Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
1   ...   9   10   11   12   13   14   15   16   17
olmuşdur.
Mehriban  xanım  Əliyeva  xanım  Sandra  Elizabet  Rulofsu  yenidən  Bakıda 
görməkdən məmnunluğunu bildirmişdir. Gürcüstanda növbədənkənar prezident 
seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran Mehriban xanım, 
Azərbaycanda qonşu Gürcüstana xoş münasibətin olduğunu və indiki seçkilərin 
burada da diqqətlə izlənildiyini söyləmişdir. Azərbaycanın Birinci xanımı dost 
Gürcüstan xalqına uğurlar və firavanlıq arzulamışdır.
Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsinə eh­
tiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə qonaqlara məlumat 
vermişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri Ulu Öndərin zəngin irsini 
öyrənmək və təbliğ etmək, onun Azərbaycanın tərəqqisinə yönəlmiş genişmiq­
yaslı fəaliyyəti barədə gələcək nəsilləri məlumatlandırmaq, Azərbaycan mədə­
niyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərmək­
dir. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı 
genişmiqyaslı layihələr hazırlayıb həyata keçirir. Uşaq evləri və internat mək­
təblərinin yenidən qurulması, onların maddi­texniki bazasının yaxşılaşdırılma­

132
sı, valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilməsi, 
diabet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblərin ti­
kintisi,  əlil  uşaqlara  informasiya  texnologiyaları  ilə  işləmək  vərdişlərinin  aşı­
lanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği sahəsində görülmüş iş­
lərdən danışan Mehriban xanım hazırda Talassemiya Mərkəzinin tikildiyini də 
bildirmişdir.
Xanım Sandra Elizabet Rulofsla ötən görüşlərində qarşılıqlı əlaqələrin qu­
rulması, inkişaf etdirilməsi, birgə tədbirlərin həyata keçirilməsi, təcrübə müba­
diləsi istiqamətində dəyərli söhbətlər, məsləhətləşmələr apardıqlarını xatırladan 
Mehriban  xanım  indiki  görüşün  də  ölkələrimiz,  xalqlarımız  arasında  həmişə 
yüksək  səviyyədə  olan  münasibətlərə  müsbət  təsir  göstərəcəyinə  əminliyini 
söyləmişdir.
Xanım Sandra Elizabet Rulofs xoş sözlərə, hər görüşdə hiss etdiyi səmimi 
münasibətə  görə  Mehriban  xanıma  təşəkkür  etmiş,  özünün  də  Gürcüstanda 
qeyri­hökumət  təşkilatına  rəhbərlik  etdiyini  vurğulayaraq,  bundan  sonra  da 
Fondla ikitərəfli əlaqələrin genişlənməsinə çalışacağını bildirmişdir.
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, Azər­
baycan­ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məc­
lisin deputatı Mehriban xanım Əliyeva 2008­ci il yanvarın 11­də ABŞ Konqre­
sinin Nümayəndələr palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri, kon­
qresmen Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığa əsaslanan möhkəm siyasi 
münasibətlərin  yüksələn  xətlə  inkişaf  etməsini  vurğulayan  Mehriban  xanım 
Əliyeva bildirmişdir ki, konqresmenlər xanım Şelli Mur Kapitonun, cənab Con 
Porterin və Fil İnqlişin ölkəmizə səfərləri ikitərəfli parlamentlərarası əlaqələrin 
inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Mehriban xanım Əliyeva qonaqlara rəhbərlik etdiyi Heydər Əliyev Fondu­
nun  fəaliyyəti,  onun  həyata  keçirdiyi  layihələr  haqqında  məlumat  vermiş, 
səhiyyə, təhsil, mədəniyyət və ətraf mühit sahələrində əldə edilmiş uğurları xü­
susi xatırlatmışdır.
Səmimi görüşə görə təşəkkürünü bildirən qonaqlar ABŞ Konqresi ilə əlaqə­
lərin möhkəmləndirilməsi və Azərbaycanın ABŞ­da daha yaxından tanıdılması 
məqsədi ilə Amerika konqresmenlərinin Azərbaycana vaxtaşırı səfərlərinin təş­
kilində, habelə humanitar sahə və ətraf mühitlə bağlı layihələrin həyata keçiril­
məsində Heydər Əliyev Fondunun oynaya biləcəyi rolu vurğulamışlar.
2008­ci il yanvarın 16­da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO 
və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 
Əliyeva  BMT­nin  ölkəmizdəki  rezident­əlaqələndiricisi  Bruno  Pueza  ilə 
görüşmüşdür. 

133
Mehriban xanım 2004­cü ilin mayında, Ümummilli Lider Heydər Əliyevin 
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə qonağa 
məlumat vermişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi 
xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbayca­
nın  sosial­iqtisadi,  mədəni  tərəqqisinə  xidmət  edən  genişmiqyaslı  fəaliyyəti 
barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azər­
baycanın mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və 
xaricdə görülən işlərə kömək göstərməkdən ibarətdir.
Eyni zamanda Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı 
genişmiqyaslı  layihələr  hazırlayıb  həyata  keçirir,  bütövlükdə  respublikamızın 
ictimai həyatında fəal iştirak edir.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələrinə toxunan Mehriban xanım 
YUNESKO, İSESKO və digər nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq isti­
qamətlərindən  danışmışdır.  Bildirilmişdir  ki,  Fondun  BMT­nin  İnkişaf  Proq­
ramı ilə birgə “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT­yə çıxışının 
təmin edilməsi” layihəsi uğurla həyata keçirilmiş, belə uşaqlar üçün kompyu­
terlərlə təmin olunmuş təlim mərkəzi yaradılmışdır. Qeyd edilmişdir ki, Heydər 
Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
və  BMT­nin  Əhali  Fondunun  birgə  həyata  keçirəcəyi  “XXI  əsrdə  qadınlara 
qarşı zorakılıq əleyhinə” layihəsi əməkdaşlığın yeni mərhələsi olacaqdır.
Heydər  Əliyev  Fondunun  prezidenti  ümidvar  olduğunu  bildirmişdir  ki, 
gələcəkdə BMT­nin qurumları ilə əməkdaşlıq əlaqələri daha da genişlənəcəkdir.
2008­ci il yanvarın 22­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xa­
nım Əliyeva “Muğam televiziya müsabiqəsi–2007”­nin qalibləri və münsiflər 
heyətinin üzvləri ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva görüşü açaraq demişdir:
“Əziz qonaqlar, mən sizi Heydər Əliyev Fondunda salamlayıram, xoş gəl­
misiniz! Görüşümüzün əvvəlində mən böyük kədər hissi ilə qeyd etməliyəm ki, 
Azərbaycanın  musiqi  sənətinə  böyük  itki  üz  vermişdir.  Görkəmli  incəsənət 
xadimi, məşhur müğənni Lütfiyar İmanov dünyasını dəyişmişdir. Mən əminəm 
ki, onun yaradıcılığı, onun səsi, mədəniyyətimizdə qoyduğu iz insan ömründən 
çox­çox uzun yaşayacaqdır. Allah rəhmət eləsin!
Əziz  dostlar,  mən  sizi  görməyə  çox  şadam.  Bu  gün  biz  birlikdə  “Muğam 
televiziya müsabiqəsi­2007”­nin uğurlu nəticələrini müzakirə edəcəyik. Siz bi­
lirsiniz ki, bu layihə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin 
Dostları Fondunun dəstəyi ilə həyata keçirilmişdir. Biz bu layihəni başlayanda 
əsas məqsədlərimiz qədim Azərbaycan muğamını təbliğ etmək, zəngin muğam 
məktəbi  üçün  yeni  səslər  axtarmaq  və  əlbəttə  ki,  gənc  ifaçılar  üçün,  onlara 
potensialını tam şəkildə reallaşdırmaları üçün şərait yaratmaq idi. Hesab edi­

134
rəm  ki,  qarşıya  qoyduğumuz  bütün  məqsədlərə  biz  nail  olmuşuq.  Muğam 
müsabiqəsi çox böyük uğurla başa çatdı və bir daha muğamın möhtəşəmliyini 
hamıya göstərdi. Bir daha sübut etdi ki, muğam Azərbaycanda ən sevilən, ən 
dəyərli musiqi janrlarından biridir. Mən bu üç ay ərzində həm Azərbaycandan, 
həm də xaricdən çoxsaylı məktublar alıram. Bu məktubları göndərən insanlar 
muğama olan sevgilərindən, hörmətindən yazırlar və bizim bu müsabiqəni dəs­
təklədiklərini bildirirlər. Demək olar ki, artıq bu muğam müsabiqəsi xalq ara­
sında  çox  böyük  populyarlıq  qazanmışdır  və  mən  hesab  edirəm  ki,  yəqin  ki, 
ənənəvi xarakter daşımalıdır. Muğam müsabiqəsinin bütün iştirakçılarını, xüsu­
silə laureatları, sizi bu parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Mən bilirəm ki, üç ay ərzində siz çox böyük narahatlıq hisləri duymusunuz. 
Çünki müsabiqə çox ciddi rəqabət şəraitində keçmişdir. Bütün iştirakçılar gözəl 
səsə malik idi və gözəl ifa qabiliyyəti nümayiş etdirirdilər. Əlbəttə, belə bir yo­
lun sonunda qalib gəlmək çox şərəflidir.
Mən bir daha sizi təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram. Onu da 
qeyd etmək istərdim ki, bu müsabiqə ərzində siz öz səslərinizlə, qabiliyyətiniz­
lə xalq məhəbbətini qazanmısınız. Bu, ən vacib amildir və inanıram ki, gələ­
cəkdə  bu  məhəbbət  daha  da  artacaqdır.  Sizin  bacarığınız  daha  da  artacaq dır. 
Ona görə də sizi bir daha ürəkdən təbrik edir, yeni­yeni uğurlar arzu edirəm.
Mən bu gün münsiflər heyətinin üzvlərinə öz dərin minnətdarlığımı çatdır­
maq istəyirəm. Bilirəm ki, bu müsabiqənin hazırlıq mərhələsində siz nə qədər 
ağır iş görmüsünüz. Ölkəmizin müxtəlif regionlarında olmusunuz, iştirakçıları 
seçmisiniz, onların ifalarını obyektiv və peşəkarlıqla qiymətləndirmisiniz. Mün­
siflər  heyətində  bizim  hörmətli  muğam  ustadlarımızın  iştirakı  bütün  bu  müsa­
biqəni,  demək  olar  ki,  açıq  bir  muğam  dərsinə  çeviribdir.  Hər  bir  adam  buna 
ustadlarla gənclərin ünsiyyət qurmaq dərsi kimi baxırdı, bu cür qiymətləndirirdi.
Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunla­
rından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çat­
dırmaq hər bir azərbaycanlının mənəvi borcudur. Mən bu gün fürsətdən istifadə 
edərək, bizim ünlü sənətkarlarımıza, muğam ustadlarına muğamın inkişafı, təb­
liği sahəsində səylərinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox 
sağ olun!
Siz  bilirsiniz  ki,  Heydər  Əliyev  Fondu  olaraq,  biz  həmçinin  Azərbaycan 
Mədəniyyətinin Dostları Fondu bu istiqamətdə bir çox layihələr həyat keçiririk. 
“Qarabağ xanəndələri” musiqi albomu buraxılıb, “Muğam” jurnalı nəşr olunur, 
“Muğam” ensiklopediyasının həm çap, həm də elektron versiyası hazırlanır. Ən 
əsası  isə,  hamımızın  təməlqoyma  mərasimində  bərabər  iştirak  etdiyimiz  Mu­
ğam Mərkəzi tikilir. Mən inanıram ki, bu ilin avqust ayında birlikdə onun açılı­
şında  iştirak  edəcəyik.  Bu,  çox  böyük  nailiyyətdir.  Çünki  bu,  hər  bir  muğam 
ustadı  üçün  və  hər  bir  muğamsevər  üçün  doğma  ev  olacaqdır.  Biz  müsa­

135
biqələrimizi Mahnı Teatrında, filarmoniyada keçirdik, amma mən inanıram ki, 
gələcəkdə orada  keçirəcəyik.  Çünki  bu,  əslində, muğamın öz  doğma  evi  ola­
caqdır. Eyni zamanda bu layihə YUNESKO tərəfindən dəstəklənir və bu, bey­
nəlxalq  mərkəzdir.  Biz  orada  beynəlxalq  tədbirlər  də  keçirə  bilərik  və  bütün 
dünyaya  öz  muğamımızı  tanıtmalıyıq.  Bir  sözlə, Azərbaycan  mədəniyyətinin 
ən dəyərli irsi olan muğam hər bir azərbaycanlı üçün qiymətlidir, hər bir azər­
baycanlı üçün seviləndir. Mən bir daha bu gün sizə öz minnətdarlığımı bildir­
mək istəyirəm. Çünki siz bu sənətin qorunmasında çox böyük işlər görürsünüz”.
Muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri – xalq artistləri Əlibaba 
Məmmədov, Arif  Babayev, Ağaxan Abdullayev,  Səkinə  İsmayılova,  Mənsum 
İbrahimov,  Azərbaycan  Bəstəkarlar  İttifaqının  katibi,  sənətşünaslıq  doktoru, 
professor Ramiz Zöhrabov, “Muğam televiziya müsabiqəsi” layihəsinin icraçı­
sı, əməkdar incəsənət xadimi Nadir Axundov Azərbaycan mədəniyyətinə gös­
tərdiyi  qayğıya  görə  Mehriban  xanıma  minnətdarlıq  etmişlər.  Bildirmişlər  ki, 
üç  ay  ərzində  davam  edən  bu  müsabiqə  istedadlı  ifaçıları  aşkara  çıxarmaqla 
yana şı,  mədəniyyətimizin  zənginləşməsinə  xidmət  etmiş,  habelə  yeni  ifaçılar 
nəslinin yetişməsinə təkan vermişdir. Musiqimizin daha da geniş təbliği üçün 
gələcək də muğamla bağlı beynəlxalq simpoziumların, festivalların keçirilməsi 
arzu olunmuşdur.
Mehriban xanım Əliyeva gələcəkdə Azərbaycan xalq çalğı alətləri ifaçıları­
nın  müsabiqəsinin  keçirilməsi  barədə  təklifi  razılıq  hissi  ilə  qarşılamışdır.  O, 
Azərbaycan mədəniyyətinin zəngin ənənələrini bütün dünyada təbliğ etməklə, 
qədim  irsimizin  bədnam  qonşularımız  tərəfindən  mənimsənilməsi  cəhdlərinin 
qarşısının alınmasında istedadlı gənclərimizin rolunu xüsusi vurğulamışdır. Bu 
il Belqradda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində ölkəmizin iştirak 
edəcəyini deyən Mehriban xanım Əliyeva Ermənistan təmsilçisinin bu müsa­
biqəyə təqdim etdiyi mahnının Azərbaycan musiqisi parçalarından ibarət oldu­
ğunu xatırlatmışdır. Bildirmişdir ki, bu cür halların qarşını almaq üçün Azər­
baycanın  istedadlı  gəncləri  bütün  dünyada  qədim  və  zəngin  tarixə  malik 
muğamımızı, xalq mahnılarımızı tanıtmaq, sevdirmək üçün çalışmalıdırlar.
Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin başçılıq etdiyi nüma­
yəndə heyəti 2008­ci il martın 7­də Heydər Əliyev Fondunda olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO­nun xoşmə­
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Vatikanın döv­
lət katibi, kardinal Tarçizio Bertone ilə görüşü olmuşdur.
Bakıda  katolik  kilsəsinin  açılmasını  tarixi  hadisə  kimi  səciyyələndirən 
Heydər Əliyev Fondunun prezidenti demişdir ki, sakit olmayan dünyada Azər­
baycan  tolerantlıq  baxımından  nümunə  sayılacaq  ölkədir.  Azərbaycan  pay­
taxtında katolik kilsəsinin açılması bunun daha bir göstəricisidir.

136
Mehriban xanım xüsusi vurğulamışdır ki, müxtəlif dinlərə mənsub olan in­
sanlar əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşamışlar. Azərbaycanda 
insanlara  dininə,  dilinə,  milliyyətinə,  irqinə  görə  fərq  qoyulmur.  Bu  həm 
Azərbaycan  xalqının,  həm  də  dövlətin  digər  dinlərə  və  millətlərə  olan 
münasibətidir.
Vatikanın  dövlət  katibi Azərbaycanda  müşahidə  etdiyi  tolerantlığı  yüksək 
qiymətləndirərək, müxtəlif dinlərə sitayiş edən insanların dinc, mehriban şərait­
də yaşaması faktını xüsusi vurğulamışdır.
Kardinal Tarçizio Bertone Azərbaycan xalqının və dövlətinin digər millətlə­
rə  və  dinlərə  olan  münasibətini  yüksək  qiymətləndirmişdir.  Bu  tolerantlığın 
Azərbaycan xalqının mentaliteti ilə bağlı olduğunu deyən Vatikanın dövlət kati­
bi,  ölkə  Prezidentinin  fəaliyyətində  də  həmin  məqamın  aydın  göründüyünü 
bildirmişdir. 
2008­ci  il  mayın  6­da Azərbaycanın  və  İordaniyanın  birinci  xanımlarının 
görüşü  keçirilmişdir.  Mehriban  Əliyeva  Ümummilli  Lider  Heydər  Əliyevin 
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlu­
mat vermişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri Ulu Öndərin zəngin 
irsini  öyrənmək  və  təbliğ  etmək,  onun  Azərbaycanın  tərəqqisinə  yönəlmiş 
genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsilləri məlumatlandırmaq, Azərbay­
can  mədəniyyəti  və  tarixinin  geniş  təbliği  ilə  əlaqədar  aparılan  işlərə  kömək 
göstərməkdir.  Bununla  yanaşı,  Fond  təhsil,  səhiyyə,  mədəniyyət  və  digər 
sahələrlə bağlı genişmiqyaslı layihələr hazırlayıb həyata keçirir. Uşaq evləri və 
internat məktəblərinin yenidən qurulması, maddi­texniki bazasının yaxşılaşdı­
rılması, valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstəril­
məsi, diabet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblə­
rin tikintisi, əlil uşaqlara informasiya texnologiyaları ilə işləmək vərdişlərinin 
aşılanması,  zəngin  mədəniyyətimizin  öyrənilməsi,  təbliği  sahəsində  görülmüş 
işlərdən danışan Mehriban xanım hazırda Talassemiya mərkəzinin tikildiyini də 
bildirmişdir. 
2008­ci il mayın 14­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məc lisin  deputatı  Mehriban  Əliyeva  “Gülüstan”  sarayında  YUNESKO­nun 
hima yəsi ilə təhsil problemlərinə dair konfransda iştirak etmək üçün ölkəmizdə 
sə fərdə  olan  İslandiyanın  sabiq  prezidenti, YUNESKO­nun  xoşməramlı  səfiri 
xanım Viqdos Finnboqadottir ilə görüşmüşdür. 
2008­ci il mayın 14­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fond­
unun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məc lisin  deputatı  Mehriban  Əliyeva  “Gülüstan”  sarayında  YUNESKO­nun 
hima yəsi ilə təhsil problemlərinə dair keçirilən konfransda iştirak etmək üçün 

137
ölkəmizə gəlmiş İordaniya şahzadəsi, YUNESKO­nun xoşməramlı səfiri xanım 
Ferial ilə görüşmüşdür. 
Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirən şahzadə Fe­
rial Bakının gözəlliyindən məmnunluğunu vurğulamışdır. 
2008­ci il mayın 14­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məc lisin  deputatı  Mehriban  Əliyeva  “Gülüstan”  sarayında  YUNESKO­nun 
hima yəsi ilə təhsil problemlərinə dair keçirilən konfransda iştirak etmək üçün 
ölkə mizdə  səfərdə  olan  Hollandiya  şahzadəsi  xanım  Laurentien  ilə  görüş­
müşdür. 
Mehriban  xanım  rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondunun  fəaliyyəti  və 
həyata keçirdiyi layihələr barədə qonağa məlumat vermişdir. 
2008­ci il mayın 14­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məc lisin deputatı Mehriban Əliyeva “Gülüstan” sarayında YUNESKO­nun baş 
direktoru Koişiro Matsuura ilə görüşmüşdür. 
Qonağı  yenidən  Bakıda  görməyindən  məmnunluğunu  söyləyən  Mehriban 
xanım Əliyeva dəvəti qəbul edib Bakıya gəldiyi üçün YUNESKO­nun baş di­
rektoruna təşəkkür etmiş, Azərbaycan paytaxtında keçirilən konfransın uğurlu 
nəticələr verəcəyinə əminliyini bildirmişdir. 
2008­ci  il  mayın  29­da  Helsinkidə,  Finlandiya  Prezidentinin  sarayında 
Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehri­
ban Əliyevanın və Finlandiya dövləti başçısının həyat yoldaşı Pentti Arayarvini 
ilə də  görüşü olmuşdur.
2008­ci il iyunun 10­da “Gülüstan” sarayında Azərbaycanın Birinci xanımı, 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə­
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən 
“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusun­
da  beynəlxalq  forumda  iştirak  etmək  üçün  ölkəmizdə  səfərdə  olan  İSESKO­
nun baş direktoru Əbdüləziz bin Osman Əl­Tüveycri ilə görüşmüşdür.
Beynəlxalq forumun yüksək səviyyədə təşkilinə görə Mehriban Əliyevaya 
minnətdarlıq edən İSESKO­nun baş direktoru xüsusi vurğulamışdır  ki, dünya­
nın  bütün  bölgələrindən  nümayəndələrin  iştirakı  forumun  yüksək  səviyyədə 
olduğunu bir daha təsdiq etmişdir.
2008­ci  il  noyabrın  24­də  Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli 
Məclisin  deputatı  Mehriban  Əliyeva  görkəmli  Azərbaycan  rəssamı,  Sosialist 
Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq 
rəssamı Tahir Salahov ilə görüşmüşdür. 

138
Tahir Salahovun parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq mək­
təbinin  görkəmli  nümayəndələrindən  olduğunu  vurğulayan  Mehriban  xa nım 
demişdir ki, rəssamın mövzu və janr rəngarəngliyi, bədii forma əlvanlığı və es­
tetik kamilliyi ilə seçilən əsərləri milli sənət xəzinəmizin qızıl Fonduna daxil 
olmuşdur. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudların­
dan uzaqlarda da şöhrət qazandırmışdır. Sənətkarın dünyanın mötəbər muzey­
lərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan 
mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz 
pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdi­
rilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr vermişdir. 
Tahir Salahovun Azərbaycan incəsənətinin inkişafı və təbliğində təqdirəla­
yiq xidmətlərini xüsusi vurğulayan Heydər Əliyev Fondunun prezidenti bildir­
mişdir ki, dünya şöhrətli rəssam Azərbaycan xalqının fəxridir. 
80  illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı Azərbaycan  Prezidenti  İlham 
Əliyevin imzaladığı Sərəncamdan təsirləndiyini bildirən Tahir Salahov, diqqət 
və  qayğıya  görə  dövlətimizin  başçısına,  habelə  Azərbaycan  mədəniyyətinin 
təbliği və inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun prezidenti 
Mehriban Əliyevaya bir daha təşəkkür etmişdir. 
Mehriban xanım Əliyeva Tahir Salahova Heydər Əliyev Fondunun fəaliy­
yəti haqqında kitab və “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə etmişdir. 
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 
Mehriban xanım Əliyeva 2009­cu il martın 19­da YUNESKO­nun baş direkto­
ru Koişiro Matsuura ilə görüşmüşdür. 
Koişiro Matsuuranı yenidən Azərbaycanda görməkdən məmnunluğunu söy­
ləyən Mehriban Əliyeva, “Muğam aləmi” Beynəlxalq festivalında iştirak etmək 
üçün ölkəmizə gəldiyinə görə ona təşəkkür etmiş, son dövrdə Azərbaycan ilə 
YUNESKO arasında əməkdaşlığın daha da inkişaf etdiyini bildirmişdir. 
Ölkəmizə növbəti dəfə səfər etməsindən şad olduğunu bildirən YUNESKO­
nun baş direktoru Azərbaycanda Beynəlxalq muğam festivalının keçirilməsini 
yüksək qiymətləndirmişdir. 
Heydər  Əliyev  Fondu  və  BMT­nin  Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatı 
(YUNESKO)  arasında  qeyri­maddi  mədəni  irsin  qorunması  üzrə  strateji  hə­
dəflərə nail olmaq məqsədi ilə Əməkdaşlıq sazişi imzalanmışdır. 
Sənəddə hər iki tərəf YUNESKO­nun qeyri­maddi mədəni irsin qorunması­
na  dair  2003­cü  il  tarixli  Konvensiyasının  həyata  keçirilməsinə  öz  töhfəsini 
vermək,  bu  sahədə  imkan  və  təcrübələrdən  istifadə  etməklə,  sıx  əməkdaşlığı 
davam etdirmək niyyətini bir daha bildirmişdir. 
Heydər  Əliyev  Fondu  və  YUNESKO  xoşməramlılıq  prinsiplərini  rəhbər 
tutaraq, inkişaf edən ölkələrdə şəraitin yaxşılaşdırılması, peşəkar inkişafa xüsusi 

139
diqqət yetirməklə, qeyri­maddi mədəni irsin qorunması sahəsində birgə təd bir­
lərin keçirilməsi barədə razılığa gəlmişlər. 
İmzalanma  mərasimindən  sonra  Koişiro  Matsuura  Mehriban  xanım  Əli­
yevaya YUNESKO­nun xatirə gümüş medalını təqdim etmişdir.
  Ölkəmizdə  səfərdə  olan  Litvanın  xarici  işlər  naziri  Viqaudas  Uşatskasın 
rəhbərlik etdiyi nümayəndə heyəti 2009­cu il aprelin 8­də Heydər Əliyev Fon­
dunda olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoş­
məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva litvalı qonaq­
larla  görüşmüşdür.  Mehriban  xanım  onları  ölkəmizdə  və  Ulu  Öndər  Heydər 
Əliyevin  adını  daşıyan  Fondda  görməkdən  məmnun  olduğunu  söyləmişdir. 
Litva  ilə Azərbaycan  arasında  bütün  səviyyələrdə  xoş  münasibətlərin  forma­
laşdı ğını deyən Mehriban xanım görüş iştirakçılarına Heydər Əliyev Fondunun 
müxtəlifyönümlü  proqramları  haqqında  məlumat  vermişdir.  Bildirilmişdir  ki, 
əsas  məqsədi  Azərbaycan  xalqının  Ümummilli  Lideri  tərəfindən  yaradılmış 
azərbaycançılıq  ideologiyasının  təbliği  və  gələcək  nəsillərə  çatdırılması  olan 
fond, həm də qayğıya və köməyə ehtiyacı olanların problemlərinin həlli, uşaq 
evləri və internat məktəblərində tərbiyə alan uşaqlara, qaçqın və məcburi köç­
künlərə yardım, elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində çoxsaylı tədbirlər 
həyata keçirir.
Litvanın Baş nazirinin xanımı Rasa Kubiliene Heydər Əliyev Fondu ilə ta­
nışlığın onlarda zəngin təəssürat doğurduğunu söyləmişdir. Başçılıq etdiyi fon­
dun 2003­cü ildən fəaliyyət göstərdiyini deyən qonaq bildirmişdir ki, M.Ros­
trapoviç Fondu da, demək olar, eyni funksiyaları həyata keçirir, xeyriyyəçilik 
tədbirləri ilə məşğul olur.
2009­cu il mayın 20­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı, Azərbaycan 
Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva bədii gimnas­
tika üzrə 25­ci Avropa çempionatında Azərbaycanı təmsil etmiş yığma koman­
danın üzvləri ilə görüşmüşdür.
Gimnastları Avropa çempionatındakı uğurlu çıxışları münasibətilə ürəkdən 
təbrik edən Mehriban xanım Əliyeva, onların çıxışlarının ölkəmizdə həyəcanla 
izlənildiyini  demiş,  idmançılarımızın  göstərilən  etimadı  doğrultduqlarını  bil­
dirmişdir. 
Çempionatın yüksək səviyyədə təşkilini qeyd edən Mehriban xanım Əliye­
va Azərbaycanın qitə yarışında böyük uğur qazanmasının sevindirici hal oldu­
ğunu  bildirmiş  və  vurğulamışdır  ki,  komandamız  bu  çempionatda  bədii  gim­
nastika ənənələri ilə məşhur olan ölkələri belə geridə qoymuşdur. 
Azərbaycan Gimnastika Federasiyasının böyük işlər gördüyünü vurğulayan 
Mehriban  xanım  Əliyeva  idmançılarımızın  25­ci  Avropa  çempionatında  çox 
yaxşı çıxış etdiklərini və gözəl göründüklərini bildirmişdir. 

140
Yarışla bağlı təəssüratlarını bildirən gimnastlar çempionatın yüksək səviy­
yədə təşkil edildiyini, onlara göstərilən etimadı doğrultmağa çalışdıqlarını söy­
ləmişlər. 
Göstərilən qayğıya və dəstəyə görə minnətdarlıq edən idmançılar Azərbay­
can Gimnastika Federasiyasının onlar üçün bir ailə olduğunu vurğulamışlar.  
2009­cu il mayın 20­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban 
xanım  Əliyeva  “Eurovision­2009”  mahnı  müsabiqəsində Azərbaycanı  uğurla 
təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşmüşdür. 
Heydər Əliyev Fondunda Aysel Teymurzadəni və Araşı görməyə şad oldu­
ğunu deyən Mehriban xanım Əliyeva “Eurovision­2009” mahnı müsabiqəsində 
qazandıqları böyük uğur münasibətilə onları ürəkdən təbrik etmişdir. 
Aysellə  Araşın  qazandıqları  uğuru  xüsusi  vurğulayan  Mehriban  xanım 
Əliyeva  bildirmişdir  ki,  “Eurovision”  Avropada  musiqi  sahəsində  ən  böyük 
müsabiqədir. 
Ölkəmizdə bu musiqi yarışmasının həyəcanla izlənildiyini bildirən Heydər 
Əliyev Fondunun prezidenti vurğulamışdır ki, Aysel və Araş qitəmiqyaslı mü­
sabiqədə Azərbaycanı layiqincə təmsil etmişlər. Artıq Azərbaycan bu sahədə də 
nailiyyət əldə etmişdir. 
“Eurovision­2009”da  qələbə  münasibətilə  Azərbaycan  təmsilçilərini  bir 
daha təbrik edən Mehriban xanım Əliyeva demişdir ki, qarşıda onları yeni­yeni 
uğurlar gözləyir. 
Azərbaycanda  səfərdə  olan  müxtəlif  ölkələrin  din  xadimləri  2009­cu  il 
iyulun 6­da Heydər Əliyev Fondunda olmuşlar. 
Fondla tanışlıqdan sonra qurumun prezidenti, YUNESKO­nun və İSESKO­
nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əli yeva 
qonaqlarla  görüşmüşdür.  Mehriban  xanım  Əliyeva  onları  ölkəmizdə  və  Ulu 
Öndər  Heydər  Əliyevin  adını  daşıyan  Fondda  görməkdən  məmnun  olduğu nu 
bildirmişdir. 
Qurumun prezidenti fondun artıq beş ildir ki, fəaliyyət göstərdiyini və onun 
yaranma  ideyasının  dahi  şəxsiyyət  Heydər  Əliyevə  məxsus  olduğunu  söylə­
mişdir.  Mehriban  xanım  vurğulamışdır  ki,  fond  yaranan  gündən  Ümummilli 
Liderin həyatının ən başlıca amalı olan Azərbaycana xidmət etməyi qarşısına 
əsas məqsəd kimi qoymuşdur. Qurum təhsil, səhiyyə, mədəniyyət, elm, gənc­
lərə yardım və bir çox sahələrdə müxtəlif layihələr həyata keçirir. 
Mehriban xanım əlavə etmişdir ki, fondun ünvanına daxil olan məktubla rın 
heç biri cavabsız qalmır. Fondun əsas vəzifəsi insanlara və ilk növbədə köməyə 
ehtiyacı olanlara xidmət etməkdir. 
Qurumun  prezidenti  Azərbaycanda  həmişə  dini  dözümlülüyün  olduğunu 
qeyd  edərək,  yarandığı  gündən  fondun  tolerantlığın  qorunmasına  istiqamətlə­

141
nən layihələrə böyük önəm verdiyini vurğulamışdır. Mehriban xanım Əliyeva 
bildirmişdir ki, rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə ölkədə məscidlər tikilir. 
Fond pravoslav və katolik kilsələrə də lazımi yardımları göstərir. 
Dini  dözümlülüyün  əsas  məqsədlərimizdən  biri  olduğunu  deyən  Heydər 
Əliyev  Fondunun  prezidenti,  Təzəpir  məscid  kompleksinin  açılışında  iştirak 
etmək üçün Bakıya gəlmiş din xadimlərinin gözəl paytaxtımızla tanış olacaqla­
rına ümidvar olduğunu bildirmişdir. Mehriban xanım Əliyeva inamın ürəklərdə 
yaşadığını deyərək, məscidin açılışını xoş hadisə kimi dəyərləndirmişdir. 
2009­cu il noyabrın 6­da Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda səfərdə olan Gürcüs­
tanın Patriarx Katolikosu II İlya ilə görüşmüşdür. 
Fondun  yaxın  zamanlarda  Gürcüstanda  bir  neçə  layihə  həyata  keçirməyə 
hazırlaşdığını bildirən Mehriban xanım bu layihələr çərçivəsində qonşu ölkədə 
yeni təhsil ocaqlarının inşasının nəzərdə tutulduğunu da söyləmişdir. 
Azərbaycanın tolerantlıq baxımından nümunə sayılacaq ölkə olduğunu de­
yən Mehriban xanım xüsusi vurğulamışdır ki, müxtəlif dinlərə mənsub olan in­
sanlar əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşamışlar. Azərbaycanda 
insanlara dininə, dilinə, milliyyətinə, irqinə görə fərq qoyulmur. Bu həm Azər­
baycan xalqının, həm də dövlətin digər dinlərə və millətlərə olan münasibətidir. 
Fond “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində dünyada bir 
sıra məbədlərin yenidən qurulması və əsaslı təmirində yaxından iştirak edir. Bu 
il Fond tərəfindən Gürcüstanda yenidən qurularaq istifadəyə verilən məscid də 
layihə çərçivəsində görülən işlərin tərkib hissəsidir. 
 Gürcüstanın Patriarx Katolikosu II İlya Heydər Əliyev Fondunun reallaş­
dırdığı  layihələr  haqqında  məlumatlı  olduğunu  bildirərək,  bu  qəbildən  olan 
işlərin Gürcüstanda da həyata keçirilməsindən məmnunluğunu bildirmişdir. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2010­cu il 
yanvarın  22­də  Bakıda  keçirilən  Humanitar  Əməkdaşlıq  üzrə  Birinci  Azər­
baycan­Rusiya  Forumunun  “Tibb  xadimləri”  seksiyasının  bir  qrup  nüma yən­
dəsi ilə görüşmüşdür. 
Görüşdə  Mehriban  xanım  Əliyeva  rəhbərlik  etdiyi  Fondun  fəaliyyəti 
haqqında məlumat vermişdir. Fondun humanitar, xüsusilə səhiyyə sahəsində bir 
çox layihələr həyata keçirdiyini deyən Azərbaycanın Birinci xanımı, qaçqın və 
məcburi  köçkün  ailələrdən,  valideyn  himayəsindən  məhrum  olan  uşaqların 
problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını söyləmişdir. Yaran­
dığı gündən məqsədi və məramı yalnız xalqa xidmət olan Heydər Əliyev Fon­
dunun insanların problemlərinin həllində böyük rolu vardır. 

142
Azərbaycanda səhiyyə sahəsinin ən yüksək standartlara cavab verməsi üçün 
görülən işlər haqqında söhbət açılan görüşdə bu sahənin inkişafında beynəlxalq 
kadr  mübadiləsinə,  səhiyyə  ocaqlarının  ən  müasir  avadanlıqlarla  təmin  olun­
masına xüsusi diqqət yetirildiyi vurğulanmışdır. 
Heydər  Əliyev  Fondunun  xeyirxah  fəaliyyətini  yüksək  qiymətləndirən 
qonaqlar  Azərbaycana  səfərdən  məmnun  qaldıqlarını  bildirərək,  burada  gör­
düklərinin onlarda xoş təəssürat oyatdığını diqqətə çatdırmışlar.
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2010­cu il 
yanvarın  22­də  Rusiya  Dövlət  Dumasının  deputatları  və  Rusiyanın  nüfuzlu 
kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür. 
Humanitar  Əməkdaşlıq  üzrə  Birinci  Azərbaycan­Rusiya  Forumunun  əhə­
miyyətindən danışan Mehriban xanım Əliyeva tədbirin işinə uğurlar arzulamış 
və  Forumun  hər  il  keçirilməsinin  vacibliyini  bildirmişdir.  Belə  tədbirlərdə 
gələcəyə doğru real addımların atıldığını deyən Fondun prezidenti, hər iki ölkə 
arasında  müxtəlif  sahələrdə  əməkdaşlığın  bu  gün  də  uğurla  davam  etdiyini 
diqqətə çatdırmışdır. 
  Rəhbərlik  etdiyi  qurumun  fəaliyyəti  haqqında  məlumat  verən  Mehriban 
xanım Əliyeva, Fondun Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi 
və təbliği ilə yanaşı, müxtəlif sosial­iqtisadi, mədəni layihələr həyata keçirdi­
yini və bunun da Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbli­
ğinə xidmət etdiyini vurğulamışdır. Mehriban xanım Əliyeva Azərbaycanda rus 
dilinin inkişafına da qayğı göstərildiyini deyərək, ölkəmizdə rusdilli orta və ali 
məktəblərin  fəaliyyət  göstərdiyini  söyləmişdir.  Bu  istiqamətdə  ölkələrimizin 
əlaqələrinin gələcəkdə də uğurla davam etdirilməsinin vacibliyi vurğulanmışdır. 
Qonaqlar Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdəki əməkdaşlıq 
məsələlərinə toxunaraq keçirilən Forumun tərəflər arasında mövcud münasibət­
lərin daha da inkişafına zəmin yaradacağına əminliklərini bildirmişlər.
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 
Mehriban Əliyeva 2010­cu il martın 3­də YUNİSEF­in Azərbaycandakı nüma­
yən də liyinin rəhbəri Mark Hervordla görüşmüşdür. 
Qonağı Fondda salamlayan Azərbaycanın Birinci xanımı YUNİSEF­in öl­
kəmizdəki  fəaliyyətini  dəstəklədiyini  bildirmişdir.  Fondla YUNİSEF  arasında 
sıx əlaqələrin qurulduğunu bildirən Mehriban xanım Əliyeva bu əməkdaşlığın 
təsadüfi  olmadığını  söyləmişdir.  Qeyd  edilmişdir  ki,  hər  iki  qurumun  əsas 
məqsədi uşaqlara qayğı göstərməkdən ibarətdir. 
Uşaqların problemlərinin həll olunması Heydər Əliyev Fondunun fəaliyyə­
tinin prioritet istiqamətini təşkil edir. 

143
Mehriban  xanım  Əliyeva  YUNİSEF  ilə  bir  çox  birgə  uğurlu  layihələrin 
həyata keçirildiyini deyərək, gələcəkdə yeni layihələrin reallaşacağına ümidvar 
olduğunu bildirmişdir. 
YUNİSEF­in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord isə 
Heydər Əliyev Fondu ilə təmsil etdiyi qurumun arasında bir sıra sahələr üzrə 
əməkdaşlıq üçün potensialın olduğunu vurğulayaraq, gələcək əməkdaşlıq üçün 
bir neçə layihənin nəzərdə tutulduğunu da diqqətə çatdırmışdır. 
Mehriban  xanım  Əliyeva YUNİSEF  ilə  birgə  yeni  layihələr  həyata  keçir­
məyə hazır olduqlarını demişdir. Heydər Əliyev Fondunun irsi qan xəstəlikləri 
ilə  mübarizədə  yeni  layihələr  hazırladığını  diqqətə  çatdıran  Azərbaycanın 
Birinci  xanımı  bu  sahədə YUNİSEF  ilə  əməkdaşlığın  mümkünlüyünü  bildir­
mişdir. Fondun irsi qan xəstəlikləri ilə mübarizədə həyata keçirəcəyi ilk tədbir 
isə əhalinin maarifləndirilməsidir. Bununla bağlı Fond tərəfindən kitablar, əyani 
vəsaitlər, videoçarxlar hazırlanmışdır.
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 
Mehriban  Əliyeva  2010­cu  il  aprelin  28­də  Parisdə  YUNESKO­nun  əsas 
iqamətgahında  bu  qurumun  yeni  seçilmiş  baş  direktoru  İrina  Bokova  ilə 
görüşmüşdür. 
Baş  direktor  İrina  Bokova  xoşməramlı  səfir  Mehriban  xanım  Əliyevaya 
təşəkkürünü  bildirərək,  YUNESKO­nun Azərbaycan  ilə  sıx  əməkdaşlıq  etdi­
yindən  məmnunluğunu  bildirmişdir.  YUNESKO­nun  xoşməramlı  səfiri  kimi 
Mehriban  Əliyevanın  fəaliyyətini  yüksək  qiymətləndirən  İrina  Bokova Azər­
baycanın Birinci xanımı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır. Baş 
direktor  əmin  olduğunu  bildirmişdir  ki,  Mehriban  xanımın  səyləri  sayəsində 
Azərbaycan ilə YUNESKO­nun əlaqələri daha da inkişaf edəcəkdir. 
Bu  yaxınlarda  təhsil  sahəsində  bir  neçə  layihənin  hazırlandığını  diqqətə 
çatdıran  YUNESKO­nun  baş  direktoru  həmin  layihələrdə  Mehriban  xanım 
Əliyevanın  iştirak  etməsini  arzulamışdır.  İrina  Bokova  qeyd  etmişdir  ki, 
YUNESKO  orta  təhsil  sisteminin  inkişafına  böyük  diqqət  yetirir  və  bununla 
əlaqədar bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Layihələrin əsas məq­
sədi bütün dünyada, xüsusən də Afrika ölkələrində qızların orta təhsil almasına 
nail olmaqdır. Layihələr ilə bağlı tədbirin YUNESKO­nun iqamətgahında keçi­
rilməsi nəzərdə tutulmuşdur. İrina Bokova ölkəmizdə təhsil sahəsində bir çox 
mühüm layihənin reallaşmasında böyük xidmətləri olan Mehriban Əliyevanın 
bu  tədbirdə  iştirakını  arzulayaraq,  Azərbaycanın  Birinci  xanımının  həmin 
təşəb büsə dəstək verəcəyinə ümidvar olduğunu bildirmişdir. 
YUNESKO­nun baş direktoru Heydər Əliyev Fondunun prezidenti Mehri­
ban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən mədəniyyət lərarası 
və  sivilizasiyalararası  dialoqa  dair  beynəlxalq  tədbirlərin  əhəmiyyətini xüsusi 

144
qeyd  edərək,  xoşməramlı  səfirə  təşəkkürünü  bildirmiş,  belə  təşəbbüs lərin  da­
vam etdirilməsini arzulamışdır. 
İrina Bokova YUNESKO ilə Azərbaycan arasında sıx əlaqələrin olduğunu 
bir  daha  vurğulamış,  bu  sahədə  Prezident  İlham  Əliyevin  fəaliyyətini  xüsusi 
qeyd etmişdir. YUNESKO­nun baş direktoru demişdir ki, Azərbaycan dünyada 
sürətlə inkişaf edən ölkələrdən biridir. 
Azərbaycan  ilə  YUNESKO  arasında  sıx  əlaqələrin  olduğunu  qeyd  edən 
Mehriban xanım Əliyeva demişdir ki, ölkəmiz bundan sonra da istənilən sahə­
də, xüsusən də təhsil və mədəniyyət sahələrində YUNESKO­nun həyata keçir­
diyi hər bir tədbirdə fəal iştirak etməyə hazırdır. 
2010­cu il mayın 13­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Gürcüstan Prezi­
dentinin xanımı Sandra Elizabet Rulofs ilə görüşmüşdür. 
Mehriban xanım Əliyeva xanım Sandra Rulofsun rəhbərlik etdiyi nümayən­
də heyəti ilə görüşdə qonaqları Heydər Əliyev Fondunda salamlayaraq, bu gö­
rüşlərin artıq ənənəvi xarakter aldığını, əməkdaşlığın getdikcə daha da geniş­
ləndiyini söyləmişdir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu ilə Gür­
cüstanın  Birinci  xanımının  rəhbərlik  etdiyi  “Soko”  fondu  arasında  səhiyyə, 
təhsil sahələrində bir çox birgə layihələr həyata keçirildiyini bildirmişdir. 
Gürcüstanın  nümayəndə  heyətini  təqdim  edən  Sandra  Elizabet  Rulofs 
“Soko”  fondunun  filialı  olan  nadir  xəstəliklər  üçün  alyans  barədə  məlumat 
vermişdir. Bildirmişdir ki, bu qurum qan xərçəngindən əziyyət çəkən uşaqlara 
yar dım etməklə məşğuldur. 
2010­cu il mayın 14­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin  deputatı  Mehriban  Əliyeva  Bakıda  səfərdə  olan  YUNİSEF­in  Mər­
kəzi,  Şərqi Avropa  və  MDB  ölkələri  üzrə  regional  direktoru  Stiven Allen  ilə 
görüşmüşdür. 
Mehriban  xanım  Əliyeva  son  illər Azərbaycan  ilə YUNİSEF  arasında  sıx 
əlaqələrin  və  səmərəli  əməkdaşlığın  mövcud  olduğunu  bildirmişdir. Azərbay­
canda  qadın  və  uşaq  hüquqlarının  qorunması  sahəsində  böyük  işlərin  görül­
düyünü vurğulayan Mehriban xanım Əliyeva bu sahədə YUNİSEF kimi təşki­
latların dəstəyinin vacib olduğunu söyləmişdir. 
Heydər Əliyev Fondu ilə YUNİSEF arasında işgüzar əlaqələrin qurulduğu­
nu diqqətə çatdıran Mehriban xanım Əliyeva hər iki təşkilatın birgə layihələr 
həyata keçirdiyini qeyd etmişdir. 
Azərbaycanın  Birinci  xanımı  bu  görüşdən  sonra  ikitərəfli  əməkdaşlığın 
daha da genişlənəcəyinə ümidvar olduğunu söyləmişdir. 

145
Bir neçə gündür Bakıda olduğunu deyən YUNİSEF­in Mərkəzi, Şərqi Avro­
pa  və  MDB  ölkələri  üzrə  regional  direktoru  Stiven  Allen  qeyd  etmişdir  ki, 
Heydər Əliyev Fondunun fəaliyyəti ilə daha yaxından tanış olmaq arzusundadır. 
2010­cu il mayın 24­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurasının qadınlar və kişilər ara­
sında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək 
üçün ölkəmizə gələn BMT Baş katibinin müavini xanım Aşa Rouz Mugiro ilə 
görüşmüşdür.
Görüşdə  Bakıda  keçirilən  Avropa  Şurasının  qadınlar  və  kişilər  arasında 
bərabərlik  məsələlərinə  məsul  nazirlərinin  VII  konfransının  əhəmiyyətindən 
danışılmışdır. Bildirilmişdir ki, bu beynəlxalq tədbir dünyada gender bərabərli­
yinin təmin olunması ilə bağlı həyata keçirilən layihələrə dəstək verəcəkdir.
Mehriban xanım Əliyeva BMT ilə Azərbaycan arasında yüksək münasibət­
lərin olduğunu bildirərək demişdir ki, hazırda Heydər Əliyev Fondu BMT­nin 
bir çox strukturları ilə əməkdaşlıq əlaqələri həyata keçirir. Azərbaycanın Birin­
ci  xanımı  bu  əlaqələrin  gələcəkdə  daha  da  genişlənəcəyinə  əminliyini  ifadə 
etmişdir. 
BMT Baş katibinin müavini xanım Aşa Rouz Mugiro da ölkəmizdə olmaq­
dan məmnunluğunu bildirmiş və konfransın keçirilməsinə verdiyi dəstəyə görə 
Azərbaycanın Birinci xanımına təşəkkür etmişdir.  
2010­cu il mayın 24­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  Milli  Məclisin  deputatı,  YUNESKO­nun  və  İSESKO­nun 
xoşməramlı səfiri Mehriban Əliyeva “De­yure və de­fakto gender bərabərliyi­
nin təmin olunması” mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında 
bərabərlik məsələlərinə məsul nazirlərinin 7­ci konfransında iştirak etmək üçün 
ölkəmizə gələn Avropa Şurasının Baş katibinin müavini Mod de Bur Bukikkio 
ilə görüşmüşdür. 
Mehriban xanım Əliyeva beynəlxalq konfransda iştirak etmək üçün dəvəti 
qəbul etdiyinə görə Avropa Şurası baş katibinin müavininə minnətdarlığını bil­
dirmişdir.  Azərbaycanın  Birinci  xanımı  konfransın  əhəmiyyətini  qeyd  etmiş, 
burada müzakirə olunacaq məsələlərin aktuallığını vurğulamışdır.
2010­cu il iyulun 12­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım 
Əliyeva Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas ilə görüşmüşdür.
Mehriban  xanım  Əliyeva  Azərbaycan  ilə  Yunanıstan  arasında  əlaqələrin 
bütün sahələri əhatə etdiyini söyləmişdir. Fondun fəaliyyətinin çoxşaxəli oldu­
ğunu deyən Mehriban xanım gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə 
ümidvar olduğunu bildirərək qeyd etmişdir ki, Heydər Əliyev Fondu beynəl­
xalq əlaqələrə, birgə layihələrə hər zaman açıqdır. 

146
Səfir  İoannis  Metaksas  Bakıya  gələndən  sonra  Fondun  fəaliyyəti  ilə  daha 
yaxından tanış olduğunu bildirmiş, qurumun həyata keçirdiyi layihələrin əhə­
miyyətini  vurğulamışdır.  O,  Prezident  İlham  Əliyevin  və  Mehriban  xanımın 
Afinaya ötənilki səfərlərini xatırlatmışdır. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan internat məktəblərində 
alternativ enerji mənbələrindən istifadə məsələləri müzakirə olunmuşdur. Yuna­
nıstan səfirliyi pilot layihə kimi, Badamdar və Türkan qəsəbələrindəki iki inter­
nat məktəbində bu layihəni həyata keçirəcəkdir. 
Səfir  Fonda  yodun  çatışmazlığı  diaqnostikasını  aparan  ultrasəs  müayinəsi 
aparatı təqdim etdiyini bildirmişdir. Bu aparat ölkəmizin xəstəxanalarından bi­
rinə veriləcəkdir.
2010­cu il iyulun 12­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin deputatı Mehriban Əliyeva Polşanın Bakıdakı səfiri Kşiştof Krayevski 
ilə görüşmüşdür. 
Mehriban  xanım  Əliyeva  ölkələrimiz  arasında  əməkdaşlıq  və  qarşılıqlı 
əlaqələrin  möhkəmləndirilməsində  xüsusi  xidmətlərinə  görə  Prezident  İlham 
Əliyevin  Sərəncamı  ilə  “Dostluq”  ordeninə  layiq  görülmüş  səfiri  bu  müna­
sibətlə  təbrik  etmişdir.  Heydər  Əliyev  Fondunun  prezidenti  bildirmişdir  ki, 
K.Krayevskinin səfir postunda fəaliyyəti bu illər ərzində Azərbaycan ilə Polşa 
arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə vermişdir.
Mehriban  xanım  ölkəmizdə  diplomatik  fəaliyyətini  başa  vuran  K.Krayev­
skinin bundan sonra harada çalışmasından asılı olmayaraq, hər zaman Azərbay­
canın dostu olaraq qalacağına ümidvar olduğunu bildirmişdir.
Azərbaycandakı fəaliyyətinin zəngin olduğunu deyən səfir K.Krayevski hər 
zaman ölkələrimiz arasında əlaqələrin genişlənməsinə çalışdığını bildirmişdir. 
O demişdir ki, səfirlik Fondla birlikdə Azərbaycanda “Şopen ili”ni keçirir. İki­
tərəfli əməkdaşlıq çərçivəsində isə Samux rayonunun Sarıqamış kəndində mək­
təb inşa olunmuşdur.
2010­cu il iyulun 12­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fon­
dunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin deputatı Mehriban xanım Əliyeva Fransanın ölkəmizdəki səfiri Qabri­
el Keller ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Fransa Prezidentinin sərəncamına əsasən bu ölkə­
nin “Şərəf Legionu” ordeni ilə təltif edilməsi ilə bağlı təşəkkürünü bildirərək, 
bu mükafatın onun üçün böyük şərəf olduğunu söyləmişdir.
Heydər Əliyev Fondunun prezidenti qeyd etmişdir ki, Azərbaycan ilə Fran­
sa  arasında  əlaqələr  çox  möhkəmdir.  Fond  bu  əlaqələrin,  xüsusilə  də  mədəni 
sahədə əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

147
Mehriban  xanım  Əliyeva  gələcəkdə  daha  geniş  birgə  layihələrin  həyata 
keçiriləcəyinə və bunun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə 
xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Fransa­Azərbaycan əlaqələri ilə bağlı Mehriban xanım Əliyevanın fikirləri­
ni bölüşdüyünü deyən səfir Qabriel Keller, ikitərəfli əməkdaşlığın yüksək sə­
viyyədə olduğunu diqqətə çatdırmışdır.
2010­cu il iyulun 12­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban 
xanım  Əliyeva  Fransa  Dövlət  Şərq  Dilləri  və  Mədəniyyətləri  İnstitutunun 
(İNALCO) rektoru, professor Jak Löqran ilə görüşmüşdür.
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva  qonağın 
Azərbaycana bu səfərinin Fondla institut arasında əlaqələrə yeni impuls verə­
cəyinə və fəaliyyət sahəsini daha da genişləndirəcəyinə əminliyini ifadə etmişdir.
Mehriban  xanım  qeyd  etmişdir  ki,  Avropanın  bu  nüfuzlu  institutunda 
Azərbaycan dili fakültəsinin açılması iki ölkə arasında münasibətlərdə yeni bir 
səhifədir. Azərbaycan dilinin tədrisi fransalı gənclər üçün ölkəmizin mədəniy­
yətini, tarixini, ümumilikdə, Azərbaycan xalqını daha dərindən öyrənməyə im­
kan yaradır.
Rəhbərlik etdiyi ali təhsil ocağında Azərbaycan dilinin incəliklərinin tədri­
sinə marağın ildən­ilə artdığını söyləyən Jak Löqran bildirmişdir ki, bu amilin 
geniş vüsət alması üçün daha çox əmək sərf etmək lazımdır. Təhsil ocağı üzəri­
nə düşən bu vəzifə ilə bağlı daha çox çalışacaqdır.
2010­cu il iyulun 12­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu­
nun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məc­
lisin deputatı Mehriban xanım Əliyeva Türkiyə Talassemiya Federasiyasının və 
Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə 
bağlı eksperti təyin edilən Duran Canatanın xəstəliklə mübarizədə Fonda bö­
yük dəstək göstərdiyini demişdir.
Heydər Əliyev Fondunun talassemiyanın qarşısını almaq üçün həyata keçir­
diyi proqramın artıq bir neçə ildir ki, icra olunduğunu qeyd edən Azərbaycanın 
Birinci xanımı bu sahədə görülən işlər, Bakıda Talassemiya Mərkəzi barədə da­
nışmışdır.  Fondun  prezidenti  demişdir  ki,  problemin  ciddiliyi  nəzərə  alınaraq 
doktor Duran Canatanın təcrübəsinə ehtiyac vardır.
Türkiyə Talassemiya  Federasiyasının  və Ağ  dəniz  qan  xəstəlikləri  Fondu­
nun rəhbəri Heydər Əliyev Fondunun talassemiya ilə mübarizədə fəaliyyətinin 
önəmini vurğulamışdır.
Görüşdə talassemiyanın qarşısının alınması üçün preventiv tədbirlər – ma a­
rifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicə­
si, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

148
2010­cu  il  sentyabrın  7­də  Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli 
Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rekto­
ru, professor Əli Doğramacı ilə görüşmüşdür.
Qonağı salamlayan Mehriban xanım Əliyeva, Əli Doğramacını Fondda gör­
məkdən şad olduğunu bildirmişdir. Mehriban xanım Əliyeva Əli Doğrama cının 
bu səfərinin görkəmli musiqiçi Sərvər Qəniyevin vəfatı ilə əlaqədar baş tutma­
sından təəssüfləndiyini bildirərək, ustad sənətkarın dünyasını dəyişməsini həm 
Azərbaycan,  həm  də  Türkiyə  üçün  böyük  itki  olduğunu  demişdir.  Mehriban 
xanım bildirmişdir ki, Sərvər Qəniyevin həyatının böyük bir hissəsi Türki yənin 
Bilkənd Universiteti ilə bağlı olmuşdur. Onun davamçısı, nəvəsi, gənc skripka­
çı Elvin Qəniyevin Parisdə YUNESKO­nun qərargahında Heydər Əli yev Fon­
du nun  təşkil  etdiyi  “Azərbaycanın  xoşməramlı  mələkləri”  adlı  konser tindəki 
çıxışını xatırlayan Mehriban Əliyeva Fondun bu istedadlı gəncə dəstək verdi­
yini qeyd etmişdir.
Azərbaycana gəldiyi üçün Əli Doğramacıya təşəkkürünü bildirən Mehriban 
xanım  Əliyeva  qonağın  Fonda  göstərdiyi  dəstəyi  yüksək  qiymətləndirmişdir. 
Qeyd  etmişdir  ki,  atası  İhsan  Doğramacının  xatirəsi  Azərbaycan  xalqı  üçün 
əzizdir.
Əli Doğramacı Azərbaycana hər gəlişində ölkəmizin daha da gözəlləşdiyini 
və  inkişaf  etdiyini  diqqətə  çatdırmışdır. Azərbaycan  və  Türkiyənin  həm  xoş, 
həm də çətin günlərdə bir yerdə olduğunu deyən qonaq bildirmişdir ki, Sərvər 
Qəniyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətlərdən biri olmuşdur.
Hörmətli qonaq qeyd etmişdir ki, S.Qəniyev Türkiyədə zəngin Azərbaycan 
mədəniyyətinin fəal təbliğatçısı kimi tanınmışdır. O eyni zamanda yeni musi­
qiçilər nəslinin yetişməsinə böyük töhfələr vermişdir.
2010­cu  il  sentyabrın  7­də  Heydər  Əliyev  Fondunun  prezidenti, YUNES­
KO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
xanım  Əliyeva  ABŞ  Konqresi  kitabxanasının  direktoru  Ceyms  Billinqtonun 
başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə  Heydər  Əliyev  Fondu  ilə  ABŞ  Konqresinin  kitabxanası  arasında 
əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı razılıq əldə olunmuşdur.
Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaş­
lıq çərçivəsində Azərbaycanda əlyazmaların rəqəmsal formata çevrilməsi üçün 
birgə  işlər  aparılması  barədə  razılığa  gəlinmişdir.  Bu  əlyazmaların  dünya  rə­
qəmsal kitabxanasının saytında yerləşdirilməsi və daha sonra dünya ictimaiy­
yətinin onlardan istifadə edə bilməsi nəzərdə tutulmuşdur.
2011­ci il fevralın 17­də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini 
yenidən  bərpa  etməsinin  20­ci  ildönümünə  həsr  olunmuş  təntənəli  mərasim 
çərçivəsində Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun preziden­

149
ti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı 
Mehriban  Əliyeva  Fransanın  mədəniyyət  naziri  Frederik  Mitteran  ilə  gö­
rüşmüşdür.
Fransanın mədəniyyət naziri Frederik Mitteran Mehriban xanım Əliyevanı 
salamlayaraq  demişdir:”Hörmətli  birinci  xanım,  mən  sizi  burada  –  Parisdə 
qəbul  etməkdən  olduqca  şadam.  Mən  çox  gözəl  bilirəm  ki,  siz  öz  ölkənizin 
mədəniyyətinin  təşviq  olunmasında,  bu  baxımdan,  ümumiyyətlə,  bir  çox  təd­
birlər  görürsünüz  və  bu  sahədə  çox  fəalsınız.  Onu  da  etiraf  etməliyəm  ki, 
Fransada  Azərbaycan  haqqında  bilgilər,  Azərbaycanın  tanınması  gözəçarpan 
dərəcədə artır. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, televiziyada yayımlanan 
həm sənədli, həm də reklam xarakterli filmlər Azərbaycanın turizm imkanları, 
mədəni  irsi  haqqında  geniş  bilgilər  verir  və  bu  da  fransızların,  sözün  əsl 
mənasında, böyük marağına səbəb olur.
Görürəm ki, bu möhtəşəm tədbir çox yüksək səviyyədə təşkil olunubdur və 
artıq mən bunu böyük bir uğur adlandıra bilərəm. Siz bilirsiniz ki, həmçinin, 
mən Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin daha da dərinləşməsi, 
daha da artması üçün çox çalışıram və bunu səmimi qəlbdən arzulayıram. Eyni 
zamanda onu qeyd etmək istəyirəm ki, təşkil olunan bu cür tədbirlər, görülən 
işlər, atılan addımlar – bütün bunlar sadəcə öz hüdudları ilə məhdudlaşmır. Bu 
o  deməkdir  ki,  bunlar,  sözün  əsl  mənasında,  ictimai  rəyə,  ümumiyyətlə, 
insanların – burada yaşayan yerli insanların təfəkkürünə, dünyagörüşünə birba­
şa təsir göstərir. Bu da özlüyündə çox xoş bir haldır.
Eyni zamanda qeyd etmək istəyirəm ki, biz mədəni irs, arxeologiya, muzey 
işinin təşkili, musiqi sahələrində mübadilələrin təmin edilməsində çox çalışırıq. 
Ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Mən bu əməkdaşlığın davamı 
olaraq istəyirəm ki, ölkənizə səfər edim, əgər siz bunu arzulayarsınızsa”.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehri­
ban Əliyeva nazirə təşəkkür edərək demişdir: 
“Mən ilk növbədə öz minnətdarlığımı bildirmək istəyirəm ki, cənab nazir 
dəvətimizi qəbul edib, bu gün bizimlədir. Ümumiyyətlə, sizin dəstəyiniz bizim 
üçün çox vacibdir.
Mən tamamilə razıyam ki, insanlar, xalqlar bir­birini məhz mədəniyyət yolu 
ilə daha yaxşı tanıyırlar, bir­birini daha dərindən öyrənirlər və bu da, ümumiy­
yətlə, ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır.
Bu, bizim ilk tədbirimizdir. Amma ümidvaram ki, bir ay ərzində biz bir ne­
çə belə mədəni tədbir hazırlayıb keçirəcəyik və xüsusilə belə tədbirlərin Fran­
sada keçirilməsinə böyük əhəmiyyət veririk. Fransa dünyanın ən qədim tarixə 
və mədəniyyətə malik olan bir dövlətidir.
Mən, ümumiyyətlə, fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət 
edirəm və ümidvaram ki, biz çox yaxın gələcəkdə Azərbaycanda görüşəcəyik”.

150
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNES­
KO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
Əliyeva  2011­ci  il  martın  1­də  BMT­nin  Azərbaycandakı  rezident­əlaqələn­
diricisi, BMT­nin İnkişaf Proqramının rəhbəri Fikrət Akçura ilə görüşmüşdür.
Mehriban  xanım  Əliyeva  qonağı  Fondda  görməkdən  şad  olduğunu  bildir­
mişdir.  Azərbaycanın  Birinci  xanımı  BMT­nin  İnkişaf  Proqramı  ilə  səmərəli 
əməkdaşlığın  olduğunu  demişdir.  Heydər  Əliyev  Fondunun  prezidenti  bu 
əməkdaşlıq çərçivəsində “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT­yə 
çıxışının təmin olunması” layihəsinin uğurla başa çatmasını, məhdud fiziki im­
kanlı insanlar üçün Gəncədə və Naxçıvanda regional informasiya mərkəzləri­
nin yaradılmasını xüsusi qeyd etmişdir.
Uğurlu əməkdaşlığa görə Mehriban xanım Əliyevaya təşəkkür edən Fikrət 
Akçura hazırkı görüşün gələcək əməkdaşlıq istiqamətlərini, o cümlədən həyata 
keçirilməsi nəzərdə tutulan birgə layihələrin müzakirəsi baxımından əhəmiyyə­
tini qeyd etmişdir. Mehriban xanım Əliyevanın təhsil və səhiyyə sahəsinin inki­
şafına diqqət və qayğısını yüksək qiymətləndirən F.Akçura təmsil etdiyi quru­
mun  Heydər  Əliyev  Fondu  ilə  əməkdaşlıqda  maraqlı  olduğunu  diqqətə  çat­
dırmışdır.
2011­ci il martın 4­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu­
nun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məc­
lisin  deputatı  Mehriban  Əliyeva  Amerika  Birləşmiş  Ştatlarının  ölkəmizdəki 
səfiri Metyu Brayza ilə görüşmüşdür.
Mehriban  xanım  Əliyeva  ABŞ  səfirini  Fondda  görməkdən  şad  olduğunu 
bildirmişdir. Azərbaycanın  Birinci  xanımı Azərbaycan­ABŞ  əlaqələrinin  yük­
sək səviyyədə olduğunu demiş, səfirə ölkələrimizin qarşılıqlı münasi bətlərinin 
in kişaf etdirilməsi istiqamətindəki fəaliyyətində uğurlar diləmişdir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonağa məlumat ve­
rən Mehriban xanım Əliyeva Fondun müxtəlif sosial­iqtisadi, mədəni layihələr 
həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə 
kömək etdiyini diqqətə çatdırmışdır.
Metyu Brayza Fondun fəaliyyətini yüksək qiymətləndirdiyini, onun xətti ilə 
həyata keçirilən layihələrin vacibliyini vurğulamışdır.
2011­ci il martın 10­da Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fond­
unun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli 
Məc lisin deputatı Mehriban Əliyeva Azərbaycanda səfərdə olan ABŞ Preziden­
tinin  elm  məsələləri  üzrə  xüsusi  nümayəndəsi  Elis  Qastın  başçılıq  etdiyi 
nümayəndə heyəti ilə görüşmüşdür.
Mehriban  xanım  Əliyeva  qonaqları  Heydər  Əliyev  Fondunda  görməkdən 
məmnun  qaldığını  demiş,  səfərin  uğurlu  olacağından  əminliyini  bildirmişdir. 
Azərbaycanın  Birinci  xanımı  ölkəmizin  gündən­günə  artan  potensialı  barədə 

151
məlumat vermiş, onun regionda ən sürətlə inkişaf edən dövlət olduğunu diqqə­
tə çatdırmışdır. Respublikada elmin, təhsilin, texnologiyaların inkişafına xüsusi 
önəm  verildiyini  deyən  Fondun  prezidenti  son  illərdə  bu  sahələrdə  böyük 
işlərin  görüldüyünü  söyləmişdir.  Qeyd  olunmuşdur  ki,  təhsilin  maddi­texniki 
bazası yaxşılaşdırılmış, müasir texnologiyalardan istifadə olunaraq, yeni tədris 
müəssisələri  yaradılmışdır.  Hazırda  əsas  diqqət  təhsilin  keyfiyyətinin  artırıl­
masına yönəldilmişdir. Bu gün azərbaycanlı gənclər dünyanın ən mötəbər ali 
təhsil ocaqlarında biliklərə yiyələnirlər.
Mehriban xanım Əliyeva dövlətin azərbaycanlı uşaqların və gənclərin xaricdə 
təhsil almaları prosesinin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. 
Azərbaycanın Birinci xanımı ABŞ­ın təhsil sahəsindəki təcrübəsindən fay­
dalanmağın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını da diqqətə çatdırmışdır. 
Mehriban  xanım  Əliyeva  Heydər  Əliyev  Fondunun  bütün  sahələrdə  olduğu 
kimi, elm və təhsil sahəsində də əməkdaşlığa hər zaman hazır olduğunu vur­
ğulamışdır.
ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qast səmi­
mi  qarşılanmaya  görə  Mehriban  xanım  Əliyevaya  təşəkkürünü  bildirmişdir. 
Qonaq  Heydər  Əliyev  Fondunun  nəinki  Azərbaycanda,  habelə  xaricdə  də 
həyata  keçirdiyi  layihələrin  vacibliyini  vurğulamış,  görülən  işlərin  böyük 
heyrət doğurduğunu demişdir.
2011­ci il martın 1­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu­
nun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məc­
lisin deputatı Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç ilə 
görüşmüşdür.
Mehriban  xanım  Əliyeva Azərbaycan  ilə  Türkiyənin  dərin  köklərə  malik 
sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin xalqlarımızın və ölkələrimizin birgə 
maraqlarına  xidmət  etdiyini  vurğulamışdır.  Digər  sahələrdə  olduğu  kimi,  hu­
manitar sahədə də əməkdaşlığın faydalı olacağından əminliyini bildirən Azər­
baycanın  Birinci  xanımı  gələcəkdə  yeni  birgə  layihələrin  həyata  keçirilməsi 
üçün Fondun açıq olduğunu diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva bil­
dirmişdir ki, Heydər Əliyev Fondu əməkdaşlığa hər zaman hazırdır.
Səfir Hulusi Kılıç xoş sözlərə görə Heydər Əliyev Fondunun prezidentinə 
təşəkkürünü bildirmiş, onu qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik 
etmişdir. Türkiyəli diplomat Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtə­
şəm layihələrdən xəbərdar olduğunu, ölkəsində bu fəaliyyətin yüksək qiymət­
ləndirildiyini  və  qürur  hissi  doğurduğunu  vurğulamışdır.  Əməkdaşlığın  pers­
pektivlərinə toxunan səfir, qarşılıqlı fəaliyyətin qardaş ölkələrimizin inkişafına 
sanballı  töhfələr  verəcəyinə  ümidvar  olduğunu  diqqətə  çatdırmışdır.  Səfir 
Ümummilli Liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırla­

152
daraq, Fond ilə əməkdaşlığın xalqlarımızın münasibətlərinin daha da möhkəm­
lənməsinə xidmət edəcəyini demişdir.
Heydər  Əliyev  Fondunun  fəaliyyəti  Avropada  yüksək  qiymətləndirilir  və 
təqdir edilir. Bu fikir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və 
İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 
Əliyevanın  2011­ci  il  martın  15­də Avstriyanın Azərbaycandakı  səfiri  xanım 
Silviya Mayer­Kaybiç ilə görüşündə səslənmişdir.
Görüşdə  qonağa  Heydər  Əliyev  Fondunun  çoxşaxəli  fəaliyyəti  barədə 
ətraflı  məlumat  verilmişdir.  Bildirilmişdir  ki,  7  ildir  fəaliyyət  göstərən  Fond 
Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə genişmiqyaslı proqram və 
layihələr həyata keçirir. Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə ehti­
ram əlaməti olaraq yaradılan Fondun məqsədi Ulu Öndərin zəngin irsini öyrən­
mək və təbliğ etmək, görkəmli siyasət və dövlət xadiminin Azərbaycanın so­
sial­iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələ­
cək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla bərabər, Fond 
təhsil,  səhiyyə,  mədəniyyət,  elm  sahələri  ilə  bağlı  genişmiqyaslı  layihələr  də 
həyata  keçirir.  Fondun  “Yeniləşən  Azərbaycana  yeni  məktəb”,  “Təhsilə  dəs­
tək”,  “Uşaq  evləri  və  internat  məktəblərinin  inkişafı”,  “Diabetli  uşaqlara  ən 
yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihə və proqramları müstəqil 
Azərbaycanın sürətli inkişaf perspektivlərinə hesablanmışdır.
Səfir  xanım  Silviya  Mayer­Kaybiç  Heydər  Əliyev  Fondunun  həm  ölkə 
daxilində, həm də onun hüdudlarından kənarda gördüyü nəcib işlərin Avropada 
da yüksək qiymətləndirildiyini bildirmiş, bu fəaliyyətin humanitar əhəmiyyəti­
ni və örnək olduğunu xüsusi qeyd etmişdir.
2011­ci il aprelin 8­də “Gülüstan” sarayında Azərbaycanın Birinci xanımı, 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə­
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rumıniyanın 
mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşmüşdür.
Heydər  Əliyev  Fondunun  prezidenti  Azərbaycan­Rumıniya  əlaqələrindən 
danışmış,  Rumıniyada  Heydər  Əliyev  Fondunun  nümayəndəliyinin  fəaliyyət 
göstərdiyini bildirmişdir.
Azərbaycanın Birinci xanımının Rumıniyaya səfərini xatırladan İrina Calal 
Marin,  Fondun  Rumıniya  nümayəndəliyinin  fəaliyyətini  yüksək  qiymət­
ləndirmişdir.
2011­ci il aprelin 8­də “Gülüstan” sarayında Azərbaycanın Birinci xanımı, 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə­
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Paris şəhəri­

153
nin  yeddinci  rayonunun  meri,  Avropa  Parlamentinin  üzvü  Rəşidə  Dati  ilə 
görüşmüşdür.
Qonağı  Bakıda  görməkdən  məmnun  olduğunu  deyən  Mehriban  xanım 
Əliyeva Forumda iştirakına görə Rəşidə Datiyə təşəkkürünü bildirmişdir.
Azərbaycana  dəvətə  görə  Mehriban  xanım  Əliyevaya  minnətdarlığını 
bildirən Avropa Parlamentinin üzvü Bakı Forumunda keçirilən müzakirələrdə 
iştirak etməkdən məmnun olduğunu vurğulamışdır.
2011­ci il aprelin 8­də “Gülüstan” sarayında Azərbaycanın Birinci xanımı, 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə­
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən 
Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  Forumunda  iştirak  edən  Gürcüstan 
Prezidenti Mixeil Saakaşvilinin anası, “Gürcüstan­Azərbaycan Dostluq Evi”nin 
rəhbəri Giuli Alasaniya ilə görüşmüşdür.
Qonağı Bakıda salamlayan Azərbaycanın Birinci xanımı Giuli Alasaniyanın 
Ümumdünya Forumuna qatılmasından məmnun olduğunu bildirmişdir.
Mehriban xanım Əliyeva Azərbaycan ilə Gürcüstan arasında həyata keçiri­
lən  birgə  layihələri  qeyd  etmiş,  bu  layihələrin  ölkələrimiz  arasında  dostluq 
münasibətlərini daha da möhkəmləndirdiyini demişdir.
2011­ci il aprelin 8­də “Gülüstan” sarayında Azərbaycanın Birinci xanımı, 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə­
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən YUNESKO­
nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.
Koişiro  Matsuuranı  yenidən  Bakıda  görməkdən  məmnun  olduğunu  deyən 
Azərbaycanın  Birinci  xanımı,  YUNESKO­nun  xoşməramlı  səfiri  Mehriban 
Əliyeva  Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  Forumunun  əhəmiyyətini 
vurğulamışdır.
Mehriban  xanım  Əliyeva  Bakının  artıq  beynəlxalq  səviyyəli  mötəbər  təd­
birlərin keçirildiyi bir məkana çevrildiyini demişdir.
Azərbaycanın Birinci xanımı YUNESKO­nun keçmiş baş direktoru ilə gö­
rüşlərini  və  Bakıda  Novruz  bayramını  birlikdə  qeyd  etmələrini  xatırlayaraq, 
onun Forumda iştirakının önəmini vurğulamışdır.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə 
minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın ge­
nişləndirilməsində Forumun əhəmiyyətini qeyd etmişdir.
2009­cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasim­
lərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənlik­
lərin onda böyük təəssürat yaratdığını demişdir.
2011­ci il aprelin 8­də “Gülüstan” sarayında Azərbaycanın Birinci xanımı, 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə­

154
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən 
Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  Forumunda  iştirak  edən  Tatarıstanın 
Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşmüşdür.
Forumda iştiraka görə Zilya Valeyevaya təşəkkürünü bildirən Azərbaycanın 
Birinci  xanımı  Bakı  forumunda  maraqlı  müzakirələrin  aparıldığını,  mədəniy­
yətlərarası dialoqun inkişafı istiqamətində bir çox dəyərli təkliflərin səsləndiyi­
ni demişdir.
Mehriban xanım Əliyeva ilə görüşməkdən məmnun olduğunu deyən Tata­
rıstanın  Baş  nazirinin  birinci  müavini  Forumda  mədəniyyətlərarası  dialoqun 
təbliği,  gender  bərabərliyi  və  digər  məsələlərə  dair  maraqlı  çıxışları  qeyd 
etmişdir.
2011­ci il aprelin 18­də Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərlə­
ri” sərgisi açılmışdır. 
Sərginin açıldığı gün “Vandom” meydanındakı “Eğvö” hotelində Azərbay­
canın Birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik 
Mitteran ilə görüşmüşdür.
 Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı yenidən Parisdə görmək­
dən məmnun olduğunu deyən Frederik Mitteran ölkələrimiz arasında mədəniy­
yət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu demişdir. O bu ilin 
fevralında Parisdə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 
20­ci  ildönümünə  həsr  olunan  mərasimi  xatırlayaraq,  tədbirin  böyük  uğurla 
keçdiyini bildirmişdir. Frederik Mitteran demişdir ki, Fransa tərəfi Azərbaycan­
da  özünün  mədəni  irsinin  nümayiş  etdirilməsi  təşəbbüsü  ilə  çıxış  etmişdir. 
Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgi­
lərdə nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
  Mehriban  xanım  Əliyeva  bu  təşəbbüsə  Azərbaycan  hökumətinin  dəstək 
verdiyini bildirmiş və demişdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi, 
bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcəkdir.
Azərbaycanın Birinci xanımı, YUNESKO­nun xoşməramlı səfiri Mehriban 
Əliyeva 2011­ci il aprelin 19­da YUNESKO­nun mənzil qərargahına gəlmişdir. 
Əvvəlcə Azərbaycanın  Birinci  xanımı  Mehriban  Əliyeva  ilə YUNESKO­nun 
baş direktoru İrina Bokovanın görüşü olmuşdur. 
Görüşdə  Azərbaycanın  Birinci  xanımını  salamlayan  YUNESKO­nun  baş 
direktoru, bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Di­
aloq Forumunun böyük uğur qazandığını bildirmişdir. Qeyd etmişdir ki, Bakı 
artıq  mədəniyyətlərarası  dialoq  sahəsində  ənənəvi  yer  tutmaqdadır.  Təsadüfi 
deyil  ki,  mədəniyyətlərarası  dialoq  YUNESKO­nun  bütün  dünyada  apardığı 
fəaliyyətin  əsas  istiqamətlərindən  biridir. Azərbaycanın  Birinci  xanımının  bu 
sahədə rolunu xüsusi vurğulayan İrina Bokova Mehriban Əliyevanı həmin ilin 

155
sentyabrında keçiriləcək YUNESKO­nun xoşməramlı səfirlərinin illik toplantı­
sına dəvət etmişdir. Dəvət məmnunluqla qəbul olunmuşdur.
Dəvətə görə YUNESKO­nun baş direktoruna minnətdarlığını bildirən Meh­
riban Əliyeva, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Foru­
muna verdiyi dəstəyə görə İrina Bokovaya təşəkkürünü bildirmişdir. Mehriban 
xanım Əliyeva bu forumda qəbul edilən mühüm qərarların kağız üzərində de­
yil, həyatda reallaşmasının vacibliyini xüsusi vurğulamış və qeyd etmişdir ki, 
məhz  bu  ideyanın  həyata  keçirilməsi  üçün  indi  beynəlxalq  səylərə  daha  çox 
ehtiyac vardır.
Görüşdə Azərbaycan­YUNESKO əməkdaşlığının inkişaf etdiyi, YUNESKO­
da  baş  tutan  budəfəki  mədəniyyət  mərasiminin  də  bunun  bariz  nümunəsi 
olduğu bildirilmişdir.
2011­ci il mayın 4­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu­
nun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məc­
lisin  deputatı  Mehriban  Əliyeva  “Sənət  inciləri”  sərgisinin  keçirildiyi  Müasir 
İncəsənət Muzeyində dünyanın məşhur “Van Cleef & Arpels” zərgərlik evinin 
prezidenti Stanislas de Kersiz ilə görüşmüşdür. 
Mehriban  xanım  Əliyeva  Stanislas  de  Kersizi Azərbaycanda  salamlamaq­
dan və Bakıda “Sənət inciləri” adlı sərginin açılmasından məmnunluğunu bil­
dirmişdir.  Azərbaycanın  Birinci  xanımı  qeyd  etmişdir  ki,  dünyada  üçüncü 
dəfədir  təşkil  edilən  belə  sərginin  Bakıda  keçirilməsi  ölkələrimizin  mədəni 
həyatında  mühüm  hadisədir.  Mehriban  xanım  Əliyeva  vurğulamışdır  ki, 
sərginin təşkil edildiyi Müasir İncəsənət Muzeyi onun rəhbərlik etdiyi Heydər 
Əliyev  Fondunun  dəstəyi  ilə  yaradılmışdır.  Bu  möhtəşəm  sərginin  mədəni 
əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayan Azərbaycanın Birinci xanımı 
bildirmişdir ki, ekspozisiyada nümayiş olunan zinət əşyaları “Van Cleef & Ar­
pels” evinin inkişafının tarixini göstərir. “Van Cleef & Arpels” evinin preziden­
ti Stanislas de Kersiz Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, sərgi­
nin Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin inkişafında mühüm rol 
oynayacağını qeyd etmişdir.
Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 
Mehriban Əliyeva 2011­ci il mayın 4­də Müasir İncəsənət Muzeyində Fransa­
nın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret ilə görüşmüşdür.  Fransanın 
dünyaca məşhur muzeyinin direktorunu Bakıda salamlamaqdan məmnun oldu­
ğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Luvr Muzeyi arasında kı 
sıx  əlaqələrdən  danışmışdır.  Bildirmişdir  ki,  Luvr  Muzeyində  bir  neçə  dəfə 
Azərbaycanla bağlı tədbirlər keçirilmişdir. Azərbaycan dövləti Luvr Muzeyində 
aparılan  bərpa  işlərinə  maddi  dəstək  vermişdir.  Amma  biz  əməkdaşlığımızı 
daha  da  genişləndirə  bilərik,  –  deyən Azərbaycanın  Birinci  xanımı  Mehriban 

156
Əliyeva qonağa ölkəmizin qədim və zəngin mədəniyyəti barədə məlumat ver­
mişdir.
Görüşdə  muzey  sərvətlərinin  saxlanılması,  onların  qorunması  sahəsində, 
eləcə  də  materialların  toplanmasında  təcrübə  mübadiləsi  məsələləri  müzakirə 
edilmişdir.
2011­ci il mayın 4­də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu­
nun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məc­
lisin deputatı Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində tanınmış fransız 
kinoaktrisası Katrin Denev ilə görüşmüşdür. 
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Katrin Denevi salamla ya­
raq,  dünya  şöhrətli  kinoaktrisanı  ölkəmizdə  görməkdən  məmnun  olduğunu 
bildirmişdir. Katrin Denevin Azərbaycana ilk dəfə səfər etdiyini, məşhur aktri­
sa nın artıq Bakının bir sıra görməli yerləri və tarixi abidələri ilə tanış olduğunu 
deyən  Mehriban  xanım  Əliyeva  səfərin  uğurlu  keçəcəyinə  əminliyini  ifadə 
etmişdir. 
Mehriban  xanım  Əliyeva  ölkəmizin  zəngin  mədəniyyətə  malik  olduğunu, 
rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondunun  mədəniyyət  sahəsində  bir  sıra  mü­
hüm layihələr reallaşdırdığını diqqətə çatdırmışdır.

157

158

159

160

161

162

Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin