76
Nəticə
Dissertasiya işini yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlmək olar:
1.Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, əmək potensialı şəxsi və
insan amilinin təzahür forması kimi inkişafın müəyyən mərhələsində cəmiyyətin
malik olduğu əmək ölçüsünün maksimum imkanı
və məcmu əmək qabiliyyəti
başa düşülür. Əmək potensialı sosial – iqtisadi, intellektual, idarəetmə - təşkilatı
və psixofizioloji imkanların cəminin kompleks şəkildə nəzərdən kecirməyə, eyni
zamanda əmək potensialının kəmiyyət və keyfiyyət göstəriciləri sistemini
müəyyənləşdirməyə imkan yaradır. Belə münasibət əmək potensialının
mahiyyətini, insan amilinin hərəkətinin baş verdiyi bütün mərhələ və şəraitdə,
yəni əmək ehtiyatlarının formalaşmasından başlayaraq əmək potensialının tam
reallaşmasına qədər, sosial – iqtisadi münasibətləri əks etdirən anlayış kimi
xarakterizə etməyə imkan verir.
2. Əmək potensialının və insan potensialının formalaşmasında və
inkişafında həm iş qüvvəsinin daşıyıcısı olan insanlar, həm işəgötürənlər, həm
də dövlətin özü maraqlı olmalıdır. Əmək və insan potensialının
formalaşmasında, inkişafında və istifadə olunmasında meydan çıxa
biləcək
problemləri ayrı-ayrılıqda heç bir tərəf təkbaşına həll etmək iqtidarında deyildir.
Bütövlükdə bu istiqamətdə meydan çıxan problemlərin həllində əsas vəzifə
dövlətin üzərinə düşür. Ölkə iqtisadiyyatının dayanıqlı və sürətli inkişafı,
insanların həyat səviyyəsinin yüksəlməsi və firavan yaşamaları üçün dövlət bu
məsəlyə həmişə diqqət yetirməlidir.
3. Yüksək, hərtərəfli və mükəmməl təhsil və bilik verə bilən, həmçinin hər
kəs üçün əlçatan olan peşə - ixtisas hazırlığı və ali təhsil sistemi yaradılmalıdır.
Həmçinin yüksək biliklərin verilməsində maraqlı olan təhsil sistemi
əməkdaşların və belə biliklərin alınmasında maraqlı olan tələbə kontengentinin
formalaşdırılması zəruridir.
4. Kadr hazırlanması ilə məşğul olan və təhsil sisteminə daxil olan bütün
strukturların maddi – texniki bazası əsaslı şəkildə yeniləşdirilməlidir. Təhsilin,
elmin, elmi – tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bu
77
sahələrə
dövlət dəstəyini, maliyyə vasitələrini axtarmaq vacibdir. İnsanların öz
əmək potensialından səmərəli istifadə etmələri üçün yeni, müvafiq iş yerləri
yaradılmalıdır və yeni iş yerləri yaradan sahibkarlıq strukturlarına dövlət
tərəfindən hüquqi, maliyyə yardımları göstərilməlidir
5. Əmək potensialı təhsilli, peşə - ixtisasa yiyələnmiş ictimai istehsalın bu
və ya digər sahələrində istifadə edilən, əmək məhsuldarlığının və istehsalın
səmərəliliyinin artmasına
tədir edən, konkret fərdin əmək haqqının
yüksəlməsinə səbəb olan insanların malik olduğu bilik, vərdiş, istedad,
qabiliyyət, sağlamlıq, motivləşdirmə və s. Ehtiyatların cəmini özündə əks etdirir.
Odur ki, əmək potensialının reallaşdırılmasında daxili və xarici mühit
amillərinin də əhəmiyyəti şübhə doğurmur.
Əmək potensialının reallaşdırılmasında münbüt şəraitin yaradılması çox
vacib məsələlərdən biridir. Əmək potensialının formalaşmasında ilk növbədə
insanın özü və ailəsi, daha sonra çalışdığı
müəssisə və ya təşkilat, nəhayyət
yaşadığı region və ya ölkə maraqlı olmalıdır. Deməli əmək potensialının
formalaşdırılması üçün insana mikro, mezo və makro səviyyədə investisiyalar
yönəldilməlidir.
6. Dövlətin Məşğulluq siyasəti əmək potensialından tam istifadəyə və
əmək qabiliyyətli əhalinin işgüzar fəallığına şəraitin yaradılması
istiqamətinə
yönəldilməlidir. Bu işlər əhalinin kütləvi işsizliyinin və yoxsullaşmasının
qarşısının alınmasında, sağlam rəqabət mühitində hər bir işçinin məhsuldar
davranışının stimullaşdırılmasında müstəsna rol oynaya bilər.
7. Hər bir ölkədə təhsil səviyyəsinin yüksəlməsi nəticəsində formalaşan
bacarıqlı, istedadlı savadlı və geniş dünya görüşlü kadrların köməyi ilə digər
ölkələrdə yeni yaradılan texnika və texnologiyaların, elmin yeni nəaliyyətlərinin
qısa bir zamanda ölkəmizə gətirə və istifadə edə bilərlər. Əks halda bu proseslər
ya gecikir, ya da xarici ölkələrdən mütəxəssislərin cəlb edilməsi hesabına həyata
keçirilməlidir. Bu isə bütövlükdə ölkə iqtisadiyyatı üçün daha az səmərəli
olacaqdır.
78
8. Təhsil sosial sahələrinin ən vacib ünsürüdür və onun inkişafı bilavasitə
əmək potensialının və insan potensialının
yüksəlməsinə, iqtisadiyyatın digər
sferalarına təsir göstərərək uzunmüddətli dövrə çox vacib hədəflərin həyata
keçirilməsinə gətirib çıxaracaqdır. Bu istiqamətlərdə geniş və məqsədyönlü
dövlət lahiyələrinin və proqramlarının reallaşmasına yönəldilən maliyyə
vəsaitlərinin artırılması ölkəmizdə eımin və təhsilin inkişafına
əvəzsiz töhfələr
verəcəkdir və nəticədə Azərbaycan təhsilinin Qərb ölkələrinin təhsil standartları
səviyyəsinə gətirib cıxara biləcəkdir.
9. Azərbaycan Respublikasında əmək potensialının artırılmasında və
inkişafında fasiləsizliyin təmin edilməsi orta təhsilin, peşə təhsilinin, ixtisaslı
kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, “elm – təhsil-
istehsal” zəncirinin təkmilləşdirilməsi istiqamətində məqsədli proqramların
hazırlanması və həyata keçirilməsi daima davam etdirilməlidir. Yüksək
keyfiyyətli insan potensialının formalaşdırılması
daha çox maddi və mənəvi
fayda əldə etməyə və rəqabətqabiliyyətliliyi yüksəltməyə imkan yaradan əsas
məsələlərdəndir.
Dostları ilə paylaş: