Fransa ictimaiyyəti, institut kollektivi və Azərbaycan diasporu nümayən
dələrinin iştirakı ilə keçirilən mərasimi institutun rektoru Jak Löqran açaraq
demişdir ki, bu mərasim yaxşı təməllər üzərində qurulur. Bu gün iştirak etdi
yimiz tədbir Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun çoxəsrlik
tarixində daim yadda qalacaqdır. Biz bu təşəbbüsün həyata keçirilməsinə xüsusi
önəm veririk. Hazırkı toplantı Azərbaycanla institutumuz arasında qurduğumuz
tərəfdaşlığın və əməkdaşlığın bariz nümunəsidir.
Mərasimdə çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan dilinə və mədə
niyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirərək demişdir: “Dünyada
65
başqa belə bir institut yoxdur ki, orada 90 dil tədris olunsun. Mən fəxr edirəm
ki, zəngin ənənələrə malik bu ali təhsil ocağında Azərbaycan dili fakültəsi açılır.
Bu gün İNALCOda Azərbaycan dili fakültəsinin açılması Fransada Azər
baycanın tarixi haqqında daha geniş informasiya almağa imkan yaradacaqdır. Eyni
zamanda hesab edirəm ki, bu hadisə dövlətlərimiz arasında olan münasibətlərə,
xalqlarımız arasında olan əlaqələrə, xoşməramlı, mədəni dialoqun qurulmasına
güclü təkan verəcəkdir. Əsrlər boyu millətlərin, xalqların formalaşmasında
dil misilsiz rol oynayır. Azərbaycan xalqı da çox qədim və zəngin tarixə və
mədəniyyətə malik olan bir xalqdır. Eyni zamanda Azərbaycan müstəqil dövlət
kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub saxlamaqla, öz ənənələrimizi,
millimənəvi dəyərlərimizi, öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir
dil inkişaf edir, yeni kəlmələrlə, yeni terminlərlə zənginləşir. Amma biz gərək
unutmayaq ki, dil özüözlüyündə çox dəyərli bir mədəni və tarixi abidədir.
Azərbaycanda Fransa mədəniyyətinə, tarixinə, dilinə çox böyük diqqət və
hörmət var. Bir əsrdən çoxdur ki, Azərbaycanda fransız dili tədris edilir. İndi
Azərbaycanın 7 ali məktəbində fransız dili və ədəbiyyatı ixtisas fənni kimi tədris
olunur, orta məktəblərdə 70 mindən çox şagird xarici dil kimi fransız dilini
öyrənir.
Qərblə Şərq arasında körpü yaradan bu institutda Azərbaycan dili fakültəsinin
yaradılmasının böyük əhəmiyyəti vardır”.
İNALCOnun kollektivinə uğurlar arzulayan Mehriban xanım Əliyeva
fakültəyə Azərbaycanda nəşr olunmuş 400dən çox kitab bağışlamış və institutun
əməkdaşlarını Bakıya dəvət etmişdir.
Rektor Jak Löqran hədiyyəyə görə təşəkkür edərək bildirmişdir ki, bu
kitablar Azərbaycan dilinin tədrisində mühüm vasitə olacaqdır. O, ölkəmiz
haqqında yüksək fikirlər söyləmiş, Heydər Əliyev Fondunun mədəniyyət və
təhsil sahəsindəki xidmətlərini vurğulamışdır. Rektor demişdir ki, rəhbərlik et
diyi institut müxtəlif xalqlar arasında körpü rolunu oynayır. Azərbaycan özü də
tarix boyu Şərqlə Qərb arasında körpü olubdur. “Bakı müxtəlif xalqları təmsil
edən ədiblərin ürəyində xüsusi yer tutub”, – deyən Jak Löqran bildirmişdir ki, bu
institut həm də mədəni irsin qoruyucusu funksiyasını yerinə yetirir.
Azərbaycan dilini tədris edən müəllim Jil Otye hər il üç ay ölkəmizdə səfərdə
olduğunu və Azərbaycanda yaşayan kiçik xalqların dillərini tədqiq etdiyini
bildirmişdir. O demişdir ki, qırız, budıq və xınalıq dillərini tədqiq edərkən,
ölkəmizin mədəniyyəti, tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Belə
bir qənaətə gəlmişdir ki, dünyanın ən gözəl dili Xəzər sahillərində, Kür və
Araz çaylarının qovuşuğunda danışılır. Jil Otye Mehriban xanım Əliyevaya bu
missiyanın reallaşmasında xidmətinə görə təşəkkür etmişdir. O demişdir: “İndi
Xınalığa gözəl asfalt yolu var. Hər kənddə yeni məktəb tikilib. Bu il sentyabr
ayında Quba rayonundakı kiçik bir kəndin yeni məktəbində 10 ədəd təzə
66
kompyuteri, kitabxanasında isə yenicə gətirilmiş 3 min təzə kitabı öz gözlərimlə
görə bildim. Hörmətli Mehriban xanım, bu yeni məktəbi iyun ayında Siz
açmısınız. Çox kiçik bir kənd olsa belə, orada yeni bir məktəb tikdirməyi qarşıya
vacib bir məsələ kimi qoydunuz. Sonra Heydər Əliyev Fondunun da köməyi ilə
və Sizin himayənizlə ən çalışqan universitet tələbələrini və məzunlarını xaricə
göndərməyə başladılar. Nəhayət, bu gün uzaq Parisin mərkəzində yerləşən
qədim ali məktəbimizi ziyarət etmək və Azərbaycan dilini tədris edənlərə kömək
göstərmək üçün buraya gəldiniz. Ümidvaram ki, İNALCOda Azərbaycan dili
nin tədrisi üçün təyin ediləcək yeni müəllim bu böyük və vacib vəzifəyə layiq
olacaqdırt”.
Mərasimə dəvət olunan yüksək səviyyəli qonaqlar Mehriban xanımla
söhbətlərində institutda Azərbaycan dili fakültəsinin fəaliyyətə başlamasını
Avropanın mədəniyyət mərkəzi olan Fransada Azərbaycanın təbliği baxımından
xüsusi əhəmiyyət daşıdığını bildirmişlər. Onlar Azərbaycanın Birinci xanımına
bu təşəbbüsünə görə təşəkkür etmişlər.
XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətləri olan Mir
Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi, ilk
növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında
verilən önəmin və dəyərin təzahürüdür. 20082009cu illərdə YUNESKOnun
dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə
bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan
YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir. Azərbaycanın Birinci
xanımı Mehriban Əliyevanın YUNESKOnun xoşməramlı səfiri kimi bu sahədə
geniş və səmərəli fəaliyyəti qurumla ölkəmiz arasında əlaqələrin inkişafına
mühüm töhfə verir.
2008ci il noyabrın 10da Mehriban Əliyevanın iştirakı ilə Parisdə,
YUNESKOnun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, alim və pedaqoqu Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş
mərasim keçirilmişdir.
Görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində
və dünya baxışının formalaşmasında mühüm rol oynamışdır. Mir Cəlal Paşayev
həm də alimliyi, müəllimliyi, ziyalılığı ilə Azərbaycanın fikir tarixində xüsusi
yer tutur. Odur ki, bu böyük ziyalının yubileyinin YUNESKO səviyyəsində qeyd
edilməsinin xüsusi mənası və özəlliyi var.
YUNESKOnun baş direktoru Koişiro Matsura demişdir: “Mir Cəlal Paşa
yevin nəvəsi Mehriban xanım Əliyevanı burada görməkdən xüsusilə məmnunam.
Mən Mir Cəlalın dörd övladına da xoş gəlmisiniz deyirəm. Mehriban xanım
Əliyevanın atası ilə bərabər, Mir Cəlal Paşayevin digər üç övladı da bu ax
şam burada bizimlədir. Onun iki oğlu və iki qızı bu salonda əyləşiblər. Mən
67
Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin dörd övladını bir daha
səmimiyyətlə salamlayıram.
Mən Azərbaycan Respublikasının Prezidenti, Zatialiləri, cənab İlham Əli
yevi yenidən Prezident seçilməsi münasibətilə səmimi qəlbdən təbrik etmək
istərdim. Bu münasibətlə mən təbrik məktubu göndərmişəm, lakin yenidən
xanım Əliyevadan xahiş edərdim ki, səmimi təbriklərimi ölkə başçısına çatdırsın.
Bu ilin mayında Bakıda keçirilmiş Avropa və Mərkəzi Asiyada savadlılıq
mövzusunda regional konfransda iştirak etmək üçün ölkənizə etdiyim səfər
xatirimdədir. Prezident Əliyev xeyirxahlıqla məni qəbul etmişdir. Bu sahədə
görülmüş işlərə görə mən ölkə rəhbərliyinə olduqca minnətdaram. Mənə
məlumat verilmişdir ki, son illər Azərbaycan həcmi 30 faizdən artıq olan illik
iqtisadi artımla dünyada birinci yerdədir. Çox heyranedici inkişaf sürətidir. Hətta
deyərdim, rekorddan da artıqdır. Mən bu münasibətlə sizi təbrik edirəm.
Eyni zamanda, çox şadam ki, təşkilatımızın fəaliyyət göstərdiyi bütün
sahələrdə – elm, mədəniyyət və təhsil sahəsində YUNESKO ilə Azərbaycan
arasında əməkdaşlıq genişlənməkdədir. Bu işə verdiyi töhfəsinə görə mən
YUNESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığımı
bildirirəm. Onun səfir təyin olunduğu vaxtdan etibarən YUNESKOAzərbaycan
əməkdaşlığı yüksələn xətlə artmışdır və bir çox sahələri əhatə etmişdir.
Əlbəttə, onu da bilməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev
xoşməramlı səfir Mehriban xanımın təşkilatdakı fəaliyyətinə şəxsən dəstək
vermişdir. Buna görə mən ona bir daha minnətdaram. Gələn illər ərzində mən
Prezident Əliyevlə birgə işimizi davam etdirməyi və YUNESKO ilə Azərbaycan
arasında əsas sahələrdə əməkdaşlığın dərinləşməsini arzulayıram.
Eyni zamanda, 2004cü ildə təyin olunduğu vaxtdan etibarən Mehriban
xanım Əliyevanın YUNESKOnun xoşməramlı səfiri kimi təşkilatımıza verdiyi
töhfəsinə görə mən ona bir daha təşəkkürümü bildirirəm. O, nəinki təhsil, həm
də mədəniyyət sahəsində olduqca fəal şəkildə çalışmışdır.
Qeyd etmək istəyirəm ki, Mehriban xanım sivilizasiyalararası və mədə
niyyətlərarası dialoq mövzusunda bir neçə mühüm tədbir təşkil etmişdir. Bu
tədbirlər zamanı gənclərin sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sa
həsində oynadığı rola xüsusi önəm verilmişdir. Daha sonra, bu ilin iyununda
Mehriban xanım qadınların bu sahədəki rolu ilə bağlı konfrans keçirmişdir.
Dəvət olunmağıma baxmayaraq, əfsuslar olsun ki, mən tədbirə gedə bilmədim,
lakin öz həmkarımı göndərdim. Bu, olduqca uğurlu bir tədbir idi.
Bu gün nəinki yaşadığımız regionlarda, ümumilikdə bütün dünyada
sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun xüsusilə əhəmiyyətli olma
sını bir daha qeyd etmək istəyirəm. Ona görə də həmin sahəyə verdiyi mühüm
töhfəsinə görə xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bundan başqa,
o, təhsil sahəsində də çox fəaldır.
68
Mehriban xanım Əliyeva qeyrimaddi mədəni irsin qorunmasında da
xüsusi rol oynayır. O, Azərbaycanın qədim musiqi ənənəsi sayılan muğamın
təşviq olunmasında çox fəaldır. Maddi və qeyrimaddi mədəni irsin qorunması
sahəsində yeni nailiyyətlər var. Hazırda qeyrimaddi və maddimədəni irsin
təşviqi ilə bağlı yeni Konvensiya qəbul etmişik. Azərbaycan çox zəngin qeyri
maddi və maddimədəni irsə malikdir. Yaxın vaxtlarda Azərbaycanın mühüm
qeyrimaddi mədəni irsinin şah əsəri sayılan muğama həsr olunmuş mərkəzin
açılışı keçiriləcəkdir. Mən gələn il Muğam Mərkəzinin açılışında iştirak etmək
məqsədi ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər etməyi planlaşdırıram. Bu
ilin mayında səfərim zamanı gördüm ki, həmin mərkəzin tikintisi başa çatmaq
üzrədir. İndi isə xanım Əliyeva mənə məlumat verdi ki, mərkəzin tikintisi başa
çatıb və rəsmi açılış üçün hazırdır. Mən gələn il, Prezident Əliyev və onun xanımı
Əliyeva ilə birlikdə mərkəzin açılışında iştirak etmək üçün ölkənizə səfər etmək
niyyətindəyəm.
Biz Mir Cəlal Paşayevin anadan olmasının 100cü ildönümünə həsr edilmiş
bu sərginin və gecənin təşkilindən çox məmnunuq. Belə bir tədbirin keçirilməsi
ilə bağlı irəli sürülmüş təşəbbüsə görə xanım Əliyevaya minnətdaram.
Mən Mir Cəlal Paşayevin nailiyyətləri haqqında çox danışmayacağam,
lakin icazə verin, onun çox vaxt söylədiyi və mənim xoşuma gələn bir kəlamı
təkrar edim. O demişdir: “Həyatımın ən böyük nailiyyəti mənim ailəmdir!” Bu,
həqiqətən belədir. Əgər sizin hələ imkanınız olmayıbsa, lütfən həmin fotoları
seyr edin, onda görərsiniz ki, o, ailəsini nə qədər sevirdi. Onlar çox gözəldir.
Həmin kəlamı bir daha təkrar etmək istərdim: “Həyatımın ən böyük nailiyyəti
mənim ailəmdir!”
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva xalqımızın malik olduğu
mədəni dəyərlərin zənginliyindən danışaraq bildirmişdir ki, çox böyük ədəbi
irsə malik olan Azərbaycan böyük alimlər, mütəfəkkirlər nəsli yetişdiribdir. Mir
Cəlal Paşayevin ədəbi və elmi yaradıcılığının xarakterik xüsusiyyətlərindən
danışan Mehriban xanım demişdir ki, onun əsərləri bütöv bir dövrün mənzərəsini
yaradır. O, böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıq fikirli
tələbə yetişdirmişdir.
Yubiley mərasiminə dəvət olunan Fransa Senatının keçmiş sədri Kristian
Ponsöle Azərbaycan xalqının görkəmli ziyalısı Mir Cəlal Paşayevin 100 illik
yubileyi münasibətilə Mehriban xanım Əliyevanı təbrik etmiş, bu mərasimdən
aldığı yüksək təəssüratın ölkəmizə olan rəğbətini daha da artırdığını vurğulamışdır.
2009cu il martın 20də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, onun
xanımı Mehriban Əliyevanın və YUNESKOnun baş direktoru Koişiro Mat
suuranın iştirakı ilə Müasir İncəsənət Muzeyinin açılışı mərasimi olmuşdur.
Muzeydə Azərbaycanın adlısanlı və gənc, əsasən avanqard üslubda işləyən
rəssam və heykəltəraşlarının 800dən çox işi toplanmışdır. Burada Azərbaycanın
xalq rəssamları – Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya,
69
Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan
mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə
də tanış olmaq imkanı yaradılmışdır.
Qərbi Avropa incəsənəti salonunda isə, ümummilli lider Heydər Əliyevə,
habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Meh
riban Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilmişdir.
2009cu il mayın 10da Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyevanın iştirakı ilə “Buta” sarayında xalqımızın ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 86cı ildönümü və Heydər Əliyev Fondunun
fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaq
ların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
nun və İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliye
va çıxış edərək demişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilk növbədə
vətənpərvərliyə, Vətənə olan sonsuz məhəbbətə söykənirdi.
Azərbaycanın Birinci xanımı Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında
xidmətlərini xatırladaraq bildirmişdir ki, yalnız böyük və nadir insanlar yüksək
və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömür yolu ali məqsədlərə
xidmət edir və əbədi mübarizəyə həsr olunur.
“Heydər Əliyev qalibiyyətinin nəticəsi müstəqil Azərbaycandır”, – deyən
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun beşillik fəaliyyətinə nəzər
salmışdır.
Heydər Əliyev Fondunun beşillik fəaliyyəti dövründə cəmiyyəti narahat
edən bir çox sahələrin inkişafına, problemlərin həllinə diqqət yetirdiyini,
iri layihələr həyata keçirdiyini bildirən Mehriban xanım Əliyeva demişdir:
“Bu beş il ərzində görülən işlər bir çox sahələri – elmi, təhsili, mədəniyyəti,
səhiyyəni, sosial sferanı əhatə edir. Lakin onları birləşdirən bir amil var. Bu da
Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bir daha sizi əmin etmək
istəyirəm ki, Heydər Əliyevin adını daşıyan bu Fond Azərbaycanın bu günü və
gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. Qoy, Tanrı hər zaman
Azərbaycanı qorusun”.
Prezident İlham Əliyev mərasimdə çıxış etmişdir. Heydər Əliyevin bütün
dövrlərdə ən ağır sınaqlardan şərəflə çıxdığını qeyd edən dövlətimizin başçısı
demişdir ki, bu gün Ulu Öndərin siyasəti, onun ideyaları yaşayır və uğurla
davam etdirilir. Biz – onun davamçıları bundan sonra da onun siyasətini davam
etdirəcəyik və Azərbaycanı onun yolu ilə irəliyə aparacağıq.
Azərbaycan müasir dövlətdir və ölkəmiz inkişaf edir. Bu inkişaf yolunu isə
bizə Heydər Əliyev göstərib və Ulu Öndərin bizə ərmağan etdiyi azərbaycançılıq
ideyası dövlətimizin əsas ideoloji sütunlarından biridir.
70
Çox böyük qürur hissi keçirirəm ki, biz – Heydər Əliyevin davamçıları
ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə,
Heydər Əliyev kimi xalqın inamına arxalanırıq, öz siyasətimizi xalqın iradəsi ilə
aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir.
Fond fəaliyyəti dövründə yardıma ehtiyacı olan hər kəsin yanında olmuş,
onlara yardım əlini uzatmışdır. Heydər Əliyev Fondunun artıq ölkə həyatında
önəmli amilə çevrildiyini qeyd edən Prezident İlham Əliyev demişdir: Bu Fond
sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa,
istənilən sahədə istənilən məsələ həll edilə bilər. Fondun çoxşaxəli fəaliyyətini
əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “xoş niyyət” deyərdim.
Azərbaycanın ictimaisiyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev
Mükafatı təqdim edilmişdir.
Mehriban xanım Əliyeva demişdir: “İlk növbədə, cənab Prezident, Sizə
və mənim fəaliyyətimə belə yüksək qiymət verən bütün insanlara öz dərin
minnətdarlığımı bildirirəm.
Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev
Mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə
kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü
bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə – atama, uşaqlarıma
və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda
mənə verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyimi
elan edirəm. Təşəkkür edirəm, çox sağ olun”.
Bununla yanaşı, Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmət
lərinə görə heykəltəraş, xalq rəssamı Ömər Eldarova, musiqi mədəniyyətinin
inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova da
“Heydər Əliyev Mükafatı” təqdim olunmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq
mükafatı Fondun layihə və proqramlarında fəal iştirakına, xalqlararası əla
qələrin inkişafına töhfəsinə görə Ulu Öndərin məsləkdaşı və yaxın dostu İhsan
Doğramacıya, qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin
inkişafında, yeni ifaçılar nəslinin yetişmə sin dəki xidmətlərinə görə xalq artisti
Əlibaba Məmmədova, BMTnin ölkə mizdəki sabiq rezident əlaqələndiricisi
Marko Borsottiyə, ürək və damar cərrahı Rəşad Mahmudova, “Yeniləşən Azər
baycana yeni mək təb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd
orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə görə Polşanın Azərbaycandakı
səfiri Kşiştof Krayevskiyə, gənc nəslin hərtərəfli, sağlam vətəndaş kimi böyüməsi
sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq
evinin direktoru Nərminə Zöhrabovaya təqdim edilmişdir.
2010cu il martın 18də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyevanın iştirakı ilə Müasir İncəsənət Muzeyində Heydər Əliyev
71
Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat
mərasimi olmuşdur.
Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış
nəşrdə toplanmış 1000dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti,
ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm
etdirir. Kitabın ayrıayrı fəsilləri oxucuya Azərbaycanı qarışqarış gəzmək imkanı
yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır. Kitabda əfsanəvi Xəzərin
sahillərində yerləşən Bakının müxtəlif görməli yerlərini, o cümlədən İçərişəhəri,
Şirvanşahlar sarayını, Qız qalasını əks etdirən şəkillər vardır.
Paytaxtdan başlanan səyahət qədim Abşeronda davam edir. Sonra kitabın
səhifələrində Qobustan qayaüstü rəsmləri, Yanardağ, Şahdağın qarlı zirvələri,
QubaXaçmazın gözoxşayan bağları, ŞəkiZaqatala və GəncəQazax zonasının
zümrüd meşələri və qədim qalaları, Lənkəran və Naxçıvanın nadir təbiəti, ta
rixi abidələrini əks etdirən fotoşəkillər birbirini əvəz edir. Kitabda hələ də
Ermənistanın işğalı altında qalan torpaqlarımıza həsr olunmuş bölmələr də
vardır. Nəşrə kompakt disk və buklet əlavə olunmuşdur.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba ön sözü Heydər Əliyev
Fondunun prezidenti, YUNESKOnun və İSESKOnun xoşmə ramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva yazmışdır.
2010cu il mayın 10da Prezident İlham Əliyev və xanımı Mehriban Əliye
vanın iştirakı ilə “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Hey
dər Əliyevin anadan olmasının 87ci ildönümü və Heydər Əliyev Fondunun
fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil və dünya birliyində
layiqli yer tutan ölkədə yaşadığımızı vurğulayan Mehriban xanım demişdir ki,
azərbaycanlılar fəxr edirlər ki, Heydər Əliyev kimi unudulmaz lideri, qəhrəmanı
vardır. Mehriban xanım Əliyeva bildirmişdir ki, Ulu Öndərin adını daşıyan
Fond artıq 6 ildir fəaliyyət göstərir və bu illər ərzində Heydər Əliyev Fondu
Azərbaycanın ictimaisiyasi həyatında fəal iştirak etmişdir. Heydər Əliyev
Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafında, o cümlədən Azər
baycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynamışdır. Təsadüfi
deyildir ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına
çevrilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək demişdir ki,
Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xid
mət etmişdir.
Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla
yanaşmışdır, – deyən Prezident İlham Əliyev bildirmişdir ki, Ulu Öndər ölkə
mizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşmışdır və bir vaxtlar
üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri
72
sayəsində mümkün olmuşdur. Ulu Öndərin gərgin fəaliyyəti sayəsində Azər
baycan riskli ölkə imicini dağıtmış, respublikada irimiqyaslı layihələrin icrasına
başlanmış, bütün sahələrdə inkişaf meyilləri güclənmişdir.
19932003cü illərin Azərbaycanın gələcəyi üçün həlledici dövr, bu 10 ildə
görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident
İlham Əliyev bildirmişdir ki, Ulu Öndərin qurduğu müstəqil Azərbaycan bu
gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz
Heydər Əliyevin yolu ilə gedir və Ulu Öndərin ideoloji əsasları ölkədə tam
bərqərar olunmuşdur.
Bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcəkdir. Bu işlərin təmə
lində Heydər Əliyev amili dayanır. “Biz ümummilli liderimizə sadiqik”, – deyən
Prezident İlham Əliyev bildirmişdir ki, Heydər Əliyev siyasəti Azər baycanda
əbədi yaşayacaqdır.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
“Qızıl çinar” beynəlxalq mükafatını milli musiqimizin şah əsəri olan muğamın
inkişafına verdiyi töhfəyə və Heydər Əliyev Fondunun mədəniyyət sahəsində
həyata keçirdiyi layihələrdə fəal iştirakına görə xalq artisti Arif Babayevə, uşaq
hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi
dəstəyə görə YUNİSEFin Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana
Singerə, müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə xalq
rəssamı Tahir Salahova təqdim etmişdir.
Xalq artisti Arif Babayev Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevaya təşəkkürünü bildirərək demişdir: “Bu gün Azərbaycanın bö
yük oğlu Heydər Əliyevin doğum günüdür. Ulu Öndərimiz biz sənət adamlarına
həmişə öz qiymətini vermiş, öz hörmətini bildirmiş, mədəniyyətimizə aid olan
xüsusi töhfələri aşılamışdır. İndi isə bu işi bizim çox hörmətli, Azərbaycanın
sevimlisi, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev
davam etdirir. Mən çox danışmayacağam, vaxtımız azdır. Amma bircə onu
qeyd edirəm ki, biz həmişə xəyalımızda deyirdik: “Kaş bir muğam mərkəzimiz
olaydı”. Sağ olsun cənab Prezidentimiz. Şəhərimizin, Bakımızın görkəmli bir
yerində, Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin tikilib sənət adamlarına
təhvil verilməsi böyük bir hadisədir.
Mehriban xanım, siz bizim milli musiqimizin tacı olan muğamımızı dünya
səviyyəsinə qaldırmısınız. Çox sağ olun. Başqa tərəfini saysam, burada vaxt
qalmaz. Bu gün bu mükafat Ulu Öndərimizin ad günündə mənə təqdim olunur.
Bu, mənim həyatımda unudulmaz bir gün oldu”.
Yüksək mükafata layiq görülən YUNİSEFin Azərbaycandakı keçmiş
nümayəndəsi xanım Hana Singer demişdir: “YUNİSEFin adından bu cür gö
zəl mükafatı almaqdan şərəf hissi duyuram. YUNİSEF üçün işləmək təşkilat
üçün işləmək demək deyildir, bu, məramdır. Bu məram uşaqların hüquqlarının
73
qorunmasından, onların hər zaman müdafiə edilməsindən, problemlərinin həl
lindən ibarətdir. Bu təşkilat üçün işləmək mənim üçün böyük şərəfdir. Bu təşkilat
üçün işləyərək sizin ölkəyə gəlib uşaqların problemləri ilə məşğul olmaq, onları
tanımaq mənim üçün çox böyük sevinc və iftixar hissidir. Hətta hər bir halda biz
istənilən sözləri söyləmirik və bəzi hallarda biz problemlər haqqında da danışırıq.
Mən məmnuniyyət və şərəf hissi ilə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda
işləyərkən, bu problemləri qaldırarkən burada hər hansı bir qərəzli maraqların
şahidi olmadım. Bu işdə Azərbaycan hökumətinin bizimlə sıx əməkdaşlığının
şahidi oluruq. Xüsusən də biz vətəndaş cəmiyyətinə Fondun vacib töhfəsini
görürük.
Mən qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyeva bu sahədə mühüm
rol oynayır. Biz xeyriyyə üçün işləmirik, bizim üçün ən vacib, ən ülvi məqsəd
uşaqların hüquqlarının müdafiəsi və qorunmasıdır. O ki qaldı, mənim Azər
baycanla olan əlaqələrimə, yalnız bunu deyə bilərəm ki, bu, xüsusi bir əlaqələrdir.
Mən demək istəyirəm ki:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Xalq rəssamı Tahir Salahov layiq görüldüyü mükafatı və ümumiyyətlə
mərasimi yüksək dəyərləndirərək demişdir: “Bu gün mənim üçün çox həyə
canlı gündür. Çünki gözlənilmədən belə yüksək mükafat alıram. Mən bu müka
fatda Heydər Əliyevin ruhunu, onun incəsənətə, mədəniyyətə məhəbbətini gö
rürəm, özü də təkcə Azərbaycan miqyasında yox. O, bütün Sovet İttifaqının
mədəniyyətinə rəhbərlik edirdi. O, 19 sahəyə, o cümlədən mədəniyyətə cavabdeh
idi. Bu baxımdan demək istəyirəm ki, bu gün o, yenə bizimlədir, bizi təltif edir,
onun hərarətini, diqqətini və səmimiyyətini həmişə hiss etməyimizə imkan verir.
Ruhu şad olsun Heydər Əliyevin, yaşasın onun adını daşıyan Fond, sağ olsun
birinci xanım!
Mənim fikrimcə, o, alternativi olmayan birinci xanımdır, planetar miqyaslı
birinci xanımdır”.
Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın
öz gələcəyini daha etibarlı və inamlı görmək əzmini nümayiş etdirir. Heydər
Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını
təmin edən layihələri dəstəkləyir. Xalqımızın ümummilli liderinin adını daşı
yan Fond bu sahəyə diqqət yetirməklə və bir çox layihələri reallaşdırmaqla
Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Heydər Əliyev
Fondu “OrAvner” Fondu ilə birlikdə “Tolerantlığın ünvanı – Azərbaycan” la
yihəsi çərçivəsində ölkəmizdə yaşayan yəhudi uşaqların təhsili üçün mərkəz
74
inşa etmişdir. Ulu Öndər Heydər Əliyev 2003cü ildə binanın inşası ilə bağlı,
Prezident İlham Əliyev isə 2004cü ilin dekabrında yeni kompleksin tikintisi
üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş vermişlər. 2007ci il mayın 31də
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və MDB Yəhudi İcmaları
Federasiyasının və “OrAvner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev
arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin
tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan
saziş imzalanmışdır. Elə həmin gün paytaxtın Xətai rayonunda Azərbaycanda
yaşayan yəhudi uşaqlar üçün təhsil mərkəzinin təməlqoyma mərasimi olmuşdur.
Bu layihənin reallaşması bir daha təsdiqləyir ki, Azərbaycanda dilindən, dinindən,
etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlar tarixən mehriban ailə
kimi yaşamışlar. “Xabad OrAvner” təhsil mərkəzi ölkəmizdə çox böyük tarixə,
ənənələrə malik olan yəhudi icmasının da özünün bənzərsiz mədəniyyətini, milli
adətənənələrini qoruyub saxlaması üçün inşa edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev 2010cu il oktyabrın 4də Bakının Xətai
rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev
Fondu və “OrAvner” Fondu tərəfindən inşa edilmiş 450 yerlik “XabadOr
Avner” təhsil mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Məktəbin açılışı münasibətilə respublikamıza gələn müxtəlif ölkələrdəki
yəhudi icmalarının, Azərbaycandakı yəhudi icmasının nümayəndələri, məktəbin
müəllim və şagird kollektivi bu nəcib əmələ görə Prezident İlham Əliyevə və
xanımı Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.
Təhsil mərkəzinin açılışı münasibətilə İsrail Prezidenti Şimon Peresin
videomüraciəti səsləndirilmişdir. İsrail dövlətinin başçısı təhsil ocağının inşa
sına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir. Şimon Peres mər
kəzin inşasını böyük hadisə adlandırmış, ümummilli lider Heydər Əliyevi və
dövlətimizin başçısı İlham Əliyevi gələcəyi görmək qabiliyyətinə malik böyük
tarixi şəxsiyyətlər kimi dəyərləndirmişdir. O, həmçinin tədbirdə iştirak edən
bütün qonaqlara minnətdarlığını bildirmişdir.
Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30
sinif otağı yaradılmışdır. Azərbaycan dili kabinetində ölkəmizin dövlət rəmzləri,
paytaxtımızın görməli yerlərinə aid stendlər quraşdırılmışdır.
Mərkəzdə məktəblilərin idmanla məşğul olmaları üçün 700 kvadratmetr
sahədə süni örtüklü açıq stadion da vardır. Təhsil ocağının həyətində abadlıq
işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.
Dövlətimizin başçısı bildirmişdir ki, burada uşaqlar keyfiyyətli təhsil ala
raq, Azərbaycanın layiqli vətəndaşları kimi yetişəcəklər. Prezident İlham Əli
yev ölkəmizdə təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulamışdır. Döv
lətimizin başçısı demişdir ki, bu təhsil mərkəzinin inşası ölkəmizdə tole rantlığın
yeni bir təzahürüdür. Mərkəz Azərbaycan və yəhudi xalqları arasında dostluq
münasibətlərinin inkişafına daha bir töhfədir. Prezident İlham Əliyev bu gün
75
dinamik inkişaf edən Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin sülh
və əminamanlıq şəraitində yaşadığını söyləmişdir.
MDB Yəhudi İcmaları Federasiyasının və “OrAvner” Beynəlxalq Fon
dunun prezidenti Lev Levayev mərkəzin inşasına görə dövlətimizin başçısına
və xanımına minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, Ulu Öndər Heydər
Əliyev də təhsil sahəsinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Lev Levayev
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun və İSESKOnun xoşmə
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya tolerantlığın
və konfessiyalararası dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim
etmişdir.
2011ci il fevralın 17də Parisdə Azərbaycan Respublikasının müstəqil
liyini yenidən bərpa etməsinin 20ci ildönümünə və “Azərbaycan” kitabının
təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fon
dunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan
mərasimdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva iştirak etmişdir.
Azərbaycan mədəniyyətinin təntənəsi bu dəfə də dünyanın mədəniyyət
paytaxtı olan Parisdə yaşanmışdır. Prezident İlham Əliyevin Azərbaycanın
müstəqilliyini bərpa etməsinin 20ci ildönümünün qeyd olunması ilə bağlı im
zaladığı Sərəncama əsasən təşkil edilən bu möhtəşəm mərasim Azərbaycan
mədəniyyətinin təbliği baxımından mühüm addım olmuşdur.
Fransanın mədəniyyət naziri Frederik Mitteran Azərbaycanın müstəqilliyinin
bərpa edilməsinin 20ci ildönümü münasibətilə təbriklərini çatdırmışdır.
F.Mitteran Fransanı Azərbaycan mədəniyyətinin ən yaxın dostlarından biri
adlandırmışdır. Nazir Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən
məlumatlı olduğunu bildirərək Fondun Azərbaycanda mədəniyyətin inkişafına
töhfələrini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycan muğam və
aşıq musiqisinin vətənidir. Azərbaycan bəstəkarlarının əsərləri Fransada da çox
sevilir və Azərbaycan Fransa yazıçılarının əsərlərində də təsvir olunmuşdur.
Fransanın mədəniyyət naziri hər iki ölkənin mədəni irsinin daha çox təşviq
olunmasını arzulamışdır. O, Mehriban Əliyevanın YUNESKO çərçivəsində gör
düyü işləri yüksək qiymətləndirmişdir. Frederik Mitteran ölkələrimiz arasında
mədəni əlaqələrin genişlənməsindən məmnun olduğunu demişdir.
Mehriban xanım Əliyeva ölkəmizə və mədəniyyətimizə göstərilən diqqətə
və verilən dəyərə görə minnətdarlığını bildirmişdir. Cari il Azərbaycanın müs
təqilliyinin bərpa olunmasının 20 illiyinin qeyd edildiyini deyən ölkəmizin
Birinci xanımı bu hadisəyə həsr olunan ilk tədbirin Fransada keçirilməsindən
məmnunluğunu bəyan etmişdir. Mehriban Əliyeva demişdir ki, müstəqil ölkə
kimi Azərbaycan çox gəncdir. Lakin Odlar Yurdu adlanan bu diyarın qədim
tarixi vardır.
76
Ölkəmizin tarixi barədə mərasim iştirakçılarına məlumat verən Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şərq və Qərbin qovşağında
yerləşən Azərbaycan uğrunda tarixin müxtəlif dövrlərində aparılan mübarizələr
haqqında danışmış və bildirmişdir ki, bütün bunlara baxmayaraq, xalqımız öz
tarixini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamış, milli mənliyini itir
məmişdir. Mehriban Əliyeva Azərbaycanın Xalq Cümhuriyyəti dövründə əldə
etdiyi nailiyyətləri xatırlatmışdır.
1918ci ildə əldə edilən müstəqilliyin cəmi 23 ay çəkdiyini deyən Azər
baycanın Birinci xanımı ölkəmizin 70 ildən çox sürən dövr ərzində sovet
rejiminin sərt qanunları ilə üzləşdiyini və bu illərdə də xalqımızın müstəqillik
arzusu ilə yaşadığını və nəhayət, buna nail olduğunu vurğulamışdır. Mehriban
Əliyeva diqqətə çatdırmışdır ki, tarixi baxımdan 20 il böyük dövr olmasa da, bu
qısa zaman kəsiyində Azərbaycan çox böyük nailiyyətlər əldə etmiş, bölgənin ən
sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.
Sözügedən mərasimin keçirilməsi bir daha təsdiq etmişdir ki, bu gün
Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir.
Bu da ilk növbədə, Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin
nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təb
liğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də Fondun prezidenti
Mehriban Əliyevanın mədəni irsimizə olan münasibətinin dinamikasını yetərincə
göstərir. Mərasimdə ifa olunan Qara Qarayevin “Vals”ı, Niyazinin “Arzu”su,
“Küçələrə su səpmişəm” məşhur xalq mahnısı, Natiq Şirinovun “Azərbaycan
ritmləri” bir daha təsdiqləmişdir ki, Qərb tamaşaçısı son dərəcə maraqlı koloriti
olan, incə hislərlə dolu bu musiqini sevir. Azərbaycan musiqisinin ovsunu istər
istəməz insanı öz təsiri altına salmağı bacarır.
Bu möhtəşəm gecənin yekununda Fikrət Əmirovun dünyada məşhur
olan “Min bir gecə” baletindən bir parça ifa edilmişdir. Bu sənət əsərləri
Azərbaycan musiqisinin zənginliyindən xəbər verməklə yanaşı, Fransa mədə
niyyətsevərlərində Azərbaycana, onun zəngin musiqisinə böyük maraq
oyatmışdır.
Mərasim iştirakçıları Azərbaycan sərgisinə baxmışlar. Sərginin ən əhəmiyyətli
məqamı Qarabağ xalılarının nümayiş etdirilməsi olmuşdur. Ölkəmizin ayrıl
maz parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi, rəng çalarları, orna
mentlərinin quruluşu ilə tamaşaçıları heyran etmişdir. Bu mədəniyyət nümunələri
Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyərək xalqımızın
sahib olduğu mədəni dəyərlərin zənginliyindən xəbər vermişdir.
Xalçalarımıza olan maraq təsdiqləmişdir ki, dünya mədəniyyətinin inki
şafına yetərincə təsir edən Azərbaycan xalçaları tarix boyu öz gözəlliyi ilə bü
tün dünyanı heyran qoymuşdur. İndi Azərbaycan xalılarının sorağı ən məşhur
saraylardan, muzeylərdən gəlir. XVI əsrdə toxunan və Londonun Viktoriya və
Albert muzeyində qorunan “Şeyx Səfi” xalısı ornamental xalçaların ən gözəl
77
nümunəsi kimi, bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında
şərəflə təbliğ edir.
Sərgi çərçivəsində “Azərbaycan” kitabının fransız dilində nəşr olunan
versiyasının təqdimatı da keçirilmişdir. Heydər Əliyev Fondunun ən mühüm
layihələrindən olan “Azərbaycan” nəşrinin doğma dilimizdə olan versiyası ötən
ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı
Mehriban Əliyevanın iştirakı ilə təqdim olunmuşdur.
Nəşrə daxil olan fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan
qaynaqları, bölgələrimiz haqqında oxucularda kifayət qədər dolğun təəssürat
yaratmış, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb
koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm etmişdir.
Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuşdur.
Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi sözün əsl mənasında,
hadisəyə çevrilmiş, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu mədə
niyyət nümunələri hər bir azərbaycanlının qəlb döyüntüsünü və xalqımızın milli
kimliyini uğurla Qərb tamaşaçısına çatdırmışdır.
2011ci il martın 14də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi”
II Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olmuşdur.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun və İSESKOnun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Heydər
Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva iştirak etmişlər.
Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq,
İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar iştirak etmişlər.
2011ci il mayın 4də Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə Bakıdakı
Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı maraqlı sərgi açılmışdır.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNES
KOnun və İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
Əliyeva sərgi ilə tanış olmuşdur.
“Van Cleef & Arpels” şirkətinin tarixi sənət kolleksiyasının və azərbaycanlı
əməkdar rəssam Əliyar Əlimirzəyevin biri digərindən maraqlı əsərlərinin təqdim
olunduğu sərginin açılış mərasimində “Van Cleef & Arpels” Evinin prezi
denti Stanislas de Kersiz, Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri
Luaret, tanınmış kinoaktrisa Katrin Denev, mədəniyyət və incəsənət xadimləri,
diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Məşhur “Van Cleef & Arpels” şirkəti 1896cı ildə Parisdə yaradılmışdır.
Şirkətdə hazırlanan zərgərlik məmulatları dünyada sənət inciləri kimi tanınır.
XX əsrin əvvəllərində hind maharacalarından tutmuş, Vindzor hersoginyası və
kral ailəsinin üzvü, zəngin və nüfuzlu Qreys Kelli və Hollivud ulduzlarına qədər
çoxları zəriflik və incəliyinə görə “Van Cleef & Arpels” şirkətinin zərgərlik
78
məmulatına üstünlük vermişlər. Şirkətin tarixi kolleksiyası dünyanın ən tanınmış
muzeylərində nümayiş olunur.
Müasir İncəsənət Muzeyində açılan sərgi “Van Cleef & Arpels”in yaradıcılıq
dünyasının əsasını təşkil edən dörd əsas mövzuya həsr olunmuşdur: Təbiət, Şərq
dünyası, yüksək moda və görünməz çərçivə. Sərgidə hər bir mövzu xüsusi çalara
malik ayrıca sahə üzrə təqdim edilmişdir.
Bildirilmişdir ki, “Sənət inciləri” sərgisi eyni yaradıcı ideyanı paylaşan iki
fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni
dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın bir qolu “Van Cleef & Arpels”in
məhsullarında, digər qolu isə Azərbaycan rəssamı Əliyar Əlimirzəyevin
əsərlərində təcəssüm tapmışdır. Buna görə də həm Ə.Əlimirzəyevin əsərləri,
həm də “Van Cleef & Arpels”in nadir sənət nümunələri birbirini heyrətamiz
şəkildə tamamlayır.
Sərgi ilə tanışlıq zamanı tanınmış fransız kinoaktrisası Katrin Denev Azər
baycanın Birinci xanımı Mehriban Əliyevaya məlumat vermişdir ki, Asiya və
Şərq “Van Cleef & Arpels” üçün ən sevilən mövzulardan biridir. Həmin mədə
niyyətlərin arxitekturası, tətbiqi və dekorativ incəsənəti “Van Cleef & Arpels”in
məhsullarının orijinallığına və nadirliyinə güclü təsir göstərmişdir. Bu tanınmış
brendin kolleksiyasındakı əksər əsərlərin ustaları “Min bir gecə” nağıllarının
sehirli, sirli və valehedici dünyasından, Böyük İpək yolu barədə əfsanələrdən
ilham almışlar. Bir çox imperiyaların cahcəlalı məhz bu zərgərlik nümunələrində
canlandırılır. Rəngbərəng daşlardan ibarət olan bu sənət nümunələri Misir
ehramlarını, fironlar dövrünü xatırladır.
Təbiətin əsrarəngiz gözəlliyi 1920ci ildən başlayaraq “Van Cleef & Arpels”in
əsas ilham mənbələrindən biri olmuş, brendə dünya şöhrəti qazandırmışdır.
Naturalizm ruhu ilə bədii zövq azadlığını özündə əks etdirən bu nadir nümunələr
zərifliyi və incəliyi ilə seçilir. Təbiətin sonsuz möcüzələrini əks etdirən əsərlər
bu gün də brendin ən çox müraciət etdiyi mövzulardan biri olaraq qalır, flora və
faunanı zərgərlik sənətinin yeni kolleksiyalarında uğurla əks etdirir.
“Van Cleef & Arpels” brendi gözəllik və zövqlü dəb ilə sıx bağlıdır. Bu,
təsadüfi deyildir. Çünki Fransanın paytaxtı dəbin və gözəlliyin mərkəzi sayılır.
“Van Cleef & Arpels” bir sıra aksessuarların yaradılmasına ilham vermişdir.
Axşam əl çantaları, minodyerlər, portsiqarlar brendin ən tələbkar və zövqlü
müştərilərini cəlb edir.
“Van Cleef & Arpels” yarandığı gündən daim mükəmməllik axtarışında
olmuş və qiymətli daşların gözəlliyini daha da artırmağa çalışmışdır. Lakin bu
məsələnin həllində şirkətin mütəxəssisləri çətinliklə də rastlaşmışlar. Belə ki,
zinət əşyalarının çərçivəsinin ağırlığı ən yüngül məmulat üçün belə problemə
çevrilirdi. İxtiraçı zərgərlər uzun müddət metal korsetləri görünməz çərçivələrlə
əvəz etmək axtarışında olmuşlar. Nəhayət, 1933cü ildə gözəgörünməyən əfsa
nəvi çərçivənin yaradılması uğurla nəticələnmişdir. Bunun sirri isə son dərəcə
79
nazik olan qızıl tordur. Həmin torun konturu ilə daşlar dəqiqliklə bərkidilir. Bu
eksklüziv bərkitmə texnikası daşların bütün gözəlliyini, təkrarolunmazlığını,
yüngüllüyünü və parlaqlığını nümayiş etdirməyə imkan verir. Gözəgörünməyən
çərçivə bu gün də brendin fəxridir və bir nəsildən digərinə ötürülür.
“Van Cleef & Arpels”in zinət əşyaları ilə tanışlıqdan sonra Azər baycanın Birinci
xanımı Mehriban Əliyeva rəssam Əliyar Əlimirzəyevin əsərlərinə baxmışdır.
Rəssamın kompozisiyaları yuxu kimi paradoksaldır, onun gözlənilməz, parlaq,
solğun boyalarının rəngarəngliyinə həm də bir qədər melanxoliya qatılır. Bu
sehirli ekspressionizm Şərq nağıllarını xatırladır. Məhz buna görə də rəssamın
əsərləri və “Van Cleef & Arpels”in məhsulları ideya ifadəsinə görə birbirini
tamamlayır.
Əliyar Əlimirzəyev 2004сi ildə Parisdə “Grands et Jeunes” Beynəlxalq
sərgisində “Qranpri” mükafatına layiq görülmüşdür. Rəssam “Van Cleef &
Arpels” brendinin zərgərlik məhsullarının bənzərsiz naxışlarından ilhamlanaraq,
o, qadın ilə cavahirat arasındakı bağlılığı yaradıcı təxəyyülünün süzgəcindən
məharətlə keçirib bir sıra orijinal əsərlər yaratmışdır. Onun yaradıcılığı yüksək
fantastik təxəyyüllə, fiqurativ yanaşmanı özündə birləşdirir. Rəssamın əsərləri
Moskva, Paris, Vaşinqton, Kopenhagen, Seul, Pekin, İstanbul, Berlində nümayiş
olunur və müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Müasir İncəsənət Muzeyində açılan bu sərgidə nümayiş olunan əsərlərin
leytmotivini qısaca belə ifadə etmək olar: zərifliyi və gözəlliyi vəhdətdə təcəssüm
etdirən incəsənət nümunələri.
2011ci il mayın 10da Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyevanın iştirakı ilə “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 88ci ildönümü və Heydər Əliyev Fondunun
fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun və
İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliye
va çıxış edərək müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin
böyük uğurlar qazandığını bildirmişdir. Bu gün Azərbaycanın güclü bir döv
lət olduğunu vurğulayan Mehriban xanım Əliyeva demişdir ki, biz müasir
tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini
görürük. Müstəqilliyimizin ilk illərindəki keşməkeşli vəziyyəti xatırladan Heydər
Əliyev Fondunun prezidenti bildirmişdir ki, ümummilli liderimiz Azərbaycanı
böyük bəlalardan xilas etmiş və xalqa güvənərək yeni, müasir tariximizin şanlı
səhifələrini yazmağa başlamışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun xalqa və Vətənə xidmət
rəmzinə çevrildiyini vurğulayan Mehriban xanım Əliyeva Ulu Öndərin adını
daşıyan Fondun 7 illik fəaliyyətini xatırlatmışdır. Azərbaycanın Birinci xanımı
demişdir ki, Fond ötən ildə bir sıra irimiqyaslı layihələr həyata keçirmişdir. Meh
80
riban xanım vurğulamışdır ki, ötən 7 ildə Fondun ən böyük uğuru Azərbaycan
xalqının inamını və hörmətini qazanmasıdır.
Ulu Öndər Heydər Əliyevin ölməz xatirəsinə Azərbaycan xalqının dərin
hörmət və ehtiramını ifadə edən dövlətimizin başçısı Prezident İlham Əliyev
demişdir ki, Ümummilli Lider bütün dövrlərdə doğma xalqına, Vətəninə səda
qətlə xidmət edib. Onun xidmətləri sayəsində Azərbaycan Sovet İttifaqında
inkişaf baxımından ən qabaqcıl yerlərə çıxmış, ölkəmizin həyatının bir çox
sahələrində sürətli inkişaf müşahidə olunmuşdur və beləliklə, ötən əsrin 70ci illəri
tariximizdə tərəqqi dövrü kimi qalmışdır. O, Sovet İttifaqının ali rəhbərliyində
təmsil olunanda da Azərbaycanın inkişafı yolunda mühüm addımlar atmışdır,
onun vəzifədən kənarlaşdırılmasından sonra isə ölkəmiz müxtəlif problemlərlə
üzləşmiş, Dağlıq Qarabağda separatizm meyilləri güclənmişdir. “Lakin Heydər
Əliyevin Azərbaycana verdiyi töhfələr xalqın ürəyində yaşayırdı”, – deyən
Prezident İlham Əliyev bildirdi ki, Ulu Öndər bütün dövrlərdə şərəflə yaşayıb,
bütün sınaqlardan üzüağ çıxmışdır.
Ümummilli Liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının zama nın
və xalqın tələbi olduğunu bildirən dövlətimizin başçısı qeyd etmişdir ki, əgər
o vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müs
təqilliyimiz əldən gedə bilərdi. 19932003cü illərin Azərbaycanda sabitlik və
inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirmişdir ki,
dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993cü ildə qoyulmuşdur və
o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir.
Müstəqilliyin bizim üçün ən böyük sərvət olduğunu vurğulayan Prezident
İlham Əliyev demişdir ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər
Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla
gedəcəyik. Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yol
dan dönməyəcəyik, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq.
Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin
2011ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında
xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Müka
fatı ilə təltif olunmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun 2009cu ildə təsis etdiyi “Qızıl çinar”
beynəlxalq mükafatı ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, siviliza
siyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqə
lərinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdi
matına verdiyi töhfələrə görə YUNESKOnun keçmiş baş direktoru Koişiro
Matsuuraya, elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və
xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO
nun baş direktoru Əbdüləziz bin Osman əlTüveycriyə təqdim edilmişdir.
81
Mayın 17də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən
bərpa etməsinin 20ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı tən
tənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, ölkəmizin
Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçi
rilən mərasimdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKOnun və İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva və Rusiyanın Birinci xanımı Svetlana Medvedeva
iştirak etmişlər.
Dövlət Kreml Sarayında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı
Rusiyanın Birinci xanımı Svetlana Medvedeva qarşılamışdır.
Burada Azərbaycanın və Rusiyanın birinci xanımları “Karl Faberje və
daşoyma ustaları. Rusiyanın əlvan dəfinəsi” adlı sərgiyə baxmışlar. Ekspo
zisiyada görkəmli rus zərgərı Karl Faberjenin şah əsərləri nümayiş etdiril mişdir.
Bütün dünyada tanınan zərgər Karl Faberje 1846cı ildə SanktPeter burqda
zərgər ailəsində dünyaya gəlmişdir. Faberje Zərgərlik Evi rus çar ailəsi üçün
özünəməxsus tərzdə zinət əşyalarının istehsalı sayəsində məşhurlaşmışdır. Bu
zərgərlik məmulatları virtuoz hazırlanma tərzi və ideyanın orijinallığı ilə seçilir.
Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni dövrdə
yaşayan və imperator sarayı üçün zinət əşyaları hazırlayan zərgərlərin, Ural
sənətkarlarının işləri ilə də tanış olmuşlar. Ekspozisiyada İmperator, Yekaterin
burq, Peterqof və Kolıvan fabriklərində istehsal edilən əsərlər də nümayiş
etdirilmişdir.
Sentyabrın 29da Almaniya Federativ Respublikasının paytaxtı Berlində
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20ci
ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Heydər Əliyev Fondunun və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü
və dəstəyi ilə təşkil olunmuş mərasimdə Azərbaycanın Birinci xanımı, Heydər
Əliyev Fondunun Prezidenti, YUNESKOnun və İSESKOnun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Almaniyanın Tarix Muze
yinə gəlmiş, burada onun Almaniyanın Birinci xanımı Bettina Vulf ilə görüşü
olmuşdur.
Görüşdə Bettina Vulf Mehriban Əliyevanı ölkəsində görməkdən məmnun
olduğunu söyləyərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa
edilməsinin 20ci ildönümünə həsr olunmuş mərasim üçün Berlinin seçil
məsinə görə təşəkkürünü bildirmişdir.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva bu tədbirə verdiyi dəstəyə
və müstəqilliyimizin bərpasının 20ci ildönümünə həsr olunmuş mərasimdə
iştirakına görə Almaniyanın Birinci xanımına minnətdarlıq etmişdir. Mehriban
82
xanım Əliyeva Azərbaycan mədəniyyətinin Almaniyada təbliği baxımından bu
mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Sonra Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsi illərində dağı
dılmış və yandırılmış Berlin qəsrinin bərpası ilə bağlı başlanan ianə kampa
niyasına Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul
çekini Berlin qəsrinin rəhbərliyinə təqdim etmişdir.
Birinci xanım Mehriban Əliyeva 2012ci il mayın 9da Zirə qəsəbəsində
müasir idman kompleksinin açılışında iştirak etmişdir.
Məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2011ci ilin
oktyabrında kompleksin tikintisinə başlanılmışdır. Tikinti işləri yerli və xarici
mütəxəssislər tərəfindən AFFAnın və FİFAnın nəzarəti altında həyata keçiril
mişdir. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança
FİFAnın standartlarına tam uyğunlaşdırılmışdır.
İkimərtəbəli binanın birinci mərtəbəsində şahmat, dama, boks, güləş, trena
jor zalları, məşqçi, paltardəyişmə, həkim otaqları və sanitar qovşaqları, həm
çinin ingilis və fransız dillərinin tədrisi üçün linqofon kabinetləri vardır.
Birinci xanım fransız və ingilis dillərinin tədrisi otaqları ilə tanış olmuş,
məşqçi otaqlarına, trenajor, güləş və boks zallarına baxmışdır. Kompyuter otağı
ilə tanışlıq zamanı bildirilmişdir ki, gənclər kompleksin bu bölməsində 3 min
metr məsafədə fiberoptik kabellə internetə qoşula biləcək, data şəbəkəsindən,
ADSL modem sistemindən istifadə edəcəklər.
Birinci xanım şahmat, dama otaqları ilə də tanış olmuşdur. Otaqlarda məx
susi monitorlar quraşdırılmış, kompyuterlər xüsusi proqramlarla təchiz edilmişdir.
Binanın ikinci mərtəbəsində isə VİP otaq, futbol oyunlarını izləmək üçün
VİP tribuna, qış bağı – vestibül, qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı,
eləcə də inzibati otaqlar vardır.
Birinci xanım VİP otaqla tanış olmuş, tribunadan beynəlxalq standartlar
səviyyəsində xüsusi ot örtüyü ilə döşənmiş futbol meydançasına baxmışdır.
Stadionda elektron lövhə, səsgücləndiricilər və şərhçilər üçün kabinələr
quraşdırılmışdır. 1500dən çox oturacağı olan tamaşaçı salonunda meydançanı
dirəyinin hündürlüyü 28 metr olan dörd projektor qurğusu işıqlandıracaqdır.
Salonun üstü xüsusi membran çadırla örtülmüşdür.
Mehriban xanım Əliyevaya məlumat verilmişdir ki, kompleksdə dopinqə
nəzarət, hakim, məşqçi, həkim, masaj, yuyunma otaqları və konfrans zalı yer
ləşən xüsusi bina da tikilmişdir.
2012ci il mayın 10da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı, Ulu
Öndərin anadan olmasının 89cu ildönümü və Heydər Əliyev Fondunun
fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmiş, Pre
zident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə
iştirak etmişlər.
83
Mərasimdə çıxış edərək Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi
adlandıran Prezident İlham Əliyev, bu kompleksin yaradılması ideyasından
danışmışdır. Dövlətimizin başçısı məşhur memar Zaha Hadidin layihəsi əsa
sında tikilən bu mərkəzin müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı
olduğunu bildirmiş, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara
təşəkkür etmişdir. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən Prezident
İlham Əliyev vurğulamışdır ki, bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək
səviyyədə xidmət göstərəcəkdir.
“Bakı sürətlə gözəlləşir və inkişaf edir”, – deyən Prezident İlham Əliyev
bildirmışdir ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir
çox məşhur rəmzləri vardır. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və
bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri,
“Kristal saray” və nəhayət, Heydər Əliyev Mərkəzi vardır.
“Heydər Əliyev bütün dövrlərdə öz xalqına xidmət edib”, – deyən Prezident
İlham Əliyev, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən
danışmışdır. Bildirmişdir ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azər
baycanın inkişafına çalışıb. Ulu Öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra
Azərbaycan böyük problemlərlə üzləşmiş, Dağlıq Qarabağda separatçılıq
meyilləri güclənmiş, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş vermiş, tor
paqlarımızın işğalı prosesi başlamış, ölkə gərgin ictimaisiyasi təzyiqlərlə üz
üzə qalmışdır. 1993cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan
Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəb
bəti sayəsində, Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas olmuşdur. Ölkə tərəqqi
dövrünə qədəm qoymuş, bütün sahələrdə inkişaf meyilləri güclənmişdir. Ona
görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur.
Son illərdə Azərbaycanda həyata keçirilən siyasiiqtisadi islahatlardan
danışan Prezident İlham Əliyev, ölkədə demokratikləşmə prosesinin sürətlə
getdiyini diqqətə çatdırmışdır. İqtisadi sahədə əldə olunan mühüm nailiy
yətlərdən danışan dövlətimizin başçısı bildirmişdir ki, bu uğurları beynəlxalq
maliyyə qurumları da təsdiqləyir. Təsadüfi deyildir ki, indi Azərbaycan güclü
iqtisadiyyata və güclü orduya malikdir. “Biz heç vaxt imkan vermərik ki, Azər
baycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin”, – deyən
Prezident İlham Əliyev, ölkəmizin dünyada artan nüfuzundan danışmışdır.
Bildirmişdir ki, beynəlxalq təşkilatlarda prinsipiallığı ilə seçilən Azərbaycanın
bu mövqeyi xalqımızın milli maraqlarına, ədalətə və beynəlxalq hüquqa
əsaslanmışdır. Dövlətimizin başçısı ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsini, 20 il müstəqil olan Azərbaycanın diplomatik uğuru kimi xarak
terizə etmişdir.
Sonra Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olunmuşdur.
Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər,
84
Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir me
marlıq kompleksinin əhəmiyyətindən bəhs edilmişdir.
Filmin nümayişindən sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8
illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin ictimaisiyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva mərasimdə
çıxış etmişdir.
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəl
xalq mükafatının 2012ci il qalibləri elan olunmuşdur. Heydər Əliyev Fon
dunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Res
publikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanasa “Qızıl çinar” beynəl
xalq mükafatı təqdim edilmişdir. Səfir Kestutis Kudzmanas minnət darlığını bil
dirmişdir.
2012ci il mayın 17də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision –
Afrikadan müasir incəsənət” sərgisinin açılışı olmuşdur. Azərbaycanın Birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitseprezidenti Leyla Əliyeva sərgidə iştirak etmişlər.
Heydər Əliyev Fondunun vitseprezidenti Leyla xanım Əliyeva sərgi işti
rakçılarını salamlayaraq demişdir: “Afrika incəsənəti qeyriadidir. Çünki bura
dakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir.
Bu sərgi “Afrovision” adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müa
sir sənət nümunələri nümayiş olunur. Onların bəziləri tanınmış və nüfuzlu,
bəziləri isə gənc və perspektivli rəssamlardır.
Mən sərginin bu muzeydə keçirilməsindən çox məmnunam. Hesab edirəm
ki, ümumilikdə, müasir sənət dünyasında Afrika rəssamlarının rolu getdikcə
daha da yüksəlir. Ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə
artmışdır.
Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fon
du hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşmışdır.
Mənim fikrimcə, Afrika incəsənəti xüsusi əhəmiyyətə malikdir. Çünki Afrika
rəssamları insanların emosiyalarını, onların real həyatlarını nümayiş etdirirlər.
Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək istərdim.
Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və
Londonda “Bakıya uçuş” sərgisini təşkil etmiş və öz işlərini xaricdə nümayiş
etdirmələri üçün Azərbaycandan olan 21 rəssama imkan yaratmışıq.
Biz “Bakıya uçuş” sərgisini hələ başa çatdırmamışıq. Sərginin Romada,
NyuYorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini planlaşdırırıq.
Mən doktor Bernd Kleinə təşəkkür etmək istərdim. Çünki o, bu sərginin
keçirilməsinin təşəbbüskarıdır. Buradakı bütün işlər onun şəxsi kollek siya
85
sındandır. Mən, həmçinin cənab Hazumiyə təşəkkür etmək istərdim. O, böyük
heykəltəraş və buradakı işlərdən birinin müəllifidir.
Bu sərgi Azərbaycan əhalisinə Afrika mədəniyyətini kəşf etməyə imkan
verəcəkdir. Xüsusilə, əhəmiyyətlidir ki, bu sərgi çox əlamətdar bir gündə təşkil
edilmişdir. Çünki bir neçə gündən sonra biz “Eurovision” mahnı müsabiqəsinin
ən həyəcanlı anlarının şahidi olacağıq.
Ümid edirəm ki, “Afrovision” sərgisi bizə haqqında çox şey bilmədiyimiz
dünyanın bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır”.
Sərgidə alman kolleksioneri Bernd Kleinin də kolleksiyasından seçilmiş şe
devrlər nümayiş etdirilmişdir. O, Afrikanın müasir incəsənətinin aparıcı kollek
siyalarından birinə malikdir. Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı
uzun illərdir ki, topladığını demiş, iştirakçılara Afrika incəsənəti haqqında məlu
mat vermişdir. Sərginin yüksək səviyyədə təşkil edildiyini deyən Bernd Klein,
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun
vitseprezidenti Leyla xanım Əliyevaya təşəkkür edərək demişdir: “Mənin min
nətdarlıq etmək istədiyim insanlar çoxdur. Lakin mən xüsusi olaraq iki xanıma
təşəkkür etmək istərdim. Onlardan biri Mehriban xanım Əliyeva, digəri isə Leyla
xanım Əliyevadır. Onlar bu sərginin Bakıda keçirilməsi üçün çox böyük işlər
görmüşlər. Azərbaycanın fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı,
vətənpərvər Birinci xanımı olmaq hər bir ölkəyə heç də həmişə nəsib olmur.
Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə
edir. Bu sözlər həm “Eurovision”a, həm də “Afro vision”a aiddir. Bu sözləri Ley
la xanım Əliyeva haqqında da demək olar”.
Leyla xanım Əliyeva sərginin açılışını bildirən lenti kəsmişdir.
Sonra sərgi ilə tanışlıq olmuşdur. Ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil
edən 11 rəssamın 63 əsəri təqdim edilmişdir. Sərgiyə çıxarılmış əsərlərin tema
tikası əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasının obrazlarına, müx təlif
mərasimlərə, Afrika folkloruna və digər mövzulara həsr olunmuşdur. Əsərlər
şən, cəlbedici rənglər, maraqlı obrazlarla insanlarda Afrika həyatının bir çox tə
rəfləri haqqında geniş təsəvvür yaratmışdır.
Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam
etmişdir.
Sərgidə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azər
baycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət
xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mayın 19da İçərişəhərdəki Kiçik Karvansarada “Qız qalası” Üçüncü Bey
nəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçiril
mişdir. Mərasimdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitseprezidenti Leyla
Əliyeva iştirak etmişlər.
86
Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən “Qız qalası” Beynəlxalq
incəsənət festivalı 2010cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü,
“İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi
və “Qız qalası” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir. Festival Azər
baycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının
təbliğini qarşısına məqsəd qoymuşdur. Builki incəsənət festivalında 24 ölkədən
30dan çox tanınmış rəssam iştirak etmişdir. Onlar qalanın kiçik maketlərini öz
milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adətənənələrin
sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaratmışlar. Əvvəlki fes
tivallardan fərqli olaraq nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb
etmək məqsədilə bu il ilk dəfə olaraq İDEA Beynəlxalq Ətraf Mühit Kampa
niyası çərçivəsində ceyran maketləri hazırlanmış, ötən illərdəki müsabiqələrdə
iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzə
dilmişdir. Bu işlər sırasında yer alan Mehriban xanım Əliyevanın və Leyla Əli
yevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Festivalda
sərgilənən işlərlə yaxından tanış olan Mehriban xanım Əliyevaya müəl liflər öz
əsərlərinin ideya məzmunu haqqında ətraflı məlumat vermişlər. Heydər Əliyev
Fondunun vitseprezidenti Leyla xanım Əliyeva tədbirdə çıxış etmişdir.
İyunun 22də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs TaxtTac ara
sında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalan mışdır.
Sənədi Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs
Ar xe ologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imzalamışlar.
İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə kardinal CanFranko
Ravazi bu səfərinə və Roma katakombalarının bərpası ilə bağlı layihənin
reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti
Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Bugünkü görüşün səbir
sizliklə gözlənildiyini deyən kardinal, onun xüsusi əhəmiyyətini qeyd etmişdir.
Kardinal Ravazi vurğulamışdır ki, bu gün imzalanacaq sənəd dinlər və mədə
niyyətlərarası dialoqun parlaq nümunəsidir və İtaliya mətbuatında geniş əks
səda doğurub. Ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə toxunan kardinal
demişdir ki, bu günə qədər aramızda olan əməkdaşlıq onu göstərir ki, Azər
baycan açıq ölkədir.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq
duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs TaxtTac arasındakı əlaqələrin
əhəmiyyətini diqqətə çatdırmışdır. Birinci xanım Mehriban Əliyeva bildirmiş
dir ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündəngünə inkişaf edir və
Azərbaycan bu əməkdaşlığın genişlənməsində maraqlıdır. “Mən ümidvaram ki,
biz diplomatik əlaqələrimizin 20ci ildönümünü Vatikanda xüsusi mərasimlə
87
qeyd edəcəyik və təşkil olunacaq böyük sərgi Azərbaycan mədəniyyətinin
nümunələrini izləyənləri yenə də heyran qoyacaqdır”, – deyən Azərbaycanın
Birinci xanımı, bu tədbirin Heydər Əliyev Fondu və Vatikanın təşəbbüsü ilə
reallaşacağını vurğulamışdır.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni
KARRU bu layihənin icrasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və
onun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya dərin təşək
kürünü bildirərək demişdir: “Müqəddəs Marçellinio və Pietro katakombalarının
bərpası məqsədi ilə aparılacaq işlərə öz dəstəyini verəcək və həmçinin
maliyyələşməni təmin edəcək, çox mərhəmətli iş aparacaq Heydər Əliyev Fon
dunun prezidenti, doktor Mehriban xanım Əliyevaya Roma Papasının Müqəd
dəs Arxeologiya üzrə Şurasının katibi kimi, dərin təşəkkürümü bildirmək
istəyirəm. Bu addım İtaliya ərazisində yerləşən xristian katakombalarının
qorunması və onların dəyərinin təmin edilməsi ilə məşğul olan Şuramızın
nümayəndələri tərəfindən çox böyük yardım rəmzi kimi qəbul olunmuşdur.
Əslində, Azərbaycan Respublikası tərəfindən atılan bu addım bizdə çox böyük
iftixar hissi yaradan bir işdir. Şuramızın üzvləri bundan böyük şərəf hissi
duyur. Hələ ki, tam tədqiq edilməmiş və çox zəngin olan ən qədimi xristian
abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs
Marçellinio və Pietro katakombalarının bərpasının həyata keçirilməsi nəzərdə
tutulur. Aparılacaq bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan
katakombaların əhəmiyyətini artıracaqdır. Biz görülən işlər barədə Fondun
nümayəndələrinə daim məlumat verəcəyik. Bizi çox məmnun edən və həddən
artıq böyük təşəkkürümüzə layiq olan bu əla və mühüm təşəbbüsə görə Heydər
Əliyev Fonduna və onun prezidenti doktor Mehriban xanım Əliyevaya dərin
minnət darlığımızı bildirmək istərdim. Çox sağ olun, xanım Əliyeva”.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının səlahiyyətli nüma
yəndəsi Fabrisio BİSKONTİ mərasimdə çıxış edərək demişdir: “Roma şəhə
rinin ətrafında yerləşən 60a yaxın katakomba arasında Müqəddəs Marçellinio
və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidə
lərdən biridir və Lavikano küçəsində yerləşir. Öz məzarının və anası im
peratriça Yelenanın şərəfinə tikdirdiyi mavzoleyin yerləşdiyi bu katakomba im
perator Konstantinin tolerantlığa verdiyi dəyərin göstəricisidir. Qeyd edim ki,
saysızhesabsız rəsm əsərləri də burada saxlanılır. Onların arasında 100ə yaxın
əsər var ki, bunların kiçik bir hissəsini məhz Roma Papasının Müqəddəs Arxe
ologiya üzrə Şurası öz vəsaiti hesabına bərpa etmişdir.
Bu baxımdan hazırda Heydər Əliyev Fondunun bizə göstərdiyi yardım
tərəfimizdən olduqca yüksək dəyərləndirilir. Biz bundan böyük şərəf hissi du
yuruq. Buna görə mən Fondun prezidenti Mehriban xanım Əliyevaya təşək
88
kürümü bildirmək istəyirəm ki, bu cür böyük xeyirxahlıq göstərib, bizim nü
fuz lu arxeoloji abidəmizin bərpasına öz töhfəsini vermək qərarına gəlmişdir.
Eyni zamanda, bildirmək istəyirəm ki, bərpa olunacaq əsərlər arasında Orfeyi
əks etdirən şəkil də vardır. Bildiyiniz kimi, Orfey tarixdə xüsusi iz qoymuş bir
şəxsiyyət olmuşdur. O hətta müəyyən xəstəliklərdən əziyyət çəkən heyvanları
öz hikməti ilə sağaldırdı. Hətta xristian aləminin Romada tam təşəkkül tapma
sından öncə, o, insanlar arasında həmin vaxtlar mövcud olan müna sibətlərdən
xəbər verən bir məqamdır, əslində bir dövrdür. O vaxt artıq açıq dini dialoqun
mövcud olması müxtəlif mədəniyyətlər arasında sıx müna sibətlərin təşəkkül
tapdığı mühiti xarakterizə edir.
Beləliklə, bu mühit məhz Fondun atdığı xeyirxah addım nəticəsində daha
da möhkəmlənəcəkdir. Orfeyin çox ahəngdar melodiyası bizim hamımız üçün
bir daha səslənəcəkdir. Orfey tarixi dövrlərdən başlayaraq insanlar arasında
daha geniş, daha əhatəli dialoqun qurulmasına çalışırdı. Beləliklə, o, fikir və
idraki ideyaların, inamın tarixini göz qabağında bir daha canlandırırdı. Bu da
məhz Romada mövcud olan polietnik və çoxdinli mühiti lap ilkin vaxtlardan
əks etdirmişdir”.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can
Franko Ravazi Dostları ilə paylaş: |