C)
Laposentez üçün
D) Punksiyalar zamanı
E) Torakosentez üçün
Konikotomiya traxeostoma qoymaq üçün aparılır.Bu əməliyyatı
yerinə yetirmək üçün xüsusi
alətdən-traxeostomdan istifadə edilir.
Ədəbiyyat: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 43
894) Ürəyin qapalı masajı zamanı ürəyə edilən masaj hərəkətlərinin sayı 1dəqiqədə nə qədər
olmalıdır?
A) 50 az
B) 25-40 arası
C) 90 artıq
D) 60 və artıq
E) 30 az
Ürəyin qapalı masajı aparılarkən ürəyə edilən masaj təkanlarının sayı 60-dan az olmamalıdır.Masaj
təkanı zamanı döş qəfəsi 4-5 sm sıxılmalıdır.
Ədəbiyyat: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh.
895) Poliqlükindən bir dəfəyə maksimum vena daxilinə neçə ml. qədər köçürmək olar?
A) 1600 ml
B) 1800 ml
C) 2500 ml
D) 1500 ml
E) 2000 ml
Qanın mübadilə prosesini pozduğuna və əsasən də trombositləri parçaladığına görə çox
işlətmək
olmaz. Bu qanaxmanı göcləndirə bilər.
Ədəbiyyat: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 68
896) Morfini hansı hallarda işlətmək əks göstərişdir?
A) Kəllə beyin travmalarında
B) Yanıq şokunda
C)
Travmatik amputasiyalarda
D) Yuxarı ətrafların
zədələnmələrində
E) Aşağı ətrafların zədələnmələrində
Morfinin işlədilməsinə əks göstəriş ağır formalı kəllə-beyin travmaları və yaşın 60-dan çox
olmasıdır.Morfin tənəffüs mərkəzini iflic edə bilər.
Ədəbiyyat: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 70
Dostları ilə paylaş: