402
aydın görünər. Belə ki, becərmə amilləri birgə tətbiq edildikdə onlar qarşılıqlı şəkildə
öz təsirlərini daha da artırır və nəticədə məhsulun formalaşması
üçün daha əlverişli
şərait yaranır. Səpin müddəti və normasını düzgün müəyyən etməklə payızlıq yumşaq
buğda sortlarının məhsuldarlığını və iqtisadi səmərəliliyini yüksəltmək mümkündür.
Payızlıq buğdanın məhsuldarlığına təsir edən amillərin öyrənilməsi ilə bir çox
tədqiqatçılar məşğul olmuşlar. İstinad olunan ədəbiyyatlardan məlumdur kİ,
yüksək
dən məhsulunun formalaşması bilavasitə struktur göstəricilərinin səviyyəsindən
asılıdır. Belə ki, məhsulun struktur göstəriciləri nə qədər yüksək olarsa, məhsuldarlıq
da bir o qədər yüksək olar[1,2].
Becərmə amillərinin bitkinin struktur elementlərinə
təsirini müəyyən etmək
üçün yetişmə fazasında variantlar və təkrarlar üzrə bir kvadrat metr sahədə bitkilər
kökündən çıxarılmış və ayrılıqda onlar üzərində struktur analizləri aparılmışdır. Bu
zaman bir kvadrat metrdən çıxan biokütlənin çəkisi, 1000 dənin kütləsi, bir kvadrat
metrdə olan məhsuldar gövdələrin sayı, bir sünbüldə olan dənin sayı, sünbülcüyün
sayı, bir kvadrat metdrən çıxan dənin kütləsi və təsərrüfat faydalılıq əmsalı müəyyən
edilmişdir.
Dostları ilə paylaş: