VI FƏSİL
XANKƏNDİ ŞƏHƏRİNDƏ ƏHALİNİN
SOSİAL STRUKTURU, RİFAH VƏ MƏİŞƏTİ
(XX YÜZİLLİYİN 20-80-ci İLLƏRİ)
Azərbaycanm digər şəhərləri ilə müqayisədə Xankəndi şəhərinə böyük
həcmdə maliyyə vəsaitinin ayrılması, şəhərdəki sosial-iqtisadi durumu digər
şəhərlərdən yüksəkdə dayandığı mənbələrə əsasən təhlil etməklə, erməni ıdeo-
loqlarmm «Xankəndi şəhərində yaşayan erməni əhalisinin rifah və məişəti-
nin geriliyi» tezisinin ağ yalan olduğunu sübut etmək, «Xankəndi şəhərinin
iqtisadi inkişafmın Ermənistanla bağlılığı» konsepsiyasımn saxta olduğunu
arxiv sənədlərinə, erməni müəlliflərinin əsərlərinə əsasən araşdırmaq günün
vacib, önəmli məsələlərindəndir.
Xankəndi, Qarabağ xanlannm istirahət mərkəzi kimi salınsa da, şəhər
XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf et-
məyə başlayır. Bu zaman, həmin işə daimi Azərbaycanm ümumrespublika
resurslanndan böyük dəstək verilir. Bu səbəbdən də Xankəndi şəhərinin
iqtisadi-siyasi və mədəni inkişafı Azərbaycanın digər şəhərlərindən daha sü-
rətlə getməyə başlamışdır. Erməni müəllifləri Q.M.Babayan, M.A.Qaspari-
yan, B.S.Geverkovun və digər erməni müəlliflərinin əsərlərinə istinadən
deyə bilərik ki, 1920—1980-ci illərdə Xankəndi şəhəri sürətlə böyümüş və
əhali təxminən 20 dəfə artmışdır. Belə ki, Xankəndi şəhərində 1926-cı ildə
3,2 min, 1988-ci ildə isə 60 min əhali yaşayırdı [30, s.72]. Hansı ki, 1920-
1970-ci illərdə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində bu
göstərici (5,1 mindən 7,3 minə) təxminən 1,4 dəfə, Xocalıda 1,3 dəfə art-
mışdı [48, s.69].
Bütün dünyada tanman səyyah və yazıçılar Beris Lapin və Zaxar Xatsrev
1937-çi ildə Azərbaycana gəlmiş və Qarabağı gəzmişdilər. Onlann Xankəndi
şəhəri haqqmda fikirləri daha çox diqqəti cəlb etmişdir. Belə ki, «Noviy mir»
jumalmda Xankəndi şəhəri haqqında yazılmış oçerkdən oxuyuruq:
«Xankəndinin siması təvazökar, sadə və igid Qarabağ dağlannm xarakterini
xatırladır. Küçələr sanki ağaclarm dalında gizlədilmişdir.
Evlərin içi öz təmizliyi ilə fərqlənir. Xankəndi gözəl şəhərdir. Şəhərin
həyatı şən və fıravandır. Əhali təhsil alır, yoldan keçən hər 2-3 nəfərin biri ya
məktəbli, ya tələbə, ya da kurs müdavimidir. Burada yaşayan əhali həmişə
öz istəyinə nail olmağa çalışır...» [30, s.72]
Şəhərin «yaşı»nm az olmasına baxmayaraq, qısa biı rnüddətdə Azərbay-
canın böyük şəhərləri ilə bir sırada durmuşdur. Orta hesabla dəniz səviyyə-
sindən 830 metr yüksəklikdə yerləşən Xankəndi şəhəri, Marietta Şaginyanm
obrazlı ifadəsi ilə desək, «Oksigen fabriki»dir. Şəhər özünəməxsus iqlim
şəraiti, təzyiq və tempratur arasında kəskin fərqlərin olması ilə fərqlənir.
Xankəndi şəhəri bütövlükdə yaşılhqla əhatələnmişdir. Burada əkilmiş sərv,
qovaq, vələs, cökə, tut, şam və Qara dəniz sahillərindən gətirilmiş gözəl şam
ağaclan şəhərin libasını gözəlləşdirir və bütün görənlərə zövq verir. XX yüz-
illiyin 20-80-ci illərində, Azərbaycan hökuməti Xankəndi şəhərində kom-
pleks şəkildə yaşayış evləri, məktəblər, uşaq bağçalan, körpə evləri, mədə-
niyyət və ticarət-məişət obyektləri, stadion, mədəniyyət parklan, üzgüçülük
hovuzlan, idman oyunlan salonlan, çoxmərtəbəli yaşayış binaları , vağzallar,
böyük mikrorayonlar tikmiş və əhalinin istifadəsinə vermişdir ki, aşağıda bu
mövzudan geniş bəhs edəcəyik. Əwəlcə, 1920-1923-cü illərdə ümumilikdə
Yuxan Qarabağda baş verən sosial-siyasi prosesləri təhlil etməyimız yerinə
düşərdi.
Keçmiş Rusiya imperiyasını bərpa etmək məqsədini güdən bolşeviklər
Azərbaycanda da işğalçılıq siyasətini həyatakeçirərək 1920-ci il aprelin 28-də
Bakıda Azərbaycan SSR-in yarandığını elan etdilər. Bütün hakimiyyət
Müvəqqəti İnqılab Komitəsinə verildi.
1920-ci il aprelin 28-30-da Azərbaycanm bir sıra ərazilərində, o cümlə-
dəıa Qarabağda onun Xankəndi ərazisində hakimiyyətin bolşeviklərin əlinə
keçməsinə baxmayaraq, XI Ordu hissələri öz işğalçılıq missiyasını davam
etdirərək maym 1-dən «Zəfər yürüşü»nə başladı. Xalqın narazılığından
qorxan və öz işğalçılıq siyasətini pərdələməyə çalışan tərkibi erməıii və
ruslardan ibarət olan bolşeviklər və XI Ordu «Müstəqil Azərbaycan Sovet
Respublikası» şüan altında hərəkət edirdilər [2].
1920-ci il maym 3-də XI Ordunun 32-ci silahlı dəstələri Yevlaxdan bir-
başa Qarabağ üzərinə yürüş etdi. Şuşa, Xankəndi və Qarabağm digər şəhər və
kəndləri rus qoşunlannm, erməni quldur dəstələrinin nəzarəti altına alındı [13].
1920-ci il mayın 12-də XI Ordunun süvari dəstələrinin bir hissəsi Xan-
kəndində, digər hissəsi isə Şuşada qərarlaşdı [11]. Həmin gün Şuşaya gələn
Q.K.Orconikidze «Qarabağın müsəlman və erməni xalqma» müraciət etdi [13].
Müraciətdə hakimiyyətin Hərbi İnqilab Komitəsinin əlinə keçdiyi elan edildi.
Lakin XI Ordu hissələrinin özbaşmalığı, kütləvi həbslər, qarət və qırğmlar
Dağlıq Qarabağda xalq müqavimət hərəkatmm genişlənməsinə səbəb oldu.
Müqavimət hərəkatma general Nuru Paşa, polkovnik Zeynalov, Sultan
bəy Sultanov başçılıq edirdilər [16]. İyunun əwəllərində Şuşa XI Ordunun
silahlı dəstələrindən təmizləndi. Ancaq Dağlıq Qarabağa rus və erməni qul-
durlanna kömək məqsədilə 28-ci diviziya gətirildi ki, birləşmiş Ordu his-
sələri iyunun 15-də Xankəndi və Şuşada Sovet hakimiyyətini bərpa etdi-
lər [38]. Hakimiyyət B.Vəlibəyov, S.A.Ambarsumyan, Q.İbrahimov, K.Şah-
nəzərov, Q.Sarkisov, Q.Mkrtiçovdan ibarət İnqilab Komitəsinin əlinə
keçdi [28]. Moskvamn bilavasitə göstərişi ilə Dağlıq Qarabağda vəziyyəti
«nizama» salmaq məqsədilə 1920-ci il iyulun 5-də AK(b)P MK tərəfmdən
M.Çalyan, M.Manuçaryan, L.Arustamyan, A.Mirzoyan və başqalan Şuşaya
göndərildi [13].
'
Çar Rusiyası dövründə olduğu kimi, Sovet imperiyası dövründə də Dağlıq
Qarabağda ermənilərin çoxluğunu yaratmaq və imperiyamn dayaqlanm möh-
kəmləndirmək məqsədilə 1920-1921-ci illərdə Ermənistandan Azərbaycana
850 erməni ailəsi köçürüldü ki, bunlardan 765 ailə Dağlıq Qarabağda yerləş-
dirilərək, tezliklə evlə, işlə təmin-edildilər [4]. Tədqiqatlardan məlum olur ki,
Qarabağa köçürülənlərin xeyli hissəsi Xankəndi şəhərində məskunlaşdınl-
mışdı. Dağlıq Qarabağa köçürülmüş əhaliyə 26226 desyatin torpaq sahəsi
aynldı [5]. Bütün bu tədbirlər Dağlıq Qarabağda ictimai, siyasi vəziyyəti
sabitləşdirə bilmədi. Ərzaq ehtiyatı toplamaq, ordunu və şəhər əhalisini
ərzaqla təmin etmək üçün Dağlıq Qarabağda 1920-ci il sentyabrın 24-də ər-
zaq sapalağı tətbiq olundu [6]. Artıq məhsul kəndlinin əlindən zorla alındı,
məhsulu gizlədənlər məsuliyyətə cəlb olunurdular. Belə bir dövrdə Sovet
dövlətinin həyata keçirdiyi tədbirlərə mane olan, onun pozulmasma çalışan
qüwələrə qarşı qəti mübarizə aparmaq məqsədilə Fövqəladə Komissiya
(FK) yaradıldı. FK terrorçu bir orqan kimi təqib və kütləvi həbslərə başladı.
Dağlıq Qarabağda ilk Fövqəladə Komissar vəzifəsinə A.Karagözov təyin
olundu. 1920-ci ilin sonu, 1921-ci ilin əwəllərində FK Şuşadan 76 nəfər,
Xankəndindən 51 nəfər Xocavənd və Ağdərədən 112 nəfər, Hadrutdan
47 nəfər məsuliyyətə cəlb etdi [11]. Həbs olunanlarm böyük əksəriyyəti azər-
baycanlılar idi. Həmçinin ərazidə yerləşən Qızıl Ordu hissələri əhali arasında
iş apararkən azərbaycanlılann adət-ənənələrinə, dininə, dilinə hörmət etmir,
onlarla vəhşicəsinə rəftar edirdilər. Ona görə də əhalinin bir hissəsi İran və
Türkiyəyə qaçmağa məcbur oldular. 1921-ci ilin əvvəllərində Xankəndi,
Hadrud və Xocavənddə xalq hərəkatı geniş vüsət aldı [14]. Qızıl Ordu hissə-
ləri 1921-ci ilin fevrahnda silah gücü ilə vəziyyəti «nizama» saldılar [11].
1921-ci il maym 17-də Dağlıq Qarabağda, o cümlədən Xankəndində ər-
zaq sapalağı ərzaq vergisi ilə əvəz edildi. Ərzaq vergisinin tətbiqi Dağlıq Qa-
rabağda birtərəfli qaydada apanlmışdı. Belə ki, apanlan araşdırmalar nəticə-
sində məlum olur ki, tədarük məntəqələrində çalışanların böyük əksəriyyəti
erməni olduğundan onlar verginin çoxunu azərbaycanlılar yaşayan kəndlərin
üzərinə qoyur, ermənilərdən isə vergilər alınmır və ya az tələb edilirdi [1].
Beləliklə, azərbaycanlılann qarət olunması yolu ilə 1922-ci ildə Xankəndində
ərzaq vergisi 200 faiz yerinə yetirilmişdir [2]. Azad ticarət, möhtəkirlərin
əhalini daha çox soyub talamasma səbəb oldu. Beləliklə, 1920-ci il aprel
çevrilişindən sonrakı illərdə həyata keçirilən tədbirlərə aid tarixi sənədləri,
faktlan və materialları nəzərdən keçirərkən məlum olur ki, Xankəndində
həyata keçirilən tədbirlərin ən başlıca yekunları Sovet imperiyasının müs-
təmiəkəçilik rejiminin iqtisadi, siyasi, ideoloji təməlinin yaradılması
olmuşdur. Bu təməl xalq təsərrüfatmın ən mühüm sahələrinin millilpşdiril-
məsinə, onun Sovet imperiyasınm strategiyasma uyğun bir şəkildə vahid bir
mərkəzdə birləşdirilməsinə, siyasi hakimiyyətdən uzaqlaşdınlmasına, iqti-
sadi cəhətdən sarsıdılmış sinfin məhv edilməsinə, onlarm böyük bir hissə-
sinin öz doğma yurdlarmdan didərgin salınmasma, sovet dövlətinin dayaq-
lannm möhkəmlənməsinə səbəb oldu.
Xankəndinin sovet qoşunlan tərəfındən işğalından sonra yeni hakimiyyət
orqanlan yaratmaq vəzifəsi qarşıda dururdu. Xankəndində yaradılmış ilk
dövlət orqanlarından biri İnqilab Komitəsi oldu. 1920-ci il maym 26-da
Xankəndində İnqilab Komitəsinin yaradılması elan edildi. Komitənin sədri
vəzifəsinə qatı millətçi olan Sako Ambartsumyan seçildi [3]. Komitənin işinə
kömək məqsədilə 1920-ci ilin sonlannda AK(b)P MK-nın tapşırığı ilə əra-
ziyə 268 nəfər nümayəndə göndərildi ^4]. Göndərilən nümayəndələrin əksə-
riyyəti milliyyətcə rus və ermənilər idi. Göndərilən nümayəndələr ərazidə
«təmizləmə» işləri apardılar.
1921-ci ıhn əvvəllərində bölgədə yaranan nisbi sakitlik yoxsul komitələ-
rindən Sovetlərə keçməyə imkan verdi. Bu, «zəhmətkeş kütlələri sovet quru-
culuğuna cəlb etmək və Sovet hakimiyyətinin möhkəmlənməsi üçün lazım
idi». 1921-ci ilin aprelində Xankəndində sovetlərə seçkilər keçirildi. Bu seç-
kilərdə də əhalinin milli, etnik tərkibində ayn-seçkiliyə yol verilmişdir.
Xankəndi Sovetlərinə seçilən deputatlarm 68,5 faizini ermənilər təşkil edirdi
[15]. Beləliklə, apanlan elmi araşdırmalardan, əldə olunmuş tarixi faktlardan
tam aydm olur ki, aprel çevrilişindən sonra Xankəndində həyata keçirilən
tədbirlərin ən başlıca yekunlan Sovet imperiyasmın müstəmləkəçilik reji-
minin iqtisadi, siyasi və ideoloji təməlinin yaradılması olmuşdur. Həmin
təməl isə sovet dövlətinin Xankəndində dayaqlannın möhkəmləndirilməsinə
səbəb oldu.
Azərbaycanda sovet rejimi qurulduqdan sonra ermənilərin ərazi iddialan
yenidən baş qaldırdı. Dağlıq Qarabağın hər yerində erməni quldur dəstələrinin
fəaliyyəti genişləndi. Onlar yerli azərbaycanlılan qmb talayır, ev-eşiklərini
yandınr, mal-qaralannı, qoyun sürülərini qarət edirdilər. Təkcə 1920-ci ilin
avqustunda daşnaklar 70 nəfər azərbaycanhnı qətlə yetirmişlər [15]. Erməni
quldurlarınm məqsədi Dağlıq Qarabağda yaşayan azərbaycanlıları tamamilə
məhv etmək və bu ərazini Ermənistanla birləşdirmək idi. Bu məsələyə 1921-ci
il iyunun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda, 1921-ci il sentyabnn
26-da AK(b)P MK-nm siyasi və təşkilat bürosunun iclasmda, 1922-ci il
dekabrın 24-də RK(b)P Qafqaz bürosunun Zaqafqaziya Komitəsinin xüsusi
iclasında, 1923-cü ilin iyununda RK(b)P Zaqafqaziya Diyar Komitəsinin ple-
numunda baxılmış [1] və son nəticədə 1923-cü il 7 iyulda Dağlıq Qarabağ
Muxtar Vilayəti (DQMV) yaradılmışdır [9].
1924-cü ilin noyabnnda Azərbaycan MİK-nın Rəyasət Heyəti «DQMV
haqqında «Əsasnamə»ni təsdiq etdi. «Əsasnamə»də DQMV-nin Azərbayca-
nın tərkib hissəsi olması göstərilirdi. Eyni zamanda imperiyanm təhriki ilə
Şuşa,.Xankəndi və 115 kənd, Cavanşir qəzasmdan 52 kənd, Qaryagindən
30 kənd, Qubadlıdan isə Qaladərəsi DQMV-yə verildi [6]. Belə bir «səxavət-
lilik» isə xalqımıza qarşı cinayət olmaqla Vətənimizin gələcəyinə ciddi ziyan
vurdu. Xankəndinin adı dəyişdirilərək Vilayət mərkəzinə çevrildi.
Beləliklə, mərkəz - Azərbaycanın daxilində öz hakimlik mövqeyini daim
saxlamaq məqsədilə süni surətdə «Dağhq Qarabağ Muxtar Vilayəti»nin təş-
kilinə nail oldu. DQMV-nin yaradılması ilə o illərin Qarabağ problemi bir
növ yekunlaşdı. Rusiyanm havadarlığı ilə Azərbaycan ərazilərinin hissə-hissə
itirilməsi üçün yenidən bir zəmin yaradıldı. Dağlıq Qarabağm Azərbaycanm
tərkibində qalması Azərbaycanın öz torpaqlarmm qorunması uğrunda müvəf-
fəqiyyəti kimi qiymətləndirilsə də, vilayət statusunun yaranması gələcəkdə
ermənilərin Azərbaycana qarşı məkrli ərazi iddialan siyasətinin mənbəyi
olmuşdur. DQMV-nin yaradılması uzun illər boyu erməni millətçilərinin
planlı və vahid xətt əsasında apardığı siyasətin həyata keçirilməsi nəticəsin-
də Azərbaycana qarşı «parçala və hökm et» imperiya siyasətinin davamı idi.
XX əsrin əvvəllərində başlanan bu siyasət yüksələn xətt üzrə davam edərək,
əsrin sonlarma yaxm ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi.
1921—1925-ci illərdə Xankəndi şəhərində yeni sənaye sahələri yaradıldı.
şəhərin elektrik enerjisi ilə təminatı yaxşılaşdı. Xankəndi-Gəncə və Xankən-
di-Yevlax yolları çəkilib istifadəyə verildi [70]. Bu dövrdə Xankəndində bir
körpü tikildi. 1925-ci ildə 1923-cü illə müqayisədə Xankəndi müəssisə-
lərində məhsul istehsalı 60% artdı. Əhalinin sosial vəziyyətində müəyyən
irəliləyişlər baş verdi. 1928-1933-cü illərdə Xankəndi şəhərindən yüklərin
dövriyyəsi həcmi 2 dəfə, ticarət-mal dövriyyəsi həcmi 5 dəfə artdı. Bəhs
edilən dövrdə Xankəndi şəhərində fəhlələrin sayı 2 dəfə, elektrik enerjisi
sərfi 70% çoxaldı. Bir faktı xüsusi qeyd edək ki, 1926-cı illə müqayisədə
1933-cü ildə Xankəndi şəhərində əhalinin maddi rifah halının yaxşılaşdırıl-
ması üçün ayrılan vəsaitin həcmi 8 dəfə artmışdır [12].
1933—1938-ci illərdə Xankəndi şəhərinin iqtisadi həyatmda mühüm əhə-
miyyəti olan nəqliyyatda da əsaslı irəliləyiş baş vermişdi. Təkcə Xankəndində
yollann çəkilişinə 100 min manat vəsait xərclənmişdir. Bu vaxt Azərbayca-
mn heç bir şəhərində yol çəkilişinə bu qədər vəsait aynlmamışdı. Bəhs olu-
nan dövrdə Ağdərə-Tərtər, Şuşa-Şırlan, Xankəndi-Şuşa şosse yolları çəkilib
istifadəyə verildi. DQMV-də 5 il ərzində yük daşınması 54 milyon ton,
səmişin daşmması 500 min nəfər olmuşdu [57].
1930-cu illərdə Xankəndi şəhərində yeni poçt və teleqraf müəssisələri
açıldı. 1935-ci ildə Xankəndində hər birinin gücü 150 vatt olan 2 qısadalğalı
radioverici aparatı quraşdınlaraq işə düşdü. DQMV-nin kəndlərir,də poçt,
teleqraf, telefon, rabitə şəbəkəsinin təkmilləşməsi və inkişafına böyük diqqət
yetirilmişdi. Xankəndi şəhərində poçt, telefon və rabitənin inkişafı Naxçıvan
MSSR və Azərbaycanın digər regionlanndan üstün olmuşdur. Təkcə ikinci
beşillikdə, Xankəndində rabitənin inkişafma ayrılan vəsaitin həcmi respub-
likamızdabirinci yerdə dayanmışdır.
Azərbaycanda sovet hakımiyyəti qurulduqdan sonra mövcud olan bütün
kredit müəssisələri yenidən qurularaq sosialist istehsal üsulunun xarakterinə
uyğunlaşdırıldı. Xalq təsərrüfatı, ticarət və nəqliyyatm inkişafı üçün
Azərbaycan Dövlət Bankı təsis edildi. ÜİK(b)P-nin XV konfransının 15 iyun
1927-ci il tarixli «Kredit şəbəkəsinin quruluş prinsipləri haqqmda» qəranmn
Azərbaycanda həyata keçirilməsinə uyğun olaraq, 1928-ci ildə Xankəndində
«Azərbaycan Dövlət Bankınm kredit agentliyi» yaradıldı. 1935-ci ildə isə
Azərbaycan Dövlət Bankmm Xankəndı filıalı açıldı [47]. İkinci beşillik
dövründə Xankəndi şəhərində maliyyə və kredit müəssisələrinin təşkilinə
başlanmış, onların əhatə dairəsi genişlənmiş, müəssisələr təsərrüfat hesabına
keçmiş və büdcənin tərtibi təkmilləşmişdir. Eyni zamanda yeni yaradılan bank-
lar əhalidən alınan vergiləri təkmilləşdirmiş, mədaxil və məxaric əməliy-
yatlarında mütərəqqi irəliləmələr aparmış, sənaye, nəqliyyat və rabitənin
inkişafı, xarici ticarət əlaqələrinin nizama salınmasında mühüm işlər görmüş-
dür. İkinci beşillik dövründə Xankəndi şəhərində 12 yeni ticarət mərkəzi
açılmış, satış məhsullarmın həcmi 2 milyon manata çatmışdır [11, i.18, v.81].
Xankəndi şəhərində 1939-cu ildə xalq gəliri 1933-cü illə müqayisədə 85 faiz
artdı. 1939-cu ildə bütövlükdə Dağlıq Qarabağda dövlət büdcəsi üzrə gəlir
1.404.687 manat, məxaric isə 1.422.563 manat olmuşdur [71].
İkinci beşillik dövründə Xankəndi şəhərində fəhlə və qulluqçulann kəmiy-
yətcə artması halı müşahidə edilmişdir. Bu dövrdə onlann sayı 2 dəfə artmışdı.
Fəhlə və qulluqçularm milli tərkibinə gəldikdə isə 1933-cü illə müqayisədə
1938-ci ildə azərbaycanlılann xüsusi çəkisi 28 faiz azalmışdır [24]. Xankən-
dində sənaye sahəsində çalışan azərbaycanlı fəhlələrin sayımn aşağı düşmə-
sinin ən başlıca səbəbi əraziyə məqsədli şəkildə ittifaqın ayn-ayn regionla-
nndan ermənilərin köçürülməsi ilə bağlı olmuşdur. Eyni zamanda ayn-ayrı
regionlardan Dağlıq Qarabağa köçürülən qeyri-azərbaycanlılar şəhər əhalisi
idi. Onlar isə əraziyə köçərkən şəhərdə məskunlaşır və müəssisələrdə işə
götürülürdülər. Torpağa çox bağlı olan Dağlıq Qarabağ müsəlmanlannın
müəssisələrdə işə cəlb edilməsi zəif idi. Kənddə çətin iş olan pambıqçılığm
və üzümçülüyün inkişaf etdirilməsi məqsədilə, Dağlıq Qarabağ idarə
aparatına rəhbərlik edən şovinist mövqeyi erməni məmurlan kənddə yaşayan
azərbaycanlılarxn şəhərə gəlməsini və müəssisələrdə işə düzəlməsinin qar-
şısını süni vasitələrlə alırdilar. Bütün bunlarla yanaşı, kənddə yaşayan azər-
baycanlılarm özlərinin miqrasiya fəallığı aşağı idi. Onlarm təhsil səviyyəsi,
məişət xüsusiyyətləri məhdud olmaqla yanaşı, çoxuşaqlılıq, erkənkəbinlilik
və sair amillər kənddə yaşayan azərbaycanlüann şəhərə axmınm qarşısını
alırdı. Azərbaycanlı qadmların da ictimai istehsal əməyinə cəlb olunması çox
aşağı səviyyədə idi. Ümumi respublika miqyasmda 1939-cu ildə fəhlə və
qulluqçular arasmda azərbaycanlı qadınlar 5 faiz təşkil edirdilər [72, s.43].
1941—1945-ci illərdə yüz minlərlə Azərbaycan döyüşçüsünün öz dünya-
sını dəyişməsi və müharibədən sonrakı ilk ağır illərdəki iqtisadi, sosial və
mənəvi çətinliklər respublikamızda əhali artımınm ləng getməsinə səbəb
olmuşdu.
Azərbaycan SSR DQMV 1945-1960-cı illərdə bəzi özünəməxsus demoq-
rafık inkişaf xüsusiyyətlərinə malik idi. 1950-ci illərdə DQMV-də 128 min nə-
fər əhali yaşayırdı. Lakin 1970-ci ilədək Dağlıq Qarabağda əhalinin sayı ar-
taraq 1940-cı il səviyyəsinə çatmışdır. Bəhs etdiyimiz 20 il ərzində DQMV-də
əhalinin sayı 15 faiz artaraq 150,3 min nəfər olmuşdur [61]. Bu artımın ən
başlıca amili 1945-1960-cı illərdə Azərbaycanm hər yerində olduğu kimi,
DQMV-də də əhalinin doğum, ölüm və təbii artım göstəricilərində müsbət
dəyişikliklərin əldə edilməsi ilə bağlı idi. 1946-1960-cı illər ərzində DQMV-də
şəhər əhalisinin sayı artmış, kənd əhalisinin xüsusi çəkisində azalma halı
müşahidə edilmişdir. Belə ki, 15 yanvar 1950-ci il siyahıyaalmmasına görə
Dağhq Qarabağda əhalinin 79 faizi kənddə, 21 faizi şəhərdə yaşayırdısa,
1970-ci ildə isə əhalinin 62 faizi kənddə, 38 faizi şəhərdə məskunlaşmışdı
[64, s.7]. Naxçıvan MSSR-də isə 1970-ci ildə əhalinin 75,2 faizi (154,7 min
nəfəri) kənd yerlərində, 24,8 faizi şəhərdə yaşamışdır [50, s.69]. Statistik
məlumatlara əsaslanaraq əhalinin tərkibindəki sosial dəyişikliklərlə bağlı
şəhər əhalisinin artması faktmı araşdırarkən belə bir maraqlı müqayisə
aşkarlanır. Araşdırmalardan məlum olur ki, 1939-cu ildə Xankəndi şəhərində
10,5 min, 1959-cu ildə 19,7 min, 1965-ci ildə 26,2 min, 1970-ci ildə 30 min
əhali yaşayırdı. Bəhs olunan (1939-1970) illərdə Bakı şəhərində əhalinin
sayı 50%, Gəncə şəhərində 65%, Şəki şəhərində 20% artdığı halda, Xankəndi
şəhərində bu göstərici 3 dəfəyə (başqa sözlə, 300%-ə) bərabər idi [50, s.78].
1946-1960-cı illərdə Ümumrespublika üzrə şəhər əhalisinin saymın artması
6 faiz, Naxçıvan MSSR-də 7 faiz təşkil etmişdirsə, Xankəndi şəhərində. bu
göstərici təxminən 50 faizə çatmışdır [63, s.37]. Xankəndinin şəhər ohalİsi:
nin Azərbaycamn başqa əraziləri ilə müqayisədə çox artması səbəblərini
araşdırarkən ilk öncə Azərbaycan hökumətinin- bu bölgəni daim diqqət mər-
kəzində saxlaması və bütün sahələrə aynlan vəsaitin dəfələrlə üstün olma-
smda axtarmaq lazımdır. Həmçinin bir acı həqiqəti də qeyd etməliyik ki, Xan-
kəndində əhalinin bu cür dinamik artımı yalmz milliyyətcə ermənilərə xas ol-
muşdur. Bu, erməni siyasətbazlannın və lobbisinin növbəti hücum dalğası idi.
1945-1960-cı illərdə Xankəndi şəhərində əhalinin sosial strukturunda
olan dəyişikliklərdən biri də fəhlə sinfinin kəmiyyət və keyfiyyətcə artması idi.
Ümumiyyətlə, 1940-cı illə müqayisədə 1970-ci ildə Xankəndi şəhərində xalq
təsərrüfatında işləyən fəhlə və qulluqçulann sayı 157 faiz artdı [59, s.95].
1970-ci il statistik məlumatma görə, DQMV-də çalışan mütəxəssislərdən
47 faizini qadınlar, 53 faizini kişilər təşkil edirdi. 1950-1960-cı illərdə Dağlıq
Qarabağda azərbaycanlılaruı sayı 18 mindən 21,2 minə, ermənilərin sayı 110 min-
dən 121,1 minə, ruslann sayı 1,8 mindən 1,3 mitıə, ukraynalılann sayı 0,2 min-
dən 0,3 minə çatdı [64, s.12]. Yeri gəlmişkən maraqlı bir faktı qeyd etmək
yerinə düşərdi. Belə ki, 1959—1970-ci illərdə Yerevan şəhəıində azərbaycan-
hlann sayı 3,2 mindən 2,7 minə endiyi halda, Bakı şəhərində ermənilərin sayı
170 mindən 207,4 minə qalxmışdır. Ermənilərin sayının və xüsusi çəkisinin Azər-
baycanda, Bakı şəhərində, Dağlıq Qarabağ bölgəsində, Ermənistan və onun pay-
taxtı Yerevan şəhərində artması, əksinə Ermənistanda (0,2 faiz) və Yerevanda
(0,3 faiz) azərbaycanhlann sayının azalması hallan müşahidə edilmişdir [50, s.78].
1939-cu ildə respublikamızda hər kvadrat kilometrə 37,1 nəfər, onun
aynlmaz hissəsi olan DQMV-də 34,3 nəfər, Xankəndi şəhərində 42,5 nəfər,
1965-ci ildə isə Azərbaycanda 50,6 nəfər, DQMV-də 32,7 nəfər Xankəndi
şəhərində 52,2 nəfər adam düşmüşdür [390, s.78].
1945-1960-cı illərdə Xankəndi şəhərində istehsalın ardıcıl olaraq artması
əhalinin gəlirlərinin çoxalmasma səbəb olmuşdu. 1945-1947-ci illərdə fəhlə
və qulluqçulann orta aylıq əmək haqqı 32,5 faiz artmış, 1950-ci ildə isə mü-
haribədən əwəlki səviyyəni 80,7 faiz ötüb keçmişdir. 1965-ci illə müqayisədə
1970-ci ildə Xankəndinin xalq təsərrüfatmın müxtəlif sahələrində çalışan
fəhlə və qulluqçulann ümumi orta aylıq əmək haqqı artaraq 77 manatdan 99 ma-
nata çatmışdır.
Xankəndi şəhərində əhalinin maddi təminatında Azərbaycan hökuməti-
nin ayırdığı təqaüdlərin əhəmiyyəti böyük idi. Şəhərdə təqaüdçülərin sa-
yında ilbəil xeyli artım müşahidə edilmişdir. Belə ki, 1965-ci illə müqayisədə
1970-ci ildə Xankəndi şəhərində təqaüdçülərin sayı 30% artmışdı. Bu
ümumrespublika səviyyəsində birinci yer demək idi [59, s. 118].
1945-1960-cı illər ərzində Xankəndi şəhərində uşaq bağçalannm sayı
2,3 dəfə, oradakı uşaqlarm sayı 4 dəfə artdı. Bəhs edilən illərdə körpələr evi
və oradakı uşaqlann saymda azalma halı müşahidə edilmişdir. Tədqiqat-
lardan məlum olur ki, həmin azalan körpələr evi və oradakı azyaşlı uşaqlar
yeni tikilmiş uşaq bağçalanna birləşdirilmişdir.
Aparılan araşdırmalar nəticəsində məlum olur ki, ümumilikdə DQMV-də
fəaliyyət göstərən 64 məktəbəqədər uşaq tərbiyə müəssisələrindən yalnız 3-ü
Şuşa rayonunun payma düşürdü, qalan 61 uşaq müəssisəsi isə ermənilərin daha
yığcam cəmləşdikləri rayonlarda, xüsusilə Xankəndi şəhərində və kəndlərdə
tikilmişdi [71, s.185].
1945-1960-cı illərdə Xankəndi şəhərində yaşayan əhalinin sosial-iqtisadi
vəziyyətinin yaxşılaşmasmı bölgədə əmanət kassalannın, əmanətçilərin və
kassalarda saxlanılan əmanətlərin sayının xeyli artmasından görmək olar.
Belə ki, 1945-ci illə müqayisədə 1970-ci ildə DQMV-də əmanət kassalarınm
sayı 2,5 dəfə, əmanətçilərin sayı 4,2 dəfə, kassalarda saxlanılan əmanətlərin
miqdan isə 64 dəfə artmışdı [61, s.209]. Halbuki Azərbaycamn digər şəhər-
lərində, o cümlədən Şuşada, Bərdədə, Naxçıvandabu göstərici 2 dəfə aşağı idi.
1945-1960-cı illərdə Xankəndi şəhərində sənaye və kənd təsərrüfatmm
istehsalının, həmçinin əhalinin real gəlirinin artması dövlət və kooperativ
ticarətdə pərakəndə mal dövriyyəsinin ümumi həcminin artmasına səbəb oldu.
1970-ci ildə Azərbaycanda ticarət müəssisəsinin sayı 15607-yə çatdı ki,
bundan 618-i Dağlıq Qarabağın payma düşürdü [61, s.176].
Bəhs etdiyimiz illərdə Xankəndi şəhərində əhaliyə ərzaq mallannın satışı
durmadan artırdı. 1950-ci ildə Xankəndi şəhərində adambaşına ərzaq satışı
1940-cı illə müqayisədə 2 dəfə artmışdır. 1950-1960-cı illərdə isə bu göstə-
rici 1,9 dəfəyə bərabər idi. Təkcə 1961—1971-ci illər ərzində Xankəndi şəhə-
rində dövlət satış müəssisələrində ərzaq məhsullarmm illik mal dövriyyəsi
3 dəfə artmışdı [59, s.125].
1960-cı illərdə Xankəndi şəhərində məişət xiÜmətinin hər nəfərə düşən
həcmi ümumrespublika göstəricilərindən 1,4 dəfə artıq olmuşdur. Belə ki, res-
publikamız üzrə bu göstərici 30,2 manat idisə, Xankəndi şəhərində 41,9 ma-
nata, Naxçıvan MSSR-də 31,4 manata çatmışdır [12, i.95, v.4]. DQMV-mn
azərbaycanlılar yaşayan kəndlərində, demək olar ki, ictimai iaşət xidməti
müəssisəsi yox dərəcəsində idi. 1945-1960-cı illərdə Xankəndi şəhərində
əhaliyə sənaye mallanmn satışı 2 dəfə artmışdır [8].
1945-1960-cı illərdə Xankəndi şəhərində bütün istehlak malları işçisində
sənaye məhsulları istehlak həcmi nəzərdən keçirilərkən məlum olur ki,
1950-ci ildə həmin göstərici 64,8 faiz, 1960-cı ildə 74,8 faiz, 1970-ci ildə isə
59,5 faiz təşkil etmişdir. Ümumrespublika üzrə olan göstericilər n'əzərdən
keçirilərkən məlum olur ki, müvafıq illərdə respublikamızda 59,7; 64,4; 50,4
arasmda, Naxçıvan MSSR-də isə 51,2; 57,7; 46,9 arasında tərəddüd etmişdir
[49, s.3]. Ümumiyyətlə, 1945-1960-cı illərdə sənaye məhsullarmın istehlak
həcminə görə Xankəndi şəhəri Azərbaycan SSR üzrə birincı yerdə dayan-
mışdır ki, bu da Azərbaycan hökumətinin Xankəndi şəhərinə göstərdiyi qay-
ğınm təzahürü demək idi.
1945-1960-cı illərdə Xankəndi şəhərində dövlət və kooperativ ticarət
müəssisələrinin pərakəndə mal dövriyyəsindəki həcmi nəzərdən keçirilərkən
məlum olur ki, 1945-ci ildən 1970-ci ilədək kooperativ müəssisələr birinci-
liyi ələ almışdır. Dövlət ticarət müəssisələrinin illik mal dövriyyəsində payı
1940-cı ildə 28,8 faiz təşkil etmişdirsə, 1960-cı ildə 36,7 faizə, 1970-ci ildə
isə 1,7 dəfə artaraq 50,5 faizə qalxmışdır [71].
1945-1960-cı illərdə Xankəndi şəhərində fəhlə və qulluqçuların, həmçi-
nin onlarm ailələrinin ərzaq məhsulları ilə təminatı xeyli yaxşılaşdı. Apanlan
tədqiqatlardan məlum olur ki, Xankəndi şəhərindəki fəhlə və qulluqÇuların
ərzaq məhsullan ilə təchizatı ümumrespublika üzrə olan göstəricilərdən təx-
minən 10-15 faiz, Naxçıvan MSSR ilə müqayisədə isə 17 faiz yüksək olmuşdur.
1945—1960-cı illərdə Xankəndi şəhərində çoxuşaqh analarm sayının sürətlə
artması prosesi baş vermişdir ki, bu da təsadüfi hadisə olmayıb dövlətimizin
bölgəyə göstərdiyi dərin qayğımn nəticəsi idi. Təkcə 1968-ci illə müqayisədə
1970-ci ildə Xankəndi şəhərində çoxuşaqlı analann sayı 2,7 dəfə artmışdı [71].
1945-1960-cı illərdə Xankəndi şəhərində əhalinin məişətinin yaxşdaşmasm-
da tikinti sənayesinin sürətlə artması mühüm rol oynamışdır. Sov.İKP MK-nın
və SSRİ Nazirlər Sovetinin 1957-ci il 31 iyul tarixli «SSRİ-də mənzil tikinti-
sinin inkişafı haqqmda» qərarmdan sonra Azərbaycan hökuməti Xankəndi
şəhərində mənzil və digər obyektlərin tikintisinə xüsusi diqqət yetirmiş və bu
sahəyə qoyulan vəsaitin həcmini ildən-ilə artırmışdır. Dövlətimiz ümumilikdə
DQMV-də yalmz tikinti işləri üçün 1951—1971-ci illərdə 25 milyon 413 min
manat vəsait ayırmışdı. Tədqiqatlardan raəlum olur ki, Vilayət XDS və Vilayət
Partiya Komitəsi həmin vəsaitin 70%-ni Xankəndiyə istiqamətləndirmişdi [60].
Azərbaycanm başqa şəhərləri ilə müqayisədə Xankəndi şəhərində tikinti
quraşdırma işlərinə aynlan vəsaitin həcmi xeyli çox idi. Belə ki, 1946-1960-cı
illərdə təkcə Xankəndi rayonuna aynlan vəsait qonşu 3 rayona Ağdam, Fü-
zuli və Tərtər rayonlanna aynlan vəsaitə bərabər idi. 1966—1968-ci illərdə Nax-
çıvan MSSR-də tikinti quraşdırma işlərinə 58 milyon manat vəsait aynlmış-
dırsa, bu göstərici Dağlıq Qarabağda 68 milyon manata çatmışdır [50, s.32].
Azərbaycan hökuməti Xankəndi şəhərində tikinti-abadlıq işləri aparmaq
üçün təkcə vəsait ayırmaqla kifayətlənməyib, buraya ixtisaslı mühəndis
kadrlar, tikinti materialları, işçi qüwəsi və texnika göndərdi. Dövlətimizin
bölgəyə göstərdiyi dərin qayğı nəticəsində xeyli miqdarda çoxmərtəbəli ya-
şayış binalan, məktəblər,;uşaq bağçaları, klublar, kitabxanalar, ictimai-iaşə
müəssisələri, sənaye müəssisələri və başqa obyektlər tikilib istifadəyə
verildi. 1955-ci ildən 1970-ci ilədək olan dövrdə DQMV-də ümumi sahəsi
863.4 min kvadrat metr olan mənzil tikilib istifadəyə verilmişdir ki, bunun
496.5 min kvadrat metri Xankəndi şəhərinin payına düşmüşdü [59, s.lll].
1956—1970-ci illərdə ümumi respublika üzrə bu göstərici 23435 min kvadrat
metrə çatmışdır [66, s.184].
1955-ci illə müqayisədə 1970-ci ildə mənzil tikintisi 11,3 dəfə artmışdı.
1946-cı ildən 1970-ci ilədək olan dövrdə DQMV şəhər və qəsəbələrində
16344 yerlik 10 yeni tipli məktəb, 1780 yerlik 49 uşaq bağçası və körpələr evi,
19 kütləvi kitabxana, 18 klub, 16 irihəcmli sənaye müəssisəsi, 606,9 min yer-
lik ictimai ferma tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, 1954—1968-ci
illər ərzində DQMV-nin kəndlərində 10476 yerlik 54 ibtidai, natamam orta
və orta məktəb, 16325 yerlik 69 klub və mədəniyyət saraylan, 8345 kvadrat
metrlik ziyalılar və kolxozçular üçün yaşayış evləri tikilmişdir [71, s.131].
Dövlətimizin Xankəndi şəhərində apardığı tikinti-abadlıq işləri şəhər
sakinlərinin mənzilə olan təlabatmın ödənilməsində böyük əhəmiyyətə ma-
lik oldu. 1969-cu ilin məlumatına görə, Xankəndi şəhərində hər adama orta
hesabla 7,8 kvadratmetr mənzil sahəsi düşürdü ki, bu ümumrespublika göstə-
ricilərindən 2,5 dəfə çox demək idi [74]. Bununla belə, DQMV XDS «tikinti,
şəhərsalma və arxitektura sahəsində səlahiyyət»lərindən - şəhərsalma, arxi-
tektura, kompleks tikinti işləri, şəhərlərin və digər yaşayış məntəqələrinin,
muxtar vilayət ərazisində yeni tikintinin yerləşdirilməsi, habelə sənaye, nəq-
liyyat, mədəni məişət və digər obyektlərin genişləndirilməsi, yenidən qurulması
işlərinə rəhbərlik etməklə məqsədli şəkildə DQMV ərazisində ermənilər
yaşayan kəndlər, xüsusi olaraq Xankəndi şəhəri abadlaşdırılır, milliyyətcə
azərbaycanlılar yaşayan kəndlərin heç birində sosial obyekt tikilmirdi. Nəti-
cədə Azərbaycanlı kəndləri boşalıb dağılır və xarabazara çevrilirdi.
Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, 1959—1967-ci illərdə
DQMV-də yaşayış məskənlərinin sayı 242-dən 235-ə enmişdir. Vilayətdə
azalan həmin 7 kənd azərbaycanlılarm yaşadığı kəndlər idi. Həmin kəndlər
ya tamam dağılmış və ya yaxmlıqda yerləşən ermənilər yaşayan kəndlərə
birləşdirilmişdir [71, s.28]. Ermənilər yaşayan kənd, qəsəbə və sovetliklər
mədəni-məişət obyektləri, işıq, istiliklə təmin olunduğu halda, Vilayətdə
rəhbərlik edən daşnaklar antitürk-antiazərbaycan siyasətini davam.etdirərək
azərbaycmh kəndiərinə həmişə bıganəlik göstərmiş və burada yaşayajı azər-
baycanlı gənclərin iş, yaxşı yaşayış dalmca gedərək qədiın ata-baba yurdla-
rını tərk etməsinə, nəticədə azərbaycanlılarm sayının azalmasxna gətirib
çıxarmışdır. Yuxanda qeyd etdiyimiz kimi, Azərbaycanxn d'gər bölgələrin-
dən fərqli olaraq, DQMV-nin şəhər, rayon, qəsəbə və kəndlərində irihəcmli
kompleks tikinti işləri həyata keçirilmişdir.
1945-1960-cı ıllərdə Azərbaycan hökuməti hər il ardıcıl olaraq Xankəndi
şəhərinin abadlaşması, küçə və parklann salınması, yenidən qurulması və
kommunal xidməti müəssisələrinin təmiri və yenidən qurulması üçün dövlət
büdcəsindən böyük məbləğdə vəsait ayırdı. Təkcə 1959—1965-ci illərdə Xan-
kəndi şəhərində hamam, kanalizasiya, yaşayış evlərinin istilik, işıq və başqa
kommunal xidmətləri üçün 22,6 milyon manat vəsait aynlmışdır [54}. 1960-cı
ildə dövlətimiz tərəfindən ayrılan vəsait hesabma 460 hektar sahə, küçə və
meydan yaşıllaşdırılmış, 7,2 hektar sahədə park və bulvarlar sallnmış, küçə-
lərin kənanna 10 mindən çox ağac əkilmiş və 263,8 hektar sahədə meşə
zolağı salmmışdır [77, s.43].
Xankəndi şəhərinin abadlaşdırılması, kommunal məişət xidmətinin
genişlənməsi də əhalinin həyat şəraitinin yaxşılaşmasma çox kömək edirdi.
1970-ci ildə Xankəndi şəhərində ümumi ictimai mənzil fondunun 93 faizi su
kəmərləri, 89 faizi kanalizasiya, 93 faizi mərkəzi isitmə və buxardan istifadə
sistemi ilə təchiz edilmişdi. Bəhs etdiyimiz dövrdə ümumrespublika üzrə bu
göstəricilər, su kəmərləri 81 faiz, kanalizasiya 79 faiz, mərkəzi isitmə və bu-
xardan istifadə sistemi 54 faizə çatmışdır [66, s.194]. Faktlardan göründüyü
kimi, Xankəndi şəhərində kommunal-məişət xidməti sahəsində olan göstəri-
cilər ümumrespublika səviyyəsindən yüksəkdə dayanmışdır.
1946-1960-cı illərdə DQMV-də qəsəbələrin sayı sürətlə artmışdı. Belə
ki, 1959-cu ildə Dağlıq Qarabağda qəsəbələrin sayı 2-yə çatırdısa, 1970-ci
ildə artaraq 7-yə qalxmışdır [71, s.30].
1945-1960-cı illərdə DQMV-də Xankəndi şəhərinin siması tamamilə də-
yişmişdir. Vaxtilə 40-50 evdən ibarət Xankəndi sürətlə böyüyərək 32 min
əhalinin yaşadxğı böyük şəhərlərdən birinə çevrilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanm qədim yaşayış məskəni Şuşa
şəhərində də 1950-1960-cı illərdə tikinti və abadlıq sahəsində müəyyən iş-
lər görülmüşdür. 60-cı illərdə Şuşa şəhərində aparılan tikinti-abadlıq işlərinə
8 milyon 740 min manat vəsait sərf edilmişdir. Lakin çox təəssüflə qeyd et-
məliyik ki, Şuşada aparüan yenidənqurma, tikinti-abadlıq işləri qədim tarixi
abidələrin dağıdılmasl üzərində qurulmuşdur. Hər bir daşmda, qayasında türk-
çülük duyulan respublika səviyyəsində qeydə alınan 198 qədim tarixi abidəyə,
549 qədim binaya, 16 şərq hamamına, sütunlu, tağlı hər birinin uzunluğu
1203 metr olan daş döşənən küçələrə, 18 məhəllə bulağına, 15 məscidə, 6 kar-
vansaraya, 3 türbəyə, 2 mədrəsəyə və başqa sənət əsərinə malik ata-babalan-
mızın yadigan olan Şuşamız «yenidənqurma», «abadlaşdırma» adı altmda erməni
vandalları tərəfindən dağıdıldı [46]. 30-cu illərdə bəylərə, varlılara, sahibkar-
lara, din adamlanna qarşı mübarizə adı altında onlann əmlakı, dəyirmanlar,
hamamlar, dükanlar, fabriklər, evlər, məscidlər ermənilər tərəfindən dağıdıl-
mağa başlanmış, salamat qalanlardan isə anbar, emalatxana, kinoteatr kimi
istifadə edilmişdir. Müharibə dövründə nəzarətsizlikdən istifadə edən Dağlıq
Qarabağ rəhbərləri qədim evlərin memarlıq abidələrini, pəncərələrini, qapı-
lan, döşəməni dağıdıb yanacaq kimi istifadə edirlər. Həmin vaxt İbrahim xanm
«xəzinə qayası»nda inşa etdirdiyi saray, hərəmxana, tövlə, hamam, qoşun
sığmacağı üçün kompleks, binalar tamamilə dağıdıldı. 50-60-cı illərdə Şuşa
şəhərinin bərpa edilməsi baş plana salındı. Erməni vandallan bu «Plan»dan
da məharətlə istifadə etdilər. 1960-cı ildə Şuşa şəhərində kiçik bir yeməkxa-
na tikmək üçün bir neçə qədim yaşayış evi-, gözəl üslubda inşa edilmiş yara-
şıqlı dükanlar və emalatxanalar dağıdıldı [21]. 1965-ci ildə isə Şuşanın Lenin
küçəsində dördbloklu, dördmərtəbəli bina inşa etmək üçün 2 və 3 mərtəbəli
qədimdən tikilmiş 7 böyük sarayı, 2 kommunal təsərrüfat binasım, 3 şəxsi
yaşayış evini, bir qədim hamamı, 1 karvansara binasını, onlarla mağazanı, ema-
latxananı, böyük su ehtiyatına malik 11 qədim su quyusunu, yüzlərlə meyvə
verən bar ağaclarmı, sütunlu-tağlı və yeri daşla örtülü küçələri dağıtmaq lazım
gəlmişdi [46]. Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, Şuşada məq-
sədli şəkildə dağıdılmış qədim mədəniyyət abidələrinin yerində nəinki bir
bina, hətta 10 belə bina tikmək olardı. 1960-cı illərdə Şuşanı öz möhtəşəm-
liyi və memarlıq incəlikləri ilə bəzəyən 16 Şərq hamammın heç birindən
əsər-əlamət qalmadı. Hansı ki, bu hamamlar ən yaxşı Avropa hamamlan ilə
rəqabət aparabilərdi. Şəhərə xüsusi gözəllik verən «Alaqapı» və «Çanaqqala»nın
da dağıdılması bu dövrə təsadüf etmişdir. Beləliklə, DQMV XDS-in layihə
müəllifləri məqsədli şəkildə tikinti-abadlıq işləri adı altında Şuşanı, qədim və
yaraşıqlı yaşayış binalannın xeyli hissəsini dağıtmağa müvəffəq oldular.
Heydər Əlirza oğlu Əliyevin 1969-cu ildə dövlət başçısı vəzifəsinə gəlişi
ilə Şuşa şəhərinə qayğı artdı və şəhər bərpa olunmağa başlandı. H.Əliyev çı-
xışlanndan birində göstərmişdir ki, «Şuşa abidələr şəhəridir. Diyarm zəngin
tarixi ilə bağlı qədim tikililəri bərpa etmək, hər şeyi qayğı ilə qoruyub saxla-
maq və gələcək nəsillərə çatdırmaq bizim ən ümdə və müqəddəs vəzifələri-
mizdir» [46, s.73].
1945-1960-cı illərdə Xankəndi şəhərində avtomobil yollarmm yeriidən
qurulması və yenilərinin salınması sahəsində böyük işlər görüKirdü. Xankəndi
şəhənndən keçən ümumdövlət və respublika əhəmiyyətli avtomobil yollan-
nm, vilayət əhəmiyyətli avtomobil yollarının və Dağlıq Qarabağ təsərrüfat
daxilindəki avtomobil yollarınm salınması və təmirinə 1965-ci ildə Azər-
baycan hökuməti tərəfindən 562 min manat, 1970-ci ildə isə 1 milyon 174
min manat vəsait ayrılmışdı.
Bəhs etdiyimiz illərdə Hadrud Güzdək yolu tamamlandı. Eyni zamanda
Ağdərənin mərkəzindən keçməklə ümumittifaq əhəmiyyətli Bərdə-Tərtər-Ağ-
dərə-İstisu yolu istifadəyə verilmişdi. Təkcə 1965—1970-ci illərdə Dağlıq
Qarabağ ərazisində 229,5 kilometr uzunluğunda yol çəkildi. Həmin vaxt
DQMV-də əsas yolların uzunluğu 712 km-dəıı, 941,5 km-ə çatdı. Ümumiy-
yətlə, 1950-1960-cı ıllərdə Xankəndi şəhərində yollarm çəkilişi 2 dəfə artdı.
Ümumrespublika üzrə bu göstərici 1,9 dəfəyə bərabər idi.
Ümumilikdə DQMV-də yük dövriyyəsi sürətlə inkişaf edirdi. Belə ki,
Dağlıq Qarabağda yük dövriyyəsi 1953-cü ildəki 2464,2 mitı ton klometr mü-
qabilində, 1970-ci ildə 12,2 dəfə artaraq 30025 min ton km, səmişin daşm-
ması 1953-cü ildəki 70,8 min nəfərdən 1970-ci ildə 5776 min nəfərə qədər
artmışdır. Səmişin daşmması ümumrespublika üzrə 34 dəfə artmışdıfsa,
DQMV-də 82,5 dəfə artım müşahidə edilmişdir [59].
Çox təəssüflə qeyd etməliyik ki, DQMV XDS-in nümayəndələri «DQMV
haqqmda Qanun»un II fəslinin 23-cü maddəsini əldə rəhbər tutaraq vilayət
daxilindəki bütün yolların planım özləri tərtib və təsdiq etmiş və öz «məha-
rətlərini» bir daha yol çəkilişində də göstərmişlər [22, s.23]. Bölgənin azər-
baycanlılar yaşayan kəndlərinə yol çəkmək tamamilə «unudulmuşdu».
Həmin kəndlərdə yenə də, keçmişdə olduğu kimi minik və qqşqu kimi atlar-
dan, öküzlərdən, kəllərdən, furqonlardan, arabalardan istifadə edilirdi.
1945-1960-cı illərdə Xankəndi şəhərində yaşayan insanların məişətinə
paltaryuyan maşmlar, söyuducular, tozsoranlar, tikiş maşınları, elektrik
çaynikləri, radiopryomnik, televizor, pianino, elektrik ütüləri geniş daxil olun-
mağa başladı.
1946-1960-cı illərdə Azərbaycanda poçt rabitəsi sürətlə inkişaf edirdi.
1960-cı illərin əvvəllərində bütün rabitə agentlikləri rabitə şöbələrinə
çevrildi. Bakıda rabitə kontoru əvəzinə poçtamt, Xankəndində isə rabitə
qovşağı yaradıldı. Azərbaycan hökuməti başqa sahələrdə olduğu kimi, Dağ-
lıq Qarabağda da rabitə müəssisələrinin - poçt, telefon teleqraf, radiolaşdırma
və televiziyanm inkişafı üçün 1961-1965-ci illərdə 621 min manat,
1966-1970-ci illərdə isə 146 min manat vəsait ayırdı [58]. Bununla belə
bölgəyə ixtisaslı mütəxəssislər və avadanlıqlar göndərildi. Aynlmış vəsait
hesabına DQMV-də 1962- 1970-ci illər ərzində 42 yeni poçt, teleqraf və
telefon müəssisəsi açıldı. Bununla da, 1962-ci ildə Dağlıq Qarabağda 56 poçt,
teleqraf və telefon stansiyası var idisə, 1970-ci ildə onların sayı 98-ə çatdı.
1970-ci ildə ümumrespublika üzrə bu göstərici 1555-ə çatırdı [64, s.152].
1960-cı illərin sonlarinda DQMV-də şəhər telefon stansiyalarmın sayı 9-a
çatırdı. 1970-ci ildə ümumrespublika üzrə şəhər telefonlarımn sayı 132 ədəd
idi. 1946-cı ildən 1970-ci ilədək olan dövrdə Azərbaycanda ATS-lərin sayı
6-dan 84-dək çoxalmışdı. Müvafiq illərdə DQMV-də ATS-lərin sayı 1-dən
3-dək artmışdı [64, s.153]. 1970-ci ilədək ermənilərin kompakt şəkildə
yaşadığı bütün kəndlər, sovetliklər və kolxozlar tamam telefonlaşdırıldı. Şuşa
rayonunda bir neçə kənd, Xankəndinə bitişik bir-iki kənd müstəsna olmaqla
azərbaycanlılar yaşayan kəndlər yenə də «yaddan çıxdı» və heç bir rabitə
xidməti ilə təmin olunmadı.
1962-ci ildən 1970-ci ilədək olan dövrdə Xankəndi şəhərində ATS-lər də
daxil olmaqla telefon nömrələrinin sayı 2 dəfə, telefon aparatlannın sayı 2,5 də-
fə, göndərilən məktublarm sayı 5 dəfə, göndərilən bağlamaların sayı 3 dəfə,
alınan qəzet və jumallarm sayı 9 dəfə, şəhərlərarası telefon danışıqlarmm
sayı 4 dəfə, evə göndərilən təqaüdlər 2 dəfə artdı. Aparılan tədqiqatlardan
məlum olur ki, Xankəndi şəhərində əhalinin rabitə xidməti ilə təminatı
ümumrespublika səviyyəsindən 30-40 faiz artıq olmuşdur [36, s. 128].
1946-1960-cı illərdə Azərbaycanda radiorabitə vasitələri böyük sürətlə
inkişaf etmişdir. Azərbaycan hökumətinin ayırdığı xüsusi vəsait hesabına
1966-cı ildə Bakı-Şuşa, 1969-cu ildə Şuşa-Naxçıvan radiorele xətti isti-
fadəyə verildi [17, s. 133]. Bu hadisə Xankəndi şəhərində radiorabitənin və
televiziya verilişlərinin inkişafma daha da təkan verdi. 60-cı illərə qədər
DQMV-də təkcə Xankəndi şəhərində yerli radio verilişləri redaksiyası
fəaliyyət göstərirdi. Bu vaxt DQMV üzrə 19242 radio qəbuledici nöqtə var
idi [18].
1956-cı ildən Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətinə baş-
ladı. Artıq 60-cı illərdən bütün Xankəndi ərazisində televiziya vasitələri
yayımlanmağa başlamışdır [12].
Azərbaycan hökuməti Xankəndi şəhərində əhalinin sağlamlığınm qorun-
masım həmişə diqqət mərkəzində saxlamışdır. Xankəndi şəhərində həkim-
lərin və tibb işçilərinin sayını artırmaq, müalicə-profilaktika müəssisələrinin
şəbəkəsini genişləndirmək, tibb müəssisələrinin dərman pereparatları və
ləvazimatlarla təmin etmək əhalinin sağlamlığı mühavizəsi üçün sanatoriya,
kurort müalicə və istirahət evlərinin saymı artırmaq, ümumiyyətlə, Xankəndi
əhalisinə tibbi xidməti ilbəil yaxşılaşdırmaq məqsədilə 1950-ci ildən 1970-ci
ilədək Azərbaycan hökuməti şəhərdə səhiyyənin inkişafma 15 milyon 262 min
manat vəs ait ayırmış, 991 min manat uzunmüddətli kredit vermişdi [71,
s.197]. Bəhs etdiyimiz dövrdə ümumilikdə DQMV-də səhiyyə işlərinə ayn-
lan vəsait Naxçıvan MSSR-ə aynlan vəsaitdən 2,7 dəfə çox idi [59].
Azərbaycan hökumətinin köməyi nəticəsində 1950-1960-cı illərdə Xan-
kəndi şəhərində yeni səhiyyə müəssisələri, müalicə-profilaktika idarələri,
dispanserlər, sanitariya-maarif evləri, sanitariya-epidemioloji stansiya, qankö-
çürmə stansiyası, uşaq xəstəxanalan, doğum evləri, poliklinika və ambloto-
riya tikihb istifadəyə verilmişdir. 1946-cı ildən 1970-ci ilədək DQMV ərazi-
sində 988 çaıpayılıq 22 hər cür avadanlıqlarla təchiz olunmuş xəstəxana tikilib
ıstifadəyə verildi. Ümumiyyətlə, bəhs edilən illərdə DQMV-də səhiyyə müəs-
sisələrinin sayı 88-dən 174-ə qalxdı.
Apanlan araşdırmalar nəticəsində məlum olur ki, 1946-1960-cı illərdə
DQMV-də yaradılmış 22 böyük həcmli xəstəxanalann yerləşdirilməsində
DQMV XDS ikili mövqe tutmuşdur. 1946-1960-cı illərdə yeni tikilmiş 22 xəs-
təxanamn yalnız 1-i Şuşa rayonunun payına düşmüşdü. Yerdə qalan 21 xəs-
təxananın hamısı ermənilərin daha çox cəmləşdiyi ərazilərdə, xüsusilə Dağlıq
Qarabağ rəhbərliyinin diqqət mərkəzində olan Xankəndi şəhərində yerləş-
mişdir [71, s.186]. Azərbaycanlılar yaşayan kəndlərin, demək olar ki, heç
birində nəinki xəstəxana, heç ambulator mərkəz belə yox idi.
1950-1960-cı illərdə DQMV-də xəstəxanalann sayında artım olduğu ki-
mı, ali və orta ixtisas təhsilli mütəxəssislərin də saymda xeyli artım müşahidə
edilmişdir. 1950-ci ildə Dağlıq Qarabağda 86 həkim var idisə, 1970-ci ildə
onlann sayı 240 nəfərə çatmışdır. Həmin illərdə orta tibb işçilərinin sayı 621
nəfərdən 1502 nəfərə qədər qalxmışdır.
İstər əhalinin həkimlərlə təminatı səviyyəsini, istərsə də çarpayılarm hər
10 min nəfərə düşmə səviyyəsini tədqiq etsək görərik ki, Xankəndi şəhərin-
dəki göstəricilər istər ümumrespublika üzrə, istərsə də Naxçıvan MSSR ilə
müqayisədə daha üstün mövqeyə malik olmuşdur. Məsələn, 1965-ci ildə hər
10 min nəfərə düşən xəstəxana çarpayılarmm sayma görə ümumrespublika
üzrə 85,7-i, Naxçıvan MSSR üzrə 83,5 ədəd düşürdüsə, yuxarıda qeyd etdi-
yimiz kimi Xankəndi şəhərində 94,7 ədəd çarpayı düşmüşdür. Bundan əlavə, hər
10 min nəfərə düşən orta tibb işçilərinin sayı ümumrespublika üzrə 67,4 nəfər,
Naxçıvan MSSR üzrə 57,7 nəfər, Xankəndi şəhərində isə 88,6 nəfər düşmüş-
dür. Bütün ixtisaslardan olan həkimlərlə təminat (hər 10 min nəfərə) Naxçı-
van MSSR-də 12,3 nəfər, Xankəndi şəhərində 14,9 nəfər idi [36, s.170].
Əwəlki illərdə olduğu kimi, 1945-1960-cı illərdə də Azərbaycan höku-
məti Xankəndinin xəstəxana və müalicə müəssisələrini hər cür avadanlıqlar
və invertarlarla təmin etmişdir. Xəstəxanalar müasirtipli cihazlarla təchiz
edilmiş, rentgen, fizioterapiya kabinləri və laboratoriyalar yaradılmışdır. Bunun
nəticəsi idi ki, Xankəndi şəhərində yoluxucu xəstəliklərin - xüsusilə qızdırma,
tif, traxoma və digər infeksion xəstəliklərin kökü kəsilmiş, dizenteriya və
brusellyoz xəstəlikləri xeyli azalmışdır. 1950-1960-cı illərdə əhalinin sanita-
riya-gigiyena bilikləri artmışdı. Şəhərdə uşaq sağlamlıq mərkəzi, uşaq sanato-
riyası, uşaq bağçalan və körpələr evi, qadın və uşaq məsləhətxanalan işləyirdi.
1945-1960-cı illərdə Xankəndi şəhərində əhalinin sağlamlığının mühafizə-
sində sanatoriya kurort müalicə və istirahət evləri mühüm rol oynayırdı [71].
Azərbaycan hökumətinin 1946-1960-cı illərdə Xankəndi əhalisinin küt-
ləvi istirahət zonalanndan düzgün istifadə etməsi üçün şərait yaratması,
vaxtında yoluxucu xəstəliklərin qarşısını alması, şəhər əhalisini lazım olan
səviyyədə müalicəvi əhəmiyyəti dərman və tibb məmulatlan ilə təmin etməsi,
səhiyyə idarələri şəbəkələrini genişləndirmək üçün ilbəil vəsaitin miqdannı
artırması və sair tədbirlər həyata keçirməsi ölüm hallannm azalmasına, uzun-
ömürlülüyə səbəb olmuşdur. 1960-cı il məlumatına görə, DQMV-də 85-89
yaşında olanlar 996 nəfər, 90-99 yaşında olanlar 708 nəfər, 100 yaşa yaxm
və yüzü keçənlər isə 188 nəfər olmuşdu [77]. 1970-ci il məlumatında isə
yuxarıdakı göstəricilər təxminən 20-30 faiz artmışdır. Məsələn, 1970-ci il
məlumatına görə, təkcə yaşı 100-ü keçənlərin sayı 239 nəfəri keçmişdir.
Uzunömürlülərin 70 faizindən çoxu qadınlarm üzərinə düşmüşdür [56].
1970-ci il məlumatma görə, Azərbaycanda orta ömür 72 il olmuşdursa, bu
göstərici respublikamızın ən səfalı güşələrindən biri olan DQMV-də 75 ilə
çatmışdır [38, s.84]. Uzunömürlülüyün sayma görə Dağlıq Qarabağ nəinki
Azərbaycanda, hətta Şərq ölkələrində və dünyada məşhurdur. Məsələn, 1950-
1970-ci illər statistik məlumatlanna istinadən deyə bilərik ki, keçmiş SSRİ-də
yaşı 100 və 100-dən yuxan olanlarm sayı hər 100 min nəfərə 10-12 nəfər, o
cümlədən Ukraynada 6 nəfər, Belarusiyada 13, Özbəkistanda 10, RSFSR-də 8,
Qazaxıstanda 10, Gürcüstanda 51, Azərbaycanda 84, Azərbaycanın DQMV-də
isə 144 nəfər təşkil etmişdir. İnkişaf etmiş dünya dövlətlərindən ABŞ-da bu gös-
tərici 1,5 nəfər, Fransada 0,7 nəfər, İngiltərədə 0,6 nəfər təşkil etmişdir [62].
Statistik məlumatlardan göründüyü kimi yer üzərində uzunömürlülüyünə görə
Azərbaycanm Dağlıq Qarabağ bölgəsi öndə dayanmışdır. Keçmiş SSRİ mə-
kamnda isə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti birinci yerdə
idi. Bütün bunlar xain qonşulanmızm diqqətindən yaymmamışdır. Vaxtilə dün-
yanın müxtəlif dövlətlərindən Azərbaycana köçürülən ermənilərin Dağlıq
Qarabağı yaşayış yeri kimi seçməsi təsadüfı hadisə deyildi. Əlbəttə, bölgənin
yeraltı və yerüstü təbii sərvətləri, saf suyu, təmiz havası, çıxılmaz 'meşəlik-
ləri, min bir dərdin dərmanı olan meyvə bağlan, sərin bulaqları - zəngin flora
və faunası bütün tarixi dövrlərdə məkrli bif qrup gəlmə ermənilərin ərazi iddia-
larma səbəb olmuşdur. Acgöz və bədniyyət qonşulanmız mjjvəqqəti də olsa
XX əsrin 80-cı illərinin axırı, 90-cı illərin əvvəllərində Azərbaycamn qədim
yaşayış məskəni, gözəl səfalı güşəsini işğal etdilər. İşğal edilmiş ərazilərimiz-
dəki təbii sərvətlərimiz qəddarlıqla xarici dövlətlərə və Ermənistana daşınır.
Xankəndi şəhərində insanların sağlamlığmm möhkəmlənməsində, on-
lann əmək qabiliyyətinin saxlamlmasında bədən tərbiyəsi hərəkatı mühüm rol
oynayır. Azərbaycan hökuməti başqa sahələrdə olduğu kimi, Xankəndi şəhərin-
də də bədən tərbiyəsi və idmanı inkişaf etdirmək məqsədilə 1950-1960-cı
illərdə 33050 manat vəsait ayırdı Azərbaycan hökumətinin ayırdığı vəsait he-
sabma Xankəndində 30 idman zalı və meydança, 15 min nəfərlik stadion, «dina-
mo» idman kompleksi və digər idman qurğulan tikilib şəhər sakinlərinin istifa-
dəsinə verildi. Dekabr, 1970-ci il məlumatına görə, ümumilikdə DQMV əra-
zisində 43 futbol meydançası, 277-i voleybol, tennis, basketbol meydançalan
fəaliyyət göstərirdi [50, s. 119]. Azərbaycan hökuməti Xankəndi şəhərində yara-
dılmış idman mərkəzini idman qurğuları, lazımi avadanlıqlarla təmin edirdi.
1950-1960-cı illərdə Xankəndində bədən tərbiyəsi və idmanın inkişafı
üçün bədən tərbiyəsi və idman kollektivləri yaradılması işi ildən-ilə genişlən-
dirilmişdi. Bu dövrdə Xankəndi şəhərində əhalinin 18 faizindən çoxu bədən
tərbiyəsi və idmanla məşğul olmuşdur [64, s.272].
Beləliklə, 1945-1960-cı illərdə Azərbaycan hökumətinin həyata keçir-
diyi kompleks tədbirlər nəticəsində Xankəndi şəhərində milliyyətcə erməni
əhalisinin maddi rifah halınm yüksəlməsi təmin olunmuş və onlarm əmək,
məişət şəraiti yaxşılaşmışdır. Azərbaycan SSR-in Xankəndi şəhər ərazisində
məskunlaşan ermənilərin maddi rifah halı və məişət şəraiti, istər ümumres-
publika səviyyəsindən, istərsə də Naxçıvan MSSR və digər şəhərlərdən
dəfələrlə yüksəkdə dayanmışdır. Aparüan hesablamalara görə 1960-cı ildən
1970-ci ilin əwəllərinədək olan dövrdə adambaşma düşən məhsul isteh-
salmın həcmi ümumrespublika üzrə 140,5 faiz, Xankəndi şəhərində 250 faiz
artmışdır. Həmçinin sənaye məhsulları istehlakmm həcmi ümumrespublika
üzrə 229 faiz, Xankəndi şəhərində 281 faiz, kapital xərcinin artım həcmi
ümumrespublika üzrə 219 faiz, Xankəndi şəhərində 417 faiz, ticarət mal
dövriyyəsinin həcmi ümumrespublika üzrə 240 faiz, Xankəndi şəhərində 279
faiz, məişət xidməti işi ümumrespublika üzrə 540 faiz, Xankəndi şəhərində
550 faiz artım olmuşdur [55].
Bunanla yanaşı, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə er-
məni rəhbərliyi tərəfindən ögey münasibət göstərilmiş, demək olar ki, heç
bir kənddə sosial obyekt tikilməmiş, nəticədə onlarla azərbaycanlı kəndləri
boşalıb, dağılmışdı. 1945-1960-cı illərdə Dağlıq Qarabağda yaşayan azər-
baycanlılann maddi həyat tərzi, aşağı səviyyədə qalmaqda davam edirdi.
Onlann əldə etdiyi məvacib dolanışığın minumum həddindən aşağı idi.
1970—1985-ci illərdə Azərbaycamn DQMV-nin iqtisadi yüksəlişi, əha-
linin rifahınm və məişətinin daha da yaxşılaşdmlmasma şərait yaratmışdır.
1965—1985-ci illərdə DQMV-nin kolxoz, sovxoz və şəxsi təsərrüfatlarmda
ümumi istehsal təqribən iki dəfədən çox, əhalisinin hər nəfərinə düşən real
gəlir 81 faizdən çox artmışdır [76]. Fəhlə və qulluqçularm orta aylıq əmək
haqqı 1970-ci illərdə 1,4, 1980-ci illərdə isə 1,3 dəfə çoxalmışdır. Dağlıq
Qarabağda əhalinin real gəlirinin yüksəldilməsində əsas mənbələrdən biri
əmək haqqınm ardıcıl olaraq yüksəldilməsidir. Azərbaycan dövlətinin başçısı
H.Ə.Əliyevin rəhbərliyi altında Azərbaycan KP qurultaylarında, MK
plenumlannda vaxtaşırı çağrüan müşavirələrdə respublikamızm, o cümlədən
onun aynlmaz hissəsi olan DQMV-nin iqtisadi, sosial və mədəni inkişafı
üçün konkret vəzifələr irəli sürülmüş və əhalinin rifah və məişətinin daha da
yaxşılaşdırüması üçün təşkilati tədbirlər müəyyən edilmişdir.
1970—1985-ci illərdə DQMV-də istər kolxozçularm, istərsə də fəhlə və
qulluqçuların şəxsi təsərrüfatlarmdan gələn gəlirləri xeyli artmışdır. Maraqlı
cəhət ondan ibarətdir ki, bəhs olunan illərdə DQMV-də şəxsi həyətyanı
təsərrüfatlardan əldə edilən gəlir istər ümumittifaq səviyyəsində, istərsə də
ümumrespublika səviyyəsində yüksəkdə dayanmışdır. Aparüan araşdırmalar
nəticəsində məlum olur ki, 1970-ci ildə keçmiş SSRİ məkanmda kolxozçular
ümumi gəlirlərinin 31,9 faizini şəxsi təsərrüfatlanndan əldə etmişdilər. 1975-ci
ildə bu göstərici 26,3 faiz, 1980-ci ildə 30 faiz təşkil etmişdir. Ümumrespub-
lika üzrə bu göstərici 1970-ci ildə 32 faiz, 1975-ci ildə 43,9 faiz, 1980-ci ildə
45 faiz təşkil etmişdirsə, Azərbaycan DQMV-də bu göstərici 1970-ci ildə
34 faiz, 1975-ci ildə 44,7 faiz, 1980-ci ildə isə 46,4 faiz təşkil etmişdir [23].
Bu faktm özü Azərbaycan hökumətinin Dağlıq Qarabağ əhalisinə göstərdiyi
dərin qayğmı bir daha subut edir. Bəhs etdiyimiz dövrdə ümumrespublika
səviyyəsində DQMV-də başqa sahələrdə də yüksək göstəricilər əldə edil-
mişdir.
1970—1985-ci illərdə Xankəndi şəhərində ictimai istehlak fondlannda
əhaliyə verilən ödənc və güzəştlərin məbləği üç dəfə çoxalmışdır [23]. Hə-
min illərdə qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək
və müharibə veteranlanna, başçısım itiraıiş uşaqlı ailələrə, tək analara maddi
yardım ilbəil artmışdır. 70-80-ci illərdə dövlətimizin həyata keçirdi-yi mü-
hüm tədbirlər nəticəsində əhaliyə verilən pensiyalann həcmi 4,4 dəfə, müa-
vinətlərin həcmi isə 3,3 dəfə çoxaldı [22, s.32].
Aparılan araşdırmalardan məlum olur ki, 1980-ci ildə əhalinin hər 10 min
nəfərinə düşən təqaüdçülərin sayma görə Xankəndi şəhəri istər ümumres-
publika səviyyəsindən (14 faiz), istərsə də Naxçıvan MR ilə müqayisədə (12 faiz)
üstün olmuşdur. Ayrılan təqaüdlərin həcmində də bu fərqlər müşahidə edil-
mişdir. Lakin DQMVXDS «sosiai təminat sahəsində səlahiyyətləri»ndən çox
məharətlə ıstifadə etmişdir [59, s.123], Yerli və ittıfaq əhəmiyyətli pen-
siyalar təyin edilərkən Vilayət Sosial Təminat Şöbəsi ikili mövqe tutmuş,
faktiki xəstə olan azərbaycanlılar haqqxnda Tibbi Əmək Ekspertizasxmn rəyi
həmişə mənfi olmuşdur. Pensiya dərəcəsinə gəldikdə isə ən ağır xəstə azər-
baycanlı III dərəcəyə, milliyyətcə erməni olanlar isə yüngül xəstə olsa belə
I dərəcəyə aid müəyyən edilirdi. Yaşa görə təinatlarda isə, eyni müəssisədə
erməni ilə azərbaycanlımn arasmda böyük fərqlər müşahidə edilmişdir.
İ]mumiyyət)ə, Xankəndi şəhərində milliyyətcə azərbaycanlx olanlar sosial
təminat sahəsində də, erməni millətçiləri tərəfindən həmişə sıxışdmlmışlar.
Bəhs etdiyimiz illərdə DQMV-də əhalinin maddi rifah halmın yaxşılaş-
dmlmasım vilayət sakinlərinin əmanət kassalannda saxlamlan pul əmanətçi-
lərinin məbləğindən, əmanətlərin və əmanət kassalannın sayxnın artmasından
da görmək olar [36, s.140].
Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, 1966—1980-ci illərdə
DQMV-nin Xankəndi, Ağdərə, Xocavənd və Hadrud rayonunda əmanət kas-
salannda saxlanılan əmanətin dəfələrlə artırılmasma baxmayaraq, azərbay-
canlxlarxn daha çox cəmləşdiyi Şuşa rayonunda bu göstərici aşağı düşmüşdü.
Məsələn, həmin illərdə Xankəndi rayonunda kənd əməkçilərinin saxladığı
əmanətlər 9 milyondan 14 milyona qalxmxşdxrsa, Şuşa rayonunda 9 milyon
manatdan 2,5 milyon manata enmişdir. Bu faktın özü Dağlıq Qarabağda yaşa-
yan azərbaycanlılara ögey münasibət göstərilməsini və onlann sosial vəziy-
yətinin aşağı olmasınx göstərir [51, s.28].
1970—1985-ci illərdə Azərbaycan hökumətinin Xankəndi şəhərində hə-
yata keçirdiyi mühüm tədbirlərdən biri də, burada yaşayan əhalinin istehlak
təlabatı ilə təklif arasında uyğunluq yaratmaq, əhalinin ərzaq və qeyri-ərzaq
mallanna olan tələbatıhı tam ödəməkdən ibarət olmuşdur. Xankəndi şəhərində
əhalinin ahcılxq qabiliyyətinin artması istehlak mallan istehsalının, ticarət və
ictimai iaşə xidmətlərinin nisbətən inkişaf.etməsi şəhərdə mal dövriyyəsinin
çoxalmasma səbəb olmuşdur. 1971—1981-ci illərdə Azərbaycan hökumətinin
ayırdığı xüsusi vəsait hesabma Xankəndi ərazisində 166 yeni ticarət və icti-
mai iaşə müəssisəsi tikilıb əhalinin istifadəsinə verildi [9].
1971—1985-ci illərdə Xankəndi şəhərində dövlət və kooperativ ticarətində,
ictimai iaşə daxil olmaqla, pərakəndə mal dövriyyəsi 2 dəfə qalxmışdır.
1970—1985-ci illərdə Xankəndi şəhərində də əhaliyə hərtərəfli mədəni xid-
mət göstərən yaxşı təşkil edilmiş ticarət müəssisələri olmasma baxmayaraq,
hələ də bu sahədə nöqsanlar özünü göstərirdi. Belə ki, Vilayət ticarət təşki-
latları tərəfindən mallann rayonlar üzrə düzgün bölüşdürülməməsi, azərbay-
canlılar yaşayan kəndlərdə ticarət mallarının çatışmaması, həmin kəndlərdə
ticarət və iaşə xidmət səviyyəsinin xeyli aşağı olması faktları aşkar edilmişdir.
Şuşaya və azərbaycanlılar yaşayan kəndlərə Vilayətin mərkəzi ticarət müəs-
sisələri tərəfindən göndərilən mallann əksəriyyəti keyfiyyətsiz olduğundan
əhalinin təlabatmı ödəmirdi. Vilayət tabeli ticarət və iaşə müəssisə və təş-
kilatlarmm mal dövriyyəsinin nomenklaturasmda ikili mövqe aşkarlanmışdır.
DQMV-dəki azərbaycanlxlar yaşayan kəndlərdəki mövcud mağazalar
soyuducu və digər texnoloji avadanlıqlarla təchiz edilmirdi. Xankəndi ticarət
idarəsi, Vilayət partiya və sovet təşkilatları göstərilən nöqsanları aradan qal-
dırmağa cəhd etməmiş və təsirli tədbir görməmişdir.
Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, 1970—1980-ci illərdə is-
tər adambaşma düşən pərakəndə ticarət dövriyyəsinin həcminə, istər ticarət
müəssisələrinin miqdanna, istərsə də adambaşına düşən ticarət mağazaları-
nın sahəsinə görə Xankəndi şəhərindəki ümumi göstəricilər həm ümumres-
publika səviyyəsində, həm də şəhərlərlə müqayisədə üstün olmuşdur. Məsələn,
təkcə 1981-ci ildə 10 min nəfər hesabı ilə pərakəndə ticarət müəssisələrinin
miqdarı ümumrespublika üzrə 28, Naxçıvan MR-də 24, Xankəndi şəhərində
42 idi. 10 min nəfər hesabı ilə mağazalann ticarət sahəsi (kvadrat kilometrlə),
ümumrespublika üzrə 1127, Naxçxvan MR üzrə 1319, Xankəndi şəhərində
1743 kvadrat kilometr olmuşdur. Adambaşxna düşən pərakəndə ticarət dövriy-
yəsinin həcmi ümumrespublika üzrə 617 manat, Naxçıvan MR üzrə 420 ma-
nat, Xankəndi şəhərində 642 manat məbləğində idi [586, s.126]. Başqa
dövrlərdə də bu cür fərqlər müşahidə edilmişdir.
Xankəndi əhalisinin mədəni-məişət şəraitinin yaxşılaşmasında ictimai-
iaşə müəssisələri böyük əhəmiyyət kəsb edirdi. 1970 1980-ci illərdə Xankən-
di şəhərində yeni yeməkxana, restoran, mətbəx-fabrik, qəlyanaltı və bufetlər
yaradılmasına xüsusi diqqət yetirilmişdir [36, s. 143]. Bu dövrdə mövcud ob-
yektlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. İctimai-iaşə müəssisələ-
rinin yerləşdirilməsi prosesi nəzərdən keçirilərkən məlum olur ki, burada da,
erməni rəhbərliyi qərəzli mövqe tutmuşdur. Məsələn, 1970—1985-ci illərdə Xan-
kəndi, Xocavənd, Hadrud, Ağdərə rayonlarmda ictimai-iaşə xidməti müəssisə-
lərinin yerləşdirilməsi və xidmət həcmi 2,5 dəfədən çox artmış, Şuşa rayo-
nunda bu artım 1,9 dəfəyə çatmışdır [59, s.127]. Ən böyük ictimai-iaşə müəs-
sisələri Xankəndi şəhərində yaradılmışdır. 1975-ci il məlumatına görə,
DQMV-də ticarət mal dövriyyəsinin 69 milyon 394 min manatmdan 27 milyoi)
767 min manatı Xankəndi ticarət müəssisələrinin üzərinə düşmüşdür [53, s.96].
1970—1985-ci illərdə Azərbaycan hökumətinin dərin qayğısı nəticəsində
əhaliyə ictimai iaşə və mədəni məişət xidməti dinamik inkişaf etnmdir. Apa-
rılan tədqiqatlara əsasən müəyyən edilmişdir ki, Xankəndi şəhərində hər
sakinə düşən məişət xidmətlərinin həcmi 1966—1970-ci illərdə 13 manat ol-
muşdursa, 1971—1975-ci illərdə bu göstərici artaraq 18 manata, 1976—1980-ci
illərdə 25 manata çatmışdır. Bu göstəricilər ümumrespublika səviyyəsindən
xeyli üstündür. Belə ki, hər bir sakinə düşən məişət xidmətinin həcmi 1981-
1986-cı illərdə ümumrespublika üzrə 20-30 manat olmuşdursa, Naxçıvan
MR-də 15-21 manat, Xankəndi şəhərində isə 31-41 manata çatmışdır. 10 min
nəfərə düşən məişət xidməti emalatxanalannm miqdarına gəldikdə isə ümıun-
respublika üzrə bu göstərici 1981—1986-cı illərdə 15—17 emalatxana, Naxçıvan
MR-də 21 emalatxana, Xankəndi şəhərində isə 29-32 emalatxana düşürdü [54].
Xankəndi ticarət müəssisələrində çalışanlarm təxminən 60 faizini
qadmlar təşkil edirdi. İctimai iaşə və ticarət müəssisələrində işləyənlərin orta
ayiıq əmək haqqı 1965-cı ıldəki 67 manata qarşı, 1975-ci ildə 87 manata
qalxmışdır [29, s.204]. Vilayət rəhbərliyinin ayrı-seçkilik siyasəti burada da
özünü göstərmişdir. Apanlan araşdırmalardan aydm olmuşdur ki, Xankəndi
şəhərində ticarət müəssisələrində çahşanlann, demək olar ki, 95 faizini
ermənilər təşkil etmişlər.
Dövlətimiz Xankəndi şəhər əhalisinin həyat səviyyəsini yüksəltmək
üçün, onlann artan təlabatını ödəmək baxımmdan bazarlan müxtəlif məhsul-
larla doldururdu. Hətta 1986-cı ildə Xankəndində mal dövriyyəsinin həcmi
1966-cı illə müqayisədə 5,1 dəfə artmışdır. Halbuki bu rəqəm ümumrespublika
üzrə 4,6 dəfəyə bərabər idi. Göstərilən dövr ərzində adambaşına düşən mal
dövriyyəsinin inkişaf surəti ümumrespublika üzrə 2,7 dəfə, Azərbaycanın
Xankəndi şəhərində 3,7 dəfə təşkil etmişdir. Həmin illərdə mağazalarda hər
10 min nəfərə düşən ticarət sahəsi Azərbaycan üzrə 1,9 dəfə, onun tərkib
hissəsi olan Xankəndi şəhəri üzrə 2,6 dəfə artmışdır. Həmçinin 1986-cı ildə
ictimai iaşə müəssisələrində hər 10 min nəfərə düşən yerlərin sayı res-
publikamızda 731-ə düşdüyü halda, Xankəndində 805-ə çatmışdır.
1970-1985-ci illərdə Xankəndi şəhərində mənzil tikintisi sürətlə artmış-
dır. İlk növbədə, Azərbaycan hökuməti Xankəndi şəhərində mənzil tikintisi
kommunal təsərrüfatlarin inkişafı və abadlıq işləri, mənzil kommunal təsər-
rüfatımn kompleks inkişafı üçün kapital qoyuluşunun həcmini artırdı.
1971—1985-ci illərdə 185 milyon manat vəsait aynlmışdır. Mənzil tikintisinin
sahəsi yüksələn xətlə xarakterizə olunmuşdur. 1970—1985-ci illərdə bütün
maliyyə mənbələri hesabına Xankəndi şəhərində ümumi sahəsi 328,5 min
kvadrat metr olan yeni abad mənzillər istifadəyə verilmişdir [51, s.31].
Xankəndi şəhərində apanlan tikinti işlərində yerli xammal materialların-
dan da istifadə olunurdu. Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına
Vilayətdə tikinti sənayesi sürətlə inkişaf etmişdir. Apanlan hesablamalar nə-
ticəsində məlum olur ki, respublikamız üzrə üzlük daşın 15 faizi, tikinti daşı-
nın 30 faizi, mişar daşının 10 faizi, sənaye əhəmiyyətli gilin 10 faizi, Yuxan
Qarabağ iqtisadi rayonunun payma düşürdü. Bu sahədə Xankəndi tikinti ma-
teriallan kombinatı, qum-çınqıl, daş, mərmər karxanaları, kərpic zavodu bö-
yük rol oynamışdır. 1970-1985-ci illərdə Xankəndi şəhərində yeni mikrorayon-
lar, qəsəbələr salınmış, çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Aparılan
tədqiqatlar nəticəsində məlum olur ki, 1970—1985-ci illərdə Xankəndi şəhə-
rində mənzil tikintisi sahəsində əldə edilən nailiyyətlər respublikamızın bü-
tün şəhərlərindən yüksəkdə dayanmışdır. Məsəlen, Xankəndi şəhərində bir
sakinin mənzillə təminatı 14,6 kvadrat metrə çatdığı halda, respublikamız
üzrə bu göstərici 10,0 kv.metr, Naxçıvan MR-də isə 9,5 kv.metr olmuşdur.
Bunlardan əlavə, şəhər yerində şəxsi mülkiyyətdə olan mənzil fondunun
abadlıq dərəcəsi ümumrespublika üzrə 137,8 faiz, Azərbaycan Naxçıvan
MR-də 107,4 faiz, Xankəndi şəhərində isə 167,5 faiz yerinə yetirilmişdir [74].
Ümumiyyətlə, 1961—1986-cı illərdə DQMV-də bütün mənbələr hesabma
1400 min kvadrat metr mənzil sahəsi tikilmişdir. Nəticədə 12 min nəfərdən
çox adam öz mənzil şəraitini yaxşılaşdırmışdır. Apardığımız tədqiqatlardan
məlum olur ki, bəhs etdiyimiz dövrdə bir sakinə düşən mənzil sahəsi keçmiş
SSRİ məkanında 14,9 kvadrat metr, Ermənistan SSR-də 13,7 kvadrat metr,
Azərbaycan SSR-də 10,9 kvadrat metr, Bakı şəhərində 11,7 kvadrat metr,
Naxçıvan MR-də 9,5 kvadrat metr olmuşdursa, Azərbaycanın DQMV-də bu
göstərici 14,6 kvadrat metrə çatmışdır [51, s.27]. Fərdi mənzil tikintisi
üzərində qoyulan məhdudlaşmalar aradan götürülmüş, kreditləşmə üçün əlve-
rişli şərait yaradılmış və tikinti işi sürətlənmişdir.
|
1970—1985-ci illərdə Xankəndi şəhərində əhalinin mədəni-məişət şərai-
tinin yaxşılaşmasmı burada qazlaşdırma işinin həyata keçirilməsində görmək
olar. 1978-ci il dekabrın 30-da Yevlax-Xankəndi qaz kəmərinin açılışı keçi-
rildi. 107 km uzunluğunda olan bu kəmərin bir hissəsi dağlarda, çətin şəraitdə
çəkilmişdi. 1970-ci illərin sonlannda isə Yevlax, Xankəndi-Gorus-Naxçıvan
qaz kəməri çəkilib istifadəyə verildi. Bu qaz kəmərlərinin çəkilişi Xankəndi
əhalisi üçün böyük əhəmiyyətə malik hadisə hesab olunur. Çünki bu çəkiliş-
dən sonra şəhər ərazisinin qazlaşdınlması işi sürətləndirilmişdir. Ümumi-
likdə, 1980-ci ildə Xankəndi şəhərində 2100 mənzilə, Şuşa şəhərində isə
300 mənzilə qaz çəkilmişdir. 1981-ci ildə DQMV-nin şəhər və kəndlərində
35 min mənzil qazla təmin edilmişdir. 80-ci illərdə Xankəndii şəhərində qaz
çəkilişi 70-ci illərlə müqayisədə 2 dəfə artmışdı. Xankəndi şəhərində mən-
zülərm qazlaşdmlması tapşmqlan yerinə yetirilmişdir. Burada qazlaşdınlmış
mənzillərin sayı 1970—1985-ci illər ərzində 4,3 dəfə artmışdır [52, s.80]. Artıq
1986-cı ildə Xankəndi şəhəri 100 faiz qazla təmin edilmişdi. Halbuki ümum-
respublikamız üzrə bu göstərici 96,2 faizə bərabər idi. Xankəndi şəhərinin iç-
məli su ilə təchizatı məsələsi 1970-ci illərdə tamamilə həyata keçirilmişdir [51].
Bəhs olunan dövrdə Xankəndi şəhər əhalisinin mənzillərinin su kəməri
ilə təchizi ümumrespublika səviyyəsindən 2 dəfə yüksəkdə dayanmışdır.
1986-cı il məlumatma görə su kəmərinin abadlaşdırma faizi ümumrespublika
üzrə 30,5 faiz, Naxçıvan MR-də 7,4 faiz idisə, Xankəndi şəhərində 45,5 faizə
çatmışdı [37]. Şəhərlərin kanalizasiya ilə təminatı işində də Xankəndi şəhəri
ümumrespublika səviyyəsini 2 dəfə üstələmişdir. 1970—1985-ci illərdə Azər-
baycan hökumətinin hər il ardıcıl olaraq Xankəndi şəhərinin abadlaşması,
küçə və parklann salınması, yenidən qurulması, kommunal xidmət müəssi-
sələrinin təmiri və yeniləşməsi üçün bütün lazımi tədbirləri həyata keçirirdi.
70-ci illərdə şəhərdə təkcə yaşıllaşdırma işləri, parklann salınması, işıq və
istilik xətlərinin çəkilişi üçün Azərbaycan hökuməti tərəfindən 2 milyon 611
min manat vəsait sərf edilmişdir [75]. Bütün yuxanda göstərilən mənzil tikin-
tisi ilə bağlı müvəffəqiyyətlərlə yanaşı, bəhs edilən illərdə bölgədə bəzi nöq-
sanlı cəhətlər də aşkar edilmişdir. Azərbaycanlılar yaşayan kəndlərdə hələ
də mənzil problemi kəskin olaraq qalırdı. Mərkəzə isə erməni rəhbərliyi mə-
lumat vermişdir ki, mənzil problemi tam həll edilmişdir. Az-çox azərbaycan-
lılar yaşayan kəndlərdə apanlan tikinti işlərinin keyfiyyəti çox aşağı səviy-
yədə idi. Dağlıq Qarabağm azərbaycanlılar yaşayan kəndlərinin çoxunda heç
bir məişət xidməti obyekti yox idi. Mövcud obyektlərdə isə xidmət keyfiyyəti
aşağı səviyyədə fəaliyyət göstərirdi. Ermənilər yaşayan bütün kəndlər qaz-
laşdmldığı halda, azərbaycanlılann yaşadığı kəndlərdə qaz hələ də yox idi.
Mərkəzə verilən məlumatda isə həmin kəndlər «qazlaşdırılmışdı».
1970-1985-ci illərdə Azərbaycan hökuməti Xankəndi şəhərində yol təsər-
rüfatı, nəqliyyat, rabitə sahəsində də mühüm tədbirlər həyata keçirdi. Ilk
növbədə, təsərrüfat daxili, vilayət əhəmiyyətli, ümumdövlət və respublika
əhəmiyyətli avtomobil yollannm şəbəkəsinin inkişafı, yeni yolların salın-
ması, təmiri və saxlanılması üçün Azərbaycan hökuməti tərəfindən qoyulan
vəsaitin miqdarı ilbəil artmldı. Aynlan vəsait hesabına Xankəndi şəhərinə
yeni asvalt yollar çəkildi.
1
XX yüzilliyin 70-ci illərində Azərbaycan dövlətinin başçısı H.Ə.Əliyevin
şəxsi təşəbbüsü ilə Bakmı Xankəndi ilə birləşdirən Ağdam-Xankəndi dəmir-
yolunun çəkilişinə başlanmışdı. 12 yanvar 1979-cu ildə 26 klometrlik həmin
dəmiryolu istifadəyə verildi [36]. Bəhs etdiyimiz illərdə Xankəndi şəhərində
avtomobil nəqliyyatı vasitəsilə yük daşınmasmm həcmi ilbəil artmışdı.
Yeri gəlmişkən, onu da qeyd edək ki, 1985-ci illərdə Xankəndi şəhərində
yük avtomobilləri parkı iki dəfə artmışdır. Ümumrespublika səviyyəsində isə
bu göstərici 1,7 dəfəyə bərabər idi [51]. Xalq təsərrüfatmm ardıcıl inkişafı,
boşdayanma hallanna yol verilməməsi ilə ardıcıl mədəni xidmət nəticəsində
şəhərdə avtomobil nəqliyyatı daha da inkişaf edirdi. Xankəndi şəhərində
avtomobil nəqliyyatınm inkişaf etməsini onda görmək olar ki, Azərbaycamn
hər 1000 sakininə 17,5 avtomobil düşdüyü halda, Xankəndi şəhərində 26,5
avtomobil, Naxçıvan MR-də isə 17 avtomobil düşürdü [59, s. 102]. 1970-
1985-ci illərdə avtomobil nəqliyyatı ilə yüklərin daşmması həcmi ümum-
respublika üzrə 3,6 dəfə artdığı halda, Xankəndi şəhərində 4,8 dəfə artmışdır
[59, s.145]. Bundan əlavə, səmişinlərin avtomobildə daşmması həcmi respub-
likamızda 2,2 dəfə, Xankəndi şəhərində 2,6 dəfə, taksilərlə daşmma respub-
likamızda 2,4 dəfə, Azərbaycamn Xankəndi şəhərində 4,2 dəfə artmışdır
[429, s.24]. Aparılan araşdırmalardan məlum olur ki, Xankəndi şəhərində
avtobus marşurutlan sıxlığı orta respublika səviyyəsindən 2,6 dəfə çox olmuş-
dur. Xankəndi şəhərində avtobus marşurutlannm uzunluğu 1970-1985-ci
illərdə 8,2 faiz artdığı halda, Naxçıvan MR-də bu göstərici 4,5 faiz, ümum-
respublika səviyyəsində isə 4,8 faiz artmışdır [51, s.25].
1980-ci illərdə DQMV-də hava nəqliyyatında da, irəlləmələr diqqəti cəlb
etmişdir. 1980-1986-cı illərdə hava nəqliyyatı ilə səmişin daşımanm həcmi xey-
li artmışdı. 1980-ci ildə DQMV-də hava nəqliyyatı ilə 8 min nəfər səmişin
daşınmışdırsa, 1985-ci ildə 9 min nəfərə çatmışdır. 1970-1985-ci illər ərzin-
də Azərbaycan hökumətinin dərin qayğısı nəticəsində DQMV-də nəqliyyat
vasitələri dınamik inkişaf etdi. Xankəndi şəhərində istismar üçün hər cür
təsərrüfatı olan dəmiryol xətti istifadəyə verildi. Eyni zamanda hava nəqliy-
yatmda da nəzərəçarpacaq inkişaf olmuşdur. Bu illərdə Vilayətin rayon mər-
kəzləri ilə respublikamızın magistrallarmı birləşdirən təkmilləşdirilmiş bərk
örtüklü yollar çəkilmişdir.
Azərbaycan hökuməti Xankəndi şəhərində rabitənin inkişafı üçün 1961-
1975-ci illər ərzində 329 min manat uzunmüddətli kredit ayırdı [36, s.124].
1970—
1982-ci illərdə Dağlıq Qarabağa 4519 telefon aparatı verildi. 1970-
1986-cı illərdə Xankəndinin rabitə sahəsi üzrə əsas fondlarm və vəsait qoyu-
luşunun inkişaf surəti respublikamız üzrə olduğundan iki dəfə çox artmışdır.
1980-ci illərin ortalannda adambaşma düşən rabitə məhsullannın həcmi ümum-
respublika üzrə 21 manat, Azərbaycamn Xankəndi şəhərində 29,5 manat
təşkil etmişdir [59, s. 143]. Telefon aparatlanmn sayı təxminən ıki dəfə artdı.
Aparılan hesablamalara görə 1985-ci ildə Xankəndi şəhərində əhalinin hər
100 nəfərinə 12,4 telefon düşürdü. Ümumrespublika səviyyəsiııdə bu göstə-
rici 7,9-a bərabər idi. Həmçinin Xankəndi şəhərində ailələrin mənzil telefon-
lan ilə təminatı 42,4 faı'zə çatmışdı. Naxçıvan MR-də bu göstərici 30,1 faizə,
ümumrespublika səviyyəsində isə 31,1 faizə bərabər idi. 1970—1985-ci illərdə
Xankəndi şəhərində şəhərlərarası telefon damşıqlarmın sayı 2 dəfə artmışdı.
Şəhərlərarası telefon rabitələrinin inkişafı nəticəsində adambaşma düşən
şəhərlərarası telefon danışıqlarmm sayı respublikamız üzrə 4,15 faiz, Azər-
baycanm Xankəndi şəhəri üzrə 7,69 faiz təşkil etmişdir [66, s.282].
Radio-rele xəttinin çəkilişi ilbəil genişləndirilmişdi. Bakı-Şuşa və Şu-
şa-Naxçıvan radio-tele xəttinin çəkilişi Xankəndi şəhərində radiolaşmanm
inkişafına güclü təkan verdi. 1980-ci illərdə Xankəndində televiziya studiya-
sımn istifadəyə verilməsi Dağlıq Qarabağ əhalisinin Moskva və Respublika
televiziya verilişlərinə baxmağa imkan yaratdı.
Bəhs etdiyimiz dövrdə Xankəndi şəhərində poçt, teleqraf, radio və başqa
rabitə vasitələri yüksək sürətlə inkişaf etmişdir. Azərbaycanlılar yaşayan
kədlərin çoxu müstəsna olmaqla Dağlıq Qarabağın şəhər, rayon, qəsəbə və
kəndləri başdan-başa radiolaşmış, rabitə vasitələri getdikcə məişətə daha çox
nüfuz etmişdir.
1970-1985-ci illərdə Azərbaycan hökuməti Xankəndi əhalisinin sağlam-
lığının qorunması sahəsində mühüm tədbirlər həyata keçirmişdi. Xankəndi
şəhərində səhiyyənin maddi-texniki bazasmı möhkəmləndirmək, səhiyyə
idarəsi şəbəkəsini inkişaf etdirmək və əhalinin cansağlığmı qorumaq məqsədilə
Azərbaycan hökuməti vəsait qoyuluşunu ilbəil artırdı. 1970-1975-ci illərdə
DQMV-də səhiyyə işinə büdcədən ayrılan vəsaitin həcmi 8 milyon 111 min,
1976—1980-ci illərdə 9 milyon 818 min, 1981—1985-ci illərdə isə 11 milyon
760 min manata çatdı [64].
Apanlan araşdırmalardan məlum olur ki, 1970—1985-ci illərdə Xankən-
dində səhiyyə işlərinə aynlan vəsait, istər ümumrespublika səviyyəsindən,
istərsə də Naxçıvan MR-ə ayrılan vəsaitdən iki dəfə çox olmuşdur. Ayrılan
vəsait hesabına Xankəndi şəhərində müalicə-profılaktika müəssisələri xeyli
genişləndi. Əhalinin sağlamlığı naminə tibbi yardım gücləndirildi, tibb müəs-
sisələrində həkimlərin və orta tibb işçilərinin sayı xeyli artdı. Belə ki, bəhs
etdiyimiz illərdə Azərbaycan dövləti Xankəndi şəhərinə ali və orta ixtisas
təhsilli mütəxəssis göndərdi. Əhaliyə ambulatoriya - poliklinika yardımı
göstərən yeni müəssisələr tikilib istifadəyə verildi. 1970—1985-ci illərdə şə-
hərdə hər cür tibb avadanlıqları ilə təchiz edilmiş, yeni qadm və uşaq məslə-
hətxana və poliklinikalan tikildi. Azərbaycan hökuməti tərəfindən Xankəndi
səhiyyə idarələri dərman, tibbi məmulatlar və avadanlıqlarla təmin edildi
[70, s.19].
1984-cü il yanvar aymın məlumatına görə Xankəndi şəhərində 900 çar-
payılıq 9 xəstəxana, 2 dispanser (dəri zöhrəvi vərəm), sanitariya-epidemio-
loji stansiya, 250 həkim, 600 orta ixtisaslı tibb işçisi var idi. Tədqiqatlardan
məlum olur ki, bütün Dağlıq Qarabağdakı xəstəxanalarm təxminən üçdə biri,
çarpayılarm ikidə biri, həkimlərin ikidə biri, orta ixtisaslı tibb işçilərinin üçdə
biri Xankəndi şəhərində fəaliyyət göstərirdi. 1970—1985-ci illərdə Xankəndi
şəhərində yüksək və müasirtipli cihazlarla təchiz edilmiş rentgen kabinələri,
fızoterapiya kabineti və laboratoriyaları yaradılmışdır. Azərbaycan hökumə-
tinin dərin qayğısı nəticəsində şəhərdə müalicə-profilaktika idarələrinin sayı
2 dəfə artdı. Burada dəri-zöhrəvi xəstəlikləri dispanseri, vərəm və onkoloji
dispanserlər, sanitariya maarif evi, vilayət sanitariya-epidemioloji stansiyası,
qanköçürmə stansiyası digər poliklinika və ambulatoriyalar açılmışdı. Bütün
bunlarm nəticəsi idi ki, Xankəndi şəhərində yoluxucu-infeksiyon xəstəlik-
lərin kökü kəsilmiş, dizinteriya və brusellyoz xəstəlikləri xeyli azalmışdır.
1970—1985-ci illərdə Xankəndi şəhərində əhalinin xəstəxana çarpayıları ilə
təminatı, bütün ixtisaslardan olan tibb işçiləri ilə təminat və başqa sahələrdə
də istər ümumrespublika səviyyəsində, istərsə də Naxçıvan MR ilə müqayi-
sədə üstün olmuşdur. Məsələn, 1985-ci ildə hər 10 min nəfərə düşən çarpa-
yılarm sayı Azərbaycan Respublikası üzrə 97,8 ədəd, Naxçıvan MR-də
94,6 ədəd, Xankəndi şəhərində 104,6 ədəd olmuşdur. On min nəfər hesabı
ilə orta tibb işçiləri ilə təminat ümumrespublika üzrə 93,8 Naxçıvan MR-də
80,1, Xankəndi şəhərində 126,3 nəfər düşürdü. On min nəfərə düşən ali
təhsilli tibb işçiləri Naxçıvan MR-də 26,2 nəfər, Xankəndi şəhərində 28,9
nəfər düşmüşdü. Aparılan tədqiqatlardan məlum olvtr ki, Xankəndi şəhərində
xalq təsərrüfatmm bütün sahələrindən fərqli olaraq, səhiyyə işçiləri arasmda,
qadınlar 81 faiz təşkil edirdi [75, s.8].
Səhiyyə sahəsində Xankəndi şəhərində həyata keçirilən tədbirlər yaxşı
hal kimi qiymətləndirilsə də, burada bəzi qüsurlar da özünü göstərirdi. Belə
ki, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində səhiyyə işi çox
yarıtmaz vəziyyətdə idi. Həmin kəndlərdə nəinki poliklinika, xəstəxana, heç
ilk tibbi yardım xidməti ambulatoriyası belə yox idi. Keçmişdən qalan bir
neçə tibbi yardım mərkəzləri baxımsızlıq ucbatından dağılmış, heç bir tibb
avadanlığı və dərmanla təmin edilmirdi.
Azərbaycanm Dağlıq Qarabağ Vilayəti zəngin təbiət gözəlliklərinə malik-
dir. Dağlıq Qarabağ özünün sağlamlıq ocaqlan, istirahət evləri, çoxmərtəbəli
binalan, şəfalı yerləri ilə şöhrət qazanmışdı. Burada 6 sanatoriya və istirahət
müəssisəsi, iki min yerlik turbaza fəaliyyət gös'tərirdi. Bu baxımdan diyann ən
gözəl sağlamlıq ocağmdan olan Şuşa şəhəri mühüm əhəmiyyət kəäb edir. Şuşa
istirahət-sağlamlıq mərkəzində hər növbədə 650-700 adam istirahət edirdi.
Şuşa kurortu İsveçin «Davos» krortu ilə müqayisə edilirdi. 1975-ci ildə Şuşa
istirahət mərkəzi Ümumittifaq əhəmiyyətli sanatoriya kimi fəaliyyət göstər-
məyə başladı. Şuşada dünyanm hər yerindən minlərlə adam gəlib istirahət etmiş
və müalicə olunmuşlar. Təkcə 1980-ci ildə Şuşa sanatoriyasında 8 min nəfər
adam istirahət etmiş və müalicə olunmuşdu. Müalicə olunanlar arasmda xroniki
bronxit, yuxan tənəffüs yollannm katan, ağciyər emfizemasınm başlanğıc for-
ması, bronxit asmanın başlanğıc forması, pilevrit, qanazlığı, əsəb xəstəlikləri,
çox yorğun\uq, kəskın infeksion xəstəliklər, mədə-bağırsaq, ürək-əsəb xəstə-
likləri, bronxlann iltihabı və başqa xəstələr var idi. Xankəndi şəhər əhalisinin
sağlamlığmm qorunmasında Turşsu bulağı xüsusi əhəmiyyət kəsb edirdi, Dağ-
lıq Qarabağın təmiz havası, saf suyu, çıxılmaz meşələri, sərinlik və təravət
gətirən dağ çaylan və bulaqlan burada yaşayan insanlann uzun ömür sürməsinə
səbəb olmuşdur. 1970-ci ildə DQMV-də 100 ildən yuxan ömür sürənlərin sayı
239,1979-cu ildə isə 280 nəfər olmuşdur ki, bunun da 70 faizindən çoxunu qa-
dınlar təşkil etmişdir. Ümumiyyətlə, DQMV-də orta ömür 75 ildir [59, s.l 19].
1970—1985-ci illərdə Azərbaycan hökuməti Xankəndi şəhərində bədən
tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafı
üçün böyük həcmdə vəsait ayırdı. Şəhərdə idman müəssisələrinin sayı 1970-ci
illə müqayisədə 1985-ci ildə 5,5 dəfə artdı [59, s.99].
Bəhs etdiyimiz illərdə Xankəndi şəhərində yeni stadion, idman meydan-
çaları, voleybol-basketbol, tennis meydançalan, iki üzgüçülük hovuzu tikilib
idmançılann ixtiyarma verildi. Aparılan tədqiqatlar nəticəsində məlum olur
ki, adambaşma düşən stadionlann və meydançalarm sayma görə Xankəndi
şəhəri istər ümumrespublika səviyyəsində, istərsə də Naxçıvan MR ilə
müqayisədə yüksəkdə dayanmışdır [65].
Azərbaycan hökuməti Xankəndi şəhərindəki bədən tərbiyəsi və idman
kollektivlərini lazımi avadanlıq və ləvazimatlarla təmin etmiş, bədən tərbi-
yəsi və idman məşğələləri üçün maddi-texniki bazanı möhkəmləndirmişdir.
Nəticədə 1971—1985^-ci illərdə Xankəndi şəhərində dərəcə alan idmançılarm
sayı 3 dəfədən çox artmışdır [73].
1970—1980-ci illərdə Azərbäycan SSRDQMV-də əhalinin sayı 150,3 min
nəfərdən, 182,4 min nəfərə çatmışdır. Hər min nəfərə təbii artım 22,5 faiz-
dən 20 faizə, doğulanlann sayı 29 faizdən 26,1 faizə, ölənlərin sayı 6,7 faiz-
dən 6,1 faizə enmişdir [51, s.42]. 1926—1988-ci illərdə DQMV-də əhalinin
sayı 57,1 min nəfər və ya 45,6 faiz artmışdır. DQMV-də 1941—1945-ci illər
müharibəsindəki itkilərlə və əhalinin başqa regionlara köçməsi ilə əlaqədar
1939-1959-cu illərdə əhalinin sayında (20,4 min nəfər) azalma halı müşa-
hidə edilmiş, 1970-ci ildə isə Vilayətdə əhalinin sayı əwəlki həddə çatmış,
sonrakı dövrlərdə onu keçmişdir. Bəhs etdiyimiz dövrdə DQMV-də əhalinin
ümumi sayında şəhər əhalisinin miqdarı 50 faizdən 53,8 faizə qalxmışdır.
1979-cu il məlumatına görə DQMV-də yaşı 100-ü keçənlərin sayı 280 nəfər
olmuşdur. 1980-ci illərin sonlannda respublikamızda 2500 nəfər 100 yaşı
olan Azərbaycan vətəndaşı qeydə ahnmışdır.
1979-cu il yanvann 17-24-də apanlan siyahıyaalınmaya görə məlum olur ki,
DQMV-də əhalinin milli tərkibində xeyli dəyişikliklər baş verib. Müqayisə-
lər göstərdi ki, 1970-1979-cu illərdə DQMV-də ermənilərin sayı 4,6 faiz
azalmış, azərbaycanlılann sayı isə 4,9 faiz artmışdır [59].
1979-cu il əhalinin siyahıyäalmması məlumatına görə Azərbaycanda
yaşayan ermənilərin ümumi sayınm 25,9 faizi DQMV-nin payma düşmüşdür.
DQMV-də ermənilərin sayı tədricən azalmağa doğru getmişdir. Erməni mil-
lətçiləri bütün dünyada öz haqsız niyyətlərinə haqq qazandırmaq və dünya
ictimaiyyətində özlərinə qarşı müsbət fikir yaratmaq üçün belə bir əsassız
iddia irəli sürdülər ki, guya, DQMV-də ermənilərin saymın azalması onlarm
ərazidə sosial-iqtisadi vəziyyətlərinin pisləşməsi, ərazidə onlann sıxışdırıl-
ması və sair cəfəng iddialarla əlaqədar idi. Halbuki qərəzsiz elmi araşdır-
malar nəticəsində məlum olur ki, DQMV-də ermənilərin sayınm azalması,
azərbaycanlılann sayınm artması aşağıdakı amillərlə bağlı olmuşdur. ilk
növbədə, sosial demoqrafik tədqiqatlarm məlumatlarma görə Azərbaycan-
dakı erməni qadmlannm uşaqlarmın orta sayı 2,3, azərbaycanlı qadınlarmkı
isə 3,1, rus qadmlarınkı isə 1,6-dır. Erməni qadınlarmm reprudiktiv məqsədi,
daha doğrusu, onlann malik olmaq istədikləri uşaqlann sayı 3-ü keçmir, azər-
baycanlı qadmlarda bu rəqəm 3,8, rus qadmlannda 2,5 təşkil edir. Aparılan
tədqiqatlardan məlum olur ki, DQMY-də erməni əhalisi arasında 1000 nəfər
hesabı ilə doğulan uşaqlarm sayı 34,4 təşkil etmişdir ki, bu da azərbaycanlı
ailələrində doğulanlardan xeyli aşağıdır. Erməni «mütəxəssis»lərinin, guya,
DQMV-də əhalinin yaş strukturlarmm kəskin pisləşməsi barədəki «tezis-
ləri»də tamamilə yanlış bir fikirdir. Faktlar göstərir ki, 1979-cu ildə DQMV-də
bütün erməni əhalisindən 16 yaşa qədər olanları 25,4 faiz, 20-39 yaşında
olanlar isə 21,9 faiz təşkil etmişdir. Demoqrafıya ilə məşğul olanlann fikrincə,
bu rəqəmlər respublikamızda ən yüksək göstəricilərdən biridir. Bütün dün-
yada olduğu kimi, DQMV-də də demoqrafıq inkişafm qanunauyğün təma-
yülü olan əhalinin qocalması prosesi gedir, lakin bu proses DQMV-də' xeyli
yavaş gedir. Obyektivliyini itirmiş erməni politoloqlarmın «azərbaycanlı əha-
lisinin kənardan süni yolla gətirilərək artırılması» fıkrinə gəidikdə isə bu fıkir
tamamilə əsassızdır. Çünki nəinki kənardan gətirilmə, əgər azərbaycanlıları
müxtəlif yollarla DQMV-dən çıxarmasaydılar, 1959-1979-cu illər ərzində
azərbaycanlılarm sayı, yəqin ki, erməniləri tamamilə üstələyərdi [67].
Bütün bunlarla yanaşı, ermənilərin sayınm azalması onlarm miqrasiya
(varlı dövlətlərə köçüb getmə) meylindən də irəli gəlir. Aparılan tədqiqatlara
görə, keçmiş SSRİ məkanmdan, daha çox varlanmaq, öz əhatə dairələrini
genişləndirmək üçün xarici dövlətlərə gedənlərin 34,4 faizini ermənilər
təşkil etmişlər və bu göstərici keçmiş İttifaq məkanmda birincidir [36, s.170].
DQMV-də ermənilərin sayının azalması azərbaycanlılarm saymın artması
erməni lobbisini, daşnakları narahat etməyə başladı. İlk növbədə, DQMV-'də
yeni doğulan azərbaycanlıları qeydiyyata almadılar. Onlara doğum haqqmda
şəhadətnamə verilsə də, bu, qeyri-rəsmi yolla həyata keçirilirdi. Yaşlı azər-
baycanlıları «köçdü» və ya «vəfat etdi» adı altmda qeydiyyatdan çıxarırdılar.
Süni maneələr yaratmaqla onların Vilayət ərazisindən köçməsinə şərait
yaratdılar. Eyni zamanda Vilayət Statistika İdarəsi yuxarı təşkilatlara erməni-
lərin sayı ilə bağlı şişirdilmiş rəsmi məlumatlar verir, köçüb gedən və ölən
ermənilər qeydiyyatdan çıxanlmırdı. Hətta 1980-ci illərdə Ermənistan SSR
vətəndaşlannm, eyni zamanda DQMV-də pasport qeydiyyatına götürülməsi
faktları aşkar edilmişdir. Ermənilər DQMV-də əhalinin say dinamikasında
1980-ci ildən sonra etdikləri saxta əməllərin üzə çıxacağından ehtiyat edərək
1989-cu ildə SSRİ üzrə əhalinin siyahıyaalınması aparılarkən Dağlıq Qarabağ
erməniləri Moskva nümayəndələrini Vilayətə buraxmamışlar. Eyni zamanda
Dağlıq Qarabağ əhalisi haqda 1979-cu ildən sonrakı statistik məlumatları
nəzərdən keçirərkən, ilk öncə, onun müəllifini nəzərdən keçirmək lazımdır.
Çünki erməni müəllifləri öz mənafelərinə uyğun həmin dövrün materiallarmı
saxtalaşdırmışlar.
DQMV-nin rayonları arasmda da əhalinin bölgüsündə böyük fərqlər müşa-
hidə edilmişdir. 1979-cu il məlumatına görə, DQMV-də yaşayan umumi əha-
linin təxminən 30 faizi Ağdərə rayonunun, 10 faizi Şuşa rayonunun payına dü-
şürdü. Vaxtilə bir neçə evdən ibarət olan Xankəndində əhalinin 25 faizindən
çoxu yaşayırdı. Ermənilər isə daha çox Xankəndi şəhərində cəmləşmişdirlər.
Azərbaycan SSR DQMV-nin rayonlannda 1979-cu ildə əhalinin ümumi sayı və
milli tərkibi haqqında aşağıdäkı cədvəldən ətraflı məlumat əldə etmək olar [40].
Dostları ilə paylaş: |