Cədvəl 2
İqtisadi həyatın subyekti- insan haqqında təsəvvürlərin inkişaf
dinamikası
Anlayış
İqtisadi ədəbiyyatda
fəal istifadə edildiyi
dövr
İnsan
haqqında
təsəvvürlər
Meydana
çıxma
amilləri
21
İş qüvvəsi
XIX əsr- hal hazırda İnsan
-
əmək
prosesində
məhsuldar qaydada
istifadə oluna bilən
qabiliyyət
və
keyfiyyətin
daşıyıcısı kimi
İstehsalın amili kimi
qeyd etmək və uçota
almaq.
Əmək ehtiyatları XX əsrin 20- ci illəri
və hal hazırda
İnsan
–
xüsusi
idarəetmənin passiv
obyekti,
plan-uçot
vahidi kimi
İqtisadiyyatın
mərkəzləşdirilmiş
qaydada
qaydada
idarə
edilməsi
çəraitində
iş
qüvvəsinin
təkrar
istehsalı
göstəricilərinin
zəruriliyi.
Əmək potensialı XX əsrin 70-80 – cı
illəri və hal hazırda
İnsan
-
əmək
prosesində
öz
tələbatı
və
marağının subyekti
kimi
Şəxsi
amilin
inkişafından
səmərəli
istifadə
edilməsi
və
formalaşdırılmasının
zəruriliyi.
İnsan amili
XX əsrin 80 – cı
illərinin sonu, 90-cı
illərin əvvəlləri və
hal hazırda
İnsan
–
ictimai
istehsalın
başlıca
hərəkətverici
qüvvəsi və onun
səmərəliliyinin
yüksəldilməsi
vasitəsi kimi
İctimai
–
siyasi
şərait və şəxsi amil
veriminin
yüksəldilməsi
zərurəti
22
İnsan kapitalı
XX əsrin 90- ci
illərinin əvvəli, hal
hazırda.
İnsan – sərmayə
qoyuluşunun
obyekti və onları
sonradan
reallaşdırmaq
məqsədilə
bilik
qabiliyyətlərinin
məcmusuna çevirən
subyekti kimi
İnsanın
yaratmaq
aləti
dəyərlərinə
malik olduğunun və
insana
investisiya
qoyuluşunun
məhsuldar
xarakterini
qəbul
edilməsi.
Bunlardan biri də insanın inkişafı ilə bağlı anlayışların dərindən tədqiq
edilib öyrənilməsi və cəmiyyətdə onun yerini və rolunu düzgün
müəyyənləşdirməkdən ibarətdir. Belə ki, hazırda cəmiyyətdə elə anlayışlardan
istifadə olunur ki, insanlar onun əsl mahiyyətinin nədən ibarət olduğunu tam
dərk edə bilmir. Məsələn, biz tez –tez “ictimai istehsal” anlayışı işlədirik bu, ilk
baxışda çox sadə görünsə də vətəndaşlarını şüurunda çoxlu və müxtəlif
anlayışların meydana çıxmasına səbəb olur. Çünki bu təriflər arasında elə birisi
yoxdur ki, o həmin anlayışların əsl mahiyyətinin və məzmununun nədən ibarət
olduğunu düzgün və aydın şəkildə əks etdirə bilsin. Belə ki, “ictimai istehsal”
dedikdə ilk növbədə cəmiyyətin istehsalı başa düşülür. Başqa sözlə bu,
insanların birgə yaşayışının təşkli çərçivəsində və əsasında onların həyatının
qorunub saxlanmasını və inkişafını nəzərdə tutur.
XIX-XX əsrdə həmin anlayışın bu cür qavranması özü = özlüyündə
humanitar və ictimaiyyətşünas alimlərə başa düşülən idi və cəmiyyətin bu cür
anlanmasında insan ölçüsü həmişə ilk yerlərdə dayanmışdır. Lakin indi
məsələyə bir qədər başqa tərəfdən yanaşılması tələb olunur. Çünki insan
cəmiyyətinin mahiyyəti bu komponentdən ibarətdir: xüsusi, fərdi dubyekt kimi
şəxsiyyətin varlığı; ətraf aləmin müxtəlif obyektləri (subyekt – obyekt
münasibətləri) və çoxlu başqa obyektlərlə onun münasibətlərinin məcmusu
(subyekt – subyekt münasibətləri və s.).
23
Cəmiyyətin inkişafı bu üç komponentin inkişafı ilə bağlıdır. İnsanın və
insan münasibətlərinin istehsalı ictimai istehsalın sosial dairəsini, onun idarə
edilməsi prosesi isə sosial siyasətin mahiyyətini təşkil edir. Bu isə insan
potensialının inkişafı və ondan səmərəli istrifadə olunması dövlətin fəal
siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
“İnsan inkişafı” anlayışı – elmi dövriyəyə 1990- cı ildə Birləşmiş Millətlər
Təşkilatının inkişaf Proqramı (BMTİP) tərəfindən daxil edilmiş və geniş surətdə
istifadə edilməyə başlanmışdır. Həmin vaxtdan etibarən, BMTİP-i hər il İnsan
İnkişafı haqqında məruzəsi hər il insan potensialının müxtəlif aspektlərinə həsr
edilir, burada yeni konsepsiyaların hazırlanmasına müasir yanaşma metodları
irəli sürülür. Burada başlıca vəzifə ondan ibarətdir ki, inkişafın həmin prosesinin
iştirakçısı olan insanın mənafeyinə və onun imkanlarının genişlənməsinə
yönəldiyi aydın olsun.
“İnsan inkişafı” anlayışının mahiyyətinin izahı ilə bərabər, onun ölçü
vahidi kimi “İnsan inkişafı indeksi” təklif kimi irəli sürülərək əsaslandırılmışdır.
Daha sonralar isə “İnsan inkişafının” hesablanması metodikası bir qədər
dəqiqləşdirərək, “İnsan potensialının inkişafı indeksi” adlandırılmışdır.
İnsan İnkişafı BMT – nin İnkişaf Proqramı Konsepsiyasında azad
seçiminin prosesi kimi izah edilir. Lakin inkişafın hər bir mərhələsində üç seçim
əsas götürülür. Bura aiddir: 1) uzun ömürlülük (uzun və sağlam ömür), 2) təhsil
səviyyəsi (bilik əldə etmək imkanı); layiqli həyat sürmək imkanları. İnsanların
həyat fəaliyyətinin əsas aspektlərini xarakterizə etmək üçün bəzi başqa
göstəricilərdən də istifadə edilə bilər:
-
Xəstəliyin dinamikası və onunla əlaqədar tibbi xidmətlərin əlverişli
olub – olmaması;
-
Şəxsi təhlükəsizlik;
-
Sosial nemətlərə yiyələn imkanlarıı
-
ətraf mühitin vəsiyyəti və s.
İnsan inkişafı konsepsiyası iqtisadi artımla tarazlı inkişafa alternativ olan
bir konsepsiyadır. İqtisadi artım və istehlakın həcminin artması isə məqsəd
24
deyil, insan inkişafı istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi
vasitəsidir. İnsan inkişafı konsepsiyası məhsuldarlığı, bərabərliyi, sabitliyi və
imkanların genişləndirilməsini özündə birləşdirən əsas prinsiplərə əsaslaır.
İnsan inkişafı konsepsiyasında əsas məqsəd elə əlverişli şərait
yaradılmasından ibarətdir ki, insanların həyatı uzunömürlü, sağlam və
yaradıcılıqla zəngin olsun sosial tərəqqinin ən dəqiq və ümumiləşdirici göstərici
insan potensialının indeksindən ibarət olmaqla, insan inkişafının müxtəlif
tərəflərini səciyyələndirən həyat səviyyəsinin 3 ən vacib indikatorlarından
formalaşıe: doğulanların gözlənilən ömür uzunluğu; əldə olunmuş təhsil
səviyyəsi; yaşlı əhalinin rifahı.
İnsanın potensialının inkişafı indeksinə görə dünya ölkələri üç qrupa
bölünür: yüksək inkişaf səviyyəsi; orta inkişaf səviyyəsi: aşağı inkişaf səviyyəsi.
Yüksək inkişaf səviyyəsinə insan potensialının inkişafı indeksinin 0,800 və
yuxarı olan ölkələr, orta inkişaf səviyyəsinə bu indeksinin 0,500- 0,799 olan
ölkələr, aşağı inkişaf səviyyəsinə isə insan potensialının inkişaf indeksinin
0,500- dən aşağı olan ölkələr aid edilir.
Seçilmiş orta göstəricilərin müqayisəli təhlili, dünya ölkələrində insan
potensialının inkişafı və onun təkrar istehsal şəraitinin vəziyyəti haqqında
ümumiləşdirilmə aparmağa imkan verir. Doğulanların ömür uzunluğu indeksi
vasitəsilə əhalinin malik olduğu əmək qabiliyyətli illərinin həqiqi sayı ilə
müəyyən edilən əmək potensialının real vəziyyətini aşkara çıxarıb mümkündür.
Əhalinin uzunömürlülüyünün bilmək isə ondan ötrü lazımdır ki, insanlar təkcə
istehsal prosesində iştirak edib maddi dəyərlər yaratmaqla qalmır, bu nemətləri
və xidmətləri həm də istehlak edirlər. Orta ömür müddəti indeksinə müxtəlif
ölçülərin sosial – iqtisadi inkişaf səviyyəsi və ondan asılı olan əhalinin təkrar
istehsal şəraiti (gəlir və istehlakın səviyyəsi, tibbi xidmətlərin və yeməyin
keyfiyyəti, ətraf mühitin vəziyyəti və s.) öz əksini tapır.
Təhsil səviyyəsi indeksi isə ayrı-ayrı ölkələrdə və ictimai sərvətin
çoxaldılmasının, canlı əmək şəraitinin səmərəliliyi və onun nəticələrinin
yüksəldilməsinin əsas amili olaraq ixtisasın və əmək potensialının yaranması
25
bazasını təşkil edən toplanmış bilik və bacarığın ümumiləşdirilmiş şəkildə
həcmini səciyyələndirir. Çünki təhsil səviyyəsi ilə gəlirləri arasında müəyyən
qanunauyğun, əlaqə və asılılıq vardır. Təhsil səviyyəsinin yüksəlməsi işçilərin
intellektual inkişaf səviyyəsinin artmasına, bu isə üz növbəsində, adamların
gəlirlərinin və cəmiyyətin milli sərvətin saxlanılmasına şərait yaradır.
|