Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə20/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   16   17   18   19   20   21   22   23   ...   352
 
 
 
 
 
 
 
 


27 
I. GENETİKA, SELEKSİYA VƏ TOXUMÇULUQ
 
UOT 633/635:631.52 
YUMŞAQ BUĞDA SELEKSİYASINDA ƏLAMƏT 
KOLLEKSİYALARININ ƏHƏMİYYƏTİ 
A.M.Abdullayev
1-2
, S.M.Məmmədova
1-2
, S.K.Hacıyeva
1
 
1.KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Az.1098, Bakı ş., Sovxoz №2 
2.AMEA Genetik Ehtiyatlar İnstitutu, Az.1106, Azadlıq 155, tel.: 5516130 
sevka_m@yahoo.com
Məqalədə 2014-2015-ci illərdə suvarma şəraitində yumşaq buğdanın 616 
yerli və introduksiya olunmuş müxtəlif coğrafi mənşəli sortnümunələrinin kompleks 
tədqiqi nəticəsində seçilmiş yüksək təsərrüfat əhəmiyyətli əlamətlərə malik 160 
nümunənin dən keyfiyyəti və məhsuldarlıq göstəriciləri haqqında məlumat 
verilmişdir. Tədqiqatlar nəticəsində yüksək keyfiyyət və məhsuldarlıq, müsbət 
biomorfoloji əlamətlərin daşıyıcıları olan 15 yumşaq buğda nümunəsi seçilərək 
qiymətli genetik material kimi əlamət kolleksiyaları yaradılmış və seleksiya 
proqramına daxil edilmişdir. 
 
Açar sözlər:
seleksiya, kolleksiya, introduksiya, yumşaq buğda, keyfiyyət, 
məhsuldarlıq
 
Ключевые слова:
селекция, коллекция, интродукция, мягкая пшеница, 
качествo, урожайность
 
Key words: 
breeding, collection, introduction, bread wheat, quality, productivity
 
Hazırda qlobal iqlim dəyişikliyi və stress amillərinin artması fonunda yüksək 
məhsuldarlıq potensialına, texnoloji-keyfiyyət göstəricilərinə malik və hər cür 
ekstremal şəraitdə stabil məhsul verə bilən ekoloji plastik sortların yaradılaraq 
istehsalata tətbiqi ən aktual məsələlərdəndir. 
Tədqiqatlarla müəyyən edilmişdir ki, yeni sortların yaradılmasında başlanğıc 
material son dərəcə mühüm əhəmiyyət kəsb edir. 
Hələ 1958-ci ildə buğda genetikası üzrə I beynəlxalq simpoziumda A.T. 
Puqsley ilkin seleksiya materialının alınması, qiymətli genetik əlamətlərin 
saxlanması və həmçinin mövcud sortlarınyeniləri ilə zənginləşdirilməsi üçün əsas 
olan genetik kolleksiyaların qorunub saxlanmasının vacibliyi məsələsini 
qaldırmışdır [1]. 
İlk dəfə seleksiya elminə başlanğıc material haqqında təlim və anlayışı 
akademik N.İ.Vavilov ğətirmiş, başlanğıc materialı seleksiyanın bünövrə daşı 
adlandıraraq yeni məhsuldar sortların yaradılmasında xüsusi önəmə malik olmasını 
vurğulamışdır [2]. 
Gələcək nəsil seleksiyaçılarüçün elmi tədqiqat müəsissələrində mövcud olan 
genetik fondun əhəmiyyəti və əlamət kolleksiyalarının qorunub saxlanması 
zəruriliyi öz aktuallığını hazırda da qoruyub saxlayır.


28 
Mədəni bitkilər və yabanı əcdadlarının fenotipik (əlamət) kolleksiyalarının 
seçilməsi və toplanması, məlum genetik əlamətlərə malik xəttlərin yardılması
sonradan fundamental və tətbiqi məqsədlərdə istifadəsi üçün onların spesifik gen 
fondunun saxlanmasına zəmanət verir [3; 4]. Əlamət (fenotipik) kolleksiyaları 
adətən fenotipik cəhətdən fərqlənən formaların istifadəsi ilə növ və sort 
kolleksiyaları əsasında bir qayda olaraq genbanklarda və ya tədqiqat 
müəssisələrində yaradılır. Belə kolleksiyaların əsasını tədqiqatçını maraqlandıran 
əlamətləri aydın ifadə olunan sortların yığımı təşkil edir [5; 6]. 
Müxtəlif bitki növlərinin öyrənilməsi üzrə tədqiqatlarla müəyyən edilmişdir ki, 
introduksiya olunan sortların hamısı öz bioloji potensialını realizə edə bilmir və 
becərmə şəraitinə uyğunlaşmış yerli sortların yaradılması üçün seleksiya işlərinin 
aparılması xüsusi əhəmiyyət kəsb edir. Seleksiya üçün eyni bitkinin - vegetasiya 
dövrünün uzunluğu; ayrı-ayrı inkişaf fazalarının (vegetasiya dövrünün strukturu) 
baş verməsi; məhsulu (məhsulun strukturunu) müəyyən edən kəmiyyət 
əlamətlərinin xarakteristikası; vegetativ əlamətlər; quraqlığa davamlılıq (torpaq, 
atmosfer və s.); bitkilərin aşağı temperatura münasibəti, payızlıqlar üçün 
qışadavamlılıq; çiçəkləmə xüsusiyyətləri; müxtəlif növ xəstəlik və zərərvericilərə 
davamlılıq; mexanikləşdirilmiş yığıma yararlılığı müəyyən edən yatmaya, dən 
tökülməsinə və s. davamlılıq; məhsulun biokimyəvi tərkibinə -zülal, nişasta, yağ və 
s.-də fərqə görə müxtəlif torpaq iqlim şəraitində becərilmə xarakteristikası məlum 
olmalıdır. 
A.Abdullayev və M.Şixoyev payızlıq yumşaq buğdanın perspektiv xətt və
sortlarından ibarət olan seleksiya materiallarını tədqiq edərək qiymətləndirmiş və 
onlardan hibridləşmədə istifadə edərək müsbət təsərrüfat əlamətlərinə malik sortlar 
yaratmışlar (Tərəqqi, Bəyaz, Murov və s.) [7]. 
Ədəbiyyat məlumatlarının təhlili və apardığımız tədqiqatlar başlanğıc 
materialın düzgün seçilməsi, əlamət kolleksiyalarının yaradılması və onların 
məqsədyönlü olaraq hibridləşməyə cəlb edilməsinin gələcəkdə yüksək məhsuldar 
sortların yaradılmasının əsasını təşkil etdiyini göstərir. 
Bu məqsədlə ƏkinçilikElmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə 
Təsərrüfatında 2014-2015-ci illərdə suvarma şəraitində tədqiqatlar aparılmışdır. 
Abşeron yarımadasında torpaq örtüyü bircinsli olmayıb, əsasən qida elementləri ilə 
zəif təmin olunmuş boz-qonur torpaqlardan ibarətdir. Bu tip torpaqların mexaniki 
tərkibi əsasən gilli, qumsal və zəif struktura malikdir. Torpaq məhlulunun mühiti 
qələvi olmaqla, onun bütün qatlarının karbonatlı olması ilə səciyyəvidir [8].
Tədqiqat illərində kolleksiya pitomnikində yumşaq buğdanın 616 yerli və 
introduksiya olunmuş müxtəlif coğrafi mənşəli sortnümunələri öyrənilmişdir. 
Səpin, sələf paxlalı bitkilər olmaqla oktyabr ayının üçüncü, noyabr ayının birinci 
ongünlüyündə aparılmış, kütləvi cücərtilər noyabr ayının birinci və ikinci 
ongünlüyündə müşahidə edilmişdir. Hər bir nümunə 1m
2
sahədə səpilmiş, standart 
olaraq yerli Aran sortu götürülmüşdür. 
Vegetasiya müddətində təcrübə sahəsində qulluq işləri bölgə üçün müəyyən 
edilmiş aqrotexnikaya uyğun şəkildə həyata keçirilmiş, səpinlə birlikdə hektara 
100 kq kompleks gübrə (nitrofoska), erkən yazda kollanma fazasında hektara 


29 
təsiredici maddə hesabı ilə 90 kq azot gübrəsi (NH
4
NO
3
) verilmişdir. Vegetasiya 
dövründə iki dəfə suvarılma (sünbülləmə mərhələsinin başlanğıcı, dənin 
formalaşması mərhələsində) aparılmışdır. 
Tədqiqat illərində yüksək aqronomik xüsusiyyətlərinə və xəstəliklərə 
davamlılığına görə seçilmiş yerli və müxtəlif coğrafi mənşəli 160 yumşaq buğda 
nümunələrində dənin keyfiyyət göstəriciləri qəbul edilmiş metodikalar əsasında 
təyin edilmişdir [9; 10]. 
Tədqiq edilən yumşaq buğda nümunələri standart sortla müqayisə edilmiş, 
dənin keyfiyyət göstəricilərinə, məhsuldarlığa və müsbət biomorfoloji əlamətlərə 
(optimal və bərabər boyluluğa, gövdənin diametrinə, sünbül altlığının uzunluğuna, 
buğumlararası məsafələrə, yatmaya davamlılığıa və s.) görə fərqlənən nümunələr 
qruplaşdırılaraq təhlil edilmişdir (Cədvəl 1; 2). 
Tədqiqat illərində iki illik orta göstəricilərə əsasən öyrənilən yumşaq buğda 
nümunələrinin 72%-i dənin şüşəvariliyinə görə standartdan (68,5%) yüksək (70-
98%), 28%-i isə aşağı (unlu-59,5%) göstəriciyə malik olmuşdur. Sortnümunələrdə 
illər üzrə orta göstəricilərdən kənarlaşma 0,7-40,3% təşkil etmişdir. Dənin 
şüşəvariliyinə görə illər üzrə orta göstəricilərdən kənarlaşma standart Aran sortunda 
(orta 68,5%)-20,5%, tədqiq edilən digər nümunələrdən:-TT.09214/3 (98%)-2,8%; 
Ləyaqətli 80 (95,5%.)-6,4%; SG.RU.24 (SİMMİT) (87,5%)-6,4% və s. təşkil 
etməklə standartla müqayisədə bu əlamətə görə yüksək göstəricilərlə illərə qarşı 
neytral 
reaksiya 
göstərmişlər. 
17
th
FAWWON-IR. 
N14 
(SİMMİT); 
SG4.7063(SİMMİT); TJB.801.1332/CUPE (Türkiyə) və s. sortnümunələrdə isə 
unlu olmaqla aşağı olmuşlar. İllərdən asılı olaraq orta göstəricilərdən kənarlaşma 
sortnümunələrin 65,5%-də 6,4-40,3%; 34,5%-də 0,7-3,5% olmuşdur. Bu 
kənarlaşma Nota (Krasnodar)-40,3%; Aran (Azərbaycan)-20,5%; Qırmızı gül 1 
(Azərbaycan)-26,2% və s. sortlarda kifayət dərəcədə yüksək olmuşdur. 
Kleykovinanın elastiklik xassələri ilə xarakterizə olunan və digər göstəricilərlə 
yanaşı eyni zamanda kleykovinanın deformasiya əmsalı (KDƏ) ilə müəyyən edilən 
keyfiyyəti bəzi sortnümunələrdə illərdən asılı olaraq kəskin fərqlənmiş və 
nümunələrin 27,6%-i standartdan (96,4%) yüksək (87,1-95,7%), 72,4%-i isə 
standartdan aşağı (96,6-112%) göstəriciyə malik olmuşdur. 
Bu göstərici TJB.801.1332/CUPE (Türkiyə)-87,1; Nota (Krasnodar)-86,1; 
Aran (Azərbaycan)-97,6; Pərzivan 2 (Azərbaycan)-93,2 və s. nümunələrdə 
qənaətbəxş olmuşdur. Kleykovinanın deformasiya əmsalına görə illərdən asılı 
olaraq orta göstəricilərdən kənarlaşma sortnümunələrin 51,7%-də 4,1-19,6%; 
48,3%-də 0,7-4,0% olmuşdur. Bu kənarlaşma Nota (Krasnodar)-19,6%; 
TSXA.PUAN 1ha76 (Dərbənd)-13,3%; 17
th
FAWWON-IR. N37 (SİMMİT)-9,0%; 
Lütessens 2656 (Rusiya)-9,0 % və s.-də daha çox olmuşdur. 
Çörəyin keyfiyyətini şərtləndirən əsas göstəricilərdən biri olan sedimentasiya 
miqdarına görə tədqiq edilən yumşaq buğdaların əksəriyyəti (82,7%-i) standart 
Aran sortundan (33,7ml) üstün (34,5-52,5ml), 17,3%-i isə aşağı (31,5-33,0ml) 
göstəriciyə malik olmuşlar. Nisbətən yüksək göstəricilərlə Bezostaya 1 (Rusiya)-
52,5ml; 17
th
FAWWON-IR. N37 (SİMMİT)-45,7ml; 11
th
FAWWON.KN
149-193 
(SİMMİT)-45,7ml; yerli nümunələrdən isə Azəri-44,4ml; Pərzivan 2-43,5ml; 


30 
Yeganə-42,0ml və s. fərqlənmişlər. Digər göstəricilərlə müqayisədə illərdən asılı 
olaraq orta göstəricilərdən kənarlaşma sortnümunələrin 62,1%-də standartdan 
(3,2ml) az (0,0-2,5ml); 37,9%-də isə (Olviya-9,3ml istisna olmaqla) 4,2-6,7ml 
arasında dəyişərək, o qədər də çox olmamışdır. 
Kleykovinanın miqdarına görə nümunələrin 37,9%-i standartla (34,2%) eyni 
və yüksək (34,2-37,2%), 62,1%-i isə aşağı (28,0-34,0) göstəriciyə malik olmuşdur. 
Xarici mənşəli nümunələrdən Fin buğdası (Finlandiya)-37,0%; FAWWON.KN
149-
193 
(SİMMİT)-36,0%; Bezostaya 1 (Rusiya)-36,8%; Olviya (Odessa)-34,6%; yerli 
nümunələrdən isə TT.09214/3-37,2%; Azəri-35,2%; Mirbəşir 128-35,9% və s. 
kleykovinanın miqdarına görə standartdan yüksək, 17
th
FAWWON-IR. N14 
(SİMMİT)-28,8%; 17
th
FAWWON-IR. N37 (SİMMİT)-30,6% və s. isə aşağı 
göstəriciyə malik olmuşlar. Bu göstəriciyə görə də orta göstəricilərdən kənarlaşma o 
qədər də çox (0,0-6,2) olmamışdır. 
Tədqiqat illərində zülalın miqdarı nümunələrin 58,6%-də standartdan 
(12,8%) yüksək (13,1-15,5%), 41,4%-də isə standartdan aşağı (10,9-12,5%) 
göstəriciyə malik olmuşdur. Xarici nümunələrdən FAWWON.KN
149-193 
(SİMMİT)-
14,5%; Bezostaya 1 (Rusiya)-14,3%; Olviya (Odessa)-13,3%, yerli nümunələrdən 
isə TT.09214/3-15,0%; Azəri-14,9%; Mirbəşir 128-14,0% və s. zülalın miqdarına 
görə standartdan yüksək, Ləyaqətli 80 (Azərbaycan)-10,9%; 17
th
FAWWON-IR. 
N37 (SİMMİT)-11,9%

Renan (Fransa)-11,4% və s. aşağı göstəriciyə malik 
olmuşlar. Bu göstəriciyə görə də orta cöstəricilərdənkənarlaşma o qədər də çox 
olmayaraq 0,1-1,5 təşkil etmişdir. 
Eyni aqrotexniki tədbirlər fonunda bəzi (1000 dən kütləsi, KDƏ) keyfiyyət 
göstəricilərinin illərdən asılı olaraq dəyişməsi onların formalaşmasında iqlim 
şəraitinin və sortnümunələrin bioloji xüsusiyyətlərinin mühüm rol oynadığını 
deməyə imkan verir. Analoji nəticələr digər tədqiqatçılar tərəfindən də qeyd 
edilmişdir [11; 12]. 
Sortnümunələrdə 1000 dən kütləsi və 1m
2
sahədə olan bioloji məhsuldarlıq 
tədqiq edilmişdir. Standart Aran sortunda 1000 dənin kütləsi 40,2 q., məhsuldarlıq 
720 q. olduğu halda, nümunələrin 65,5%-i 1000 dənin kütləsinə görə standartdan 
üstün (40,3-47,7 q.), 34,5%-i isə aşağı (38,5-30,1q.); vahid sahədən məhsuldarlığa 
görə isə 86,2%-i 748,5-1099q-la standartan yüksək, 13,8%-i isə aşağı (522,5-710q.) 
gösəricilərə malik olmuşdur. Tədqiq edilən yerli nümunələrdən TT.09214/3 1000 
dən kütləsi-47,7 q.; məhsuldarlıq-795 q.; uyğun olaraq Murov-44,0 q.; 1030 q.; 
Pərzivan 2-42,9q.; 748,5q.; xarici nümunələrdən isə uyğun olaraq 13
th
IWWYT-
IR.N51 (SİMMİT)-46,3q.; 1099q.; Lütessens 2656 (Rusiya)-43,9; 1030q. və s. bu 
göstəricilərə görə standartdan yüksək, uyğun olaraq AB.01704/2-4-1 (Azərbaycan)-
34,9q. ;587q.; 17
th
FAWWON-IR. N15 (SİMMİT)-38,5q.; 705q. və s. aşağı 
göstəricilərə malik olmuşlar. 1000 dənin kütləsinə görə illər üzrə orta 
göstəricilərdən kənarlaşma bir sort (TSXA.PUAN 1 ha 76 (Dərbənd)-6,1q.) istisna 
olmaqla digər nümunələrdə o qədər də çox (0,1-3,8 q.) olmamışdır. Məhsuldarlıq 
göstəricisinə görə standart Aran sortunda bu kənarlaşma 84,8 q. olduğu halda, 
nümunələrin 72,4-%-də (5,6-76 q.) standartdan aşağı; 27,6%-də isə yüksək (106-
214 q.) olmuşdur.


Cədvəl 1 
Keyfiyyət göstəricilərinə görə fərqlənən yumşaq buğda nümunələri (2014-2015-ci illər) 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin