Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


INFLUENCE OF CULTIVATION FACTORS ON THE STRUCTURAL



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə256/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   252   253   254   255   256   257   258   259   ...   352
 
INFLUENCE OF CULTIVATION FACTORS ON THE STRUCTURAL 
ELEMENTS OF THE WINTER CEREALS
 
 
Sh.H.Ahmedov 
Azerbaijan Research Institute of Crop Husbandry 
 
The article confers about the influence of the growing factors on the structural 
elements of the intensive winter wheat crops Azametly-95 and Aran. According to the 
results, the highest indexes for the both varieties were obtained by sowing 4,0 million 
germinating seeds per hectare in the first decade of November and in the third 
decade of October on the background of N
60 
P
40
 + 15 tons manure. 
 
UOT 631;631.58;631.582 
 
SƏLƏF, QİDALANMA ŞƏRAİTİ VƏ SƏPİN NORMASININ PAYIZLIQ 
BUĞDA SORTLARINDA DƏNİN FİZİKİ XÜSUSİYYƏTLƏRİ VƏ SƏPİN 
KEYFİYYƏTİNƏ TƏSİRİ 
 
A.M.ƏLİYEV 
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098, Pirşağı qəs. Sovxoz 2, Bakı 
 
Məqalədə sələf, qidalanma və səpin normasının payıxlıq yumşaq buğdanın Azəri 
və Əkinçi 84 sortlarının dəninin fiziki öüsusiyyətləri və səpin keyfiyyətinə təsirinin 
tədqiqindən bəhs edilir. 
 
Açar sözlər: 
payızlıq buğda, sələf, səpin norması, gübrə norması, şüşəvarilik, 
cücərmə enerjisi, cücərmə qabiliyyəti 
Ключевые слова:
озимая пшеница, предшественник, норма высева, норма 
удобрения, стекловидность, енергия прорастания, прорастание 
Key words:
winter wheat, predecessors, sowing rate,fertilizer rate, vitreousness, 
germination energy, germination
Hələ çox qədimdən sortların yaxşılaşdırılması ilə məşğul olmuş xalq 
seleksiyaçıları məhsuldarlığı artırmaq məqsədi ilə iri, sağlam, açıq rəngli, qurluşca 
bir-birinə oxşar, yüksək həyat qabiliyyətinə malik sağlam toxumları seçmiş əkin 
materialı kimi istifadə etmişlər. 


408 
XX əsrin sonlarında görkəmli təbiətşünas Həsən bəy Zərdabi dənli bitkilərin 
toxumlarının seçilib becərilməsinə, onların aqrotexnikasına böyük diqqət yetirmiş, 
onun əldə etdiyi buğda, arpa və ağ darı sortlarının toxumları 1889-cu ildə Tiflisdə 
açılmış kənd təsərrüfatı sərgisində nümayış zamanı xüsusi diplom və medala layiq 
görülmüşdür.
Ədəbiyyat məlumatlarına görə buğda bitkisi dünya əhalisinin qida kalorisinə 
olan təlabatının demək olar ki, 20%-ni təmin edir və yer kürəsində məskunlaşan 
insanların 35%-nin əsas qida mənbəyini təşkil edir.
ABŞ və digər inkişaf etmiş ölkələrdə bu istiqamətdə geniş tədqiqatlar aparılaraq 
müxtəlif aqroekoloji şəraitiə uyğun, yüksək dən məhsuluna və texnoloji keyfiyyət 
göstəricilərinə malik buğda bitkisinin modeli işlənib hazırlanmışdır.
Görkəmli seleksiyaçı P.P.Lukyanenko (1973) qeyd etmişdir ki, yeni sortun 
yaradılması hər şey demək deyil, kəndliyə sortu əsas becərilmə xüsusiyyətləri haqda 
biliklərlə birgə çatdırmaq lazımdır [1]. 
Bu fikri bir çox tədqiqatçılar təsdiq edir. Payızlıq buğdanın məhsuldarlığını 
artırmaq üçün tətbiq olunan aqrotexniki tədbirlər kompleksində ən elverişli səpin 
müddəti və normasını düzgün təyin etməyin böyük əhəmiyyəti vardır [2; 3; 4]. 
Məhsuldarlığı müəyyənləşdirən ən əsas aparıcı göstəricilərdən biri də 1000 
dənin kütləsidir. Bu göstərici əsasən genetik determinasiyaya malik olsa da xeyli 
dərəcədə torpaq iqlim şəraitindən asılıdır [5; 6]. 
Vebyakin В.М. və digərləri çox ciddi sürətdə qeyd edirlər ki, dənin şüşəvariliyi 
və dəndə zülalın miqdarı çox vaxt bitkinin becərilmə şəraitindən asılı olur.
Son zamanlar dünyada ərzaq qıtlığının baş verməsi nəticəsində taxılın və taxıl 
məhsullarının qiyməti xeyli bahalaşmışdır.
Bu proseslərin qarşısını almaq üçün ölkəmizdə taxıl bolluğu yaratmaq və ərzaq 
təhlükəsizliyinitəmin etmək məqsədi ilə vahid əkin sahəsindən daha yüksək məhsul 
istehsal edilməsi fermerlərin qarşısında duran vacib məsələlərdən biridir.
Bunları nəzərə alaraq tədqiqatımızın əsas məqsədi Qarabağ düzənliyinin boz-
çəmən torpaqlarında becərmə üsullarının yeni intensiv payızlıq buğda sortlarının dən 
məhsuldarlığı və toxum çıxımına təsirinin öyrənməsi olmuşdur.
Payızlıq buğda sortlarından yüksək dən və kondisiyalı toxum məhsullarının 
alınmasını təmin edən əsas nizamlanan amillərin (sələf, səpin norması və qidalanma 
şəraiti) öyrənilməsi məqsədi ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində 
fermer təsərrüfatında tarla təcrübəsi qoyulmuşdur.
Tədqiqatımızın əsas məqsədlərindən biri də sələf, səpin norması və qidalanma 
şəraitinin dənin fiziki xüsusiyyətlərinə və səpin keyfiyyətinə təsirinin 
öyrənilməsiolmuşdur.
Yüksək məhsulun alınması ilə yanaşı dənin fiziki xüsusiyyətləri və səpin 
keyfiyyətlərinin yaxşılaşması üçün sələfin, qida şəraitinin və səpin normalarının 
düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir (Cədvəl).


409 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin