Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
dur. Mehriban xanım Əliyevaya məlumat verilmişdir ki, burada İranın qə dim və 
zəngin xalçaçılıq sənətinə aid minlərlə əl işi saxlanılır. Xalçalar ara sında Təbriz 
xalçaçılıq  məktəbinin  nümunələri  diqqəti  daha  çox  cəlb  edir.  Ümu miyyətlə, 
İranın dekorativ­tətbiqi sənətində toxuculuq və xalçaçılıq mühüm yer tutur və 
onun əsas mərkəzləri Təbriz, Kaşan, Kirman, İsfahan və Yəzd şəhərləridir. 
Mehriban xanım Əliyeva burada xalçanın toxunma prosesini izləmiş, mini­
atür sənətindən ibarət sərgiyə və muzeydə nümayiş etdirilən digər dəyərli eks­
ponatlara, əl işlərinə də baxmışdır. 
İranın qədim tarixinə, etnoqrafiyasına aid eksponatlar, o cümlədən müxtəlif 
dövrləri  əks  etdirən  məişət  əşyaları,  incəsənət  nümunələri  hörmətli  qonaqda 
böyük maraq doğurmuşdur. 
Yanvarın  25­də  YUNESKO­nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əli­
yeva  İranın  sabiq  Prezidenti,  hazırda  Dövlət  Məsləhət  Şurasının  sədri  Əli 
Əkbər  Haşimi  Rəfsəncaninin  qızı  Fatimə  Rəfsəncanini  onun  xahişi  ilə  qəbul 
etmişdir. Görüş zamanı Fatimə Rəfsəncani rəhbərlik etdiyi xeyriyyə fondunun 
fəaliyyəti və həmin fondun bilavasitə yardımı ilə təşkil olunan Xüsusi Xəstə­
liklər Mərkəzinin talassemiya, hemofiliya, şəkərli diabet və böyrək xəstəlikləri 
olan insanlara tibbi yardım sahəsində gördüyü işlər barədə qonağa ətraflı məlu­
mat vermişdir. 
Mehriban  xanım  Əliyeva  Tehranda  İranın  sonuncu  şahı  Məhəmməd  Rza 
Pəhləvinin sarayını ziyarət etmişdir. Hörmətli qonağa məlumat verilmişdir ki, 
73  il  əvvəl  tikilmiş  sarayda  1970­ci  illərin  sonlarında  əsaslı  bərpa  işləri  apa­
rılmışdır.  Şahın  evindəki  əksər  əşyalar  vaxtilə  Fransadan  gətirilmişdir.  Bəzək 
işlərinin əksəriyyəti qızıldandır. Saraydakı yundan toxunmuş 121 kvadratmetr­
lik xalça diqqəti daha çox cəlb edir. 
Azərbaycan Prezidentinin xanımı sarayın ayrı­ayrı otaqlarını gəzmiş, məi­
şət və bəzək əşyalarına baxmışdır. 
Elə həmin gün xanım Mehriban Əliyeva Xüsusi Xəstəliklər Mərkəzi ilə də 
yaxından tanış olmuş, buradakı şəraitlə maraqlanmışdır. 
Xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun şəkərli 
diabet  xəstəliyinə  tutulan  uşaqlara  yardım  proqramı  barədə  məlumat  verərək, 
hazırda talassemiyalı uşaqlara yardım proqramı üzərində iş getdiyini söylə miş­
dir. Bu sahədə İran tərəfinin əldə etdiyi təcrübənin onlar üçün faydalı olaca ğına 
inandığını bildirmişdir. 
Xanım Fatimə Rəfsəncani rəhbərlik etdiyi fondun bu sahədə Heydər Əliyev 
Fondu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu söyləmişdir. 
Mehriban xanım Əliyeva mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirmiş, 
xeyirxah və nəcib işlərinə görə bu səhiyyə ocağının kollektivinə uğurlar arzu­
lamışdır. 

102
2005­ci il martın 4­də YUNESKO­nun baş direktoru Koiçiro Matsuura Pa­
risdə xoşməramlı səfirlərin illik iclasında iştirak edən xoşməramlı səfir, Heydər 
Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti 
Mehriban xanım Əliyevanı qəbul etmişdir. 
Görüş zamanı Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əli­
yevin  səmimi  salamlarını  baş  direktora  çatdırmışdır.  Son  dövrdə YUNESKO 
ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdiyini vurğulayan xoş­
məramlı  səfir  Azərbaycan  musiqisinə,  xüsusilə  muğama  göstərilən  qayğını, 
onun mədəni irs siyahısına daxil edilməsini, YUNESKO­nun bu sahədə məq­
sədyönlü fəaliyyətini yüksək qiymətləndirmişdir. 
Mehriban  xanım  Əliyeva  rəhbərlik  etdiyi  fondların  gördüyü  işlər,  maddi­
mədəni  irsin,  o  cümlədən  muğamların  qorunması  və  təbliği  ilə  bağlı  həyata 
keçirilən  layihələr  barədə  məlumat  vermiş,  eyni  zamanda  bu  və  digər  məsə­
lələrdə YUNESKO­nun  dəstəyinə,  yardımına  ehtiyac  duyulduğunu  söyləmiş­
dir.  Mehriban  xanım  YUNESKO­nun  xoşməramlı  səfirlərinin  illik  iclasının 
ümumi fəaliyyət proqramına təsirini də vurğulamışdır. 
Baş direktor YUNESKO ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət 
sahələrində mövcud əlaqələrin inkişafından razı qaldığını xüsusi vurğulamışdır. 
K.Matsuura Azərbaycan Prezidentinin maddi­mədəni irsin qorunması sahəsin­
dəki tədbirlərini yüksək qiymətləndirmiş, Azərbaycanı zəngin tarixi abidələrə, 
mədəniyyətə, o cümlədən musiqiyə malik bir ölkə kimi səciyyələndirmişdir. 
2005­ci  il  martın  21­də  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban 
Əliyeva  Fondda  Gürcüstan  Prezidentinin  xanımı  Sandra  Elizabet  Rulofs  ilə 
görüşmüşdür. 
Fondun  prezidenti  qonağı  səmimi  salamlayaraq,  ona  ölkəmizə  xalqımız 
üçün  əziz  olan  bir  gündə  –  Novruz  bayramında  səfər  etdiyi  üçün  minnət­
darlığını bildirmişdir. 
Mehriban  xanım  Əliyeva  rəhbərlik  etdiyi  Fondun  fəaliyyəti  barədə  danı­
şaraq qeyd etmişdir ki, onun əsas vəzifələrindən biri xəstə uşaqlara, o cümlə­
dən  qan  xəstəliyinə  –  talassemiyaya  tutulmuş  uşaqlara  yardım  etməkdir.  Bu 
məqsədlə  Fond  layihə  həyata  keçirir.  Həmin  layihə  çərçivəsində  bir  sıra  təd­
birlər görülmüş, o cümlədən gündüz stasionarı olan tibb mərkəzi tikilmişdir. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri 
Mehriban  xanım  Əliyeva  mayın  27­də  İslam  Ölkələri  Elm,  Təhsil  və  Mədə­
niyyət Təşkilatının ( İSESKO) ölkəmizdə səfərdə olan baş direktoru doktor Əb­
düləziz bin Osman Əl­Tuveycri ilə görüşmüşdür. 
Fondun  prezidenti  müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu, 
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini örənib 
gələcək  nəsillərə  çatdırmaq  məqsədi  ilə  yaradılmış  Fondun  ölkəmizdə  elm, 

103
təhsil, mədəniyyət və səhiyyənin inkişafı, sosial və ekoloji problemlərin həlli 
ilə bağlı həyata keçirdiyi layihələr barədə qonağa məlumat vermişdir. 
Mehriban  xanım  Əliyeva  Heydər  Əliyev  Fondunun  işləyib  hazırladığı 
“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hazırda 
Fondun  vəsaiti  hesabına  respublikanın  ucqar  dağ  kəndlərində  yerləşən  120 
ümumtəhsil  məktəbində,  əlil,  yetim,  valideyn  himayəsindən  məhrum  olan 
uşaqlar  üçün  11  xüsusi  internat  məktəbində,  qocalar  evlərində  əsaslı  təmir­
yenidənqurma işləri aparıldığını, 25 belə müəssisənin Fondun qəyyumluğu ilə 
fəaliyyət  göstərdiyini,  talassemiyalı  xəstə  uşaqların  müalicəsi  üçün  kompleks 
tədbirlərin  işlənib  hazırlandığını,  Şərq  musiqisinin  nadir  incisi  olan  qədim 
muğamlarımızdan  ibarət  kompakt  disklərin  buraxıldığını,  çox  əhatəli  “Azər­
baycan portalı” layihəsi üzrə işlərin davam etdiyini bildirmişdir. 
Aldığı  geniş  məlumatdan  razı  qaldığını,  cəmi  bir  il  əvvəl  fəaliyyətə  baş­
layan  Fondun  qısa  müddətdə  belə  dəyərli  işlər  gördüyündən  məmnunluğunu 
söyləyən doktor Əl­Tuveycri Mehriban xanımın mərhum anası professor Aida 
xanım İmanquliyevanın ərəb ölkələrində görkəmli şərqşünas kimi yaxşı tanın­
dığını vurğulamış, bir sıra nüfuzlu ərəbşünasların da təklif və təşəbbüsü ilə ali­
min əsərlərinin ərəb dilinə tərcümə olunub nəşr ediləcəyini bildirmişdir. 
Heydər Əliyev Fondunun prezidenti qonağa professor Aida İmanquliyeva­
nın əsərlərini və Fondun xatirə hədiyyələrini təqdim etmişdir. Öz növbəsində 
İSESKO­nun  baş  direktoru  Mehriban  xanımı  Səudiyyə  Ərəbistanının  paytax­
tında  rəhbərlik  etdiyi  təşkilatın  yeni  iqamətgahının  açılış  mərasiminə  dəvət 
etmişdir. 
Doktor  Əl­Tuveycri  sonra  Fondun  muzeyi  ilə  tanış  olmuş,  dahi  şəxsiyyət 
Heydər  Əliyevin  Vətənə,  xalqa  həsr  edilmiş  şərəfli  ömür  yolunu  əks  etdirən 
ekspozisiyaya, onun haqqında yazılmış kitablara baxmışdır. Görüşdən razı qal­
dığını bildirən qonaq Fondun binasının klassik Şərq arxitekturasının ən yaxşı 
ənənələrini özündə birləşdirdiyini də vurğulamışdır. 
2005­ci il avqustun 24­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun  xoşməramlı  səfiri  Mehriban  Əliyeva  YUNESKO­nun  baş  direktorunun 
xanımı Takaka Matsuura ilə görüşmüşdür. 
Mehriban xanım Əliyeva ölkəmizdə gedən ictimai­siyasi proseslərdə qadın­
ların  rolu  barədə  qonağa  məlumat  verərək, Azərbaycanda  gender  siyasəti nin 
uğurla  tətbiq  edildiyini,  qadınların  Milli  Məclisdə  və  yüksək  dövlət  vəzifə­
lərində təmsil olunmalarına dair çoxsaylı misallar gətirmişdir. 
Mehriban xanım Əliyeva Azərbaycanda elmin, mədəniyyətin tərəqqisində, 
mədəni  irsin  qorunması  və  təbliğində  YUNESKO­nun  dəstəyini  yüksək  qiy­
mətləndirmişdir. 
Xanım Takaka Matsuura müstəqillik əldə etdikdən sonra Azərbaycanda baş 
verən köklü dəyişikliklərin öz ölkəsində maraqla izləndiyini söyləmiş, YUNES­
KO­nun Azərbaycana diqqət yetirməsinin təsadüfi olmadığını bildirmişdir. 

104
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri 
Mehriban Əliyeva 2005­ci il avqustun 31­də Türkiyənin Mərmərə Qrupu Stra­
teji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nüma­
yəndə heyəti ilə görüşmüşdür. 
Akkan  Suver  və  nümayəndə  heyətinin  üzvləri  fenomen  şəxsiyyət  Heydər 
Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixin­
in bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dün­
yanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, Ulu Öndəri­
miz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və 
incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxmışlar. 
Fondun prezidenti, YUNESKO­nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə 
nümayəndə heyətinin üzvləri arasında görüş keçirilmişdir. 
2004­cü  il  mayın  10­dan  fəaliyyətə  başlayan  Heydər  Əliyev  Fondunun 
vəzifələri,  əsas  məqsədləri  haqqında  ətraflı  məlumat  verən  Mehriban  xanım 
bildirmişdir  ki, Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsi­
nin, azərbaycançılıq ideyasının təbliği, gələcək nəsillərə çatdırılması, ölkəmizin 
sosial problemlərinin həlli ilə bağlı məsələlər Fondun daim diqqət mərkəzində­
dir. Fondun vəsaiti hesabına 26 uşaq evi və internat məktəbində əsaslı təmir və 
bərpa işləri aparılmış, uşaqlara vaxtaşırı yardımlar edilmiş, diabet və talassemi­
ya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək üçün xüsusi proqramlar həyata 
keçiriməkdədir. 
Fondun  təhsil  və  mədəniyyət  sahəsində  çox  böyük  layihələri  olduğunu 
vurğulayan Mehriban xanım, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı 
çərçivəsində ən ucqar rayon, qəsəbə və kəndlərdə yeni dərs ilinədək 132 mək­
təbin  tikilib  istifadəyə  veriləcəyini  söyləmişdir.  O,  Azərbaycan  muğamının 
dünyaya daha yaxından tanıdılması üçün buraxılan “Qarabağ xanəndələri” al­
bomunun YUNESKO səviyyəsində də yüksək qiymətləndirildiyini bildirmişdir. 
Bakıda “Kitabi­Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş tədbir­
lərdə iştirakını, Ümummilli Liderimiz Heydər Əliyev ilə görüşlərini xatırladan 
cənab Akkan Suver Fondun çox maraqlı ekspozisiyası ilə tanışlıqdan məmnun 
olduğunu söyləmişdir. O, Heydər Əliyev Fondunun prezidenti və xoşməramlı 
səfir  Mehriban  xanım  Əliyevanın  çoxşaxəli  fəaliyyətini  yüksək  qiymətləndir­
miş, rəhbərlik etdiyi qurumun Fondla qarşılıqlı əlaqələrinin möhkəmlənəcəyinə 
əminliyini vurğulamışdır. 
2005­ci il sentyabrın 16­da Parisdə Heydər Əliyev Fondunun və Azərbay­
can  Mədəniyyəti  Dostları  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı 
səfiri Mehriban xanım Əliyeva YUNESKO­nun baş direktoru Koişiro Matsuu­
ra ilə görüşmüşdür. 
YUNESKO­nun  baş  direktoru  Mehriban  xanımı  hörmətlə  qarşılayaraq, 
BMT­nin  60  illiyi  ilə  əlaqədar  Nyu­Yorkda  keçirilən  tədbirə  qatıldığı  üçün, 

105
aka demik  Yusif  Məmmədəliyevin  100  illiyi  ilə  bağlı  yubiley  mərasimində 
iştirak  edə  bilməməsindən  təəssüfləndiyini  söyləmişdir.  Baş  direktor  Azər­
baycana  son  səfərini  məmnunluqla  xatırlayaraq,  ona  və  nümayəndə  heyətinə 
göstərilən qonaqpərvərliyə görə Mehriban xanıma dərin minnətdarlığını bildir­
mişdir.  Ba kıdakı  görüşlərin  onda  çox  gözəl  təəssürat  yaratdığını  söyləyən 
Koişiro  Matsuura  YUNESKO  ilə  Azərbaycan  arasındakı  əlaqələrin  yüksək 
səviyyədə oldu ğunu vurğulamışdır. 
Mehriban xanım Əliyeva akademik Yusif Məmmədəliyevin yubileyinin Pa­
risdə qeyd olunmasından məmnunluğunu bildirmişdir. O, YUNESKO ilə Azər­
baycan  arasında  əməkdaşlığın  inkişafından  razılıqla  söhbət  açaraq,  qarşı lıqlı 
əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini vurğulamışdır. 
Finlandiya Prezidentinin həyat yoldaşı Pentti Arayarvi 2005­ci il sentyabrın 
29­da Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, 
YUNESKO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşmüşdür. 
Mehriban xanım Əliyeva qonağa Azərbaycanın qədim tarixindən, xalqımı­
zın zəngin mədəni ənənələrindən geniş məlumat vermişdir. 
Yüksək  qonaqpərvərliyə  görə  təşəkkürünü  bildirən  cənab  Pentti Arayarvi 
Azərbaycan paytaxtına səfərinin ilk günü barədə təəssüratını bölüşmüşdür. 
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondu­
nun prezidenti, YUNESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Meh­
riban  xanım  Əliyeva  2005­ci  il  dekabrın  5­də  vokalçıların  Bülbül  adına  3­cü 
Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüşmüşdür. 
Münsiflər  heyətinin  sədri,  SSRİ  xalq  artisti,  Sosialist  Əməyi  Qəhrəmanı, 
Lenin və SSRİ Dövlət mükafatları laureatı, Beynəlxalq Musiqi Xadimləri İtti­
faqının prezidenti, akademik İrina Arxipova, üzvlər – Mariya Biyeşu (Moldo­
va), Bibigül Tulegenova (Qazaxıstan), Firəngiz Əhmədova, Fərhad Bədəlbəyli 
(Azərbaycan), Mati Palm (Estoniya), Mariya Stefyuk (Ukrayna), Nodar And­
quladze  (Gürcüstan),  Korneliya  fon  Kerssenbrok  (Almaniya),  Oleq  Melnikov 
(Belarus) əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış olmuşlar. Qonaqlara 
Ümummilli  Liderimizin  şəxsi  arxivindən  götürülmüş  və  onun  fəaliyyətinin 
ayrı­ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verilmişdir. 
Hörmətli qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müx­
təlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə 
geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadim­
lərinin ona bəxş etdikləri hədiyyələrə, Ulu Öndərimiz haqqında kitablara, onun 
müxtəlif ölkələrin liderləri, xüsusən elm, mədəniyyət və incəsənət xadimləri ilə 
çəkilmiş şəkillərinə böyük maraqla baxmışlar. 
Mehriban xanım qonaqları səmimiyyətlə salamlayaraq, onları ölkəmizdə və 
Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən çox böyük qürur 

106
hissi keçirdiyini söyləmişdir. O, Heydər Əliyev Fondu haqqında qısa məlumat 
verərək  bildirmişdir  ki,  2004­cü  il  mayın  10­da  fəaliyyətə  başlayan  Fondun 
əsas məqsəd və vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq 
fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdır­
maqdır. Ancaq bununla bərabər, Fond fəaliyyətə başladığı ilk gündən qarşıya 
zamanın  tələblərinə  cavab  verən  vəzifələr  qoymuş,  böyük,  qlobal  layihələr 
həyata keçirməyə başlamışdır. Fondun prezidenti konkret insanların problem­
lərinin həllinə kömək, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və inter­
nat məktəblərində təlim­tərbiyə alan, diabet xəstəliyindən əziyyət çəkən uşaq­
lara yardım, talassemiyasız həyat, təhsil, mədəniyyət sahəsində çox böyük layi­
hələr  həyata  keçirildiyini  diqqətə  çatdırmışdır.  Belə  layihələrdən  biri  olan 
“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində cari ilin son altı 
ayında respublikamızın bütün regionlarında 130 məktəb binasının tikilib istifa­
dəyə verildiyini vurğulamışdır. 
Müstəqil  Azərbaycan  dövlətinin  memarı  Heydər  Əliyevin  həmişə  mədə­
niyyətin inkişafına, xalqlar arasında dostluq əlaqələrinin genişlənməsinə böyük 
diqqət  yetirdiyini  vurğulayan  Mehriban  xanım,  dünya  şöhrətli  siyasi  xadimin 
Azərbaycan  professional  vokal  sənətinin  banisi  Bülbülün  100  illik  yubileyi 
münasibətilə imzaladığı Sərəncamda hər 3 ildən bir görkəmli sənətkarın xatirə­
sinə  həsr  edilmiş  beynəlxalq  müsabiqənin  də  keçirilməsini  gərəkli  saydı ğını, 
əvvəlki iki müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu, həmin müsabi­
qələrin qalibi olan 30­dan çox vokalçının dünyanın möhtəşəm konsert salonla­
rında dəfələrlə uğurla çıxış etdiklərini diqqətə çatdırmışdır. 3­cü müsa biqədə də 
Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan, Çin və İrandan 
60 gənc vokalçının iştirak etməsini yüksək dəyərləndirən Mehriban xanım Əli­
yeva, əmin olduğunu bildirmişdir ki, artıq yekun mərhələsinə qədəm qoyan bu 
müsabiqənin qalibləri də ifaçılıq sənətinə öz töhfələrini verəcəklər. 
Mehriban  xanım  münsiflər  heyətinin  üzvlərinə  Heydər  Əliyev  Fondunun 
mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən olan “Qarabağ xanəndələ­
ri” musiqi albomunu, Fondun fəaliyyətindən bəhs edən kitabı hədiyyə etmişdir. 
ABŞ­ın Aparıcı Yəhudi Təşkilatları  Sədrləri  Konfransının  nümayəndə  he­
yəti 2006­cı il fevralın 13­də Heydər Əliyev Fondunda olmuşdur. 
Fondun prezidenti, YUNESKO­nun xoşməramlı səfiri, Milli Məclisin depu­
tatı Mehriban xanım Əliyeva qonaqlara ingilis dilində müraciət edərək, onları 
səmimiyyətlə salamlayaraq, Amerikada yaşayan yəhudiləri birləşdirən təşkila t­
ların  təmsilçilərini  ölkəmizdə  və  Ulu  Öndər  Heydər  Əliyevin  adını  daşıyan 
Fondda görməkdən çox böyük qürur hissi keçirdiyini söyləmişdir. O, Heydər 
Əliyev  Fondu  haqqında  qısa  məlumat  verərək  bildirmişdir  ki,  Fond  nüfuzlu 
beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyri­hökumət 

107
təşkilatları  ilə  əməkdaşlığa  da  çox  böyük  əhəmiyyət  verir  və ABŞ­ın  yəhudi 
təşkilatları ilə də əlaqələr yaradılmasına hazırdır. 
Yəhudi  təşkilatlarının  təmsilçiləri  Fondun  və  onun  prezidentinin  konkret 
insanların və ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat mək­
təblərində təlim­tərbiyə alan, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yar­
dım,  talassemiyasız  həyat,  təhsil,  mədəniyyət  sahəsində  çox  böyük  layihələr 
həyata keçirməsinin şahidi olduqlarını vurğulamışlar. Onlar Azərbaycan xalqı­
nın zəngin mədəniyyəti, klassik və müasir musiqi sənəti ilə əyani tanışlıqdan 
məmnun  qaldıqlarını  bildirərək,  Mehriban  xanımın  həm  də  YUNESKO­nun 
xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Gimnas­
tika  Federasiyasının  prezidenti  kimi  səmərəli  fəaliyyətini  yüksək  qiymətlən­
dirmişlər. 
Amerikalı qonaqlar respublikamızda hər addımda hiss  etdikləri qonaqpər­
vərliyə, Bakıda yəhudi məktəbinin inşası üçün geniş torpaq sahəsi ayrılmasına 
köməyə görə təşəkkür etmişlər. Azərbaycan Prezidenti ilə görüşün onların qəl­
bində silinməz izlər qoyduğunu, ölkəmizdə bütün dinlərdən, millətlərdən olan 
insanların azad, dinc, birgəyaşayışı üçün hər cür hüquqi­mənəvi şəraitin möv­
cud olduğunu yəqin etdiklərini, erməni təcavüzünün xalqımıza böyük əzablar 
verdiyini  öyrəndiklərini  bildirmiş,  Azərbaycan  həqiqətlərinin  ABŞ­da  yayıl­
masına yardımçı olacaqlarını söyləmişlər. 
Mehriban xanım Əliyeva vurğulamışdır ki, hələ 10 il əvvəl Azərbaycan Mə­
dəniyyətinin Dostları Fondunu yaradarkən əsas niyyəti xalqımızın zəngin mə­
dəniyyətini, qədim keçmişini, adət­ənənələrini, dünyaya yaymaq, tanıtmaq ol­
muşdur. Çox sağ olun ki, siz də bunları vurğuladınız, düzgün dəyərləndir diniz, 
Azərbaycanın təkcə neft ölkəsi yox, həm də zəngin mədəniyyətə malik diyar 
olduğunu dediniz. Mən həmişə bu fikirdə olmuş, bu amalla yaşamışam ki, xoş 
niyyət, xoş əməl dünyada çox şeyi yaxşılığa doğru dəyişə bilər. 
2006­cı  il  martın  8­də  Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­
nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Tokio­
da məşhur İkebana Akademiyası (Mərkəzi) ilə tanış olmuşdur. 
Yaponiyada İkebana – buketdüzəltmə sənətinin 600 illik tarixi var. 1924­cü 
ildə  yaradılmış  Mərkəzin  isə  dünyanın  bir  sıra  ölkəsində  nümayəndəlikləri 
fəaliyyət  göstərir.  Bu  mərkəz  hazırda  Gündoğar  ölkənin  ən  məşhur  mərkəz­
lərindən biri sayılır. Mərkəzlə tanışlıq zamanı Mehriban xanıma bir neçə buket­
düzəltmə nümunəsi göstərilmişdir. 
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Yaponiyaya  rəsmi  səfəri  çərçivə­
sində onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun xoş­
məramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  2006­cı  il 
martın 9­da Tokioda Yaponiya Kimono Akademiyası ilə tanış olmuşdur.

108
“Kimono”  sözü  yapon  dilində  geniş  mənada  milli  geyim  mənasını  verən 
ümumi anlayışdır. Min ildən artıq tarixi olan kimononun növləri çoxdur: kişi və 
qadın kimonoları, üst, alt kimonoları və s. Kişi kimonoları adətən tutqun rəngli 
parçadan tikilir və naxışları az olur. Qadın kimonolarının qolları uzun, kəməri 
isə  enli  olub  arxada  bant  şəklində  bağlanır.  XVII  əsrdən  başlayaraq,  kimono 
əhalinin bütün təbəqələrinin universal geyiminə çevrilmişdir. XIX ərsin sonun­
da Avropa mədəniyyətinin təsiri ilə kimono tədricən məişətdən sıxışdırılsa da, 
tamamilə itməmişdir. Milli adət və ənənələrə çox həssas olan yaponlar, onu bu 
günədək qoruyub saxlamışlar. 
2006­cı il martın 10­da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Tokio­
da dünyada məşhur olan Kabuki teatrı və “Meycici” məbədi ilə tanış olmuşdur. 
Hörmətli  qonağa  məlumat  verilmişdir    ki,  mənşəyi  xalq  mahnıları  və 
rəqsləri ilə bağlı olan klassik yapon teatrı Kabuki teatrı XVII əsrdə Kioto şəhə­
rində yaranmışdır. XVIII əsrin sonu Kabuki teatrının çiçəklənmə dövrü olmuş­
dur. Bu dövrdə formalaşmış tamaşalar müasir Kabuki teatrında da qorunub sax­
lanılmışdır. Kabuki teatrında qəti müəyyən edilmiş səhnə qanunları sistemi (əl­
qol hərəkətləri, səsin modulyasiyası, simvolik qrim və s.) mövcuddur. İfaçılar 
kuklaların  hərəkətlərini  təqlid  edirlər.  Tamaşalar  xüsusi  avadanlıqla  təchiz 
edilmiş  böyük  teatrlarda  göstərilir.  Ənənəvi  Kabuki  teatrı  indiyədək  böyük 
tamaşaçı kütləsinə malikdir və aktyorlar qrupu yalnız kişilərdən ibarətdir. Bu 
aktyorlar Yaponiyanın ən məşhur mədəniyyət ustaları kimi tanınırlar. 
Mehriban  xanım  Əliyeva  günün  ikinci  yarısında  Tokio  şəhərində  1920­ci 
ildən  fəaliyyət  göstərən  böyük  “Meycici”  buddist  məbədi  ilə  tanış  olmuşdur. 
Məbədin  dini  rəhbəri Azərbaycanın  Birinci  xanımını  salamlamış  və  məbədin 
dini, elmi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. 
Məbədin  dini  rəhbəri  Mehriban  xanım  Əliyevaya  xatirə  hədiyyəsi  təqdim 

Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin