Cədvəl 1.
Əmək
potensialının
tərkib hissəsi
Təhlil obyektləri və onun müvafiq göstəriciləri
insan
müəssisə
cəmiyyət
Sağlamlıq
əmək
qabiliyyəti.
Xəstəliyə görə
işə çıxmama
Xəstəliyyə və zədələnməyə görə
iş
vaxtı
itkiləri.
Heyətin
sağlamlığına çəkilən xərclər.
Orta
yaşayış
müddəti səhiyəyə
çəkilən
xərclər.
Yaşa görə ölüm
halları
Mənəviyyət ətrafdakılara
münasibət
Əməkdaşlar arasında qarşılıqlı
münasibətlər.
Münaqişələrə
görə itkilər. Fırıldaqçılıq.
Qocalara, uşaqlara
və
əlillərə
münasibət.
Cinayətkarlıq,
sosial gərginlik.
Yaradıcı
potensialı
fəallıq
Yaradıcı
qabiliyyət.
Qabiliyyətin
reallaşmasına
çalışmaq
Təşəbüskarlıq
Bir nəfər işləyənə düşən kəşflər,
patentlər,pasional təkliflər, yeni
məhsullar. Təşəbbüskarlıq.
Müəlliflik
hüququndan
gəlirlər. Patentlər
və
beynəlxalq
mükafatlar.
Texniki tərəqqinin
surəti.
Təşkilatçılıq Səliqəlilik,
pasionallaı,
İntizamsızlığa
görə
itkilər.
Təmizlik.İcraçılıq.Əməkdaşlığın
Qanunvericilik
yolların
və
15
intizamlılıq,
xeyirxahlıq,
dəqiqlilik.
Ləyaqətlilik
səmərəsi
nəqliyyat
vasitələrinin
miqdarı. Qanun və
müqavilələrin
göstərilməsi.
Təhsil
Biliklər
ali
təhsil
müəssisələrində
və məktəblərdə
təhsilin müddəti
Ümumi işçilərin sayında ali
təhsilli və orta ixtisas təhsilli
mütəxəsisilərin payı. Heyətin
ixtisasının artırılmasına xərclər.
Ali
təhsil
müəssisələrində və
məktəblərdə orta
təhsil
müddəti
Dövlət büdcəsində
təhsilə
ayrılan
xərclərin payı.
Peşəkarlıq
Bacarıq.
İxtisaslaşma
səviyyəsi
Məhsulun keyfiyyəti və miqdarı
zay məhsula görə itkilər
İxracdan
gələn
gəlirlər.
Qəzalardan itkilər
İş vaxtı
itkiləri
İl
ərzində
məşğulluq vaxtı
Əməkdaşların
sayı.
Bir
əməkdaşın il ərzindəki iş
saatlarının miqdarı
Əməkqabiliyyətli
əhali.
Məsul
olanların
sayı.
İşsizliyin
səviyyəsi
1.2.Əmək və insan potensialının müəyyən edilməsi.
Geniş təkrar istehsalın mühüm tərkib hissəsi olan işçi qüvvəsinin təkrar
istehsalı prosesində insan ən əsas məhsuldar qüvvə olmaqla daima
təkmilləşməlidir. Əmək fəaliyyəti prosesində və iqtisadiyyatın inkişafının
müvafiq səviyyəsinə uyğun olaraq işçi qüvvəsinin ümumi təhsil səviyyəsi,
peşəkarlığı, ixtisas hazırlığı yüksəlir, o təbii, texniki, ictimai və sosial elmlərin
əsasını mənimsəyir. Eyni zamanda əmək prosesi gedişində işçi qüvvəsinin geniş
16
elmi, siyasi, texniki – texnoloji, mədəni və ümumi dünyayagörüşü formalaşır və
təkmilləşir. Davamlı və mütəmadi gedən bu proseslər daima müxtəlif sosial –
iqtisadi psixofizioloji proseslərlə əlaqədar baş verir və inkişaf edir.
Bu o deməkdir ki, nəticədə iş qüvvəsinin sahibi və daşıyıcısı olan insanlar
baş verən ictimai- iqtisadi hadisələrə ictimai istehsal proseslərinə aktiv təsir
etmək imkanı əldə edir. İctimai təkrar istehsalın mühüm tərkib hissəsi olan işçi
qüvvəsinin təkrar istehsalı prosesi eyni zamanda insanların həyat fəaliyyətinin
təşəkkül tapması, formalaşması, qorunub saxlanılması, təkmilləşməsi və
adamların əmək qabiliyyətinin istifadə olunması ilə bağlıdır. Qeyd etmək
lazımdır ki, insanların əmək qabiliyyətlərindən başqa digər vacib qabiliyyətləri
də mövcuddur:
- Adamların nəsli artırmaq qabiliyyətləri;
- Insanların əmək və ictimai münasibətlərdə təzahür edən ünsiyyət qurmaq
qabiliyyətləri;
- Maddi və mənəvi nemətlərin istehlakı qabiliyyəti;
- Insanların sərbəst iş vaxtlarından istifadə edə bilmək qabiliyyətləri və s.
Nəticə etibarı ilə işçi qüvvəsinin təkrar istehsalı prosesi nəinki iş
qüvvəsinin, itirdiyi fiziki və zehni enerjisinin, əmək qabiliyyətinin təkrar
istehsalı prosesidir, həmçinin onun daşıyıcısının təkrar istehsalı prosesi kimi
təzahür edir. Odur ki, burada iş qüvvəsinin təkrar istehsalı funksiyası işçinin,
şəxsiyyətin hərtərəfli inkişafın ilə birbaşa əlaqədar olur.
Əmək qabiliyyəti insanların işlə təmin olunması əsasən aşağıdakı göstərilən
qanunlarla bağlıdır: tələb və təklif qanunu; proporsional inkişaf qanunu;
məşğulluq potensialı; əhali sakinliyi qanunu; işçi qüvvəsinin təkrar istehsalı
qanunu və s. İnsanın məqsədəuyğun fəaliyyəti; yəni əmək işçinin iş qüvvəsinin
sərf olunması olduğu üçün işçi qüvvəsi təkmilləşmədən əməkdə təkmilləşə
bilməz. İnsanların daha məsuliyyətli və mürəkkəb işləri yerinə yetirmək imkanı
əldə etmələri baxımından işçi qüvvəsinin təkrar istehsalı prosesində onların
yüksək təhsil almaq, bilik vərdiş və təcrübə toplamaları zəruridir. Həmçinin
insanlar işçi qüvvəsinin təkrar istehsalı prosesində zəruri bilik, vərdiş, təcrübə və
17
s. yiyələnməklə mükəmməl, mütərəqqi, təkmilləşmiş texnoloji prosesləri yarada
bilmək, əmək və istehsal prosesində onlardan istifadə edə bilmək imkanı
qazanılar.
İstehsal prosesində insanların əmək fəaliyyəti gedişində zehni, fiziki
əməyin üzvü sürətdə əlaqələndirilməsi işçi qüvvəsinin təkrar istehsalı
prosesində formalaşır. Yeni keyfiyyətli işçi qüvvəsinin təkrar istehsalı ixtisassız
və az ixtisaslı, sadə yaradıcı olmayan əmək funksiyalarından azad olunması
prosesinə və əməyin həyatın birinci tələbatına cevrilməsinə imkan yaradır. Eyni
zamanda fiziki əməklə məşğul olan işçilərin elmi – mədəni – texniki
səviyyəsinin artması insanların çevik olaraq digər peşə və ixtisaslara keçmək
imkanı yaradır.
Həm əmək fəaliyyəti prosesi, həm də əmək potensialı müxtəlif olsalar da;
əmək potensialı və insan potensialı son nəticədə konkret əmək fəaliyyətində
özünü göstərir və reallaşdırır. Əmək potensialı bərabər şəraitdə firmaların,
təşkilatların və cəmiyyətin əmək ehtiyyatlarını özündə əks etdirir. Bu eyni
zamanda, yəni əmək potensialı və insan potensialı bütövlükdə insan resurslarının
rəmzidir və onu ifadə edir. Odur ki, əmək ehtiyatları insan resurslarının iqtisadi
fəali əhalinin bir hissəsidir. Əmək potensialını belə ifadə etmək olar:
ƏP=İV.ƏM.İS
Burada, ƏP- əmək potensialını;
İV- iş vaxtinı;
ƏM- əmək məhsuldarlığını;
İS- işçilərin sayını göstərir.
“Əhalinin təkrar istehsalı, işçi qüvvəsinin təkrar istehsalı”, “əməkm
ehtiyatları”, “əmək ehtiyatlarının formalaşması” və “əmək potensialı” kimi
anlayışları bir- birindıən fərləndirmək lazımdır.
Göstərilən formula əmək potensialını müəyyən edən universial və ümumi
formuladır. Bu formula əsasında əmək potensialını müəssisə və təşkilatlar üzrə,
müəyyən etmək olar. Elmi iqtisadi ədəbiyyatlarda “əmək potensialı” və
18
“intellektual potensial anlayışları” da mübahisə predmitinə cevrilmişdir. Bəzi
müəlliflər isə əksinə intellektual potensialdan geniş anlayış olduğunu bilirirlər,
digər müəlliflər isə əksinə intellektual potensialın əmək potensialından geniş
olduğunu yazırlar.
Prof T.Ə.Quliyev bu barədə belə yazır: “Əmək potensialı ilə intellektual
potensial arasındakı fərqə işçi qüvvəsinin keyfiyyəti, təkmilləşməsi baxımından
yanaşmaq lazımdır, çünki sırf ənənəvi komponentlər baxımından əmək
potensialı intellektual potensial arasında prinsipial fərqlər yoxdur”
5
(13.səh.115)
Eyni zamanda “İnsan potensialının inkişafı indeksi” və “İntellektual
potensial indeksi anlayışları” münasibətdə də müəyyən fikir ayrılığı mövcuddur.
Bu məsələdə fikir ayrılığı olsada, bütövlükdə “İntelektual potensial indeksi” və
“insan potensialının inkişafı indeksi” bir – birilə inteqrativ əlaqədardır və bunlar
birlikdə inteqral intelektual əmək potensialını formalaşdırır. Müasir iqtisadi
münasibətlər şəraitində intellektual əmək potensialı olmadan normal, elmi
cəhətdən əsaslandırılmış innovasiyalı, kreativ əmək fəaliyyətinin təsəvvür etmək
mümkün deyildir. Belə ki, həyatın keyfiyyəti amilləri, insanın fiziki potensialı,
sağlamlıq, təhsil və elmi potensial, innovatik potensial və s. hamısı birlikdə
bilavasitə inteqral intellektual əmək potensialını pormalaşdırır. Burada təhsil də,
bilikdə, fəaliyyət də, fəaliyyətin nəticəsi də innovasiyalı və kreativ olmalıdır.
Əmək bazarında rəqabətin yüksək olması əmək potensialının da daima,
mütamadi olaraq yüksəlməsini zəruri edir. Əmtəələt, xidmətlər keyfiyyətsiz və
aşağı keyfiyyətli olduqda bazara qalxa bilmədiyi kimi iş qüvvəsinin keyfiyyət
səviyyəsi aşağı olanda, əmək potensialı tələbata cavab verməyəndə, əmək bazarı
onları qəbul edə bilmir. Bu baxımdan əmək potensialı bir tərəfdən istehsal
amilinin əsas ünsürü kimi, ikinci tərəfdən iş qüvvəsinin əmək bazrına çıxışının
ilkin şərti kimi sosial – iqtisadi sistemlərin ən vacib nöqtəsidir. Burada həm də
istifadə edilən texnika və texnologiyaların ciddi şəkildə yeniləşməsi də vacib
amildir. Hər iki potensiallar,yəni texniki texnoloji potensial və əmək potensialı
bir- birinə səviyyəcə uyğun olmalıdır. Qeyd etdiyimiz bu uyğunluq istehsalın və
19
əməyin ən qabaqcıl, mütərəqqi və elmi əsaslarla təşkilində, firmaların strateji
məqsədlərində özünü göstərmilidir.
İstehsal prosesində insan amilinin fəallaşması əmək potensialından
səmərəli səbəb olur və ya əmək potesialında səmərəli isteifadə istehsalda insan
amilini aktivləşdirilmiş olur. Əmək potensialına resurs baximdan yanaşıliqda
fərdi əmək potensialı əmək resursu kimi, buna amil tərəfdən baxıldıqda isə
əmək potensialı istehsal amilinin bir komponenti kimi özünü göstərir. Nəticədə
resurs amili isə inteqrallaşmış əmək potensialının istehsal potensialına
çevrilməsi kimi təzahür edir. “Potensial” anlayışı əsasən gizli, aşkara
çıxarılmamış, imkan mənasında işlədilər “Potensial” eyni zamanda qabiliyyət,
güc, imkan, enerji mənasında da işlədilir. Mövcud olan bütün potensial
komponentləri vahid, güclü və bütöv bir sinergetik sistem əməklə gətirir.
İqtisad elmində “potensial” anlayışı ancaq bir adama, bir işçiyə aid
edilmir, həmçinin qruplara,müəssisələrə, təşkilatlara, bütövlükdə ölkəyə aid
edilir. Bütün sistemlərdə olduğu kimi iqtisadi sistemlərdə müxtəlif obyektlərin
potensialı eyni olmur.Həmcinin ayrı-ayrı fərdlərin, işcilərin, heyətin,
kolektivlərin potensialları da bir – birindən fərqlənir qeyd etdiyimiz fərqlər
insanların yaşı, cinsi, təhsili, saqlamlığı, peşə-ixtisas səviyyəsi ilə bağlıdır. Eyni
zamanda müəssisaələrdə potensial fərqlər texniki- texnoloji imkanlarla,
motivləşdirmə və stimullaşdırma sistemləri və s. ilə də şərtlənir mövcud
potensial fərqlər əmıək kollektivlərində formalaşan sosial, psixoloji, mənəvi
mühit, vəziyyət, hər bir işçinin sosial mövqeyi, əməyin məzmunu, təşkili,
kolleüvlərin, işçilərin sosial strukturu və s. ilə də bağlıdır.
XX əsr tarixə bir tərəfdən, dünya əhalisinin yüksək sürətlə artdığı məhələ
kimi, digər tərəfdən isə ictimai tərəqqinin qiymətləndirilməsi, insanların məqsəd
və tələbatları sistemində baş verən dəyişikliklər, bütövlükdə insan cəmiyyətinin
və həyatının keyfiyyətinə təsir edən əsas amillərin önə çəkilməsi dövrü kimi
daxil olmuşdur. Həmin əsrin axırlarında XXI - əsrin avvələrində tanınmış
tədqiqatçı alimlərin insanlar, təbiət və cəmiyyət arasında olan qarışıqlı
münasibətlərin təhlili nəticəsində əldə etdikləri nəticələrdən belə qənaətə
20
gəlmək olar ki, iqtisadi, sosial və digər sahələrdə əldə edilmiş nəaliyyətlərin,
uğursuzluqların hamısı, nəticə etibarı ilə insan potensialını inkişafı ilə bağlıdır.
İqtisadi artımın əsas hərəkətverici qüvvəsi və milli sərvətin yaranmasının
əsas amili kimi insan potensialı elmi – texniki tərəqqinin sürəti, əməyin təşkili
səviyyəsi işçilərin mədəni – texniki inkişafı və əmək məhsuldarlığı ilə qarşılıqlı
əlaqədardır. İnsanın cəmiyyətin inkişafındakı rolu, yeri dəqiqləşdikcə, iqtisadi
həyatın subyekti kimi onunla bağlı düşüncələr, fikirlər dəyişmiş, bu istiqamətdə
yeni ifadələr, anlayışlar yaranmışdır. İqtisadi ədəbiyyatlarda və sosial
tədqiqatlarda xronoloji olaraq “İş qüvvəsi”, “əmək ehtiyatları”, “Əmək
potensialı”, “İnsan amili”, “İnsan potensialı”, “İnsan kapitalı” kimi anlayışlar
yer almışdır. Aşağıdakı cədvəldə anlayışlar meydana gəldiyi və elmi
ədəbiyyatlarda istifadə olunduğu dövrələr tarixi mərhələlərlə xronoloji
ardıcıllıqla göstərilmişdir.
Cədvəldən göründüyü kimi insanın rolu cəmiyyətin və iqtisadiyyatın
tərəqqisində öz yerinə düzgün tapdıqda və bunu düzgün başa düşdükcə
aparılan tədqiqatların əhatə dairəsi genişlənir.
Sosial - iqtisadi inkişafın mərhələsində sosial şəraitin radikal dəyişməsi
ölkənin insan potensialını formalaşdıran və onun həyata keçirilməsini
səmərələşdirən bütün amillərin nəzərə alınması və istifadə edilməsi böyük
əhəmiyyə malikdir. Bu cəhətdən bir çox anlayışlara yenidən baxmaq, onların əsl
mahiyyət və məzmununu düzgün aşkara çıxarıb təbliğ etməyə böyük ehtiyac
vardır.
Dostları ilə paylaş: |