Cədvəl 5
2010-2015-ci illərdə Azərbaycanda əhalinin əsas demoqrafik göstəricilər
İllər
Nəfər
əhalinin hər 1000 nəfərinə
doğulanlar ölənlər təbii
artım
doğulanlar ölənlər təbii
artım
35
2010
165643
53580
112063 18,5
6,0
12,5
2011
176072
53762
122310 19,4
5,9
13,5
2012
174469
55017
119452 19,0
6,0
13,0
2013
172671
25383
118288 18,6
5,8
12,8
2014
170503
55648
114855 18,1
5,9
12,2
2015
166210
54697
111513 17,4
5,7
11,7
Azərbaycan rəqəmlərdə 2016, DSK, Bakı-2016 səh.22
Belə ki, 2011- ci ildə əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı
19,4 nəfər, ölənlər 5,9 nəfər, təbii artım 13,5 nəfər olmuşdursa, 2013-cü ildə bu
rəqəmlər müvafiq olaraq 19,0 nəfər, 6,0 nəfər və 13 nəfər, 2015-ci ildə bu
göstəricilər bir qədər də aşağı enmiş və müvafiq olaraq 17,4 nəfər, 5,7 nəfər və
11,7 nəfər təşkil etmişdir (cədvəl1). Azərbaycan Respublikasının əhalisinin sayı
2016-cı il yanvarın 1 vəziyyətinə 9 milyon 705 min 600 nəfər olmuşdur.
Əsas demoqrafik proseslər ailədə baş verir. Odur ki, sosial amillərin
demoqrafik proseslərə təsiri məhz ailə vasitəsilə həyata keçirilir. Belə demək
mümkündürsə ailə əhalinin təkrar istehsalının özəyini təşkil edir, yəni ailə
cəmiyyətin, dövlətin əsasına təşkil etməklə bərabər iqtisadi, sosial, mədəni,
uşaq doğub tərbiyyə edilməsi və s. Funksiyaları yerinə yetirikməklə ölkənin
sosial – iqtisadi tərəqqisində mühüm rol oynayır.
Dövlətin məşğulluq siyasətinin səmərəliliyi onun cəmiyyətin əmək
potensialından tam istifadəyə, əmək qabiliyyətli əhalinin işgüzar fəallığını
yüksəldilməsinə yaratdığı şəraitin olmasında özünü təsdiq edir. Bu ölkə
vətəndaşlarının yoxsullaşmasının qarşısını ala, kütləvi işsizlik hallarını aradan
qaldırır, rəqabət mühitində işçilərin məhsuldar davranışını stimullaşdırır. Qısa və
orta dövrlər üçün nəzərdə tutulan sosial – iqtisadi inkişaf planlarında artıq
ehtiyatda işçi qüvvəsinin yüksəlməsinə qarşı məhsuldar məşğulluğun təmin
edilməsi üzrə tədbirlər işlənib hazırlanmalıdır.
36
Prof. M.X.Meybullayev “İqtisadi təhlükəsizlik nəzəriyyəsi” kitabında
yazır “Məşğulluq siyasəti əmək potensialından tam istifadəyə və əmək
qabiliyyətli əhalinin işgüzar fəallığına şəraitin təmin edilməsi istiqamətinə
yönəlməlidir”. Bu, əhalinin yoxsullaşmasının və kütləvi işsizliyin baş alıb
getməsinin qarşısını alır, rəqabət mühitində vətəndaşın məhsuldar davranışını
stimullaşdırır”
7
(21,səh.242). Ümumilikdə götürdükdə, orta müddət üçün
nəzərdə tutulan sosial- iqtisadi inkişaf proqramında müəssisələrdə artıq ehtiyac
olmadıqda artıq işçi qüvvəsi saxlanması və gizli işsizlik səviyyəsinin artmasına
qarşı məhsuldar məşğulluğun təmin edilməsi üzrə tədbirlər sistemi nəzərdə
tutulmalıdır. Söz yoxdur ki, bu problemlər makro, mezo və mikro səviyyələrdə
həll edilməlidir.
İqtisadi təhlükəsizlik məşğulluğun səmərəliliyi, məşğul olan əhalinin
əməyinin nəticələri, cəmiyyətin bütün üzvləri, o cümlədən uşaqlar, təqaüdçülər
əmək qabiliyyətini itirmişlərin, müvəqqəti işləməyənlərin və digərlərinin normal
həyat səviyyəsini təmin edə bilmək qabiliyyətindən asılıdır. Məşğulluq
makroiqtisadi tənzimlənmənin inteqral hissəsi, regionlarda və bütövlükdə ölkədə
sosial- iqtisadi problemlərin fəal və effektiv həlli vasitəsidir. Məşğulluğun təmin
edilməsində qeyri- dövlət sektorunun inkişafı genişlənməsi də müsbət rol
oynayır. Əmək bazarında mühüm sabitləşdirici amil olan yeni iş yerlərinin
yaradılmasında müxtəlif investisiya lahiyələrinə qeyri – ciddi münasibət ölkənin
iqtisadi təhlükəsizliyinə qarşı ciddi təhdid, təhlükə yarada bilər.
Əhalinin məşğulluq səviyyəsinin və insan resurslarından səmərəli
istifadənin yüksəldilməsi iqtisadi artımın və əhalinin maddi rifahının təmin
edilməsinin əsas amilləridir. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsi
bu məqsədlərə nail olmağın ən şərti kimi çıxış edir. Bazar iqtisadiyyatı öz –
özlüyündə obyektiv şəkildə işçi qüvvəsini rəqabət qabiliyyətinin daima
yüksəldilməsini zəruri edir. Bazar iqtisadi münasibətlərinin müasir vəziyyət
sürətli iqtisadi artıma nail olmuş ölkələrin təcrübəsi göstərir ki, rəqabətin
potensialindan istifadə əmək bazarı subyektlərinin məşğulluğun təmin
37
edilməsinin həllinədə əmək sferasında bazar mexanizmi imkanlarının tam
şəkildə həyata keçirilməsində mühüm şərtdir.
Rəqabət qabiliyyətlilik probleminin tədqiqi və öyrənilməsi bir sıra
beynəlxalq təşkilatların Beynəlxalq Menecment və inkişaf İnstitutu, Dünya
Bankı, Ümumdünya İqtisadi Forumun (ÜİF) və s. Tədqiqatlarının əsas
istiqamətlərindən biridir. Beynəlxalq Menecment və İnkişaf İnstitutu praktiki
olaraq, bütün dünyanın məlumatlarını təhlil edərək, rəqabət qabiliyyətlilik
sahəsində
tədqiqatlar
aparır. Azərbaycanda işçi qüvvəsinin rəqabət
qabiliyyətinin tədqiqində analoji, dəqiq elmi üsullar hələlik yoxdur. Bu
problemin işlənib hazırlanması tədqiqatların perspektiv istiqaməti olaraq qalır.
“İşçiqüvvəsinin rəqabət qabiliyyəti” anlayışının birmənalı izahı malik
olmaması və konkret fəaliyyət proqramlarının yaradılması üçün əsaslar
yaratmadan əsasən ümumi nəzəri kontekstdə istifadə edilməkdə davam etməsi
işçi qüvvəsinin rəqabət qabiliyyətinə fəal idarəetmə təsirinə mane olur.
Əmək bazarında rəqabət münasibətlərinin inkişafı məsələlərinin işçi
qüvvəsinin yenilənməsi və məşğulluq ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilməsi
xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə milli iqtisadiyyatın və işçi qüvvəsinin
rəqabət qabiliyyətinin qarşılıqlı asılılığını qeyd etmək lazımdır. Xaricdə
istiqamətdə böyük elmi tədqiqatlar aparılır. Bununla bağlı iqtisadi, elmi
ədəbiyyatda və beynəlxalq praktikada yaranmış “rəqabət qabiliyyətlilik” anlayış
əsas metodoloji yanaşmalar diqqət yetirək.
Dostları ilə paylaş: |