Təyin budaq cümləsi. Baş cümlədən sonra işlənən təyin budaq
cümlələri intonasiya və ki bağlayıcısı ilə bağlanır. İşarə əvəzliklə-
rinin işlənməsinə görə təyin budaq cümlələrinin müxtəlif növləri
meydana çıxmışdır: a) baş cümlədə elə işarə əvəzliyi buraxılır;
məs.:- Daş var kin, yonğarı yaxşı götürür (Şah.);-Həmən adamdı
ki, qonax saxladı bizi (Ağd.);- Bir bağımız var, gəzməx’nən qur-
tarmaz (Zər.);- Munun papağı varmış ki, yeddi qoyun dərisinnən
(B.) və s.
b) baş cümlədə elə işarə əvəzliyi iştirak edir;- Munun cijisi
bir elə pişmiş pişerer kin, yeməx’nən doymax olmor (Tov.);- Elə
quyun var ki, mayali dört də duğar, beş də duğar, duqquz da duğar
(Qb.). Belə cümlələrdə bəzən ki bağlayıcısı buraxılır; Gərək elə
yerdə yarmıyasan, alta: su çıxsın (Nax.);- Çöllər elə quruluxdu
ku, at yıxılsa çişi qopar (Qaz.);- O elə söz deyir ki, hansı kı bir
qəpix`lik mafıyatı yoxdu (Cəb.).
c) qərb şivələrində təyin budaq cümləsi və ya baş cümlə tək-
rarlanır;məs.:- Elə vaxt olordu kin, birədi əkerdik, elə vaxt olordu
kin, tək- tək əkerdik (Qaz.).
Mübtəda budaq cümlələrinə tapmacalarda tez-tez rast gəlinir;
məs.: Nə meyvədü güli yox, nə heyvandu dili yox (O.);- O nədü
ki, başın kəsməsən yeriməz (B.) və s.
Xəbər budaq cümləsi. Belə budaq cümlələrin komponentləri
daha çox intonasiya və ki bağlayıcı ilə əlaqələnir. Baş cümlənin
xəbəri əsasən o, bu işarə əvəzlikləri ilə ifadə olunur; məs.:- Dedi,
yaxşıdı bıdı, gedim imarata (B.Qk.); -Mə:də qalan odı ki, oları
oxudum bir yana çıxsınnır (Nax.);- Mə:m istədigim odu ki, pisluğ
olmasun (Qb.);- Pambığınkı, oydu ku, həməşə qulluğunda dura-
san (Qaz.);- O:n dediyi budu ki, yaxçi işdiyün (B.).
Şivələrdə baş cümlənin mübtədası bu, xəbəri isə o işarə əvəzlik-
ləri ilə ifadə olunur; məs.:-Bı da odı ki, naxoş oldum gəlmədün (S.).
Baş cümlənin xəbəri elə, belə, eləsi, burası, necə əvəzliyi ilə
ifadə olunur; məs.: Qızın yiyəsi necədi, qoyur qalsın dəli oğlun
yanında? (Şam.). Baş cümlədən əvvəl işlənən xəbər budaq cüm-
lələri az yayılmışdır. Belə cümlələr kim, nə, necə//hancarı sual
əvəzlikləri ilə qurulur. Bəzi cümlələrin xəbəri daha çox var, yox sözlərindən ibarət olur; məs.:- Uşax nə de:fsə, düzü odu (Tər.);-
İncə dərəsi yoxdumu, ordadı öyü (Qaz.) və s.
Naxçıvan qrupu şivələrində baş cümlədəki o əvəzliyi və ötrü,
üçün, görə, yana qoşmaları ilə ifadə olunan xəbəri izah edən xəbər
budaq cümlələri geniş yayılmışdır; məs.:- Şirin su onnan yanadır
kin, üzümləri şirinləşdirir (Cul);- Cil onnan ötrüdü ki, o ağaş yer-
də yaşayış eləyir, oynan su alır (Şah.).