2.3.Əhalinin sağlamlığı və insan potensialının inkişafı.
Sağlam həyat tərzinin formalaşması və təmin edilməsi təkcə ayrı- ayrı
təşkilatların, müəssisələrin, həmçinin bütövlükdə hər bir cəmiyyətin, dövlətin
sosial- iqtisadi inkişafının başlıca şərtlərindən biridir. Sağlam insan, sağlam
həyat tərzi nəinki cəmiyyətin və hər bir ölkənin başlıca sərvətidir. Sağlam
insanın özü hər bir cəmiyyətin və ölkənin ən vacib məhsuldar qüvvəsi hesab
edilir., lakin qeyri-sağlam insanlar isə məhsuldar qüvvə ola bilməzlər. Sağlamlıq
sağlam, azad həyat tərzi, insanların öz funksiyalarını, eyni zamanda əmək
fəaliyyətini yüksək səviyyədə icra edə bilməsi, həmçinin fiziki, mənəvi, sosial
rifah və əhval – ruhiyə şəraiti ilə birbaşa bağlıdır. Odur ki, sağlamlıq özündə
sosial problemləri birləşdirməklə, maddi və mənəvi dəyərlərin ünsürlərin
56
məcmusu kimi görünür. Fərdi, fiziki sağlamlıqla yanaşı bəzi ədəbiyyatlarda
“ictimai sağlamlıq”, “sosial sağlamlıq” kimi anlayışlar da işlədilir. Bu isə hər
bir cəmiyyətdə, ölkədə insanların davranışı və həyat tərzi ilə bağlıdır.
Həyat tərzi amilləri konkret və tarixi şərtlərlə bağlı olur. Eyni zamanda
müxtəlif xəstəliklərin risk amilləri də fərqli ola bilər. Əsas xəstəliklərə səbəb
ola biləcək amillər dörd qrupa bölünür: 1) həyat tərzi; 2) ətraf mühit və xarici
amillər; 3) genetik amillər; 4) tibbi köməklik amili. Bu amillər qrupunun
təsiretmə gücü və xüsusi cəkisi müxtəlif olur. Son illərdə səhiyyə məsələləri ilə
maraqlanan və məşğul olan bir sıra iqtisadçı alimlər öz tədqiqatlarında
“sağlamlıq kapitalı” anlayışı işlədirlər. Bunu sağlamlığa qoyulan investisiya
adlandırırlar. Onu da qeyd etmək lazımdır ki, “sağlamlıq kapitalı” insan
kapitalının ayrılmaz bir hissəsidir. Sağlamlığın möhkəmləndirilməsini iş
günlərinin çoxalmasına səbəb olur ki, bunu da həm əmək potensialının
artmasına və insan kapitalına qoyulan investisiya və maliyyə imkanların artması,
həm də insan kapitalının səmərəli tətbiqi şərti kimi qiymətləndirirlər. Həmçinin
sağlamlıq kapitalı insan kapitalının ayrılmaz hissəsi olmaqla insanın malik
olduğu bilik ehtiyatı onun bazar və qeyri – bazar məhsuldarlığına təsir edir.
Sağlamlıq ehtiyatı isə insanın sərf edə biləcəyi məcmu iş vaxtını və qazanacağı
əmək haqqını müəyyən edir. Lakin əslində bir iş günü ərzində işçinin əmək
məhsuldarlığı onun sağlamlığından, yorulma dinamikasından asılı olaraq
dəyişilə bilər və faktiki olaraq dəyişir. Sağlamlıq kapitalına investisiya əhalinin
fərdi və orta ömür müddətinin artması ilə də əlaqədardır.
Sağlam, düzgün qidalanma əhalinin sağlamlığı, əmək potensialının
yüksəldilməsi baxımından çox, böyük əhəmiyyəti vardır. Bu aşağıdakıları
özündə əks etdirir: xəstəliyin proflaktikasına köməklik edir; insanların ömrünü
uzadır; əmək qabiliyyətini əmək potensialını yüksəldir; ətraf mühitə davamlı
uyğunlaşmaya səbəb olur; uşaqların normal artımı və inkişafına səbəb olur;
xəstəliyə qarşı orqanizmin immunitetini yüksəldir və s. Bərabər şəraitdə əhali
arasında rasional sağlam qidalanma qaydalarının təbliği çox vacibdir. Dövlətin
ərzaq siyasəti, firma və şirkətlərin istehsal fəaliyyəti mümkün qədər yüksək
57
keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsulların istehsalına yönəldilməlidir.
Həmçinin ərzaq xammalının və hazır qida məhsullarının istehsalı, daşınması,
saxlanılması və satışı prosesində lazım olan bütün tibbi – bioloji tələblərə,
qaydalara, sanitar- gigiyenik normalara əməl edilməsi yüksək keyfiyyət
göstəricilərinin gözlənilməsi, məhsulun radiasiya təhlükəsizliyinin təmin
edilməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir.
Səhiyyənin inkişafına ayrı –ayrı müəssisələr, regionlar səviyyəsində
dövlət və müəssisələr tərəfindən xeyli vəsait ayrılır. Həmçinin işçilərin
xəstələnməsi peşə xəstəliyi və zədələnmə ilə əlaqədar müvəqqəti əmək
qabiliyyətinin itirilməsi müxtəlif səviyyələrdə (ölkə və müəssisələr) xeyli
itkilərə gətirib çıxarır, sosial sığorta üçün xeyli vəsait ayrılır, həm də adam/saat,
adam/ gün göstəricilər ifadəsində işə gəlməmələri üzündən xeyli məhsul
istehsalı və xidmətlər həyata keçirilmir. Bu mənada müvəqqəti iş qabiliyyətinin
itirilməsi ikili halda xərcləri artırılmış olur. Belə ki, hər bir işçinin xəstələnmə
hallarının azaldılması, xəstələnmə bülletenlərində qalma müddətinin
azaldılması, sosial xərclərin azaldılmasına və məhsul istehsalının artırılmasına,
işdə olmaq məşğulluq müddətinin artırılmasına gətirib çıxara bilər. Bu
göstəriciləri müəyyən, müvafiq statistik göstəricilər əsasında ayrı-ayrı sexlər,
briqadalar, ümumilikdə firma və şirkətlər, və ölkə üzrə müəyyən etmək olar.
Burada bir çox göstəricilərdən istifadə edilə bilər.
- Xəstələnmə hallarının azaldılmasının iş vaxtı itkilərinin aşağı salınmasına
təsiri;
- Xəstələnmə hallarının azaldılmasının əlavə məhsul istehsalı artımın və
əmək məhsuldarlığını təsiri;
- Əmək şəraitinin yaxşılaşdırılması və tibbi xidmətin keyfiyyətinin
yüksəldilməsinin iş vaxtı itkilərinin azaldılması və iqtisadi göstəricilərin
yüksəlməsinə təsiri;
- Zədələnmə hallarının artması və azalmasının iqtisadi səmərəliliyə təsiri
58
Bu dörd gösərici sistemi də öz növbəsində daha konkret göstəricilərdə öz
əksini tapır. Belə ki, xəstələnmə hallarının azaldılmasına iş vaxtına qənaet
olunmasına təsirini belə hesablamaqa olar:
ç
i
k
ı
q
O
X
X
I
0
*
100
100
*
*
Burada İ
q
– adam/ gün ifadəsində iş vaxtına qənaətdir;
X
i
- cari ildə hər 100 nəfər işçiyə xəstəlik üzrə göstəricilərin intensivliyi
(gün)
X
k
- keçən il üçün hər 100 nəfər işçi üzrə xəstələnmə göstəricilərinin
intensivliyi;
O
i
- müəssisələrdə işçilərin on illik sayı;
O
Ç
– işçilərin bir il ərzində (adam/gün) işlədiyi vaxt.
Başqa bir variantda, yəni xəstələnmə ilə əlaqədar olaraq əmək
qabiliyyətinin itirilməsindən irəli gələn iş vaxtı itkisi kimi də müəyyən edilir:
p
J
İ
xN
İ
1
100
Burada İ
j
- müəyyən edilən iş vaxtına nisbətdə fazi ifadəsində iş vaxtı
itkisi;
N
1
– müvəqqəti iş qabiliyyətini itirmə adam/gün
İ
P
– adam/gün ifadəsində planlaşdırılan iş vaxtı.
Xəstələnmə hallarının müəssisə və təşkilatların iqtisadi göstəricilərə təsiri
başqa göstəricilərlə də müəyyən edilə bilər. Xəstələnmə hallarının qismən
çoxalması işçinin iş qabiliyyətini, yəni iş qabiliyyəti fazasını zəiflədir, bu isə
nəticədə əmək məhsuldarlığına mənfi təsir göstərir. Eyni zamanda xəstəlik
vaxtı avadanlıqların boş dayanması, əmıək haqqına əlavələr, birdəfəlik yardım,
yüngül işə keçirmə və s.ilə əlaqədar olan itkilər nəzərə alına bilər. Məhsulun
maya dəyərini artırır mənfəəti isə azaldır.
Əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi peşə xəstəlikləri, əmək
şəraitinin cəlbedici olmaması bəzi hallarda bunun bədbəxt hadisələr və əlilliklə
nəticələnməsi insanlar üçün həm də, son dərəcə mənəvi – psixoloji zərbədir.
59
Xəstəlik və digər səbəblər üzündən baş verən iqtisadi zərərləri, itkiləri
yalnız meəssisələr üzrə deil, ölkə səviyyəsində də müəyyən etmək olar.
Xəstələnmə iş qabiliyyətinin müvəqqəti itirilməsi, hətta ölümlə bağlı olan
konsepsiyaları dəyərlə pulla qiymətləndirmə düzgün olmazdı. Çünki insanın
sağlamlığı və insanın həyatını bu qaydada qiymətləndirmək mənəvi cəhətdən də
düzgün deyil. Həmçinin itkilərin insan həyatının dəyəri ilə müqayisəsi və
bədbəxt hadisələrin nəticələrinin bu cür qiymətləndirilməsi “həyatın keyfiyyəti”,
“həyatın dəyəri” anlayışları ilə üst-üstə düşmür.
Əhalinin sağlamlığının möhkəmləndirilməsi, əmək şəraitinin yaxşılaşması
üzrə tədbirlərin nəticələrinin qiymətləndirilməsində dəyər göstəricilərindən
istifadə edilə bilər. Həmin tədbirlərin əsas səmərəlilik göstəriciləri kimi vaxt
vahidi ərzində hasilat normasının artması, əmək tutumluğunun azalması, iş
vaxtına qənaət, əmək məhsuldarlığının artması, əlverişsiz əmək şəraitinin
aradan qalxması, insanın əmək qabiliyyətinin yüksəlməsi, növbədaxili itkilərin
azaldılması və tamamilə aradan qalxması, faktiki əmək sərfinin normativ əmək
sərfinə uyğun gəlməsi, işçi qüvvəsi axıcılığının aradan qaldırılması kimi
göstəricilər də öz ifadəsini tapır.
İnsanın davamlı inkişafının təmin edilməsi birbaşa onun sağlamlığı və
əməyinin mühafizəsi ilə bağlıdır. İşçilərin saölamlığının qorunması,
yaxşılaşdırılması və əməyinin mühafizəsi geniş əhatəli tədbirləri nəzərdə tutur.
Dostları ilə paylaş: |