Fonetik dialektizmlər ədəbi dildən yalnız fonetik formasına
görə fərqlənir. Bu zaman eyni semantikaya malik olan söz ədəbi
dildə və dialektlərdə fərqli şəkildə tələffüz olunur. Fonetik dia-
lektizmlər səs dəyişmələri, səs artımı və düşümü, səslərin yerdə-
yişməsi nəticəsində meydana çıxır; məs.: hayat, ciyar, ışıx, qavın,
bığda, boba, putax, tükan, çovan, yıl, haçar, murta və s.
Morfoloji dialektizmlər ədəbi dıldən morfoloji quruluşuna
görə fərqlənir. Ədəbi dildə və dialektlərdə eyni mövqedə müxtəlif
qrammatik formalar işlənir; məs.: alır (ədəbi dil) –aladu (dialekt),
gəlib (ədəbi dil) -gəlibəni (dialekt) və s. Assimilyasiya hadisəsi
də morfoloji dialektizmlərə uyğundur: yağırrıx, odunnar, qızdar,
qıymatdı, quşdar, qardaşdıx, naxışdı, süddü və s.
Leksik dialektizmlər dedikdə, ədəbi dildə qarşılığı olan di-
alekt sözləri nəzərdə tutulur. Yəni eyni məna ədəbi dildə və dia-
lektlərdə müxtəlif sözlərlə ifadə olunur; məs.: gödək (ədəbi dil)
-mimig (Qb.), tumurcuq- mıcır (Şam.), çovğun-silhan (Qərbi
Azər.), nəsil- turun (Şş.), qoruq-xam (Qaz.) və s.
Semantik dialektizmlər o zaman meydana çıxır ki, ədəbi
dildəki söz fonetik tərkibini dəyişmədən dialektlərdə başqa mə-
nalarda işlənir; məs.: zing ”üzüm salxımınin bir hissəsi” (B., S.),
meşə ”gön qurudulan yer” (Ş.), hava ”evin örtüyü” (Bl.), ərik
”alça” (Qb.) və s.
Dialekt leksikası ilə ədəbi dil leksikası yüzilliklər boyu bir-bi-
rinə qarşılıqlı təsir göstərmişdir. Ədəbi dilin lüğət tərkibinin
formalaşmasında dialektlər əsas rol oynamış, daim onu zəngin-
ləşdirmişdir. Ədəbi dildə zərurət yarandığı halda, dialekt sözləri
ədəbi dilə keçmiş ( daha çox bədii əsərlərin vasitəsilə), tədricən
Leksika
Dialektlərin lüğət tərkibi.
Dialektlərin lüğət tərkibi qədim və zəngindir. Dialektlərin lek-
sikası dedikdə, ədəbi dildə işlənməyən dialektlərə xas olan sözlər
nəzərdə tutulur. Dialekt sözləri zaman -zaman ədəbi dilə keçmiş,
norma səviyyəsinə yüksəlmiş, ədəbi dil leksikasını zənginləşdirən
əsas mənbə olmuşdur. Dialektlərin lüğət tərkibinə daxil olan söz-
ləri iki qrupa bölmək olar:
1.Ədəbi dillə ümumi olan leksika
2. Spesifik leksika (xalis dialekt sözləri, məhəlli sözlər)
Ədəbi dillə ümumi olan leksika ümumxalq səciyyəli sözləri
əhatə edir. Belə sözlərin işlənməsində ərazi məhdudluğu yoxdur;
məs.: mən, sən, əl, torpaq, su, get- mək, bilmək, danışmaq və s.
Spesifik leksikaya məhdud ərazidə işlənən, ədəbi dilin lüğət
tərkibinə daxil olmayan məhəlli sözlər aid edilir; məs.: püsəx`”-
narın yağış”( Qaz.),arğaz “arıq” (Qaz., Tov.,Ş.), zirəzə “cəftə”
(Qaz.,Tov.), bosağa “astana” (Lən.), qəzilləməx` ”aldat- maq”
(Nax., Ord., Şr., Zən., Cəb.) və s. Spesifik dialekt sözləri işlənmə
arealına görə iki qrupa bölünür:
a) yalnız bir dialektdə işlənənlər; baxım’’ halal’’( Ş.), bəqah
‘’igid’’ (Qb.), qəzim “tənək basdırılan yer’’ (S.), qətdəl ‘’xain’’
(Təb.), kəpirli ‘’daşlı’’ (Zən.), kəryə ‘’dost- tanış’’ (Qaz.), sar ‘’
böyük ağac’’ (Ord.) və s.
b) bir neçə şivədə işlənənlər: törə “gödək” (Şam., Ord., Qaz.,
Şş., B.), ütüx` ”hiy- ləgər” (Ağ., Ord., Laç., Cəb.), dağar “lovğa”
(B., Şam.,Tov., S., Sab.), dingə “başa bağlanan sarı parça” (Şam., G.,
Qaz., Ord.), yava “pis” (Sab., Sal., Şah., Cul., Kəl., Laç., Kr.) və s.
Dialekt sözlərinin əsas əlaməti məhdud ərazidə -bir və ya bir
neçə yaşayış məntəqəsində yayılmasıdır. Bu cəhətdən şivələrdə
müxtəliflik mövcuddur. Bir şivədə və ləhcədə işlənən dialekt sözü
digər şivələrdə başqa məna ifadə edir və ya fonetik cəhətdən ondan
286
287
Balıqçılığa və gəmiçiliyə aid terminlər Bakı, Muğan və Lənkəran
şivələrində, bağçılığa aid terminlər Quba, Zaqatala və Qax şivələ-
rində, maldarlığa aid terminlər Qarabağ və Gəncəbasar şivələrin-
də, əkinçiliyə aid terminlər daha çox qərb şivələrində, ipəkçilik,
baramaçılıq şimal-qərb şivələrində inkişaf etmişdir. Düzdür, bu
sənət növləri ilə digər bölgələrdə də məşğul olsalar da, qeyd
edilən ərazilərdən zəifdir.
Dostları ilə paylaş: |