Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(247)
885) Varikosele hansı xəstəlikdir?
A) Toxum ciyəsinin iltihabı
B) Toxum ciyəsinin inkişaf dan qalması
C) Xayaların böyüməsi
D) Toxum ciyəsi venalarının varikoz genişlənməsi
E) Toxum ciyəsinin kistası
Varikosele-toxum ciyəsi venalarının genişlənməsidir.Əsasən sol tərəfdə rast gəlinir,buna səbəb
toxum ciyəsi venasının sol tərəfdə böyrək venasına düz bucaq altında açılmasıdır.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(259)
886) Fövqaladə hallarda ilk tibbi yardım ilk növbədə kimlərə göstərilməlidir?
A) Yuxarı ətrafları zədələnmiş insanlara
B) Həyat üçün vacib orqanları zədələnmiş insanlara
C) Qorxu və həyəcandan nitqini itirmiş insanlara
D) Dayaq-hərəkət orqanları zədələnmiş insanlara
E) Görmə orqanları zədələnmiş insanlara
Fövqaladə hallarda çoxlu sayda insanin müxtəlif formada aldıqları travmalar zamanı hadisə yerində
olan feldşer ilk növbədə yaralıları tibbi yardım növbələşdirmək üçün çeşıdləməyi bacarmalıdır.İlk
növbədə yardım həyatı vacib orqanların zədələnmələri və yaralanmaları olan xəstələrə
göstərilməlidir.
Ədəbiyyat:B.D.Komarov.Təcili tibbi yardım(Feldşerlər üçün)Moskva-1984.Səh(24)
887) Xüsusi tibbi geyim qanla çirkləndikdə necə dezinfeksiya ediliməlidir?
A) 60 dəq 0,2%-li xloramində
B) 2 saat 10%-li xlorlu əhəng məhlulunda
C) 10 dəq 3%-li hidrogen-peroksiddə
D) 5 dəq 10%-li xloramində
E) 5 dəq 1%-li xloramində
Tibb işçilərinin manipulyasiya və əməliyyatlar zamanı xüsusi geyimləri qanla
çirkləndikdə,geyimlər 2 saat müddətinə 10%-li xlorlu əhəng məhlulunda dezinfeksiya edilməlidir.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(168)
Dostları ilə paylaş: