Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
1   2   3   4   5   6   7   8   9   10   ...   17
  Heydər  Əliyev  Fondunun  əməyi  sayəsində  baş  tutacaq  bu 
hadisəni  müsəlman  dünyasının  xristian  aləminə  hədiyyəsi  kimi  xarakterizə 
edərək  demişdir:  “Mən  burada  professor  Biskontinin  çıxışını  dəstəkləyirəm. 
Bir  daha  bildirmək  istəyirəm  ki,  bu  abidə  bizim  üçün  çox  böyük  rəmzi  əhə­
miyyət  daşıyır.  Əslində  bu  rəmz,  bu  abidə  hətta  kardinal  səviyyəsinə  ucal­
mağımda  əsas  səbəb  kimi  mənim  fəaliyyətimdə  böyük  rol  oynamışdır.  Mən 
bundan çox böyük məmnunluq hissi duyuram. Bu gün məhz Orfeyin abidəsinin 
iki  mühüm  cəhəti  vardır.  Bunun  biri  ondan  ibarətdir  ki,  bizim  aramızda 
mövcud olan əməkdaşlıq daha da genişlənir. Əslində, digər tərəfdən bu abidə 
yunan, Roma və xristian mədəniyyətlərinin bir­birinə qovuşmasını özündə əks 
etdirir,  onların  arasında  müxtəlif  səslərin  bir  araya  gətirilməsinə,  ahəngdar 
vəhdətin yara dılmasına imkan verir.
Aparılacaq  bu  iş  məhz  Heydər  Əliyev  Fondunun  yardımı  sayəsində  baş 
tutacaqdır. Bu addımın atılması xristian aləminin mühüm abidəsinə müsəlman 
dünyasının  töhfəsidir.  Əslində,  Roma  şəhərində,  ümumiyyətlə,  Romanın  tari­
xində ilk hadisədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev 
Fondu  xristian  aləminin  incəsənəti,  mənəvi  dəyərləri,  onun  mədəniyyətinin 
daha da yaxşı şəkildə parlamasına öz töhfəsini verir. Digər tərəfdən isə bədii 
əhəmiyyət daşıyan əl işləri arasında bir vəhdət yaranır.
Azərbaycana  səfərim  zamanı  mən  böyük  məmnunluq  hissi  ilə  bu  ölkənin 
gözəlliyini  və  orada  olan  abidələri  gördüm.  Beləliklə,  bundan  sonra  azər­
baycanlılar da Romaya səfər edərkən nəinki bu şəhərin gözəlliyini, həmçinin 
öz  ölkələrinin  dəstəyi  ilə  bərpa  edilən  mühüm  bir  abidəni  görmək  imkanına 

89
malik olacaqlar. Əlbəttə, ümidvarıq ki, bu abidə bərpa olunandan sonra onu ilk 
görəcək Azərbaycan vətəndaşı məhz Mehriban xanım Əliyeva olacaqdır. Eyni 
zamanda,  bu  münasibətlə  keçiriləcək  mərasimdə  istərdik  ki,  Sizin  həyat  yol­
daşınız, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev də iştirak etsin. 
Xanım Mehriban Əliyeva, Sizə təşəkkür edirəm”.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər İcra 
Hakimiyyətinin dəstəyi ilə Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan bütün beş 
əsəri Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr olunmuşdur.
Nəfis və irihəcmli formatlı kitaba daxil olan poemalar Xəlil Yusifli, Səməd 
Vurğun,  Məmməd  Rahim,  Abdulla  Şaiq  və  Mikayıl  Rzaquluzadənin  tərcü­
məsində  təqdim  olunmuş  və  “Xəmsə”yə  CD  disk  də  əlavə  edilmişdir.  Diskə 
Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə 
Axundova  və  başqa  bəstəkarların  Nizami  Gəncəvinin  sözlərinə  yazdıqları 
mahnı  və  romanslar,  Niyazinin  “Xosrov  və  Şirin”  operası,  Əfrasiyab  Bədəl­
bəylinin  “Nizami”  operası,  Fikrət  Əmirovun  “Nizami”  simfoniyası,  eləcə  də 
Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların dahi 
şairin sözlərinə xor üçün yazdıqları əsərlər daxil edilmişdir.
2012­ci il aprelin 20­də Romada Heydər Əliyev Fondunun dəstəyi və Azər­
baycanın  İtaliyadakı  səfirliyinin  iştirakı  ilə  dahi  Azərbaycan  şairi  Nizami 
Gəncəvinin abidəsinin açılışı olmuşdur.
Romanın  “Villa  Borghese”  parkında  ucaldılan  abidənin  açılış  mərasimdə 
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban 
Əliyeva iştirak etmişdir.
Mərasimdə çıxış edən Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdi­
ri  Serena  Forni  Romada  dahi  şairə  heykəl  ucaldılmasını  iki  ölkə  arasında 
dostluğun rəmzi kimi qiymətləndirib. Xanım Forni son vaxtlar Romada Meh­
riban Əliyevanın təşəbbüsü ilə bir sıra tədbirlərin keçirildiyini vurğulamışdır.
Bu  tədbirlərdən  biri  kimi  ötən  il  ölkəmizin  müstəqilliyinin  bərpa  edil­
məsinin 20 illiyi münasibətilə Romada keçirilən tədbiri xatırlatmışdır.
Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini də Niza­
mi Gəncəvinin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırmışdır.
Professor şairin yaradıcılığının Azərbaycan xalqına xidmət etməklə yanaşı, 
digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Nizamini İtali­
yada da yaxşı tanıyırlar”.
M.Bernardini  Nizami  Gəncəvinin  əsərlərini  italyan  dilinə  tərcümə  edildi­
yini  və  sevildiyini,  onun  yaradıcılığının  bəşəri  əhəmiyyət  daşıdığını  diqqətə 
çatdırmışdır.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva çıxışında abidənin ucaldıl­
masında əməyi olan insanlara minnətdarlığını bildirmişdir.

90
Bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xa­
tırladan birinci xanım qeyd etmişdir ki, Nizami Gəncəvinin abidəsinin açılışı 
bu hadisənin kulminasiya nöqtəsidir.
“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəx­
siyyətlərindən biridir”, – deyən Mehriban Əliyeva, Nizami yaradıcılığının bü­
tün dünyada sevildiyini, YUNESKO tərəfindən ədibin 850 illiyi münasibətilə 
1991­ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırmışdır. Mehri­
ban Əliyeva şairin əlyazmalarının dünyanın bir çox kitabxanalarında və arxiv­
lərində saxlanıldığını da vurğulamışdır.
Mehriban  Əliyeva  Nizami  yaradıcılığının  bəşəri  olduğunu,  hələ  orta  əsr­
lərdə  –  Renessans  dövründə  bir  çox Avropa  ədiblərinin  Nizaminin  əsərlərinə 
müraciət etdiyini söyləmişdir.
Şairin  Gəncədəki  məqbərəsinin  mədəniyyət  və  tarixi  abidə  kimi  dövlət 
tərəfindən  qorunduğunu  vurğulayan  birinci  xanım,  Romada  belə  bir  abidənin 
ucaldılmasının  İtaliyada  da  onun  yaradıcılığına  diqqət  və  marağı  artıracağına 
əminliyini vurğulamışdır: “Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mə­
dəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə, şübhəsiz ki, 
öz töhfəsini verəcək. İtaliya və Azərbaycan bu gün demək olar ki, bütün sahə­
lərdə  tərəfdaşdır  və  bizim  mədəniyyət  sahəsində  görüşlərimiz  artıq  ənənəvi 
xarakter daşıyır”.
Birinci  xanım  bu  ay  Romada  və  digər  şəhərlərdə  keçirilən  Azərbaycan 
Mədəniyyəti  Günlərinin  maraqla  qarşılandığını  qeyd  etmişdir:  “Bu  ilin  payı­
zında  Azərbaycanda  İtaliya  Mədəniyyəti  Günləri  keçiriləcək.  Mən  sizi  əmin 
etmək  istərdim  ki,  İtaliyanın  zəngin  tarixi,  mədəniyyəti,  incəsənəti,  musiqisi, 
rəssamlıq və memarlıq məktəbi ölkəmizdə çox yaxşı tanınır və sevilir”.
Mədəniyyət və incəsənətin xalqları, insanları bir araya gətirmək, daha yaxşı 
anlamaq  üçün  ən  gözəl  vasitə  olduğunu  deyən  Mehriban  Əliyeva,  gələcəkdə 
ölkələrimiz  arasında  maraqlı  layihələrin  həyata  keçiriləcəyini,  əməkdaşlığın 
daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.
Qeyd  edək  ki,  Nizami  Gəncəvinin  Romadakı  abidəsinin  müəllifləri  xalq 
rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir.
Layihə  Roma  şəhər  meriyasının  tarix  və  incəsənət  komissiyası  tərəfindən 
təsdiqlənmişdir.
2012­ci il iyunun 5­də Sankt­Peterburqda dahi Azərbaycan şairi və mütə­
fəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan 
bağın təntənəli açılışı olmuşdur. 
Açılış  mərasimində  Heydər  Əliyev  Fondunun  vitse­prezidenti  Leyla  Əli­
yeva iştirak etmişdir. 
Leyla Əliyeva mərasimi açaraq bildirmişdir ki, Nizami Gəncəvi adına bağın 
açılışı  Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyi  ilə  Sankt­Peterburq 

91
Administrasiyasının daha bir layihəsidir. O demişdir: “2002­ci il iyunun 9­da 
XII  əsrin  dahi  Azərbaycan  şairi  və  mütəfəkkirinin  Sankt­Peterburqda  abi­
dəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmiş­
lər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının Sankt­Peterburqa hədiyyəsi 
olmuşdur. Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Lenin­
qrad  Ali  Rəssamlıq  Məktəbini  məzunu  Qəyruş  Babayev  yaratmışdır.  Bu  il 
şairin anadan olmasının 870 ili tamam olur. Bununla əlaqədar, fondun nüma­
yəndəliyinin  hamiliyi  ilə  bağda  qranitdən  nadir  skamyalar  və  Nizaminin 
əsərlərindən fraqmentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa 
olunmuşdur. Sankt­Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami 
Gəncəvinin adı verilmişdir. Göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnət­
darlığını bildirən Leyla Əliyeva, əmin olduğunu bildirmişdir ki, Heydər Əliyev 
Fondu və Sankt­Peterburq Administrasiyası gələcəkdə hələ xeyli maraqlı layi­
hələr həyata keçirəcəklər. 
Sankt­Peterburqda  Nizamiyə  abidə  ucaldılmasının  tarixçəsindən  söz  açan 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulamışdır ki, Şimal pay­
taxtının ziyalıları Böyük Vətən müharibəsinin ən ağır illərində dahi şairin 800 
illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə bu qayğıkeş münasibəti Azər­
baycan xalqının heç vaxt unutmayacağını vurğulayan səfir, Sankt­Peterburqda 
onun abidəsinin ucaldılmasında iştirak edənlərə və bu ideyanı dəstəkləyənlərə 
minnətdarlığını  bildirərək  demişdir:  “Bu  abidə  və  bağ Azərbaycan  və  Rusiya 
arasında olan dostluğu, yaxşı münasibətləri təcəssüm etdirir”. 
Sankt­Peterburq hökumətinin Mədəniyyət Komitəsi sədrinin müavini Alek­
sandr  Platunov  sözügedən  hadisənin  Sankt­Peterburq  sakinləri  üçün  əhə­
miyyətindən, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin 
möhkəmlənməsində  oynadığı  roldan  söz  açmışdır.  Ümumrusiya  Azərbaycan 
Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev iki xalq arasında dost­
luğu  və  qarşılıqlı  anlaşmanı  möhkəmləndirmək  üçün  belə  aksiyaların  böyük 
əhəmiyyət daşıdığını vurğulamışdır. 
Azərbaycanın Sankt­Peterburqdakı baş konsulu Qüdsi Osmanov bağın açı­
lışını  Şimal  paytaxtında  Azərbaycan  icmasının  həyatında  əlamətdar  hadisə 
adlandıraraq vurğulamışdır ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 
bu  ölkədə  çeşidli  layihələr  həyata  keçirir.  Əfsanəvi  Fərman  Salmanovun 
abidəsinin, “Nevski pyatoçok” deyilən ərazidə qəhrəman azərbaycanlıların xa­
tirəsinə  stelanın  ucaldılması  belə  layihələrdəndir.  Bu  gün  isə  Nizami  Gəncə­
vinin adını daşıyan bağın açılışıdır. Dəstəyə görə şəhər administrasiyasına min­
nətdarlığını  bildirən  Q.Osmanov  demişdir:  “Abidə  peterburqlulara  hədiyyə 
edilmişdir, bağ da Azərbaycan xalqı adından şəhərlilərə hədiyyədir”. 
Sonra Leyla Əliyeva rəmzi lenti kəsərək dahi Azərbaycan şairinin abidəsi 
önünə tər çiçəklər qoymuşdur.

92

93

94

95
 

96

97
mEhrİban Xanım ƏLİYEVanın
hƏYata kEçİrdİYİ ƏhƏmİYYƏtLİ
sƏfƏr VƏ görüşLƏr
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Fransaya  rəsmi  səfəri  çərçivəsində 
onun xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Meh­
riban Əliyeva 2004­cü il yanvarın 23­də Parisdə, YUNESKO­nun iqamətgahında 
bu beynəlxalq qurumun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür. 
Söhbət  zamanı  baş  direktor  xalqımızın  ədəbi  abidəsi  olan  “Kitabi­Dədə 
Qorqud” dastanının 1300 illiyi ilə bağlı YUNESKO­da keçirilmiş tədbiri xatır­
latmış, Prezident Heydər Əliyevin görkəmli dövlət xadimi və dünyanın tanın­
mış  siyasi  lideri  olduğunu  xüsusi  vurğulayaraq,  Azərbaycanla  YUNESKO 
arasında  sıx  əməkdaşlığın  yaranmasında  onun  əvəzsiz  xidmətlərini  yüksək 
qiymətləndirmişdir. 
Cənab Matsuura daha sonra rəhbərlik etdiyi beynəlxalq qurumun dünyanın, 
o cümlədən qədim tarixi və zəngin abidələri olan Azərbaycanın mədəniyyətinə 
və  incəsənətinə  xüsusi  diqqət  göstərdiyini,  gözəl  memarlıq  kompleksi  İçəri­
şəhərin Dünya Mədəni İrs siyahısına və xanəndə Alim Qasımovun ifasında Azər­
baycan  muğamlarının  bəşəriyyətin  qeyri­maddi  irs  siyahısına  daxil  edilməsi 
barədə ətraflı məlumat vermişdir. 
Görüşdə son zamanlar YUNESKO ilə Azərbaycan arasında əlaqələrin daha 
da genişləndiyi, ölkəmizdə qaçqın uşaqların təhsilinə xüsusi diqqət yetirildiyi 
və  bununla  bağlı  Dövlət  Proqramının  hazırlanaraq  həyata  keçirildiyi,  onlar 
üçün yeni məktəblərin inşa edilməsində bu qurumun yardımı böyük razılıq hissi 
ilə vurğulanmış, Bakıda “Qafqaz xalqlarının ənənələri evi”nin yaradılması fik ri 
səslənmişdir. 
Mehriban  xanım  Əliyeva  görüşdən  xatirə  olaraq,  YUNESKO­ya  azər bay­
canlı rəssamın müasir tablosunu hədiyyə etmişdir. 
2004­cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyəyə 
dövlət səfəri çərçivəsində onun xanımı Mehriban Əliyevanın Ankarada bir sıra 
görüşləri olmuşdur. 
Prezident iqamətgahının Pəmbə köşkündə onun Türkiyə Prezidentinin xanımı 
Səmra  Sezərlə  görüşü  xüsusi  mehribanlıq  şəraitində  keçmişdir.  Söhbət  zamanı 
siyasət, idarəetmə, elm və mədəniyyət sahələrində çalışan türk qadınlarının nai­
liyyətlərinin  fərəh  doğurmasından,  xalqlarımız  arasındakı  tarixi  yaxınlığın  bu 
gün  də  uğurla  davam  etməsindən,  türk  soyunun  gözəl  adət­ənənələrindən  və 
digər  məsələlərdən  bəhs  olunmuş,  ölkələrimizin  inkişafında  qadınların  rolunu 
artırmaq üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulanmışdır. 
Mehriban Əliyeva Ankarada 1958­ci ildə yaradılmış Qızları Təkmil ləş dir­
mə İnstitutu ilə tanış olmuşdur. Türk qızlarının bu təhsil ocağında 2 il ərzində 

98
evdarlıq,  zərgərlik,  nəqqaşlıq,  tikmə,  qrafika,  ayaqqabı  modelçiliyi  və  s. 
sənətləri bütün incəliklərinə qədər öyrənməsi barədə ona məlumat verilmişdir. 
Müxtəlif geyim modellərinin nümayişi müasir türk qadınının incə zövqünü 
və mədəni səviyyəsini bir daha göstərmişdir. İnstitutun dərs otaqları ilə yaxın­
dan tanışlıq, səmimi ünsiyyət xoş təəssürat yaratmışdır. 
Məşhur Ankara qalasının çöl divarları yanında yerləşən Anadolu Mədəniy­
yətləri Muzeyini ziyarət edən Mehriban xanım Əliyevaya bina haqqında ətraflı 
məlumat verilmişdir. 
Bildirilmişdir ki, bu muzeyin binası XV əsrdə sultan Fatehin vəziri Mah­
mud  Paşa  tərəfindən  tikilmişdir.  Muzey  isə  1921­ci  ildən  fəaliyyət  göstərir. 
Buradakı eksponatlar paleolitdən başlayaraq, günümüzə qədərki uzun bir dövrü 
əhatə  edir.  Muzeydə  Türkiyənin  bütün  bölgələrinə  aid  müxtəlif  növ  ekspo­
natların sayı 500 mindən yuxarıdır. 
2004­cü il fevral ayının 10­da Azərbaycan Prezidenti İlham Əliyevin Rusi­
yaya rəsmi səfəri proqramı çərçivəsində onun xanımı Mehriban Əliyeva Rusiya 
Prezidentinin xanımı Lyudmila Putina tərəfindən təşkil olunmuş naharda iştirak 
etmişdir. 
Mehriban xanım Əliyeva istər tələbəlik illərini, istərsə də Moskvada yaşa­
dığı sonrakı dövrləri xatırlayaraq demişdir: “Moskva bizə bir də ona görə doğ­
madır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siya­
si fəaliyyətinin müəyyən dövrü məhz bu şəhərlə bağlıdır. Ona görə də Mos kva 
bizə həm də Heydər Əliyevlə bağlı maraqlı anları xatırlatmışdır”. 
Lyudmila  Putina  Prezident  Heydər  Əliyevin  təkcə Azərbaycan  xalqının  tari­
xində deyil, həm də bütün Rusiyanın tarixində dəyərli bir insan, təcrübəli dövlət 
xadimi kimi xatırlanacağını vurğulamış və ehtiram bəsləndiyini bildirmişdir.
Mehriban xanım Əliyeva Lyudmila Putinanın müşayiəti ilə Rusiyanın məş­
hur Tretyakov qalereyasında olmuşdur. Bu nadir incəsənət mərkəzində təxmi­
nən  doqquz  əsrlik  bir  dövrü  əhatə  edən  on  minlərlə  qiymətli  sənət  inciləri 
toplanmışdır. Bunların arasında A.Rublyovun, K.Bryullovun, İ.Şişkinin, İ.Re­
pinin,  V.Surikovun  və  digər  məşhur  rus  rəssamlarının  əsərləri  bu  gün  də  öz 
təravətini  itirməmişdir.  Hörmətli  qonağa  bu  əsərlərin  ilkin  vəziyyətdə  saxla­
nılması və bərpası üçün görülən tədbirlər barədə geniş məlumat verilmiş, eyni 
zamanda bildirilmişdir ki, burada Azərbaycan təsviri sənət məktəbinin görkəm­
li  nümayəndələri,  dünya  şöhrətli  rəssamlar  Səttar  Bəhlulzadənin,  Mikayıl 
Abdullayevin,  Fuad  Əbdürrəhmanovun,  Tahir  Salahovun,  Maral  Rəhmanza­
dənin, Ömər Eldarovun, Toğrul Nərimanbəyovun və başqalarının əsərləri eks­
po zisiyada layiqli yer tutur.
2004­cü  il  iyunun  4­də Azərbaycanın  dövlət  başçısının  Ukraynaya  dövlət 
səfəri çərçivəsində Prezidentin xanımı Mehriban Əliyeva Kiyev şəhərində bir 
sıra görüşlər keçirmiş, maraqlı tədbirlərdə iştirak etmişdir. 

99
Mehriban  xanım  Əliyeva  Kiyevin  qədim  abidələri  ilə  tanış  olmuşdur.  O, 
əvvəlcə  XI  əsrin  yadigarı  olan  Sofiya  məbədini  ziyarət  etmişdir.  Dünyanın 
məşhur  memarlıq  incilərindən  olan  məbəd  3  min  kvadratmetr  ərazini  əhatə 
edir.  Mehriban  xanım  Əliyevaya  məlumat  verilmişdir  ki,  Sofiya  məbədi  illər 
ötdükcə  genişlənib  və  cəlbedici  bir  görkəm  almışdır.  XI  əsrdən  qalmış  dini 
şəkillər, mozaikalar və freskalar diqqəti daha çox cəlb edir. Divarlardakı yazılar 
bu gün də asanlıqla oxunur. Knyaz Vladimir Monomaxın öz xətti ilə yazdığı 
yazılar məbədin qədimliyindən xəbər verir. 
Mehriban  xanım  Əliyeva  Mixaylov  məbədi  ilə  də  tanış  olmuşdur.  Ukray­
nanın nadir abidələrindən biri olan bu məbəddə saxlanılan eksponatlar rənga­
rəngliyi ilə diqqəti cəlb edir. Müxtəlif dövrlərdə dağıntılara məruz qalan məbə­
din bəzi eksponatları itib­batsa da, sonralar tarixçilər və arxeoloqlar həmin əş­
ya ların bu müqəddəs məbədə qaytarılmasına nail olublar. 
Mehriban  xanım  Əliyeva  Prezident  Leonid  Kuçmanın  xanımı  Lyudmila 
Kuçma tərəfindən onun şərəfinə “Dnepr” otelində təşkil olunmuş naharda işti­
rak etmişdir. 
Bununla  yanaşı,  Mehriban  xanım  Əliyeva  Ukraynanın  Milli  Olimpiya 
Komitəsinə gəlmiş və burada Olimpiya Komitəsinin nümayəndələri və idman­
çılarla görüş keçirmişdir. Azərbaycan Bədii Gimnastika Federasiyasının prezi­
denti  Mehriban  xanım  Əliyeva  ölkəmizdə  bədən  tərbiyəsi  və  idmanın  inki­
şafına  göstərilən  dövlət  qayğısından  və  ümumiyyətlə,  sağlam  nəsil  yetiş­
dirilməsi üçün görülən geniş tədbirlər barədə məlumat vermişdir. O, həmçinin 
iki  ölkə  idmançılarının  dostluq  əlaqələrindən  söhbət  açmışdır.  Ukrayna  Milli 
Olimpiya  Komitəsinin  prezidenti  Mikola  Kostenko  Prezident  İlham  Əliyevin 
gərgin səyi nəticəsində Azərbaycanda Olimpiya hərəkatının uğurlu nəticələrin­
dən və idmançılarımızın müxtəlif yarışlarda qazandığı yüksək nəticələrdən xə­
bərdar olduğunu söyləmişdir. Mehriban xanım Əliyeva Ukrayna Milli Olimpiya 
Komitəsinin muzeyinə milli Azərbaycan xalçası bağışlamışdır. 
Sonra  Mehriban  Əliyeva  idman  kompleksinə  gəlmiş,  bədii  gimnastika  üzrə 
Avropa çempionatında iştirak edən Azərbaycan komandasının məşqçiləri və üzv­
ləri ilə görüşüb söhbət etmiş və tövsiyələrini verərək onlara uğurlar arzulamışdır. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Gürcüstana  dövlət 
səfəri çərçivəsində onun xanımı Mehriban Əliyeva Gürcüstanın dövlət başçısı 
Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofsun müşayiəti ilə Tbilisinin 
bir sıra elm, təhsil, səhiyyə, mədəniyyət ocaqlarına getmiş, gürcü xalqının qə­
dim tarixi ənənələri ilə yaxından tanış olmuşdur. 
Mehriban  xanım  Əliyeva  2004­cü  il  iyunun  14­də  xanım  Sandra  Elizabet 
Rulofsla  birlikdə  tanınmış  gürcü  modelyeri Teya  Lomidzenin  moda  salonuna 
gəlmiş və burada görülən işlər və gürcü xalqının milli dəyərlərinin qorunması, 

100
inkişaf  etdirilməsi  sahəsində  salonun  həyata  keçirdiyi  tədbirlər  barədə  geniş 
məlumat almışdır. Mehriban xanım Əliyeva salonla tanışlıqdan məmnunluğunu 
söyləmiş və əl işlərindən ibarət olan sənət nümunələrinin onda xoş hislər, duy­
ğular yaratdığını bildirmişdir. 
Mehriban xanım Əliyeva Gürcüstan Prezidentinin xanımının müşayiəti ilə 
ölkənin qədim paytaxtı Msxeta şəhərinə gəlmiş və burada qədim şəhərin tarixi, 
yerlərin özəllikləri barədə ətraflı məlumat əldə etmişdir. Mehriban Əliyeva qə­
dim  kilsəni  də  ziyarət  etmişdir.  Bildirilmişdir  ki,  XIII  əsrdə  tikilmiş  kilsə  bu 
günə  qədər  də  xalqın  inam  və  inanc  yeri  kimi  qorunub  saxlanılır.  Mehriban 
xanım Əliyeva “Svetisxoveli” məbədini də ziyarət etmiş və gürcü xalqının adə­
tinə uyğun olaraq, hər iki məbəddə şam yandırmışdır. 
Burada  jurnalistlər  Mehriban  xanımdan  kilsədə  nə  üçün  şam  yandırması 
barədə sual verdikdə demişdir: “Məsələ bundadır ki, hər hansı adam məbəddə 
olanda,  dini  etiqadından  asılı  olmayaraq,  şam  yandırır  və  bu  zaman  onun 
qəlbində  hansısa  fikirlər  və  arzular  olur.  Şamı  yandırdıqda  da  bu  barədə 
düşünür”. 
Azərbaycan Prezidentinin xanımı Uşaq təcili tibbi yardım mərkəzinə səfər 
etmiş və bu sağlamlıq ocağının fəaliyyəti ilə tanış olmuşdur. 
Bununla yanaşı,  Mehriban xanım Əliyeva xanım Sandra Elizabet Rulofsun 
müşayiəti  ilə Tbilisidəki  İncəsənət  muzeyini  də  ziyarət  etmişdir.  Gürcüstanın 
qədim tarixi, mədəniyyəti ilə bağlı zəngin nümunələrin toplandığı muzey Meh­
riban xanım Əliyevada xoş hislər, duyğular oyatmışdır. O demişdir ki, burada 
hər  şey  çox  gözəldir.  Təəssüf  ki,  hamısına  istədiyin  kimi  baxmaq  üçün  vaxt 
azdır. Mən Pirosmani haqqında çox eşitmiş, çox oxumuşam. Onun əsərlərinə 
baxmaq mənim üçün çox xoşdur. Sizin çox yaxşı muzeyiniz var. 
Jurnalistlərin  Gürcüstanı  nə  kimi  hislərlə  tərk  edirsiniz?  sualını  Mehriban 
xanım Əliyeva bu cür cavablandırmışdır: “Bəli, mən bu gün gedirəm. Biz bura­
da  cəmi  iki  gün  olduq.  Bu,  çox  az  müddətdir.  Sizin  şəhəriniz  çox  gözəldir, 
adamlarınız çox səmimidir. Mən sizin üçün darıxacağam”. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  İran  İslam  Res­
publikasına  rəsmi  səfəri  çərçivəsində  Heydər  Əliyev  Fondunun  Prezidenti, 
YUNESKO­nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyeva  2005­ci  il  yan­
varın 24­də Tehranda İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd 
Xatəminin xanımı Zəhra Sadeqi Xatəmi ilə görüşmüşdür. 
Xanım  Zəhra  Sadeqi  Mehriban  xanım  Əliyevanı  böyük  hörmətlə  və  ehti­
ramla qarşılayaraq, Azərbaycanın Birinci xanımının İrana səfərə gəlməsindən 
məmnunluğunu bildirmişdir. 
Yanvarın  24­də  YUNESKO­nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əli­
yeva İran Mərkəzi Bankı nəzdindəki Ləl­cəvahirat muzeyi ilə tanış olmuş, zən­
gin və çox gözəl olan muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. 

101
Azərbaycan  Prezidentinin  xanımı  Tehrandakı  xalça  muzeyində  də  olmuş­

Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin