Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə265/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   261   262   263   264   265   266   267   268   ...   352
A.Ə.ƏLİYEVA, doktorant 
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
azhas@rambler.ru 
 
Təqdim edilən məqalədə Gəncə-Qazax bölgəsində suvarılan boz-qəhvəyi (şa-
balıdı) torpaqlarda səpin müddətinin, əkin sxeminin və gübrə normalarının soyanın 
struktur elementlərinə və məhsuldarlığına təsirindən bəhs edir. Müəyyən edilmişdir 
ki, bölgədə soyanın səpinini aprelin 10-15 tarixlərində apardıqda tez və gec səpinlərə 
misbətən 45x10 sm əkin sxemində və gübrələrin peyin 10 t/ha+N
60
P
90
K
60
 normasında 


424 
gübrəsiz varianta nisbətən bir bitkidən çıxan paxlaların və dənlərin sayı, bir bitkidən 
çıxan dənin və 1000 dənin kütləsi,dən məhsulu daha çox olur.
 
Açar sözlər: 
səpin müddəti, əkin sxemi, soya, boz-qəhvəyi, gübrələr, paxlalar, 
dən, kütlə, məhsul 
Ключевые слова:
срок посева, схема выращивания, соя, серо-
коричневый, удобрения, бобы, зерно, масса, урожай 
Key words:
sowing period, growing scheme, soy-been, grey-brown, fertilizers, 
beens, grain, mass, yield 
 
Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna 
görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Dəndə 33-
45% zülal, 25-27% yağ və 25-27% sulu karbonlar vardır.Soya becərən təsərrüfatlar 2 
məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və 
yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə 
nisbətən isə 4 dəfə çoxdur. 
Soya ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soya dənindən yağ, 
marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır. 
Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak, 
boyaq sənayesində də istifadə olunur. Bitki yağının istehsalına görə soya dünyada 
birinci yeri tutur. Soyanın payına 40%, günəbxanın payına isə 18-20% düşür [1; 2]. 
Dünyada soyanın əsas istehsalçıları Amerika (63 milyon ton ildə), Braziliya 
(23,7 milyon ton), Argentina (12,4 milyon ton), Çin (13,8 milyon ton), dünyada 
istehsal olunan soyanın 0,5-0,6%-ni istehsal edən Rusiya ölkələridir [3; 8]. 
Dünyada soyanın əkin sahəsi 92 milyon ha, məhsul istehsalı isə 223 milyon 
tondur. İstehsal olunan bitki zülalının 54%-i, bitki yağının isə 33%-i soyanın payına 
düşür. Soyanın əsas ixracatçıları və istifadəçiləri ABŞ, Braziliya, Argentina, Çin, 
Yaponiya, Fransa, Almaniya və İtaliyadır [10].
Rusiyada soyanın əkin sahəsi hər il 720 min ha-dan yuxarı qalxmır, ümumi dən 
məhsulu isə 690 min tondur. 2017-ci ildə dən məhsulu istehsalının 3,0 milyon tona, 
əkin sahəsinin isə 2,7 milyon ha-ya çatdırılması və rusiyanın avropa hissəsində, 
Qaratorpaq zonanın şimal, cənub və mərkəzi qaratorpaq olmayan zonasında əkin 
sahəsinin genişləndirilməsi nəzərdə tutulur [4]. 
Respublikamızda soyanın əhəmiyyətini nəzərə alaraq tədqiqatın aparılmasında 
əsas məqsədimiz Gəncə-Qazax bölgəsində suvarılan boz-qəhvəyi (şabalıdı) torpaq-
ların münbitliyini artırmaq, yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən 
optimal səpin müddəti, əkin sxemi və gübrə normalarını müəyyən etməkdən
ibarətdir. Tarla təcrübələri 2013-2015-ci illərdə keçmış Azərbaycan Elmi-Tədqiqat 
Pambıqçılıq İnstitutunun mərkəzi təcrübə bazasında suvarılan boz-qəhvəyi (şabalıdı) 
torpaqlarda aparılmışdır. Tarla təcrübələri soyanın Umanskaya 1 sortu ilə 3 təkrarda 
qoyulmuş, səpin aprelin 1-5-i, aprelin 10-15-i və aprelin 20-25-i tarixlərində 
aparılmışdır. Hər variantın ümumi sahəsi 54,0 m
2
(30x1,80 m) olmaqla, səpin cərgə 
üsulu ilə 3 əkin sxemində 45x5 sm, 45x10 sm və 45x15 sm olmaqla, hektara uyğun 
olaraq 70, 35 və 25 kq cücərən toxum səpilmişdir. Peyin 100%, fosfor və kalium 70% 


425 
payızda şum altına, fosfor və kaliumun qalan 30%-i yemləmədə, budaqlanma mər-
hələsində cərgəaralarına, azot isə bir dəfəyə çıxış vaxtı verilmişdir. Fenoloji 
müşahidələr 25 bitki üzərində, aqrotexniki tədbirlər isə bölgə üçün qəbul edilmiş 
qaydada aparılmışdır. 
Təcrübə sahəsinin torpaqlarının aqrokimyəvi xüsusiyyətlərini öyrənmək üçün 0-
30; 30-60 və 60-100 sm-lik qatlardan götürülmüş qarışıq torpaq numunələrində qida 
elementlərinin ümumi və mənimsənilən formalarının miqdarı müəyyən edilmişdir.
Götürülmüş torpaq nümunələrində: pH potensiometrdə, ümumi humus İ.V.Tyu-
rinə görə, udulmuş ammonyak D.P.Konyevə, nitrat azotu Qrandval-Lyaju, ümumi 
azot, ümumi fosfor K.E.Ginzburq və Q.M.Şeqlova, mütəhərrik fosfor B.P. Maçiqin 
üsulu ilə, ümumi kalium Smitə, mübadiləvi kalium P.B.Protasov üsulu ilə alovlu 
fotometrdə təyin edilmişdir. 
Torpaq nümunələrinin təhlili göstərir ki, boz-qəhvəyi (şabalıdı) torpaqlar
azotun, fosforun və kaliumun mənimsənilən formaları ilə yüksək dərəcədə təmin 
olunmamışdır. pH su məhlulunda 0-30 sm-lik qatda 7,8, aşağı qatlara getdikcə 60-
100 sm-lik qatda 8,4 olmuşdur. Ümumi humus, azot, fosfor və kalium 0-30 sm-lik 
qatda uyğun olaraq 2,15; 0,15; 0,13; 2,39%-dir. Lakin aşağı qatlara getdikcə xeyli 
azalaraq 60-100 sm-lik qatda uyğun olaraq 0,85; 0,06; 0,07; 1,51% təşkil edir. 
Udulmuş ammonyak azotu 18,0-6,5; nitrat azotu 9,7-2,6, mütəhərrik fosfor 15,8-4,5; 
mübadiləvi kalium isə 263,5-105,3 mq/kq arasında tərəddüd edir.
Azərbaycanın qərb bölgəsində boz-qəhvəyi (şabalıdı) torpaqlarda apardığımız 
aqrokimyəvi təhlillər göstərir ki, respublikamızda qəbul edilmiş qradasiyaya görə bu 
torpaqlar qida maddələri ilə zəif dərəcədə təmin olunmuşdur. Odur ki, bu torpaqlarda 
soyanın böyüməsi, inkişafı, yüksək məhsul verməsi və torpaq münbitliyinin qorunub 
saxlanması üçün üzvi və mineral gübrələrin tətbiqi olduqca vacib və zəruridir. 
Rusiyanın Zavolje vilayətində suvarma şəraitində soyanın becərilmə amillərinin 
optimallaşdırılmasında ən yüksək məhsuldarlıq göstəriciləri hektara 400-600 m
3
/ha 
su verdikdə bir bitkidən çıxan dən 47,2 ədəd, bir bitkidən çıxan dənin çəkisi 7,44 qr, 
1000 dənin kütləsi 150 q, dən məhsulu isə 3,46 t/ha təşkil etmişdir [11].
Rusiyanın mərkəzi qaratorpaq zonasında səpin üsulunun, səpin normasının, 
mineral gübrələrin və toxumun dərmanlanmasının soyanın tezyetişən sortunun (Kur-
yanoçka) məhsuldarlığına və keyfiyyətinə təsiri öyrənilərkən müəyyən edilmişdir ki, 
bir bitkidə olan paxlaların yüksək miqdarı (26,1 ədəd) cərgəarası 15 sm və bir 
hektarda 900 min bitki sıxlığında alınmış, mineral gübrələrin təsirindən paxlalar bir 
bitkidə 3,2 ədəd artmışdır. 1000 dənin kütləsi isə mineral gübrələrin P
90
K
60
nor-
masında cərgəarası 30 sm, səpin norması 800 min ədəd/ha-da daha yüksək 173,1 
qram olmuşdur [6].
Rusiyanın Mərkəzi Qaratorpaq olmayan zonalarında mineral gübrələrin soyanın, 
struktur göstəricilərinə və dən məhsuluna təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, 
gencərgəli səpinlərdə 1 hektara 600 min cücərən toxum səpildikdə nəzarətdə bir 
bitkidə paxlaların sayı 12,8 ədəd, bir bitkidən çıxan dən 22,4 ədəd, bir paxladan çıxan 
dən 1,75 ədəd, bir bitkidən çıxan dən 2,99 q, 1000 dənin kütləsi 133,5 q, ən yüksək 
göstəricilər N
60
K
60
və 50 q Molibdenlə səpindən əvvəl toxumlar işlənilmiş variantda 
18,5; 35,8; 1,93; 4,45; 134,3 q olmuşdur. Cərgəarası 15 sm, 900 min ədəd/ha bitki 


426 
olduqda P
90
K
60
normasında daha çox dən məhsulu 2,92 t/ha alınmışdır. Cərgəarasını 
30 və 45 sm artırdıqda dən məhsulu 2,74 və 2,46 t/ha olmuşdur [7]. 
Uzaq Şərqdə soya bitkisi ilə aparılan tədqiqatlarda 22 sm şumlanmış sahələrə 
N
35
P
60
K
45
normasında gübrələr verdikdə 3 ildən orta 23,8 s/ha dən məhsulu 
alınmışdır. Nəzarət gübrəsiz variantda isə 19,7 s/ha təşkil etmişdir. Artım nəzarətə 
nisbətən 4,1 s/ha və ya 20,8% olmuşdur [5.
Rusiyanın Amur vilayətində soya əsas aparıcı bitki olmaqla əkin sahəsi 500 min 
ha təşkil edir və 2 t/ha soyadan dən məhsulu almaq üçün 140-150 kq/ha azot, 30-40 
kq/ha fosfor və 40-50 kq/ha kalium tələb olunur [9]. 
Səpin müddətinin, əkin sxeminin və gübrələrin soyanın struktur elementlərinə
təsiri 2013-2014-cü illərdə öyrənilmişdir. Təcrübələr göstərir ki, səpin müddəti, əkin 
sxemi və peyin zəminində mineral gübrə normaları bir bitkidən çıxan paxlaların və 
dənlərin sayına, bir bitkidən çıxan dənin kütləsinə və 1000 dənin kütləsinə əhəmiyətli 
dərəcədə təsir göstərir. Soyanın tez (1-5 aprel) və gec səpinlərinə nisbətən (20-25 
aprel) ən yaxşı nəticələr optimal müddətdə 10-15 aprel tarixlərində aparılan 
səpinlərdə 45x10 sm əkin sxemində alınmışdır. Tədqiqatın nəticələri cədvəldə 
verilmişdir.
Cədvəldən göründüyü kimi gübrəsiz variantda 10-15 aprel tarixlərində səpin 
apardıqda bir bitkidən çıxan paxlaların sayı 27,3-28,7 ədəd, bir bitkidən çıxan dən-
lərin sayı 60,0-63,1 ədəd, bir bitkidən çıxan dənin kütləsi 9,6-10,1 qram və 1000 də-
nin kütləsi 128,6-130,6 qram, olmuşdur. Peyin 10 t/ha (zəmin) variantında isə bu 
göstəricilər gübrəsiz varianta nisbətən nəzərə çarpacaq dərəcədə artaraq uyğunolaraq 
30,0-31,0; 65,4-68,2 ədəd, 10,6-11,0 və 1000 dənin kütləsi 131,3-134,2 qram təşkil 
etmişdir.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin