AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


IIIFƏSİL SOVET DÖVLƏTİNİN SƏNAYELƏŞDİRMƏ



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   2   3   4   5   6   7   8   9   ...   15

IIIFƏSİL
SOVET DÖVLƏTİNİN SƏNAYELƏŞDİRMƏ 
SİYASƏTİNİN AZƏRBAYCAN SSR-in XANKƏNDİ 
ŞƏHƏRİNDƏ HƏYATA KEÇİRİLMƏSİ 
(XX YÜZİLLİYİN 20-30-cu İLLƏRİ)
Azərbaycamn müasir sənayeyə,  çoxcəhətli kənd təsərrüfatına,  geniş  so- 
sial  strukturaya  malik,  yüksək  inkişaf etmiş  regionlanndan  biri  də  Dağlıq 
Qarabağ  olmuşdur.  Respublika  ərazisinin  5  faizini,  əhalinin  2  faizini  təşkil 
edən  Dağlıq  Qarabağ  Azərbaycanm  ümumi  kənd  təsərrüfatı  məhsullarımn 
təqribən  5  faizini,  sənaye  məhsullarmm  təxminən  7  faizini  istehsal  edirdi. 
Dağlıq  Qarabağ  əhalisinin hər  10 min nəfərinə  düşən  sənayedə  məşğulluq 
göstəricilərinə görə yalnız Bakı-Sumqayıt regionundan geri qalırdı. Bütün bu 
yüksək  göstəricilər  isə  yalmz  dövlətimizin  dərin  qayğısı  nəticəsində  əldə 
edilmişdir ki, bunu aşağıdakı faktlardan da aydın görmək olar.
Sovet imperiyasım quran bir ölkə üçün təkcə təsərrüfat dağımqlığımn ara- 
dan qaldırılması,  əlbəttə,  kifayət deyildir.  Bunun üçün ilk növbədə mövcud 
sənaye müəssisələrinin bərpa olunmasmı başa çatdırmaq, onun maddi-texniki 
bazasmı möhkəmləndirmək və ölkə üçün lazım olan yeni sənaye sahələrinin 
yaradılması tələb olunurdu.  Bunsuz ölkənin iqtisadi geriliyini aradan qaldır- 
maq,  müstəmləkəçilik  rejimini  möhkəmləndirmək  olmazdı.  Sovet  rejimini 
qoruyub saxlamaq, ölkənin iqtisadi müstəqilliyinə nail olmaq, müdafıə qabi- 
liyyətini  möhkəmləndirmək,  imperiyanm  cənub  bölgələrində  ən  etibarlı 
dayaqlarmı  yaratmaq,  müstəmləkəçilik  rejimini  möhkəmləndirmək,  Azər- 
baycanı  qonşu  cənub  ölkələrindən,  soy  qardaşlanndan  uzaqlaşdırmaq  üçün 
sənayeni  inkişaf  etdirmək  son  dərəcə  vacib  idi.  Belə  bir  tədbir  Dağlıq 
Qarabağ kimi bir bölgədə yerli milli və dini ənənələri  sarsıtmaq,  xristianlıq 
ənənələrinə  söykənən rus-erməniləşdirmə  siyasətini  həyata keçirmək üçün 
lazım idi.  Bütün bu zəruriyyəti nəzərə  alaraq bolşeviklər partiyası  öz proq- 
ramlarmı  inkişaf  etdirərək  iqtisadiyyatı  Rusiya  şablomu  əsasmda  yenidən 
qurdular.
Dağlıq  Qarabağda dinc  quruculuğa keçid olduqca mürəkkəb beynəlxalq 
və daxili şəraitdə davam edirdi.  1920-ci il may çevrilişindən sonra Dağlıq Qa- 
rabağ sənayesində çox acmacaqlı vəziyyət yaranmışdı. Bütün sənaye obyekt- 
lərinin fəaliyyəti, demək olar ki, dayandınlmışdı. Bunun ən başlıca səbəbləri 
aşağıdakılardan  ibarət  idi:  Dağlıq  Qarabağda  daşnak  quldur  dəstələrinin
törətdikləri  qanlı  qırğmlar  -   günahsız  dinc  əhalinin  öldürülməsi,  evlərin, 
emalatxanalann,  sənaye  obyektlərinin  yandınlması,  texnikamn  Ermənistana 
daşınması [1, s.125, i.428, v.2]; dağıntı və çətin ərzaq qıtlığı ilə əlaqədar fəh- 
lələr acından ölməmək üçün kəndə üz tutur və bu isə ixtisaslı kadrlarm sayını 
azaldırdı [3,  s.5, i.52, v.5];  1920-ci ildən Dağlıq Qarabağda idxal, ixrac əmə- 
liyyatları  dayandmlmışdı;  «şübhəli  ünsür>>  adı  altmda  Dağlıq  Qarabağdakı 
azərbaycanlı iş adamlan, bəylər, sahibkarlar həbs edilmiş, güllələnmiş və ya 
qaçmağa  məcbur  edilmişdir;  sənayedə  çahşanlarm  əməkhaqqı  və  sənaye 
məhsullarmm qiyməti dəfələrlə aşağı düşmüş və bu hal fəhlənin maddi ma- 
rağmı azaltmışdı; sovet.hakimiyyəti yarandığr ilk günlərdə Dağlıq Qarabağda 
vahid iqtisadi  planm  olmaması,  iqtisadi  sahədə  atılan  səhv  addımlar,  siyasi 
vəziyyətdəki  böhranlı  hal  sənayeyə  ağır təsir  etdi;  Dağlıq  Qarabağda kənd 
təsərrüfatmda olan ciddi böhran, xüsusilə müsadirəçilik kompaniyası sənaye- 
nin xammala olan tələbatım çətinləşdirdi; Eyni zamanda fəhlələrlə kəndlilər 
arasmda  iqtisadi  və  mədəni  əlaqələr  yaratmaq,  xırda  burjuaziya  və  milli 
ziyalılara münasibət və  sair məsələlərin həllində  səhvlər mövcud idi.  Bütün 
bunlar  Dağlıq  Qarabağ  sənayesində  böhranlı  vəziyyətin  yaranmasını 
şərtləndirmişdi [4,  s.4,  i. 19, v.36].
1920-ci ilin əwəllərində Dağlıq Qarabağda bir neçə baramaaçma və ipək- 
sanma fabriki, dəyirman daşı hazırlayan karxanalar var idi. Ipəkburma fabri- 
kində  2 min fəhlə  işləyirdi və il ərzində  3  milyon pud ip əyirirdi.  Yuxarıda 
qeyd etdiyimiz səbəblərə görə Dağlıq Qarabağda,  o cümlədən Xankəndində 
fəaliyyət göstərən bütün müəssisələr öz işini dayandırmışdı [53,  s.76].
XX  yüzilliyin  20-30-cu  illərində  Xankəndi  şehərində  sənayeni  inki- 
şafındakı  spesifik  xüsusiyyətlərə  görə  şərti  olaraq  3  hissəyə  bölmək  olar: 
Birincisi  sənayenin  bərpası  (1920-1925),  ikincisi  sənayenin  yenidən  qurul- 
ması  (1926-1933),  üçüncüsü  sənayenin yenidən  qurulmasınm başa  çatdınl- 
ması (1934-1940) dövrləri.
1920-ci illərin çətin şəraitində -  ziddiyyətlərin daha çox kəskin cərəyan 
etdiyi, diktaturanm və terrorun hakimiyyətdə olduğu Xankəndində sənayenin 
bərpasma başlandı.  Sənayenin  bərpası  üçün  inqilab  Komitəsi  mühüm  təd- 
birlər həyata keçirdi.  İlk növbədə,  1920-ci  il  mayın  12-də  verilən  dekretlə 
meşələr,  sular,  yeraltı  sərvətlər dövlət mülkiyyəti  elan  edildi.  Maym  12-də 
zavodlar, fabriklər, başqa sənaye müəssisələri, banklar milliləşdirildi və ma- 
ym  16-da verilən dekretlə istehsal, xammal materiallan üzərində fəhlə nəza- 
rəti  tətbiq  olundu  [49,  s.56].  Bundan  əlavə,  1920-ci  il  iyunun  3-də  ticarət 
azadlığı  haqqında  xüsusi  qərar  verildi.  İyunun  9-da  isə  Fəhlə-Kəndli  mü- 
fəttişliyi  təsis  edildi,  sabotaj  və  möhtəkirliyə  qarşı mübarizə  aparmaq üçün

FK yaradıldı [39].  Sənayeni- işçi qüwəsi ilə təmin etmək üçün  1920-ci i! av- 
qustun  8-də  Azərbaycan  Xalq  Hərbi  Dəniz  Komissarlığı  «Ümumi  əmək 
mükəlləfıyyətləri haqqında» əmr verdi.  1920-ci ilin oktyabnndan sovet təsər- 
rüfat orqanlarmın nümayəndələrindən ibarət «Azərbaycan SSR Ərzaq Müşa- 
virəsi» işə başladı [24,  s.21].  Verilən dekretləri əhali arasında yaymaq üçün 
Mərkəz özlərinin inandıqlan ädamlan Xankəndinə göndərdilər.
Sovet hakimiyyətinin «Hərbi kommunizm» və «Ərzaq Sapalağı» siyasə- 
tindən Xankəndində bir qrup ermənilərdən ibarət ərzaq agentləri, tədarük ko- 
missiyalan, vəzifəli şəxsləri öz səlahiyyətlərindən sui-istifadə edərək qanun- 
suz hərəkətlərə yol vermiş,  azərbaycanlılardan müsadirəsi nəzərdə tutulma- 
yan  ev  və  zinət  əşyaları  əllərindən  alınmışdır  [49].  «Hərbi  Kommunizm» 
siyasəti Xankəndində qısa bir müddət ərzində, daha məhdud formada həyata 
keçirilirdi.  Tədarükü  yalnız  Xalq  Ərzaq  Komissarlığı  aparırdı.  Bütün  əsas 
sənaye məhsulları  dövlət hakimiyyət orqanlan  tərəfindən bölüşdürülür,  qa- 
lan  məhsullar  isə  sərbəst  dövriyyədə  idi  [14,  s.74,  i.36,  v.4].  1920-ci  il 
oktyabrmda  yaranmış  «Ərzaq  Müşavirəsi»,  1921-ci  ilin  yanvannda  təşkil 
edilən «Ali iqtisad Şurası» sənayenin inkişafmda əsaslı irəliləyiş etmədiyin- 
dən,  Azərbaycan  inqilab  Komitəsi  «Bütün növ ərzaq  inhisanmn  ləğv  edil- 
məsi haqqında» 1921-ci il 17may tarixli dekreti ilə ərzaq sapalağım ləğv etdi. 
Bu qərar Azərbaycanda Yeni iqtisadi Siyasətə (YİS) keçilməsində ilk addım 
oldu  [40].  Onun  əvəzində  rəsmən  könüllü məhsul  rusumu  «çanaq»  vergisi 
qoyuldu.  1922-ci  ilin  yazmdan  etibarən  Xankəndində  ərzaq  vergisi  tətbiq 
olunmağa başlandı.  Həmin vaxtdan YİS-ə keçid prosesi baş verdi  [5,  i.303, 
v.455].  YİS  hakim  mövqelərin  dövlətin  əlində  olması  şərtilə  ərzaq  vergisi 
tətbiq olunmasım, ticarət azadlığma yol verilməsini, icarə sisteminin yaradıl- 
masmı, xarici ticarətə yol verilməsini, kooperasiya, bank və kredit şəbəkəsi- 
nin yaradılmasım  və  başqa iqtisadi  tədbirləri  tətbiq  etməyi nəzərdə tuturdu 
ki, bu da təsərrüfatm və istehsalçılarm maddi marağımn artınlmasma, onlann 
azad  iqtisadi  fəaliyyətinə  imkan yaradırdı.  YİS  dövründə  xırda  istehsal  və 
ticarət müəssisələri icarəyə verildi. Bütün bunlar isə sənayenin dirçəlməsinə, 
ticarətin  inkişafma,  maliyyə  sahəsində  böhranlı  vəziyyətin  aradan  qaldml- 
masma səbəb oldu.  YİS-in tətbiqi nəticəsində Xankəndində bazar iqtisadiy- 
yatınm inkişafma şərait yarandı, şəhərlə kənd arasmda əlaqələr genişləndi və 
sahibkarlıq inkişaf etməyə başladı [25, s.19].
1922-ci  il  martm  11-də  Şuşada  ikinci  Fövqəladə  Sovetlər Qurultayı  ke- 
çirildi.  Qurultayda Dağlıq Qarabağ sənaye müəssisələrinə rəhbərlik İcraiyyə 
Komitəsinə həvalə olundu [47]. Həmin vaxt Azərbaycan hökumətinin sərən- 
camı  ilə  Dağlıq  Qarabağda  sənayeni  inkişaf etdirmək  məqsədilə  Bakıdan
Dağlıq Qarabağa 25 min pud taxıl,  5 milyon manat pul, xammal və avadanlıq 
göndərildi [6, i.305, v.171].
Xankəndində  YİS-ə  keçid  nəticəsində  müəssisələrin  icarəyə  verilməsi 
siyasətindən  real  hakimiyyətdə  olan  qüwələr  məharətlə  istifadə  edərək, 
vaxtilə  azərbaycanlılara məxsus olan müəşsisələri məqsədli şəkildə əraziyə 
köçürülən ermənilərə icarəyə verdilər.
1921—1925-ci  illərdə  Xankəndi  sənayesində  başlıca  diqqət  ipəkçiliyin 
inkişafına  istiqamətlənmişdi.  Xınzırıstan  ipək  fabrikinin  bərpası  üçün  Bakı 
neftçiləri  500  pud  xammal,  xeyli  avadanlıq'və  texnika  göndərdi.  Nəticədə,
1922-ci ilin sonlannda müəssisə öz fəaliyyətini bərpa etdi. Azneft fəhlələri- 
nin yaxmdan köməyi  ilə  5  ipəkçilik müəssisəsində  iş  öz  əwəlki  ahənginə 
düşdü{31].  Artıq  1923-cü  ildə  Dağlıq Qarabağın ipəkçilik müəssisələrində
5,2 ton xam ipək,  1000 kq ipək sapı istehsal olundu [60].
Dağlıq Qarabağın bol yeraltı təbii sərvətlərindən tikinti materiallan üstün- 
lük təşkil  edir.  1921-1923-cü  illərdə  Xankəndində  sement  və  əhəng  isteh- 
salını  genişləndirmək  üçün  Rusiyadan  avadanlıq  göndərildi.  Xankəndi, 
Xocavənd və Hadrud sement zavodu və mərmər sexi işə düşdü [30].  1923-cü 
ildə Xankəndi sənayesi öz əwəlki ahəngini bərpa edə bilmədi.  Çünki kadr- 
lara, xammalda, texniki avadanlığa hələ də böyük ehtiyac var idi.
1923-cü il iyulun 24-də Azərbaycan SSR MİK və XKS-nin Bakıda keçi- 
rilən birgə konfransmda Azərbaycan MİK-nin sədr müavini M.B.Qasımovun 
«Dağlıq  Qarabağm  inkişaf  perspektivləri  haqqında»  məruzəsi  dinlənildi. 
Konfränsda Xankəndində sənayenin bərpa və inkişafı üçün Azərbaycan Mər- 
kəzi  Bankmdan  1  milyon manat kredit,  480  min  manatlıq  ərzaq,  200  nəfər 
ixtisaslı kadr verilməsi qərarlaşdınldı [30, s.471].
1923-cü ildən başlayaraq Xankəndi şəhərində elektrik xətlərinin çəkilişinə 
başlandı.  İlk günlər burada 2 mühərrik işləyirdisə, 2 il ərzində Xankəndində 
daha 4 mühərrik işə düşdü [58, s.133].
1923-cü  ilin  noyabrmda  Azərbaycan  hökuməti  DQMV-nin  sənayesinin 
bərpa və inkişafı üçün  15 min manatlıq tikinti materiallan, 20 min arşm bez, 
20 min pud  ağ neft və  müxtəlif avadanlıq göndərdi.  1924-cü ilin fevralmda 
isə Xankəndi şəhərində bazar qiymətlərini qaydaya salmaq üçün vahid vergi 
sistemi müəyyən edildi və ticarəti tənzim edən komissiya yaradıldı [45, s.28].
Sovet  Rusiyasınm  göstərişi  ilə  Azərbaycan  hökuməti  1924-cü  ildən 
DQMV-də  spirt-şərab  istehsalına  xüsusi  diqqət  yetirməyə  başladı.  Həmin 
vaxtdan  Gürcüstandan  alman  avadanlıq,  xammal  və  Bakı  neftçilərinin 
ayırdığı  15 min manatlıq vəsait spirt-şərab zavodlannm tikintisinə sərf edildi. 
Zavodlann  xammala  olan tələbatım  ödəmək üçün yeni  tut və  üzüm bağları

əkildi.  1924-1925-ci illərdə DQMV-də bir neçə  spirt-şərab zavodiarı tikilib 
istifadəyə verildi. Belə ki,  1924-cü ilin iyulunda Xankəndində «Qarabağ spirt 
istehsalı»  kooperativi,  «Tuğ  ittifaqı»  kooperativi,  1925-ci  ildə  Vərənddə 
Saflaşdırma  Spirt Zavodu,  Əskəranda şərab zavodu tikilib  istifadəyə  verildi 
[34, s.63].
1925-ci  il  fevralın  12-də  Xankəndində  konfrans  keçirildi.  Konfransda 
DQMV-də  sənayedə  əldə  edilən  müvəffəqiyyətlər  və  qarşıdakı  vəzifələr 
müəyyən  olundu.  Nəzərdə  tutuldu ki,  ipək toxuma müəssisələrinin bərpası 
davam etdirilsin. Ağac materiallan və spirt sənayesinin inkişafı, elektrik ener- 
jisi istehsalmın yüksəldilməsi üçün aynlan vəsaitin miqdan artırılsm.
Tədqiqatlardan  məlum  olur  ki,  həmin  vaxt  Azərbaycan  dövləti  Dağlıq 
Qarabağ sənayesinin bərpa və inkişafı üçün 220 976 rubl məbləğində vəsait 
ayırmışdır ki,  bu vəsaitin təxminən  80%-i  (200.694 rubl) Xankəndinə,  5%>-i 
(13.555 rubl) Şuşa şəhərinə istiqamətlənmişdi [43, s.28].
Azərbaycan SSR Ali İqtisad Şurası, DQMV-də elektrikləşmə işini həyata 
keçirmək üçün daimi komissiya yaratdı.  Komissiya layihə  işləyib hazırladı. 
Plana görə  Tərtər çayı üzərində 200 min kilovat at gücündə  SES tikmək və 
gücü 700 kilovata çatan Ağa Körpüsü üzərindəki SES-i qısa müddətdə istifa- 
dəyə vermək, bölgədə elektrik xətlərinin çəkilişini davam etdirmək nəzərdə 
tutulmuşdu.  1924-cü ilin sonlarmda ümumi gücü 245 kilovata çatan, Ağa kör- 
püsü üzərindəki  SES  istifadəyə verildi.  DQMV-də  86 min manatlıq elektrik 
xətti çəkildi. Bunun 19 min manatı təkcə Xankəndinə sərf edilmişdi. Apardı- 
ğımız  araşdırmalardan  məlum  olur ki,  1924-cü  ilin  sonlannda  Qədim  Şuşa 
şəhərinə 45 at gücündə elektrik eneıjisi verilirdisə, yenicə yaranmış Xankəndi 
şəhərinə  65 at gücündə elektrik enerjisi verilirdi [58, s. 133].
1921—1925-ci  illərdə DQMV-də  Şuşa-Yevlax və Xankəndi-Gəncə  yol- 
lan çəkilib istifadəyə verildi. Eyni zamanda Xanbulağı, Xankəndi, Malıbəyli, 
Qaladərəsi körpüləri tikildi [44].
Bəhs olunan dövrdə Xankəndi şəhərində yüngül sənayenin, xüsusilə ipək- 
çiliyin inkişafına xüsusi diqqət yetirildi. Bu məqsədlə  1925-ci ilin fevralmda 
50 min manat vəsait ayrıldı.  1925-ci ildə Xankəndi  şəhərində də xalçaçılıq 
fabriki tikilib istifadəyə verildi.  1925-ci ildə xam ipək 12,3 tona, hazır burul- 
muş ipək  1,5 tona çatdı ki,  bu da  1923-cü illə müqayisədə təxminən 60 faiz 
artım demək idi [37, s.95-96]. Bütün bu müvəffəqiyyətlər isə YİS-in bəhrəsi 
hesab olunurdu.  1921—1925-ci illərdə Xankəndi sənaye sahəsində qazamlan 
nailiyyətlər,  ilk  növbədə,  sənaye  müəssisələrinə  verilən  sərbəstliklə  bağlı 
idi. Belə ki, bəhs edilən dövrdə müəssisələrin özünüidarə, özünümaliyyələş- 
dirmə  sisteminə  keçməsi  fəhlələrin  maddi  marağmın,  ruh  yüksəkliyinin
artmasma, bu da öz növbəsində əmək məhsuldarlığınm inkişafına,  istehsalm 
genişlənməsinə səbəb oldu.
Beləliklə, YİS-in tətbiq olunması säyəsində 1925-ci ildə Xankəndi iqtisa- 
diyyatmda canlanma baş verdi.  Sənaye məhsulu istehsalının həcmi mühari- 
bədən əwəlki  səviyyəyə yaxmlaşdı [32,  s.63].  Əhalinin sosial vəziyyətində 
müəyyən irəliləyişlər baş verdi. Lakin apanlan tədqiqatlar nəticəsində məlum 
olur ki,  1921—1925-ci illərdə Xankəndi şəhərində yaşayan azərbaycanlılara, 
erməni  rəhbərliyi  tərəfindən  ögey  münasibət  göstərilmişdir.  İstər  mədəni- 
məişət və sənaye obyektlərinin tikintisində,  istərsədə müəssisələrdə işləyən 
fəhlələrə  münasibətdə  azərbaycanlılar  həmişə  biganəlik  və  ədalətsizliklə 
rastiaşnuşlar. Mərkəzdən dəstək alan Xankəndi şəhərində hakimiyyət orqan- 
ları  öz  məkrli  niyyətlətini  həyata  keçirərkən  heç  kimdən  və  heç  nədən 
ehtiyat etmirdilər. Sovet Rusiyasmm 1921—1925-ci illərdə Xankəndi şəhərində 
həyata keçirdiyi  iqtisadi və  siyasi tədbirlərdə  güddüyü başlıca məqsəd yerli 
əhalinin (azərbaycanlılarm) milli mənlik şüurunu öldürmək, ərazidə erməni- 
lərin hesabına öz dayaqlannı möhkəmləndirmək və müstəmləkəçilik rejimini 
əbədiləşdirərək  ölkəmizin  təbii  sərvətlərini  yeni  rejimin  tələblərinə  uyğun 
şəkildə  istifadə  etməkdən  ibarət  olmuşdur.  1920-ci  ilin  ortalarmda  YİS-ə 
keçid nəticəsində Xankəndi şəhərinin iqtisadi həyatında nisbi iqtisadi sabitlik 
yarandı.  YİS-in  həyata keçirilməsi prosesində  üstün  cəhətlərlə  yanaşı,  zəif 
cəhətlər də üzə çıxmağa başladı. Belə ki, ali hakimiyyət orqanlanna arxalanan 
errnənilər,  onlara  məxsus  olmayan  sənaye  müəssisələrini  icarəyə  götürüb 
sahibkara çevrildilər və müəssisədə işləyən azərbaycanlılara ögey münasibət 
göstərdilər.  Bütün bunlar sənaye müəssisələrində  çalışan zəhmətkeş,  əliqa- 
barlı,  haqqı  tapdalanan  fəhlələrin  narazılığına  səbəb  olurdu.  Enyi  zamanda 
Xankəndi  şəhərində  YİS-in  iqtisadi  imkanlarmdan  istifadə  edən  fırıldaqçı 
ermənilər iri birlikləri (trestləri) ələ keçirib min bir saxtalıqla daha çox varla- 
nırdılar. Varlı təbəqəyə qarşı isə narazılıq gündən-günə artırdı. Həm də əha- 
linin təbəqələşməsi kapitalist ünsürləri yaratdığmdan bu hal yeni cəmiyyətin 
prinsiplərinə zidd hesab olunurdu. Bütün bunlarla yanaşı, YİS  sərbəst ticarətə 
şərait yaratdığından şəhərlə kənd arasında əlaqələr pozulurdu. Məhz belə bir 
şəraitdə, YİS prinsiplərindən əl çəkməyə, iqtisadiyyatda inzibati amirlik me- 
todları tətbiq olunmağa başlandı. Mərkəzin yalnız bir məqsədi var idi. Hansı 
yolla  olxır-olsun  sənayeni  inkişaf  etdirmək,  ölkənin  müdafıə  qabiliyyətini 
möhkəmləndirmək,  onu idxalçı ölkədən ixrac edən ölkəyə çevirmək.
Azərbaycanda  sənayeləşdirmənin  həyata  keçirilməsi  üçün  1926-cı  ilin 
fevralmda  sənayeləşdirmə  üzrə  xüsusi  komissiya  yaradıldı.  1926-1930-cu 
illər  üçün  inkişaf planı  hazırlandı.  1926-cı  il  fevralın  29-da  Xankəndində

keçirilmiş  konfransda  sənayeləşdirmə  planınm  müzakirəsi  keçirildi.  Qarşı- 
dakı vəzifələr müəyyənləşdirildi [52].
Azərbaycan hökuməti DQMV-də sənayenin inkişaf üçün 457000 manat, 
elektrikləşmə üçün 23630 manat, rabitə və telefonlaşmaya 32335 manat büd- 
cədən pul ayırdı [35]. Vergilər artınldı və zay məhsula görə cərimə müəyyən 
edildi. Müəssisələrə xammal, avadanlıq və ixtisash kadrlar göndərildi [41].
Bəhs  etdiyimiz dövrdə Xankəndi sənayesində  spirt-şərab  zavodları əsas 
aparıcı rol  oynayırdı.  1926-cı  ildə üzüm yığımı  96  faiz yerinə  yetirilmişdir. 
Nəticədə,  Xankəndi  şəhərindəki  spirt-şərab  zavodlan  1926-cı  ildə  yüksək 
məhsuldarlığa nail olmuş və sənayenin başqa sahələri ilə müqayisədə birinci 
yerdə dayanmışdır [7, v.5].
Azərbaycan hökuməti  1926-cı ildən başlayaraq DQMV-də  ipək sənaye- 
sini  inkişaf etdirmək  üçün  ciddi  tədbirlər həyata  keçirməyə  başladı.  Lakin
1926-cı  ildə  1925-ci  illə  müqayisədə  ipək  istehsalmda  elə  bir  əsaslı  fərq 
olmadı [61, s.53].
140 min  desyatin meşə zolağı  ilə  əhatə  olunmuş  DQMV-də  ağac  emalı 
sənayesi də inkişaf etmişdi.  1920-ci ildə burada 1  ağac emalı zavodu var idisə,
1926-cı ildə Ağdərə, Əsgəran və Xankəndində yeni zavodlar açıldı. Bu zavod- 
larda müxtəlif avadanhq və mebel istehsal olunurdu [8, s.3, i.1447, v.14].
1926-cı ildə DQMV-də  14 kooperativ,  65 satış nöqtəsi var idi ki,  onlann 
xüsusi kapitalı  194971  manata çatırdı.  DQMV-də  1926-cı ildə  23630 manat 
dəyərində elektrik xətti çəkilmiş, 50 yaşayış evi istifadəyə verilmiş, Xankən- 
di-Tahş-Ağdərə yolu bərpa edilmiş,  telefon,  teleqraf çəkilişində xeyli  işlər 
görülmüşdür [27].
1927-ci ildə Xankəndi  şəhərinin sənayesinə kapital qoyuluşu  1926-cı il- 
dəkindən 75 faiz artıq olmuşdur. Naxçıvan MSSR ilə müqayisədə isə 25 faiz 
artıq kapital qoyulmuşdu. Ümumi məhsuldarhqda isə 23 faiz artım müşahidə 
edilmişdir.  1927-ci  ildə  Xankəndi  ipək  fabrikinin  tikintisinə  başlanmış  və
1929-cu  ildə  istifadəyə  verilmişdir.  Fabrikdə  134  dəzgah  quraşdırılmışdır 
[16, i.581, v.14].
1927—1928-ci illərdə Xankəndi şəhərində mexaniki emalatxana, məktəb bi- 
nası, körpü,  100 çarpayıhq xəstəxana tikilib istifadə verildi. Bu vaxt 33 bina inşa 
edilmiş, 52-si təmir olunmuş 174 kilometr uzunluğunda yol çəkilmişdir [16, v.2].
Aparılan araşdırmalardan məlum olur ki, sənayeləşdirmənin ilk illərində 
Xankəndi  sənayesində  bir  sıra  məhdud  cəhətlər  ortaya  çıxmışdır.  Belə  ki, 
kadr  azlığı,  planlaşdırmadakı  səhvlər,  xammal  çatışmamazhğı,  sənaye  ob- 
yektlərinə rəhbərlik edən ermənilərin azərbaycanhlara qarşı şovinist mövqeyi 
və sair hallar sənayeləşdirmənin tempinə və əhalinin həyat səviyyəsinə ağır
zərbə  vururdu.  Lakin  1926-1928-ci  illərdə  Xankəndi  şəhərində  sənayeləş- 
dirmənin həyata  keçirilməsi  nəticəsində  köhnə  müəssisələr bərpa  edilərək 
yeniləri  işə  düşmüş  və  işsizliyə  son  qoyulmuşdur.  Xankəndi  şəhəri  geridə 
qalmış aqrar regiondan, aqrar-sənaye vilayətinə çevrilmişdir.  Fəhlələrin sayı 
isə 5 dəfə artmışdır [9, i.38, v.16].
Sənayeləşdirmənin  ilk  illərində  əldə  edilmiş  nailiyyətlər  imkan  yaratdı 
ki, Mərkəz uzunmüddətli inkişaf planı hazırlasın.  SSRİ hökuməti,  Azərbay- 
canın  iqtisadi  inkişafım tənzimləmək,  onu nəzarətdə  saxlamaq üçün birinci 
beşillik plan (1928/29-1932/33) qəbul etdi [26, s.320].
Birinci beşillik dövründə Xankəndində sənayeyə kapital qoyuluşu 2 dəfə 
artdı [36J. Ağac emalı sənayesinin, toxuculuq sənayesinin, xalçaçılıq və corab 
fabriklərinin inkişafı, tikilməsi və yenidən qurulması planlaşdırıldı. Xankəndi 
SES-in  tikilib  yekunlaşması,  yeni  spirt-şərab  zavodlarmm  tikilməsi,  yeyinti 
və kərpic-kirəmid zavodlannm şəbəkəsinin genişlənməsi, xalqın maddi rifah 
halmın yaxşılaşdırılması birinci beşillikdə nəzərdə tutulan əsas vəzifələr idi 
[11, s.74, i.63, v.68].
Birinci beşillik dövründə Xankəndi şəhərində yeni sənaye sahələri yara- 
dıldı. Yüngül sənaye Dağlıq Qarabağ sənayesinin 57,1 faizini təşkil edirdi [48].
1929-cu  ildə  Xankəndində  baramaaçma  fabriki  işə  düşdü.  Xankəndindəki 
Qarabağ  İpək  Kombinatınm  məhsullan  xarici  dövlətlərə  ixrac  olunurudu. 
Hər il,  təkcə Çerkasski  şəhərinə  10 ton süni ipək göndərilirdi.  1929-cu ildə 
işə düşən müəssisələrdən biri də Xankəndi xalça fabriki idi.  Burada istehsal 
olunan xalçalar orijinal və gözəl rəsmləri, əla keyfiyyəti, müstəsna möhkəm- 
liyi ilə dünyada tanınmışdır.  1930-cu ildən Qarabağ xalçalan İngiltərə, İtaliya, 
İsveç, Danimarka, İran, Misir Ərəb Respublikasma ixrac edilməyə başlanmış- 
dır [46]. Çox təəssüflər olsun ki, Azərbaycanm Qarabağ xalçaları, xarici döv- 
lətlərə erməni xalçalan kimi təqdim olunurdu.
Xankəndi şəhərində ümumi  sənaye məhsullan içərisində  istehsal həcmi 
21,8 təşkil edən əsas sənaye sahələrindən biri də, şərab-konyak istehsal edən 
sənayedir.  1929-cu  ildə  DQMV-də  şərab-spirt  istehsal  edən  müəssisələr 
Xankəndi şəhərində yefləşən Qarabağ şərabçılıq Trestində birləşdirildi.  Bu- 
rada istehsal olunan məhsullar Gürcüstan,  Orta Asiya və Rusiyanm Mərkəzi 
vilayətlərinə  ixrac  edilirdi.  Birinci  beşillik ərzində  Qarabağ  Şərab  Trestinin 
məhsullan  hər  il  orta  hesabla  20-25  faiz  artmışdır.  1930-cu  ildə  Xankəndi 
spirt-şərab zavodlannda 10 növ spirtli içkilər, 4 növ konyak 9 növ quru şərab, 
3 növ yeməkxana şərabı istehsal olunurdu [17, s.37, i.581, v.7].
Birinci beşillik dövründə Xankəndi şəhərində inşaat materiallan istehsalı 
xeyli  artdı.  Belə  ki,  Xankəndi  kombinatmm  istehsal  etdiyi  mərmər  bloklar

Moskva, Kiyev, Leninqrad, Daşkənd şəhərlərində də istifadə olunurdu. Kom- 
binat həm də mişar daşı, kərpic, üzlük tavalar istehsal edirdi.
Tikintisinə beşilliyin əvvəllərində başlanan Araçazor dəyirman daşı kom- 
binatı  1930-cu ildə istifadəyə verildi. Kombinat çirkli sulann duruldulmasm- 
da istifadə olunan daş da buraxırdı.  Kombinatm buraxdığı məhsullar İran və 
Türkiyə  bazarlarında  çox  böyük  həvəslə  alınırdı.  Kombinatın  məhsulları 
hesabma 1928—1932-ci illərdə Vilayətdə 40 dəyirman tikilib istifadəyə veril- 
mişdi. Artıq  1933-cü ildə DQMV-də 259 dəyirman işləyirdi. Dəyirmanlarda 
280 fəhlə çalışırdı. Dəiyrmanlann illik gəliri 508 min manat idi. Bəhs etdiyi- 
miz  dövrdə  Yevlaxda  1  dəyirman,  Tərtərdə  12,  Ağcabədidə  10  dəyirman 
olduğu halda, Ağdərədə 72, Hadrudda 60, Xocavənddə 55, Xankəndində 57, 
Şuşada  15 dəyirman fəaliyyət göstərirdi [43,  s.44].
Birinci beşillik dövründə Xankəndi şəhərində energetika sənayesi də in- 
kişaf etdi.  1930-cu ildə 350 at gücündə olan Xankəndi SES tikilib istifadəyə 
verildi.  1933-cü ildə DQMV-də gücü 408 kilovata çatan 4 elektrik stansiyası 
fəaliyyət  göstərirdi.  Bu  vaxt  Naxçıvan  Muxtar  Respublikasında  gücü  181 
kilovata çatan  1  stansiya,  Yevlaxda 50 kilovatlıq  1  stansiya işləyirdi.  Birinci 
beşillik ərzində DQMV-də elektrik enerjisi istehsalı 75 faiz artdı [23, v.3]. Bu 
ümumi respublika göstəricilərindən 11  faiz çox idi.
Beşillik  dövründə  Xankəndi  şəhərində  dəmirçi  emalatxanalan,  dərzi, 
corab, sabunbişirmə, mebel, ayaqqabı, duluz və başqa artellər, kərpic, əhəng, 
yağ-pendir, çörəkbişirmə, limonad və digər zavodlar tikilib istifadəyə verildi.
Bu  dövrdə  Xankəndi  şəhərində  magistral  yol  nəqliyyatı  da  bu  dövrdə 
əhəmiyyətli dərəcədə inkişaf etdi. Azərbaycan dövləti bu məqsədlə 300 min 
manat pul ayırmış və  20 mütəxəssis göndərmişdi.  Nəticədə,  Xankəndi-Ağ- 
dərə,  Qaryagin-Talış-Domı,  Xankəndi-Talış,  Vetka-Vəng,  Tərtər-Marqu- 
şavan  yolları  çəkilmiş,  Xankəndi-Ağdərə,  Tərtər-Marquşavan,  Xankən- 
di-Talış  körpüləri  tikilib  istifadəyə  verilmişdir.  Yük  dövriyyəsinin  həcmi
1928-ci illə müqayisədə  1933-cü ildə 2 dəfə artdı [8, s.l, i.27, v.61].
1928—1932-ci  illərdə Xankəndi  şəhərində  ticarət mal  dövriyyəsi  5  dəfə 
artaraq  346  min  manatdan  1  milyon  732  min  manata  çatdı.  Adambaşma 
istehlak 70 faiz çoxaldı [18, i.784, v.83].
Birinci  beşillik  dövründə  sənayenin  inkişafı  fəhlə  sinfinin  tərkibinin 
kəmiyyət artımı və keyfiyyət dəyişikliyinə şərait yaratdı. Xankəndi şəhərin- 
də fəhlələrin sayı  1928-ci illə müqayisədə 2 dəfə artdı. Apanlan araşdırma- 
lardan məlum olur ki,  fəhlə və qulluqçulann milli tərkibində qeyri-azərbay- 
canhlar üstün olmuşdur [59].  Xankəndi şəhərində  inzibati amirlik metodunu 
tətbiq etməklə, xalqımızın gərgin əməyinin istismarı hesabına birinci beşillik
plan  124 faiz yerinə yetirildi. Beşillikdə 7  saatlıq iş gününə keçməklə  əmək 
haqqı 2 dəfə artdı.  1928-1933-cü illərdə Xankəndi şəhərində büdcənin mə- 
daxil və məxaricində böyük irəliləyiş oldu. Vəsait qoyuluşunun həcmində də 
artım  müşahidə  edilmişdir.  Beləki,  1926-cı  illə  müqayisədə  1933-cü  ildə 
qoyulan vəsäitin həcmi 8 dəfə artmışdı [19,  s.l, i.784, v.83].
Beləliklə,  birinci beşillikdə  Xankəndi  şəhərində  sənaye  potensialı  güc- 
lənmiş,  fəhlə  sinfi  və  qulluqçulann  sayı  artmış,  yeni  sənaye  müəssisələri 
meydana gəlmiş və işsizlik aradan qaldınlmışdır.
Azərbaycanda  inzibati  amirlik  metodunun  tətbiqi  ilə  bütün  iqtisadiyyat 
milliləşdirilirdi. İqtisadiyyatda isə partiya ideologiyası hakim mövqe tuturdu. 
Bu hal birinci növbədə mərkəzin hazırladığı perespektiv və cari planlarda öz 
əksini  tapırdı.  Belə  sərt,  amiranə  tədbirlərdən  biri  də,  ikinci  beşillik  plan 
(1933/34-1937/38) oldu. İkinci beşillik planmda mərkəz, kapitalist ünsürlərini 
məhv etməklə yanaşı, Azərbaycanm tükənməz sərvətlərindən tam bəhrələn- 
mək məqsədilə onun sənaye, xammal və eneıji mərkəzlərini yaxşılaşdırmaqla 
Azərbaycan iqtisadiyyatını sürətlə inkişaf etdirməyi qarşıya vəzifə qoydu [33].
1933-cü il  dekabnn 21-də AK(b)P MK-nın və XKS-nin birgə  keçirdiyi 
konfransda,  DQMV-nin xalq təsərrüfatınm ikinci beşillikdə  inkişaf planınm 
(1933-1937) tərtib edilməsi üçün direktivlərini təsdiq etdi [51]. İkinci beşilli- 
yin vəzifələrindən biri DQMV-də birinci beşillikdə yaradılmış sənaye obyekt- 
lərinin  genişləndirilməsini  davam  etdirmək  və  yeni  sənaye  müəssisələrini 
qabaqcıl  texnika  ilə  təchizi  işini  yerinə  yetirməkdən  ibarət  idi.  Beşilliyi 
müvəffəqiyyətlə  yerinə yetirmək üçün bütün zəhmətkeşlərin yaradıcı  əmə- 
yini  səfərbərliyə  almaq  tələb  olunurdu.  Bu  məqsədlə  1933-cü  ildə  xüsusi 
təlimatlandınlmış  165 nəfər təlimatçı DQMV-ə gəldi. İkinci beşillikdə səna- 
yedə və nəqliyyatda yenilikçilər, zərbəçilər hərəkatmm başlanması ilə xarak- 
terizə olunmuşdur.
Beşilliyin ilk illərində  Xankəndi  şəhər  sənayesində bəzi  çətinliklər üzə 
çıxdı.  Belə  ki,  müəssisələrdə  yüksəkixtisaslı  kadrlar  çatışmırdı.  Sənaye 
müəssisələrinin texniki təchizatı lazımı səviyyədə deyildi.  Əmək intizamma 
düzgün riayət olunmur və fəhlələrə ikili mövqedən yanaşma halı mövcud idi. 
Bu səbəblərdən beşilliyin birinci ili kəsrlə (82,5 faiz) yerinə yetirilmişdi.
Yuxandakı  çatışmamazlıqlan  aradan  qaldırmaq üçün mərkəz  1934-cü  il 
mayxn 14-də xüsusi qərar qəbul etdi. İlk növbədə fəhlələrin əməyini gərgin- 
ləşdirmək üçün müəssisələr arası «yanş» təşkil edildi [50].
Ikinci beşillik dövründə Azərbaycanda sənayenin bərpa və inkişafxna 252 mil- 
yon manat vəsait ayrılmxşdır ki, bunun 32 milyon manatx DQMV-nin sənaye- 
sinə sərf edilmişdir [21]. Azərbaycanm digər regionlan ilə müqayisədə DQMV

sənayesinə  aynlan  vəsait  dəfələrlə  artıq  olmuşdur.  Tədqiqatlardan  məlum 
olur ki, DQMV-nə aynlan vəsaitin 82 faizi Xankəndi şəhərində sənayenin inki- 
şafma istiqamətlənmişdi.
İkinci beşillik dövründə ipək emalı sənayesini inkişaf etdirmək üçün 3 mil- 
yon manat vəsait ayrıldı.  1934-cü ildə Qarabağ ipək Tresti Qarabağ ipəkəyir- 
mə idarəsi ilə birləşdmldi.  Həmin il Xankəndi ipək emalı fabriki işə düşdü. 
Qarabağ ipək kombinatında  12 adda məhsul istehsal olunurdu.
1933-1938-ci  illərdə  Xankəndi  şəhərində  spirt-şərab  emalı  sənayesi  də 
öz inkişafında diqqəti cəlb edirdi.  1933-cü ildə Qarabağ şərab Tresti Sovxoz- 
lar Tresti ilə birləşdi,  «Qarabağ Şərab və  Sovxozlar Tresti»  (QŞST) yarandı 
[43, s.56]. Üzümçülüyün inkişafı hesabına 1937-ci ildən Xankəndi şəhərində 
spirt-şərab zavodları yerli xammalla işləməyə başladı.  İkinci beşillikdə kon- 
yak  spirti  istehsah  zavodlan,  Xankəndində  şərab-konyak  zavodu,  şərabın 
ilkin emalı müəssisələri istifadəyə verildi. Zavodlarda istehsal olunan «Q ara- 
bağ», «Gişi» şərablan keçmiş ittifaq məkanında böyük şöhrət qazanmışdır.
İkinci beşillik dövründə Xankəndi şəhərində xalçaçıhq müəssisələri, kər- 
pic-kirəmid zavodu, ağac emalı müəssisəsi,  çörək zavodu,  ət və süd kombi- 
natlan, ət, meyvə-tərəvəz və süd kombinatlan tikilib istifadəyə verilmişdir [42].
İkinci beşillik dövründə Xankəndi şəhərində elektrikləşmə sahəsində də 
xeyli  nailiyyətlər  əldə  edilmişdir.  1933-cü  illə  müqayisədə  1938-ci  ildə 
Xankəndi  şəhərində  elektrik  enerjisi  hasilatı  2,2  dəfə  artdı.  Bu  dövrdə 
Xankəndi  şəhərində  mövcud  elektrik  stansiyalan  genişləndirilmiş,  bir  sıra 
elektrik stansiyalan istifadəyə verilmiş, elektrikləşmə işləri apanhnışdır [38, 
s.47-48].
1933-1938-ci illərdə Xankəndi şəhərinin iqtisadi həyatında mühüm əhə- 
miyyəti olan nəqliyyatda əsaslı irəliləyiş baş vermişdi.  Təkcə Xankəndində 
yollann çəkilişinə  100 min manat vəsait xərclənmişdir.  Bu vaxt Azərbayca- 
nın heç bir şəhərində yol çəkilişinə bu qədər vəsait aynlmamxşdı. Bəhs olu- 
nan dövrdə Ağdərə-Tərtər,  Şuşa-Şırlan, Xankəndi-Şuşa şose yollan çəkilib 
istifadəyə verildi [48, s.224].
1930-cu  illərdə  Xankəndi  şəhərində  yeni  poçt  və  teleqraf müəssisələri 
açıldı.  1935-ci ildə Xankəndində hər birinin gücü 150 vatt olan 2 qısadalğalı 
radioverici  aparatı  quraşdınlaraq işə  düşdü.  Xankəndi  şəhərində poçt,  tele- 
qraf,  telefon,  rabitə  şəbəkəsinin  təkmilləşməsi  və  inkişafma  böyük  diqqət 
yetirilmişdi. Xankəndi şəhərində poçt, telefon və rabitənin inkişafı Naxçıvan 
MSSR və  Azərbaycanm  digər  şəhərlərindən  üstün  olmuşdur.  Təkcə  ikinci 
beşillikdə, Xankəndində rabitənin inkişafına aynlan vəsaitin həcmi respubli- 
kamızda birinci yerdə dayanmışdır.
Azərbaycanda  sovet hakimiyyəti  qurulduqdan  sonra mövcud olan bütün 
kredit müəssisələri yenidən qurularaq sosialist istehsal üsulunun xarakterinə 
uyğunlaşdırıldı.  Xalq  təsərrüfatı,  ticarət  və  nəqliyyatın  inkişafı  üçün 
Azərbaycan Dövlət Bankı təsis edildi. ÜİK(b)P-mn XV konfransmm 15 iyun
1927-ci il tarixli «Kredit şəbəkəsinin quruluş ‘prinsipləri haqqmda» qərannm 
Azərbaycanda həyata keçirilməsinə uyğun olaraq,  1928-ci ildə Xankəndində 
Azərbaycan Dövlət Bankmın kredit agentliyi yaradıldı.  1935-ci ildə isə Azər- 
baycan dövlət bankınm Xankəndi fılialı açıldı [43,  s.63].  İkinci beşillik döv- 
ründə Xankəndi şəhərində yeni ticarət mərkəzləri açılmışdı.
1939-cu  ildə  xalq  gəliri  1933-cü  illə  müqayisədə  85  faiz  artdı.  1939-cu 
ildə Dağlıq Qarabağda dövlət büdcəsi üzrə gəlir 1.404.687 manat məxaric isə 
1.422.563 manat olmuşdur [53, s.198].
İkinci beşillik dövründə Xankəndi şəhərində fəhlə və qulluqçulann kəmiy- 
yətcə artması halı müşahidə edilmişdir. Fəhlə və qulluqçulann milli tərkibinə 
gəldikdə  isə  1933-cü  illə  müqayisədə  1938-ci  ildə  azərbaycanlılann xüsusi 
çəkisi 28  faiz azalmışdır [29]. Xankəndi şəhərində sənaye sahəsində çalışan 
azərbaycanlı fəhlələrin sayının aşağı düşməsinin ən başlıca səbəbi əraziyə məq- 
sədli şəkildə ittifaqın ayrı-ayn regionlardan ermənilərin köçürülməsi ilə bağlı 
olmuşdur.  Eyni  zamanda  aryı-ayn  regionlardan Dağlıq  Qarabağa köçürülən 
qeyri-azərbaycanlılar  şəhər əhalisi  idi.  Onlar isə  əraziyə  köçərkən  şəhərdə 
məskunlaşır və müəssisələrdə işə götürülürdü. Torpağa çox bağlı olan Dağlıq 
Qarabağ azərbaycanlılannın müəssisələrdə işə cəlb edilməsi zəif idi. Kənddə 
çətin  iş  olan  pambıqçılığm  və  üzümçülüyün  inkişaf etdirilməsi  məqsədilə 
Dağlıq Qarabağ idarə aparatma rəhbərlik edən şovinist mövqeyi erməni məmur- 
lan kənddə yaşayan azərbaycanlılann şəhərə gəlməsini və müəssisələrdə işə 
düzəlməsinin qarşısım süni vasitələrlə alırdılar.  Bütün bunlarla yanaşı, kənddə 
yaşayan azərbaycanlılann özlərinin miqrasiya fəallığı aşağı idi. Onlann təhsil 
səviyyəsi,  məişət  xüsusiyyətləri  məhdud  olmaqla  yanaşı,  çoxuşaqlılıq, 
erkənkəbinlilik və s. amillər kənddə yaşayan azərbaycanlılann şəhərə axınının 
qarşısını alırdı. Azərbaycanlı qadınlann da ictimai istehsal əməyinə cəlb olunması 
çox aşağı səviyyədə idi. Ümumi respublika miqyasında 1939-cu ildə fəhlə və 
qulluqçular arasında azərbaycanlı qadmlar 5 faiz təşkil edirdilər [54,  s.43].
Bəhs  edilən  dövrdə  Xankəndi  şəhərində  ümumi  sənaye  məhsullarmm 
artım tempi ildən-ilə artaraq 1928-ci ildəkinə nisbətən  1938-ci ildə 402 faizə 
çatmışdır.  Zəhmətkeş  xalqın  səyi  nəticəsində  ikinci  beşilliyin  qarşısındakı 
vəzifələr 4 il 3 ayda yerinə yetirilmişdi [55].
1933-1938-ci  illərdə  Sovet  İttifaqında  sənaye  məhsullarının  illik  artımı 
orta hesabla 17,1 faiz olmuşdursa, Azərbaycanda 20,3 faiz, Dağlıq Qarabağda

18,2  faizə çatmışdır [12, s.3, i.344, v.13]. 1920-1940-cı illər ərzində Xankəndi 
şəhərində yeni texnika əsasmda onlarca yeni  sənaye müəssisəsi tikilmişdir. 
Ərazidə  ipək sənayesi,  yağ, pendir sənayesi,  tikinti ləvazimatı,  meşə  emalı, 
toxuculuq, tikiş, gön-dəri, yeyinti və başqä sənaye müəssisələri yaradılmışdır. 
Xankəndi şəhərində  1920-1940-cı illər ərzində sənayenin inkişafı sahəsində 
nə qədər böyük müvəffəqiyyətiər əldə edildiyini onda görmək olar ki,  1926-
1927-ci  illərin  dəyişməz  qiymətləri  ilə  götürüldükdə  sənaye  məhsulunun 
miqdarı  1923-cü  ildən  1940-cı  ilədək  9  dəfə  çoxalmışdır.  Təkcə  Xankəndi 
şəhərində ipək sap istehsalı 1934-cü ildə 1922-ci illə müqayisədə 33 dəfədən 
çox artmışdır. Birinci iki beşillik dövründə Xankəndi şəhərində sənaye mün- 
təzəm surətdə inkişaf edib genişlənmişdir [28].
1920-1940-cı  illər ərzində  Xankəndi  şəhərində  şərab-spirt  sənayesi  də 
inkişaf etmişdir.  Konyak  spirt  zavodu,  şərab  və  konyak  zavodları,  spirtsiz 
içkilər zavodu,  likor zavodu və başqa zavodlar tikilib istifadəyə verilmişdir. 
Həmin  zavodlar  əsasmda  yaradılmış  «QŞST»  müəssisəsinin  gücü  ildən-ilə 
artmışdır.  Müəssisənin  istehsal  etdiyi  məhsullar  ittifaq  miqyasında  şöhrət 
qazanmışdır. Dağlıq Qarabağda 1940-cı ildə 40 min dkletr şərab,  1000 dkletr 
konyak istehsal edilmişdir [56, s.272].
1920-1940-cı illərdə Xankəndi şəhərində tikinti ləvazimatı sənayesi də ge- 
nişlənmişdir.  Həmin  illərdə  tikilən kərpic,  kirəmit,  əhəng və  mexaniki  təmir 
zavodlan məhsul verməyə başlamışdır. Ağac emalı fabriki işə salınmış, ilk taxta 
zavodlanndan məhsul buraxılmışdır. 1940-cı ildə Dağhq Qarabağda 1,3 min kub- 
metr taxta-şalban,  120 ton əhəng, 26 min manatlıq mebel,  172 min ədəd kərpic 
istehsal edilmişdir [53, s.54-55]. ÜİK(b)P MK-nın yerli xammaldan çox işlənən 
mallan artırmaq tədbirləri haqqmdakı tarixi qəranndan soxıra Xankəndi şəhərin- 
də yerli sənaye sürətlə inkişaf etməyə başladı. 40-cı illərin əwəllərində  1925-ci 
illə müqayisədə yerli sənayenin ümumi məhsulu 20 dəfə artmışdı. Xankəndi şə- 
hərində yerli sənayenin inkişafi üçün hər cür şərait var idi. Ərazidə bir sıra mədən 
yataqlanmn aşkar edilməsi yerli sənayenin coşqun inkişafina təkan vermişdir.
Bəhs edilən dövrdə Xankəndi şəhərində sənət kooperasiyası da genişlən- 
mişdir.  Sənət kooperasiyası yüz növdə müxtəlif məhsullar istehsal edirdi. İsteh- 
sal yerli xammala əsaslanırdı.  1940-cı ildə Dağhq Qarabağ sənət koperasiya- 
sının məhsullan (araba və kirəmit istehsalma görə) Azərbaycanda birinci yer- 
də dayanmışdır. Bünövrəsi birinci beşillikdə qoyulan parça və xalça toxuyan, 
mebel, ayaqqabı,  qənnadı mallan hazırlayan artellər  1940-cı ildə xeyli məh- 
sul vermişdir [43,  s.67].
1920-1940-cı  illər ərzində  Xankəndi  şəhərində  xalça,  yağ-pendir səna- 
yesi, asvalt-beton istehsah, çörək zavodu və ət kombinatmın məhsullan diq-
qətə layiqdir.  1923-cü ildən 1940-cı ilədək ümumilikdə Dağlıq Qarabağ ərazi- 
sində 42 sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bəhs edilən dövrdə 
elektrikləşmə  sahəsində  xeyli  işlər  görülmüş  və  elektrik  enerjisi  istehsalı 
1940-cı ildə  1,5 milyon kilovat saata çatmışdır [22, s.  1, i.950, v.164].
1940-cı ildə Xankəndi şəhərində qulluqçulann ümumi əmək haqqı 1926-cı 
illə müqayisədə  258  faiz,  sənayedə 473  faiz, tikintidə  384 faiz, nəqliyyatda
548  faiz,  ticarətdə  336  faiz  artmışdır [22,  i.950,  v.76].  1937-1940-cı illərdə 
Xankəndi  şəhərində  sənaye,  nəqliyyat və  əsaslı tikinti  sahəsində xeyli mü- 
vəffəqiyyətlər əldə edilmişdir. Yeni sənaye müəsSisələrini tikən tikinti quraş- 
dxrma podratçı təşkilatlar yaradılaraq, tikinti işləri mexanikləşdirildi və müx- 
təlif  ixtisaşlı  kadrlarla  təchız  olundu.  Bu,  əsaslı  tikinti  işlərinin  ildən-ilə 
genişləndirilməsinə kömək etdi.
1930-1940-cx illərdə Xankəndi sənayesi texniki cəhətdən yenidən quruldu. 
Ba isə fəhlələrin maddi-rifah halının yaxşxlaşmasxna müsbət təsir etdi. Eyni 
zamanda bəhs edilən dövrdə Xankəndi sənaye müəssisələrində çalışan fəh- 
lələrin yaşayış  şəraitinin  yaxşılaşdırılması üçün  tədbirlər  görülmüşdü.  Belə 
ki, fəhlələrin əmək rejiminin yenidən qurulmasma, iş vaxtı təhlükəsizlik tex- 
nikasma əməl edilməsi və sağlamlaşdırma məsələlərinə xüsusi diqqət yetiri- 
lirdi. Fasiləsiz işləyən müəssisələr beşgünlük, başqa müəssisələr isə altıgün- 
lük iş həftəsinə keçmişdilər. Xankəndi şəhərinin bütün sənaye müəssisələri
7  saatlıq  iş  gününə  keçdilər.  Asudə  vaxt əldə  edən  fəhlələr öz  ixtisaslarmı 
artırırdılar.
1920-1940-cı  illərdə  Xankəndi  şəhərində  sənayenin  inkişaf etməsi  bir 
sıra amillərlə bağlı olmuşdur. Belə ki, bəhs edilən dövrdə mərkəzin göstərişi 
ilə bütün Azərbaycan ərazisinin, o cümlədən Dağlıq Qarabağ ərazisinin təbii 
sərvətləri  daha ətraflı  öyrənilmiş  və  ondan  səmərəli  istifadə  edilməyə baş- 
lanmışdır. Həmin dövrdə Moskvanm göndərdiyi nümayəndələr Dağlıq Qara- 
bağ istiqamətində ekspedisiyalar təşkil etmiş və ərazidə bir sıra cəmiyyətlər 
yaratmışlar.  Məqsəd  həmin  ərazidəki  təbii  sərvətləri  aşkarlayıb  özününkü- 
ləşdirmək  idi.  Hazır  məhsul  aparmaq  üçün  kombinləşdirmə  metodu  tətbiq 
edilməyə başlandı.  Yəni aşkarlanmxş təbii ehtiyatlann (sərvətlərin)  yaxınlı- 
ğında sənaye müəssisələri tikilməyə başlandı. Bu isə Dağlıq Qarabağda səna- 
yenin inkişafına təkan verdi. Dağlıq Qarabağ ərazisi müxtəlif və zəngin təbii 
ehtiyatlara  malik  olmaqla  yanaşı,  başqa  əlverişli  imkanlara  da  malik  idi. 
Yaxşı iqlimə, münbit torpağa, münasib suvarma sisteminə malik Dağlıq Qa- 
rabağ ərazisində kənd təsərrüfatı sürətlə inkişaf etmiş, bu isə öz növbəsində 
sənayenin xammala olan tələbatınm ödənilməsinə şərait yaratmışdır.  Dağlıq 
Qarabağda  xalq  təsərrüfatına  qoyulan  vəsaitin  66,5  faizi  sənayeyə  sərf

edilmişdir.  Sənaye müəssisələrində çalışan  fəhlələrin mədəni-məişət  şərai- 
tinin yaxşılaşdınlması, onlann maddi marağmm artınlması, fəhlələr içərisində 
ciddi  əmək  intizammın  tətbiqi,  zay  məhsul  istehsalma,  işdən  qalmaq  və 
gecikməyə  görə  cəza  tədbirləri  Xankəndi  şəhərində  sənayenin  inkişafma 
təkan  verdi.  SSRİ  məkanında vahid  iqtisadi planın  tətbiqi,  texniki  avadan- 
lıqla,  təcrübəli  mütəxəssislərlə  və  ixtisaslı  fəhlələrlə  Xankəndi  şəhərində 
sənayenin  təmin  edilməsi,  elektrikləşmə,  nəqliyyat,  yol  tikintisi  işlərinin 
inkişafı, sənayesinin inkişafım sürətləndirdi. Bütün bunlarla yanaşı, müxtəlif 
regionlardan ermənilərin məqsədli şəkildə Dağlıq Qarabağa köçürülməsi və 
onlann  sənaye  müəssisələrində  işə  götürülməsi  Xankəndi  sənayesinin  işçi 
qüvvəsi ilə tam təmin edilməsinə şərait yaratmış və sənayenin inkişafma sə- 
bəb olmuşdur.
Beləliklə,  Sovet  dövlətinin  sənayeləşdirmə  siyasətinin  Xankəndi  şəhə- 
rində həyata keçirilməsi nəticəsində yeni sənaye sahələrinin əmələ gəlməsi 
ilə  işsizlik problemi  aradan  götürüldü  və  istehsal  artdı.  Rus  imperiyası  isə 
iqtisadi təməlini möhkəmləndirmək üçün Azərbaycanı  öz xammal  bazasına 
çevirməklə yeraltı və yerüstü sərvətlərimizin talan edilməsini daha da sürət- 
ləndirdi.  1920-1940-cı  illərdə  Xankəndi  şəhərində  möhkəm  sənaye  bazası 
yaradıldı.  Bu  gün  Ermənistan  hərbi  birləşmələri  Azərbaycan  torpaqlarmm 
20  faizini  işğal  edib.  İşğal  altında  olan ərazilər öz  təbii  ehtiyatlarına  iqlim, 
torpaq  şəraitinə  və  iqtisadi  potensialma  görə  Azərbaycan  iqtisadiyyatında 
mühüm  əhəmiyyəti  olan  region  sayılır.  Zəbt  olunmuş  ərazilərdəki  sənaye 
sahələri  respublika  iqtisadiyyatında  mühüm  yer  tuturdu.  Dağlıq  Qarabağın 
sənaye sahələri tərkibi və inkişaf səviyyəsinə görə Sovet dönəmində Azərbay- 
canın iqtisadi regionlan arasında dördüncü yeri tuturdu. Azərbaycanın 310 sə- 
naye müəssisələri işğal edilmişdir ki, bunun  137-si Dağlıq Qarabağm payına 
düşürdü.  Ümumiyyətlə,  ayrı-ayn  sənaye  məhsullanna  görə  işğal  olunmuş 
rayonlann  Azərbaycan  Respublikasında  xüsusi  çəkisi  -   divar  daşı  üzrə
11  faiz,  tikinti  əhəngi  7,8  faiz,  tikinti  materiallan  3  faiz,  ayaqqabı  11  faiz, 
mineral su 11,5 faiz, yun  19,3 faiz, ət 5 faiz, konservlər 7 faiz, yağ 25,2 faiz, 
xam  ipək  13,5  faiz,  şərab  materiallan  35  faiz  olmuşdür  [62,  s. 122].  Biz 
inamrıq ki,  tezliklə torpaqlanmız işğaldan azad ediləcək, Azərbaycan iqtisa- 
diyyatmda  mühüm  yer  tutan  sənaye  sahələrimiz  öz  sahibinə  qaytanla- 
caqdır!!!
Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin