Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
YUNESKO­nun iqamətgahında keçirilən görüşdə xanım Raniyə əl­Abdullah 
rəhbərlik etdiyi İordan Çayı Fondunun xeyriyyə tədbirlərindən, valideyn qayğı­
sından məhrum olmuş uşaqlara himayədarlıq edilməsi, onların hərtərəfli təhsil 
alması və digər sahələrdə gördüyü işlər barədə məlumat vermişdir. 
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun tarixindən, Azərbaycan­
da maddi və qeyri­maddi mədəni irsin qorunması, kimsəsiz uşaqlara göstərilən 
qayğı, təhsil sahəsində YUNESKO ilə birlikdə həyata keçirilən layihələr haq­
qında danışmışdır. 

124
Mehriban xanım YUNESKO­nun Baş direktoru Koişiro Matsuura və digər 
xoşməramlı səfirlərlə birlikdə xatirə şəkli çəkdirmiş, baş direktorun və xoşmə­
ramlı səfir Şeyx Həsən İ.Şikerin xoşməramlı səfirlərin şərəfinə verdikləri ziya­
fətdə iştirak etmişdir. 
2007­ci il aprelin 3­də, YUNESKO­nun illik hesabat yığıncağından sonra 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə­
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xoşməramlı səfir, 
Litvanın Prezidenti Valdas Adamkusla görüşmüşdür. Söhbət zamanı Mehriban 
xanım Əliyeva son illər ərzində Azərbaycanda mədəniyyət sahəsində görülmüş 
işlərdən, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyətindən danışmışdır.
Azərbaycana  etdiyi  səfərini  xatırladan  Valdas  Adamkus  onun  salamlarını 
Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş, bu səfərdən yüksək təəssürat 
aldığını  xüsusi  vurğulamışdır.  Ölkələrimiz  arasında  mədəni  əlaqələrin  inkişaf 
etdirilməsinin  zəruriliyini  bildirən  dövlət  başçısı  Prezident  İlham  Əliyevi  və 
Mehriban xanımı Litvaya səfərə dəvət etmişdir. 
Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun pre­
zidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin de­
putatı Mehriban xanım Əliyeva 2007­ci il aprelin 4­də, Fransaya səfəri çərçivə­
sində bu ölkənin xarici işlər nazirinin xanımı Dominik Kantyen ilə görüş müşdür. 
Fransa Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə ölkələrimiz ara­
sında  müxtəlif  sahələrdə  əməkdaşlığın,  o  cümlədən  mədəni  əlaqələrin  inki­
şafından söhbət getmişdir. 
Bildirilmişdir ki, son illər iki ölkə arasında mədəni əlaqələrin inkişafına tək­
an verən müxtəlif tədbirlər keçirilmişdir. 
Mehriban  xanım  Əliyeva  Fransa  Senatının  binasında Azərbaycan  rəssam­
larının sərgisinin, YUNESKO çərçivəsində Azərbaycan gününün keçirilməsini 
xüsusi  qeyd  etmişdir.  Azərbaycanın  Birinci  xanımı  gələcəkdə  ölkələrimizin 
daha  da  yaxınlaşması  üçün  mədəni  tədbirlərin  təşkilinin  vacibliyini  vurğula­
mışdır. 
Xanım  Dominik  Kantyen  Azərbaycan  və  Fransa  uşaqlarının  keramika 
üzərində  rəsmlərindən  ibarət  sərgilərin  təşkil  olunmasını  təklif  etmişdir.  O, 
səhiyyə  sahəsində  də  əməkdaşlığın  inkişaf  etdirilməsinin  vacib  olduğunu 
söyləmişdir. 
2007­ci  il  aprelin  4­də  Heydər  Əliyev  Fondunun  prezidenti, YUNESKO­
nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xa­
nım Əliyeva Fransanın mədəniyyət və kommunikasiya naziri Reno Don nedyö 
de Vabr ilə görüşmüşdür. 
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Fransaya  dövlət  səfərindən  sonra 
ölkələrimiz arasında təkcə siyasi­iqtisadi deyil, həm də mədəni əlaqələrin daha 
intensiv xarakter aldığı vurğulanmışdır. 

125
Azərbaycanın  Birinci  xanımını  yenidən  Parisdə  görməyindən  məmnun­
luğunu  bildirən  nazir  Fransa­Azərbaycan  mədəni  əlaqələrinin  tarixini  xatırla­
daraq  bildirmişdir  ki,  bu  ənənə  indi  də  davam  edir.  Fransa  qarşılıqlı  mədəni 
əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsini istəyir. 
Mədəni əlaqələrin genişlənməsi sahəsində Mehriban xanım Əliyevanın çox 
önəmli  xidmətlərindən  xəbərdar  olduğunu  bildirən  nazir  ölkəmizin  Birinci 
xanımının Azərbaycan mədəniyyətinin dünyada tanıdılması sahəsindəki fəaliy­
yətini yüksək qiymətləndirmişdir. 
Görüşdən  məmnun  qaldığını  söyləyən  Mehriban  xanım  Əliyeva  demişdir 
ki, 2007­ci il Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri ilə 
başlanmışdır  və  inanıram  ki,  bu  il  ölkələrimizin  ikitərəfli  əlaqələrində  çox 
önəmli il olacaqdır. 
Azərbaycanın  Birinci  xanımının  rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondu 
dünyanın bir çox ölkələri və təşkilatları ilə mədəniyyət sahəsində əməkdaşlıq 
edir.  Fond  Fransada  da  mədəni  tədbirlərin  keçirilməsi, Azərbaycanın  tanıdıl­
ması üçün konkret layihələrin reallaşdırılmasında maraqlıdır. Mehriban xanım 
Əliyeva  bu  baxımdan  ölkələrimizdə  qarşılıqlı  mədəniyyət  günlərinin  keçiril­
məsini təklif etmişdir. 
Təklifi  məmnuniyyətlə  qarşılayan  nazir  bununla  əlaqədar  yaxın  vaxtlarda 
hər iki ölkənin müvafiq səfirliklərinə hazırlıq işlərinin görülməsinə dair təlimat 
veriləcəyinə  ümidvar  olduğunu  bildirmişdir.  O,  mədəniyyət  sahəsində  sərgi­
lərin keçirilməsinin də vacibliyini vurğulamışdır. 
Mehriban  xanım  Əliyeva  nazir  Reno  Donnedyö  de  Vabrı  Azərbaycana 
səfərə dəvət etmişdir. Dəvət böyük razılıqla qəbul olunmuşdur. 
Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun pre­
zidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin de­
putatı Mehriban xanım Əliyeva Fransaya səfəri çərçivəsində 2007­ci il aprelin 
4­də Milli Assambleyanın sədri Patrik Olye ilə görüşmüşdür. 
Mehriban xanım Əliyeva ölkələrimiz arasında mədəni sahədə əməkdaşlığın 
daha da inkişaf etdirilməsinin zəruriliyini xüsusi vurğulamış və Azərbaycanda 
Fransa,  Fransada  isə  Azərbaycan  mədəniyyəti  günlərinin  keçirilməsini  təklif 
etmişdir. 
Milli Assambleyanın sədri Azərbaycanın Birinci xanımının bu fikrini böyük 
razılıq hissi ilə qarşılamış və bu məsələnin seçkilərdən sonra nəzərdən keçiri­
ləcəyini vurğulamışdır. O demişdir ki, nəinki mədəniyyət sahəsində, eyni za­
manda  iqtisadi  sahədə  də  əməkdaşlığın  inkişaf  etdirilməsi  üçün  addımlar  atı­
lacaqdır. Milli Assambleyanın İqtisadi Əlaqələr Komitəsi üzvlərinin Azərbay­
cana  səfəri  təşkil  ediləcəkdir.  Palatanın  sədri  bildirmişdir  ki,  bu  səfər  ölkələ­
rimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir. 

126
Görüşdə  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  də  toxu­
nulmuşdur.  Milli Assambleyanın  sədri  ölkəsinin Azərbaycanın  ərazi  bütövlü­
yünü dəstəklədiyini bir daha vurğulamış, Minsk qrupunun həmsədrlərindən biri 
kimi,  Fransanın  bundan  sonra  da  münaqişənin  sülh  yolu  ilə  həllinə  səy  gös­
tərəcəyini söyləmişdir. 
Fransa Milli Assambleyası ilə Azərbaycan Milli Məclisinin parlament dost­
luq  qrupları  arasında  əməkdaşlığın  daha  da  inkişaf  etdirilməsinin  zəruriliyi 
vurğulanmışdır.
Azərbaycanın Birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNES­
KO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
xanım Əliyeva İslam Konfransı Təşkilatı Gənclər Forumunun “Sivilizasi ya lar­
arası dialoqun qlobal miqyasda təşviqinə görə” mükafatına layiq görülmüşdür. 
2007­ci  il  aprelin  27­də  Forumun  rəhbəri  Əli  Sarıkaya  mükafatı  təqdim 
etmişdir. O demişdir ki, bu qərar qəbul edilərkən Mehriban xanımın son illər­
dəki genişmiqyaslı ictimai fəaliyyəti, Heydər Əliyev Fondunun prezidenti kimi 
təhsil, səhiyyə, mədəniyyət, ekologiya və digər sahələrdə həyata keçirdiyi mü­
hüm layihələri, YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatlarda fəal işi, 
bir sözlə, sivilizasiyalararası dialoq və əməkdaşlığa, fərqli mədəniyyətlərin qo­
vuşmasına  dəyərli  töhfə  verməsi  əsas  götürülmüşdür.  Azərbaycanın  Birinci 
xanımı məhz belə səmərəli fəaliyyətinə görə forumun Rəyasət heyətinin ötən il 
sentyabrın 2­də keçirilmiş iclasının qərarı ilə bu mükafata layiq görülmüşdür. 
Mehriban  xanım  Əliyeva  İslam  dünyası  gənclərinin  ictimai­siyasi  proses­
lərdə daha yaxından iştirakının əhəmiyyətini vurğulamış, Heydər Əliyev Fon­
dunun gənclərin hər bir təşəbbüsünə yardımçı olacağını bildirmişdir. 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoş­
məramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  2007­ci  il 
aprelin 27­də İSESKO­nun Baş direktoru Əbdüləziz bin Osman əl­Tüveycri ilə 
görüşmüşdür. 
Mehriban  xanım  51  müsəlman  dövlətinin  təmsil  olunduğu  nüfuzlu  bey­
nəlxalq mədəni­humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniy­
yət Təşkilatının – İSESKO­nun rəhbərini salamlayaraq, onun yenidən Azərbay­
cana gəlməsindən məmnunluğunu söyləmişdir. Dövlətimizin yüksək mükafatı 
– “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə Baş direktoru təbrik edən Meh­
riban xanım Əliyeva özünün də xoşməramlı səfiri olduğu İSESKO­nun dünya­
da nüfuzunun getdikcə artmasından, islam ölkələrində gördüyü geniş miqyaslı 
işlərdən qürur duyduğunu bildirmişdir. 
İSESKO­nun Baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü­
nün böyük təsir bağışladığını, rəhbərlik etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığa 
xüsusi önəm verdiyini, Heydər Əliyev Fondu ilə əlaqələrin genişlənməsindən 
məmnunluğunu vurğulamışdır. Fondun elm, təhsil, mədəniyyət və digər sahə­

127
lərdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Əbdüləziz bin Osman 
əl­Tüveycri, İSESKO­nun ilk qadın xoşməramlı səfiri kimi, Mehriban xanımın 
bu şərəfli missiyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir. 
Mehriban  xanım  Əliyeva  və  Əbdüləziz  bin  Osman  əl­Tüveycri  Heydər 
Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında Protokol imzalamışlar. 
5  il  müddətinə  əməkdaşlığın  əsas  prinsiplərini  tənzimləyən  Protokol  elm, 
mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib hə­
yata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur. 
Dünya Səhiyyə Assambleyasının 60­cı sessiyasının yığıncağında iştirak et­
mək üçün Cenevrədə səfərdə olan Azərbaycanın Birinci xanımı, Heydər Əliyev 
Fondunun  Prezidenti,  YUNESKO  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin deputatı Mehriban xanım Əliyeva 2007­ci il mayın 17­də Dünya Sə­
hiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanla görüşmüşdür. 
Mehriban xanım Əliyeva Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında 
əməkdaşlığı yüksək qiymətləndirmiş, bir çox layihələrin həyata keçirilməsində 
DST­nin köməyini xüsusi vurğulamış, quş qripi ilə mübarizədə və digər proq­
ramların həyata keçirilməsində sıx əməkdaşlıq yarandığını bildirmişdir. 
Azərbaycana səfərini xatırlayan Marqaret Çan ölkəmizdə səhiyyə sahəsində 
görülən işləri yüksək qiymətləndirmiş, bundan sonra da Dünya Səhiyyə Təşki­
latı ilə Azərbaycan arasında əməkdaşlığın davam edəcəyini söyləmişdir. Baş di­
rektor Mehriban xanım Əliyevanın təhsil və mədəniyyət sahələri ilə yanaşı sə­
hiyyə sahəsində də xidmətlərini yüksək qiymətləndirmişdir. 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoş­
məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Cenevrəyə sə­
fəri çərçivəsində 2007­ci il  mayın 18­də İsveçrədə işləyən və təhsil alan soy­
daşlarımızın bir qrupu ilə görüşmüşdür. 
Azərbaycanın İsveçrə və Vatikandakı səfiri, BMT­nin Cenevrədəki bölmə­
sində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Elçin Əmir­
bəyov görüş iştirakçıları barədə Mehriban xanım Əliyevaya məlumat vermişdir. 
Mehriban xanım xarici ölkələrdə çoxlu sayda azərbaycanlı mütəxəssislərin 
çalışdığını və gənclərin təhsil aldığını bildirmişdir. Son illər ölkəmizin iqtisa­
diyyatının sürətlə inkişaf etdiyini, əhalinin yaşayış səviyyəsinin xeyli yaxşılaş­
dığını  xatırladan Azərbaycanın  Birinci  xanımı,  respublikamız  haqqında  həqi­
qətlərin  dünyaya,  o  cümlədən  avropalılara  çatdırılmasında  xaricdəki  soydaş­
larımızın böyük qüvvə olduğunu xüsusi vurğulamışdır. 
Gənclərin xarici ölkələrdə təhsil almasından danışan Mehriban xanım Əli­
yeva bildirmişdir ki, Azərbaycan Prezidenti bu məsələyə böyük diqqət yetirir 
və xüsusi sərəncam imzalamışdır. Yüksək səviyyəli mütəxəssislər yetişdir mək 
məqsədi ilə gələcəkdə minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil alma­
ğa göndəriləcək və dövlət onlara hərtərəfli qayğı göstərəcəkdir. 

128
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Meh­
riban  xanım  Əliyeva  Cenevrəyə  səfəri  çərçivəsində  2007­ci  il    mayın  18­də 
Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki bölməsinin iqamətgahına gəlmiş­
dir. Mehriban xanımı iqamətgahın önündə bölmənin protokol rəisi Sergey Şa­
poşnikov ehtiramla qarşılamışdır. 
Burada Mehriban xanım Əliyeva və BMT­nin Cenevrədəki bölməsinin baş 
direktoru Sergey Orconikidzenin görüşü keçirilmişdir. Görüşdə BMT ilə Azər­
baycan arasında sıx əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılmışdır. 
Baş direktor Mehriban xanım Əliyevanı ana və uşaqların, ailənin sağlamlı­
ğının qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Dünya 
Səhiyyə Təşkilatı tərəfindən İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mü­
kafatına  layiq  görülməsi  münasibətilə  təbrik  etmiş,  Azərbaycan  Prezidenti 
İlham  Əliyev  və  xanımı  ilə  Cenevrədə  görüşünü  xatırlatmışdır. Azərbaycanla 
BMT arasında əməkdaşlıqdan danışan Sergey Orconikidze Azərbaycanın BMT 
sistemində  artan  rolunu  vurğulamış,  ölkəmizin  bu  təşkilatda  layiqincə  təmsil 
olunduğunu  bildirmişdir.  O,  BMT­nin  Cenevrə  bölməsinin  iqamətgahında 
“Azərbaycan otağı”nın açılmasını mühüm hadisə, ikitərəfli əməkdaşlığın bariz 
nümunəsi kimi səciyyələndirmişdir. 
Mehriban xanım Əliyeva ünvanına söylədiyi xoş sözlərə görə baş direktora 
təşəkkür  etmiş,  dünyada,  ölkələr  və  xalqlar  arasında  sülhün,  əmin­amanlığın 
qorunub saxlanılmasında BMT­nin səylərini yüksək qiymətləndirmişdir. Azər­
baycanın Birinci xanımı rəhbərlik etdiyi Fondun təhsil və mədəniyyətlə yanaşı, 
səhiyyənin  inkişafı  sahəsində  gördüyü  işlər  barədə  də  məlumat  vermiş,  ölkə­
mizdə müasir tipli yeni xəstəxana və tibb ocaqlarının tikildiyini bildirmişdir. 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoş­
məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2007­ci il  iyu­
nun 8­də Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe ilə görüşmüşdür. 
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun tarixi, məqsədləri, fəaliy­
yəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2004­cü ildən fəaliyyət göstə­
rən Fondun layihəsi ilə son iki ildə respublikanın bütün regionlarında, o cüm­
lədən  ən  ucqar  kəndlərdə  180  müasir  tipli  məktəb  binası  tikilib  istifadəyə 
verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Daha 50 məktəbin tikintisi 
isə davam edir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafı­
na, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçir­
mişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurulmuşdur. 
Səfir  Tadahiro Abe  Yaponiya  ilə Azərbaycan  arasında  müxtəlif  sahələrdə 
əməkdaşlığın  uğurla  inkişaf  etdiyini  bildirərək,  bu  şərəfli  missiyanın  davam 
etməsinə bütün mümkün vasitələrlə kömək göstərəcəyini vurğulamışdır. Diplo­
mat Mehriban xanımın istər ölkə daxilində, istərsə də beynəlxalq qurumlarda 

129
dəyərli  fəaliyyətini  yüksək  qiymətləndirmiş,  Yaponiyanın  bir  sıra  ictimai 
təşkilatlarının Fondla əməkdaşlıq etmək istədiyini bildirmişdir. 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoş­
məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2007­ci il iyu­
nun  8­də  Çin  Xalq  Respublikasının  ölkəmizdəki  səfiri  Çjan  Xayçjou  ilə 
görüşmüşdür. 
Azərbaycanın  Çin  ilə  əlaqələrinin  günü­gündən  inkişaf  etdiyini  xatırladan 
Mehriban xanım əməkdaşlığın daha da genişlənməsi üçün potensial imkan ların 
da çox olduğunu bildirmişdir. Xüsusilə mədəniyyət, təhsil, səhiyyə sahə sində 
belə imkanların uğurlu nəticələr verə biləcəyinə inandığını söyləmişdir. 
Ötən  il  Fondun  illik  fəaliyyətinə  həsr  olunmuş  toplantıda  iştirak  etdiyini 
xatırladan səfir Çjan Xayçjou Azərbaycanın Birinci xanımının Heydər Əliyev 
Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli 
Məclisin  deputatı  kimi  çoxşaxəli  fəaliyyətinin  bütünlüklə  öz  xalqının  təhsil, 
elm,  mədəniyyət,  səhiyyə,  sosial  sahələrdə  inkişafına  həsr  etdiyinə  ürəkdən 
inandığını bildirmişdir. O, Mehriban xanımın Dünya Səhiyyə Təşkilatlının yük­
sək  mükafatına,  digər  beynəlxalq  mükafatlara  layiq  görülməsini  belə  dəyərli 
işlərə  verilən  qiymətin  təzahürü  olduğunu  vurğulamışdır.  Çinlə  Azərbaycanı 
birləşdirən tellərin möhkəmlənməsinə töhfəsini əsirgəməyəcəyini deyən diplo­
mat, ölkəsinə xoş münasibətə, səmimi qəbula görə Mehriban xanım Əliyevaya 
minnətdarlığını bildirmişdir. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO­nun  xoş­
məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın 2007­ci il  
iyunun 8­də daha bir görüşü Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qars­
lıoğlu ilə olmuşdur. 
Mehriban  xanım  Əliyeva  səfirə  Heydər  Əliyev  Fondunun  yaranma  tarixi, 
məqsədləri, fəaliyyəti barədə kitabı və görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşü­
nas alim Mir Cəlal Paşayevin Türkiyədə çapdan çıxmış dörd kitabını hədiyyə 
etmişdir. 
Səfir Azərbaycanın Birinci xanımının fəaliyyətinə Türkiyədə həmişə yüksək 
diqqət verildiyini, mətbuatda da dəfələrlə xüsusi yazılar dərc edildiyini bildir­
mişdir. Ölkəmizin bütün sahələrdə inkişafının Türkiyədə qürurla izləndiyini de­
yən səfir, öz fəaliyyətində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” 
kimi səciyyələndirdiyi xalqlarımızın və ölkələrimizin bir­birinə daha da yaxın­
laşmasına çalışacağını söyləmişdir. 
Mehriban  xanımın  səfirliyin  təzə  binasındakı  şərait  barədə  sualına  cavab 
verən səfir, burada ən müasir tələblərə uyğun şərait yaradıldığını, heç bir prob­
lemin olmadığını bildirmiş, eyni zamanda binanın açılış mərasimində Azərbay­
can Prezidenti ilə birlikdə iştirakına görə Mehriban xanıma təşəkkür etmişdir. 

130
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoş­
məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2007­ci il no­
yabrın 2­də Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq kon­
fransda  iştirak  edən  İSESKO­nun  baş  direktoru  Əbdüləziz  bin  Osman  əl­
Tüveycri, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər 
Forumunun idarə heyətinin sədri Əli Sarıqaya və Qətər Əmirinin xanımı Şeyxa 
Moza bint Nasir əl­Misnəd ilə görüşmüşdür.
İSESKO­nun  baş  direktoru  Əbdüləziz  bin  Osman  əl­Tüveycri  “Gənclər 
sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın yüksək səviyyədə təş­
kilinə görə Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.
Görüşdə  İSESKO­Azərbaycan  əməkdaşlığına  dair  fikir  mübadiləsi  aparıl­
mışdır.  Mehriban  xanım  Əliyeva  Heydər  Əliyev  Fondunun  həyata  keçirdiyi 
layihələr barədə qonağa məlumat vermişdir. 
İslam  Konfransı  Təşkilatı  Gənclər  Forumunun  idarə  heyətinin  sədri  Əli 
Sarıqaya ilə görüşdə də beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğu 
və uğurla keçdiyi vurğulanmışdır. Ə.Sarıqaya konfransın keçirilməsinə verdiyi 
dəstəyə görə Azərbaycanın Birinci xanımına minnətdarlığını bildirmişdir. 
Həmin gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO­
nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Gənc­
lər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransda iştirak etmək üçün 
Bakıda səfərdə olan Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl­Misnəd 
ilə də görüşmüşdür.
2007­ci il dekabrın 14­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xa­
nım Əliyeva BMT Baş katibinin xüsusi məsləhətçisi, təşkilatın Asiya və Sakit 
okean regionunda HİV/AİDS üzrə baş katibi Nafis Sadiq ilə görüşmüşdür.
Heydər  Əliyev  Fondunun  çoxşaxəli  fəaliyyəti  haqqında  məlumat  verən 
Mehriban  xanım  Əliyeva  demişdir  ki,  2004­cü  ilin  mayında  yaranmış  Fond 
təhsil, səhiyyə, idman və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirir, bir 
sıra iri təşkilatlarla sıx əməkdaşlıq edir. Fond səhiyyə sahəsində keçirilən layi­
hələrə xüsusi önəm verir.
Heydər  Əliyev  Fondu  BMT­nin  İnkişaf  Proqramı  çərçivəsində  zəif  görən 
insanların  informasiya  texnologiyalarına  çıxışı  layihəsini  həyata  keçirir.  Bu 
layihə çərçivəsində xüsusi mərkəzin inşa olunduğunu bildirən Mehriban xanım 
Əliyeva, Heydər Əliyev Fondunun HİV/AİDS­ə qarşı mübarizədə də geniş fəa­
liyyət göstərməyə hazır olduğunu vurğulamışdır.
AİDS­in bütün dünyanı narahat edən başlıca problemlərdən biri olduğunu 
deyən Nafis Sadiq, bu bəlaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin 
birgə fəaliyyətinin vacibliyini bildirmişdir. O, dünyanı bürüməkdə olan xəstə­

131
liyə qarşı mübarizədə əhalinin geniş təbəqələri arasında maarifləndirmənin əhə­
miyyətini vurğulamışdır.
2008­ci il yanvarın 9­da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məslisin  deputatı, Azərbaycan­
ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva 
ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin 
Avropa məsələləri üzrə alt komitəsinin sədri Robert Veksler ilə görüşmüşdür. 
Bakıya ilk dəfə gəldiyini və səfərindən məmnun qaldığını söyləyən R.Veks­
ler ABŞ Konqresinin Cənubi Qafqaz regionunun, xüsusilə Azərbaycanın inki­
şafına həmişə maraq göstərdiyini bildirmiş, Azərbaycandakı dini tolerantlığın 
bütün digər ölkələr üçün nümunə olduğunu vurğulamışdır. 
Mehriban xanım Əliyeva qonağın bu səfərinin çox böyük önəm daşıdığını, 
ölkələrimiz  arasında  münasibətlərin  bütün  sahələrdə  uğurla  inkişaf  etdiyini 
bildirmişdir. 
ABŞ­ın köməyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, Bir­
ləşmiş Ştatların Azərbaycanı həmişə dəstəklədiyini xatırladan Mehriban xanım 
müsəlman ölkəsi olan Azərbaycanda tarixən dini tolerantlığın hökm sürdüyünü 
bildirmiş, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün səy­
lərin artırılmasının vacibliyini vurğulamışdır. 
Görüşdə Ermənistan­Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mə­
sələsi, Azadlığa Dəstək Aktına 907­ci düzəlişin aradan qaldırılması istiqamətin­
də imkanlar, ölkəmizdəki müasir vəziyyət barədə fikir mübadiləsi aparılmışdır. 
Ölkəmizdə səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı 
Sandra  Elizabet  Rulofs  2008­ci  il  yanvarın  11­də  Heydər  Əliyev  Fondunda 

Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin