IFƏSİL
XANKƏNDİNİN TARİXİ
KEÇMİŞİNDƏN
Qarabağ Azərbaycanm ən qədim mədəniyyət ocaqlanndan biridir.
Əlverişli təbii coğrafı şəraiti - şirin su qaynaqlanmn, bitki və heyvanlar alə-
minin zənginliyi, təbii mağaralarm olması - hələ qədim dövrlərdən burada
ibtidai insanlarm məskən salmasına imkan yaratmışdır. Dünyada insanm
yarandığı ilk məskənlərdən biri olan və əsrlər boyu təkcə Azərbaycanm deyil
bütün Zaqafqaziyanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oyna-
mış Qarabağın olduqca zəngin bir keçmişi vardır. Əsrlər boyu yadelli işğalçı-
lann ardı-arası kəsilməyən hücumlarına sinə gərmiş qədim Qarabağ əhalisi
nəinki öz varlığını qoruyub saxlamış, həmçinin xalqımızm çoxəsrlik tarixini
özündə əks etdirən zəngin maddi-mədəniyyət abidələri yaratmışdır. Lakin
çox təəssüflər olsun ki, erməni vandallan, dünyada analoqu olmayan xalqımı-
zm uzun əsrlər ərzində yaratdığı bu zəngin mədəniyyəti yandırmış, məhv
etmiş və ya özününküləşdirməyə cəhd etmişlər.
Qarabağ tarixən Azərbaycanm iqtisadi cəhətdən zəngin, inkişaf etmiş əya-
ləti olmuşdur. O coğrafi mövqeyinə görə Şərq və Qərb ölkələri arasmda
sanki bir körpü idi. Təsadüfl deyil ki, İran dövləti Qarabağı Zäqafqaziyanm
açan rus çarizmi isə onu nəinki Azərbaycanm hətta, İranm qapısı hesab edirdi
[17, s.15].
Erməni tarixşünaslığmda Azərbaycanm Kür və Araz çaylan arasındakı
ərazisinin, o cümlədən Dağlıq Qarabağm tarix boyu Ermənistanm tərkib his-
səsi olması kimi saxta konsepsiya hakimdir. Xudbin niyyətli həmin ekstremist-
lər «Artsax», «Xaçın», «Qarabağ» sözlərini erməniləşdirməyə cəhd etmişlər.
Lakin toponimlər tarixi həqiqəti yaşadır. Bu həqiqətlər isə ermənilərin saxta,
yalan və böhtanını bir daha təsdiqlədi. Belə ki, t.e.d., professor Y.Mahmudov
və K.Şükürov «Qarabağ tarixi» kitabmda qeyd edirlər ki, «Qarabağ» sözünün
izahını qeydə alınmış «Arsax» sözündən başlamaq qanunauyğımdur. Arsax
tanınmış Azərbaycan dövləti olan Albaniyanm əyalətlərindən biri olmuş
Qarabağın dağlıq və Mil düzünün bir hissəsini əhatə etmişdir [24, s.3].
Tarixçi alim R.Göyüşov «Qarabağm keçmişinə səyahət» kitabında göstə-
rir ki, XII-XIII əsrlərə qədər Qarabağ ərazisi müxtəlif adlar daşımışdır. Belə
ki, III-IV əsrlərə qədər Qarabağın bir hissəsi «Qarqarlar ölkəsi», digər his-
səsi isə «Uti» adlanmışdır. III-IV əsrlərdə isə Qarabağm dağlıq hissəsi Arsax
adlanırdı. Arsax, Çində Tann dağı ətəyində yaşamış türk Ağhun tayfalanndan
bir qolun adıdır. Yeri gəlmişkən, göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxm
bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir [14, s.71].
Antik müəlliflərdən Strabon, Selevik, Yustini, Pompey Troq, bəzi erməni
tarixçiləri, Bizanslı Georgi Sinqal, Azərbaycan alimlərindən M.Seyidov,
C.Cəfərov, X.Xəlilov, Q.Hacıyev, A.Qarabağlı və başqaları birmənalı şəkil-
də göstərirlər ki, Arsaq (Ərsaq) Türk-saq tayfalarmdan çıxmış qüdrətli dövlət
başçısı sərkərdə olmuşdur. Yuxarıda adıgedən müəlliflərin əsərlərini nəzər-
dən keçirərək belə qənaətə gəlmək olar ki, Arsaq sözünün birinci kompo-
nenti «ar» (ər) - türk dünyasmda geniş yayılmış «igid, ərən, kişi» deməkdir.
.Sözün ikinci komponenti «saq» (sak) isə türk tayfalarmm birliyinin admı da-
şıyır. Beləliklə, «Arsaq» sözü mənşəcə türk sözü olub «Sak kişisi, saq ərəni,
sak ərəni» mənasmı verir. Aydm Qarabağlı «Tarixi həqiqətləri yaşadan topo-
nimlər» adlı məqaləsində apardığı elmi araşdırmalar nəticəsində yazmışdır:
«Türk sülaləsi yaşadığı və yayıldığı yerləri, o cümlədən gəlib məskunlaşdığı
tarixi Qarabağm bir hissəsini öz adı ilə Arsaq (yaxud Artsak) adlandırmışdır.
Artsak toponiminin başqa bir izahı da mövcuddur. Belə ki, qədim türk dilində
«art» və «sak» sözləri - «dağlıq ərazi», «dağlıq yer» deməkdir [19, s.14]. Bu
gün də Azərbaycan ərazisində saq (sak) tərkibli yer adlan mövcuddur (Şəki,
Şakäşena və s.). Eyni zamanda Ərsak sözü — Ərtoğrul, Ərdahan, Ərdəbil,
Əraz, Ərak və sair sözlərin əwəlindəki «ər» sözü həm mənşə, həm də
mənaca bir kökdən ibarət olub sırf türk mənşəli sözdür».
Bəs «Arsaq» sözü nə vaxt «Qarabağ» adı ilə əvəzləşdirilmişdir? Tarixçi
alimlərimizdən Y.Mahmudova, K.Şükürova, Q.Hacıyevə, X.Xəlilova, A.Qa-
rabağlıya, R.Yüzbaşova istinadən deyə bilərik ki, «Qarabağ» adı təxminən
VII əsrdƏ işlənmişdir. Qarabağ əw əllər konkret məkanı bildirmiş, sonra isə
geniş coğrafı əraziyə aid edilmişdir. Bəzi tədqiqatçılarm fıkrinə görə, Qara-
bağ tarixi etnoqrafık əyaləti adını qədim Qarabağ şəhərindən almışdır. Coğ-
rafiyaşünas-toponimist R.Yüzbaşova görə, Araz çayınm kənannda Qarabağ
şəhəri olmuşdur. R.Yüzbaşov «Azərbaycanın coğrafi adları» kitabmda yazır:
«Bu şəhərin XVII əsrin birinci yarısma qədər mövcud olması haqqmda dəqiq
kartoqrafik məlumat əldə edilmişdir. XVII əsrin birinci yansmda alman
səyyahı Adam Olearinin (1603-1671) tərtib etdiyi «İran Səltənəti» adlı
xəritədə Qarabağ yaşayış məntəqəsi 390 şimal en dairəsi ilə 820 20 dairə-
sinin kəsişdiyi nöqtədə göstərilir. Həmin şəhər XVII-XVIII əsrlərdə baş
vermiş müharibələr nəticəsində məhv olmuşdur» [3, s.63-64].
X.Xəlilov yazır: «Fikrimizcə Ağdərə rayonunda yerləşən «Böyük Qara-
bağ» kəndi mənbələrin bizə haqqında xəbər verdiyi Qarabağ şəhərinin qalı-
ğıdır. Bu ehtimalm həqiqətə nə qədər müvafıq olduğunu «Böyük Qarabağ»da
aparılacaq arxeoloji qazmtılar göstərəcəkdir. «Ulu Qarabağ»m sıx, qalm
meşəlik bir sahədə yerləşməsi Qarabağ toponimini sıx, qalm meşəlik yer
kimi izah edən müəlliflərin fıkrini əyani olaraq təsdiq edir» [17, s.15].
Aydın Qarabağlıya görə, «Qarabağ» etnonimi iki tərkib hissədən iba-
rətdir, «qara» (qədim türk dilində) böyük, əzəmətli, möhtəşəm və «bak» el,
oba, tayfa, soy bildirməklə - «böyük tayfa» mənasındadır [19, s.15].
Mənbələrdən məlum olur ki, qədim türk kəndlərində «Qarabağ» adlı tayfa
da var idi ki, onlar Azərbaycanm qərb ərazilərinə axm etmiş və burada məs-
kunlaşmışlar. Qarabağ etnoniminin ariealı genişdir. Belə ki, Türkiyədə, Şi-
mali Qafqazda, Özbəkistanda, Türkmənistanda, Əfqamstanda Qarabağ topo-
niminə rast gəlmək mümkündür.
Coğrafiyaşünas-toponimist R.Yüzbaşov «Qarabağ» sözünə münasibətini
bu cür açıqlamışdır: «Qara» bir neçə məna kəsb edir. Belə ki, onun bir mənası
«qalın», «sıx» deməkdir. Başqa bir mənası isə «xalq» və «baq», «böyük
bağ», «Şəfalı bağ» deməkdir [24, s. 61].
Akademiyanm müxbir üzvü, t.e.d., professor Y.Mahmudov və t.e.d. K.Şü-
kürov yazırlar ki, Azərbaycanda tərkibində «Qara» sözü olan digər yer (Qara-
yazı, Qaraçöp, Qarakənd, Qaraqoyunlu və b.) və şəxs (1300 illiyi qeyd olun-
muş «Kitabi-Dədə Qorqud» dastamnda Salur Qazanın qardaşı Qarabudaq və s.)
adları vardır. Göründüyü kimi Qarabağ etnomologiyası etibarilə sırf Azərbay-
can gerçəkliyini və dilinin qayda-qanunlan ilə elmi izah olunur [24, s.4].
Qarabağın tarixi coğrafi ərazisinə gəldikdə isə M.C.Cavanşirin 1847-ci
ildə yazdığı «Qarabağ tarixi»nə müraciət etsək daha doğru olar. Çünki həmin
əsərin özü də tarixi qaynaqlara əsaslanmışdır və əsərin müəllifi dövlət adamı
idi. Qədim tarix kitablarınm yazdığma görə Qarabağ vilayətinin sərhədi
belədir: Cənub tərəfdən Xudafərin körpüsündən Sımq Körpüyə qədər - Araz
çayıdır. İndi Smıq Körpü - Qazax, Şəmşəddin Dəmirçi-Həsənli camaatı ara-
smdadır və Rusiya dövlət məmurlan onu istila etdikdən sonra «Krasni most»,
yəni «Qırmızı Körpü» adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad
kəndində Araz çayma qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən
Qarabağ Yelizavetpolla sərhəddi, Kür çayma qədər - Goran çayıdır və Kür
çayı çox yerdən keçib Araz çayma çatır. Qərb tərəfdən Küşbək, Salavartı və
Ərikli adlanan uca Qarabağ dağlarıdır. Bütün bu faktlar Qarabağın qədim za-
manlardan Azərbaycanm qədim tarixi bölgəsi olduğunu təsdiqləyir [13, s.l 1].
Qarabağ həm də dünyanm ən qədim tarixə malik olan diyarlarmdan biri-
dir. Burada 350-400 min il əw əl yaşayan insan sümükləri aşkar edilmişdir ki,
bu qalıqlar dünya üzrə insanın təkamül prosesinin öyrənilməsi üçütı çox
mühüm əhəmiyyət kəsb edir. Qarabağın qədim yaşayış məskənlərindən biri
də Xankəndidir. 1938-1939-cu illərdə Xankəndi şəhəri yaxmlığında apanl-
mış tədqiqatlar nəticəsində Eneolit və Tunc dövrlərinə aid arxieoloji abidələr
aşkar edilmişdir [28, s.16]. Qarabağın təbii coğrafi şəraiti, ərazinin ən qədim
insan məskənləri xəritəsinə daxil olmasma səbəb olmuşdur. Qarabağdakı
abidələrin növləri, onlann xarakterik xüsusiyyətləri və maddi mədəniyyət
qalıqlarmın zənginliyi dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidə-
lərlə alman arxeoloqu E.Resler, rus şərqşünası M.Xankov, ingilis Bayer,
fransız Berje və başqaları tamş olmuş və orada tapdıqları əşyaları öz ölkələ-
rinə apararaq muzeylərini zənginləşdirmişlər [14, s. 12].
Indi Qarabağda aşkar olunmuş tayı bərabəri olmayan qədim maddi mə-
dəniyyət qalıqlan Moşkva, Sankt-Peterburq, Paris, Berlin, London, İrəvan və
başqa şəhərlərin muzeylərini bəzəyir [14, s. 13]. Yuxanda qeyd etdiyimiz
kimi Xankəndində aparılan tədqiqatlar nəticəsində burada Eneolit və Tunc
dövrünə aid bir neçə kurqan aşkar edilmişdir. Həmin kurqanları tədqiq edən
arxeoloqlar dəfn kameralan tapmışlar. Xankəndi kurqanlarmın dəfn kamera-
ları dairə formasında olub, diametri 4,5 metrə çatırdı. Bu kameralar dairə for-
masında olub xəndəklə əhatələnmişdi. Kameranm şərqində enli sal daş var-
dır ki, bu daş həmin yerə giriş rolunu oynayırdı. İlk baxışdan Xankəndi dəfn
kameralan e.ə. V-III minilliklərdə Qafqazda geniş yayılmış binaları xatır-
ladırdı. Çoxtəbəqəli Xankəndi kurqanları kollektiv dəfn abidə ilə səciyyə-
lənirdi. Ölülərin üstü isə gil və xırda daşlarla örtülmüşdü.
Xankəndindən tapılmış maddi-mədəniyyət nümımələri Erkən Tunc döv-
rünə aiddir [28, s. 17]. Bu dövrdə əkinçilik maldarlıqdan aynlmış, toxa əkin-
çiliyi xış əkinçiliyi ilə əvəz olunmuş, əkin sahələri genişlənmiş, süni suvarma
tətbiq edilmiş və qoşqu heyvanlarmdan istifadə edilmişdir. Dövrün mühüm
xüsusiyyətlərindən biri də köçmə maldarlıgmın yaranması və bununlada mal-
darlıqla məşğul olan əhali arasında, əmlak bərabərsizliyi meydana gəlmə-
sidir. Xankəndi kurqanlanndakı dəfnetmə adətləri bir daha deyilənləri sübut
edir. Xankəndi kurqanlannm bəzilərində 50-dən çox skelet aşkar edilmişdir
ki, onlann ailələrə və ya qəbilə üzvlərinə aid olduğunu göstərir. Bu, kollektiv
dəfiıetmə adətidir. Ailəyə və ya qəbiləyə məxsus kurqanda uşaq və yaşlılar
birgə, sol və ya sağ yanı üstə bükülü və oturmuş halda dəfiı edilmişlər. Qəbilə
başçısı və ya ağsaqqalın qəbiri isə tamamilə başqa formada idi. Onlar arxası
üstə uzadılmış vəziyyətdə dəfn olunmuşlar. Bu cür dəfiı adətləri bütövlükdə
Qarabağda, Naxçıvanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmi-
yada, Gədəbəydə, Təbrizdə və digər yerlərdə mövcud olmuşdur [14, s. 19].
Xankəndi kurqanlannda apanlmış arxeoloji qazmtılar zamanı aşkar edil-
miş maddi-mədəniyyət nümunələri bölgənin qədim tarixə malik olduğunu,
əhalinin məşğuliyyətini, hansı heyvanlan ovlamalan, sənətkarlığxn növlərini,
sənətkarlığm hansı sahələrinin inkişaf etdiyini, dini ideologiyasım, incəsənə-
tini, əhalinin adət və ənənələrini, idarə formalanm və sair öyrənməyə imkan
verir. Xankəndi kurqanlanndan, daş gürzlər, mis xəncər tiyələri, daş həvəng,
ox uclan, sümükdən düzəlmiş alətlər, qızıl muncuq və asmalar, keramika nü-
munələri, müxtəlif heyvan sümükləri və s. tapılmışdır. İlk növbədə ərazidə
tapılmış maddi-mədəniyyət nümunələri insanlann axirət dünyasına inamını
göstərir. Onların əqidəsinə görə insan ölmür, o yalmz dünyasını dəyişir, o biri
dünyada əbədi yaşayır. İnsan bu dünyanı tərk edib əbədi axirət dünyasında
yaşadığı üçün onu mal-qara, ev avadanlığı, bəzək, geyim, silah və başqa qiy-
mətli əşyalarla təmin edib bu şeyləri onun qəbrinə qoyurdular. Hətta əhalinin
təbəqələşməsi dövründə qəbilə başçılan öldükdə onun xidmətçilərindən bir-
ikisini öldürüb onunla basdmrdılar ki, o biri dünyada onun qulluğunda dur-
sunlar. Beləliklə, Xankəndi kurqanları ərazinin keçmişini öyrənmək üçün bir
«xəzinə» idi desək yamlmanq.
Xankəndi kurqanlannda tapılmış maddi-mədəniyyət nümunələrindən mə-
lum olur ki, burada yaşayan əhali əkinçilik, maldarlıq və sənətkarlığın müx-
təlif sahələri ilə məşğul olmuşlar. Xankəndi ərazisində Bağçılıq və bostan-
çılıq kimi yeni təsərrüfat sahələri yaranmışdır. Qarabağm əlverişli təbii coğ-
rafi şəraiti heyvandarlığın inkişafına şərait yaratmışdır. Arxeoloji qazıntılar
nəticəsində təsərrüfat quyulanndan və küplərdən arpa, buğda və dan
qalıqları tapılmışdır ki, bütün bunlar taxılçılığm inkişaf etdiyini göstərir. Bəhs
olunan dövrdə bölgədə üzümçülük və şərabçılıq meydana gəlmişdir.
Xankəndi Kurqanlanndan tapılmış heyvan sümükləri burada heyvandar-
lığın inkişafmı göstərir. Əhali əsasən davar bəsləmişdir. Atçılıq da təsərrüfatda
rtıühüm yer tutmuşdur. Atdan minik vasitəsi və qoşqu qüvvəsi kimi istifadə
edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan tələ-
batım ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait yaratmışdır.
Bölgədə qoyunçuluğun inkişafı yun parça toxuculuğunu genişləndirmişdir.
Xankəndi kurqanlanndan tapılmış daş gürzlər, mis xəncər tiyələri, ox
uclan, sapand, sümük alətlər metaldan istifadə edilməsinin geniş yayılmasmı
göstərsə də, daşişləmə sənətinin müəyyən qədər öz mövqeyini saxlaya bil-
məsini sübut edir. Eyni zamanda bütün bunlar onu deməyə imkan verir ki,
Orta Tunc dövründə ovçuluq Xankəndi əhalisinin köməkçi məşğuliyyət sa-
həsi olmuşdur. Yeri gəlmişkən, onu da qeyd edək ki, bəhs etdiyimiz dövrdə
əhali maral, ceyran, çöldonuzu, qulan ovlayırdı. Bu dövrdə ox, yay, nizə, sa-
pand və tələdən istifadə edilirdi. Xankəndi kurqanlanndakı qızıl muncuqlar,
keramika nümunələri, xəncər tiyələri, qablar və bəzək əşyalan üzərindəki
müxtəlif məzmunlu rəsmlər, həndəsi naxışlar, heyvan və bitki rəsmləri
ibtidai incəsənətin inkişaf etdiyini göstərir [16, s.58].
Xankəndı Azərbaycanm qədim yaşayış məskəni, inkişaf etmiş şəhərlə-
rindən biridir. Şəhərin ərazisi 8 kvadrät kilometr, əhalisi 53,1 min nəfərdir.
Hal-hazırda Ermənistan silahlı birləşmələri tərəfmdən işğal edilmişdir [10].
Xankəndi oykonimi «Xana məxsus kənd» mənasındadır. Xankəndi adına
Azərbaycanm digər ərazilərində də rast gəlmək mümkündür. İsmayıllı, Şa-
maxı, Qubadlı və digər rayonlannda «Xankəndi» admı daşıyan yer adları
vardır [5, s.238].
Qısa bir müddətdə sürətlə inkişaf edən tanınmış Xankəndi şəhəri Azər-
bäycamn gənc şəhərlərindən sayılır. Belə ki, bir neçə minillik tarixə malik
Naxçıvan, Gəncə, Bərdə, Qəbələ, Dərbənd, Şəki, Şəmkir, Şabran, Bakı, Şa-
maxı, Beyləqan, Təbriz, Ərdəbil və digər qədim Azərbaycan şəhərlərindən
fərqli olaraq, Xankəndi gənc şəhər hesab olunur [29, s.2]. Doğrudur, Xan-
kəndi Azərbaycanm qədim yaşayış məskənidir və Azərbaycanm digər yerlə-
rində olduğu kimi burada da ibtidai insanlar yaşamışlar. Sonrakı ictimai-
iqtisadi formasiyalarda da Xankəndi bir neçə evdən ibarət kənd kimi mövcud
olmuşdur. Tədqiqatlardan məlum olur ki, XVIII əsrin sonlarmda Qarabağ
xanlığmın başçılanmn - xanlarm istirahəti üçün yaşayış məskəni kimi Xan-
kəndini seçmişlər. Xanlığın fəaliyyətinə maksimum şərait yaradılması üçün
məskən Qarabağ xanlığmm paytaxtı Şuşanın 10 kilometrliyində, nisbətən dağ
ətəyində salmmışdır. İbrahimxəlil xamn Xankəndini şəxsi malikanə kimi
seçməsi, ərazinin əlverişli təbii-coğrafi şəraiti ilə bağlı olmuşdur. Kəndin yu-
xarı hissəsindən çay axması (Kərgicahan çayı), sıx meşəliklərlə əhatə olun-
ması, ən başlıcası isə Ağdam, Xocalı, Malıbəyli, Kərkicahan, Şuşa, Xəlfəli
kimi iri yaşayış məskənlərinə yaxın olması ilə əlaqədar idi. Hətta İbrahim-
xəlil xana məxsus cins atlar və sağılan heyvanlar Xankəndində saxlanılırdı.
Mirzə Camal Cavanşirin yazdığma görə «Mərhum İbrahim xandan 6 imarət
qalmışdır ki, bunlardan biri də, Şuşadan bir az aralıda Xan Bağınm tikintisidir
[13, s.48]. İlk illər yeni yaşayış məskənində xan ailəsi və onun yaxınlan
yaşadığmdan el arasmda «Xanm kəndi» kimi tamnır. Qısa bir müddətdən
sonra yeni salmmış qəsəbə Xankəndi adını alır. Təsadüfi deyildir ki, Azər-
baycanm 19 rayonunda «Xan» adı ilə başlayan 26 yaşayış məntəqəsi vardır
(Xanlıq, Xanbağı, Xanagah, Xanabad, Xanbulaq, Xankeçən və s.). Təkcə
Dağlıq Qarabağ'ərazisində 4 kənd sırf «Xan» adı ilə başlayır (Xanadarə, Xansu,
Xanlıqpəyə, Xanalı). Dağlıq Qarabağm, digər yaşayış məntəqələri kimi Xan-
kəndində də, yerli əhali ancaq azərbaycanlılar idi. Yeri gəlmişkən, onu da
qeyd edək ki, XVIII əsrin ortalarmda Qarabağ xanlığı yaranan zaman xanlığın
əhalisini Cavanşir, İyirmidörd, Otuzikilər, Kəbirli, Ziyadoğlu, Öaharlı türk
tayfalan təşkil edirdilər [20, s.12].
Xankəndi əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olurdu. Burada
bağçılıq, bostançılıq, ançılıq, toxuculuq və sənətkarhq da inkişaf etmişdi.
Azərbaycanm Xankəndi şəhərini «ata-babasmınkı» hesab edən Qarabağ
məlikləri, yəqinki o dövrdə Mirzə Adıgözəl bəy tərəfindən yazılmış «Qara-
bağnamələr»dən xəbərsiz olublar. Mənbələrdən aldığımız məlumata görə,
məlikliklərin əhalisi bu əraziyə başqa yerlərdən gəlmişdi və Qarabağm 5 ma-
halmın adı ilə adlandırılmışdı. Xaçın, Vərəndə, Dizaq, Gülüstan, Çiləbörd
məlikliklərindən yalnxz xaçm mahalxnxn əhalisi yerli idi. Qalanlarx müxtəlif
vaxtlarda burada məskunlaşmxşdxlar. Xatxrladaq ki, məliklər Qarabağ xanlı-
ğından asılı idilər. Dizaq məliyi Qarabağa Loridən qaçıb gəlmişdi. Nadir şaha
yaltaqcasma itaətinə görə Dizaqda ona məliklik verilmişdi. Vərəndə məliyi
Şahnəzər Göyçədən, Çiləbörd məliyi Allahqulu Macavizdən, Talış məliyi
Usub Şirvandan qaçaraq Qarabağda özlərinə sxğınacaq tapmış və Nadir şaha
itaətə görə müvafiq ərazilərə «məlik» təyin edilmişlər. Bu məliklərin
XVIII əsrdən o tərəfə heç bir tarixi yoxdur. Onlar həmişə Qarabağ xanlığmm
bölüşdürücülük siyasətini yeritmişlər. Rusiya həmin məliklərin köməyi ilə
burada «Xristian dövləti» yaratmağa çalışırdı. Hətta 1787-ci ildə Qarabağ
məlikləri rus və gürcü hərbi birləşmələri ilə ittifaqa girərək Qarabağa qarşı
«Xaç yürüşü» də təşkil etmişdilər. Lakin rus-türk müharibəsi (1787-1791)
bu yürüşün dayandınlmasma səbəb oldu [12, s.20].
Təsadüfi deyildir ki, Azərbaycanın bölüşdürülməsi uğrunda Rusiya ilə İran
arasında 1804-cü ildə başlanan müharibə, 1805-ci il mayın 14-də Rusiya ilə
Qarabağ xanlığı arasında 11 maddədən ibarət Kürəkçay müqaviləsi imzalan-
mışdı ki, həmin müqaviləyə görə xan onun varisləri və xanlığın bütün əhalisi
Rusiya təbəəliyinə qəbul olundu, xanlıq müstəqil xarici siyasət hüququndan
məhrum edildi və həmin vaxtdan İbrahimxəlil xan öz ailəsi ilə birlikdə Xan-
kəndində yaşamalı olmuşdu. Çox təəsssüflər olsun ki, əldə heç bir əsas olma-
dan İbrahimxəlil xan Şuşa qalasındakı rus qamizonunun rəisi Cavad xanm
qatili Lisanoviç tərəfındən 1807-ci ildə vəhşicəsinə qətlə yetirildi [21, s.31].
Bundan sonra hakimiyyətə gələn Mehdiqulu xan Xankəndinin özü üçün yaşayış
məskəni seçsə də, erməni generalı V.Mədətovun fitvası ilə 1822-ci ildə öz doğ-
ma yurdundan didərgin salmdı, malikanələri və Xankəndi isə müsadirə edildi.
1813-cü il oktyabnn 12-də Qarabağın Gülüstan kəndində Rusiya ilə İran ara-
sında Azərbaycanın bölüşdürülməsi haqqında sülh müqaviləsi imzalandı. Gü-
lüstan müqaviləsi ümumdünya tarixində özgə torpaqlannm bölüşdürülməsi üçün
bağlanmış antihumanist və zorakı müqavilələrdən biridir. Gülüstan müqaviləsi
Azərbaycanm digər bölgələrinə olduğu kimi, Xankəndinin də taleyinə ciddi
təsir etdi Xankəndində əwəlki həyat tərzi dağıdıldı, Azərbaycan cəmiyyəti
üçün ənənəvi olan sülalələr bölgüsü qadağan olundu və hər şey imperiyanm
maraqianna tabe edildi. Şimali Azərbayçanda müstəmləkə inzibati idarə sistemi
yaradıldı və xanlıq idarə üsulu, komendat idarə üsulu ilə əvəz edildi. Doğrudur,
bu vaxt yerli bəylər əyalət şurasmm rəhbəri kimi «fəaliyyət».göstərirdi. Lakin
bu Şura real hakimiyyətə malik deyildi. Bu zaman Xankəndində çar hökumətinə
məxsus idarələr yaradılmışdı. Həmin idarələrə nəzarət Mehdiqulu xanm arvadı
Pəricahan bəyimə verilsə də, burada rus əsgərləri özbaşınalıqlar edir [20, s. 16].
Bəhs etdiyimiz dövrdə, komendant idarəsi məmurlarınm zülm və zora-
kıhqlan haqqmda Qarabağdan mərkəzə göndərilən məktubda yazılmışdı:
«Bizim rəislər sürüyə daranmxş ac canavarlar kimi müxtəlif sıxıntılarla bizim
güzərammızx pozurlar. Rəhbərliyin vergi və mükəlləfıyyət tələbi, həmişə
naib tərəfindən ikiqat artınlxr» [25, s.8].
Ali hakimiyyət orqanlanna arxalanan acgöz erməni tacirləri Qarabağda
azərbaycanlılan məhsulu bazar qiymətindən 8-10 dəfə ucuz satmağa məcbur
edirdilər. 1830-cu ildə Rusiya Ədliyyə Nazirliyinə daxil olan sənəddə göstə-
rilirdi ki, «... müsəlman əyalətlərinin idarə edilməsini tədqiq edərkən idarə
edənlərin azğınlığından və xalqm əzabından insan əqli dəhşətə gəlir. Burada
insanlıq tapdalanmış, ədalət yaddan çxxmış, qanun yalnız zülm etmək aləti
olmuş, acgözlük, özbaşmalıq dairə rəislərinin, komendantlarm, pristavlann
və başqa şəxslərin fəaliyyətinin əsasıdır... Əhali üzərinə qoyulan vergilərdə
qayda yoxdur» [s.41].
Rus hərbi hissələrinin Xankəndində yerləşdirilməsi təsadüfi deyildi. Bu,
hər şeydən öncə, ərazidə baş verən üsyanlann qarşısmı almaq məqsədi daşı-
yırdı. Eyni zamanda Xankəndinin əlverişli mövqedə yerləşməsi Çara tabe
olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə
saxlamaq mümkün idi. Ən başlıcası isə gələcəkdə erməniləri Xankəndinə
köçürmək, dayaqlarmı möhkəmləndirmək və Xankəndi rus hərbi bazalarında
onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar çinov-
nikləri digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı poza
bildilər. Aparılan tədqiqatlardan məlum olur ki, 1813-cü ildə Xankəndində
heç bir erməni və rus ailəsi yaşamadığı halda, artıq 1847-ci ildə orada 80 er-
məni, 52 rus ailəsinin yaşadığı ev qeydə almmışdı. Hətta bəhs etdiyimiz
dövrdə Xankəndində erməni kilsəsi də, inşa edilmişdi [26]. 1847-ci ildə
Xankəndində böyük rus Alayı «Sinja Polku» yerləşdirildikdən sonra ərazinin
inkişafı çar hökumətinin diqqət mərkəzində saxlamldı. Qafqaz süvari divizi-
yasının da, qərargah və kazarmaları Xankəndində yerləşdirilmiş və həmin
yaşayış məskənini erməni və rus zabitləri «Ştab» adlandırmışlar. •Lakin təd-
qiqatlardan məlum olur ki, 1847-ci il Rusiya xəritəsində Xankəndi qəsəbəsi
öz adı ilə xəritəyə daxil edilmişdir. Artıq 1898-ci ildə Xankəndi çar hökuməti
tərəfindən Hərbi Qərargaha çevrilmişdi, hansı ki, həmin ordunun tərkibində
yalnız rus və erməni əsgərləri xidmət edirdilər.
Azərbaycan torpaqlannda erməni dövləti yaratmaq Rusiyanın çoxdankı
plam idi. Ona görə də Şimali Azərbaycamn işğal edilmiş bölgələrinə İran və
Türkiyədən ermənilərin köçürülməsi təsadüfi deyildi. I Pyotrun ermənilər haq-
qında verdiyi oktyabr, 1724-cü il «fərmam»na görə Rusiyamn zəbt etdiyi ərazi-
lərdə ermənilərin məskunlaşmasına icazə verilmişdi. Rusiya imperatorunun bu
siyasətini sonrakı əsrlərdə onun varisləri böyük səylə həyata keçirirdilər.
Rusiyanm İrandakı səfiri A.S.Qriboyedov və İ.F.Paskeviç Türkmənçay müqa-
viləsi hazırlanarkən İrandan ermənilərin Azərbaycan torpaqlanna köçürülməsi
məsələsini unutmadılar. Türkmənçay müqaviləsinin XV maddəsində köçürmo
məsələsi xüsusi yer tutmuşdu. Rus tədqiqatçısı N.Şavrovun verdiyi məlumata
görə «.. .Artıq XX yüzilliyin əwəllərində Cənubi Qafqazda 1 milyon 300 min
erməni yaşayırdı ki, bunun 1 milyonu həmin əraziyə köçürülən ermənilər idi».
Ermənilər Şimali Azərbaycana köçürülərkən Naxçıvan, İrəvan və xüsusi olaraq
Qarabağda yerləşdirilməsinə xüsusi əhəmiyyət verirdilər [22, s.41].
Xankəndi qəsəbəsini daha da genişləndirmək, ermənilərin sayım artır-
maq məqsədilə Qarabağa köçürülmüş ermənilərin faiz etibarilə böyük əksə-
riyyəti Xankəndində yerləşdirilmişdi. Təkcə 1823-1832-ci illərdə Xankən-
dində ermənilərin xüsusi çəkisi 27% artmışdı [26]. Sonrakı dövrlərdə bu
proses çox böyük sürətlə davam etdirilmişdir.
Xankəndinə köçürüJmüş ermənilərə geniş imtiyazlar verilmişdi. Belə ki,
onlar 6 il müddətinə hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmiş, təsər-
rüfatlarmın inkişafı üçün külli miqdarda vəsait aynlmışdı. Hətta ermənilərin
silah gəzdirmək hüquqları da var idi. Eyni zamanda əraziyə köçürülən ermə-
nilər müsəlman xan, bəy, ağalara məxsus ən yaxşı torpaqlarda məskunlaşdı-
nlmışdılar. Rəsmi dairələr elan edirdilər ki, ermənilərin bu torpaqlarda yer-
ləşməsi müvəqqəti haldır, onlar bu torpaqlardan xəzinə torpaqlarına köçürü-
ləcəklər. Əslində belə olmadı, torpaqlanmızda ermənilərin kütləvi şəkildə
yerləşdirilməsi prosesi gücləndikcə, onlar bu torpağa sahib çıxmağa və hər
vəchlə yerli əhalini dədə-baba torpaqlanndan sıxışdırmağa başladılar. Köçürmə
prosesinin əvvəllərində A.Qriboyedov Peterburqa göndərdiyi bir məlumatda
yazırdı ki, «mənim gümanıma görə, bir müddət keçdikdən sonra ermənilər
məskunlaşdıqlan torpaqlann onlara məxsus olduğunu deyəcəklər». Doğrudan da,
XX yüzilliyin əwəllərindən başlayaraq onun bu ideyalan həqiqətə çevrildi.
Ermənilərin əsassız torpaq iddiası yerli əhali - azərbaycanlılarla gəlmə ermə-
nilər arasında kəskin ziddiyyətlər yaratdı. Çar hökumətinin ayrı-seçkilik siya-
səti nəticəsində ermənilərin torpaq iddiaları getdikcə artır və onların törətdik-
ləri silahlı toqquşmalara gətirib çıxarırdı. 1905-1906, 1918-1920, 1988-
1993-cü illərdə baş verən hadisələr bir daha deyilənləri sübuta yetirdi.
Bəhs etdiyimiz dövrdə bütün Azərbaycanda, Qarabağda və o cümlədən
Xankəndində ermənilərlə bərabər ruslar da məskunlaşmışdılar. Ermənilərlə
bərabər ruslann da, bu bölgədə yerləşdirilməsi Rusiya üçün çox mühüm hərbi-
strateji əhəmiyyət kəsb edirdi. Hətta XIX yüzilliyin ortalanndan sonra Qara-
bağda bütöv rus kəndləri yaradılmışdı. Xankəndində məskunlaşmış ruslar isə
ilk mərhələdə ordu qərargahları yaxınlığında təsərrüfatlar yaratdılar. Tədqiqat-
lardan məlum olur ki, XIX yüzilliyin 30-40-cı illərində Azərbaycanda 30 min
nəfər rus məskunlaşmışdı ki, bundan 190 nəfəri Xankəndinin payına düşürdü
[21]. XIX yüzillikdə çar işğalından sonra böyüyən Xankəndinə, bir qayda ola-
raq, İrandan köçürülən ermənilər yerləşdirilir, «etibar» doğrultduqlanna görə
çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər.
Artıq 1900-cu ildə Xankəndində 3 min əhali yaşayırdı. Hətta burada ikisinifli
məktəb də fəaliyyət göstərirdi. Eyni zamanda Xatıkəndində «l-ci Sujeno-Vla-
diqafqaz Ters Kazak Qoşun Postu» da yerləşdirilir. Məqsədli şəkildə yeridilən
etnik siyasət nəticəsində ötən əsrin əwəllərində Xankəndində erməni və rus
əhalisinin sayı xeyli artdı. Ancaq bununla belə şəhərdə xeyli sayda keçmiş xan
və bəy nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər, sənətkarlar
yaşayırdilar. Məqsədli təcrid siyasətinə baxmayaraq, onlar Xaxıkəndində söz
sahibi idilər və yeri gəldikcə hakimiyyət onlarla hesablaşmalı olurdu [26].
Təəssüf hissi ilə qeyd etməliyik ki, 1991-ci ildə 4303 nəfər azərbaycan-
lılann yaşadığı Xankəndi şəhəri erməni vandallarmm əsarəti altma düşdü
[26]. Azərbaycanlılar qədim ata-baba yurdlanndan qəddarcasma işgəncələrə
məruz qalaraq qovuldular. Buradakı 14 mədəniyyət resurslan, 6 abidə, qədim
qəbirlər, torpaq kurqanlar, Alban məbədi, şəkil qalereyası, xatirə kompleksi,
5 mədəniyyət idarəsi, Pedaqoji İnstitut, Müəllimləri Təkmilləşdirmə İnstitutu,
Sovxoz texnikomu, tibb məktəbi, 2 musiqi məktəbi, orta texniki peşə məktəbi,
uşaq incəsənət məktəbi, texniki məktəb, tarix ölkəşünaslıq muzeyi, dram
teatn, Konsert zalı, Azərbaycan Yazıçılar İnstitutunun Dağlıq Qarabağ fılalı,
Xankəndi kitabxanası, Qış və yay kinoteatrları, Xankəndi mədəniyyət sarayı,
nəşriyyat evi, studiya, 800 çarpayılıq 8 xəstəxana, 30 feldşer-mama məntəqəsi,
2 dispanser, sanitariya epidemoloji stansiya, Xankəndi Dram Teatrı, yüngül
və yeyinti sənaye müəssisələri, elektrotexnika, avtomobil təmiri, asfalt-beton
zavodlan, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris isteh-
salat kombinatlan, elektrik şəbəkəsi və digər obyektlər Azərbaycan əhalisi-
nin qayğısmdan məhrum edilərək Ermənistanm istifadəsinə verildi [33].
Ümumiyyətlə, işğal olunmuş Azərbaycan ərazilərində 152 əhəmiyyətli ağac
növü, 13198 hektar qiymətli meşə sahələri, 5 ədəd geoloji obyekt, 155 müx-
təlif növ faydalı qazıntı yataqlan, o cümlədən 11 şirin yeraltı, 10 mineral su
yataqlan, 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun, 1 sink, 14 əlvan bəzək daşlan, 1 ob-
sidion, 1 perlit, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 9 gips, 1 anhid-
rit, 1 gəc, 5 tikinti qumu, 5 qum-çınqıl, 13 müxtəlif növ tikinti daşlan, 10 gil, 1 so-
da üçün xammal, 21 pemza, vulkan külü, qiymətli və nadir yataqlar Ermənistan
silahlı birləşmələri tərəfindən ələ keçirilmiş və qəddarcasma mənimsənilir [1].
Həmçinin Azərbaycan ərazisində mövcud olan irili-xırdalı 7 relikt gil, 460-dan
çox yabanı ağac və çöl-bitki növləri, 300-400 il yaşı olan çinar ağaclan işğal
altmdadır [31]. Buradakı qiymətli ağaclar doğranaraq Avropaya - Fransa və
İtaliyaya ixrac olunur. Bütün bunlarla yanaşı, Ermənistanm Azərbaycana hərbi
təcavüzü nəticəsində 288 uşaq bağçası, 799 ümumtəhsil məktəbi, 11 texniki
peşə məktəbi, 9 orta ixtisas təhsil müəssisəsi, ali məktəb, 2 ali ixtisas filialı,
900 yaşayış məntəqəsi, 107 mindən çox yaşayış evi, 4366 mədəni məişət
obyekti, 855 məktəbəqədər uşaq müəssisəsi, 397 xəstəxana, 10 məscid, 10 po-
liklinika, 10 doğum evi, 76 aptek, 4 sanatoriya, 20 müasir tipli mədəniyyət sa-
rayı, 40 mindən çox sənət əsərləri, nadir qızıl və gümüş məmulatlan, qədim
xalçalar, 22 muzey, 927 kitabxana, 808 klub, 4 rəsm qalereyası, 6 teatr müəs-
sisəsi, 2 konsert salonu, 8 mədəniyyət və istirahət parkı, 85 musiqi məktəbi,
65 attraksion, 40 min tarixi əşya, 4,6 milyon kitab fondu dağıdılmış, oğurlanmış
və məhv edilmişdir [32, 33]. Ermənistanm Azərbaycana hərbi təcavüzündən
sonra erməni vandallan tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində Azər-
baycanın 95141 hektar torpaq sahəsi məhv olmuş, yanğmlann nəticəsində döv-
lətimizə 198 milyon ABŞ dollan dəyərində ziyan dəymişdir [33].
Bu gün Azərbaycanm 20 faiz ərazisi işğal altmdadır. Bir milyondan artıq
azərbaycanlı ev-eşiyini itirib, ən adi məişət şəraitindən məhrum olub, qaçqm
düşərgələrində yaşamaq məcburiyyətində qalıb. Qaçqın düşərgələrində azər-
baycanlılann yeni nəsli yetişir. Gənc nəsl bütün bunlan yadda saxlamahdır.
Yadda saxlamahdır ki, bütün əsrlər boyu ermənilər bizim şəhər və kəndlə-
rimizi xarabahqlara çevirib, azərbaycanlılann qanı axıdılıb, körpələr süngü-
lərə keçirilib, nənələr-babalar qanma qəltan edilib, analanmız, bacılanmız,
gəlinlərimiz gözü yaşlı qalıb. Qədim tarixə malik ellərimiz-obalarımız, dədə-
babalanmızm məzarları düşmənin əsirinə çevrilmişdir. Bu gün hər bir Azər-
baycan Vətəndaşı Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırdır.
Vətənimizi əsarətdən biz xilas etməliyik və edəcəyik!!!
Dostları ilə paylaş: |