Qarşılıq- güzəşt budaq cümləsi. Dialektlərdə qarşılıq- güzəşt
budaq cümləsi baş cümləyə əsasən –sa,-sə şəkilçisi, da, də ədatı və
ya nə qədər bağlayıcısı ilə bağlanır; məs.:- Nə qədər dedim, genə
getdi, sözümə baxmadı (Qub.);- Çoban nə qədər acıxlanıbsa itə, it
qəyitmiyibdi (Nax.);- Gəbə ömüzdə toxummor, əmbə toxuyannar
var (Qaz.);- Hərçəndi bu il yağış az oldu, əncağ bəhər də az olmadı
(B.);- Nağada o:n üzin dannadım, heç kar elemedi (Ab.);- Nə qə-
dər qardaşım yalvardı, sözünə baxmadım (Cəb.) və s. mənsil yığdıx (Qub.) və s.
Məqsəd budaq cümləsi intonasiya və bağlayıcılarla qurulur;
məs.:- Qarnənə durup dəpyə çıxıy, qorsın hənirti hardan gəliy
(Q.);- Selin qorxusundan adam içərdə öy tikitdi ki, sel tutmasın
(Ş.);- Hasar çəkif ki, bağa girməsinnər (Qub.);- Gedir ki, bir daş
gətisin salsın bı:n başına (Cəb.) və s.
Şərt budaq cümləsi. Dialektlərdə şərt budaq cümləsinin daha
çox –sa,- sə şəkilçisi ilə əmələ gəlir; məs.:- Havalar belə ulsa,
çetinnuğ ulmaz (Qb.);- Cəhəni buzov yesə, bir həfdə dolana bilər
(Nax.);- İki gün dalvadal yağsa, xeyri çox olar tasarfata (Tov.)
Şərt budaq cümləsinin əgər, əgənə, əgəm/əyəm/ə:r/ə:m bağ- layıcısı ilə bağlanan növü də işlənməkdədir; məs.:- Əgəm düz
desöv, səni dügmicağam (Qb.);- Ə:m maşın aşseydi, hamımız şil-
küt olardıx;- Əyəm yemirdin, niyə almısan (Qub.);- Əgər Bağır
mə:llim bilir, qoy danışsın (Şah.);- Əgər qulpi olsa, mıya bayda
diyədüğ (Ab.);- Ə:m o sizə:lə, dəfin işῖ:z düzəlir (Cəb.) və s.
Şərt budaq cümləsi baş cümləyə indi ki, madam ki, bir halda ki bağlayıcıları ilə də bağlanır; məs.:- Bir halda ki deyilən sözü
eşitmirsən, onda özün bil (Qub.).
Şərt budaq cümləsinin xəbəri şərt şəkilçisiz işlənən növünə də
rast gəlmək mümkündür; məs.:- Əgənə aton şə:rə gitdi, mənə də
diyərsən (Qb.);- Bir kişidən nə törüyüf, ona biz deyirik Nazarof
(Br.).
Naxçivan qrupu şivələrində bəzən –sa.-sə şəkilçili feilin əvə-
zinə qeyri- qəti gələcək zaman şəkilçili feil işlənir. Bu halda hə-
min feil şərt mənası ifadə edir; məs.:- Həmin daşdarı yığardın
(yığsa idin), bir yaxşı məx`dəb binası çıxardı ( 79a, s.192).
Qərb şivələrində -sa,- sə şəkilçisini bəzən şühudi keçmiş za-
manın şəkilçisi əvəz edir; məs.:- Ona fındıx tökördülər, kimin fın-
dığı artıx çıxerdi, o qlava olordu (Br.). Bəzi şivələrdə -dı şühudi
keçmiş zaman şəkilçisi – mı sual ədatı ilə birlikdə işlənir; məs.:-
Qar yağdımı, mal da çöle:tməz, qo:yn da (Çən.);- Vəli getdimi,
onu bil ki, gətirəcəy (K.) və s.
284
285
fərqlənir; məs.: düşmə ”təsadüfən əldə edilən əşya” (B.) -“sahib-
siz qaramal” (Ağd.), ələngə ”iri ağac” (Qub.) -“ətsiz sümük” (Şş.,
Qaz., Qərbi Azərb.), ziyrix` “çirkin” (Tov.)- “zirək” (Qaz.) və s.
Ədəbi dilin leksikasına münasibətinə görə, dialektizmlərin
müxtəlif növləri vardır: a) fonetik dialektizmlər; b) morfoloji dia-
lektizmlər; c) leksik dialektizmlər; ç) semantik dialektizmlər