94
F.A.XUDAYEV,
a.e.ü.f.d.
Əkinçilik ET İnstitutu, Bakı ş.,Pirşağı qəsəbəsi, Sovxoz N2
E-mail:
faiq03@mail.ru
.
Məqalədə bərk buğdanın dördüncü nəsil (F
4
) hibrid xətlərinin suvarma
şəraitində struktur elementlərinin analizinin nəticələri verilmişdir. Bitkinin boyuna,
sünbüldə dənin sayına, dənin kütləsinə və 1000 dənin kütləsinə görə fərqlənən
hibrid xətlər seçilmişdir.
Açar sözlər:
hibrid xətt, bərk buğda, introduksiya, bitkinin boyu, dənin sayı,
dənin kütləsi, 1000 dənin kütləsi
Ключевые слова:
гибридные линии, твердая пшеница, интродукция,
высота растений, число зерен, вес зерен, вес 1000 зерен
Key words:
hуbridlines,
durum wheat, introduction, plant height, number of
seeds, weight of seeds, 1000 kernel weight
Respublikanın kənd təsərrüfatı qarşısında duran ən mühüm vəzifələrdən biri ölkə
əhalisini yüksək keyfiyyətli çörək və digər ərzaq məhsulları ilə təmin etməkdir.Taxıl
və digər dənli bitkilərdən istehsal olunan ərzaq məhsulları gündəlik həyatımızın
yaşayış tərzidir.
Çörəkbişirmə üçün vacib xammal olan yumşaq buğda ilə yanaşı, qənnadı,
makaron, vermişel, yarma və digər məhsulların hazırlananmasında bərk buğda
(Triticum durum) mühüm əhəmiyyət kəsb edir. Ondan hazırlanmış məmulatlar uzun
müddətli saxlanmaya davamlıdırlar.
Məlumdur ki, bərk buğda sortları tərkibindəki
proteinin miqdarına və keyfiyyətinə görə yumşaq buğdalardan üstündür.
Hazırda dövlətimiz taxılçılığın inkişafına xüsusi diqqət yetirir və bununla
əlaqədar ərzaq proqramına uyğun ölkə üzrə dənli bitkilərin məhsuldarlığının xeyli
artırılmasını nəzərdə tutan mühüm qərarlar qəbul edilmiş, rəsmi sənədlər imzalanmış,
və bu məqsədlə bir sıra kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır.
Bununla əlaqədar olaraq 25 avqust 2008-ci ildə Azərbaycan Respublikasının
prezidenti
İlham
Əliyev
tərəfindən
“2008-2015-ci
illərdə
Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında fərmanın imzalanması kənd təsərrüfatı
sahəsində aparılan müasir islahatların yeni mərhələsi kimi qiymətləndirilə bilər [2]
.
Məlumdur ki, Azərbaycan iqlim və torpaq şəraitinə görə digər respublikalardan
xüsusi olaraq fərqlənir. Təbii ki, bu qədər zəngin torpaq-iqlim
müxtəlifliyi ilə
səciyyələnən ərazinin hər bir lokal regionu üçün yüksək adaptiv xüsusiyyətlərə malik
olan, çoxlu sayda təsərrüfat qiymətli əlamətləri özundə xarakterizə edən sortların
yaradılması və praktiki tətbiqi bu istiqamətdə çalışan mütəxəsislər qarşısında duran
ən mühüm vəzifələrdən biri hesab olunur.
Sanginovun fikrincə dən məhsulunun artırılması və onun keyfiyyətinin
yüksəldilməsi seleksiyanın təşkili ilə birbaşa əlaqəlidir [4].
Ona ğörə də yeni sortların yaradılmasında başlanğıc materialın kompleks
aqrobioloji xüsusiyyətlərinin tədqiq edilməsi və seçilməsinin böyük əhəmiyyəti
95
vardır. Bu problemin həlli yollarından biri kolleksiya materiallarının genetik
potensialından
səmərəli istifadə etmək, yerli və dünyanın müxtəlif ölkələrində
yaradılmış sortların məhsul vermə, keyfiyyət və digər göstəricilərini
müəyyənləşdirmək, onlardan hibridləşmədə geniş istifadə etməkdir.
Yuxarıda qeyd olunan problemləri nəzərə alaraq bərk buğdanın dördüncü (F
4
)
nəsil hibrid xətlərində struktur elementlərin göstəriciləri tədqiq edilmişdir.
Seleksiya istiqamətində aparılan tədqiqat işlərinin keyfiyyəti, dəqiqliyi və
nəticəsi öyrənilən sortnümunələrin və hibrid xəttlərin struktur elementlərinin düzgün
qiymətləndirilməsinə əsaslanır. Hər bir sortun məhsulunu formalaşdıran
struktur
elementlərinin əsas xüsusiyyəti həmin sortun vegetasiya dövründəki bütün fizioloji
fəaliyyətinin yekunudur.
Bu baxımdan tədqiqat zamanı müxtəlif bərk buğda sortlarının hibrid xətlərində
bitkinin boyunun hündürlüyü, sünbülün uzunluğu, 1 sünbüldə dən sayı,
1sünbüldə dən kütləsi, 1000 dənin kütləsi tədqiq edilmişdir.
Vegetasiya müddətində təctübə sahəsində aqrotexniki qulluq işləri, çöl tədqiqat
işləri, bitkilər üzərində müşahidələr və məhsulun
struktur elementləri mövcud
metodikaya uyğun olaraq həyata keçirilmiş [3].
Tədqiqatçılar Azərbaycanın müxtəlif zonalarında buğda bitkisinin boyunun 100
sm-dən çox olmamaqla 60-80 sm olmasını optimal hesab edirlər. Müəlliflərə görə
əkində bitkilərin boyunun bərabərliyi, yəni sünbüllərin əkində eyni horizontda
yerləşməsinin buğda sortunun məhsuldarlığında böyük rola malik olduğundan hibrid
materiallarının seçilməsində buna ciddi fikir verilməlidir. Əkinlərdə bitkilərin boyu
sortun xüsusiyyətinə görə müxtəlif olduqda hündürboylular qısaboyluları
kölgələndirərək, onları sıxışdırır və nəticədə bu bitkilərin bir qismi ya məhv olur, ya
da cüzi məhsul verirlər [1].
Seleksiya tədqiqatları Abşeron Yardımçı Təcrübə Təsərrüfatında
standartda daxil olmaqla 62 hibrid xətt üzərində öyrənilmişdir.Metodikaya
uyğun olaraq aqrotexniki qulluq işləri yerinə yetirilmiş,
fenoloji müşahidələr
aparılmış,tam yetişkənlik vaxtı nümunə dərzləri əsasında struktur analizləri
aparılaraq məhsuldarlıq elementləri müəyyən edilmişdir.
Tədqiqat zamanı dördüncü nəsil hibridlərdə struktur elementləri
müəyyənləşdirilmiş, nəticələri cədvəldə verilmişdir. Əldə olunmuş nəticələr
tədqiqatda standart kimi götürülmüş yerli Qaraqılçıq 2 sortunun göstəriciləri
ilə müqayisə edilmişdir (Cədvəl).
Tədqiq edilən hibridlər boylarının hündürlüyünə görə 80,0-127,5 sm arasında
dəyişmişdir. Hibridlər arasında ən alçaqboy göstəricisi 80,0 sm (Miki 2 x Bərəkət), ən
hündürboylu hibrid isə 127,5 sm (Turan x Giorgio 12-572 ) x Turan olmuşdur.
Hibridlərin 47,5%-i standart Qaraqılçıq 2 sortundan alçaq, 50,8%-i isə
standartdan
hündür boya, 1,7%-i isə standartla eyni göstəriciyə malik
olmuşdur.
Dostları ilə paylaş: