I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   2   3   4   5   6   7   8   9   ...   24
H-seynzad-Ceyhun

 
 
 



Giriş 
 
Mövzunun aktuallığı. İnsanın və cəmiyyətin meydana gəlməsində, inkişaf 
etməsində əməyin rolu əvəzsizdir. Əmək – insanın və bəşəriyyətin 
yaranmasında, həmçinin inkişafında müvəqqəti və ya tarixi bir mərhələ, proses 
deyildir. Əmək insan fəliyyətinin başlıca növü olmaqla, bazaar iqtisadiyyatı 
şəraitində də özünün ənənəvi funksiyalarını saxlaya bilmişdir. Bazar iqtisadi 
modelində belə insanın əmək fəaliyyəti prosesində təbiətə təsiri, istehsal əmək 
və onun texniki sistemlərlə əlaqəsi daha da bir – birinə inteqrasiya olunmuşdur. 
Həmçinin əməyin ictimai faydalılığı, işçilərin peşəkar seyfiyyətləri, əməyin 
səmərililiyi rasionallığı və məhsuldarlığı öz aktuallığını qoruyub saxlamışdır. 
İqtisadiyyatın bazar modelinə keçildiyi və bazar münasibətlərinin 
formalaşdığı bir şəraitdə əmək münasibətləri sferasında mövcud olan 
dəyişikliklər daha ziddiyyətli olmuşdur. Belə ki, yeni iqtisadi şəraitdə əmək iş 
qüvvəsi, əmək ehtiyyatları və əmək potensialı ilə əlaqədar olan bəzi müddəalara 
yenidən baxılmalı, yeni prinsiplər tələblər irəli sürülıməlidir. Bazar iqtisadi 
modelinin tələblərinə cavab verən metod və mexanizmləri nəzərə alaraq əməklə 
bağlı problemlərə tamamilə yeni qaydada yanaşmaq lazımdır. 
İqtisadiyyat və insan cəmiyyət və insan, həmçinin insanla təbiət arasındakı 
əlaqə və uyğunluq sonda insanın davamlı inkişafı probleminin həllinə gətirib 
çıxarır. Beləki, insanların sağlamlığı, təhsili, peşəkarlığı tələb olunan səviyyədə 
olduqda, iqtisadiyyat inkişaf etdikdə, əhalinin gəilləri yuksəldikdə insanların 
davamlı inkişafı baş verir. Əksinə, ekoloji tarazlığın pozulması, işsizliyin 
səviyyəsinin yüksək olması, yoxsulluq, pis vərdişlər və s. bu kimi hallar insanın 
normal və davamlı inkişafına tamamilə mənfi təsir göstərə bilər. 
Əmək potensialının yüksəldilməsi əməyin keyfiyyətinin və səmərəliliyinin 
artırılmasının əsas şərtlərindən biridir. Əmək potensialının formalaşmasında, 
artırılmasında və reallaşdırılmasında əmək kollektivləri, dövlət və ailə mühüm 
rol oynayır. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin