I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları


Cədvəl 4  İqtisadi fəal əhalinin sayı



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
H-seynzad-Ceyhun

Cədvəl 4 
İqtisadi fəal əhalinin sayı. 
2005 
2010 
2011 
2012 
2013 
2014 
İqtisadi fəal əhali, cəmi min 
nəfər 
4380,1 4587,4 4626,1 4688,4 4757,8 4840,7 
Faizlə 
100,0 
100,0 
100,0 
100,0 
100,0 
100,0 
İqtisadi 
fəal 
əhalinin 
ümumi sayından məşğul 
olanlar, cəmi min nəfər 
4062,3 4329,1 4375,2 4445,3 4521,2 4602,9 
Faizlə 
92,2 
94,6 
94,6 
94,8 
95,0 
95,1 
İşsizlər min nəfər 
317,8 
258,3 
250,9 
243,1 
236,6 
237,8 
Faizlə 
7,9 
5,6 
5,4 
5,2 
5,0 
4,9 
Məşğulluq 
xidmətləri 
orqanlarında rəsmi işsiz 
statusu alan şəxslər nəfər 
56343 38966 98330 36791 36206 28690 


29 
Faizlə 
1,3 
0,8 
0,8 
0,8 
0,8 
0,6 
Kişilər nəfər 
27265 21979 21851 21298 21188 17383 
Qadınlar nəfər 
29078 16987 16479 15493 15018 11307 
Yuxarıdakı cədvəl məlumatlarından görürük ki, ölkəmizdə iqtisadi fəali 
əhalinin ümumi sayında məşğul olanların sayı 2005- ci ildə 40623 min nəfər, 
2010 – cu ildə 4329,1 min nəfər, 2014 - cü ildə isə 4602,9 min nəfər olmuşdur. 
Məşğul olanların iqtisadi fəal əhalinin ümumi sayında xüsusi çəkisi 2005 – ci 
ildə 92,7, 2010- cu ildə 94,6 faiz 2014- cü ildə isə 95,1 faiz təşkil etmişdir. 2014 
– cü ildə iqtisadi fəal əhalinin ümumi sayında məşğul olanların sayı ümumilikdə 
540,6 min nəfər çoxalmışdır. Bunu faizlə ifadə etsək görərik ki, 2014 – cü ildə 
2005 – ci ilə nisbətən məşğul olanların sayı 2,4 – artmışdır. Məşğulluq 
xidmətləri orqanlarında rəsmi işsiz statusu alanların xüsusi cəkisi 2005- ci ildə 
1,3%, 2010- cu ildə 0,8%, 2014- cu ildə isə 0,6% təşkil etmişdir. Bu o deməkdir 
ki, rəsmi işsizlik statusu olanların sayı son 10 ildə 2 dəfədən çox azalmışdır. 
Əmək qabiliyyətli əhalinin iqtisadi fəal və qeyri-iqtisadi fəal əhali 
hissəsinin kəmiyyət və keyfiyyət fərqinə təsir edən demoqrafik, sosial-iqtisadi 
amillərin sosioloji tədqiqat nöqteyi- nəzərincə xüsusi əhəmiyyət kəsb edir. 
İqtisadi fəal əhali aşağıdakı üç əsas amildən asılıdır.
1) 
əmək qabiliyyəti yaşında olan əhalinin xüsusi çəkilisindən; 
2) 
məşğul olma yaşında olan əhalinin xüsusi çəkisindən
3) 
ayrı – ayrı yaş qrupları üzrə məşğulluq səviyyəsindən. 
Əhalinin cins və yaş tərkibi də demoqrafik proseslərə mühüm təsir göstərir. 
Belə ki, kişilərə nisbətən qanunların xüsusi çəkisi, nəsil artırma qabiliyyətində, 
yaşında olar qadınların yaş qrupları, miqrantların, cins tərkibi, əhalinin qocalma 
səviyyəsi və s. Böyük əhəmiyyət kəsb edir. 
İşçi qüvvəsinin və əmək ehtiyatlarının təkrar itehsalı prosesi arasında bəzi 
fərqlər mövcuddur. Nəzəri cəhətdən işçi qüvvəsi əmək ehtiyatlarının əmək 
prosesindəki təzahür forması kimi qəbul edilə bilər. İşçi qüvvəsinin təkrar 


30 
istehsalı prosesi ictimai təkrar istehsalın mühüm tərkib hissəsini təşkil etməklə 
özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə bunları aid etmək olar: 
1) İşçi qüvvəsinin daşıyıcısı olan insanlar bir məhsuldar kimi elmi – texniki 
biliyə malikdirlər və əmək vasitələrini hərəkətə gətirirlər; b) işçi qüvvəsinin 
təkrar istehsalı prosesində başlıca məhsuldar qüvvə olur. C) Məhsuldar 
qüvvələrin mühüm elementi olmaqla işçi qüvvəsi istehsal münasibətlərinin 
başlıca subtektidir; d) bu həmçinin ailə münasibətlərinin, mənəviyyət, hüquqi 
və s. Münasibətlərin təkrar istehsalıdır; e) eyni zamanda işçi qüvvəsinin təkrar 
istehsalı müvafiq miqdarda yaşayış vasitələrinin təkrar istehsalı ilə bağlıdır. 
İşçi qüvvəsinin geniş təkrar istehsalı bir – birilə vəhdət təşkil edən 3 tərkib 
hissədən ibarətdir: 
- Fərdi iş qüvvəsinin təkrar istehsalı 
- əlavə tələbatı təmin edən və təbii itkiləri əvəzləyəcək yeni işçi qüvvəsinin 
təkrar istehsalı; 
- ixtisaslı işçi qüvvəsinin istehsalı. 
İşçi qüvvəsinin təkrar istehsalı prosesi əhalinin təkrar istehsalı ilə birbaşa 
bağlıdır. İşçi qüvvəsinin təkrar istehsalı əmək prosesində işçinin sərf etdiyi 
fiziki, zehini enerjisinin daima bərpa olunması həyatdan və işdən getmiş 
işçilərin yeni keyfiyyətdə və kəmiyyətdə işçi qüvvəsi ilə təmin edilməsi, 
ödənilməsi prosesidir. Əhalinin təbi hərəkəti əmək ehtiyatlarının kəmiyyətinə 
təsir göstərir. Amma əhalinin əhalinin sayının dəyişməsi ilə əmək ehtiyatlarının 
dəyişməsi üst-üstə düşmür. Belə ki, doğum halları əhalinin sayına həmin 
gündən, əmək ehtiyatlarına isə əmək qabiliyyəti yaşından başlayaraq təsir edir. 
Eyni zamanda əmək qabiliyyəti yaşından yuxarı olan insanlar arasındakı ölüm 
halları əhalinin sayına təsir etsə də əmək ehtiyatlarının miqdarına təsir etmir. 
Müasir dövrdə insan potensialı cəmiyyətin başlıca sərvəti və iqtisadi 
artımın əsas hərəkətverici qüvvəsi hesab edilir. Bütün cəmiyyətlərdə ictimai 
istehsalın baş verməsi və əhangdar sürətdə davam etməsi üçün müəyyən sayda, 
fiziki, zehni qabiliyyətlərə, sağlamlığa, təhsilə, biliyə, bacarığa, müəyyən peşə 
hazırlığına, ixtisasa və s. Malik olan insan potensialının mövcud olması 


31 
mütləqdir. İşçi qüvvəsi hər bir cəmiyyətin, hər bir ölkənin başlıca məhsuldar 
qüvvəsini təşkil edir. Bu o deməkdir ki, sosial – iqtisadi inkişafın təmin 
edilməsi, mədəni inkişaf, əldə edilməsi mümkün olan nə varsa, bunların hamısı 
insanların malik olduğu əmək potensialının bütövlükdə cəmiyyətin və onun hər 
bir mənafeyi baxımından necə və nə cür reallaşmasından asılıdır. 
İctimai təkrar istehsalın əsasını və subyektini təşkil edən insanlar iqtisadi 
və sosial inkişafın təmin edilməsində, sağlamlaşdırılmasında, ictimai istehsalın 
səmərəliliyinin 
yüksəldilməsində 
və 
elmi 
– 
texniki 
tərəqqinin 
sürətləndirilməsində aparıcı rol oynayırlar. Hər bir müstəqil ölkədə əhalinin 
təkrar istehsalın xarakterini, obyektiv iqtisadi qanunları öyrənməklə əhalinin 
sayının, tərkibinin və yerləşdirilməsinin gələcəkdə necə dəyişəcəyini, hansı 
istiqamətdə inkişaf edəcəyini, qabaqcadan görmək sosial – iqtisadi inkişafı 
proqnozlaşdırmaq, işçi qüvvəsindən, onun əmək potensialından istifadə edilməsi 
sahəsində elmi cəhətdən əsaslandırılmış siyasət işləyib hazırlamaq mümkündür. 
İnsanlar tarixi inkişafın bütün mərhələlərində ictimai istehsal prosesinin 
aparıcı qüvvəsi olub, cəmiyyətin ən başlıca məhsuldar qüvvəsini təşkil etməsini 
nəzərər alsaq, insan problemi, ona olan qayğı, onun əmək potensialının 
formalaşması, əmək potensialından səmərəli istifadə edilməsi, hər bir ölkənin 
və dövlətin mühüm strateji məqsədi və vəzifələrindən biridir. Bütün 
cəmiyyətlərdə ictimai istehsalın zəruri şərti və ölkənin milli sərvətinin həcmini 
müəyyən edən insanlar müəyyən fiziki və zehni inkişafa, konkret ixtisasa və 
peşə hazırlığına, biliyə, bacarığa, qabiliyyətə, mədəniyyətə və vətəndaşlıq 
mövqeyinə malik olmalıdır. 
Demoqrafik proseslər insan və əmək potensialının formalaşması, ölkənin 
iqtisadiyyatının işçi nümunəsi ilə təmin edilməsinin təbii əsasını, əsas 
mənbəyini təşkil edir. Bütün ictimai – iqtisadi qurluşlarda ictimai istehsal 
prosesinin baş verməsi və onun ahəngdar, səmərəli surətdə davam etməsi üçün 
həm fiziki və zehni cəhətdən inkişaf etmiş, müəyyən bilik və bacarıqlara 
yiyələnmiş müəyyən sayda insanların və əmək potensialını mövcud olması ən 
zəruri şərtdir. İctimai istehsalın forma və üsullarından asılı olmayaraq iş qüvvəsi 


32 
və istehsal vasitələri onun amilləri olaraq qalır. K.Marks bu barədə yazırdı. “.... 
İş qüvvəsi, ancaq canlı fərdin qabiliyyəti kimi mövcuddur. Deməli, iş 
qüvvəsinin istehsalı canlı fərdin mövcud olmasını tələb edir”
6
Əhali insanlarda, demoqrafik proseslər və hadisələr isə ayrı-ayrı fərdlərə 
aid olan faktlardan ibarətdir. İnsanların sayında, tərkibində mövcud olan 
dəyişikliklər demoqrafik proseslərdə, əksinə əhalinin tərkib hissəsi olan əmək 
ehtiyyatlarının hərəkət dinamikasında öz əksini tapır. Hər bir cəmiyyətin 
məhsuldar qüvvələrinin əsas ünsürü kimi cıxış edən insanlar, həmçinin istehsal 
münasibətlərinin subyektini təşkil edir. Hər bir ölkədə yaşayan əhali həmin 
ölkədə olan əmək ehtiyyatlarının formalaşması, ayrı – ayrı fəaliyyət sahələrinin
işçi qüvvəsi ilə təmin edilməsinin tək təbii mənbəyini təşkil edir. 
Hər bir cəmiyyətin sosial- iqtisadi, mədəni- texniki inkişafı nəticəsində 
əldə edilməsi mümkün olan bütün nəaliyyətlərin hamısı insanların malik olduğu 
əmək potensialının bütövlükdə ölkənin və onun hər bir vətəndaşının mənafeyi 
baxımından necə formalaşmasından və reallaşmasından asılıdır. Bu bizə əsas 
verir ki, hər bir konkret ölkə və ərazi çərçivəsində insan potensialının, əmək 
potensialının yaranması, formalaşması və reallaşmasının başlıca mənbəyini 
həmin ölkə və ərazidə mövcud olan, yaşayan əhalinin təbii təkrar istehsalı 
(doğum,ölüm və təbii artımı) təşkil etdiyini deyə bilək. 
Əhalinin təbii təkrar istehsalı prosesinin baş verməsində bilavasitə 
həlledici rol oynayan mühitdir və onun əmələ gəldiyi şəraitdir. Bütün bunlar isə 
əhalinin təkrar istehsalı ilə bağlı olan əsas göstəricilərini özündə birləşdirən 
demoqrafik proseslər vasitəsilə reallaşır. Ailə müasir cəmiyyətdə əhalinin təkrar 
istehsalının təşkili formasıdır. Ailə işçi qüvvəsinin təkrar istehsalında, həmçinin 
cəmiyyət həyatının bütün istiqamətlərində müstəsna rol oynayır. Ailə nisbətən 
müstəqil olduğundan, əhalinin təkrar istehsalı ilə bağlı mövcud olan müxtəlif 
adət - ənənələri qoruyub saxlaya bilir. Ailədəki uşaqların sayının 
çoxaldılmasında ərlə arvadın ata-anaları, dost tanışları, yaxın qohumları da 
müəyyən rol oynayır. 


33 
Ailədəki uşaqların sayı, onların böyüməsi, təhsil alması, sağlamlığı, 
nəticədə əmək potensialının formalaşması təkcə valideynlərin şəxsi arzusu və 
istəyi ilə deyil, onları əhatə edən konkret mühitlə, həyat səviyyəsi və şəraiti ilə 
də sıx surətdə bağlıdır. Odur ki, əhalinin təkrar istehsalı prosesi və onun 
səviyyəsi ayrı-ayrılıqda hər hansı bir amildən deyil, kompleks amillərdən 
asılıdır. 
İnsanın xarakteri, mənəviyyəti, əməyə münasibət tərbiyəsi, əxlaqı, mədəni 
sərvətlərə münasibətinin əsasları ailədə formalaşır. Müasir, sağlam cəmiyyətin 
qurulması, ilk növbədə, möhkəm, mənəvi və əxlaqi cəhətdən, həmçinin fiziki 
cəhətdən sağlam ailələrin formalaşmasını və mövcud olmasını tələb edir. Hər bir 
dövlət ailələrin sağlamlığına onların uşaqlarının düzgün tərbiyyə edilməsinə, 
çoxuşaqlı və gənc ailələrin maddi, mədəni, mənzil və məişət şəraitinin 
yaxşılaşdırılmasına yönəldilmiş kompleks tədbirlər sistemi işləyib hazırlamalı 
və həyata keçirməlidir. 
Ölkəmizdə istər sovet dövründə (1920-1991-ci illərdə) istərsədə 
müstəqillik dövründə əhalinin təkrar istehsalı səviyyəsi və onun dəyişilməsi 
meylləri nəinki bütövlükdə Respublikada, hətta onun ayrı-ayrı ərazilərində, 
şəhərlərdə və kənd yerlərində sabit qalmamış, daimi dəyişmişdir. Bunları 
Respublikamızın əhalisinin hərəkət dinamikasında baş verən dəyişikliklərdən 
daha aydın görmək olar. 
Sovet hakimiyyətinin yarandığı illərdən başlayaraq baş verən sosial- 
iqtisadi hadisələr, dəyişikliklər, meyillər əvvəlki illərlə müqayisədə əsas 
demoqrafik proseslərin inkişafına çox əhəmiyyətli təsir göstərmişdir. Bu illər 
ərzində əhalinin sayı sürətlə artmış, xəstəlik və ölüm halları azalmışdır. 
Həmçinin orta ömür müddəti əhalinin əmək fəallığı artmağa, təhsil, mədəni – 
texniki və peşə- ixtisas səviyyəsi yüksəlməyə başlamışdır. Eyni zamanda Sovet 
hakimiyyətinin ayrı –ayrı dövrlərində bir sıra tarixi hadisələr, sosial-iqtisadi, 
sinfi, həmçinin demoqrafik xarakterli amillərin və proseslərin təsiri ilə əlaqədar 
əhalinin təbii artım sürəti müstəqil dövrlərdə bir – birindən fərqli olmuşdur. 


34 
Azərbaycanda Sovet hakimiyyəti dövründə əhalinin ən sürətli artımı 
özünü ilk növbədə 1922-1940-cı illərdə və 1950-1960-cı illərdə büruzə 
vermişdir. 1950-1960-cı illərdə Azərbaycan Respublikası demoqrafik inkişaf 
səviyyəsinə görə keçmiş Sovet respublikaları arasında ən qabaqcıl yerlərdən 
tutmuşdur. Belə ki, 1960- cı ildə əhalinin hər 1000 nəfərinə düşən doğum və 
təbii artım səviyyəsinə görə onların arasında birinci yerə çıxmışdır. Əgər 1960- 
cı ildə Sovet ittifaqında əhalinin hər 1000 nəfərinə düşən doğum 24,9 nəfər, təbii 
artım səviyyəsi isə 17,8 nəfər təşkil etmişdirsə, Azərbaycan Respublikasında bu 
rəqəmlər müvafiq olaraq 42,6 nəfər və 36,9 nəfər təşkil etmişdir. Bu isə həmin 
dövrdə orta ittifaq səviyyəsindən 1,7 dəfə və 2,1 dəfə yüksək olmuşdır. Lakin 
1970- ci ildə Azərbaycanda hər min nəfərə doğum 29,2 nəfər, təbii artım 22,5 
nəfər, 1980- cı ildə bu göstəricilər müvafiq olaraq 25,2 və 18,2 nəfərə enmiş, 
1990- cı ildə isə bir qədərn yüksələrək uyğun surətdə 26,4 nəfərə 20,2 nəfərə 
çatmışdır. 
Tədqiqatlar göstərir ki, ayrı – ayrı ölkələrdə məhsuldar qüvvələrin 
inkişafı, həmçinin sosial- iqtisadi şəraitin dəyişilməsi əhalinin doğum və artım 
səviyyəsinə təsir göstərən milli adətlərə,ənənələrə, milli mentalitetə nisbətən 
daha tez dəyişir. 2010-2015-ci illərdə Azərbaycan əhalisinin əsas demoqrafik 
göstəricilərinin (doğum, ölüm və təbii artım) təhlili göstərir ki, 2010-cu ilə 
nisbətən 2011- ci ildə yeni doğulanların artması hesabına əhalinin hər 1000 
nəfərinə düşən təbii artım 12,5 nəfərdən 13,5 nəfərə yüksəlmişdir. Lakin 2011- 
ci ildən başlayaraq 2015- ci ilin sonunədək hər il həm doğulanların sayı, həm də 
təbii artım səviyyəsi aşağı düşmüşdür. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin