mƏnƏVİ İrsİmİz
Azərbaycan xalqının klassik mədəni irsi, cəmiyyətin mənəvi və sosial
həyatına daxil olmuş dinifəlsəfi təlim – sufizm ilə qırılmaz tellərlə bağlı ol
muşdur. Azərbaycanda islamaqədərki dövrün zəngin mədəni ənənələrinin
saxlanılması və yenidən dərkində sufizm müstəsna rol oynamışdır. Sufizmlə
bağlı yaranmış fəlsəfi, etik və estetik normalar müəyyən bir həyat tərzini
şərtləndirərək, Azərbaycan xalqının mədəniyyət və incəsənətinə elə dərindən
nüfuz etmişdir ki, onları öyrənmədən, o dövrün fəlsəfəsini, poeziyasını, musi
qisini və incəsənətini daha dərindən dərk etmək çətindir. Sufilər habelə hesab
edirdilər ki, insanın ən yüksək həyat amalı şəxsiyyətin mənəviləşməsi və ka
milləşməsidir. Ancaq kamil bir şəxsiyyət Allaha olan mistik məhəbbət vasitəsi
lə müəyyən bir əhvalruhiyyədə ona yaxınlaşmaq və onunla qovuşmaq iqtida
rındadır. Bu vəziyyətə çatmaqda musiqi, poeziya və rəqs sufilərə yardımçı idi.
Belə ki, sufi ordenlərində təşəkkül tapmış mərasimlər həyata keçirilir, Sufi xa
nəgahlarında yaşayan sufidərvişlər hər bahar səyahətə çıxır və bu təlimi təbliğ
edirdilər.
Səyyah sufidərvişlər xalq arasında o qədər populyar idilər ki, xalq nağıl və
dastanlarının qəhrəmanlarına çevrilir, onların təsviri miniatürlərdə, xalçalarda
və s.də həkk olunurdu. Azərbaycan torpağında Şərqin məşhur sufi alimləri –
ulu şeyxlər Səfiəddin İshak Ərdəbili, Əbuhəfs Ömər əsSührəvərdi və Sədrəd
din əlXəlvəti yaşayıb yaratmışlar. Dünyada tanınmış Səfəviyyə, Sührəvərdiy
yə, Xəlvətiyyə ordenlərini məhz onlar yaratmışdı. Azərbaycan, sufi aləmində
böyük nüfuza malik Baba Kuhi Bakuvi, Əyn əlKuzat, Şeyx Zahid Lənkərani,
Mahmud Şəbustəri, Əbu Nəcib əsSührəvərdi, Şihabəddin Əbülfatih Sührəvər
di, Fəzlullah Təbrizi, Şibli və başqalarının vətənidir. Nizami, Məhsəti Gəncəvi,
Həqiqi, Nəsimi, Xətai, Füzuli, Mirzə Şəfi Vazeh kimi dahi Azərbaycan şairləri
nin yaradıcılığı da sufizm ideyaları ilə hopdurulmuşdur. Sufizmin təsirindən
XIXXX əsrlərin əvvəllərində yaşayıbyaratmış Azərbaycan şair və yazıçıları
da yan keçməmişlər. XX əsrin əvvəllərində yaranmış romantizm ədəbi məktə
binin banisi Hüseyn Cavid, Məhəmməd Hadi və başqalarının əsərlərindəki güc
lü və təsirli romantik obrazlar sufi ideallarını özlərində daşıyan qəhrəmanlardır.
Musiqi sənətinin və musiqi ənənələrinin inkişafı və hifz olunmasında da sufilər
böyük rol oynamışlar. Sufı məclislərində daim musiqi səslənir, mərasim rəqs
ləri ifa olunurdu. Bu məclislərdə qadınlar da iştirak edir, şeirlər söyləyir, oxu
yur və rəqs edirdilər. Jurnalın bu nömrəsi sufizmin Azərbaycan mədəniyyəti və
incəsənətinə təsirindən bəhs edən materialları təqdim edir. İnanırıq ki, topla
dığımız və təqdim etdiyimiz materiallar oxucu auditoriyası tərəfindən böyük
maraqla qarşılanacaq.
173
musİqİ, musİqİ…
Dünyanın ən dilbər guşələrindən biri olan Azərbaycan əsrlər boyu böyük
mədəniyyətin beşiyi, musiqiçilərin vətəni olmuşdur. “Musiqi azərbaycanlıların
qanına ana südü ilə hopur” kəlamı tarixi həqiqəti əks etdirən müdrik sözlərdir.
Azərbaycanın simvolu kimi dünyanın hər yerində bəlli olan minilliklərin
yaddaş kitabəsi – Qobustan qayaüstü rəsmlərindən ən məşhuru yallı gedən
insanlardır. Bu rəqsi indi də toydadüyündə, el şənliklərində, bayramlarda ifa
edirlər. Atropatenanın zərdüştlük ayinlərini müşayiət edən musiqinin izləri indi
də musiqi folklorunda yaşayır. Böyük Nizaminin əsərlərində adları çəkilən
çeşidçeşid orta əsr musiqi alətlərinin (saz, ud, bərbər, setar, çəng, qanun,
müşkar, ərğanun, kamança, rübab, tənbur, ney, kəranay, şeypur, kus, davul, dəf,
nağara, zəndan) mövcudluğu onu sübut edir ki, dahi şairin yaşadığı dövrdə
Azərbaycanda nəinki solo, həmçinin ansambl ifacılığı da geniş yayılmışdı.
Azərbaycanlı alimlər – Səfiəddin Urməvi (XIII) və Əbdülqadir Marağayi (XIV)
orta əsr Şərq klassik musiqi elminin ən nüfuzlu simaları kimi tanınır. Tarix
boyu Azərbaycan müxtəlif siyasiictimai şəraitdə varlığı və müstəqilliyi,
mənliyi uğrunda mübarizə aparıb. Onun qəhrəmanlıq səhifələri musiqi salna
məmizdə – aşıq dastanlarında, qəhrəmani cəngi havalarında təcəssüm olu nub.
Azərbaycan muğamı dünya musiqi sənəti xəzinəsi incilərindən biri kimi təra
vətini əsrlərdən bəri qoruyub saxlamışdır. Qafqazın konservatoriyası adlan
dırılan Şuşa Azərbaycan musiqi sənəti tarixinə onlarla böyük muğam ustası –
xanəndələr, tarzənlər bağışlamışdır. “Şuşa və Azərbaycan musiqisi” sözləri isə
Azərbaycanla maraqlanan, onu sevən, tədqiq edən hər kəs üçün ayrılmaz
vəhdətdir. Səttar, Sadıxcan, Cabbar Qaryağdıoğlu, Məşədi Əmil Əmirov, Xan
Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Məcid Behbudov və neçəneçə
muğam ustadının adı Azərbaycanın hüdudlarından çoxçox uzaqlarda məş
hurdur. XX yüzillik Azərbaycan musiqisinin çoxəsrlik inkişafında yeni mərhələ
açdı. Cəmi bir neçə onillik ərzində Azərbaycanda Avropa zəmininə dayaqlanan
yeni musiqi ənənələri, ifaçılıq məktəbi yarandı. 1908ci ildə “Şərq musiqisinin
patriarxı“ sayılan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə bəstə
karlıq erasının təməli qoyulur. Təkcə Azərbaycanda deyil, bütün müsəlman
Şərqində ilk opera olan “Leyli və Məcnun” musiqi aləminə muğam ilə
operanın orijinal sintezini təqdim etdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettası dünyanın bütün qitələrini fəth etdi. Şərqin ilk konservatoriyala rından
biri də 1921ci ildə Bakıda açıldı. Halhazırda Azərbaycan dünya miq yasında
yüksək ifaçılıq ənənələri, gözəl musiqi kollektivləri, bəstəkarlıq mək təbi ilə
tanınır.
Azərbaycan bəstəkarları – Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət
Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev,
174
Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsəno
va və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib
hissəsidir. Beynəlxalq müsabiqələr laureatları Fərhad Bədəlbəyli, Sərvər Qəni
yev, Xuraman və Fidan Qasımovalar, Adilə Əliyeva, Vasif Həsənov və başqala
rı Azərbaycan ifaçılıq məktəbinin dünya miqyasında tanınmış nümayəndələri
dir. Xanəndə Alim Qasımovun, caz müğənnisi Əzizə Mustafazadənin beynəl
xalq aləmdə böyük uğurları da xüsusi qeyd olunmalıdır. 1991ci ildə Azərbay
can dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində də beynəlxalq
əlaqələr genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq mu
siqi festivalları təşkil edilir. Öz növbəsində bizim musiqi xadimlərimiz xarici
ölkələrdə keçirilən musiqi tədbirlərində iştirak edirlər.
Dünya miqyaslı musiqiçilər – Mstislav Rostrapoviç, Bella Davidoviç,
Dmitri Sitkovetski böyük həvəslə Bakıya gəlir, konsertlərlə çıxış edir, açıq
dərslər verirlər. Yeni mərhələdə Azərbaycan musiqi sənətinin inkişafında Azər
baycan Mədəniyyətinin Dostları Fondu yaxından iştirak edir. Fondun son
tədbirlərin dən biri “İpək yolu Birinci Simfonik və Kamera musiqisi festivalı”
da böyük əkssəda oyatmışdır. Əminik ki, jurnalımızın bu sayı oxucularda
Azərbaycan musiqisinin müxtəlif sahələri, dünəni, bugünü, sabahı haqqında
müəyyən tə əssürat yaradacaq və mədəniyyətin, sənətin xalqın həyatında əvəz
edilməz rolunu bir daha təsdiqləyəcək.
175
“qarabağ XanƏndƏLƏrİ”
aLbomunun tƏqdİmat mƏrasİmİ
2005ci il aprelin 8də “Gülüstan” sarayında YUNESKOnun xoşməramlı
səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban
xanım Əliyevanın “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ
xanəndələri” albomunun təqdimatı keçirilmişdir.
YUNESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mərasimi aça
raq demişdir: “Hörmətli mərasim iştirakçıları! “Qarabağ xanəndələri” albomu
nun təqdimat mərasiminə xoş gəlmisiniz. “Qarabağ xanəndələri” albomu
“Muğamİrs” layihəsinin ilk albomudur. Siz hər biriniz bu albomu hədiyyə ola
raq almısınız. Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz
onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq.
Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olun
muşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam
vasitəsilə bütün dünyaya çatdırırıq.
Bu ilin mart ayında YUNESKOnun qərargahında xoşməramlı səfirlərin il
lik toplantısında bu albom təqdim olunmuş və çox böyük diqqət və maraq cəlb
etmişdi. Mənim muğam ustaları ilə ilk görüşümdən çox az vaxt keçib, amma
bu müddətdə kifayət qədər iş görülübdür. Artıq muğam dəstgahlarının Filar
moniyada səslənməsi bir ənənəyə çevrilibdir. Muğam mərkəzinin inşası barə
sində qərar qəbul olunub, muğam ensiklopediyası hazırlanır. Muğam sənətinə
həsr olunmuş traktatlar tərcümə edilir və çapa hazırlanır. Bütün bu addımlar bi
zim birgə səylərimizin nəticəsidir. Mən bu gün Azərbaycanın bütün muğam
ustalarına, sənətkarlarımıza, alimlərimizə, muğamı sevən hər bir insana çox
dərin minnətdarlığımı və hörmətimi bildirmək istəyirəm.
Muğam artıq təkcə bizim Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bi
zim məqsədimiz muğamı qorumaq, inkişaf etdirmək, muğamın gözəlliyini,
onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaqdır. Bu yolda hər birimizə
uğurlar arzulayıram və mərasimi açıq elan edirəm”.
Sonra “Qarabağ xanəndələri” albomunda səs yazısı olan 24 sənətçinin ifa
sında muğam parçaları səsləndirildi. Xalqımızın bənzərsiz muğam sənəti nü
munələri bütün Şərqin əvəzsiz ifaçılarından Cabbar Qaryağdıoğlunun, Keçə
çioğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun,
Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adı
gözəlovun, Əbülfət Əliyevin və müasir muğam ustalarının ifasında böyük
maraqla qarşılandı. Muğam ustalarının ürəkləri riqqətə gətirən ifası layihə
çərçivəsində “Salnamə” studiyasında rejissor Xamis Muradovun rəhbərliyi ilə
hazırlanmış sənədli filmin kadrlarının nümayişi ilə müşayiət olunur, belə nadir
sənətkarlar yetirən Azərbaycan torpağının misilsiz gözəllikləri bir daha göz
176
önündə canla nır, sanki indi yağı tapdağında, işğal altında olan doğma torpaq
ları mızın azad edilməsi uğrunda mübarizəyə səsləyirdi. Bəli, belə möcüzəli
musiqinin beşiyi olan torpaq düşmən əlində qala bilməz!
“Qarabağ bülbülləri”nin ecazkar səsi, gözəl ifası isə əmin etdi ki, xalqımı
zın zəngin mədəniyyət xəzinəsi olan muğam sənətimizin gələcəyi etibarlı
əllərdədir.
Xalq artisti Habil Əliyev mərasimin sonunda sənət yoldaşları adından çıxış
edərək dedi ki, bu gün xalq musiqisi ifaçılarının bayramıdır, amma bu təkcə musi
qimizə, ifaçılara yox, xalqımızın millimədəni sərvətinə verilən qiymətdir. Mən
muğamlarımızın qorunmasına, təbliğinə göstərdiyi qayğıya görə YUNESKOnun
xoşməramlı səfiri Mehriban xanıma bütün sənət adamları adından təşəkkür edi
rəm. Həqiqətən, çox böyük iş görülmüşdür və bu xeyirxahlığa görə hamımız
ona minnətdarıq.
177
hEYdƏr ƏLİYEV fondunun hazırLadığı
“azƏrbaYcan” İntErnEt portaLının
tƏqdİmat mƏrasİmİ
2005ci il iyulun 22də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əli
yev Fondunun yeni layihəsi olan “Azərbaycan” internet portalının təqdimat
mərasimi keçirilmişdir.
Mərasimi Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməram
lı səfiri Mehriban Əliyeva açmışdır:
“Hörmətli cənab Prezident! Xanımlar və cənablar! Əziz qonaqlar!
Sizi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan” internet
portalının təqdimat mərasimində salamlayıram və bu axşam bizimlə olduğunuz
üçün sizə dərin minnətdarlığımı bildirirəm.
Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyətə başlayıbdır. Biz
qarşımıza çox böyük vəzifələr qoyaraq, onların həllinə nail olmağa, konkret
layihələr işləyib həyata keçirməyə çalışırıq.
Yardıma ehtiyacı olan hər bir insana qayğı və diqqət Heydər Əliyev Fondu
nun əsas vəzifələrindən biridir. Ölkəmizdə sosial problemlərin həllində Fond
çox fəal iştirak edir və bir sıra humanitar layihələr hazırlayıb həyata keçirir.
İnternat məktəblərinin və uşaq evlərinin inkişafı layihəsi çərçivəsində indi
Bakıda 12 məktəbdə əsaslı təmir aparılır. Demək olar ki, bu məktəblərin əksə
riyyəti yenidən inşa edilir. “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemi
yasız həyat naminə” layihələri ilə yanaşı, cəmiyyətimizin bu cür problemlərinə
yeni bir nəzər nöqtəsindən baxmağa çağırırıq. Fondun təşəbbüsü ilə respublika
mızın bütün guşələrində ən ağır vəziyyətdə olan 132 məktəb üçün bina tikilir.
Məktəblər yerli şəraitə uyğun layihələrlə inşa edilir. Bu gün demək olar ki,
məktəblərin əksəriyyətində tikintiyə başlanılıb. Ölkəmizin tarixi abidələrinin
qorunmasında da Fond fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsi,
Bakının Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahının bərpa edil
məsi, Abdulla Şaiqin evmuzeyinin təmir edilməsi Fondun bu istiqamətdə gör
düyü tədbirlərin yalnız bir neçəsidir.
Amma Fondumuzun ən məsul və ən şərəfli vəzifəsi Heydər Əliyev tərəfin
dən yaradılan azərbaycançılıq ideyasını, azərbaycançılıq fəlsəfəsini təbliğ et
məkdir. Biz çalışırıq ki, bu ideyanı davam etdirək. Bu gün diqqətinizə çatdırı
lan layihə də bu məqsədə xidmət edir.
Portalın üzərində işə başlamazdan əvvəl, biz “Azərbaycan və internet” adla
nan maraqlı bir araşdırma aparmışıq. Azərbaycanın dünya informasiya məkanı
na inteqrasiya olunması, Azərbaycan dilində internet resursları bizi maraqlandı
rıbdır. Bu araşdırmaların bəzi nəticələrini sizin diqqətinizə çatdırmaq istərdim.
Bəzi mənbələrə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı 300 min,
178
digərlərinə görə isə 400450 min nəfərə çatır. Yer kürəsində internet istifadəçi
lərinin sayı 1 milyarda çatır ki, bu da dünya əhalisinin 14 faizini təşkil edir.
Məlumdur ki, Azərbaycanda internet poçt sistemi 1991ci ildən fəaliyyət göstə
rir. İndi artıq Azərbaycanda internet resurslarının mövcudluğundan danışmaq
mümkündür. Hazırda ölkəmizdə 3145 azərbaycandilli, 830 türkdilli, 1300 in
gilisdilli, 1600 rusdilli sayt mövcuddur. Saytların məzmununu təhlil etsək, on
ların 150si dövlət qurumlarına, nazirliklərə, siyasi partiyalara, ictimai təşki
latlara məxsusdur. Azərbaycanın rayonları barədə ümumi məlumatları əks
etdirən cəmi 15 sayt mövcuddur. Qarabağ müharibəsinə, Xocalı soyqırımına,
erməni vəhşiliklərinə həsr olunmuş 17 sayt mövcuddur. 26 sayt diasporla bağlı
məsələləri əhatə edir.
Çox yaxşı haldır ki, dünyada gedən qloballaşmanın aparıcı qüvvələrindən
biri olan informasiya və kommunikasiya texnologiyaları da Azərbaycanda öz
yerini tutur. İnternet ölkəmizdə dinamik inkişaf edir. Yeni texnologiyalarla
məşğul olan təşkilatların sayı günbəgün artır. Bizdə indi kifayət qədər internet
resursu var. Amma məsələni daha dərindən öyrənəndə bir sıra daha ciddi
nöqsanlar üzə çıxır. Şəbəkənin abbreviaturası ilə bağlı problemlər, yüksək
səviyyəli axtarış sistemlərinin olmaması, saytların yeni informasiyalarla təmin
edilməməsi, konkret bir problemə həsr olunmuş saytlarla yanaşı çox formal,
müasir tələblərə cavab verməyən saytlar da vardır. Ölkəmizin beynəlxalq
imicinə zərbə vuran, böhtan, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımı
zın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın
mövqeyini əks etdirən külli miqdarda müxtəlifdilli saytlar da mövcuddur. Məhz
bütün bunlara görə biz “Azərbaycan” portalının yaradılmasını çox zəruri hesab
etdik. Bunu vaxtında atılmış bir addım kimi qiymətləndiririk. Əminəm ki, ölkə
mizin ən qədim tarixindən tutmuş, bugünkü reallığına qədər dövrü özündə əks
etdirən bu portal çox problemlərin həllində mühüm rol oynayacaqdır.
Portal 3 dildə – Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuşdur.
Yaxın gələcəkdə portalın alman, fransız, ərəb versiyalarının da hazırlanması
nəzərdə tutulur. Mən portalın hazırlanmasında fəal iştirak edən bütün təşkilatla
ra, hər bir insana Heydər Əliyev Fondu adından dərin minnətdarlığımı bildir
mək istəyirəm. İnanıram ki, “Azərbaycan” internet portalı çox qısa bir zamanda
qiymətli və dəqiq informasiya mənbəyinə çevriləcəkdir.
Əziz qonaqlar, çıxışımın sonunda sizə işlərinizdə böyük uğurlar, həyatınız
da çoxlu işıqlı və xoşbəxt günlər arzulayıram. İndi isə sizi Azərbaycan portalı
haqqında filmə baxmağa dəvət edirəm.
Çox sağ olun”.
2005ci il avqustun 24də “Gülüstan” sarayında “YUNESKOAzərbaycan:
gələcəyə körpü” mövzusunda konfrans keçirilmişdir.
179
Konfransı Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşmə
ramlı səfiri Mehriban xanım Əliyeva açmışdır:
“Cənab baş direktor!
Hörmətli xanım Matsuura!
Əziz xoşməramlı səfirlər!
Xanımlar və cənablar!
Bugünkü konfransın iştirakçılarının hamısını salamlayır, Sizin hər birinizə
“Xoş gəlmisiniz!” deyirəm. İnanıram ki, bugünkü konfransımız çox səmərəli
keçəcək və Azərbaycan təhsilinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
İlk növbədə icazə verin, ölkəmizdə rəsmi səfərdə olan YUNESKOnun baş
direktoru Koişiro Matsuuranı sizin hamınızın adından salamlayım. Cənab baş
direktorla birlikdə Azərbaycana gəlmək üçün vaxt və imkan tapdığına görə
xanım Takaka Matsuuraya öz minnətdarlığımı bildirirəm.
Nəzərinizə çatdırmaq istərdim ki, bu gün bizim qonaqlarımız arasında
mənim həmkarlarım, YUNESKOnun xoşməramlı səfirləri də iştirak edirlər.
İcazə verin, onları Sizə təqdim edim.
Məşhur fransız astronavtı cənab Patrik Bodrini və onun ailə üzvlərini sizə
təqdim edirəm. Xüsusi vurğulamaq istərdim ki, cənab Patrik Bodri gənclər
üçün Avropa kosmik düşərgəsi layihəsinin müəllifidir. Onun təhsillə bağlı
çoxsaylı layihələri böyük uğur qazanmışdır.
Bizim hörmətli qonaqlarımızın arasında xoşməramlı səfir cənab Ömər Zülfi
Livanelli də var. Onun zəngin yaradıcılığı xalqlar və mədəniyyətlər arasında di
aloqun qurulmasına xidmət edir.
Xoşməramlı səfir cənab Kitin Minyoz məşhur səyyah və alimdir. O, sülh
ideyalarının təbliği və ətraf mühitin qorunması sahəsində çox mühüm işlər
görmüşdür. Mən onu və onunla birlikdə ölkəmizə gələn xanımını salamlayır və
sizə təqdim edirəm.
Mahir musiqiçi İvri Gitlis artıq 20 ildir ki, xoşməramlı səfir kimi təhsilin və
mədəniyyətin inkişafına xidmət edir. O, sülhə və birliyə çağıran mahnıları ilə
bir çox ölkələrdə yaxşı tanınır.
Xoşməramlı səfir xanım Ki Fuk Fan Ti bütün həyatını sülh və barış
ideyalarına həsr etmişdir. Onun yaratdığı Beynəlxalq Ki Fondu hərbi münaqi
şələr zamanı zərər çəkən uşaqlara yardım göstərir. Mən onu və həyat yoldaşını
sizə təqdim edirəm.
Hörmətli cənab baş direktorla birlikdə Azərbaycana YUNESKOnun məsul
işçiləri və ekspertləri də gəliblər. Ekspertlərin bir çoxu ölkəmizdə olub, məcbu
ri köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı
müxtəlif layihələri işləyib hazırlayıblar və bu gün də bizimlə əlaqələrini uğurla
davam etdirirlər.
180
Bu gün bizim konfransda Azərbaycan təhsilinin çox nüfuzlu nümayəndələri
iştirak edirlər. Mən inanıram ki, siz bugünkü konfransın ideyalarını öz konkret
fəaliyyətinizdə həyata keçirməyə çalışacaqsınız. Sizə bu işdə uğurlar arzulayıram.
Bugünkü tədbirimizdə səfirlər və beynəlxalq qurumların nümayəndələri də
iştirak edirlər. Ümidvaram ki, Azərbaycan təhsilinin dünya təhsil məkanı na
daxil olması prosesində onlar da öz köməyini göstərəcəklər.
Bizim konfransın çox simvolik və böyük mənaya malik adı var: “Gələcəyə
körpü”. Mən inanıram ki, biz birlikdə bu körpünü yaratmağa nail olacağıq.
Əziz dostlar! YUNESKOnun dəstəyi ilə 2000ci ildə Dakarda keçirilən
ümumdünya təhsil forumunun sənədləri sizə yaxşı məlumdur. Əslində bu hamı
mız üçün təhsil sahəsində müəyyən edilmiş ümumi bir strategiyadır. Sözsüz ki,
hər bir ölkə bu strategiyanı həyata keçirəndə öz milli xüsusiyyətləri ni və təhsil
sahəsində toplanmış təcrübəni nəzərə almalıdır.
Məlumdur ki, Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlar xü
susi dövlət proqramı şəklində təsdiq olunmuşdur. Bu qlobal proqramla yanaşı,
Təhsil Nazirliyi və təhsillə bağlı olan digər qurumlar da çox mühüm layihələr
üzərində işləyirlər. Bu layihələrin bir qismində mötəbər beynəlxalq təşkilatlar
da iştirak edir.
Mən təhsillə bağlı bir layihəni xüsusi vurğulamaq, “Yeniləşən Azərbaycana
yeni məktəb” barəsində ayrıca danışmaq istərdim. Bu layihədə dövlət qurumla
rı ilə yanaşı, vətəndaş cəmiyyətinin bir çox strukturları da iştirak edir. Bildi
yiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə
çərçivəsində təkcə bu il ərzində ölkəmizin müxtəlif regionlarında 132 məktəbin
inşası və lazımi avadanlıqla təchiz olunması nəzərdə tutulmuşdur.
Bu gün mən böyük fərəh hissi ilə demək istəyirəm ki, bu il ərzində
Azərbaycanda irimiqyaslı bir layihə həyata keçirilmişdir. Ölkə Prezidentinin
sərəncamına müvafiq olaraq, klassik, müasir Azərbaycan və dünya ədəbiyyatı
nın ən dəyərli əsərləri latın qrafikası ilə çap olunur. Bu layihə üzrə indiyədək
250dən çox kitab hərəsi 25 min tirajla çap edilərək Azərbaycan oxucularına
çatdırılmışdır. Azərbaycanın hər bir məktəbi, kitabxanası bu kitablarla təmin
olunmuşdur. Həmin kitablar bu gün bu sarayda nümayiş etdirilir.
Bir sözlə, bütün bunlar deməyə imkan verir ki, bizim təhsilimizin inkişaf
istiqaməti düzgündür və böyük uğurlarımız da vardır. Amma uğurlarla yanaşı,
təhsil sistemində bu günə qədər həllini tapmayan problemlər də var. Bu prob
lemlərin bir çoxu keçmiş sovetlər məkanına xas olan problemlərdir. Mənə elə
gəlir ki, bu problemlərin aradan qaldırılması üçün pilot layihələr həyata keçir
səydik pis olmazdı. Digər keçmiş sovet respublikalarında da bu təcrübədən
istifadə oluna bilərdi.
Bizim ən ağır problemimiz ErmənistanAzərbaycan, Dağlıq Qarabağ müna
qişəsidir. Azərbaycan 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkə
181
dir. Ərazimizin 20 faizi işğal altındadır. Məcburi köçkünlərin təhsilinin təşkili
ilə bağlı ölkəmizdə nadir təcrübə qazanılmışdır. Biz işğala məruz qalan əra
zilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmi şik.
Bu məktəblər qaçqınköçkünlər yaşayan düşərgələrdə yerləşir. Biz həm də
müəllim kollektivlərini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim
tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da nadir bir təcrübədir. Mən inanıram
ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər. Hamımızın
ən böyük arzusu odur ki, torpaqlarımız azad olunandan sonra bu məktəblər öz
doğma yerlərinə qayıtsın və fəaliyyətini artıq normal şəraitdə davam etdirə bilsin.
Ümidvaram ki, YUNESKO ilə birlikdə hazırlanan yeni proqramlar məcburi
köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəkdir.
Hörmətli baş direktor! Çıxışımın sonunda Sizə bir kitab təqdim etmək is
tərdim. Sizin nitqlərinizdən ibarət olan bu kitab xüsusi nəşrdir. Bu kitab Azər
baycan oxucularına ünvanlanmış sözlərinizlə açılır. Kitaba Azərbaycan xalqı
nın qəhrəmanlıq dastanı olan “Dədə Qorqud”un təntənəli yubileyində çıxışınız
da daxildir. Bu kitabın nəşri ilə bağlı Sizi ürəkdən təbrik edirəm. İcazə verin,
kitabı Sizə təqdim edim və Sizi çıxışa dəvət edim”.
182
183
184
185
186
|