan 
güzəştlər və imitiziyalar verilməsi vacibdir. 
Azərbaycanda aparılan davamlı iqtisadi islahatların tərkib hissəsi kimi, 
əmək məhsuldarlığını artırmaq üçün insan kapitalına investisiya qoyuluşu 
davam etdirilir. 
Azərbaycan Respublikasında artıq icrasına başlanmış bütün layihələr 
davam etdirilməlidir. Həmçinin əmək məhsuldarlığı dinamikası sahəsindəki 
nəticələrini izləmək üçün monitorinqlər keçirilməlidir. Fəaliyyət prinsiplərini 
əsas tutaraq, ölkənin gələcək inkişafı yeni təkmilləşdirmə planları əsasında 
qurulacaqdır. Əmək məhsuldarlığının artırılması istiqamətində tədbirlərin 
hazırlanması və icrası prosesində qabaqcıl və səmərəli beynəlxalq 
təcrübələrdən istifadə olunması çox vacibdir.
Fəaliyyət göstərən istehsal müəssiaələrində insan resursları üzrə 
bacarıqların təkmilləşdirilməsi və inkişaf etdirilməsi işçi qüvvəsinin
hazırlanması və yenidən hazırlanması prosesi həmişə davam edirilməlidir. 
Müxtəlif istiqamətlərdə əmək bazarının tələblərinə istiqamətlərdə cavab verən 
işçilərin hazırlanması məqsədilə yaradılmış mərkəzlər tərəfindən həyata 
keçirilən təlimlər dövlət tərəfindən maliyyələşdirilməsi məqsədəuyğundur. 
İnnovasiya fəaliyyəti istehsal və idarəetmə sahələrində əmək 
məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsi insan potensialının
inkişafında ahəngdarlığın təmin edilməsi üçün əsas şərtdir. Ölkəmizdə 


72 
innovasiyanın tətbiqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramları 
hazırlanarkən bu fəaliyyətin əhəmiyyəti mütləq nəzərə alınmalıdır. İnnovasiya 
fəaliyyətini 
stimullaşdırmaq 
məqsədilə 
ölkə 
elmi 
araşdırma 
və 
təkmilləşdirmələrə yüksək texnologiyalı məhsulların istehsalına mükafatlar və 
kreditlər vermək yolu ilə geniş əhatəli bilik şəbəkəsi yaratmaq sahəsində bir çox 
imkanlara malikdir. Bu müddəaların ardıcıl mərhələli və davamlı şəkildə 
icrasının diqqət mərkəzində saxlanılması uyğun və optimal nəticələrin əldə 
olunması üçün vacibdir. 
Ayrı-ayrı bölmələr səviyyəsində əmək məhsuldarlığının artırılması 
məqsədilə görülmüş tədbirlərlə bərabər təkmilləşməli olan sahələrin kompleks 
şəkildə araşdırılması davam etdirilməlidir. Burada əsas məqsəd hər bir sahə 
üzrə cavabdeh orqanlar, o cümlədən dövlət və sahə təşkilatları arasında səmərəli 
əlaqələri təşkil etmək və əmək məhsuldarlığının yüksəldilməsi üçün tələb olunan 
mexanizmlərin yaradılmasında onlara kömək etməkdir. 
Gələcəkdə strateji yol xəritələrində əhatə olunan bütün bölmələr üzrə əmək 
yüksəldilməsi 
dinamikanın 
məhsuldarlığını 
təhlillərin 
aparılması 
məqsədəuyğundur. 
İnsan kapitalı konsepsiyasına görə müasir cəmiyyətin inkişafında əsas, 
aparıcı qüvvə insandır. Bu o deməkdir ki, insan potensialı ölkədə davamlı və 
sabit inkişafın, işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin, nəticədə əhalinin 
həyat səviyyəsinin yüksəldilməsinin əsas amilidir. İnsan kapitalı kreativ kapital 
olduğundan bu nəzəriyyənin əsasında ənənəvi klassik nəzəriyyədəki “İqtisadi 
insan” modelindən tamamilə fərqlənən “kreativ insan” modeli və davranış 
prinsipi durur. Bu modelin əsasında isə insanın öz yaradıcı imkanlarını 
reallaşdırmaq, şəxsi keyfiyyətlərinin inkişaf etdirmək dayanır. Bu da kreativ 
iqtisadiyyatın paradiqmasını və prinsiplərini əks etdirir. Bu konsepsiyada insan 
sosial rolu onun topladığı, malik olduğu sərvəti ilə deyil, şəxsi keyfiyyətləri və 
qabiliyyətləri ilə müəyyən edilir. O, sosiallaşır və ictimai insana çevrilir. 
Əmək potensialı insanın anadangəlmə qabiliyyətləri, istedadı, təhsili, 
yiyələnmiş olduğu peşə və ixtisasını özündə birləşdirməklə ictimai istehsalın


73 
müxtəlif sferalarında istifadə edilən, əmək məhsuldarlığının və istehsalının 
səmərəliliyinin artmasına təsir edən, fərdin əmək haqqının yüksəlməsinə səbəb 
olan, həmçinin insanın malik olduğu bilik, vərdiş, təcrübə, qabiliyyət sağlamlıq, 
motivləşdirmə və s. ehtiyatların məcmusudur. Əmək potensialı onu özündə 
təcəssüm etdirən bir çox elementlərin məcmusudur. Bu da müəyyən struktura 
malikdir. Əmək potensialının struktur elementlərinə aşağıdakıları aid etmək 
olar: 
- Təhsil və peşəkar bacarıqlar; 
- Sağlamlıq; 
- İntellektual səviyyə; 
- Mobillik; 
- Təbii, genetik qabiliyyət; 
- Işçinin ümumi – texniki mədəniyyəti və s. 
Bu elementlər içərisində təhsil və sağlamlıq xüsusi yer tutur. Təhsil insan 
potensialının bir elementi kimi özündə insanın mövcudluğunu, varlığının, 
şəxsiyyətin inkişafı təmin edə biləcək qabiliyyətini və bilik resurslarini 
müəyyənləşdirir. İnsanın sağlamlığı onun fiziki, əqli qabiliyyətlərinin inkişafı 
üçün zəruridir. İşçinin əmək qabiliyyəti bütün istiqamətlərdə, sahələrdə, 
məqsədlərdə və vəzifələrdə onun sağlamlığından birbaşa asılıdır. Sağlamlığı pis 
olan, aşağı təhsilə malik və ya təhsilsiz işçi, yaxşı sağlamlığa malik olan yüksək 
ümumi, peşə - ixtisas təhsili almış işçilərə nisbətən daha az məhsuldarlıq
göstərilər və onların əməyin nəticələri da keyfiyyətsiz olur. 
İntellektual qabiliyyət idrak və istənilən fəaliyyətin uğurlu olması ilə 
xarakterizə olunan problemlərin həllini özündə birləşdirir. İşçilərin əmək 
fəaliyyətinin hər bir cəmiyyət tərəfindən qəbul edilən və müəyyən sosial statusa 
malik motivləşdirmə, mədəni, mənəvi, psixoloji norma və dəyərlərdən asılı olan 
bilik və vərdişlərin mövcudluğu, peşə-ixtisas vəzifələrinin yerinə yetirilməsinin 
vacibliyi, müəssisə və təşkilatların korporativ mədəniyyəti, əməyin ödənilməsi 
və stimullaşdırılmasının ədalətli olması, əmək nəticələrinin güclü dəstəklənməsi 
istiqamətində dövlət siyasətini özündə əks etdirir. 


74 
Əmək potensialının reallaşdırılmasında daxili və ətraf mühit amillərinin də 
rolu çox yüksəkdir. Əmək potensialının reallaşdırılması üçün münbit şəraitin 
olması 
çox 
mühüm 
problemlərdən 
biridir. 
Əmək 
potensialının 
reallaşdırılmasında ən əvvəl insanın özü, ailəsi, daha sonra işlədiyi şirkət və 
təşkilat nəticədə yaşadığı region və ya ölkə maraqlı olmalıdır. Bütün bunlar onu 
göstərir ki, əmək potensialının formalaşdırılması və reallaşdırılması üçün insana 
mikro, mezo və makro səviyyələrdə investisiyalar yönəldilməlidir. 
Müasir dövrdə Azərbaycanda rəqabət qabiliyyətli iqtisadiyyatın
formalaşması üçün təhsil sistemin yeniləşməsi çox zəruridir. Bütün dünyada 
artıq qəbul olunmuşdur ki, ölkələrin sosial- iqtisadi inkişafının əsas amillərindən 
biri təhsildir. Təhsil səviyyəsi rəqabət qabiliyyətliliklə birbaşa əlaqədardır. Hər 
bir sosial- iqtisadi sistemdə yüksək keyfiyyətli məhsul istehsal etmək üçün, 
yüksək keyfiyyətə malik ilkin materiallar lazımdır. Təhsil səviyyəsi əmək 
potensialını formalaşdırır, “İnsan kapitalını” yaradır ki, o da “fiziki” kapitalla 
birləşərək məhsuldarlığınartmasına və keyfiyyətin yüksəldilməsinə gətirib 
çıxarır. Bir çox gərkəmli iqtisadçılar yüksək təhsilə və biliklərə yiyələnmiş 
işçilərin məhsuldarlığını müasir dövrdə dünya iqtisadiyyatında ölkənin rəqabət 
üstünlüyü ən vacib amili hesab edirlər. İqtisadi artımın əsas yolu insan 
kapitalının və idarəetmənin keyfiyyətinin yüksəldilməsi vasitəsilə iqtisadiyyatın 
inkişaf 
potensialının 
artırılmasıdır. 
Bu 
həmçinin 
iqtisadi 
artımın 
sürətləndirilməsi və iqtisadi artımın davamlı olması üçün həm insan 
potensialının həm də iqtisadi potensialın artırılması ilə yanaşı, sənayenin da 
çevik və intensiv inkişafı həmişə diqqət mərkəzində saxlanılmalıdır. 
Hazırda inkişaf etmiş ölkələrdə həm ümumtəhsil sisteminin və peşə - 
ixtisas təhsilinin istehsalın tələblərinə daha çox uyğunlaşdırılmasına, həm də 
peşə çərçivələrinin genişləndirilməsi yolu ilə fasiləsiz təhsil ideyasının 
inkişafına çalışırlar. Odur ki, Respublikamızda da bütövlükdə təhsil sisteminin 
bütün səviyyələrində iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, mütərəqqi 
islahatların aparılması zəruridir. “Əmək potensialı”, “İnsan potensialı”, “insan 
kapitalı” anlayışlarının meydana gəlməsi “bilik iqtisadiyyatı” yüksək 


75 
texnologiya və qabaqcıl innovasiyalara, kreativliyə əsaslanan bir 
iqtisadiyyatdır.və iqtisadiyyatın ən yüksək mərhələsi hesab olunur. Təhsil üzrə 
beynəlxalq komissiyanın tövsiyəsinə görə təhsil xərcləri ÜDM – nin 6%-dən az 
olmalıdır. 
İşçilərin sağlamlığı əmək potensialının formalaşmasında insan kapitalının 
inkişafında təhsil sistemi qədər əhəmiyyətli rola malikdir. Belə ki, işçinin 
sağlamlığı imkan vermədiyi halda, həmin adamın bilik səviyyəsi və bacarığı nə 
qədər yüksək olsa da belə, o əmək fəaliyyətini davam etdirə bilməyəcəkdir. Bu o 
deməkdir səhiyyənin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan şəraitin 
miqdarı 
istənilən 
ölkədə 
səhiyyə 
sisteminin 
inkişaf 
səviyyəsinin 
qiymətləndirilməsinin ən vacib indikatorlarından biridir. 
Əmək potensilı komponentləri insanın yaradıcı enerjisinin formalaşdırır. 
İnsan öz yaradıcı enerjisini həm özünün şəxsi maraqları, həm də cəmiyyətin 
maraqları naminə faydalı olmasına və səmərəli istifadə olunmasına yönəldilməsi 
mövcud şəraitdən asılıdır. Hər bir insan bacarıqlı, savadlı, yaradıcı ola bilər, 
amma onun öz yaradıcı enerjisini hansı istiqamətdə - müsbət və ya mənfi tərəfə 
yönəltməsi bir qayda olaraq, işçinin əmək fəaliyyəti göstərdiyi konkret 
mühitdən, cəmiyyətin verdiyi stimullardan və mövcud imkanlardan birbaşa 
asılıdır. 
Milli iqtisadiyyatın uğurlu inkişafı hər bir ölkədə elmin, təhsilin səviyyəsi 
ilə bərabər, informasiyanın səmərəli toplanması, istifadə edilməsi, əldə edilmiş 
biliklərin yayılması, mövcud texnologiyaların təkmilləşdirilməsi məqsədilə 
onların tətbiqini təmin edən təşkilati – texnoloji sərvətlərin və amillərin rolu da 
müəyyənləşdirilmir. Ölkələrin müasir dövrdə hər bir ölkənin rəqabət 
qabiliyyətinin müqayisəsi zamanı ölkə əhalisinin fərdi kompüterlər və elektron 
rabitə vasitələri ilə təmin edilmə səviyyəsi ölkədə informasiya infrastrukturunun 
mövcud vəziyyəti göstəricilərindən istifadə olunur. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin