RATE ON PHYSICAL INDEXES AND SOWING QUALITY OF THE
SEEDS OF WINTER BREAD WHEAT VARIETIES
A.M.Aliyev
Research Institute of Crop Husbandry
The article deal with information on effect of Prodecessors, nutrition
condition and sowing rate on physical indexes and sowing quality of the seeds of
winter bread wheat varieties Azeri and Akinchy-84.
UOT 631; 58; 631; 582
ŞƏKİ RAYONUNUN SUVARMA ŞƏRAİTİNDƏ BECƏRMƏ
ÜSULLARINDAN ASILI OLARAQ QARĞIDALININ BÖYÜMƏSİ,
İNKİŞAFI VƏ DƏN MƏHSULDARLIĞI
E.F.İLYASOV
dissertant,
M.Y.RZAYEV
Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı 1098, Pirşağı qəs. Sovxoz 2
Məqalədə sələflərdən asılı olaraq bitki sıxlığı və qidalanma şəraitinin 2012-
2014-cü illər üzrə qarğıdalı bitkisinin böyüməsi, inkişafı və dən məhsuldarlığına
təsiri verilmişdir. Müəyyən edilmişdir ki, hektarda bitkilərin sayı artdıqda
qarğıdalı bitkisinin böyümə və inkişafı ləngiyir. Ən yüksək böyümə, inkişaf və
məhsuldarlıq göstəriciləri N
160
P
120
+20 ton peyin fonunda hektarda 47 min bitki
olmaqla 70x30 sm sxemində taxıl sələfindən sonra aparılmış səpinlərdə müşahidə
edilmişdir.
Açar sözlər:
sələflər, becərilmə üsulları, bitki sıxlığı, səpin sxemi, qidalanma
şəraiti
Ключевые слова:
предщественники, приемы возеделывания, густота
стояния, схема посева, условия питания
Key words:
prodecessors, sowing methods, plant density, sowing layout,
nutrition conditions
Yem rasionunun tərkibində qarğıdalı dəni əvəzolunmaz komponentdir.
Qarğıdalı dəninin yüksək enerji dəyəri onda yaxşı həzmə gedən karbohidratların
olması ilə izah olunur.
Bu bitkinin dənində olan endospermin 60 faizdən çoxu nişastadan ibarət
olmaqla amilopektinlərlə zəngindir.
414
Qarğıdalı dəninin tərkibində az miqdarda xam selliloza vardır ki, onun yem
rasionunda optimal miqdarı heyvan orqanizmində həzm prosesinə və maddələr
mübadiləsinə müsbət təsir edir [1].
Bunları nəzərə alaraq yemlik dəyəri yüksək olan qarğıdalı bitkisindən yüksək
dən məhsulu alınmasını təmin edən becərmə üsulları öyrənilmişdir.
Tarla təcrübəsi 2012-2014-cü illərdə Şəki rayonu Regional Aqrar Elm
Mərkəzinin təcrübə sahəsində qoyulmuşdur. Təcrübədə qarğıdalının Zaqatala-420
sortundan istifadə edilmişdir.
Üç amilli (2x3x3) tarla təcrübəsi 4 təkrarda aparılmaqla hər bölmənin sahəsi
56 m
2
(0,7m x 10m x 8) olmuşdur.
Təcrübədə 2 sələf bitkisi, 3 bitki sıxlığı və 3 qidalanma şəraiti öyrənilmişdir.
Variantların açıqlaması cədvəllərdə verilmişdir.
Becərilmə üsullarından asılı olaraq qarğıdalı bitkisinin böyüməsi, inkişafı və
məhsuldarlığının öyrənilməsi ilə bir çox Azərbaycan və xarici ölkə tədqiqatçıları
məşğul olmuşlar [2; 3; 4; 5; 6; 7; 8; 9].
Sələf, bitki sıxlığı, və qidalanma şəraitindən asılı olaraq dən almaq məqsədi
ilə becərilən qarğıdalı bitkisinin inkişaf fazaları üzrə böyümə dinamikası 1-ci
cədvəldə verilmişdir.
Tədqiqatın nəticələri göstəriri ki, sələf bitkilərindən asılı olaraq qarğıdalı
bitkisinin böyümə dinamikasında müəyyən qədər fərq alınmşdır. Belə ki, optimal
qidalanma şəraiti hesab olunan N
160
P
120
+20 ton peyin fonunda qarğıdalı sələfindən
sonra süd-mum yetişmə fazasında bitki sıxlığından asılı olaraq bitkilərin boyu
259,3-268,5 sm arasında olduğu halda, payızlıq buğda sələfindən sonra 262,2-
272,0 sm arasında olmuşdur. Digər qidalanma şəraitlərində də bu uyğunluq
müşahidə edilmişdir.
Böyümə dinamikasına ən çox təsir göstərən amillər bitki sıxlığı və qidalanma
şəraiti olmuşdur. Belə ki, N
160
P
120
+20 ton peyin fonunda süd-mum yetişmə
fazasında sələflərdən asılı olaraq hektarda 41 min bitki sıxlığında bitkilərin boyu
268,5-272,0 sm arasında olduğu halda, 57 min bitki olduqda 259,0-262,2 sm
olmuşdur.
Qidalanma şəraiti üzrə ən yüksək boy göstəriciləri N
160
P
120
+20 ton peyin
fonunda müşahidə edilmişdir. Bu qidalanma şəraitində sələf və bitki sıxlığından
asılı olaraq bitkilərin boyu 7-8 yarpaq fazasında 75,8-82,2 sm, süpürgələmə
fazasında 240,6-254,8 sm, qıça saplarının əmələ gəlməsi fazasında 248,5-262,2 sm,
süd-mum yetişmə fazasında 259,0-272,0 sm olmuşdur ki, bu da digər qidalanma
şəraitlərinə nisbətən xeyli yüksəkdir.
Kənd təsərrüfatı bitkilərinin, o cümlədən qarğıdalının inkişaf fazaları arası və
ümumi vegetasiya müddətinin uzanıb və yaxud qısalması becərilmə şəraitindən
bilavasitə asılıdır. Belə ki, becərilmə şəraitinin optimal fonunda bitkilər vahid
sahədə olan qida maddələri, nəmlik və günəş işığından səmərəli istifadə etməklə öz
inkişafını sürətləndirirlər.
Sələf, bitki sıxlığı və qidalanma şəraitindən asılı olaraq qarğıdalı bitkisinin
inkişaf fazaları arası və cücərmədən dənin tam yetişməsinə qədər olan günlərin
sayı 2-ci cədvəldə verilmişdir.
415
Sələflərdən asılı olaraq qarğıdalı bitkisinin inkişafında fərq çox da yüksək
olmamışdır. Qarğıdalı sələfindən sonra bitki sıxlığı və qidalanma şəraitindən asılı
olaraq cücərmədən dəninin tam yetişməsinə qədər olan günlərin sayı 101-112
arasında dəyişdiyi halda, payızlıq buğda sələfindən sonra 100-109 arasında
olmuşdur.
Vegetasiya müddətinin uzunluğuna (cücərmədən tam yetişməyə qədər olan
günlərin sayı) daha güclü təsir edən amil qidalanma şəraiti olmuşdur. Belə ki,
gübrəsiz şəraitdə sələf və bitki sıxlığından asılı olaraq qarğıdalı bitkisinin
vegetasiya müddəti 104-112 gün arasında dəyişdiyi halda, N
160
P
120
+20 ton peyin
fonunda 100-106 gün arasında dəyişmişdir. Mineral gübrələrlə birlikdə peyinin
verilməsi vegetasiya müddətini 4-6 gün qısaltmışdır.
|