Rayonlann adları
Cemi əhali
(nəfərlə)
O cümlədən
Azərbaycanlılar
Ermənilər
Rus və digərləri
Nəfərlə
Faizlə
Nəfərlə
Faizlə
Nəfərlə
Faizlə
Xankəndı
38948
4303
11,0
33898
87,0
747
1,9
Əsgəran
20094
5231
26,0
14772
73,5
91
0,5
Hadrut
14792
2239,
15,1
12489
84,4
64
0,5
Ağdərə
44586
7050
15,8
37050
83,0
486
1,1
Xocavənd
27742
5486
r“ 19,7
21986
79,2
270
0,7
Şuşa
16019
12955
80,8
28881
17,9
183
1,1
Cəmi: DQMV üzrə
162181
37264
23
123076
75,9
1841
1,1
1970-1985-ci illərdə DQMV-də əhalinin sosial-sinfi strukturu da yeniləş-
mişdi. 1980-ci illərin sonlannda fəhlə və qulluqçular əhalinin 86 faizini, kol-
xozçular isə 13 faizini təşkil edirdi. 1970-ci ildə DQMV-də əhalinin 62 faizi
kənddə, 38 faizi şəhərdə yaşayırdısa, 1985-ci ildə şəhərdə yaşayanlar ümumi
əhalinin 28,3 faizini, kənddə yaşayanlar isə 71,7 faizini təşkil etmişdir.
Beləliklə, 1970-1985-ci illərdə Azərbaycan hökumətinin, dövlətimizin
başçısı H.Ə.Əliyevin dərin qayğısı nəticəsində Azərbaycanm Xankəndi şə-
hərində əhalinin sosial-iqtisadi həyatında, məişətində, rifahmda mühüm
dəyişikliklər baş vermiş, gəlirlər, ahcılıq qabiliyyəti, ticarət, ictimai-iaşə, tibb,
rabitə, məişət xidmətlərinin səviyyəsi yüksəlmiş, yaşayış məntəqələrinin su,
qaz, kanalizasiya sistemləri ilə təchizatı yaxşılaşmışdı. Lakin bəhs etdiyimiz
dövrdə Dağlıq Qarabağın erməni rəhbərliyi bir strateji xətt kimi bölgədə
yaşayan azərbaycanlılarm sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, onlann
intellektual səviyyəsinin yüksəldilməsinə bütün çirkin vasitələrdən istifadə
etməklə mane olmaq siyasəti yeritmişlər.
Yanvar, 1988-ci il məlumatma görə, Xankəndi şəhər əhalisinin kənd tə-
sərrüfatı məhsulları ilə təminatı ümumrespublika səviyyəsində birinci yerdə
dayanmışdır. Belə ki, həmin ildə adambaşına düşən kənd təsərrüfatı məhsu-
lunun həcmi ümumrespublika üzrə 588 manat, Naxçıvan MSSR-də 501 manat
təşkil etmişdirsə, respublikamızın Xankəndi şəhərində 692 manata çatmışdır
[7, s.30, i.6, v.40].
Azərbaycan hökumətinin qayğısı nəticəsində Xankəndi şəhəri inkişaf
etmiş nəqliyyat təsərrüfatma malik olmuşdur. 1980-ci illərin ikinci yansmda
şəhərdə əhalinin avtomobilə olan tələbatı dövlətimiz tərəfindən tam ödənilmiş
və hətta ümumrespublika səviyyəsində, regionlar arasında birinci yerdə dayan-
mışdır. Məsələn, şəhərdə yüklərin daşınması həcmi 1,2 dəfə ümumrespublika
səviyyəsindən yüksək olmuşdur. Bəhs etdiyimiz dövrdə avtobus marşurut-
larının uzxmluğuna görə Xankəndi şəhərindəki göstəricilər ümumrespublika
səviyyəsini 3,4 dəfə üstələmişdir [69, s.381]. Aparılan hesablamalara görə
1988-ci ildə Xankəndi şəhərində avtomobil parklarmm ümumi sayı respub-
likamızdakı ümumi göstəricilərdən 1,9 dəfə artıq olmuşdur. Ümumiyyətlə,
Xankəndi şəhərində ümumrespublika səviyyəsində avtomobil nəqliyyatımn
inkişafı birinci yerdə dayanmışdır. Təkcə bir faktı qeyd edək ki, Azərbaycanda
orta hesabla hər min nəfər sakinə 17,5 avtomobil düşdüyü halda, Xankəndi
şəhərində bu göstərici 26,5-ə bərabər idi [51, s.28].
Əsasj ümummilli liderimiz H.Ə.Əliyev tərəfindən qoyulan Ağdam-Xan-
kəndi dəmiryol nəqliyyatı güclü bazaya malik idi. 1988-ci il məlumatına
görə, Ağdam-Xankəndi dəmiryol nəqliyyatı vasitəsilə 181 min ton yük daşm-
mışdır. Eyni zamanda həmin yol vasitəsilə vilayətin 68 min səmişini yola
salınmışdır [51, s.24}.
Dağlıq Qarabağda inkişaf etmiş nəqliyyat vasitələrindən biri də, hava
nəqliyyatı idi. Regionda təyyarələr vasitəsilə səmişin daşımalannın həcmi
ardıcıl olaraq artmışdır. Belə ki, 1985-ci ildə Vilayətdə hava nəqliyyatı vasi-
təsilə 9 min nəfər səmişin daşmmışdırsa, 1987-ci ildə bu göstərici 10,2 min
nəfərə çatmışdır [51, s.65].
1986—1988-ci illərdə Xankəndi şəhərində əhalinin maddi və mədəni həyat
səviyyəsinin yüksəldilməsində poçt, telefon, teleqraf, radionun rolu böyük ol-
muşdur. Dağlıq Qarabağda ermənilərin cəmləşdiyi bütün yaşayış məntəqələri,
o cümlədən Xankəndi şəhəri rabitə vasitələri ilə təmin edilmişdir. Bu sahəyə
aynlan vəsaitin həcmi ümumrespublika səviyyəsindən 2 dəfə yüksəkdə dayan-
mışdır. 1987-ci ilin məlumatma görə, Xankəndi şəhərində adambaşma düşən
rabitə məhsulunun həcmi 29,5 manata çatmışdır, hansı ki, bu göstərici ümüm-
respublika üzrə 21 manat idi. Bəhs etdiyimiz dövrdə Xankəndi şəhərində əha-
linin hər 100 nəfərinə 12,4 telefon düşürdü ki, respublikamız üzrə bu göstərici
orta hesabla 7,9-a çatmışdı. Şəhərdə yaşayan ailələrin mənzil telefonlan ilə
təminatı 50 faiz olmuşdur. Bu rəqəm Azərbaycan üzrə 31,1 faiz təşkil etmişdir.
Dağlıq Qarabağın kəndlərinin 35 faizi telefonlaşdmldığı halda, ümumrespub-
lika üzrə bu rəqəm 17,8 faiz idi. Bəhs etdiyimiz dövrdə adambaşına düşən şə-
hərlərarası telefon damşıqlannın sayı respublika üzrə 4,15 faiz, Azərbaycanın
Xankəndi şəhəri üzrə 7,69 faiz təşkil etmişdir [36, s.126]. Yuxandakı bütün
yüksək göstəricilər dövlətimizin bütövlükdə Dağlıq Qarabağa, o cümlədən
Xankəndi şəhərinə göstərdiyi dərin qayğmın nəticəsində əldə edilmişdir.
1986—1987-ci illərdə Xankəndi şəhərinin iqtisadi inkişafı burada yaşayan
əhalinin rifahmm yaxşılaşmasına şərait yaratmışdır. 1986-1990-cı illəri əhatə
edən 12-ci beşillik üçün sosial-iqtisadi inkişafa dair dövlət planına Xankən-
dinin inkişafımn sürətləndirilməsi ilə əlaqədar kompleks məqsədli proqram-
larla əmək ehtiyatlanndan səmərəli istifadə edilməsinə uyğun olaraq, məhsul-
dar qüwələrin və əhalinin maddi rifahmm yüksəldilməsi üçün konkret təd-
birlər görülmüşdü. Həmin tədbirlərdən biri «Xankəndi şəhərində məhsuldar
qüwələrin daha da inkişaf etdirilməsi tədbirləri haqqında» qərar layihəsinin
hazırlanması idi. Azərbaycan hökuməti Xankəndi şəhərində sosial-mədəni
tədbirlərin həyata keçirilməsinə lazımi səviyyədə vəsait ayırmış və ildən-ilə
onu artırmışdır. Məsələn, 1985-ci ildə Vilayətdə həmin büdcə vəsaitinin həcmi
8 milyon manat təşkil etmişdirsə, 1988-ci ildə artaraq 15 milyon manata çat-
mışdır. Apanlan hesablamalara görə artan vəsaitin həcmi qonşu Ağdam, Bərdə,
Tərtər, Şuşa və digər şəhərlərə ayrılan vəsaitin həcmindən 2 dəfə çox olmuş-
dur. Azərbaycan hökumətinin qayğısı nəticəsində Xankəndi şəhər əhalisinin
rifahı xeyli yaxşılaşmışdır. 1986—1987-ci illərdə şəhərdə əhalinin adambaşına
düşən pul gəlirləri 1100 manatı keçmişdir ki, bu da ümumrespublika səviyyə-
sindən təxminən 100 manat, Naxçıvan MSSR-dən isə 170 manat çox idi [51].
Xankəndi şəhərində əhalinin bazara olan tələbatı tam ödənilirdi. Aparılan
tədqiqatlara görə müəyyən olunur ki, istər ticarət müəssisələrinin sayma, istər
ticarət dövriyyəsinin həcminə, istərsə də əhaliyə düşən mağazalarm sayma
görə Xankəndi şəhəri ümumrespublika səviyyəsində birinci yerdə dayanmış-
dır. Məsələn, 1987-ci ildə Xankəndində pərakəndə mal dövriyyəsinin həcmi
1960-cı illə müqayisədə 5,1 dəfə artmışdır. Ümumrespublika səviyyəsində
bu artım 4,6 dəfəyə bərabər idi. 1987-ci ildə adambaşma düşən pərakəndə
ticarət dövriyyəsinin həcmi Xankəndi şəhərində 683 manat idisə, Naxçıvan
MSSR-də 516 manata çatırdı. 1960-cı illə müqayisədə 1987-ci ildə adamba-
şına düşən mal dövriyyəsinin inkişaf sürəti Xankəndi şəhərində 3,7 dəfə, ümum-
respublika üzrə 2,7 dəfə artmışdır. Bəhs etdiyimiz dövrdə Xankəndi şəhərin-
də pərakəndə ticarət müəssisələrinin sayı xeyli artmışdır. 1987-ci ildə respubli-
kamızda hər 10 min nəfərə 28 ticarət müəssisəsi düşürdü, Naxçıvan bölgə-
sində bu göstərici 25-ə, Xankəndi şəhərində isə 40-a çatırdı. Bundan əlavə,
tədqiqatlar nəticəsində məlum olur ki, 1987-ci ildə 10 min nəfərə düşən
mağazalann ticarət sahəsinin həcminə görə Xankəndi şəhəri Azərbaycanda
1-ci yeri tutmuşdur. Belə ki, bəhs edilən ildə həmin göstərici respublika üzrə
1293 kv.km, Naxçıvan MSSR-də 1409 kv.km, Xankəndi şəhərində 1932 kv.km
idi [51, s.24]. Bütün bunlar isə tariximizi saxtalaşdıran, Xankəndində erməni-
lərin «çətin iqtisadi vəziyyətdə» yaşamasmı bütün dünyaya bəyan eden er-
məni millətçilərinə tutarlı cavabdır.
1986—1987-ci illərdə Azərbaycan hökuməti Xankəndi şəhərində əhalinin
məişət xidmətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata
keçirdi. 1960-cı illə müqayisədə 1987-ci ildə bölgədə məişət xidməti emalat-
xanalarmm sayı 17 dəfə artdı. Əhalinin sayına görə emalatxanaların miqdarı
Xankəndi şəhərində Azərbaycanda birinci yerdə dayanırdı. Belə.ki, 1987-ci
ildə Azərbaycanda hər 10 min nəfərə 17 məişət xidməti emalatxanası düşür-
düsə, bu göstərici Naxçıvan MSSR-də 19-a, Xankəndi şəhərində 25-ə çatırdı.
Apanian hesablamalara görə 1987-ci ildə respublikamızda hər bir sakinə
düşən məişət xidmətinin həcmi 30 manat təşkil edirdisə, Naxçıvan MSSR-də
22 manat, Xankəndi şəhərində isə 41 manat idi [51, s.35].
DQMV Azərbaycanm tikinti materialları ilə zəngin regionlarmdan biridir.
Buıada ağac emalı müəssisələri, daş karxanaları, dəmir-beton zavodlan,
əhəng, kərpic, kirəmid müəssisələri, mərmər sexi və başqa tikinti materialları
müəssisələri yaradılmışdı. Azərbaycan hökumətinin bölgəni lazımi avadanlıq
və materiallarla təmin etməsi burada tikinti-abadlıq işlərinin sürətlənməsinə
səbəb olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində Xankəndində əhali-
nin mənzilə olan tələbatı, demək olar ki, tam ödənilmiş və adambaşma düşən
wənzil sahəsinə görə şəhər ümumrespublxka səviyyəsmi üstələmişdir. 1986-
1987-ci illərdə Xankəndi şəhərində raənzil tikintisi yüksələn xətlə xarakterizə
olunmuşdur. 1987-ciilməlumatınagörə, Azərbaycandahərbirsakinə 10,9kv.metr
mənzil sahəsi düşdüyü halda, respublikamızm Naxçıvan bolgəsində bu
göstərici 9,5 kv. metrə, Xankəndi şəhərində isə 14.6 kv. metrə çatırdı [19].
Əwəlkı xllərdə olduğu kimi, 1986—1987-ci illərdə də Xankəndi şəhərinin
abadlaşdınlmasx işi müvəffəqiyyətlə davam etdirilmişdir. Azərbaycan höku-
mətinin həyata keçirdiyi tədbirlər nəticəsində şəhərdə mənzillərin su, qaz, ka-
nalizasiya xətləri ilə təminatı işi tam həyata keçirilmiş və hətta bu sahələrdə
olan göstəricilər ümumrespublika səviyyəsini üstələmişdir. Tədqiqatlardan
məlum olur ki, əgər respublikamxzın şəhər yerlərində şəxsi mülkiyyətdə olan
mənzil fondlanmn su kəməri ilə təchizatı 30,5 faiz təşkil edirdisə, Naxçıvan re-
gionunda bu göstərici 7,4 faiz, Xankəndində isə 45,5 faiz idi [47, s.90]. Şəhərin
mənzil fondu ilbəil abadlaşdınlırdı. Burada qazlaşdxrma işi çox sürətlə davam
etdirilirdi. 1970—1987-ci illər ərzində Xankəndi şəhərində qazlaşdmlmış mən-
zillərin sayı 4,3 dəfə artmışdır. 1987-ci ildə şəhərdəki şəxsi mülkiyyətdə olan
mənzillərin qazla təminatı 100 faiz yerinə yetirilmişdir. Halbuki bu göstərici
ümumrespublika səviyyəsində 96,2 faizə çatxrdı. Faktlardan göründüyü kimi,
Xankəndi şəhərinin mənzil tikintisi, abadlıq-quraşdırma sahəsindəki göstə-
ricilərə görə Azərbaycamn regionlan arasmda birinci yerdə dayanmışdır.
Azərbaycan hökuməti əwəlki dövrlərdə olduğu kimi, 1986—1988-ci illərdə
də Xankəndi əhalisinin sağlamlığma dərin qayğı göstərmişdir. Azərbaycan
hökuməti şəhərdə tibbi xidmət işini ilbəil yaxşılaşdırmış, əhalinin sağlam-
lığınxn mühavızəsinə sərf edilən vəsaiti çoxaltmış, müalicə-profilaktika müəs-
sisələrinin şəbəkəsini genişləndirmiş, həkimlərin və orta tibb işçilərinin sa-
yını artxrmış, xəstəxanalan hər cür avadanlıqlar və müasirtipli cihazlarla təchiz
etmişdir. 1988-ci ildə ümumrespublika üzrə Dağlıq Qarabağda 1865 çarpayı-
sı olan 32 xəstəxana, 60 ambulator-poliklinika müəssisələri, 182-i qadm məs-
ləhətxanası fəaliyyət göstərirdi [36, s.176]. Tədqiq edilən dövrdə əhalinin 10 min
nəfərinə düşən xəstəxana çarpayılarmm sayı Azərbaycanda 97,7, Ermənis-
tanda 86,2, Xankəndində İ01,7-yə çatxrdı [9, i.772, v.8]. 1986—1988-ci illərdə
Xankəndi şəhərində həkimlərin və orta tibb işçilərinin saymda da artım mü-
şahidə edilmişdir. Xankəndi şəhərində əhalinin tibb işçiləri və həkimlərlə
təminatı istər ittifaq miqyasmda, istərsə də ümumrespublika səviyyəsində
birinci yerdə dayanmışdır. Belə ki, aparılan araşdırmalardan məlum olmuşdur
ki, əhalinin 10 min nəfərinin orta tibb heyəti ilə təminatı SSRİ-də 114,7,
Azərbaycanda 93,5, Ermənistanda 93,5 nəfər olmuşdursa, Xankəndi şəhərin-
də 122,7 nəfərə çatmışdır [31, s.106]. Bundan əlavə, əhalinin 10 min nəfər
hesabı ilə bütün ixtisaslardan olan həkimlərlə təminatı Naxçıvan MSSR-də
25,9 nəfər, Xankəndində 29,1 nəfər idi [36, s.205].
Dağlıq Qarabağda yaşayan əhalinin sağlamlığına qayğı, onlann maddi rifah
halmın yaxşılaşması, ölüm hallannm azalmasma, əhalinin sayının artmasxna
səbəb olmuşdur. 1989-cu il əhalinin siyahıyaalınma yekunlanna görə DQMV-də
187,8 min nəfər əhali yaşayırdı ki, bunun 145,4 min nəfərini (77 faizini) ermə-
nilər, 40,3 minini (21,5 faizi) azərbaycanlılar, qalanım isə qeyri-millətlər təşkil
etmişdir [41, s.35]. Həmin ildə Dağlıq Qarabağda əhalinin 52 faizi şəhərdə 48
faizi kənddə yaşayırdı [69, s.275]. 1979-1989-cu illərdə Dağlıq Qarabağda
əhalinin sayı 37 min nəfer artmışdı. 1979-cu illə müqayisədə 1989-cu ildə
azərbaycanlılann xüsusi çəkisi 1,5 faiz azalmış, ermənilərin sayı 1,1 faiz
artmışdır. Bəs necə olmuşdur ki, 1970-1979-cu ilərdə DQMV-də azərbaycan-
lılar 4,9 faiz artmış, ermənilər isə 4,7 faiz azaldığı halda, 1980-ci illərin əwəl-
lərindən əksinə olmuşdur? Bölgədə azərbaycanlılann xüsusi çəkisinin azalması
səbəbləri araşdınlarkən məlum olur ki, 1980-1989-cu illərdə DQMV-yə gələn
azərbaycanlılar (xüsusilə çoban və maldar ailələr) pasport qeydiyyatma alınma-
mış, alınanlar isə statistik uçotda göstərilməmişlər. Eyni zamanda Vilayət Sta-
tistika İdarəsi məqsədli şəkildə yuxan təşkilatlata erraənilərin sayma dair şişir-
dilmiş məlumatlar verirdilər. Dağlıq Qarabağdan köçüb gedən və ölən ermənilər
qeydiyyatdan çıxanlmırdılar. Ermənistanda yaşayan ermənilər həm Ermənis-
tan vətəndaşı, həm də DQMV-nin vətəndaşı kimi pasport qeydiyyatma götürü-
lürdülər. Bütün bunlarla yanaşı, «Kurort şəhərini böyütməmək» adı altında
Şuşada yeni yaşayış zonasınm yaradılması Vilayət XDS-in qəran ilə qadağan
edilmişdi. DQMV ali hakimiyyət orqanlan yuxanda göstərdiyimiz hallann aşkar
olunacağmdan ehtiyat edərək 1989-cu il siyahıyaalmması zamanı Moskvanın si-
yahıyaalınma üzrə nümayəndəsini Vilayət ərazisinə buraxmamışlar [69, s.387].
Bütün yuxandakı faktlarla yanaşı, Dağlıq Qarabağm millətçi rəhbərliyi
məqsədli şəkildə azərbaycanlılar yaşayan kəndjərə ögey münasibət göstərir,
sənaye obyektləri fıliallan və mədəni məişət obyektləri tikilərkən çrməni ya-
şayış məskənləri əsas obyektə çevrilirdi. Azərbaycanlılar yaşayan kəndlərdəki
bu və ya digər süni maneələr yaşayışı çətinləşdirir və onlann öz dədə-baba
yurdlannı tərk etməsinə gətirib çıxanrdı. Bütün bunlara baxmayaraq, 1970-ci
illə müqayisədə 1989-c u ildə DQMV əhalisi içərisində azərbaycanlılann sayı
müəyyən dərəcədə artmışdır. Bu azərbaycanlılann öz torpaqlarına bağlıhğı
və onlann içərisində təbii artımm üstün olması ilə bağlı idi. Eyni zamanda yu-
xandakı qərəzsiz elmi araşdırmalar, erməni millətçilərinin «Azərbaycanda
ermənilərin sıxışdınlması» tezisinin tamamilə ağ yalan olduğunu və «sıxışdı-
nlma» tezisinin Vilayətdə yaşayan azərbaycanlılara aid edildiyini sübuta yetirir.
1979-cu il məlumatına görə, Xankəndi şəhərində 38948 nəfər əhali ya-
şayırdı ki, bunun 4303 nəfərini azərbaycanlılar, 33898 nəfərini ermənilər,
787 nəfərini ruslar və digər millətlər təşkil edirdi. Son 10 il ərziridə şəhərdə
əhalinin sayı təxminən 2 dəfə artmışdır. Belə ki, 1988-ci ildə Xankəndi şə-
hərində 60 mindən çox əhali yaşayırdı ki bunun yalnız 17 min nəfərini
milliyyətcə azərbaycanlılar təşkil edirdi. Bu rəqəmlər Xankəndinin sosial
ınkişafından geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya at-
dıqlan saxta «sosial-iqtisadi gerilik» iddiasmı tamamilə rədd edir.
Çünki hər 10-15 il ərzində əhalinin sayınm 2 dəfə artması istənilən əya-
lət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzil-
lər tikilir və müvafıq sosial və kommunal infrastruktur yaradılırdı, eyni
zamanda onlar üçün iş yeri olacaq müasirtipli müəssisələr tikirdilər. Bu hal
isə təkcə Xankəndi şəhəri üçün deyil, bütün DQMV üçün xarakterik idi. Xa-
tırladaq ki, Xankəndində analoqu olmayan, böyük miqyaslı infrastrukturun
yaradılması dövlətimizin maliyyə-texniki resursları hesabına yaradılmışdır,
Xatırladaq ki, Azərbaycan Dövlət Statistika Komitəsinin 1 yanvar 2008-ci il
məlumatına görə, Xankəndi şəhərində 53,1 nəfər əhali yaşayır. Təəssüflər
olsun ki, azərbaycanlılann qədim yaşayış məskənində bir nəfər də olsun
azərbaycanlı qalmamışdır.
Beləliklə, 1986—1987-ci illərdə Azərbaycan hökumətinin Xankəndi şəhə-
rində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində, özülü 1970—1985-ci
illərdə qurulan iqtisadi-sosial və mədəni həyat sahələri öz əwəlki tempini
qoruyub saxladı. Şəhərdə yaşayan əhalinin maddi rifahı yüksəlmiş və onlarm
əmək və məişət şəraiti yaxşılaşmışdı. Lakin 1988-ci ilin qışmdan başlayaraq
Ermənistamn Azərbaycana qarşı növbəti ərazi iddialan qızışdırıldı. Erməni
millətçilərinin təhriki ilə Xankəndi şəhərində ermənilərin mitinq, nümayiş
və küçə yürüşləri başlandı. Bütün bunlar isə iqtisadi və mədəni həyatda böh-
ran yaranmasına gətirib çıxardı. Uzun illər ərzində Azərbaycanın böyük vəsaiti
hesabma yaradılmış sənaye obyektləri, mədəni-məişət müəssisələri erməni
vandallan tərəfindən dağıdıldı, qarət olundu, özününküləşdirildi. Sov.İKP MK
və SSRİ Nazirlər Soveti, guya, DQMV-də iqtisadi və sosial vəziyyəti nizama
salmaq üçün «1988-1995-ci illərdə Azərbaycan SSR DQMV-nin sosial-iqti-
sadi inkişafmı sürətləndirmək tədbirləri haqqmda» 24 mart 1988-ci il tarixli
qərar qəbul etdi [41, s.40]. Əslində, bu qərar ermənilərin separatçılıq əməllə-
rini pərdələməyə yönəldilmişdi və həmin qərar mərkəzin, Dağlıq Qarabağı
Azərbaycandan ayırmaq istiqamətində atdığı ilk əməli addım oldu. Bir tərəf-
dən mərkəz özünü elə göstərməyə çalışırdı ki, guya, regionlarda baş verən
hadisələr onları daha çox narahat edir və onun aradan qaldırılması üçün əlin-
dən gələni əsirgəmir. İkinci bir tərəfdən isə mərkəzdə əyləşən erməni mil-
lətçiləri bu qərarı qəbul etdirməklə bütün dünyaya sübut etmək istəyirdilər
ki, Qarabağ ermənilərinin vəziyyəti o qədər ağırdır ki, sovet hökuməti belə
bir xüsusi qərar qəbul edir. Lakin yuxandakı göstərdiyimiz faktlar, statistik rə-
qəmlər Xankəndi şəhərində, bütövlükdə Dağlıq Qarabağda yaşayan erməni-
lərin sosial-iqtisadi vəziyyəti Azərbaycanm digər regionları ilə müqayisə
olunmuş və faktlarla göstərilmişdir. Erməni millətçilərinin ortaya atdıqları
«sosial-iqtisadi gerilik» konsepsiyası bəhanədən başqa bir şey deyildi.
Bu gün fəxr yerimiz Xankəndi şəhəri Ermənistan Respublikası silahlı
qüwələrinin işğalı altındadır. Erməni millətçilərinin əwəlcədən ciddi hazır-
ladığı və Moskva tərəfinin hərtərəfli dəstəyi nəticəsində şəhər Ermənistanın
nəzarəti altma keçdi. Axınncı azərbaycanlılar 1991-ci ilin dekabrmda şəhəri
tərk etməli oldular. Bu gün xankəndilər respublikamızın bütün bölgələrində
qaçqın həyatım yaşayırlar. Bununla belə Azərbaycanm ərazi bütövlüyü uğrun-
da xalqımızın əzmi qırılmazdır. Xankəndi şəhərinin və bütün işğal edilmiş
ərazilərimizin işğaldan azad olacağı gün isə heç də uzaqda deyil. Bunu biz-
dən, xalqımızın dəyərli tarixi və onun görkəmli oğullarmın ruhu tələb edir.
VII FƏSİL
AZƏRBAYCANIN XANKƏNDİ ŞƏHƏRİNDƏ
MƏDƏNİYYƏTİN İNKİŞAFI1
(XX YÜZİLLİYİN 20-80-ci İLLƏRİ)
Ümummilli liderimiz H.Ə.Əliyev 1979-cu il yanvarm 12-də Ağdam-Xan-
kəndi dəmiryolunun açılışmdakı nitqində göstərmişdir ki, «Xankəndi Azər-
baycanm dinamik inkişaf edən şəhərlərindən biridir... Qısa bir müddətdə
şəhərin görkəmi tamamilə dəyişmişdi. Burada müasir memarlıq üslubunda
inşa edilmiş çoxsaylı binalar, mədəniyyət abidələri ucaldılmışdır... Xankəndi
şəhərinin iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti də böyük
inkişaf yolu keçmiş, dünyəvi teatr, müasir məktəb və dcmokratik mətbuät
yaranmış, savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş,
təhsil müəssisələrinin inkişaf etmiş şəbəkəsi yaradılmışdır... Tam əminliklə
deyə bilərəm ki, Ağdam-Xankəndi dəmiryolunun istifadəyə verilməsi, böl-
gədə məhsuldar qüvvələrin daha da inkişaf etdirilməsinə, burada yaşayan
sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasma xidmət edəcəkdir» [57].
XX yüzilliyin 20-80-ci illəri Azərbaycanm Xankəndi şəhərinin mədəniy-
yətinin inkişafında mühüm dövr olmuşdur. Dövlətimizin dərin qayğısı nəti-
cəsində şəhərdə təhsil, elm, mətbuat, ədəbiyyat və incəsənət tərəqqi etmiş,
kadr potensialı artmış, ali və orta ixtisas təhsili şəbəkəsi genişlənmiş, uşaq
müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmişdir.
Tarixi faktlara, materiallara əsaslanaraq müqayisələr, təhlillər aparmaqİa
bəhs olunan dövrdə Xankəndi şəhərində mədəniyyətin inkişafmı təhlil
etmək günün vacib məsələlərindəndir. Bu gün, «mədəni inqilab» adı altmda,
şəhərdə xalqımızın milli-mənəvi dəyərlərinə vurulan zərbəni təhlil etmək,
elmin inkişaf etdirilməsində mərkəzin məqsədlərini faktlarla açmaq, burada
yaşayan azərbaycanlılarm sıxışdırılması məqsədlərinə aydınlxq gətirmək,
şəhərin mədəni inkişaf amillərini obyektiv tədqiq etmək vacibdir, mü-
hümdür, əhəmiyyətlidir. Bütün bu və ya digər məsələlərə aydınlıq gətirmək
üçün bəhs olunan dövrdə Xankəndi şəhərində təhsilin, elmin, mədəni-maarif
və mətbuatm necə inkişaf etdiyini izləmək yerinə düşərdi:
Şimali Azərbaycanda sovet rejimi yarandıqdan sonra mərkəz, Sovet Azər-
baycanında öz mövqeyini möhkəmləndirmək, təbii və tükənməz, yeraltı və
yerüstü təbii sərvətlərimizdən, böyük iqtisadi və mənəvi potensialımızdan
daha səmərəli istifadə etmək üçün bilikli, savadlı, özünəsadiq kadrlara ehtiyac
duyurdu. Buna görə də Sovet hakimiyyəti 1920-1930-cu illərdə Azərbay-
canda təhsilin inkişafma xüsusi qayğı göstərməyə başladı.
1915-ci il məlumatına görə, Dağlxq Qarabağ ərazisində 3 min şagirdi,
79 müəllimi olan 49 ibtidai, 1 orta məktəb qeydə almmışdı. Məlum hadisə-
lərlə bağlı bu məktəblər də öz fəaliyyətini dayandırmışdı. Azərbaycan höku-
mətinin Dağlıq Qarabağda təhsilin inkişafı üçün atdığı ilk addım 1920-ci ilin
mayından qəza və dairə maarif şöbələri, fövqəladə komissiyalar yaratması
olmuşdur. Həmçinin 1920-ci il mayın 12-də «Köhnə orta məktəb tiplərini
politexnik məktəblə əvəz etmək haqqında» dekret verildi. Din dövlətdən,
məktəb məsciddən və kilsədən ayrıldı. Bütün məktəb binaları, mədəni-maa-
rif müəssisələri milliləşdirildi. Lakin bütün bu çətinlikləri aradan qaldırmaq
və bölgədə təhsili inkişaf etdinnək məqsədilə 1920-ci ilin oktyabnnda
N.Nərimanov bir qrup partiya və dövlət xadimləri ilə birgə Şuşaya gəldi.
N.Nərimanov Dağlıq Qarabağda Xalq Maarifinin təşkil olunması sahəsində
qarşıdä duran vəzifələrin həyata keçirilməsi yollannı göstərmişdir. Dağlıq
Qarabağda maarif işini qurmaq üçün Bakı Şəhər Baş Siyasi Maarif İdarəsi
S.S.Axundovu həmin bölgəyə ezam etdi, eyni zamanda Azərbaycan Xalq
Maarif Komissarlığı xətti ilə Dağlıq Qarabağa 96 nəfər nümayəndə, kitab,
dəftər, dərs vəsaitləri, paltar, ayaqqabı göndərildi. Bu nümayəndələrin kö-
məyi ilə təşviqatçı qruplar yaradıldı və savadsızlığı ləğv etmək üçün yeni
məktəblərin yaradılması işinə başlandı. 1921—1922-ci illərdə təşviqatçı qrup-
lar tərəfindən Dağlıq Qarabağda 22 yığıncaq keçirilmişdir ki, buraya 715 din-
ləyici cəlb edilmişdir [5, v.7-8].
Bəhs edilən dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təhsilin in-
kişafına maneə olan bir sıra çətinliklər üzə çıxdı. İlk növbədə, Ermənistamn
Azərbaycana qarşı əsassiz ərazi iddiaları davam edir, günahsız insanlann qanı
axıdılırdı. Müxtəlif peşə sahibli kadrlara böyük ehtiyac var idi. Məktəb bina-
lan çatışmırdı, vəsait isə yox dərəcəsində idi.
Maraqlı cəhət ondan ibarətdir ki, Dağlıq Qarabağda sakinlər özləri yeni
məktəb yaratmaq və savadsızlığı ləğv etməyi qarşılarına məqsəd qoymuşdu-
lar. Bu məqsədlə ərizələrlə Bakıya müraciətlər daxil olurdu. 1921-ci ildə
mərkəzə daxil olan həmin ərizələrin birindən oxuyuruq: «Kəndlilər məktəb-
lərin və başqa mədəni müəssisələrin açılmasmı səbirsizliklə gözləyirlər. Hər
bir kənd məktəblər üçün bina düzəltməyə, partalar hazırlamağa, müəllimləri
taxıl və başqa ərzaq məhsulları ilə təmin etməyə hazır olduqlarım bildırirlər
[9, s.l, i.157, v.46].
Dağlıq Qarabağda məktəblərin ixtisaslı kadrlara olan ehtiyacını ödəmək
üçün 1921—1922-ci illərdə Şuşada pedaqoji məktəb, Hadrudda pedaqoji
texnikum, Şuşada pedaqoji fəhlə fakültəsi açıldı. 1923-cü ildə Xankəndində
sovet-partiya işçiləri hazırlayan xüsusi məktəb fəaliyyətə başladı. Məktəblə-
rin şəbəkəsi xeyli genişləndi. Artıq 1922/23-cü tədris ilində Dağlıq Qara-
bağda 6404 şagirdi, 222 müəllimi özündə birləşdirəııjl04 məktəb fəaliyyət
göstərirdi. 1923-cü il iyulun 21-də Dağlıq Qarabağda Karagözovun sədrliyi
altmda məktəb quruculuğunu genişləndirmək, savadsızlıqla mübarizə üçün
Xüsusi Komitə yaradıldı. 1923—1925-ci illərdə Xankəndində savadsızlığı
ləğv etmək üçün kurslar təşkil edildi. Azərbaycan hökuməti Xankəndi şəhə-
rində təhsilin inkişafı üçün 1923-cü ildə 40.000 manat vəsait ayırdı. Bu
rəqəm qonşu Ağdam rayonuna ayrılan vəsaitdən təxminən 2 dəfə artıq idi.
Aynlan vəsait hesabma Xankəndi şəhərində yeni məktəb açıldı. Bundan
əlavə, 1923-cü ildə Xankəndində savad kursu təşkil olunmuşdur ki, onun
38 nəfər üzvü var idi [6, s.3, i.ll, v.25].
1924-cü ilin aprelində Xankəndində maarif işçilərinin konfransı keçirildi.
Konfransda qəbul edilmiş qərarla Xankəndində «Savadsızlığı ləğv etmək
mərkəzi» yaradıldı. Onu da qeyd edək ki, Xankəndi şəhərində tədris Azər-
baycan, erməni və rus dillərində aparılırdı. Lakin azərbaycandilli məktəb-
lərin şəbəkəsi çox məhdud idi.
1925-ci il mayın 25-də Bakıda Ümumazərbaycan Müəllimlərinin
qurultayı oldu. Qurultayda xalq maarifmin inkişaf etdirilməsi sahəsində
həyata keçirilmiş tədbirlərə bir növ yekun vuruldu. Qurultayda Xankəndində
məktəblərin şəbəkəsinin genişləndirilməsi, onun tədris bazasının yaradılması
və getdikcə möhkəmləndirilməsi, ixtisaslı müəllim kadrları ilə təchiz
olunması barədə qərar qəbul olundu [54, s. 77].
Azərbaycan hökuməti Xankəndi maarifinə 1925-ci ildə 64185 manat,
1926-cı ildə 86479 manat, 1927-ci ildə 28678 manat vəsait ayırdı. Bu vəsait
Naxçıvan şəhərinə ayrılan vəsaitdən 2,5 dəfə çox demək idi. 1921—1926-cı
illər ərzində şəhərdə sahibkarlardan, varlılardan müsadirə edilmiş binalar
məktəblərin istifadəsinə verildi. Keçmiş ziyalı kadrlar məktəb quruculuğu
işlərinə cəlb edildilər.
Azərbaycan hökumətinin Xankəndi şəhərində ümumtəhsil məktəblərinin
inkişafına göstərdiyi xüsusi diqqət nəticəsində burada məktəblərin şəbəkəsi
genişləndi və təhsil alan şagirdlərin sayı artdı. Belə ki, 1923-cü ildən 1928-ci
ilə qədər Xankəndi şəhərində şagirdlərin sayı 2,5 dəfə, müəllimlərin sayı
60 faiz artmışdı.
Xankəndi şəhərində mədəni-maarif, quruculuq işləri çox çətin bir şəraitdə
davam etməkdə idi. Ziyalıların, xüsusilə müəllimlərin müəyyən bir hissəsi
öz milli baxışlarından, adət-ənənələrindən uzaqlaşa bilmirdilər. Bir çox
müəllimlər yeni cəmiyyətin sinfi mahiyyətini, onun gələcəyini kifayət dərə-
cədə başa düşmürdülər. Bütün bunlarla yanaşı, beynəlmiləlçilik şüan altmda
Azərbaycan məktəblərinə, digər tədris ocaqlarma laqeyd münasibətlər müəl-
limlərin fəaliyyətinə ciddi təsir edirdi. Azərbaycanda baş verən inzibati
amirlik sistemi, milli zəmindən uzaqlaşa bilməyən, elmin siyasətə çevril-
məsinə uyuşmayan müəllimlərə qarşı apanlan axtanşlar, təqiblər, həbslər,
sürgünlər respublikanm hər yerində olduğu kimi, Xankəndi şəhərində də
məktəb quruculuğu işlərinə mane olurdu. Bütün bunlarla yanaşı, Xankəndi
şəhərində erməni, rus millətçiliyi, yerli idarə orqanlannda çalışan erməni
mütəxəssislərinin şovinist siyasətləri, sovet rejiminə «sədaqətlə qulluq edən
adamlarm» böhtançı tədbirləri məktəb quruculuğu işlərinə, mədəni-maarif
müəssisələrinin fəaliyyətinə ciddi maneə olurdu. DQMV-nin partiya, sovet
orqanlannda, mədəni-maarif müəssisələrində çalışan erməni, rus mütəxəs-
sisləri proletar beynəlmiləlçilik şüan altında azərbaycanlı mütəxəssislərə
qarşı gizli mübarizə aparırdılar. Bu «nəzəriyyə» ayn-ayn sovet orqanlannda
çalışan bir qrup adamlarda, o cümlədən Dağlıq Qarabağda təhsil işlərinə
bilavasitə rəhbərlik edən Ter Karapetov, Zaropyan, Baqdatiyan, Babayan,
Arustamova, Baqdasarova və başqalanmn «Azərbaycan dilində təhsilin
gələcəyinin olmayacağı» iddiası ilə gördükləri tədbirlər Xankəndində tədris
işlərinə böyük zərbə vururdu [7,s.l, i. 175, v.80].
Apanlan araşdırmalar nəticəsində məlum olur ki, DQMV ərazisində ayrı-
lan vəsaitin böyük hissəsi erməni icmasınm daha çox cəmləşdiyi kəndlərə
istiqamətlənirdi. Bu məqsədlə müxtəlif vaxtlarda Xankəndinə ayrılan vəsai-
tin Şuşa şəhərinə ayrılan vəsaitdən 2-3 dəfə artıq olması təsdiq edilmişdir.
Araşdırmalardan məlum olur ki, 1928-ci ilin sonlannda Xankəndi şəhərində
yaşayan azərbaycanlılann 14 faizi təhsilə cəlb edilmişdir. Xankəndi şəhərin-
də azərbaycanlılara qarşı bu cür ögey münasibət sonrakı dövrlərdə də davam
etmişdir.
Birinci və ikinci beşilliklər dövründə DQMV-də məktəb tikintisinə xü-
susi diqqət yetirilmişdi. 1927/28-ci tədris ilindən 1940/41-ci tədris ilinədək
DQMV-də 56 nümunəvi məktəb binası tikilib istifadəyə verilmişdi. 1940/41-ci
tədris ilində Azərbaycanda 654902 şagirdi, 22016 müəllimi birləşdirən 3575 mək-
təb fəaliyyət göstərirdi ki, bundan 196 məktəb 40766 şagird, 1696 müəllim
DQMV-nin, 196 məktəb, 30453 şagird, 1039 müəllim Naxçıvan MSSR-in
payına düşürdü [12]. Maraqlı cəhət ondan ibarətdir ki, aparılan tədqiqatlar
nəticəsində məlum olur ki, Xankəndi şəhəri əhalinin sayı ilə müqayisədə
məktəblərin və müəllimlərin sayına görə Azərbaycanda birinci yerdə da-
yanmışdı. Məsələn, ümumrespublika səviyyəsində hər məktəbə 6,1 müəllim
düşürdüsə, bu göstərici Naxçıvan MSSR-də 5,3-ə, Xankəndi şəhərində isə
8,6-ya bərabər idi. Eyni zamanda respublikamızda hər müəllimə 29 şagird
düşürdüsə, Azərbaycanın Xankəndi şəhərində hər müəllimə 24 şagird düşür-
dü. Axınncı göstərici Naxçıvan MSSR-də ümumrcspublika səviyyəsi ilə eyni
idi (29 şagird). Bütün bunlar Azərbaycan hökumətinin Xankəndi şəhərinə
göstərdiyi dərin qayğımn nəticəsi idi və sözsüz ki, bütün bunlar əhalinin
savadlanmasma öz müsbət təsirini göstərirdi.
1935-ci ildə məktəblərin strukturu dəyişdirildi. İbtidai, natamam orta və
orta məktəblər açıldı. Aparılan hesablamalara görə, 1926-cı ildə Xankəndin-
də əhalinin 25 faizi, 1933-cü ildə 51 faizi oxuyub yazmağı bacanrdı. 1939-cu
ildə isə 10 yaşdan yuxan olan hər lOOOnəfərdən 113-nün tam və natamam orta
təhsili vardı. 1939-cu ildə apanlan siyahıyaalmmaya görə, Xankəndində 9 ya-
şından 49 yaşınadək olan adamlar arasında savadlılann sayı 84 faizə çatmış-
dır. 1940-cı ildən başlayaraq məktəblərdə xarici dil tədris edilməyə başlandı.
1920-ci ilin aprel çevrilişindən sonra Azərbaycan hökuməti Dağlıq Qara-
bağda xalq maarifi işini daha da yaxşılaşdırmäq, kütlələrlə aparılan ideya-si-
yasi tərbiyə işinin səviyyəsini yüksəltmək, mədəni-maarif ocaqlarımn təşkili
və onlarm şəbəkəsinin genişləndirilməsi kimi çox mühüm vəzifələri müəy-
yənləşdirdi. Bu işlərin həyata keçirilməsi üçün xalqın şüurunun yüksəldil-
məsi lazım idi. Bu işdə mədəni-maarif ocaqlan - kitabxanalar, klublar, qiraət
komaları, siyasi savad kurslan savadsızlığı və azsavadlılığı ləğv etmək üçün
məktəblər qarşısında vəzifələr qoydu. Həmin vəzifələr Azərbaycan KP-nin
24 may 1920-ci il tarixli «Azərbaycan KP rayon komitəsinin mədəni-maarif
işi üzrə təlimatı»nda öz əksini tapmışdı.
1920-ci illərdə Dağlıq Qarabağda kitabxana və qiraətxanalann açılması
üçün xüsusi diqqət yetirilmişdir. Əgər 1920-ci ildə Dağlıq Qarabağda 2 kitab-
xana var idisə, artıq 1924-cü ildə burada 4 kitabxana və 5 qiraət koması, 1 qır-
mızı guşə təşkil edilmişdir [29, s.65]. Çətin şəraitə baxmayaraq, Azərbaycan
hökuməti DQMV-də kitabxana və qiraətxanalann açılmasma xüsusi diqqət
vermiş, artıq 1926-cı ildə ərazidə 13 kitabxana və qiraət koması fəaliyyət
göstərirdi. Onların fondunda 9848 ədəbiyyat var idi ki, bunlardan 1595 nüsxə
Azərbaycan dilində, 2053 nüsxə ermənicə, 6200 nüsxə isə rus dilində olmuş-
dur [29]. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kitabxanalann
rəhbərlərinin hamısı milliyyətcə erməni olduqlanndan, onlar Respublika
nəşriyyatlarından və Baş Siyasi Maarif İdarəsindən erməni dilində ədəbiyyat
istəyir, Azərbaycan dilində ədəbiyyata isə etinasız yanaşırdılar.
Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində, artıq 1941-ci ilin
əwəllərində vilayətdə 66 müstəqil kitabxana fəaliyyət göstərirdi ki, bu
kitabxanalarm fondunun ümumi həcmi 54000 nüsxəyə çatmışdır [63, s.106].
Bu zəngin mədəni irsdən isə əhalinin savadlı hissəsinin əksəriyyəti səmərəli
istifadə edirdi. Mədəni-maarif müəssisələrinin geniş və etibarlı şəkildə
yaradılaraq inkişaf etdirilməsi DQMV-də yaşayanlar üçün böyük əhəmiyyətə
malik oldu. Bu, Vilayətdə savadsızlığm ləğvi üçün xeyli iş gördü.
Keçən əsrin 30-cu illərində Xankəndi. şəhərində yaradılmış mədəni-maa-
rif müəssisələrindən biri də klublar olmuşdur. 1933-cü ildə Talış, Ksabet,
Levanarx, Umudlu kəndlərində klublar fəaliyyət göstərməyə başladı.
1933-cü ilin sonlannda isə Xankəndi rayonunda erməni icması üçün fəaliyyət
göstərən 2 yeni klub istifadəyə verildi [9, s.l, i.16, v.18]. 1940-cı ildə DQMV-də
klublarm sayı artaraq 151-ə çatdı. Bu zaman Naxçıvan MSSR-də 105 klub
fəaliyyət göstərirdi. Bəhs okınan dövrdə yaradılmış mədəni-maarif müəs-
sisələri ermənilər tərəfindən əhalinin milli və sosial tərkibi nəzərə alınmaqla
təşkil edilirdi.
1920-1930-cu illərdə DQMV-də hüquqsuz və avamlıq simvolu hesab
olunan çadraya qarşı mübarizə kəskin xarakter aldı. Xüsusilə Dağlıq Qara-
bağm azərbaycanlılardan ibarət olan yaşayış məskənlərində çadraya qarşı
mübarizə böyük kompaniyaya çevrildi.
1929-cu ildə bütövlükdə Vilayətdə 5000 nəfərdən çox qadm öz çadrasmı
atdığım elan etmişdi. Çadraya qarşı mübarizə ilə yanaşı, qadınlarm ictimai iş-
lərə cəlb olunması üçün də tədbirlər görüldü. 1937-ci ildə Dağlıq Qarabağda
200 nəfərdən çox qadın kənd sovetlərinə, rayon, şəhər icraiyyə komitələrinə,
komsomol və həmkarlar təşkilatlarma işə cəlb olunmuşlar. Xankəndində
fəaliyyət göstərən uşaq bağçaları, körpələr evinin əksəriyyətinə gənc qadın-
lar başçılıq edirdilər. Xankəndində 1915-ci illə müqayisədə, 1937-ci ildə
oxuyan qızlarm sayı 3 dəfə artmışdı. 1940-cı ildə olan məlumata görə,
Xankəndində fəaliyyət göstərən ziyahların 14,7 faizini qadmlar təşkil edirdi.
Bunlarm bir hissəsi müəllim, tibb işçisi, partiya və sovet orqanlarmda çalışan
qadınlardan ibarət idi [28, 1961, N°5]. Sənayedə çalışan işçilərin 6,3 faizini,
toxuculuq müəssisələrində çalışan işçilərin üçdə iki hissəsini qadınlar
təşkil edirdi.
Bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq və möhkəmləndirmək
üçün, birinci növbədə, insanların şüurlarını kommunist ideologiyasına uyğun
olaraq, formalaşdırmağa çalışırdılar. Lakin yüz illər boyu insanlann qəlbinə
hopmuş dini dəyərlər bolşeviklərin məqsədlərini həyata keçirməsinə mane
olurdu. Ona görə də bolşeviklər «mədəni inqilab» pərdəsi altmda dinə
qarşı mübarizəyə başladılar. 1920-ci ilin mayında məktəblərdə dini etiqad-
larm təlimi və ayinlərin icrası qadağan edildi. Dövlətin elan etdiyi «vicdan
azadlığı» isə kağız üzərində qaldı. 1924-cü ildə din əleyhinə komissiya yara-
dıldı. 1924-cü ildə Xankəndi şəhərində «Allahsızlar cəmiyyətinin xüsusi şö-
bəsi» fəaliyyətə başladı. Cəmiyyətin üzvləri xüsusi təlim keçmiş adamlar idi.
Xankəndi şəhərində fəaliyyət göstərən muzeyiərdə «ateizm» bölmələri
yaradıldı. Bu bölmələr xüsusi ədəbiyyatla, əyani vasitələrlə təchiz olundu.
Dinə qarşı mübarizə mərkəzi, yerli partiya orqanlarınm, təhsil ocaqlarımn,
habelə gənclər təşkilatınm əsas vəzifələrindən birinə çevrildi.
1929-cu il aprelin 9-da Azərbaycan K(b)P MK-nm plenumu kənddə
«Allahsızlar cəmiyyəti»nin işini gücləndirmək, dinə qarşı mübarizə, çadramn
və papağm atılması ilə bağlı məsələləri müzakirə etdi [54, s.14]. Plenumun
qəbul etdiyi qərarda göstərilirdi ki, türk kəndlilərinin «Allahsızlar cəmiy-
yəti»ndə iştirak etməməsi ən böyük nöqsandır, təxirə salmmadan qabaqcıl
ictimaiyyətçilərdən, kolxozçu və komsomolçulardan ibarət cəmiyyətin kənd-
də özəyini yaratmaq lazımdır» [54, s.81].
Kənddə yaranan bu cəmiyyətlər sonralar «mübariz Allahsızlar ittifaqfma
çevrildi» [54,s.79]. Hər yerdə belə təbliğ olundu ki, guya, din sinfı düşmənin
son və həm də ən güclü dayağıdır.
1929-cu ilin yazmda elliklə kolektivləşdirmə ərəfəsində dinə, milli adət-
ənənələrə, m illi mərasimlərə və hətta milli musiqıyə qarşı mübarizə geniş xa-
rakter aldı. Qadmlar arasmda çadramn atılmasınm planı müəyyən olunmuşdu.
Azərbaycan K(b)P MK-mn 1929-cu il aprelin 9-da keçirilən plenumu
kənddə «Allahsızlar cəmiyyəti»nin fəaliyyətinin genişləndirilməsinə səbəb
oldu. Həmin ilin may ayının 4-də Xankəndində keçirilən Vilayət Partiya
Komitəsinin iclasında qəbul olunan qərarlar şəhərdə dinə qarşı mübarizənin
geniş vüsət almasma səbəb oldu. Şəhərdə «xüsusi fəallar qrupu» təşkil edildi.
Xankəndi Maarif şöbəsi şəhərin bütün ümumtəhsil məktəblərində ateizm
təbliğatım gücləndirmək üçün xüsusi guşələr yaratdı. Eyni tədbir şəhərin
kütləvi kitabxanalarında, qiraət komalannda da yaradıldı. Məscidlər kluba,
kitabxanaya, anbarlara çevrildi. 1929-1931-ci illərə aıd olan məlumatlara
görə, Vilayətdə 24 məscid, dini mərasimlər keçirilən evlər klublara və ya
anbarlara çevrilmiş, bir çox dini abidələr, pirlər dağıdılmışdı. Vilayətdə məs-
cidlərin zor ilə bağlanması azərbaycanlı əhalinin güclü narazılığma səbəb
oldu. Ərazidə məscidlərin bağlanmasına, dindarlann təqib olunmasına qarşı
güclü etirazlar baş verdi [53, s.28].
Xankəndi şəhərində aparılan bolşevik təbliğatında dini ayinlər, milli bay-
ramlara qarşı aparılan mübarizə xüsusi yer tuturdu. Xüsusilə məhərrəmliyə,
oruclu günlərə, Novruz bayramına qarşı mübarizə geniş xarakter almışdı.
Novruz bayramı keçirmək xalqa qadağan olunmuşdur. Halbuki Azərbaycanda
Sovet hakimiyyətinin ilk illərində Azərbaycan SSR XKS-in sədri N.Nərima-
novun göstərişi ilə Əmək Komissarlığınm, Respublika Həmkarlar şurasmm
«Kommunist» qəzetinin 21 mart 1921-ci il tarixli sayında çap edilən qərarma
əsasən martın 21-də və 22-də bütün müsəlman fəhlə və qulluqçuları bayram
münasibətilə işdən azad edilmişdir. Lakin sonra Novruz bayramı da «əksin-
qilab» damğası ilə damğalandı. 1939-cu ildə respublikanm mərkəzi və yerli
qəzetləri yazırdılar ki, «Novruz bayramı əksinqilab mahiyyəti daşıyır və ona
qarşı geniş mübarizə apanlmalıdır» [18].
1920-1930-cu illərdə sovet hökuməti xalqı öz soy kökündən uzaqlaşdırmaq
siyasəti yeridirdi. Bu illərdə «Rədd olsun tar», «Rədd olsun kamança»,
«Rədd olsun saz» şüarlan altmda keçirilən «mədəni yürüş» və hücumlar mil-
li-mənəvi dəyərlərimizə qarşı çevrilmişdi.
Bütün bu təzyiqlərə, zorakı tədbirlərə baxmayaraq, əhalinin əksəriy-
yəti öz dini əqidəsindən, milli adət-ənələrindən dönmədi. Xalq çox çətin və
olduqca mürəkkəb şəraitdə öz milli, dini psixologiyasını qoruyub saxlaya
bildi.
Beləliklə, görülən tədbirlər nəticəsində Xankəndi şəhərində xalqımızın
uzun əsrlər ərzində yaratdığı milli-mənəvi dəyərlər - ilk növbədə, mənəvi
həyatda güclü təsirə malik İslam dini ardıcıl surətdə sıxışdınlmaqla, məscid
və başqa müqəddəs ocaqlanmız dağıdıldı. Qədim kitablarımız, musiqi alətlə-
rimiz, əlifbamız fanatizmin mənbəyi kimi damğalanaraq məhv edildi. Xal-
qımızm milli-mənəvi dəyərlərini öldürmək məqsədilə qədim adətlərimizin -
məhərrəmlik, orucluq, Qurban bayramı, Novruz bayramı və s. keçirilməsi qa-
dağan edildi. Bütün bu tədbirlər isə Sovet imperiyasınm Xankəndi şəhərində
dayaqlarınm daha da möhkəmləndirilməsinə ciddi təsir göstərdi. Eyni za-
manda bölgədə mədəni-maarif müəssisələrinin yaradılması əhalinin savad-
lanması, onlarm ümumtəhsil mədəni səviyyəsinin yüksəldilməsi üçün böyük
əhəmiyyətə malik oldu.
Rus imperiyası Azərbaycanm elmi potensialım artırmaqla respublikamn
sərvətlərindən daha çox bəhrələnmək və buna münasib ideoloji şərait yarat-
maq üçün səmərəli istifadə etməyə çalışırdı. Bu məqsədlə 1923-cü ildə
Azərbaycan Geologiya Komitəsi yarandı ki, həmin ilin noyabnnda Xankən-
dində «Azərbaycanm tədqiqi cəmiyyəti»nin şöbəsi təsis edildi. Mərkəzin
ciddi nəzarəti altında Azərbaycamn təbii sərvətlərinin, enerji ehtiyatlannm
öyrənilməsi və istifadə olunması üzrə elmi-tədqiqat işləri sürətlə geniş-
lənirdi. 1920-1940-cı illərdə Dağlıq Qarabağda təbii sərvət və ehtiyatlann
öyrənilməsi məqsədilə 8 istiqamətdə ekspedisiya təşkil edilmişdir. Bu
dövrdə Hadrudun Dziyur kəndində İslandiya şpadı, Böyük Tağlarda mis,
Arpakənddə pirit, Tsorda qalenit, Domıda qızıl, Banazurda molibden, Tna-
şendə barıt, Mehmanada qurğuşun, sink və mis yataqları aşkar edilmişdir.
1928-ci ildə aqronom alim Kuznitsovun başçılığı altmda Xankəndində
Elmi-tədqiqat mərkəzi yaradıldı. Mərkəz yeni ağac novlərinin yetişdirilməsi,
süni yolla meşəsalma, ağaclara qulluq qaydalan və ən əsası isə dəmyə üsulu
ilə bitkiçiliyin inkişafı sahəsində böyük müvəffəqiyyətlər əldə etdi. Həmin
ildə Ağdərənin Marquşavan kəndində Elmi-tədqiqat stansiyası yaradıldı ki,
həmin stansiyada yeni bir bitki - qvaula bitkisinin toxumu əldə edildi və
yayıldı [41, s.25]. Elmi-tədqiqat mərkəzinin səmərəli işi nəticəsində Dağlıq
Qarabağ ərazisində yeni bir bitki - skosener bitkisinin əhəmiyyəti aşkar edil-
di. Həmin bitkinin kökündən saqqız düzəldilirdi. Bu bitkidən kauçuk əldə
etmək planlaşdırılmjşdı. Alimlərimizin birgə səyi və əməyi nəticəsində
Dağlıq Qarabağda 1937-ci ildə evkalipd bitkisinin əkilməsi və yayılması
qaydalarmın tətbiqinə [19, s.14], 1938-ci ildə yeni üsulla, «Dadan üsulu» ilə
arıçıhğm təkmilləşdirilməsinə başlandı. Bu məqsədlə «Dadan üsulu» ilə
düzəldilmiş çərçivələri pətəklərdə arılara necə qulluq etməli» kitabı çap
olımdu və arıçılıq rayonlarında yayıldı. Həmin il Xankəndi şəiıərində Arı
Damazlıq Mərkəzi yarandı. Həmin mərkəz qonşu dağ rayonlannı bal arısı ilə
təmin edirdi [50].
1938-1939-cu illərdə Xankəndi şəhəri yaxınlığında apanlan arxeoloji qa-
zmtı işləri nəticəsində Eneolit və Tunc dövrlərinə aid abidə, e.ə. V-III min- ,
illiyə aid diametri 4,5 metr olan kurqanaltı dəfiı kameralan, daş güzgülər, mis
xəncərlər, daş həvəng, ox ucları, sümük alətlər, qızıl muncuq və asmalar,
müxtəlif keramika nümunələri, heyvan sümükləri və s. aşkar edilmişdir [62].
Sonrakı dövrlərdə də tədqiqat işləri davam etdirilmiş və Şuşada, Tuğda, Tağ-
lar kəndində aparılan arxeoloji tədqiqat işləri nəticəsində respublikamızda
qədim insanm meydana çıxması və formalaşması tarixini tədqiq etmək üçün
zəngin elmi məlumatlar və maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur.
Görkəmli Azərbaycan alimi Ə.Ələkbərov Xocalı abidələri kompleksini
Azərbaycanm başqa abidələrinin öyrənilməsi üçün açar adlandırmışdır.
XX əsrin əwəllərində Qarabağ musiqi məktəbi bütün Şərqdə məşhur idi.
Görkəmli musiqişünas V.Vİnaqradov yazırdı ki, «Şuşa musiqiçiləri Azər-
baycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm
də Şərqin başqa ölkələrində təmsil etmişlər. Şuşa Zaqafqaziyanm Konserva-
toriyası hesab olunurdu.
1920-1930-cu illərdə elmin inkişafı sahəsində bir sıra çətinliklər mövcud
idi. Belə ki, tədqiqatlar aparmaq üçün müasir avadanhq, hesablama texnikası,
cihazlar çatışmırdı. Alimlərimizə xarici ədəbiyyatdan, arxivlərdən istifadə
etmək, beynəlxalq aləmə çıxmaq qadağan edilmişdi. Həm də xalqımızm açıq
və ya gizli yolla mənəvi və cismani cəzalara məruz qaldığı Dağlıq Qarabağda
bütün bu işləri aparmaq olduqca çətin idi.
Bütün yuxarıda göstərilən çətinliklərə baxmayaraq, Xankəndində elm,
ədəbiyyat və incəsənət inkişaf edirdi. Ən əsası isə ərazinin bol təbii sərvət-
ləri imperiyanm diqqətini daha çox cəlb edirdi. 1939-cu ildə Xankəndində
apanlan tədqiqat işləri, əsasən, təsərrüfat sahələrini əhatə etmişdir. Belə ki,
«Dənli bitkilərin toxumluğu və onun DQMV-nin rayonlannda əkilməsi üsul-
ları», «Meyvə verən 3 növ tut ağacınm biokimyəvi xüsusiyyətləri», «Kiçik
Qafqaz sıra dağlanndakı yaylaqlar və onlardan səmərəli istifadə edilməsi
üsulları», «Spirt çəkildikdən sonra tut tör-töküntülərindən mal-qara üçün yem
hazırlanması üsullan», «Silos bitkiləri və onların saxlanması üsulları» və s.
alimlər tərəfindən araşdmlan əsas mövzular idi. 1910-cu ildə A.S.Ginisburq
dəstəsinin Kiçik Qafqazm faydalı qazıntılanm öyrənmək məqsədilə apar-
dıqları tədqiqat işləri 1912-ci ildə F.Osvald tərəfindən davam etdirilmiş,
1929-cu ildə S.G.Sarkisiyan, M.Əsgərov, A.Rakitin, A.Qavrilov, A.Solovkin
və V.Barqanov tərəfindən axıra çatdırılmışdır. Tədqiqatlar nəticəsində Dağ-
lıq Qarabağ ərazisində mis, qızıl və s. yataqlarmm olması aşkar edilmişdir.
1931-ci ildə bu işə Q.Taffelhonsun dəstəsi də qoşulmuşdur [21]. Dağlıq
Qarabağın potensial imkanlarını üzə çıxarıb, ondan istifadə etməyi qarşısma
məqsəd qoyan imperiya, ərazidə elmi-tədqiqat işlərinin aparılmasım sürət-
ləndirir və daha çox mənfəət götürürdü. S.Davidbəyovun ekspedisiyası ilə
Dağlıq Qarabağın hidro-energetika ehtiyatları öyrənilmiş, çayların axımı
nəzərə almaraq SES-lərin yaradılması imkanları aşkarlanmışdır [49].
Heyvandarlığm inkişaf etdirilməsi üçün təbii yem bazasını, birinci növ-
bədə, yay otlaqlarmm öyrənilməsi və yabanı çöl bitkilərindən təbabətdə isti-
fadə edilməsi məqsədilə 1931—1940-cı illərdə L.Kreçetovun, İ.Neklepaye-
vin, X.Pobedinanm tədqiqatlanmn əhəmiyyəti böyük olmuşdur. Tədqiqatlar
nəticəsində Dağlıq Qarabağda zəhərli, zərərli, əhəmiyyətli və dərman
bitkiləri aşkar edilmişdir.
1940-cı ildə Xankəndi şəhərində Yazıçılar İttifaqı təşkil edildi. 1924-cü
ildə Xankəndində həvəskar bəstəkar və səhnə ustaları fəaliyyətə başladı
[13, v.28]. 1932-ci ildə Bakıda fəaliyyət göstərən erməni teatrmm aktyoru
K.Alvazyan M.Qorki adına Xankəndi Dövlət Dram Teatrım təşkil etdi.
Həmin teatrın açılışı 1932-ci ilin sentyabrında V.Vaqarşyanın «Mühasirə»
pyesi ilə olmuşdur [36, s.40]. 1933-cü ildən isə Xankəndi Dövlət Dram Teat-
nna V.Papazixyan rəhbərlik etmişdir. Maraqlı fakt burasındadır ki, Xankən-
dində yaranmış olan bu teatrın truppasında bir nəfər də olsun azərbaycanlı
yox idi. Ikinci diqqəti cəlb edən maraqlı fakt ondan ibarətdir ki, teatrın reper-
tuannda daha çox erməni dramaturqlannın pyesləri oynanıldı. 1920-1940-cı
illərdə Xankəndi Dövlət Dram Teatnnın ən yaxşı tämaşaları isə Q.Sunduk-
yamn «Pepo», A.Paronyamn «Baqdasar dayı», Q.Boryamn «Bir dam altmda»
və başqalan idi [36, s. 121].
Azərbaycanda milli mədəniyyətin inkişafında kino sənəti də mühüm rol
oynamışdır. Kino sənəti xalqm məişət və düşüncələrinə, həyat tərzinə təsir
etmək, yeniləşdirmək, yeni sosialist məişət və mədəniyyəti yaratmaq məq-
sədi daşımağa başladı. Kino sənəti vasitəsilə milli mənlik şüurunun bütün
istehkamlannı - din, şəriət, mövhumat, məscid, kilsə, çadra və sairəyə qarşı
qəti hücuma keçmək şəraitindən istifadə olunurdu.
Beləliklə, rus imperiyası Xankəndi şəhərində elmi potensialmı artırmaqla,
ərazinin bol sərvətlərindən daha çox bəhrələnmək və buna münasib ideoloji
şərait yaradılmasma nail oldu. Onlar yeni cəmiyyətin ədalətli, demokratik,
xəlqi və qanunauyğun proses olmasına inam yaratmaq məqsədilə elmin müx-
təlif sahələrini birtərəfli inkişaf etdirdilər. Etiraz və azadfikirlilik amansız-
casına boğularaq, xalqımız müstəqıl dövlətçilikdən məhrum edilmiş, iqtisa-
diyyat, siyasət və ideologiya imperiyanm maraq dairəsinə uyğun qurularäq,
ermənilərin əli ilə Xankəndi şəhərində öz dayaqlannı daha da möhkəmlən-
dirmişdir.
1928-ci ildə Xankəndi şəhərində radio verilişlərinə qulaq asmağa başla-
dılar. 30-cu illərdə şəhərdə radiolaşdırma işləri, əsasən, başa çatdırıldı
[30, s.90]. Xalq təsərrüfatınm bərpasma keçid dövründə yenicə yaradılmış
imperiyanm təbliğat «maşmları» işə salındı. Bu işdə mərkəzi qəzet və jur-
nallarla birlikdə yerli mətbuat orqanlan geniş fəaliyyətə başladı. Azərbay-
canda sinfı mübarizənin hələ də ən qızğın bir dövründə Dağlıq Qarabağda
kütləvi qəzetlər təsis olundu. 1923-cü ilin avqust ayınm 5-də Xankəndində
nəşrə başlanan «Sovetakan Karabax» (Sovet Qarabağı) qəzetinin ilk nömrəsi
çapdan çıxdı [27, s.58]. 1930-cu ildə Xankəndində yeni mətbəə yaradıldı. Bu
mətbəələrin bilavasitə gücü ilə Dağlıq Qarabağda nəşr olunan qəzetlərin sayı
və həm də onlann tirajı xeyli çoxaldı. Bununla belə, qəzetlərin keyfıyyətində
də xeyli müvəffəqiyyətlər qazanıldı. Qəzetlərin təkcə saymda deyil, onlann
tirajlannda da xeyli artım müşahidə edilmişdir. 1937-ci ildə Dağlıq Qara-
bağda çap edilən 6 qəzet 15,2 min tirajla nəşr olunurdu. 1940-cı ildə qəzetlə-
rin tirajı 18,4 minə çatdırıldı [48, s.50].
Sovet imperiyasmm milli siyasətini təbliğ edən kütlələr arasında bey-
nəlmiləlçilik bayrağı altmda Marksist-Leninçi ideologiyasımn təbliğ olun-
ması işində mərkəzi və yerli mətbuat orqanlan mühüm rol oynayırdı.
Beləliklə, mədəni quruculuq sahəsində görülən tədbirləri yekunlaşdıra-
raq qeyd etməliyik ki, yenicə yaranmış dövlət, Xankəndi şəhərində xalqın
təhsil və mədəni səviyyəsinin yüksəldilməsində böyük işlər görmüşdür.
Həmin irəliləyişlər yerinə yetirilərkən çətinliklərə, səhvlərə, bürokratiya və
inzibati amirlik sisteminin bərqərar olmasına baxmayaraq, bütün nailiyyətlər
xalqın zəhməti ilə əldə edilmişdir. Diqqəti cəlb edən mühüm məsələ ondan
ibarətdir ki, 1920—1941-ci illər ərzində bölgədə yaşayan əhalinin savadsız-
lığı, əsasən, həll edilərək, yeni təhsil sistemi yaradılmış, qadınlanmızm
ictimai həyatda rolu artmış, elm, ədəbiyyat və incəsənət inkişaf etmişdir.
Bəhs edilən dövrdə Xankəndində ciddi çətinliklər, səhvlər və əyintilər -
milli musiqimizlə bağlı diskussiyalar, çadra, papağın atılması haqda dekret-
lər, xalqımızm dilinə, dininə, milli adət-ənənəsinə qarşı verilən dekretlər -
mədəni inkişafa mənfı təsir göstərsə də, inkişafı dayandıra bilmədi. Artıq
1941-ci ilin əwəllərində Xankəndi şəhərində təhsil, elm və mədəniyyət öz
inkişafmın ən yüksək səviyyəsinə çatdı. Ana və uşaqlara qayğı, istirahət
ocaqlarınm, müalicə-profilaktikası müəssisələrinin yaradılması, yüksək
doğum, ölüm hallannm aşağı olması və başqa tədbirlər şəhərdə əhalinin çoxal-
masına, onun məişət şəraitinin yaxşılaşmasına böyük təsir göstərdi. Döv-
lətimizin yaxmdan qayğısı nəticəsində Xankəndi şəhərinin xarici görkəmi
dəyişmiş, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, uşaq bağçalan,
müalicə-profilaktika və başqa mədəni-məişət müəssisələri tikilib istifadəyə
verilmişdir. 1920-1940-cı illər ərzində repressiya və zorakılıqlara əsaslanaraq,
zəhmətkeşlərin yaradıcı əməyinin nəticəsi olaraq yeni bir cəmiyyət - totalitar
bürokratik rejim yaradıldı.
1946-1950-ci illəri əhatə edən bərpa dövründə sənaye və kənd təsərrü-
fatı ilə yanaşı, mədəni quruculuq sahəsində də bir sıra vəzifələr müəyyənləş-
dirildi. Azərbaycanm hər yerində, o cümlədən Xankəndi şəhərində xalq
maarifı şəbəkəsinin tədris-maddi bazasını möhkəmləndirmək, məktəbləri
pedaqoji kadrlarla təmin etmək, təlim və tərbiyə sistemini yaxşılaşdırmaq,
tədrisin səviyyəsini yüksəltmək üçün əməli tədbirlər həyata keçirmək və sair
nəzərdə tutulmuşdu. 1946-cı ilin avqust ayında Azərbaycan müəllimlərinin
III qurultayı keçirildi. Qurultayda 1946—1950-ci illər üçün yeni dövrün tələb-
lərinə uyğun xalq maarifınin vəzifələri tam müəyyən edildi. Həmin planda
Xankəndi şəhərində həm məktəblərin, həm məktəblilərin, həm də müəl-
limlərin saymı artırmaq, yaşlı nəsil arasında savadsızlığı ləğv etmək, bütün
məktəbləri texniki təlim vasitələri və dərs vəsaitləri ilə təmin etmək və sair
planlaşdınlmışdı [79, s.61].
1946-cı ildə DQMV-də mədəni inkişafa 25 milyon 428 min manat vəsait
ayrıldı ki, bundan 7 milyon 570 min manatı orta ixtisas məktəblərinin geniş-
ləndirilməsinə sərf edilməli idi [61].
Plana uyğun olaraq, Azərbaycan hökumətiniiı ayırdığı vəsait hesabma
1946-1950-ci illərdə Xankəndi şəhərində 2 yeni məktəb binası tikilib
istifadəyə verildi [666]. Köhnə məktəblərdə isə təmir-abadhq işləri apanldı.
1940/41 -ci tədris ilində Xankəndi şəhərində 5 məktəb var idisə, 1950/51-ci
tədris ilində bu rəqəm 7-yə çatmışdır [33]. Burada təhsil alan şagirdlərin sayı
isə son 25 ildə 7 dəfədən çox artaraq 5 min nəfərə çatmışdır [89]. Həmin
məktəblərdə isə dərs deyən müəllimlərin sayı 500-ü keçmişdir [89, s.30].
DQMV-də maarif sahəsindəki böyük nailiyyətlərdən biri də Xankəndində
Müəllimlər İnstitutunun açılması ilə bağlıd ır. 1938-ci ildə açılmış bu institut
DQMV-dəki yeddillik məktəblərini hazırlıqlı müəllimlərlə təmin edirdi.
1940-cı ildə institutun 2 bölməsi, 15 müəllimi, 150 tələbəsi var idi [56].
Sonralar bu institut 2 müstəqil instituta bölündü. 1950-ci ildə Xankəndi Müəl-
limlər İnstitutu genişlənərək daha 3 şöbəsi yarandı. 1950-ci ildə burada
450 nəfərdən artıq tələbə oxuyurdu. İnstitut hər il respublikaraızın məktəb-
ləri üçün 60-a qədər müəllim buraxırdı [56].
1941—1945-ci illərdə əhalinin müharibəyə səfərbər edilməsi ilə əlaqədar
azyaşlı uşaqlar arasında azalma halı müşahidə edilmişdir. 1940-cı illə müqa-
yisədə 1950-ci ildə Xankəndi şəhərində uşaq bağçalarında uşaqlann sayı
50%-ə, tərbiyəçi müəllimlərin sayı 40‘Kı-ə, uşaq bağçalarmın sayı isə 25%-ə
enmişdir. Bəhs etdiyimiz illərdə uşaq evlərində uşaqlann sayı 2 dəfə, uşaq
evlərinin sayı isə 1,5 dəfə azalmışdı [99, s.165]. Apanlan araşdırmalar nəticə-
sində müəyyən edilmişdir ki, DQMV ərazisində 1946-19 50-ci illərdə fəaliy-
yət göstərən 44 uşaq bağçası və evlərindən yalmz 2-si Şuşada fəaliyyət gös-
tərirdi. Qalan 42 uşaq müəssisəsi ermənilərin daha çox cəmləşdiyi kəndlərdə
yaradılmışdır [61].
1940-1950-ci illərdə Xankəndi şəhərində təhsilin inkişafı inkaredilməz
bir həqiqətdir. Lakin bununla yanaşı, Xankəndi şəhərində erməni, rus millət-
çiliyi, yerli idarə orqanlarında çalışan erməni mütəxəssislərinin şovinist siya-
sətləri, sovet rejiminə «sədaqətlə qulluq edən adamlar»ın böhtançı tədbirləri
məktəb quruculuğu işlərinə, mədəni-maarif müəssisələrinin fəaliyyətinə ciddi
mane olurdu. Xankəndi şəhərinin partiya, sovet orqanlarında, mədəni-maarif
müəssisələrində çalışan erməni, rus mütəxəssisləri proletar beynəlmiləlçiliyi
şuarı altında azərbaycanlı mütəxəssislərə qarşı gizli mübarizə aparırdılar.
Azərbaycan SSR Elmlər Akademiyasınm 1945-ci ildə təşkil olunmuş
Dağlıq Qarabağ şöbəsi DQMV-nin tarixində böyük və mühüm bir hadisə
olmuşdur [55]. Xankəndində yaradılmış bu elmi mərkəzin qarşısmda duran ən
mühüm vəzifə-lərdən biri 1946—1950-ci illərdə xalq təsərrüfatınm, xüsusilə
Vilayətin kənd təsərrüfatmın yüksəldilməsi işinə kömək edə bilən elmi töv-
siyələr irəli sürməli idilər. Bəhs edilən dövrdə Akademiyanın elmi işçiləri bir
sıra elmi tədqiqat əsərlərini başa çatdırdılar və həmin əsərlər praktikada
tətbiq olunmağa başlandı [55].
Elmi işçilər təkcə elmi əsərlər yazmaqla kifayətlənmirdilər. Onlar, eyni
zamanda vilayət zəhmətkeşlərinə otlaqlardan yaxşı istifadə olunması, mal-
qaranm otarılmasımn düzgün təşkil edilməsi, əməyin təşkili və heyvandarlıq
məhsullarımn hesaba alınması, ot çalımı və yem basdırılması, bağ-bostanlara
xidmət və sair bu kimi müxtəlif məsələlər üzrə məsləhətlər də verirdilər.
Xankəndi şəhərində fəaliyyət göstərən elm mərkəzinin bölgədə xalq
təsərrüfatmm bərpa və inkişafı üçün irəli sürdükləri elmi tövsiyələr yüksək
qiymətləndirilsə də, burada mənfi hallarda mövcud olmuşdur. Belə ki, aparı-
lan elmi araşdırmalar nəticəsində məlum olur ki, Xankəndində fəaliyyət
göstərən Elmlər Akademiyasınm bütün heyət üzvləri (işçiləri) hamılıqla
milliyyətcə ermənilərdən ibarət idi. Həmçinin Azərbaycan SSR EA-nm Xan-
kəndi şöbəsinin elmi katibi Q.A.Mıkırtıçıyanm yazdığma görə, burada tədqiq
olunan əsərlər erməni dilində çap edilir, yalnız DQMV ərazisində və Ermə-
nistanda yayılırdı [55, s.18]. Bu fakt isə erməni alimlərinin nə dərəcədə
«humanist» olduqlarmı sübut edir.
1946-1950-ci illərdə Xankəndi şəhərində inkişaf edən sahələrdən biri də
mədəni-maarif müəssisələri olmuşdur. Hələ 1945-ci ilin sonlarmda Azərbay-
can SSR XKS-in nəzdində yaradılmış Mədəni-Maarif Müəssisələri Komitəsi
Vilayətdə mədəni-maarif işinin inkişafı üçün tədbirlər planı işləyib hazırladı.
İlk növbədə, Xänkəndi İcraiyyə Komitəsi nəzdində Mədəni-Maarif İşləri
şöbəsi yaradıldı [50, s.42]. Mədəni-maarif müəssisələri içərisində kitabxana-
ların inkişafı xüsusi əhəmiyyət kəsb edirdi. 1946—1950-ci illər üçün qəbul
edilmiş «Mədəni-maarif müəssisələrinin bərpa.və inkişafma dair beşillik
plan»a uyğun olaraq, 1950-ci ilədək Xankəndi şəhərində kitabxanalann sa-
yım 50-yə çatdırmaq proqramı tərtib edilmişdi [6, i.350, v.26]. Azərbaycan
höküməti Xankəndi şəhərində kitabxanaların maddi-texniki bazasma əsaslı
vəsait qoyuluşunu 1940-cı illə müqayisədə 2 dəfə artırdı. DQMV-də 1950-ci
ildə təkcə kitabxanalarm kompleksləşməsinə qoyulan vəsait 166 min manat
idi [24]. İlk növbədə, DQMV-də 1946-1950-ci illərdə 117 yeni kitabxana
yaradılmışdı. 1940-cı ildə vilayətdə 66 kitabxana var idisə, 1950-ci ilin son-
larında bu rəqəm 183-ə çatdı [99, s.166]. Halbuki əhalisinin sayı DQMV-dən
çox olan Naxçıvan MR-də cəmi 130 kitabxana, 42 qiraət koması fəaliyyət
göstərirdi [40]. 1950-ci ildə DQMV-də kütləvi kitabxanalann kitab fondu
150 min nüsxəyə çatdı. Vilayətdə hər 1000 nəfərə 2 kitabxana, hər bir sakinə
18 kitab düşürdü. Kənd kitabxanalarınm fondund£| isə 98 min nüsxə müxtəlif
ədəbiyyat var idi [94]. Lakin bütün bunlarla yanaşı, vilayətin erməni rəhbər-
liyi yeni kitabxanalann açılmasmda və kitablann komplektləşməsində azər-
baycanlılar yaşayan ərazilərə ögey münasibət göstərmişdilər. Kitabxanalar
yalnız ermənidilli kitablarla zənginləşdirilirdi. Belə ki, aparılan tədqiqatlar
nəticəsində məlum olur ki, 1951-ci ildə DQMV-nin Hadrut rayonunda 48,
Xocavənd rayonunda 47, Ağdərə rayonunda 59, Xankəndi rayonunda 50 ki-
tabxana olduğu halda, əsasən, azərbaycanlılar yaşayan Şuşa rayonunda cəmi
8 müstəqil dövlət kitabxanası və 6 klub kitabxanası fəaliyyət göstərirdi
[11, s.9, i.10, v.29]. Xankəndi rayonunun ermənilər yaşayan bütün kəndlə-
rində kitabxanalar olduğu halda, rayonun azərbaycanlılar yaşayan lO'-kəndin-
dən yalnız Kərkicahan və Kosalarda kitabxana var idi. DQMV-nin azörbay-
canlılar yaşayan kəndlərindəki kitabxanalara erməni dilində olan ədəbiyyat
daha çox gətirilirdi. Məsələn, təkcə 1950-ci ildə Xocavənd rayonunun
Muğanlı kənd kitabxanasma daxil olan 249 nüsxə ədəbiyyatın 200 nüsxəsi
erməni, 27 nüsxəsi rus, yalmz 22 nüsxəsi Azərbaycan dilində olmuşdur.
Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti DQMV-də mədəni-maarif
işinin inkişafı üçün öz qayğısını davam etdirirdi.
Xalqın maariflənməsi ışində teatnn rolunu xüsusi qeyd etmək lazımdır.
1950-ci ildə Azərbaycanda cəmi 9 teatr fəaliyyət göstərirdi ki, bunlardan biri
də DQMV-tıin payma düşürdü [89, s.118]. M.Qorki adına Xankəndi Dövlət
Dram Teatn XX əsrin 20-ci illərində həvəskar dram dəməyi şəklində fəaliy-
yətə başlamış və 1932-ci ildən dövlət teatrı kimi təşkil edilmişdir [63]. Dram
Teatrı 1946—1950-ci illərdə DQMV-nin kəndlərində səyyar tamaşalar
göstərirdi. Aparılan araşdırmalar nəticəsində məlum olur ki, tamaşalar yalmz
ermənilər yaşayan kəndlərdə nümayiş etdirilirdi. Bunun əsas səbəbi, bir
tərəfdən azərbaycanlılar yaşayan kəndlərdə tamaşanm göstərilməsi üçün yer
problemi ilə bağlı idisə, ikinci bir tərəfdən teatr truppasmın tərkibinin sırf
ermənilərdən ibarət olması ilə əlaqəli olmuşdur. XX yüzilliyin 40-cı illərinin
sonlarında Dağlıq Qarabağ rəhbərliyi xalqımıza qarşı öz «etibarhlığını» bir
daha nümayiş etdirdi. Belə ki, əsası Ə.Haqverdiyev tərəfındən XIX əsrin
sonlannda qoyulan Şuşa Teatn namərd «gülləsinə» tuş gələrək bağlandı [52].
1946—1950-ci illərdə DQMV-də klublann saymda da 35 faiz artım mü-
şahidə edilmişdir. Belə ki, vilayətdə 1927-ci ildə 28, 1933-cü ildə 83,
1940-cı ildə 151 klub fəaliyyət göstərirdisə, 1950-ci ildə klubların sayı
artaraq 204-ə çatmışdır [99,
Dostları ilə paylaş: |