I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   2   3   4   5   6   7   8   9   ...   24
H-seynzad-Ceyhun

 
Şəkil 1 
“İnsan potensialı”, “əmək potensialı”, “İş qüvvəsi” və “İnsan kapitalı” 
anlayışları arasında qarşılıqlı əlaqə 
 
Təbii (genetik) 
qabiliyyətlər 
Təhsil 
Tərbiyyə 
Həyat təcrübəsi 
İnsan kapitalı 
İnsan
potensialı
Əmək potensialı 
İş qüvvəsi 


13 
İşçinin əmək potensialı onun digər potensiallarının və bütövlükdə əmək 
kollektivlərinin cəmiyyətin əmək potensialının əsasında durur. İşçinin əməyinin 
keyfiyyəti öz-özlüyündə hər şey demək deyildir. İşqüvvəsinin müəssisə və 
təşkilatlarının, cəmiyyətin real əmək potensialının çevrilməsi üçün müəyyən 
peşəkarlıq, əmək intizamı, iş rejimi, mütəşəkkəllik olmalıdır. Bu istiqamətdə 
əməyin 
təşkilinin, 
əməyin 
normalaşdırılmasının 
əmək 
fəaliyyətinin 
motivləşdirilməsinin ən mütərəqqi sistemləri tətbiq edilməlidir. Bunlar hər bir 
işçinin, eyni zamanda kollektivlərin öz əmək potensialını uğurla reallaşdırmağa 
əsas yaratmaqla bərabər bu fəaliyyəti düzgün, obyektin qiymətləndirməyə, əmək 
ölcüsü, əmək intensivliyi üzərində firmadaxili nəzarəti həyata keçirməyə imkan 
verir. 
İqtisadi ədəbiyyatlarda əmək potensialını xarakterizə edən əsas 
komponentləri aşağıdakılarla xarakterizə edilir: 
1) 
İctimai faydalı əmək fəaliyyətində iştirakı psixofizioloji imkanlığı; 
2) 
Normal sosial əlaqələrin qurulması imkanları; 
3) 
Posional davranış; 
4) 
Müəyyən vəzifələrin, öhdəliklərin və iş növlərinin yerinə 
yetirilməsi üçün zəruri bilik və vərdişlərin mövcudluğu; 
5) 
Yeni ideyaların, üsulların, yeniliklərin qazanılması imanları; 
6) 
əmək bazarının tələblərinə cavab verməsi, və s. 
Əmək potensialının əsas aspektlərini xaraterizə edən mühüm komponentlər 
bunlardır: 
- sağlamlıq; 
- mənəviyyat və kollektivdə işləmək bacarığı; 
- yaradıcılıq potensialı; 
- təşkilatçılıq və şəxsiyyətin hormanol xüsusiyyətləri; 
- təhsil; 
- peşəkarlıq; 
- fəallıq və təşəbbüskarlıq; 
- iş vaxtı ehtiyatları və s. 


14 
Bu komponentləri xarakterizə edən göstəricilər hər bir insana, hər bir 
müxtəlif kollektivə, o cümlədən müəssisənin şəxsi heyyətinə və bütövlükdə ölkə 
əhalisinə aid edilə bilər. Əmək potensialı şəxsiyyətin ümumi potensialının bir 
hissəsini təşkil edir və insan potensialının tərkib hissəsi olmaqla təbii qabiliyyət 
(genetik), təhsil, tərbiyyə, həyat təcrübəsi və əmək vərdişlərinə əsaslanır.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin