mEhrİban Xanım ƏLİYEVanın
“2005-ci İLİn adamı” mükafatına LaYİq görüLmƏsİ
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən
2001ci ildən başlayaraq təqdim edilən “İlin adamı” mükafatı, bir qayda olaraq,
vətənpərvərliyi və millətə göstərdiyi xidmətləri ilə seçilən insanlara verilir.
Azərbaycanın tərəqqisi, milli keyfiyyətlərin qorunub saxlanılması, habelə ölkə
mizin dünyadakı imicini layiq olduğu şəkildə formalaşdırmaq kimi böyük
amallara xidmət edən mükafatın əsas mənası özlərinin fəaliyyət və yaşam
tərzlərini Azərbaycanın rifahına yönəldən şəxslərin müəyyən edilməsi və həvəs
ləndirilməsindən ibarətdir.
Qısa zaman kəsiyində əsas qayəsi Azərbaycan və azərbaycançılıq uğrunda
çalışan insanların həyat və fəaliyyətini hər bir vətəndaş üçün örnəyə çevirmək
olan Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərə
findən təsis edilmiş “İlin adamı” mükafatı artıq ictimai həvəsləndirmə və təş
viqetmənin ciddi atributuna çevrilmişdir.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkə
mizin təhsil sisteminin inkişafında xidmətlərinə, millimədəni irsimizin qorunub
saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin
möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27ci dünya çem
pionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, geniş
miqyaslı xeyriyyəçilik fəaliyyə tinə görə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanı “2005ci ilin adamı” elan etmişdir. 2006ci il yanvar ayının 31də “Park
İnn” hotelinin böyük mərasim salonunda Mehriban xanım Əliyevaya “2005ci ilin
adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir.
Beləliklə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tərəfindən
“2005ci ilin adamı” mükafatı, dünyanın ilk və ən məşhur saat firması tərəfindən
xüsusi olaraq hazırlanmış saat və mükafatın əsasnaməsinə uyğun olaraq, 20 milyon
manat (4 min yeni manat) Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun
xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim edilmişdir.
48
mEhrİban Xanım ƏLİYEVanın
ümumdünYa ƏqLİ müLkİYYƏt tƏşkİLatının (üƏmt)
qızıL mEdaLına LaYİq görüLmƏsİ
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2006ci ildə BMTnin aparıcı
qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT)
qızıl medalına layiq görülmüşdür. 2006cı il mart ayının 3də Heydər Əliyev
Fondunda mükafatın təqdimat mərasimi keçirilmişdir.
ÜƏMTnin baş direktoru Kamil İdris və təşkilatın nümayəndə heyətinin
üzvləri Heydər Əliyev Fondunun sərgi və ekspozisiyası vasitəsi ilə fenomen
şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və
Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı
fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiy
yələrə, Ulu Öndərimiz haqqında kitablara baxmış, onun müxtəlif ölkələrin
lider ləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri ilə tanış
olmuşlar.
Mehriban xanım dünyanın mötəbər təşkilatının təmsilçilərini ölkəmizdə və
Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən qürur duyduğunu
vurğulamışdır. Fondun prezidenti Azərbaycan mədəniyyətinin tədqiqi, öyrənil
məsi, nəşri, qorunub saxlanılması, gənc nəslə çatdırılması, dünyaya yayılması,
təbliği sahəsində nəhəng tədbirlər həyata keçirildiyini, Fondun nüfuzlu beynəl
xalq təşkilatlarla, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyrihökumət təşki
latları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir.
ÜƏMTnin baş direktoru Kamil İdris Azərbaycanın Birinci xanımının xey
riyyəçilik fəaliyyəti, rəhbərlik etdiyi fondların elm, ədəbiyyat, mədəniyyət,
təhsil, səhiyyə və digər sahələrdə çox dəyərli layihələr işləyib həyata keçirdiyini
yüksək qiymətləndirərək demişdir: “Mehriban xanımın qısa nitqi də onun əhatəli
dünyagörüşünə, dərin intellektə malik olduğunu sübut edir. ÜƏMTnin ən yük
sək mükafatı olan qızıl medala da məhz mədəni, mənəvi dəyərlərin qorunub
saxlanmasına mühüm töhfələr verən, əməli yardım edən dərin intellektli şəxslər
layiq görülür”.
Beləliklə, ÜƏMTnin baş direktoru Kamil İdris tərəfindən BMTnin aparıcı
qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl
medalı Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təqdim edilmişdir.
49
mEhrİban Xanım ƏLİYEVanın
İsEsko-nun XoşmƏramLı sƏfİrİ tİtuLuna
LaYİq görüLmƏsİ
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı
və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış
şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük
dəstəyinə görə ölkəmizin Birinci xanımı Mehriban Əliyeva 2006cı il noyabrın
24də İSESKOnun (İSESKO – təhsil, elm və mədəniyyət məsələləri üzrə İslam
təşkilatıdır. 1979-cu ildə təşkil edilmişdir. İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycridir. Azərbaycan dövləti İSESKO ilə yaxından əməkdaşlıq
edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı
şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik
inkişafının təzahürüdür) xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban
xanım Əliyeva İSESKOnun xoşməramlı səfiri adına layiq görülən ilk qadın
olmuşdur.
2006cı il noyabrın 23də Heydər Əliyev Fondunda görkəmli şərqşünas
alim, professor Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri”
kitabının təqdimatına və Fondun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya İslam Ölkələri Təhsil, Elm
və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiri adının verilməsinə
həsr edilmiş mərasim keçirilmişdir. Mərasimdə iştirak edən elm və təhsil
xadimləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində
görülən işləri yüksək qiymətləndirmiş və son iki ildə respublikamızda 130
məktəbin tikilməsində və bir o qədər məktəbin əsaslı təmir edilməsində Heydər
Əliyev Fondunun təşəbbüsünü təhsilin inkişafı yolunda əvəzsiz töhfə kimi
dəyərləndirmişlər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya İSESKO
kimi mötəbər təşkilatın xoşməramlı səfiri adının verilməsi Azərbaycanın təhsil
işçiləri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı çərçivəsində böyük işlər görən Azərbaycanın Birinci
xanımı ölkəmizdə təhsilin xeyirxah hamisi dərəcəsinə yüksəlmişdir. Onun
uşaq tərbiyə müəssisələrində, internat evlərində, yeni məktəblərin açılış məra
simlərində görüşləri hamının qəlbində silinməz xatirəyə çevrilmişdir.
Görkəmli şərqşünas və ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev
İSESKOnun xoşməramlı səfiri adının qadınlar arasında ilk dəfə olaraq Azər
baycanın Birinci xanımına verilməsini bu xeyirxah xanımın ölkəmizdə təhsilin,
mədəniyyətin, səhiyyənin inkişafına, konkret insanların qayğı və problemlərinə
göstərdiyi diqqətin, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinin təsdiqi kimi
dəyərləndirmişdir.
50
İSESKOnun baş direktoru Əbdüləziz bin Osman əlTüveycri Mehriban
xanım Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsini hər
şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin İSESKOya göstərdiyi böyük
dəstəyin, İslam aləmində aparılan böyük işlərə onun qoşulmasının göstəricisi
kimi qiymətləndirərək demişdir: “Mehriban xanıma bu qurumun ən yüksək
fəxri adının verilməsi ilə əməkdaşlıq bundan sonra daha da genişlənəcəkdir.
İSESKOnun tarixində ilk dəfədir ki, bu ad xanıma verilir. Mehriban xanım
sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyətləri çərçivəsində gördüyü
genişmiqyaslı işlərə görə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların
yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə verdiyi dəstəyə görə bu ada tam
layiqdir. Cəmi 4 nəfər bu adı alıbdır. Dünyanın bu ağır günlərində, cəsarətli
insanlara ehtiyac duyulduğu bir zamanda, münaqişələrin qarşısının alınmasında,
sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, İslam aləmində görülən
işlərə böyük dəstəyinə görə Mehriban xanıma İSESKOnun ən yüksək adını
veririk. Bu, İSESKOya da, İslam aləminə də şərəf gətirəcəkdir”.
51
mEhrİban Xanım ƏLİYEVanın
dünYa sƏhİYYƏ tƏşkİLatının YüksƏk mükafatına
LaYİq görüLmƏsİ
2007ci il may ayının 17də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST)
ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60cı sessiyasının yığıncağı
keçirilmişdir. Assambleyanın sədri, Avstraliyanın səhiyyə naziri xanım Ceyn
Halton yığıncağı açaraq, bəşəriyyəti təhdid edən və geniş yayılmış xəstəliklərin
qarşısının alınmasında həkimlərin şərəfli əməyindən danışmışdır. Sədr Heydər
Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın təkcə mədəniyyət
və təhsil sahəsində deyil, həm də səhiyyə sahəsində göstərdiyi xidmətləri yüksək
qiymətləndirmişdir.
Ceyn Halton Mehriban xanım Əliyevanın İhsan Doğramacı Ailə Sağlamlığı
Fondunun mükafatına layiq görüldüyünü bildirmişdir. İhsan Doğramacı Fon
dunun təmsilçisi xanım Filis Ərdoğan uşaq həkimi kimi professor İhsan Doğ
ramacının səhiyyə sahəsində xidmətlərini xatırlatmış və Fondun yaranma tari
xindən danışmışdır. Xanım Ərdoğan Azərbaycanda səhiyyənin inkişafında, yeni
xəstəxanaların açılmasında və onların müasir avadanlıqlarla təchiz edil mə sində
Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi vurğulamışdır.
Mehriban xanım bu əlamətdar hadisə ilə bağlı çıxış edərək demişdir: “Dünya
Səhiyyə Təşkilatı planetimizdə yaşayan bütün xalqlar üçün sağlamlığın mümkün
qədər ən yüksək səviyyəsinin təmin edilməsi naminə çalışan əsl universal
təsisatdır.
Burada olmaq və Dünya Səhiyyə Təşkilatının bu mükafatını almaq böyük
şərəfdir. Məni bu cür yüksək mükafata layiq gördüklərinə görə DSTnin İcraiyyə
Şurasına və professor İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun seçim heyə
tinə minnətdarlığımı bildirmək istəyirəm.
Əminəm ki, bu mükafat ölkəmdə ana, uşaq və ailə sağlamlığının yaxşı
laşdırılması məqsədilə göstərdiyim səyləri daha da gücləndirəcəkdir. Bu mükafat
mənim üçün çox önəmlidir, çünki o, böyük hörmət və ehtiram bəslədiyim şəxsin,
professor İhsan Doğramacının adını daşıyır.
Dünya şöhrətli pediatr və böyük xeyriyyəçi, professor İhsan Doğramacı
bütün həyatını uşaqların sağlamlığı və ali təhsili kimi yüksək amallara həsr
etmişdir. Dünya Səhiyyə Təşkilatının yaradıcılarından biri, onun nizamnaməsinə
imza atmış, bu təşkilatın canlı tarixi sayılan belə böyük şəxsiyyət tərəfindən təltif
edilmək mənim üçün böyük şərəfdir. Əfsuslar olsun ki, professor Doğramacı bu
tədbirdə iştirak edə bilmədi. Mən öz adımdan ona qarşıdan gələn bir çox illər
ərzində möhkəm cansağlığı və səadət arzulayıram.
Hazırda sürətlə inkişaf edən Azərbaycanda yaşayan hər bir şəxsin həyat
tərzini və sağlamlığını köklü şəkildə yaxşılaşdırmaq üçün bir çox imkanlar var.
52
Azərbaycanda səhiyyə sisteminin müasirləşdirilməsi haqqında dövlət proqramı
uğurla həyata keçirilir. Təkcə son iki il ərzində ölkəmizdə onlarca müalicə
diaqnostika mərkəzləri tikilmişdir. Onların hamısı ən müasir avadanlıqlarla
təchiz olunur. Biz gənc həkimlərimizin təhsilinə xüsusi diqqət yetiririk. Məq
sədimiz ölkədə ən yüksək dünya standartlarına cavab verən səhiyyə sis teminin
qurulmasıdır. Əminəm ki, hazırkı sürətlə biz yaxın gələcəkdə öz məqsədlərimizə
nail olacağıq.
Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq çox səmərəlidir.
Bu təşkilat Azərbaycanda tibbi təhsil, təhlükəsiz immunlaşdırma, ana və uşaqların
sağlamlığının qorunması kimi sahələrdə bir sıra layihələr həyata keçirir. İnanıram
ki, əməkdaşlığımız gələcəkdə daha səmərəli olacaqdır.
Məni təltif etdiklərinə görə, Dünya Səhiyyə Təşkilatına və İhsan Doğramacı
Ailə Sağlamlığı Fonduna sonda bir daha minnətdarlığımı bildirir, bu mükafatı
Azərbaycanda işləyən bütün həkimlərin və səhiyyə işçilərinin əməyinə verilən
qiymət kimi qəbul edirəm”.
Assambleya sədri Ceyn Halton və DSTnin baş direktoru xanım Marqaret
Çan İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafafını Mehriban xanım
Əliyevaya təqdim etmişlər.
53
mEhrİban Xanım ƏLİYEVanın
“qızıL ürƏk” bEYnƏLXaLq mükafatına
LaYİq görüLmƏsİ
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət
sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın Birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKOnun və İSESKOnun xoşməramlı sə
firi, Milli Məclisin deputatı Mehriban Əliyevaya yüksək mükafat – “Qızıl ürək”
beynəlxalq mükafatı təqdim olunmuşdur.
2007ci il may ayının 27də Moskvanın Stanislavski və Nemiroviç
Dançenko adına Musiqili Teatrında keçirilən mərasimə gələn Mehriban xanım
Əliyeva əvvəlcə məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Lorenlə
görüşmüşdür. Sofi Loren Azərbaycanın Birinci xanımını bu mükafata layiq
görülməsi münasibətilə təbrik etmişdir.
Sonra “Qızıl ürək” beynəlxalq mükafatının dördüncü təqdimat mərasimi
olmuşdur. Mərasimi Sofi Loren açmışdır. Mehriban xanım Əliyevaya “Qızıl
ürək” mükafatını – heykəlciyi və “Beynəlxalq mükafatın laureatı” fəxri nişanını
Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor
İvanov təqdim etmişlər.
Azərbaycanın Birinci xanımına mükafatı təqdim edən Sergey Mironov
Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı
tanış olduğunu bildirərək vurğulamışdır ki, “belə xeyirxah və qızıl ürəklər
insanlara və dünyaya fəzilət bəxş edir”.
Mehriban Əliyeva təşəkkür edərək demişdir: “Mükafata görə çox sağ olun,
mənim ünvanıma deyilən səmimi sözlərə görə çox sağ olun!
Çox sağ olun ki, mürəkkəb zəmanəmizdə səylə mərhəmətə çağırırsınız.
Düşünürəm ki, həm laureatlarınızın və həm də nominantlarınızın xeyirxah işləri
mərhəmətə, rəhmdilliyə, başqasının dərdinə şərik olmağa, ətrafdakıların və bizim
köməyimizə ehtiyacı olanların ağrıacısını duymağa və bölüşməyə çağırışdır.
Mən arzu edirəm ki, bu mükafatın laureatlarının sayı ilbəil artsın və beləliklə,
dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərdqüssə isə azacıq da olsa,
əskilsin. “Qızıl ürək” müxtəlif ölkələrdən olan insanları, müxtəlif peşə və vəzifə
sahiblərini universal və əbədi ideya – xeyirxahlıq ideyası ətrafında birləşdirir”.
Azərbaycanın Birinci xanımına “Qızıl ürək” mükafatının təqdimatından əv
vəl Heydər Əliyev Fondu haqqında sənədli film nümayiş etdirilmişdir. Filmdə
Mehriban Əliyevanın fəaliyyətindən, təhsil, mədəniyyət, səhiyyə sahəsində
həyata keçirilən geniş layihələrdən, habelə xəstə, yetim uşaqlara, aztəminatlı
ailələrin uşaqlarına göstərilən yardımdan bəhs olunmuşdur.
Tədbirin təşkilatçısı, “Qızıl ürək” Xeyriyyə Fondunun təşkilat komitəsinin
rəhbəri, tibb elmləri doktoru Yakov Brand demişdir ki, Mehriban xanım Əliyeva
54
bu yüksək mükafata layiqdir, çünki onun başçılıq etdiyi Fond, ilk növbədə, xəstə
uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban xanım Əliyevaya
“Qızıl ürək” mükafatının verilməsi barədə qərar qəbul edilməzdən əvvəl Fondun
fəaliyyəti ətraflı öyrənilmiş, diabet, talassemiya, vərəm ilə mübarizə proqramı
çərçivəsində, habelə evsizeşiksiz və əlil uşaqlara yardım sahəsində görülən
konkret işlər yüksək qiymətləndirilmişdir.
Mötəbər mükafatın təqdim olunması mərasimində Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin təbrik məktubu oxunmuşdur.
Humanizm ideyalarına və bəşəri ideallara xidmətə xüsusi töhfələrinə görə
görkəmli insanların mükafatlandırılması mərasimi hər il Rusiya Federasiyasının
YUNESKOnun İşləri üzrə Komissiyasının, Rusiya Hökumətinin, Rusiya Qızıl
Xaç Cəmiyyətinin, Federasiya Şurasının, “Qızıl ürək” Xeyriyyə Fondunun,
İTARTASS agentliyinin və bir sıra digər təşkilatların himayəsi ilə keçirilir.
Bu il “Qızıl ürək” mükafatına yanğın zamanı uşaqları xilas etmiş 11 yaşlı Olqa
Kozlova və Dmitri Filyuşin, 60dan çox uşağı övladlığa götürmüş Sorokinlər
ailəsi və ayrıayrı şəxslər layiq görülmüşlər.
55
mEhrİban Xanım ƏLİYEVanın böYük komandor Xaçı
ordEnİnƏ LaYİq görüLmƏsİ
2009cu ildə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun pre
zidenti, YUNESKOnun və İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük
Komandor Xaçı ordeni ilə təltif edilmişdir.
2009cu il sentyabr ayının 14də Heydər Əliyev Fondunda ordenin təqdim
etmə mərasimi keçirilmişdir.
Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski bildirmişdir ki, Prezident Lex
Kaçinski Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı
xidmətlərinə görə Mehriban xanımı bu ordenlə təltif etmişdir.
Azərbaycanın Birinci xanımının fəaliyyətinin Polşada yaxşı məlum olduğunu
qeyd edən diplomat demişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın fəaliyyəti hər kəsə nümunədir.
Kşiştof Krayevski Heydər Əliyev Fondunun 5 illik fəaliyyətini yüksək qiy
mətləndirərək Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı
ordenini Mehriban xanım Əliyevaya təqdim etmişdir.
Fəaliyyətinə verilən yüksək qiymətə görə Polşa Prezidentinə minnətdarlığını
bildirən Mehriban xanım Əliyeva bu ordenə layiq görülməsinin onun üçün böyük
şərəf olduğunu vurğulamışdır.
Ölkələrimiz və xalqlarımız arasında tarixən dostluq əlaqələrinin mövcud
olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun prezidenti bildirmişdir ki,
dövlətlərimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr müxtəlif sahələrdə
daha da inkişaf etmişdir.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə
Polşanın göstərdiyi kömək, habelə Azərbaycanda “Şopen ili”nə Heydər Əliyev
Fondunun verdiyi dəstək yüksək səviyyədə dəyərləndirilmişdir.
56
mEhrİban Xanım ƏLİYEVanın tƏşƏbbüsü İLƏ
kEçİrİLmİş dünYa ƏhƏmİYYƏtLİ mƏrasİmLƏr
2005ci il martın 23də YUNESKOnun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakının Nəsimi rayonundakı
23 nömrəli orta məktəbdə olmuş, bu təhsil ocağının 70 illiyinə həsr olunmuş
yubiley mərasimində iştirak etmişdir.
Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Nailə Rzaquliyeva
ötən 70 ildə təhsil ocağının keçdiyi şərəfli yol, onun pedaqoji kollektivi,
yetirmələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, tədrisin Azərbaycan
və rus dil lərində aparıldığı, 1500ə yaxın şagirdin təhsil aldığı, 100dən artıq
müəllimin çalışdığı məktəb 1995ci ildən Azərbaycanın Milli Qəhrəmanı Tahir
Həsənovun adını daşıyır. Həmin il Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev burada olmuş və qəhrəmanın barelyefi olan xatirə lövhəsini
açmışdır. Son üc il ərzində məktəbin 7 müəllimi “İlin müəllimi” respublika
müsabiqəsində birinci yeri tutmuş, məzunların əksəriyyəti 650dən yuxarı bal
toplayaraq müxtəlif ali məktəblərə qəbul olunmuşlar. 2003 və 2004cü illərdə
məktəb təlimtərbiyə göstəricilərinə görə Bakı şəhəri üzrə “İlin ən yaxşı təhsil
müəssisəsi” adına layiq görülmüşdür. Yubilyar məktəbin məzunları arasında
tanınmış adamlar – siyasətçilər, alimlər, memarlar, incəsənət xadimləri və
başqaları vardır. Mehriban xanım Əliyeva 1981ci ildə bu təhsil ocağını qızıl
medalla bitirmişdir.
YUNESKOnun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva mərasimdə çıxış edərək demişdir ki, mən 23 nömrəli
məktəbi həmişə xoş hislərlə xatırlayıram. Adətən, bir işə başlayanda qarşıma
çox ciddi tələblər qoyur və onlara əməl etməyə çalışıram. Bu məsuliyyət hissinə
görə doğma məktəbə, müəllimlərimə minnətdaram. Bugünkü şagirdlərin bizdən
üstünlüyü onların müstəqil Azərbaycanda yaşayıb təhsil almasıdır. Məktəbə
adı verilmiş Tahir Həsənov bu müstəqillik uğrunda şəhid olanlardan biridir.
Şagirdlərimiz bunu unutmamalıdırlar.
2005ci il maynın 18də Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun
xoşməramlı səfiri Mehriban xanım Əliyeva Moskvada dünya şöhrətli musiqiçi
Mstislav Rostropoviçin və xanımı, məşhur müğənni Qalina Vişnevskayanın ailə
həyatı qurmalarının 50 illiyinə həsr olunmuş “qızıl toy” mərasimində iştirak
etmişdir.
Mərasim ərəfəsində Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın
Rusiya Federasiyası Prezidentinin xanımı Lyudmila Putina ilə görüşü olmuşdur.
Məşhur sənətçilərin “qızıl toy”una 300dən çox qonaq, o cümlədən Meh
riban xanım Əliyeva və qızı Leyla, İspaniya və Niderland kraliçaları, Fransa
Prezidentinin xanımı, Rusiyanın birinci Prezidenti Boris Yeltsin, Moskvanın
57
meri Yuri Lujkov dəvət olunmuşdular. Mərasim Qalina Vişnevskayanın artıq bir
neçə il hamilik etdiyi uşaq məktəbteatrında başlamış, sonra müğənninin Opera
İfaçılığı Mərkəzində davam etmişdir. Konsertdən sonra yubilyarların 1955ci
ildə burada tanış olduqları “Metropol” restoranında ziyafət verilmişdir.
Mehriban xanım Əliyeva mərasimdə həmçinin Rusiyanın keçmiş Prezidenti
Boris Yeltsin və onun xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya ilə və digər
qonaqlarla görüşmüşdür.
Mərasim iştirakçıları dünya musiqi mədəniyyətinin fəxri olan Mstislav
Rostropoviçə və Qalina Vişnevskayaya yeni uğurlar, sənət və həyat sevincləri
Dostları ilə paylaş: |