Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə262/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   258   259   260   261   262   263   264   265   ...   352
Zaqatala_bts@mail.ru
 
 
 
Məqalədə Şəki-Zaqatala bölgəsinin dəmyə şəraitində bitki sıxlığından asılı 
olaraq arpa bitkisindən sonra becərilən qarğıdalının gübrə normalarının silosluq 
kütlə məhsuldarlığına təsiri, bir hektara 60-70 min dən hesabı ilə səpin aparmaqla,
müxtəlif miqdarda mineral gübrələr verilməklə qida rejiminin yaxşılaşdırılması və 
əldə edilən yaşıl kütlənin məhsuldarlığı gübrəsiz variantla müqayisəli şəkildə 
öyrənilməsinin nəticələri verilmişdir. 
 
Açar sözlər:
qarğıdalı, yaşıl kütlə, gübrə, səpin, sort 
Ключевые слова:
кукуруза, зелённая масса, удобрение, посев, сорт 
Key words:
maize, qreen mass, fertilizer, sowing,variety 
Şəki-Zaqatala bölgəsində bir ildə eyni sahədən iki dəfə məhsul götürülməsi 
üçün tezyetişən qarğıdalı sortlarının seçilməsi mütərəqqi becərmə texnologiyalarının 
işlənməsi və tətbiqi olduqca vacibdir. ”Ərzaq təhlükəsizliyi proqramı”nın yerinə 
yetirilməsi və heyvandarlığın yem bazasının möhkəmləndirilməsi sahəsində xeyli 
elmi-tədqiqat işləri aparılmışdır. Zaqatala Bölgə Təcrübə Stansiyasında mütərəqqi 
aqrotexnikanın işlənməsi günün tələbi olaraq qalır. Bu məqsədlə vegetasiya müddəti 


421 
nisbətən qısa olan, ikinci məhsul götürülməsinə imkan verən kənd təsərrüfatı 
bitkilərinin seçilməsi, dən istehsalının təmin edilməsinə imkan verən texnologiyaların
hazırlanması mühüm əhəmiyyət kəsb edir. Tezyetişən dənli bitkilərdən sonra 
qarğıdalı bitkisinin əkilməsi olduqca əhəmiyyətli və iqtisadi cəhətdən səmərəlidir. 
Qida sahəsinin və gübrə normalarının qarğıdalı bitkisinin struktur 
elementlərinə, böyüməsinə və inkişafına təsiri tərəfimizdən tarlada müşahidə yolu ilə 
öyrənilmişdir. Təcrübədə arpa biçildikdən sonra qarğıdalı bitkisindən yaşıl kütlə 
almaq üçün torpağa mineral gübrə verməklə səpin normasının öyrənilməsi məqsəd 
olaraq qarşıya qoyulmuşdur. Qarğıdalı bitkisinin yaşıl kütlə almaq üçün əkilməsində,
dən üçün əkinlə müqayisədə səpin norması 10-15 % artırıla bilər. Qarğıdalı bitkisi
yaşıl yem üçün əkildikdə sahədən daha tez yığılmalıdır. Dən üçün qarğıdalının səpin 
norması 10-25 kq/ha, yaşıl yem və silos üçün 30–100kq /ha arasında dəyişə 
bilər[1]. 
Bir hektara 60-70 min dən hesabı ilə səpin aparılmış sahəyə, qida rejiminin 
yaxşılaşdırılması məsədilə və müxtəlif dozada mineral maddələrin verilməsi ilə 
gübrəsiz variantla müqayisədə yaşıl kütlə məhsuldarlığının artması müşahidə 
edilmişdir (cədvəl 1). 


Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin