81
müəyyənləşdirmək üçün SPSS kompyuter proqramı vasitəsilə dendroqram tərtib
edilmişdir. Qurulmuş dendroqramda nümunələrin 7 klasterdə birləşməsi müşahidə
olunmuşdur. Sortların qliadin elektroforeqramlarının ω-, γ-, β- və α- zonaları üzrə 38
spektr, 133 müxtəlif elektroforetik patterni alınmış və qliadin elektroforeqramalarının
zonalar üzrə genetik müxtəliflik indeksləri (H-) hesablanmışdır.
Açar sözlər:
yumşaq buğda, qliadin, elektroforetik spektr, pattern,
klaster
analizi, genetik yaxınlıq
Ключевые слова:
пшеница мягкая, глиадин, электрофоретический спектр,
паттерн, кластерный анализ, генетическое сходство
Key words:
bread wheat, gliadin, electrophoretic band, pattern, cluster analysis,
genetic similarity
Dünyada buğda bitkisinin məhsuldarlığının və dən keyfiyyətinin yüksəldilməsi
ən prioritet istiqamətlərdən biridır. Respublikamızda aparılan tədqiqatlar nəticəsində
bu problemin həll yolları tapılaraq kifayət qədər məhsuldar sortların yaradılmasına
nail olunmuşdur. Bu baxımdan əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün yeni
yüksək məhsuldar və keyfiyyətli buğda sortlarının yaradılması seleksiyaçılar
qarşısında duran aktual məsələlərdan biridir. Bu problemin həllində qarşıya çıxan ən
böyük çətinliklərdən biri də yüksək keyfiyyət göstəriciləri ilə məhsuldarlığın
uzlaşdırılmasıdır. Digər tərəfdən isə, yeni yaradılmış sortların
dən keyfiyyəti
potensialının müxtəlif torpaq-iqlim şəraitində qorunub saxlanılması da aktual və
vacibdir.
Buğda dəni endosperminin əsasını təşkil edən ehtiyat zülalları qliadin və
qlütenin keyfiyyət əlamətləri ilə birbaşa əlaqəli olduğundan bu zülalalların
polimorfizminin öyrənilməsi vacibdir. Genetik şərtlənmiş zülal markerlərinin tədbiqi
ilə genetik müxtəlifliyin öyrənilməsi elmi və praktiki
cəhətdən aktual olmaqla,
marker-əsaslı seleksiyada buğdanın dən keyfiyyətini xarakterizə etmək üçün bu
universal genetik markerlər mühüm əhəmiyyət kəsb edir [3].
Qliadin ehtiyat zülallarının, həmçinin komponentlərinin tam xarakteristikası bir
çox tədqiqatlarda əks olunmuşdur. Buğdaların genetik müxtəlifliyinin, prolaminlərin
polimorfizminə görə qiymətləndirilməsi və identifikasiyası keçən əsrin 70-ci
illərindən başlayaraq bu günə qədər müvəffəqiyyətlə davam etdirilir.
Hibridoloji analizlər və aneuploidiya metodlarının
birgə tətbiqi və ehtiyat
zülallarının elektroforetik analizi polimorf zülal formalarının aşkarlanmasına və bu
zülalların müvafiq xromosomlarda yerləşən Gld 1A, Gld 1B, Gld 1D, Gld 6A, Gld
6B və Gld 6D lokuslarının allel genlərilə idarə olunması,
onlardan marker kimi
istifadə edilməsinə əsas vermişdir [6; 7; 8]. Dənli-taxıl bitkilərinin genetik
müxtəlifliyinin qiymətləndirilməsi
ndə protein markerlərinin tətbiqi əhəmiyyətli hesab edilir. Məlumdur ki, buğda
dənində kleykovinanın (yapışqanlıq) əsasını təşkil edən
qliadin və qlütenin ehtiyat
zülalları buğdaların genetik müxtəlifliyinin qiymətləndirilməsinin ehtibarlı protein
markerlərindəndir [1; 2; 4; 9]. Qliadin ehtiyat zülalları genetik şərtlənmiş olduğundan
torpaq-iqlim və becərilmə şəraitindən asılı olmayaraq dəyişmir [12]. Belə ki, еhtiyat
82
zülallarının elektroforetik spektrlərinə əsasən buğdanın növdaxili, növlərarası
polimorfizmini və özünəməxsusluğunu müəyyən etmək mümkündür [14].
Tədqiqat materialı kimi, yerli və introduksiya edilmiş 57 yumşaq buğda sortu,
həmçinin genetik marker kimi Bezostaya 1 və Anza sortlarından
istifadə edilmişdir
(cədvəl 1).
Dəndə qliadin ehtiyat zülalının elektroforetik analizi F.A.Poperelyanın
yenilənmiş metodu əsasında qlisin-asetat buferində (pH 3.1) aparılmışdır [5].
Buğda nümunələrinin genetik yaxınlığını təyin etmək üçün SPSS kompyuter
proqramının köməkliyi ilə klaster analizindən istifadə edilmişdir. Bu üsul əsasında
genetik yaxın və oxşar olan nümunələr dendroqramda qruplaşdırılmışdır [11].
Dostları ilə paylaş: