Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
arzularını yetirmişdir. 
Zirə qəsəbəsinin sakini Əlisahib Məmmədov isə çıxışında demişdir: “Tele­
viziya  ekranlarında  nəvələrimizin  də  bir­birinə  “bizim  deputatımızdır”  deyə 
fəxrlə göstərdiyi Mehriban xanım, düz bir il əvvəl Siz Zirə ağsaqqallarını yığıb 
problemlərimizi soruşanda, mən kənd ağsaqqalları adından bir neçə məsələni 
diqqətinizə çatdırmışdım. Fikirləşmişdim ki, zərif bir qadının çiyninə bu qədər 
problemin həllini qoymaqla, bəlkə də, günah iş görürəm. İndi, bir ildən sonra 
Sizə  camaatımız  adından  ancaq,  “Sağ  olun,  Allah  xoşbəxt  ailənizi  başacan 
eləsin!”  deməyə  gəlmişəm.  Siz  bizim  dilə  gətirmədiyimiz,  özünüzün  gəzib 
gördüyünüz çatışmazlıqları da aradan qaldırmısınız”. 
Daha  sonra  Heydər  Əliyev  Fondunun  əməkdaşı  İlqar  Mustafayev  son  bir 
ildə  deputat  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  Əzizbəyov  rayonunda 
görülmüş işlər haqqında qısa məlumat verərək demişdir: “Şüvəlan qəsəbəsində 
beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, ye­
tim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı inter­
nat məktəbi, 1 nömrəli uşaq evinin yay düşərgəsi, Şimal DRES­i qəsəbəsindəki 
10  nömrəli  uşaq  bağçası  və  230  nömrəli  məktəb,  31  nömrəli  birləşmiş  şəhər 
xəstəxanası  əsaslı  şəkildə  bərpa  edilib  yenidən  qurulmuş,  156  nömrəli  orta 
məktəb üçün 700 şagird yerlik yeni bina inşa edilmişdir. Müasir tipli şahmat 
mərkəzinin tikintisi layihələndirilir, Şüvəlan qəsəbəsinin yolları təmir edilmiş 
və işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır. Qəsəbəyə su xətti çəkilmişdir. 
Şimal DRES­i qəsəbəsində binaların dam örtüyünün və fasadının təmir işlərinə 
başlanılmışdır. 
Binə  qəsəbəsində  alaqapı  tikilmiş,  1176  şagird  yerlik  218  nömrəli  əsas 
məktəbin yeni binasının inşasına başlanılmışdır. 70 nömrəli körpələr evi – uşaq 
bağçası, İmam Rza məscidi, Möhsün Səlim məscidi yenidən qurulmuş, 110 ki­
lovoltluq “Yeni Binə” yardımçı stansiyası istifadəyə verilmiş, qəsəbəyə su xətti 
çəkilmiş, əsas yollar təmir olunaraq işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır. 
Türkan  qəsəbəsində  alaqapı,  Təhsil­tədris  Mərkəzi  və  256  nömrəli  əsas 
məktəbin 300 şagird yerlik yeni binası inşa olunmuş, nitqi qüsurlu uşaqlar üçün 
respublika internat məktəbi, 214 nömrəli uşaq bağçası, 17 nömrəli şəhər polik­
linikası,  18  nömrəli  təcili  yardım  stansiyasının  25  nömrəli  filialı  yenidən  qu­
rulmuş,  aptek  istifadəyə  verilmiş,  bankomat  quraşdırılmış,  Türkan  parkının 

117
yenidən qurulması işlərinə başlanılmışdır. Qəsəbənin əsas yolları təmir edilərək 
işıqlandırılmış, yol boyu dayanacaqlar quraşdırılmışdır. 
Zirə qəsəbəsində alaqapının, Qışlaq sahəsindəki 122 nömrəli ibtidai məktəb 
üçün  100  şagird  yerlik  binanın  inşası  başa  çatmış,  neftçi  Əbdülhəsən  Ba­
bayevin  abidəsi  yenidən  qurulmuş,  xalq  rəssamı  Baba  Əliyevin  barelyefi 
açılmış,  bankomat  qoyulmuş,  qəsəbənin  əsas  yolları  təmir  edilmiş,  işıqlan­
dırılmış, dayanacaqlar quraşdırılmışdır. Zirə parkının, mədəniyyət evinin, iaşə 
kompleksinin inşasına başlanılmışdır. 
Mərdəkan qəsəbəsində 2 nömrəli yetim və valideyn himayəsindən məhrum 
uşaqlar üçün internat məktəbi, oğlanlar üçün respublika xüsusi məktəbi yeni­
dən  qurulmuş,  183  nömrəli  məktəb  üçün  yeni  tədris  korpusu,  rayon  mərkəzi 
kitabxanası üçün bina inşa olunmuşdur. Hazırda Əzizbəyov adına mədəniyyət 
evində yenidənqurma işləri gedir. Pir Həsən ziyarətgahının yenidən qurulması 
başa çatmaqdadır. 
Buzovna  qəsəbəsində,  206  nömrəli  orta  məktəb  üçün  əlavə  korpus  inşa 
edilmiş,  1296  şagird  yerlik  məktəbin,  Cümə  məscidinin  yenidən  qurulmasına 
başlanmışdır”. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  türkdilli  ölkələrin 
dövlət  başçılarının  Antalyada  keçirilən  VIII  zirvə  görüşü  çərçivəsində  ölkə­
mizin  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2006­cı il 
noyabrın 17­də “Divan Palya” hotelində Türkiyə Prezidenti Əhməd Necdət Se­
zərin xanımı Səmra Sezərlə görüşmüşdür. 
Görüşdə  iki  dost  və  qardaş  ölkə  arasında  səmimi  münasibətlərin  ardıcıl 
olaraq möhkəmləndiyi, ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndiyi və 
dərinləşdiyi vurğulanmışdır. Bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının 
uğurla  keçən  VIII  zirvə  görüşünün  də  bütün  türkdilli  ölkələrin  xalqlarının,  o 
cümlədən Azərbaycan və türk xalqlarının əlaqələrinin daha da inkişafına yeni 
töhfələr verəcəyi diqqətə çatdırılmışdır. 
Azərbaycan  Respublikasının  Birinci  xanımı, Azərbaycan­ABŞ  parlament­
lərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun preziden­
ti, YUNESKO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ABŞ­a 2006­cı 
il dekabrın 4­də başlanmış səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir. 
ABŞ  Konqresində  Azərbaycan  üzrə  işçi  qrupunun  həmsədrləri,  konqres­
menlərdən: demokrat Solomon Ortis, respublikaçı Bil Şuster və qrupun üzvləri 
Ed Uilfild, Visente Foks ilə görüşündə xanım Mehriban Əliyeva Azərbaycan ilə 
ABŞ arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf et­
diyini  vurğulamışdır.  Görüş  zamanı  bir  neçə  aktual  məsələ,  o  cümlədən  Er­
mənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli,  Azadlığa  Dəstək 
Aktına 907­ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi, 

118
ölkəmizin  müasir  durumu  ətrafında  müzakirələr  aparılmışdır.  Hər  iki  tərəf 
parlamentlərarası  əlaqə  və  mübadilələrin  ölkələrimiz  arasında  münasibətlərin 
daha da gücləndirilməsi üçün əhəmiyyətini vurğulamış və bu sahədə müəyyən 
proqramın tərtib edilməsinin zəruriliyini qeyd etmişlər. 
Mehriban  xanım  ABŞ  Konqresinin  Avropa  və  yeni  təhlükələr  üzrə  alt 
komitəsinin  sədri  vəzifəsinin  icrasına  yaxın  günlərdə  başlayacaq  konqresmen 
Robert  Ueksler  ilə  görüşmüşdür.  Ölkələrimiz  arasında  münasibətlərin  bütün 
sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Mehriban xanım Əliyeva ABŞ­ın 
dəstəyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, ölkəmiz dövlət 
müstəqilliyini əldə etdikdən sonra ABŞ­ın Azərbaycana güclü dəstək verdiyini 
qeyd etmişdir. Mehriban xanım Robert Ueksleri ölkəmizdə həyata keçirilən is­
lahatlar, əldə edilmiş nailiyyətlər ilə tanış olmaq üçün Azərbaycana səfərə də­
vət etmişdir. 
Konqresmen  Ueksler  Azərbaycanın  ABŞ  üçün  əhəmiyyətinə  toxunaraq, 
yeni seçilmiş Konqresin Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana diq­
qətini daha da artıracağına ümidvar olduğunu bildirmişdir. 
Görüşdə regional vəziyyət, Azadlığa Dəstək Aktına 907­ci düzəlişin ləğvi 
istiqamətində səylərin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi 
aparılmışdır. 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva  Corc  Buş 
Prezident Kitabxanası Fondunun prezidenti, ABŞ­ın Milli təhlükəsizlik məsə­
lələri  üzrə  sabiq  müşaviri  general  Brent  Skoukroftla  görüşmüşdür.  Söhbət 
zamanı Heydər Əliyev Fondu ilə Corc Buş Prezident Kitabxanası Fondu ara­
sında əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsə­
lələri  müzakirə  edilmişdir.  General  Brent  Skoukroft  Mehriban  xanım  Əliye­
vanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və səhiyyə 
sahəsində  həyata  keçirdiyi  layihələr  barədə  məlumatı  maraqla  dinləmiş  və 
görülən işləri yüksək qiymətləndirmişdir. 
Azərbaycanın  Birinci  xanımı  Vaşinqtonun  nüfuzlu  təhlil  və  tədqiqat 
mərkəzlərinin, universitetlərinin nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə 
ABŞ­ın  tanınmış  alim  və  ictimai  xadimləri,  o  cümlədən  Syuzan  Eyzenhauer, 
Frederik Star, Svant Kornel, Ancela Stend, Ceyms Beyker, Rob Sobhani, Roald 
Saqdeyev, Ariel Koen iştirak etmişlər. ABŞ­Azərbaycan münasibətlərinin inki­
şafını yaxından izləyən alimlər Azərbaycanın hazırkı mərhələsinə dair öz müla­
hizələrini söyləmiş və bu münasibətlərin dinamikasına yeni ahəng vermək üçün 
fikirlərini bildirmişlər. 
Səfər zamanı Mehriban xanım Əliyeva həmçinin “Volter Rid” adına hərbi 
tibb mərkəzində və Vaşinqtondakı Toxuculuq muzeyində olmuşdur. Toxuculuq 
muzeyində Azərbaycan xalçaçılıq muzeyi ilə uğurla həyata keçirilən layihələr 
barədə Azərbaycanın Birinci xanımına məlumat verilmişdir. 

119
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri 
Mehriban  xanım  Əliyeva  Vaşinqtondakı  ABŞ­Azərbaycan  Ticarət  Palatası 
nəzdində  olan  Azərbaycan  Ticarət  və  Mədəniyyət  Mərkəzində  Amerikada 
yaşayıb  fəaliyyət  göstərən  azərbaycanlı  və  amerikalı  incəsənət  xadimləri  ilə 
görüşmüşdür. 
Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyəsindən danışan 
Mehriban xanım Əliyeva vurğulamışdır ki, zəngin mədəni irsimizin Amerikada 
tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac vardır. 
Bu  layihələrin  sərgilər,  konsertlər,  Amerikada  Azərbaycan  günləri  kimi 
keçirilməsini mümkün hesab edən Azərbaycanın Birinci xanımı bu işdə ABŞ­
da yaşayan azərbaycanlı incəsənət xadimlərinin dəstəyinin vacib olduğunu bil­
dirmişdir. 
Dekabrın  7­də  Azərbaycanın  Birinci  xanımı  Mehriban  Əliyeva  Ağ  evdə 
ABŞ­ın  Birinci  xanımı  Lora  Buş  ilə  görüşmüşdür.  Mehriban  xanım  Əliyeva 
ABŞ­a səfəri zamanı göstərilən qonaqpərvərliyə görə xanım Lora Buşa təşək­
kürünü bildirmişdir. Səmimi şəraitdə keçən söhbətdə iki ölkənin birinci xanım­
ları Azərbaycan­ABŞ münasibətlərinin möhkəmləndirilməsində təhsil, səhiyyə, 
mədəniyyət sahələrinin rolundan danışmışlar. 
Mehriban xanım Əliyeva və Lora Buş bu sahələrdə öz ölkələrində həyata 
keçirilən  proqram  və  layihələr  barədə  bir­birilərinə  məlumat  vermişlər. Azər­
baycanda  Heydər  Əliyev  Fondu  tərəfindən  təhsil  sahəsində  həyata  keçirilən 
layihələr ABŞ­ın Birinci xanımında xüsusi maraq doğurmuşdur. Görüşdə vur­
ğulanmışdır ki, hər iki ölkənin gələcəyi baxımından təhsil sahəsinə yönəldilən 
sərmayə ən dəyərlisidir. Bu sahədə birgə səylərin görülməsinin əhəmiyyətindən 
də danışılmışdır. Bununla bağlı Mehriban xanım Əliyeva Lora Buşun Ameri­
kanın xarici ölkələrlə əməkdaşlıq təcrübəsi barədə məlumatını maraqla dinlə­
mişdir. Görüşün sonunda Mehriban xanım Əliyeva ABŞ­ın Birinci xanımını öl­
kəmizə səfərə dəvət etmişdir. 
Mehriban xanım Əliyeva ABŞ senatoru Key Beyli Hatçinson və Konqresin 
üzvü Şila Sikula Qibs ilə görüşmüşdür. 
Mehriban  xanım  Əliyeva  Azərbaycan  ilə  ABŞ  arasında  münasibətlərin 
uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın daha da gücləndi ril mə­
sinin  vacib  olduğunu  bildirmişdir.  Azərbaycanın  Birinci  xanımı  Xəzər  höv­
zəsində həyata keçirilən enerji layihələrinin əhəmiyyətinə də toxunmuş və bu 
layihələrin reallaşmasında ABŞ­ın mühüm rol oynadığını xüsusi qeyd etmişdir. 
Senator Hatçinson ABŞ ilə Azərbaycanın müxtəlif sahələrdə uğurlu əmək­
daşlığını, ABŞ­ın bir çox şirkətlərinin ölkəmizə irihəcmli investisiyalar qoydu­
ğunu diqqətə çatdırmışdır. Azərbaycana səfərini məmnuniyyətlə xatırla dan se­
nator bu səfərin onda xoş təəssüratlar yaratdığını bildirərək demişdir: “Region­
da dostlara malik olmaq bizim üçün çox önəmlidir”. 

120
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və sena­
tor Hatçinsonun həmsədri olduğu “Vital Voice” qeyri­hökumət humanitar təş­
kilatı arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. 
Mehriban  xanım  Əliyevanın  Azərbaycanın  ABŞ­dakı  səfirliyində  Ameri­
kanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələr ilə görüşü maraqlı 
keçmişdir. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil layihələrinin prioritet 
yer  tutduğunu  qeyd  edən  Mehriban  xanım  Əliyeva  Fondun  bu  istiqamətdə 
apardığı  konkret  işlərdən  danışmışdır.  O,  Prezident  İlham  Əliyev  tərəfindən 
imzalanmış Fərmanın Azərbaycanın istedadlı tələbələrinin xarici ölkələrdə təh­
sil  almasına  geniş  imkanlar  açacağını  bildirmişdir.  Azərbaycanın  Birinci 
xanımı  tələbələri  ABŞ­da  təhsillərini  bitirdikdən  sonra  Vətənə  qayıdıb 
biliklərini ölkə nin inkişafı naminə sərf etməyə çağırmışdır. 
ABŞ­Azərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm “Endryu Melon” 
Auditoriumunda  Azərbaycanın  Birinci  xanımı  Mehriban  Əliyevanın  şərəfinə 
ziyafət  vermişdir.  Ziyafətdə  300­dən  artıq  qonaq,  o  cümlədən  Ağ  evin  və 
Dövlət  Departamentinin  yüksək  vəzifəli  rəsmiləri, ABŞ  Konqresinin  üzvləri, 
görkəmli siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞ­da akkreditə olunmuş 
səfirləri iştirak etmişlər. Mərasimin aparıcısı, ABŞ­Azərbaycan Ticarət Palata­
sının  həmsədri  Ceyms  Beyker  Mehriban  xanımı  və  onu  müşayiət  edən  Milli 
Məclisin  üzvlərini  salamlamışdır.  Ziyafətdə  ABŞ  Senatının  Xarici  əlaqələr 
komitəsinin sədri, senator Riçard Luqar geniş nitq söylədikdən sonra Mehriban 
xanım  Əliyevaya  söz  verilmişdir.  Mehriban  xanım  Əliyeva  nitqində  ABŞ­a 
səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan­ABŞ əlaqələrinin əhəmiy­
yətindən danışmış və bu səfərin ikitərəfli əməkdaşlığın daha da genişləndirilmə­
si və möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. 
Ziyafətdə Mehriban xanım Əliyevaya ABŞ­Azərbaycan Ticarət Palatasının 
“2006­cı ilin xoşməramlı səfiri” mükafatı təqdim edilmişdir. 
Palata, həmçinin senator Riçard Luqarı “Azadlığa dəstək” mükafatı ilə təltif 
etmişdir. 
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ABŞ­a işgüzar səfəri çərçi­
vəsində dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini 
Karen Hyuz ilə görüşmüşdür. Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev 
Fondu tərəfindən humanitar sahədə həyata keçirilən layihələr barədə danışaraq, 
neftdən əldə edilən gəlirlər hesabına ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət 
sahələrinin inkişaf etdirildiyini vurğulamışdır. O, Ermənistan­Azərbaycan, Dağ­
lıq  Qarabağ  münaqişəsindən  söhbət  açaraq,  münaqişə  nəticəsində  vali deyn­
lərindən məhrum olmuş uşaqlara qayğı göstərilməsinin Heydər Əliyev Fondu­
nun daim diqqət mərkəzində olduğunu qeyd etmişdir. 
Karen Hyuz Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymət­
ləndirmiş və bunun Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb 

121
etdiyini  vurğulamışdır.  O,  Azərbaycanın  dini  azadlığa  hörmət  edilməsi 
baxımından nümunəvi ölkə olduğunu bildirmiş və 2007­ci ildə İslam Konfransı 
Təşkilatı  tərəfindən  Bakıda  “Dözümlülüyün  təbliğ  olunmasında  kütləvi  infor­
masiya  vasitələrinin  rolu”  mövzusunda  keçiriləcək  konfrans  ilə  maraqlan­
mışdır.  Bu  konfransın  Azərbaycanda  keçirilməsinin  ölkəmiz  üçün  mühüm 
olduğunu qeyd edən Mehriban xanım Karen Hyuzu bu tədbirə dəvət etmişdir. 
Mehriban  xanım  Əliyeva  ABŞ  dövlət  katibinin  demokratiya  və  qlobal 
məsələlər  üzrə  müavini  Paula  Dobryanski  ilə  görüşmüşdür.  Görüşdə  ümumi 
təhlükələr, xüsusilə quş qripi xəstəliyinin qarşısının alınması istiqamətində iki 
ölkənin əməkdaşlığı məsələləri müzakirə edilmiş və xanım Dobryanski bu işdə 
ölkəsinin  Azərbaycana  hərtərəfli  kömək  göstərməyə  hazır  olduğunu  bildir­
mişdir. Ölkələrimiz arasında iqtisadi və təhlükəsizlik məsələləri üzrə işçi qrup­
larının  fəaliyyət  göstərdiyini  qeyd  edən  Paula  Dobryanski,  həmçinin  demok­
ratiya  və  insan  hüquqları  məsələləri  üzrə  də  müzakirələrin  keçirilməsinin 
zəruriliyinə toxunmuşdur. O, Azərbaycanın müasir dünyəvi dövlət kimi Qərblə 
İslam aləmi arasında körpü rolunu oynaya biləcəyini bildirmişdir. 
Azərbaycanda tam dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən 
Mehriban xanım Əliyeva YUNESKO və İSESKO­nun xoşməramlı səfiri kimi 
bu  istiqamətdə  bütün  təkliflərə  açıq  olduğunu  vurğulamışdır.  Görüş  zamanı 
Azərbaycanın Birinci xanımı ölkəmizdə demokratik təsisatların daha da təkmil­
ləşdirilməsi üçün görülən tədbirlər barədə də danışmışdır. 
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə 
Ərdoğan 2007­cı il martın 9­da Heydər Əliyev Fondunda olmuşdur. 
Mehriban xanım 2004­cü ilin mayında Ümummilli Lider Heydər Əliyevin 
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlu­
mat vermişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim 
Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın so­
sial­iqtisadi,  mədəni  tərəqqisinə  xidmət  edən  genişmiqyaslı  fəaliyyəti  barədə 
gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiy­
yətin  müəllifi  olduğu  beynəlxalq  layihələrin  həyata  keçirilməsini  dəstəklə­
məkdən, Azərbaycan  mədəniyyəti  və  tarixinin  geniş  təbliği  ilə  əlaqədar  ölkə 
daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son 2 ildə 
respublikanın bütün regionlarında, hətta indiyədək məktəbi olmayan ən ucqar 
kəndlərdə Fondun təşəbbüsü ilə 200­ə yaxın müasir tipli məktəb binası tikilib 
istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsin­
də, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicə­
sinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər 
vətəndaşın  müalicəsinə  kömək  göstərilmişdir.  Fond  həm  də  elmin,  mədəniy­
yətin  inkişafına,  informasiya  texnologiyalarının  tətbiqinə  dair  bir  neçə  layihə 
həyata  keçirmiş,  ali  məktəblərə  müxtəlif  dillərdə  nəşr  olunmuş  20  minədək 

122
dərslik və digər elmi kitablar alıb hədiyyə etmiş, 29 uşaq evi və internat mək­
təbinin yenidən qurulmasına dəstək vermişdir. 
Son  illər Türkiyə  ilə Azərbaycan  arasında  münasibətlərin  bütün  sahələrdə 
inkişaf etdiyini, gündən­günə möhkəmləndiyini faktlarla vurğulayan Mehriban 
xanım,  Fondun  qardaş  ölkənin  ictimai  təşkilatları  ilə  əlaqələrinin  genişlən­
məsində maraqlı olduğunu bildirmişdir. 
Polşa  Prezidentinin  xanımı  Mariya  Kaçinska  2007­ci  il  martın  30­da 
Heydər Əliyev Fondunda olmuşdur. 
Mehriban xanım Əliyeva xanım Kaçinskaya 2004­cü ilin mayında Ümum­
milli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond 
haqqında  məlumat  vermişdir.  Bildirilmişdir  ki,  Fondun  əsas  məqsədləri  gör­
kəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək­
dən, genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani 
təsəvvür  yaratmaqdan, Azərbaycan  mədəniyyəti  və  tarixinin  geniş  təbliği  ilə 
əlaqədar  ölkə  daxilində  və  xaricdə  aparılan  işlərə  kömək  göstərməkdən  iba­
rətdir.  Eyni  zamanda  son  iki  ildə  respublikanın  bütün  regionlarında  Fondun 
təşəbbüsü ilə 200­ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş, 
bütün lazımi avadanlıqlarla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talas­
semiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məq­
sədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müali­
cəsinə  kömək  göstərilmişdir.  Fondun  son  layihəsi  olan  “Hərəmiz  bir  ağac 
əkək!” çağırışı bütün ölkədə geniş əks­səda doğurmuş, qısa müddətdə 100 min­
dən  çox  ağac  əkilmişdir.  Elmin,  mədəniyyətin  inkişafına,  informasiya  tex­
nologiyalarının tətbiqinə də dair bir neçə layihə həyata keçirilmişdir. 29 uşaq 
evi  və  internat  məktəbi  yenidən  qurularaq  təzə,  müasir  avadanlıqla  təchiz 
olunmuşdur. 
Mehriban  xanım  Fondun  dünyanın  bir  çox  beynəlxalq  qurumları,  ictimai, 
qeyri­hökumət təşkilatları ilə də sıx əlaqə yaratdığını vurğulamışdır. 
Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun pre­
zidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin 
deputatı  Mehriban  xanım  Əliyeva  2007­ci  il  aprelin  2­də  Fransaya  səfərə 
gəlmişdir. 
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 
Mehriban xanım Əliyeva həmin gün Fransa Senatının sədri Kristian Ponsöle ilə 
görüşmüşdür. 
Cənab Kristian Ponsöle Senatın dəvətini qəbul etdiyi üçün Mehriban xanı­
ma minnətdarlıq etmiş, Azərbaycanla Fransa arasında ikitərəfli müna sibətlərin 
son dövrdə daha da inkişaf etməsindən razı qaldığını bildirmişdir. O, Prezident 
İlham  Əliyevin  bu  ilin  yanvarında  Fransaya  dövlət  səfərini  xatır ladaraq 

123
demişdir  ki,  hazırda  iki  ölkə  arasında  siyasi,  iqtisadi  və  mədəni  sahələrdə 
əlaqələr çox sürətlə inkişaf etməkdədir. 
Mehriban  xanım  Əliyeva  YUNESKO­nun  xoşməramlı  səfiri  kimi  fəaliy­
yətindən danışmış, son vaxtlar Azərbaycanın YUNESKO ilə əməkdaşlığa xüsu­
si diqqət yetirdiyini, müxtəlif layihələrin həyata keçirilməsində qurumla yaxşı 
əlaqələr  yaradıldığını  xatırlatmış,  bu  əməkdaşlığın  daha  da  dərinləşməsi  və 
inkişaf etdirilməsi üçün bütün səylərin davam etdiriləcəyini bildirmişdir. 
Kristian Ponsöle Mehriban xanım Əliyevanı Senatın binasının tarixi, ayrı­
ayrı  salonları,  keçmiş  tarixdən  xəbər  verən  əşyalarla,  parkla  tanış  etmiş, 
dünyanın müxtəlif ölkələrindən gətirilərək parkda əkilmiş gül və bəzək kolları, 
nadir ağac növləri barədə məlumat vermişdir. 
Fransa hökumət başçısı Dominik de Vülpenin xanımı Marillor de Vülpen 
Mehriban  xanım  Əliyevaya  Parisin  ən  qədim  və  möhtəşəm  memarlıq  abidə­
lərindən olan Matinyon sarayının tarixi barədə danışmış, hörmətli qonağı ayrı­
ayrı salonlarla tanış etmişdir. 
Mehriban  xanım  iqamətgaha  daha  əzəmətli  görkəm  verən  bağdakı  nadir 
ağac növlərinə, tarixi abidələrə də baxmışdır. 
Baş  nazirin  xanımı  rəhbərlik  etdiyi  Cəmiyyətin  ölkədəki  əlil  uşaqlara, 
onların təhsilinə göstərdiyi qayğıdan danışmış, bu qəbildən olan uşaqların ümu­
mi orta təhsil almaları üçün Cəmiyyətin hazırladığı xüsusi proqram, xəstə uşaq­
ların təhsilinin normal şagirdlərin bilik səviyyəsinə çatdırılması üçün görülən 
işlər barədə məlumat vermişdir. 
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliy­
yətinin bu sahəyə yaxınlığını xatırlatmış, Fondun bu istiqamətdə xüsusi proq­
ramının  olduğunu,  valideyn  qayğısından  məhrum  uşaqların  təlim­tərbiyəsinə 
hərtərəfli qayğı göstərildiyini bildirmiş və bu sahədə təcrübə mübadiləsinin xü­
susi əhəmiyyətini vurğulamışdır. 
2007­ci il aprelin 3­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu­
nun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məc­
lisin  deputatı  Mehriban  Əliyeva  İordaniya  kraliçası, YUNESKO­nun  xoşmə­
ramlı səfiri Raniyə əl­Abdullah ilə görüşmüşdür. 

Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin