Problemin öyrənilə vəziyyətin: Əmək qabiliyyətli əhalinin məşğulluğunun
təmin edilməsi: İstehsal prosesində insanın rolunun müəyyənləşdirilməsi XX
əsrin ortalarından başlayaraq həmişə aktual problem kimi özünü göstərmişdir.
Bu istiqamətdə tədqiqatlar əsasən işçi qüvvəsi - əmək ehtiyatları- əmək
potensialı- insan potensialı istiqamətində, ardıcıllıqla bir çox iqtisadçı alimlər
tərəfindən aparılmışdır. Bu istiqamətdən iqtisadcı alimlərdən T.Ə.Quliyev,
Ş.M.Muradov, Ə.Q.Əlirzayev, M.Y.Sonin, P.P.Litriyakov, E.Q.Çistyakov,
A.E.Kotlyar, V.Q.Koatakov və başqaları işçi qüvvəsinin keyfiyyətinin
artırılması, əmək ehtiyatlarının formalaşması, idarəedilməsi və istifadəsinin
səviyyəsinin yüksəldilməsinə dair dəyərli tədqiqat işləri yerinə yetirmişlər.
Tanınmış alimlər həmçinin öz tədqiqatlarında əmək potensialının bu və ya digər
aspektlərini araşdırmışlar və bu istiqamətdə qiymətli fikirlər söyləmişlər.
Bazar münasibətləri şəraitində insan amilinin təzahür forması kimi əmək
potensialının aktuallığını nəzərə alaraq magistrr dissertasiyası işinin mövzusu
seçilmişdir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi müasir şəraitdə əmək
potensialının formalaşmasının nəzəri – metodoloji aspektlərinin araşdırmaqdan,
cəmiyyətdə əmək potensialının artırılması amillərinin və şərtlərinin
müəyyənləşdirilməsindən əmək potensialının artırılmasının səmərəliliyinin
qiymətləndirilməsindən ibarətdir.
Tədqiqatın
məqsədinə
uyğun
olaraq
aşağıdakı
vəzifələr
müəyyənləşdirilmişdir:
- Müasir iqtisadi münasibətlər şəraitində əmək potensialının müəyyən edilməsinin
elmi – nəzəri aspektlərinin tədqiq edilməsi;
- Əmək və insan potensialının tədqiqində müasir elmi yanaşmaların araşdırılması;
- Əmək
potensialının artırılmasına təsir edən amillərin və şərtlərin
müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Demoqrafik dəyişikliklərin əmək potensialının formalaşmasının və inkişafına
təsirinin öyrənilməsi;
5
- Əmək
potensialından
səmərəli
istifadənin
əmək
məhsuldarlığının
yüksəldilməsinə təsirinin müəyyənləşdirilməsi.