Səbəb budaq cümləsinin müxtəlif tipləri yayılmışdır. Budaq
cümlə baş cümlə ilə intonasiya və səbəb bağlayıcıları ilə əlaqələ-
nir. Baş cümlədən sonra işlənən səbəb budaq cümlələri daha çox
intonasiya vasitəsilə əmələ gəlir; məs.:- Mən doxdurun yanına
cedəmmirəm, əhvalım xarapdı (Cul.);- Söylətmə məni, çışım ağ-
reir (Qaz.); -Mağıl söz danşammeyrım mən, niyə ki oxumamışım
(Daş.);- Hindi dünya çux əmin- di, una gürə ki, işdər yaxşı ulub
(Qb.);- O:nçün gejix`dim kin, maşının təkəri partlamışdı (Qub.);-
Taxılı piçəndə əlimizə barmaxçılıx gerik kin, orax əlimizi kəsmə-
sin ( Qaz.) və s.
Baş cümlədən əvvəl işlənən səbəb budaq cümlələri bağlayıcı-
larla (deyin//deyə, ki) və bağlayıcı sözlərlə qurulur; məs.:- Yaram
yoxuydu de:n, mən durdum özümü sazladım (Tov.);- Uşağ nə de-
disə, kişi düşdi üssinə (Ağs.);- Yaxşı bejərmişix` deyin, yaxşı da
Tərzi-hərəkət budaq cümləsininşivələrdə müxtəlif növləri
işlənməkdədir; a) Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir.
Baş cümlədə elə, belə, o qədər, necə əvəzlikləri təyinin «qəlibi»
kimi çıxış edir; məs.:- Yetimi (şüşəsiz lampa) elə apar, küləx’ sön-
dürməsin (Zər.);- Üzümə helə bozardı ki, dedi:mə peşman oldum
(Qub.).
b) tərzi- hərəkət budaq cümləsi baş cümləyə intonasiya ilə
bağlanır; məs.:- Filankəs filankəsi elə döydü, ünü ə:ləmə yetdi
(Şah.);- İslam elə qaçe:r, yıxılsa dığırranar ça: düşər (K.)
c) tərzi- hərəkət budaq cümləsinin əvvəlində elə bil sözü işlə-
nir; məs.:- Əhmədin üz- gözü elə qaralmışdı ki, elə bil tulambar-
dan çıxıb ((Nax.);-Daş Salah- lıda dirədöyməyi elə oynollar ki,
elə bil davadı (Qaz.) və s.
ç) baş cümlənin xəbəri sintaktik təkrarlar əasında qurulur;
məs.: Bu bir kökəlməx› kökəlif, gəl görəsən (Şəm.);- Sel çaynan
ele:z(d)ir- ele:z(d)ir, qa:ları yerinnən qoparda- qoparda (K.)
Zaman budaq cümləsi. Baş cümlədən sonra işlənən zaman
budaq cümlələri şivələrdə az yayılmışdır; məs.:- Onda çatdım
ki, su dolub öyə (Ağs.) və s. Bəzi şivələrdə əksər hallarda za-
man budaq cümləsinin əvvəlində elə ki, o zaman ki kimi sözlər
işlənmir; məs.:- Mart ki oldu, əvdə bir adam tapılmaz, hammısı
işdəməyə gedər (Şah.);- Elə ki, no:ruz gəldi, ota- çöpə urusxat
veriler (Qaz.) və s.
Baş cümlədən əvvəl işlənən zaman budaq cümlələri baş cüm-
ləyə müxtəlif bağlayıcı sözlərlə bağlanır. Buna görə də şivələrdə
müxtəlif tipləri yayılmışdır; məs.: -Haçağuşaq olara gedir; ya
arvad qabağına qatıb gətirir, ya kişi, ya gəlin (A.);- Havax yuxum
gəldi, unda yatıram (Ş.);- Ha vax soruşsam, onda cuğab verərsən
(B.) - Nə vax desə, o gün yollaram (Qaz.);- Neçə ki gəlməmişdi,
gözdüyürdülər (Cəb.).
Zaman budaq cümləsinin baş cümləyə intonasiya ilə bağlanan
tipi də şivələrdə geniş yayılmışdır; məs.:- O gələjəx`- gəlmiyəjəx`,
yenə də başımıza od ələnəjəx` (Cəb.);- Gənə qayıdacağ-qayıda-