208
Şüurun başlıca funksiyalarından biri insanın davranış və hərəkətlərini tənzim-
ləməkdir.
Deyilənlər göstərir ki, yüksək dərəcədə təşəkkül tapmış materiyanın, yəni in-
san beyninin xarici aləmi psixi əks etdirmək xassəsi kimi yaranan şüur materiyanın
uzun
sürən təkamülünün nəticəsi, ictimai inkişafın məhsuludur.
§ 4. Mənlik şüuru
İnsan
şüuru tələb edir ki, dünyaya münasibətdə müəyyən fəal mövqeyin daşıyı-
cısı olmaq etibarilə subyekt özünü digər subyektlərdən seçib ayırsın. İnsanı özünü
seçib ayırması, özünə müəyyən münasibət bəsləməsi, öz imkanlarını obyektivcəsi-
nə qiymətləndirməyi bacarması insan xarakteristikasının spesifik formasını
təşkil
edib mənlik şüuru və ya özünüdərketmə adlanır. Mənlik şüuru insanın özünə doğru
yönəltdiyi şüurudur. Onun obyekti şüurun özüdür.
Müxtəlif səviyyələrdə və müxtəlif formalarda təzahür edən mənlik şüuru tarixi
inkişafda götürülən mürəkkəb törəmədir. Onun hal-əhval adlanan
birinci forması
insanın öz varlığını elementar şəkildə başa düşməsinə və özünü onu əhatə edən ci-
simlər və insanlar sırasına daxil etməsinə əsaslanır. Hətta
şeylərin mövcudluğunun
insandan və onun şüurundan kənarda elementar tərzdə qavranılması
belə mənlik
şüurunun müəyyən formasını tələb edir. Hər hansı bir cismin mövcudluğuna inan-
maq üçün onun qavranılması prosesinə insanın digər təbii və sosial sistemlər içəri-
sində yerini müəyyən edən və onda baş verən, mahiyyətcə xarici aləmdəki dəyişik-
liklərdən fərqlənən prosesləri nəzərə ala bilən bir mexanizm daxil edilməlidir. Psi-
xoloqlar təsdiq edirlər ki, gerçəkliyin heç olmasa qavrayış səviyyəsində dərk olun-
ması bu prosesə müəyyən bir "dünya sxeminin" daxil edilməsini tələb edir.
Mənlik şüurunun
Dostları ilə paylaş: