889) Xəstəxananın qəbul şöbəsinə orta ağır vəziyyətdə xəstə gətirilib. Növbətçi həkim yoxdur,
feldşer nə etməlidir?
A) Xəstəni reanimasiya şöbəsinə aparmalı
B) Təcili növbətçi həkimi çağırmalı
C) Həkiməqədər təxirəsalınmaz yardıma başlamalı
D) Konsilium çağırmalı
E) Xəstənin qəbulu üçün sənədləri doldurmalı
Qəbul şöbəsinə gətirilmış bütün xəstələrə lazımi tibbi yardım növbətçi həkim tərəfindən
göstərilir.Lakin həkim olmadıqda növbədə olan feldşer,tibb bacısı həkimi gözləmədən ilk tibbi
yardım göstərməlidir.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(19)
890) Təmizləyici imalənin qoyulmasına əks göstəriş hansıdır?
A) Bağırsaq qanaxmaları
B) Qəbizlik
C) Planlaşdırılmış əməliyyatdan əvvəl
D) Doğuşdan əvvəl
E) Meteorizm
Təmizləyici imaləni qoymazdan əvvəl anus ətrafı gözdən keçirilməlidir.Xəstədə babasil
düyünləri,anamnezində qanaxma halları aşkarlanarsa bu əks göstəriş hesab edilir.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(237)
891) Sutkalıq diurez 40ml olarsa bu nəyi göstərir?
A) Oliquriya
B) Anuriya
C) Nikturiya
D) Dizuriya
E) Poliuriya
Sidik ifrazınım sutkalıq norması 1.5-2 litrə bərabərdir.Bu göstərici bir sıra amillərin təsirindən
dəyişə bilər.Sidik ifrazının azalması oliqurasiya adlanır.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(250)
Dostları ilə paylaş: