mEhrİban Xanım ƏLİYEVanın
mƏqaLƏLƏrİ “azƏrbaYcan-İrs” jurnaLının
sƏhİfƏLƏrİndƏ
Azərbaycan mədəniyyətinin ölkədə və xaricdə daha geniş təbliğ olunması
məqsədilə Mehriban xanım Əliyeva 1996cı ildə Azərbaycan, rus və ingilis
dillərində çap olunan “AzərbaycanİRS” jurnalını təsis etmişdir. Jurnal artıq 16
dəfə dərc olunmuş və həmin buraxılışlar dünyanın bir sıra ölkəsində yayılmış
dır. Jurnalda Azərbaycan tarixinə, mədəniyyətinə dair materiallar dərc olunur.
“AzərbaycanİRS” jurnalında Mehriban xanım Əliyeva Azərbaycanın qə
dim, zəngin və əsrarəngiz millimənəvi dəyərləri ilə bağlı məqalələrlə çıxış
etmişdir ki, onları hörmətli oxucuya təqdim etməyi vacib hesab edirik.
azƏrbaYcan mƏbƏdLƏrİ
Tarixən Azərbaycan böyük bir sahədə – Qafqaz dağlarından başlayıb müa
sir İrandakı Səfiyurd çayı arasındakı ərazidə yerləşirdi. Azərbaycan ərazisindən
karvan yolları, o cümlədən Şumer, Assuriya, yunan, Roma, İran, türk, hind, Çin
və s. kimi qədim sivilizasiyaları birləşdirən Böyük İpək Yolu keçirdi. Bu
sivilizasiyaların hər biri öz mədəniyyətini və etiqadını güclə, yaxud – xoşluqla
Azərbaycanda yaymağa can atırdı. Azərbaycan bu gün özünə doğmalaşmış is
lam dinini qəbul edənə qədər demək olar ki, dünyanın bütün dinlərindən
keçmişdir. Qərbdən Bizans, cənubqərbdən Suriya Azərbaycanda xristianlığı,
cənubdan, cənubşərqdən İran zərdüştlüyü, şimaldan xəzərlər iudaizmi yayma
ğa cəhd göstərirdi, səlcuqlar, türkmonqollar isə özləri ilə buddizmi gətirmişdi
lər. Çox vaxt məbədləri əhalinin əsas hissəsinin dini qəbul etməsindən, yaxud
da onun dövlət dini elan olunmasından çoxçox əvvəl inşa etməyə başlayırdılar.
Belə ki, tək Qafqazda deyil, bütün xristian aləmində ən qədim abidələrdən sa
yılan Şəkinin Kiş kəndindəki xristian məbədi Qafqaz Albaniyasının xristianlığı
qəbul etməsindən xeyli əvvəl tikilmişdi. Avestada adı çəkilən TəxtiSüley
mandakı odlar məbədi zərdüştlüyün ən qədim abidələrindən biri olmaqla bəra
bər, həm də ən çox sayılanı idi. Özlərinin məşhur məbədləri olmasına baxma
yaraq, Sasani şahənşahlarının tacqoyma mərasimləri bu məbəddə keçirilirdi.
Yampolski Azərbaycanı zərdüştlüyün papalıq vilayəti adlandırırdı. Belə vila
yətlərdən biri, özündə Qobustanı və Abşeronu birləşdirən və hazırda Suraxa
nıda fəaliyyətdə olan Atəşgah məbədi, qədim odlar məbədi və odlar mehrabının
qalıqları tapılan Bakı rayonu idi. Zaqatala rayonunda eramızın əvvəllərində çox
unikal qayaüstü məzdəkizm abidəsi günümüzədək gəlib çatmışdır. Qarabağda,
ŞəkiZaqatala rayonunda, həmçinin Qazax rayonunda xristianlığın çoxlu mə
163
bədləri qalmışdır. İlk dəfə İlhanilər tərəfindən inşa edilmiş çoxlu budda məbəd
ləri sonradan islamı qəbul etmiş xələfləri tərəfindən dağıdılmışdı. Qədim yəhu
di məbədi qalmamışdır.
Dağ yəhudilərinin bu gün də Qubada fəaliyyətdə olan ilk sinaqoqu XIX əs
rin sonlarında tikilmişdir. Ərəb müsəlman dünyasından xaricdə ən qədim məs
cidlər Azərbaycanda inşa edilib bugünümüzədək qalmışdır. Yuxarıda deyilən
lərlə əlaqədar çoxları Azərbaycanı Allah tərəfindən xeyirdua verilmiş ölkə he
sab edirdilər. O, (Azərbaycan ölkəsi) bəxtiyar ölkələrdən biridir. Onda günəş
idrakı parladı. Bu ölkə Allahdan xeyirdua alıb. O, peyğəmbərlərin və müqəd
dəslərin mehrabıdır. Gənc, müstəqil Azərbaycan qarşısında bugünümüzədək
gəlib çatmış zəngin irsi bərpa edib qorumaq kimi məsul və şərəfli vəzifə daya
nır. Jurnalın bu nömrəsi Azərbaycan məbədlərinə həsr olunmuşdur. Biz gələ
cəkdə də bu problemə qayıdacaq və oxucularımızı bu mövzularla tanış edəcəyik.
164
hƏYat dƏrsİ
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60cı
illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru
statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli, enişliyoxuşlu bir dövrün
mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb,
uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalar
dan qatqat tutumlu əks etdirə bilər. Heydər Əliyev. Tarix salnaməsinin XX əsr
üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azər
baycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi
tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider. Mənim də mənsub
olduğum nəsil üçün – dünyaya 60cı illərdə göz açanlara – o, ailə üzvü qədər
yaxın və doğmadır. Və bu yaxınlıq tamamilə təbiidir.
Hələ məktəb illərindən universitetə qədər, oradan da müstəqil həyata vəsiqə
alanlar üçün Heydər Əliyev möhkəm iradəsi, təşkilatçılıq və dövlətçilik vərdiş
lərinin unikal virtuozluğu ilə heyran edən, geniş erudisiyası, qibtəediləcək
işgüzarlığı, sənətə vurğunluğu və sənət adamlarına himayədarlığı ilə örnək bir
lider olmaqla yanaşı, həm də bizim gündəlik həyatımızın, məişətimizin təcride
dilməz hissəsi idi.
O zamanın qanunlarına görə yaşayan bir cəmiyyətdə respublika başçısının,
sözün yaxşı mənasında, millətpərəst bir insan olması onun həyatının nə qədər
maneələrlə, üstüörtülü təhlükələrlə, daxili sarsıntılarla dolu olduğunu göstərir.
Başqa cür ola da bilməzdi! Axı Azərbaycan üçün Heydər Əliyev möhkəm
sipər, dayaqdır. Bunu bizim nəslimiz 80ci illərin sonunda Vətənin üstünü qara
buludlar alanda – Qarabağ savaşında, 20 Yanvar faciəsində haqsızlıq və laqeyd
lik ilə üzüzə qalanda hiss etdi. Onun Azərbaycan üçün varlığının taleyin Tanrı
payı olduğunu onda dərindən duyduq. Hiss etdik ki, “Azərbaycan və Heydər
Əliyev qırılmaz tellərdir” kəlmələrinin ifadəsi adi ritorika deyil. Tərəqqisi üçün
çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşün
düyü Vətən – Azərbaycan taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı.
Hüseyn Cavidi uzaq soyuq Sibirdən Vətəninə qaytaranda, dahi həmvətənlərinin
xatirəsini əbədiləşdirmək üçün birbirindən əhəmiyyətli tariximədəni layihələ
ri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİnin aparıcı ali məktəblərinə
oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri
daim diqqət mərkəzində saxlayanda o, bizlərə – “bu Vətən sənin, mənim,
hamımızındır” kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi. 1993
cü ildə yenidən Azərbaycan tarixini yaradan Heydər Əliyevi dəstəkləmək üçün
meydanlara yığışan, onun səsinə səs verən milyonlarla azərbaycanlı arasında
biz də – dünyaya 60cı illərdə göz açanlar da var idik.
Mənim həmyaşıdlarım həyatlarındakı Heydər Əliyev mərhələsinin bu gü
nünü yaşayır, yenə də həyat dərsi keçir. Bu dərs onun timsalında ruhun,
iradənin gücünə, insanın məğlubedilməzliyinə inam dərsidir.
165
üzüYümün qaşı fİruzƏdƏndİr...
Müasir Azərbaycan mədəniyyətinin möcüzəli, ecazkar bir musiqi dünyası
var. Bu dünyanın parlaq ulduzları – Fidan və Xuraman Qasımovalar artıq iyir
mi beş ildir valehedici, bənzərsiz, ilahi səsləri ilə Azərbaycanı dünyada tanıdan
əsl sənət elçiləridir. Milli vokal məktəbimizin mötəbər beynəlxalq müsabiqələr
də ən yüksək səviyyədə – qaliblər zirvəsində təmsil olunması ilk dəfə Fidan və
Xuraman Qasımovaların adı ilə bağlıdır. Fidan xanımın İtaliyada (Viotti adına),
Xuraman xanımın Yunanıstanda (Mariya Kallas adına), Rusiyada (Pyotr Çay
kovski adına) sənət yarışmalarında parlaq qələbələri XX əsr Azərbaycan mu
siqi tarixinə qızıl hərflərlə yazılmışdır. Tale onlardan sanki heç nəyi əsirgə
məyib – gözəl səs, gözəl sima, nadir istedad... Hər iki bacının ümumiləş dirilmiş
obrazı məhz bu iki kəlməyə köklənir: Gözəllik və İstedad. Fidan Qasımovanın
Nigarı, Marqaritası, Dezdemonası, Tatyanası, Mimisi..., Xuraman Qasımovanın
Sevili, Toskası, Aidası...
Müğənnilərin opera səhnəsində yaratdıqları obrazlar qalereyası texniki ka
milliyi, obrazın daxili aləminin parlaq təcəssümü ilə diqqəti cəlb edir. Hələ on
ların dünya vokal ədəbiyyatını – Baxdan tutmuş müasir Azərbaycan bəstəkar
larının əsərlərinə qədər – əhatə edən zəngin repertuarını demirik. İyirmi beş
ildə Fidan və Xuraman Qasımovaların həyatında uğur, parlaq qələbələr kədərli,
qəmli anlarla qoşa addımlayıb. Lakin hər iki sənətkar taleyin zərbələrinə sinə
gərərək bu gün də dünyanın hər bir guşəsində bolbol alqış qazanır, Azərbay
can musiqisinin salnaməsini yaradır. Fidan və Xuraman Qasımovalar ən ali
dövlət mükafatlarına layiq görülüblər. Lakin onların ən böyük mükafatı tama
şaçı ilə dolu, güllüçiçəkli konsert zalları, teatr səhnələri, xarici ölkələrə çox
saylı dəvətlər, Bakı Musiqi Akademiyasındakı tələbələri və həmkarlarının
məhəbbətidir.
166
azƏrbaYcan İdmanının qƏdİm ƏnƏnƏLƏrİ
Bu il biz Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılma
sının 10 illiyini qeyd edirik.
Komitə 1992ci ildə, ölkəmizin müstəqillik qazandığı gündən üç ay sonra
yaradılmışdır. Olimpiya oyunları – bu heyrətamiz yaradıcılıq insan cəmiyyəti
nin mədəni, humanist minilliyə qədəm qoymasının ifadəsidir. İnsana xas olan
mübarizlik ruhu, güc nümayişi, döyüşkənlik humanist formada özünü göstər
məyə başladı. Oyunlar və yarışların müharibələri əvəz etməsi qədim Elladanın
ən möhtəşəm nailiyyəti hesab olunmalıdır. Çünki o dövrdə olimpiadada,
vicdanlı yarışda rəqibinə qalib gələn və iştirak etdiyi idman növündə gör-
kəmli nailiyyətlər qazanan idmançı ölkəsinin ən hörmətli şəxsi, qəhrəmanı
hesab olunurdu. Bu da əlamətdardır ki, Olimpiya oyunları keçirilən zaman bü
tün hərbi münaqişələrə son qoyulurdu. Bu isə öz növbəsində ümumi sülhə tərəf
addım idi. Azərbaycanda bədən tərbiyəsi və idmana bütün dövrlərdə böyük
diqqətlə yanaşırdılar. Çünki insanın cəmiyyətdəki mövqeyi at çapmaq, ox at
maq, qılınc oynatmaq, güləşmək məharətinə və eyni zamanda fiziki qüvvəsinə
görə müəyyənləşirdi. Yaşlılar öz bacarıqlarını ov zamanı, hərbi yürüşlər zamanı
və bayramlar münasibəti ilə müntəzəm keçirilən yarış və oyunlarda təkmilləş
dirirdilər. Cıdır və dəvələrin yarışı xüsusilə məşhur idi. Çovqan zadəgan oyu nu
hesab edilirdi ki, onu da xüsusi atlar üzərində bunun üçün nəzərdə tutulmuş
ayrıca meydanda keçirirdilər. Lakin çovqanı at sürməyi azacıq da olsa bacaran
hər bir kəs istənilən meydançada oynayırdı. Yarışlarda Şah ailəsinin üzvləri də
iştirak edirdilər. Meydanda özünü xarici qonaqlara göstərmək və on ların hərbi
hazırlığını sınamaq olardı.
Uşaqlar çovqanı ot üzərində oynayırdılar. Oxatma yarışları da geniş
yayılmışdı. Bunlardan ən mürəkkəbi at çaparaq uzaq məsafədəki hədəfi – uzun
şaquli taxtanın ucuna qoyulmuş kiçik həlqədən keçirmək üzrə yarış idi.
Azərbaycan milli yarışları arasında ən qədimi və ən çox seviləni Güləşdir.
Bu idman növünün xüsusiyyətlərini bir çox Şərq güləş növlərində tapmaq
mümkündür. Bayram şənliklərində tanınmış pəhləvangüləşçilər arasında yarış
ların keçirilməsi ənənəsi bizim günlərə qədər gəlib çatmışdır. Bahadır
pəhləvanlar xalq arasında böyük hörmətə malik idilər. Pəhləvan adına layiq
görülmək və bu adı təsdiqləyən sənədə sahib olmaq üçün fiziki hazırlığın
yüksək mərhələsinə çatmaq lazım idi. Qədim dastanlarda birbirinə qarşı
vuruşan iki düşmən ordunun və ya dəstənin taleyini pəhləvanların görüşü həll
edirdi. Azərbaycanın orta əsr pəhləvanlarının adlarını tarixi yazılar və şairlər
bizə çatdırmışlar. Belə hesab olunur ki, Şah İsmayılın dövründə xüsusi alətlər
ilə çıxış edən pəhləvanlar hazırlanan Zorxanalar yaradılmışdı.
167
İdmançılar üçün meydança və tamaşaçıların əyləşməsi üçün amfiteatrı olan
gümbəzli Zorxana binaları bir növ idman sarayları idi. Halhazırda Zorxana
binaları Bakıda, Gəncədə və Ordubadda var. Azərbaycan Tarixi muzeyində
Zorxanada çıxış edən pəhləvanların idman alətləri saxlanılır. İntellektual oyun
lar da çox geniş yayılmışdı. Bunlar arasında xüsusən şahmat, nərd və başqaları
nı qeyd etmək olar. Şahmat və dama oyununu adətən ənənəvi tərzdə və
gözübağlı oynayırdılar. Gözübağlı oyun tərzi karvan səyahətləri zamanı təkmil
ləşmiş və uzun sürən vaxtı qısaltmağa kömək etmişdir. Yarışların demək olar
ki, hamısı musiqi sədaları ilə müşayiət olunurdu. Hətta şahmat oyunu zamanı
ud alətində incə musiqi ifa edilirdi. Zorxanalarda güləş zamanı səslənən
ənənəvi musiqidən başqa pəhləvanların şücaətindən bəhs edən mahnılar da ifa
olunurdu. 1894cü ildə Pyer de Kuberten müasir Olimpiya hərəkatının başlan
ğı cını qoyan Beynəlxalq Olimpiya Komitəsini yaratdı. İnsanların çoxdankı ar
zusu – bərabər döyüşdə qələbə çalmaq, müharibə ilə deyil, hamı tərəfindən qə
bul edilmiş qanunlar üzrə bitərəf hakimlər qarşısında yarışlarda öz məharətini
sübut etdirmək arzusu həyata keçdi. Birinci Müasir Olimpiya Oyunları 1896cı
ildə Afinada keçirildi. Bundan düz 100 il sonra Azərbaycan Atlantada keçirilən
XXVI Olimpiya oyunlarında müstəqil dövlət kimi çıxış etdi (Azərbaycan
idmançıları Olimpiya oyunlarında ilk dəfə 50 il bundan əvvəl, SSRİ yığma
komandası tərkibində çıxış etmişlər). Bundan sonra idmançılarımızın Avstrali
yanın Sidney şəhərində keçirilən yay Olimpiya oyunlarında zəfərli çıxışları baş
verdi – onlar Vətənə iki qızıl və bir bürünc medal ilə qayıtdılar. Olimpiya hərə
katının bu on ili ərzində Azərbaycanda artıq müstəqil dövlətin vətəndaşları olan
çoxlu miqdarda yeni nəsil idmançıları hazırlanmış, Bakıda, Naxçıvanda, Gən
cədə və Maştağada müasir tələblərə cavab verən idman kompleksləri ucaldıl
mış, bir neçə beynəlxalq turnir, Avropa və dünya birincilikləri keçirilmişdir.
Ölkəmizin Olimpiya hərəkatının 10 illiyi münasibətilə jurnalımızın növbəti
sayını Azərbaycanda idmanın inkişafı mövzusuna həsr etmək qərara alınmışdır.
168
qızıL İrsİmİz
2001ci ildə Şah İsmayılın Azərbaycan Şahı kimi taxta çıxması və Səfəvi
dövlətini yaratmasının 500 illiyi tamam olur. Səfəvilər dövründə Azərbaycanda
təsviri sənət qeyriadi yüksəkliklərə çatmışdı ki, bu da öz növbəsində, ölkədə
bu incəsənət növünün gələcək inkişafına böyük təsir göstərmişdi. O dövrün
dahi Azərbaycan rəssamları, dünya şöhrəti qazanmış Sultan Məhəm məd, Ağa
Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Müzəffər Əli, Muhammədi və başqa
larının xatirəsini yad etmək üçün jurnalımızın bu nömrəsini təsviri sənət möv
zusuna həsr etmişik. Azərbaycan təsviri sənətinin tarixi kökləri çox qədimdir.
Qədim rəssamlar insan və ov etdikləri heyvan təsvirlərini yüksək bədii ustalıqla
təsvir etmişlər. Onlar artıq o dövrdə mərasim rəqslərinin hərə kətlərini və ov
zamanı təqib səhnələrinin dinamikasını təsvir etməyi bacar mışlar. Qobustanda
olan bir çox qayaüstü rəsmlər sübut edir ki, rəssamlar mərasimlərin məzmu
nundan asılı olaraq qadağan olunmuş ecazkar obrazların abstrakt təsvirlərini
verməyi öyrənmişlər. Azərbaycanın ərazisində (Manna dövləti, e.ə. IXVII
əsrlər) öz gözəlliyi və işləmə texnikası ilə insanı heyran edən və üzərində al
lahlara qurbankəsmə səhnələri, ölkə başçıları, musiqiçilər və başqalarının
təsvirləri olan nadir qablar tapılmışdır. Tanınmış rus sənətşünası Lukonin hesab
edir ki, qonşu ölkələrin incəsənətinin mənbəyini Manna dövlətinin ərazisində
axtarmaq lazımdır. O yazır: “Bu ərazinin incəsənəti həm skiflərin incəsənətinin,
həm midiyalıların incəsənətinin, həm farsların incəsənətinin formalaşması üçün
əsas olmuşdur. Zaviye abidələri ilə təqdim olunan bu dövr xüsusilə maraqlıdır.
Çünki bir tərəfdən, bu abidələrdə biz yaxın zamanlarda tapılmış sivilizasiyanın
son inkişaf mərhələsini müşahidə edirik, o biri tərəfdən isə, onlar skif incə
sənətinin başlanğıc mərhələsi və fars incəsənətinin ilk abidələri ilə bilavasitə
bağlıdırlar. Orta əsrlərdə kitab incəsənətinin inkişafı ilə əlaqədar Azərbaycan
müsəlman Şərqində kitab miniatürünün inkişafında əsas mərkəzlərdən biri olur.
Yaxın və Orta Şərqdə ilk, ən erkən miniatürlər Azərbaycan şəhərlərindən Xoy,
Marağa və Təbrizdə Azərbaycan Atabəyləri (Eldəgizlər) dövründə, XIV əsrin
sonu və XV əsrin əvvəllərində yaradılmışdır. Bir qədər sonra Azərbaycan
dövlətləri Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin bədii emalatxanalarında
dünya bədii mədəniyyəti xəzinəsini zənginləşdirmiş özünəməxsus və orijinal
kitab miniatür məktəbləri yaranır. Alman alimi F.Şults XIVXV əsrlər Azər
baycan (Təbriz) miniatür məktəbini Şərqin bir çox bədii məktəblərinin “alma
materi” adlandırmışdır. İlk mərhələdə Azərbaycan mi niatürü Mesopotamiya və
türkuyğur incəsənətinin təsiri altında inkişaf edirdi. Lakin artıq XVII əsrin
əvvəllərində və daha sonra Avropa rəssamlığının təsiri təkcə miniatür yara
dıcılığında deyil, təsviri incəsənətin başqa növlərində də aydın gözə çarpır.
XIX əsrin əvvəlləri və Azərbaycanın şimal hissəsinin Rusiyaya birləş
169
dirilməsindən sonra bu proses öz ifadəsini saray və binaların divar naxışlarında
və təzəcə yaranan dəzgah rəssamlığında tapır.
Təbriz, İrəvan, Şuşa, Şəki, Xoy şəhərlərindəki saray və fərdi yaşayış evləri
yeni üslubda naxışlanır. İranda və Azərbaycanda (İrəvani, Qarabaği, Allahverdi
Əfşar, Mir Əli, Məhəmməd Həsən Əfşar və bir çox başqaları) Azərbaycan
zadəganlarının gözəl portretləri yaradılır. Avroparus məktəbi rəssamlarının ilk
nümayəndələri (İbrahim Səfi, Bəhruz Kəngərli, Əzim Əzimzadə və başqaları)
yaradıcılıq yoluna qədəm qoyurlar. 1920ci ildən başlayaraq ölkədə Azər
baycan üçün yeni peşəkar bədii təhsil sistemi formalaşmağa başlayır. Yeni
Azərbaycan rəssamlıq məktəbi yaranır. Sosialist realizmindən avanqarda kimi
çətin inkişaf yolu keçmiş və özündə Şərqin və Qərbin ənənələrini birləşdirmiş
bu məktəb yeni minilliyin əvvəlində kamillik səviyyəsinə çataraq özündə par
laq bədii fenomeni təcəssüm etdirir. Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul
Nərimanbəyov, Rasim Babayev, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov,
Cavad Mircavadov, Əşrəf Murad oğlu, Tofiq Cavadov, Qorxmaz Əfəndiyev,
Müslüm Abbasov, Kamal Əhməd, Altay Sadıqzadə, Qəyyur Yunus və bir çox
başqalarının adları Azərbaycanın hüdudlarından çoxçox uzaqlarda məşhurdur.
170
rƏşİd adLı bİr möcüzƏ
Rəşid adlı bir möcüzəyə həsr olunub bu sayımız. Jurnalımızın tarixində ilk
dəfə olaraq hər bir səhifəsini ayrılıqda və jurnalı bütövlükdə bir şəxsiyyətə, bir
incəsənət xadiminə həsr edirik. Rəşid Behbudov yaradıcılığından bəhs edərkən
– “ilk dəfə” ifadəsi teztez səslənib. Məhz Rəşid ilk dəfə olaraq ekranda
bənzərsiz Əsgər və operada Balaş obrazlarını yaradıb. Məhz Rəşid bir çox
mahnının ilk və təkrarolunmaz ifaçısı olub. Məhz Rəşid ilk dəfə “Mahnı
Teatrı” adlı ecazkar bir dünya yaradıb. Məhz Rəşid ilk dəfə olaraq Azərbaycan
nəğməsi ilə, demək olar ki, bütün dünyanı dolanıb, Yer kürəsinin hər bir
nöqtəsində doğma Azərbaycanı tərənnüm edib. Bütöv bir dünya idi Rəşidin özü
də, sözü də. Hər birimiz özümüzü Rəşid adlı bir dünyanın ayrılmaz parçası hiss
edərək çox gözəl başa düşürük ki, Rəşid nəğməsi, Rəşid səsi, Rəşid avazı hələ
uzun illər bizim daxilimizdə yaşayacaqdır. Rəşid möcüzəsi dedikdə, biz
Rəşidin özünün və sənətinin bu bənzərsizliyinə işarə edərək heç vaxt dəqiq
təhlilə yatmayan bir çox problemləri sözün gücü ilə açıqlamaq istəyirik. Gözəl
başa düşürük ki, əslində, Rəşid yaradıcılığı, Rəşid sənəti həyatımızın elə
ayrılmaz hissəsi olub ki, bu deyilən söz bizim özümüzün haqqındadır. Qəribə
musiqi duyumu var idi Rəşid Behbudovun. Onun nəğməsində, onun yaradı
cılığında dövrün mühiti ilə ecazkar bir həmahənglik duyulurdu. Azərbaycan
musiqi tarixində Rəşid bizim özümüzü də, bizim bədii zövqümüzü də
dəyişdirməyə qadir olan bir sənətkar kimi qalacaqdır. XX əsrdə Azərbaycan
musiqisində baş verən dəyişikliklərin səbəblərini Rəşid möcüzəsində axtarıb
tapmaq olar. Müasir dünyanın bütün ritmlərini, daxili melodiyalarını böyük
həssaslıqla duyan Rəşid Behbudov özünə xas olan dərin zövqü, coşqun ehtiras
və hərarətli yeni melodiyalar, yeni abhava ilə, yeni musiqi mənzərəsi forma
laşdırırdı. Rəşid Behbudovun sənət aləmində gerçəkləşdirdiyi bir inqilab, söz
süz ki, Azərbaycan musiqi sənətinə xas olan milli muğam ənənələrinin
üzərində qurulmuşdu. O, bizim keçmişimizi öz daxilində əridərək, sənət süzgə
cindən keçirəkeçirə Azərbaycan mahnısına yeni bir həyat verdi. Böyük bir us
tad kimi o, dünənimizi, bugünümüzü və sabahımızı öz yaradıcılığında bir
vəhdət halında, bütöv bir şəkildə birləşdirməyə qadir oldu. Dərin ustalıq tələb
edən bu heyrətamiz dəyişikliklər onun nə dərəcədə böyük ustad olduğunun
kiçik bir sübutudur. O, bu gün də hamımızın ustadıdır. Onun fəth etdiyi zirvələr
bu gün də bizim üçün gözqamaşdırıcı üfüq lər açır. Rəşidin öz üslubu, öz sözü
var idi sənətdə. Belə bir üslubun formalaş ması ilk növbədə Rəşid şəxsiyyəti ilə
bağlı idi. Hansı musiqişünası dindirsəniz, deyəcək ki, müğənnilərin ifa üs
lubunu məhz bəstəkarlar formalaşdırır. Rəşid səsi, Rəşid ifa tərzi isə əksinə, bir
çox bəstəkarların yaradıcılığına böyük təsir göstərərək, yeni bir üslubun
formalaşmasına təkan verdi. Səhnədə Rəşidi dinlə məyə başlayan zaman insan
171
da ancaq bir fikir yaranırdı ki, bu nəğmənin varsayoxsa bir müəllifi vardır – o
da Rəşid Behbudov özüdür. Əbəs yerə deyil ki, Tofiq Quliyev Rəşidi ifa etdiyi
bütün əsərlərinin həmmüəllifi adlandırırdı. Rəşidin ürəyindən gələn, bizim
ruhumuzu oxşayan, bizi pərvazlandırıb az qala uçmağa vadar edən səsin
sehrinə bürünüb gələn bu sözlər, bu cazibədar musiqi elə bil Rəşidin beynində,
içində, qəlbində yaranıb bizə çatdırılır. Rəşid möcüzələrinin, Rəşid uğurlarının,
Rəşid ölməzliyinin bir sirri də məhz budur. Ovsun dolu səsiylə Rəşid elə bir
möcüzədir ki, sadəcə adını çəkməklə gözlər önündə bütöv bir dünya canlanır.
Həm də elə bir dünya ki, hər təzə gələn nəsil onu yeni bir tərzdə qavrayır.
Yaşamağı ondandı ki, dünyanı qurtaracaq ruhuyla gözəl idi Rəşid və bir da ona
görə ki, bənzərsiz idi, bir daha təkrarı olmayacaq dı onun. Rəşid Behbudovun
sənət dünyasında Şərqlə Qərb, Asiya ilə Avropa, gündoğanla günbatan bir
birinə qovuşur. Dünya şöhrətini qazandıqdan sonra da o, Rəşid olaraq qaldı. O
yenə də həmin arşınmalçı Əsgər, talesiz Balaş, könülaçan, qəlboxşayan o şirin
və məlahətli səsiylə doğma Qarabağı, doğma Azərbaycanı tərənnüm edən dahi
müğənni, sadə insan, əsl vətəndaş olaraq qaldı. Elə Qarabağ dərdi də onun incə
sənətkar qəlbini qırdı. Qarabağ dərdi ilə Rəşid köç etdi bu dünyadan. Şirin ana
laylasından dilimizin ətri gəlir. Beşik dəykən uşaqlıq dünyamız anamızın ətrinə
bürünən laylay və nazlamalarla dolu bir dildə yaranır. Bizim hamımızı öz qoy
nuna alan böyük Azərbaycan dünyası da elə bil bütövlükdə Rəşid səsi, Rəşid
avazı, Rəşid nəğməsi ilə bizi böyüdüb boyabaşa çatdırıb. Bu dünya durduqca
Rəşid möcüzəsi də yaşayacaqdır.
|